İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    VƏQF
    Vəqfin hökmləri və şərtləri
    Məsələ 2305: Bir şəxs öz mülkündən nəyisə vəqf etsə, (ümumi istifadə üçün mülkündən çıxarsa) nə özü, nə də başqaları həmin şeyi sata, bağışlaya bilməz, həmin şeydən irs verilməz. Amma 1786-cı məsələdə deyildiyi kimi, bəzi hallarda bu şeyi satmaq olar.
    Məsələ 2306: Vəqf siğəsini ərəbcə və ya başqa bir dildə demək olar. Məsələn, "evini filan məqsədlə vəqf edirəm” deyilsə bəs edər. Bu halda qəbula ehtiyac yoxdur. Həmin vəqf ümumi və ya xüsusi ola bilər. Amma müstəhəb ehtiyat budur ki, şəri hakim ümumi vəqfdə və şəxslər onlara olunan vəqfdə qəbul siğəsi desinlər.
    Məsələ 2307: Əgər müsəlmanlara vəqf məqsədi ilə məscid tikilsə və onların ixtiyarına verilsə, dildə siğə olunmasa belə bəs edər.
    Məsələ 2308: Bir mülk vəqf üçün ayrılsa və vəqf siğəsi oxunmazdan öncə, həmin mülk vəqf edilənlərə verilməmişdən qabaq, vəqf edən şəxs peşiman olsa və ya ölsə, həmin vəqf düzgün deyil.
    Məsələ 2309: Bir malı vəqf edən şəxs müstəhəb ehtiyat budur ki, vəqf siğəsi oxuduğu anda vəqf etmiş olsun. Amma mal həmişəlik vəqf olunmalıdır. Bir şəxs desə ki, bu malı ölümümdən sonra üçün vəqf edirəm, iradı var. Nəyisə müəyyən müddətə, məsələn, 10 illik vəqf etmək də eyiblidir. Vəqf daimi olmalı, siğə oxunduğu andan həyata keçməlidir.
    Məsələ 2310: Vəqf o zaman düzgün olur ki, vəqf edilən mal vəqf olunanlara və ya onların vəkilinə verilsin. Amma məscid və mədrəsə kimi ümumi vəqflərdə onun təhvil verilməsi şərt deyil. Müstəhəb ehtiyat budur ki, vəqf siğəsi oxunduqdan sonra mal vəqf edilənlərə və ya onların vəkilinə verilsin.
    Məsələ 2311: Vəqf edən şəxs büluğ həddinə çatmış, ağıllı, məqsədli və azad olmalıdır. Vəqf edən şəxsin öz malı üzərində istifadə haqqı olmalıdır. Səfeh, şəri hakim tərəfindən malına qadağa qoyulmuş borclu şəxs öz malından nəisə vəqf edə bilməz.
    Məsələ 2312: Hələ ki, dünyaya gəlməmiş şəxslər üçün vəqf etmək düzgün deyil. Amma vəqf edilənlərdən bəziləri dünyaya gəlmişsə və bəziləri dünyaya gəlməmişsə, (məsələn, övladlara vəqf) sonradan dünyaya gələnlər də həmin vəqfə şərikdir.
    Məsələ 2313: Bir şəxs özünə vəqf edə bilməz. (Məsələn, bir mülkü yalnız öz istifadəsi və ya ölümündən sonra məqbərəsinə xərc üçün ayıra bilməz.) Amma özü də tələbə olan şəxs mədrəsə və ya əkin sahəsini tələbələrə vəqf edə bilər. Bu halda özü də başqaları kimi həmin vəqfdən istifadə edə bilər.
    Məsələ 2314: Əgər vəqf olunmuş şey üzərində nəzarətçi təyin olunsa, onun göstərişi əsasında əməl edilməlidir. Əgər təyin olunmasa, bu işi şəri hakim görməlidir. Xüsusi vəqfdə isə (məsələn, övladlara vəqf olunmuş mülk) növbəti nəslin mənfəətini nəzərə almaq üçün mövcud nəsil və şəri hakimin razılıqla nəzarətçi təyin etməsi ehtiyatdır. Vəqf təkcə mövcud nəslə aiddirsə, onlar ixtiyar sahibidirlər. Bu nəsil büluğ həddinə çatmamışsa, ixtiyar onların qəyyumlarının əlindədir.
