İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    MƏSH
    (Əli başa və ayaqlara sürtmə)
    Sual 151: Başa məsh zamanı əlin içində su çox qalarsa, suyu azaltmaq lazımdırmı?
    Cavab: Ehtiyat budur ki, suyu azaltsınlar.
    Sual 152: Başına tük əkdirən bir şəxs başa məsh çəkmək üçün nə etməlidir?
    Cavab: Verilən suala əsasən, əgər tük onun bədəninin bir hissəsidirsə və başın tükü hesab olunursa təbii surətdə başqaları kimi o da məsh etsin. Əgər tüklər başa bir vasitə ilə yapışdırılıbsa və onu götürmək çətindirsə, dərinin üst qatını yapışdırıcı maddə tutubsa, həmin yapışdırıcı maddənin, yaxud da tüklərin dibinə məsh etsin; ehtiyata əsasən təyəmmüm də etsin.
    Sual 153: Sağ əli dirsəkdən kəsilən bir şəxs başa və sağ ayağa sol əllə məsh çəkə bilərmi?
    Cavab: Daha yaxşıdır ki, kəsilmiş olan sağ əlin yaşlığı ilə məsh etsin. Amma sol əllə məsh çəksələr də kifayət edər.
    Sual 154: Ayağını iki dəfə məsh edən şəxsin dəstəmazı batildirmi?
    Cavab: Dəstəmaz batil deyil, ikinci məsh hesaba alınmır.
    Sual 155: Bir şəxs tüklərinin dibinə məsh etmək üçün onları kənarlaşdırır, nəticədə tüklər islanırsa bu məsh üçün zərərlidirmi?
    Cavab: Məsh zamanı əlin yaşlığı quru tüklərin dibinə çatarsa məsh səhihdir və həm də əlin yaşlığı birinci yaşlığa üstün gəlsə, məshə aid olan yaşlıqdır desələr, bu halda da dəstəmaz səhihdir.
    Sual 156: Təqiyyə vacib olduğu yerdə, bir şəxs təqiyyə etməyib, onun ziddinə dəstəmaz alsa, səhihdirmi?
    Cavab: Daha üstün rəyə əsasən onun dəstəmazı səhihdir, amma şəriətin xilafına mürtəkib olmuşdur.
    Sual 157: Təvaf halında olan bir qadın camaatın sıxlığından, qabağından yel xaric olduğunu hiss edir. Onun təvaf və dəstəmazı batil olurmu?
    Cavab: Ümumi halda qabaqdan yelin çıxması dəstəmazı, təvafı hətta namazı da batil etmir.("Ürvətül-Vüsqa", Namazın vacibatları bəhsi.)
    Sual 158: Ürvətül-Vüsqa əsərində 45-ci məsələdə buyurublar: "Dəstəmaz suyunda israf etmək məkruhdur. " İsraf haram olduğu halda bu ibarətdən məqsəd nədir?
    Cavab: Müstəhəbdir ki, dəstəmaz suyu 750 qram olsun. Necə ki, rəvayətdə gəlmişdir: "O miqdardan artıq bir az çox olsa da belə, israf hesab edilir və məkruhdur. "İmam Sadiq (ə) buyurmuşdur: "Mütəal Allahın dəstəmazda israfçılığı və nöqsanları yazan bir mələyi vardır.("Vəsailüş-şiə” cild. 1 səh. 340)
    Həzrəti Peyğəmbərdən (s) nəql ediblər ki, buyurub "Dəstəmaz suyunun miqdarı bir müdd (yəni 750 qram), qusl suyunun miqdarı isə bir sadır.(Yəni 3 kq.) Məndən sonra bir qrup insanlar suyun bu miqdarını az bilərlər. Bu adamlar mənim qoyduğum qayda-qanunların ziddinə olacaqlar. Mənim qayda-qanunlarıma əməl edən (dəstəmazı bir müdd (750,) və quslu bir sa (3 kq) ilə alan) şəxslər müqəddəs behiştdə mənimlədirlər.”("Vəsailüş-şiə” cild. 1 səh. 339) Zahirən Ürvətül-Vüsqanın sahibi də buyurmuşdur: "Dəstəmaz suyunda israf etmək o zaman məkruhdur ki, su üçün qiymət qail olunmasın. Qiymətli sayılan və ya su tapılmayan yerlərdə istifadəsi öz miqdarından çox olarsa, israf və haramdır. Başqa şeylərdə israf olduğu kimi.”
    Sual 159: Vaxtın darlığına görə vəzifəsi təyəmmüm olan şəxs vəzifəsinin xilafına əməl edərək dəstəmaz alarsa, onun dəstəmazı səhihdirmi?
    Cavab: Bəli, verilən suala əsasən, qəsdi qürbət olmuşdur. Onun dəstəmazı səhihdir.
    Sual 160: Gözü görməyən şəxslər üçün Qurani-Kərimi xırda nöqtələr vasitəsilə deşərək yazırlar. Belə şəxslər bu nöqtələrin üzərinə əllərini sürtməklə oxuyurlar. Bu nöqtələr Quran xəttinin hökmündədirmi? Onun üzərinə dəstəmazsız məsh etmək caizdirmi?