    Məsələ 2315: Xüsusi vəqfdə (məsələn, övlada vəqfdə) sahib mülkü icarəyə verib dünyasını dəyişsə, icarə vəqf və gələcək nəsillərin xeyrinə olarsa, icarə batil deyil. Amma vəqf edən olmasa və birinci nəsil mülkü icarəyə versə, icarə müddətində dünyasını dəyişdikdə növbəti nəslin icarə üçün icazəsinə ehtiyac var. İcarəçi bütün müddət icarə haqqını ödəsə belə, birinci nəslin ölümündən sonra sonrakı nəslin haqqı alınıb ona verilir. (Bir şərtlə ki, onlar icarəyə icazə versinlər.)
    Məsələ 2316: Əgər vəqf edilmiş mülk yararsız vəziyyətə düşsə, yenə vəqf sayılır.
    Məsələ 2317: Mülkün bir hissəsini vəqf etmək olar. Evin və ya əkin sahəsinin bir hissəsini vəqf etdikdə şəri hakim və ya sahib vəqf olunmuş malı mütəxəssislərin nəzarəti altında ayıra bilər.
    Məsələ 2318: Əgər vəqfi yerinə yetirməli olan şəxs ümumi vəqfə xəyanət etsə, onu təyin olunmamış yerə sərf etsə, şəri hakim etibarlı bir qəyyum təyin edə bilər. Xüsusi vəqfin qəyyumu xəyanət etsə, şəri hakim mövcud nəslin razılığı ilə onlara qəyyum ayıra bilər.
    Məsələ 2319: Hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə namaz üçün istifadə etmək olmaz. Xalçanın Hüseyniyyəyə aid olub-olmaması bilinməsə də, onu başqa yerə aparmaq düzgün deyil. Vəqf olunmuş digər mallar da belədir. Hətta bir məscidin möhürünü o birinə aparmaq olmaz.
    Məsələ 2320: Əgər məscidin təmiri üçün bir mülk vəqf olunduqda (mülkün qazancı) həmin məscidin təmirə ehtiyacı yoxsa və yaxın vaxtlarda ehtiyac olacağı ehtimal edilmirsə, mülkün qazancını digər məscidlərin təmirinə sərf etmək olar.
    Məsələ 2321: Mülkün vəqfində məqsəd budursa ki, onun qazancını məscidin təmirinə, imam-camaata, azançıya xərcləsinlər, hansı üçün nə qədər nəzərdə tutulmuşsa, həmin məbləğ də sərf olunmalıdır. Əgər miqdar müəyyən edilməmişsə, qəyyumun nəzəri əsasında məsləhət olan şəkildə addım atılmalıdır.
    Məsələ 2322: Dövrümüzdə təsis olunan, qeydə alınmış və hüquqi şəxs sayılan müəssisə və cəmiyyətlər üçün mülk ayırmaq olar. Bu halda əsasnaməyə uyğun hərəkət edilməlidir. Bu qəbil müəssisələrin mal-mülkü vəqfə bənzəyir. Amma bu vəqf deyil. Həmin mülk müəssisənin malıdır. Müəssisə və ya təşkilatı idarə edən şəxs dünyasını dəyişərsə, həmin mal varisə çatmır. Amma əsasnamədə belə bir şərt qoyularsa, varisə irs çatar. Qeyd edilən qaydalar məsləhət əsasında təşkil olunmuş, amma hələ ki, rəsmən qeydiyyata alınmamış müəssisələrə də aiddir.

    VƏSİYYƏT
    Məsələ 2323: Vəsiyyət dedikdə insanın öz ölümündən sonra müəyyən işlərin görülməsini tapşırması nəzərdə tutulur. Belə vəsiyyət "əhdiyyə” adlanır. Kəfən, dəfn yeri və mərasimlərlə bağlı vəsiyyət bu qəbiləndir. Ya da deyə bilər ki, onun ölümündən sonra malından nəyisə, kiminsə mülkiyyətinə versinlər. Övladı üçün qəyyum da müəyyənləşdirə bilər.
    Məsələ 2324: Vəsiyyət etmək istəyən kəs söz və ya yazı ilə məqsədini açıqlaya bilər. Danışmağa və ya yazmağa qadir olmasa, məqsədini işarə ilə çatdırmaqla vəsiyyət edə bilər.
    Məsələ 2325: Vəsiyyətdən əlavə bütün müamilələri bu günki qaydada yazıb imzalaya bilər. Amma evlənmək və boşanmada yazmaqla kifayətlənmək iradlıdır.
    Vəsiyyət edənin şərtləri
    Məsələ 2326: Vəsiyyət edən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Yaxşını pisdən seçə bilən on yaşlı uşaq məscid, mədrəsə və xəstəxana tikintisi, eləcə də qohumları üçün münasib və ağılabatan vəsiyyət etsə düzgündür. Vəsiyyət edən şəxs səfeh olmamalıdır. Şəri hakimin qadağa qoyduğu maldan vəsiyyət etmək olmaz. Şəxs məqsədli və azad şəkildə vəsiyyət etməlidir.
    Vəsiyyətin hökmləri
    Məsələ 2327: Bir şəxs intihar məqsədi ilə özünü yaralasa və ya zəhərli maddə içsə, mal-mülkü ilə bağlı vəsiyyət edib öldükdə onun vəsiyyəti düzgün sayılmır.
    Məsələ 2328: Bir şəxs vəsiyyət etsə ki, malından kiməsə nə isə verilsin, ölümündən sonra nəzərdə tutulan mal həmin şəxsə məxsus olur. Belə bir vəsiyyətin qəbul edilməsinə ehtiyac yoxdur. Amma vəsiyyət edən şəxs həyatda olduğu vaxt qarşı tərəf vəsiyyəti rədd edərsə, ehtiyat budur ki, həmin mal sərf olunmasın.
    Məsələ 2329: Özündə ölüm əlamətlərini görən şəxs dərhal xalqın əmanətlərini sahibinə qaytarmalıdır. Əgər borc vaxtı çatmışsa, borcunu ödəməli, borcu ödəmək vaxtı çatmamışsa bu barədə vəsiyyət etməlidir. Əgər vəsiyyətinə əməl edəcəyinə əmin deyilsə, şahid tutmalıdır. Amma vərəsənin borcu ödəyəcəyinə əmin olduqda vəsiyyət etmək lazım deyil.
    Məsələ 2330: Özündə ölüm nişanələri görən şəxs dərhal xüms və zəkat kimi borclarını ödəməlidir. Ödəyə bilməsə öz malından və ya öz malı olmadıqda yaxınları tərəfindən borcun ödənməsi ilə bağlı vəsiyyət edir. Əgər öhdəsində vacib Həcc, qəza namazı və orucu varsa, vacib ehtiyata əsasən, bu barədə vəsiyyət etməlidir. (Bu barədə icarə namazı və orucu haqqında danışılarkən açıqlama verildi.)
    Məsələ 2331: Özündə ölüm nişanələri görən şəxsin kimdəsə malı olarsa və ya haradasa bir şey gizlədərsə, bundan xəbərsiz vərəsələrin haqqının tapdanmaması üçün bu barədə məlumat verməlidir. Əgər sağır övladları qalarsa, onların haqqının pozulmaması üçün etibarlı qəyyum müəyyənləşdirməlidir.
    Məsələ 2332: Vəsiyyət edilən şəxs "vəsiyy” adlanır. İnsan vacib ehtiyata əsasən müsəlman, büluğ həddinə çatmış, ağıllı və etibarlı şəxsə vəsiyyət etməlidir.
    Məsələ 2333: Bir şəxs özünə bir neçə vəsiyy müəyyənləşdirərsə, onların hər birinə müstəqil ixtiyar verildikdə vəsiyyətin yerinə yetirilməsi üçün bir-birlərindən icazə almaları vacib deyil. Əgər belə bir icazə olmazsa (vəsiyyət edərsə ki, bütün vəsilər birlikdə əməl etsin) vəsiyyətin yerinə yetirilməsində vəsilər bir-birləri ilə razılaşmalıdır. Bir araya gələ bilmədikdə vəsiyyətin yubanmaması üçün şəri hakimə müraciət edilir.
    Məsələ 2334: İnsan öz vəsiyyətini dəyişərsə (məsələn, əvvəlcə malının üçdə birini kiməsə vəsiyyət edir, sonra fikrindən daşınır) vəsiyyət batil olur. Eləcə də, vəsiyyətində öz sağır övladına qəyyum təyin edib, sonra fikrini dəyişərsə, vəsiyyəti batildir. Vəsiyyət edən şəxs vəsiyyət etdiyi malla bağlı elə bir iş görərsə ki, vəsiyyətini dəyişdiyi məlum olsun (məsələn, vəsiyyət etdiyi evi satır) öncəki vəsiyyət batildir.
    Məsələ 2335: Əgər əvvəlcə bir şeyi müəyyən şəxsə vermək vəsiyyət edilərsə, sonradan həmin şeyin yarısının başqa bir şəxsə verilməsi vəsiyyət olunarsa, nəzərdə tutulan şey iki hissəyə bölünməli və hər tərəfə yarısı verilməlidir.
    Məsələ 2336: Ölüm xəstəliyində olan şəxs malının bir hissəsini bir şəxsə bağışlasa və vəsiyyət etsə ki, öləndən sonra həmin malın bir miqdarını başqa birinə versinlər, nəzərdə tutulan ümumi miqdar malın üçdə birindən çox olarsa, ehtiyata əsasən vərəsədən icazə alınmalıdır.
    Məsələ 2337: Bir şəxs vəsiyyət etsə ki, malının üçdə birini saxlayıb ondan gələn gəliri sərf etsinlər, bu vəsiyyətə əməl olunmalıdır.
    Məsələ 2338: Bir şəxs ölüm xəstəliyində ikən bir şəxsə müəyyən miqdarda borclu olduğunu desə, vərəsələrə zərər vurmaqda ittiham olunduğu vaxt həmin miqdar malının üçdə birindən hesablanmalıdır. Belə bir ittiham olmazsa, həmin miqdar malın özündən çıxılır.
    Məsələ 2339: Malın vəsiyyət olunduğu şəxs həyatda olmalıdır. Sonradan dünyaya gələcək uşağa vəsiyyət etmək nöqsanlıdır və ehtiyat budur ki, vərəsədən icazə alınsın. Amma ana bətnində olan körpəyə vəsiyyət edilsə, belə bir vəsiyyət düzgündür. Bətndəki körpəyə ruh daxil olmasa da belədir. Uşaq sağ-salamat doğulduqda vəsiyyət olunmuş mal ona verilir. Əgər dünyaya ölü gəlsə, vəsiyyət batildir və həmin mal vərəsələrə çatır.
    Məsələ 2340: İnsan xəbər tutsa ki, bir şəxs vəsiyyətini ona ünvanlayıb vəsiyyəti qəbul etdiyini nəzərə çatdırdıqdan sonra vəsiyyət başqa birinə ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuş şəxs vəsiyyət edən şəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını ona çatdırmasa, ya da razı olduğunu bildirdikdən sonra vəsiyyət edən şəxs başqa birini tapmasa, vacib ehtiyat budur ki, birinci şəxs vəsiyyətə əməl etsin. Bu iş əzab-əziyyətlə başa gəldikdə yerinə yetirilməyə bilər.
    Məsələ 2341: Vəsiyy (vəsiyyət edilən şəxs) meyitin işlərini yerinə yetirmək üçün başqa birini seçə bilməz. Amma bilsə ki, meyitin məqsədi yalnız vəsiyyətinin yerinə yetirilməsi olub və kimin yerinə yetirməsinin fərqi yoxdur, öz tərəfindən başqa birini vəkil seçə bilər.
    Məsələ 2342: Bir şəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların bu işi birlikdə görməsini istəsə, həmin iki şəxsdən biri ölsə, ya ağılını itirsə, ya dindən çıxsa, şəri hakim başqa birini təyin edə bilər. Əgər vəsiyyət olunanların hər ikisi bu işə aciz olarsa, şəri hakim başqa iki nəfəri təyin edə bilər.
    Məsələ 2343: Əgər vəsiyy meyitin işlərini təklikdə yerinə yetirə bilməsə və başqa birinin köməyindən istifadə etməyi bacarmasa, şəri hakim ona kömək üçün bir şəxs təyin edə bilər.
    Məsələ 2344: Əgər meyitin malının hamısı və ya bir hissəsi vəsinin əlində məhv olsa, səhlənkarlıq göstərməmişsə, eləcə də, meyitin göstərişlərinə əməl etmişsə, zamin deyil. Əks təqdirdə həmin mala zamindir.
    Məsələ 2345: Bir şəxs özünə vəsiyy seçsə və söyləsə ki, həmin vəsiyy ölsə başqa biri vəsiyy seçilsin, belə bir vəsiyyət düzgündür. Birinci vəsiyy öldükdə ikinci vəsiyy onun canişini olur.
    Məsələ 2346: Borclar, vacib Həcc, xüms və zəkat və bu kimi şeylər vəsiyyət edilməsə belə malın özündən ödənməlidir. Artıq bir şey qalsa vəsiyyət əsasında onun üçdə birini göstərilən ünvana sərf etmək lazımdır. Vəsiyyət etmədiyi halda üçdə bir xərclənmir. Borc ödəndikdən sonra artıq qalan mal vərəsəyə çatır.
    Məsələ 2347: İnsan öz malının üçdə birindən artığını vəsiyyət edə bilməz. Yalnız vərəsənin icazəsi ilə bu iş mümkündür. Vərəsə meyyitin ölümündən qabaq və ya sonra icazə verə bilər. Vərəsə icazə verdikdən sonra sözünü dəyişə bilməz. Bu icazənin ölümdən qabaq və ya sonra verilməsinin fərqi yoxdur, vacib ehtiyat sözü geri götürməməkdir.
    Məsələ 2348: Bir şəxs müxtəlif işlərlə bağlı çoxsaylı vəsiyyət etsə və həmin tapşırıqların yerinə yetirilməsi üçün malının üçdə biri çatmasa, onun vəsiyyətlərini ardıcıllıqla yerinə yetirmək lazımdır. Üçdə bir xərcləndikdən sonra qalan vəsiyyət batil olur. Yalnız vərəsənin icazəsi ilə bu işi görmək olar. Əgər meyit Həcc və xüms kimi vacib mövzularda vəsiyyət etmişsə bu xərclər malın özündən götürülür, qalan xərclər üçdə birdən ödənir.
    Məsələ 2349: Bir şəxs iddia etsə ki, meyit filan malını mənə vəsiyyət edib, ya ədalətli iki kişi, ya ədalətli bir kişi, ya ədalətli bir kişi və iki qadın, ya da dörd ədalətli qadın onun dediklərini təsdiqləməli, and içməlidir. Bu halda deyilənə əməl olunur. Vəsiyyət zamanı ədalətli kişi iştirak etməsə ədalətli qadının şəhadəti ilə həmin malın dörddə biri iddiaçıya verilir. İki ədalətli şahid olsa, iddia etdiyi malın ikidə biri ona verilir. Üç ədalətli qadın şəhadət versə, həmin malın dörddə biri iddiaçıya çatdırılır. Dinində ədalətli sayılan iki kafir zimmi kişinin şəhadəti də belədir. Meyit çarəsiz qalıb ədalətli müsəlman kişi və qadın olmayan şəraitdə vəsiyyət etsə, vəsiyyətinə əməl olunmalıdır.
    Məsələ 2350: Bir şəxs meyitin vəsisi olduğunu iddia etsə, mala və ya övladlara qəyyum təyin edildiyini bildirsə, yalnız iki ədalətli kişi onun dediklərini təsdiqlədikdə iddiası qəbul olunur.
    Məsələ 2351: Bir şəxs müəyyən malı müəyyən şəxsə verməyi vəsiyyət etsə və həmin şəxs qəbul, ya rədd etməmiş dünyasını dəyişsə, onun varisləri veriləni qəbul edə bilər. Bu şəxsin vəsiyyət edən şəxsdən öncə və ya sonra dünyasını dəyişməsi şərt deyil. Bir şərtlə ki, vəsiyyət edən şəxs vəsiyyətini dəyişməmiş olsun.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 745 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024