    Cavab: Soruşulan suala əsasən, Quran adını daşıyan bu nöqtələr də Quran ayələri qəsdi ilə tənzim olunmuş və hazırlanmışdır. Quran xəttinin hökmündə olduğu üçün ona dəstəmazsız məsh etmək caiz deyildir.
    Sual 161: Quran ayəsi və səhifəsinin üzərinə şəffaf plastik vərəq çəkilmişdir. Cünub və ya dəstəmazsız bir şəxsin onun üzərinə əlini qoymasının hökmü nədir?
    Cavab: Heç bir eybi yoxdur.
    Sual 162: Zəhmət olmasa buyurun: Bir nəfərdən yel xaric olmuşdur. Lakin onun, iki məlum yeldən hansının olduğunu və ya onlardan başqa bir yelin olduğunu bilmir. Belə bir yel dəstəmazı pozurmu və ya əgər qeyri-təbii kanaldan xaric olarsa, hökmü nədir?
    Cavab: Ümumiyyətlə, mədə və bağırsaqdan xaric olan hava dəstəmazı pozur. Əgər qeyri-təbii kanaldan (məsələn: mədə və ya bağırsağa birləşdirilmiş şlanqdan) xaric olarsa və yel adətən həmin yerdən xaric olursa (təsadüfi olmasın), bu da qaitin məxrəcindən xaric olması hökmündədir və dəstəmazı batil edir. Bəli, bağırsaqdan sonrakı hissədə yaranan hava, (xaricdən məxrəcə daxil və xaric olur) batiledici deyildir. Belə ki, bir şəxsdən dəstəmazlı olduğu halda yel xaric olsa və onun hansı növdən olmasında şəkk etsə, birinci qisimdəndir. Dəstəmazı batildir ya ikinci fikir verməsin və dəstəmazı təzələməyə ehtiyac yoxdur.
    Sual 163: Suda israf etmək xüsusən üzdə su az olarsa dəstəmazı və quslu batil edirmi?
    Cavab: Batil etmir, bəli əgər sol ələ miqdarından çox tökülən dəstəmaz suyu məsh üçün düzgün hesab olunmasa məsh yeni su ilə çəkilsə dəstəmaz batildir. Hər halda vasvasılıqdan və suyu çox israf etməkdən pəhriz etmək lazımdır.
    Sual 164: Baş və ayağın üstü bir qədər nəm olarsa, onların üstünə məsh çəkmək üçün qurudulmalıdır, ya kifayət edər?
    Cavab: Əgər nəmlik o qədər az olsa ki, məsh edəndən sonra əlin yaşlığıdır deyilsə və əlin yaşlığı başın və ayaqların məsh yerinin nəmliyindən artıq olsa qurutmaq lazım deyil. Əks təqdirdə, gərək qurudulsun.
    Sual 165: Əgər bir nəfər başı məsh etməzdən əvvəl üzərində su damlaları olan kranı bağlasa, sonra isə məsh etsə dəstəmazı necədir?
    Cavab: Əgər kranın üzərində olan nəmlik az olsa və ələ keçməsə eybi yoxdur.
    Sual 166: Əgər dəstəmazda ayağın üstünü bir dəfə məsh etsək, amma su ona yaxşı dəyməsə nə etməliyik?
    Cavab: O yeri qurudub ikinci dəfə məsh edin. Yaxud da quru qalan yeri ayaq barmaqlarından birinin ucundan hündür yerə məsh edin.
    Sual 167: Başın qabaq tərəfində çox tük olarsa, onların üstünə məsh etmək düzgündürmü?
    Cavab: Deyilən halda başın qabaq hissəsinin tüklərini aralayıb onların dibini məsh edin.
    Sual 168: Başı məsh etdikdə əl, alına dəyərsə dəstəmaz düzgündürmü?
    Cavab: Başın məsh edilməsi düzgündür. Lakin ayağı məsh etmək üçün əlin ovucu ilə məsh etmək lazımdır ki, üzün suyu ilə qarışmış olsun.
    Sual 169: Əgər ayağın üstü nəcis olsa və onu məsh etmək üçün yuya bilməsə vəzifəsi nədir?
    Cavab: Gərək namaz üçün təyəmmüm etsin.
    DƏSTƏMAZDA OLAN MANEƏLƏRIN ARADAN GÖTÜRÜLMƏSI
    Sual 170: Əlin üstündə olan rəng və ya avtoqələmin mürəkkəbi dəstəmazın düzgünlüyünə maneə yaradırmı? Sürmə və qadınların işlətdiyi rənglər necə?
    Cavab: Əgər qatıdırsa və çöküntüsü varsa, dəstəmazın düzgünlüyündə nöqsan əmələ gətirər. Amma təkcə rəngin eybi yoxdur.
    Sual 171: Dəstəmaz üzvləri yağlı olsa dəstəmaz düzgündürmü?
    Cavab: Əgər yağlılıq az olsa və suyun dəriyə dəyməsinə maneçiliyi olmasa eybi yoxdur.
    Sual 172: Bir nəfər dəstəmaz alandan sonra xəbərdar olsa ki, az miqdarda bir şey dəstəmaz əzalarına yapışıb, dəstəmazı təzələməlidirmi?
    Cavab: Dəstəmazdan əvvəl olsa, həcmi az da olsa yapışmaq səbəbindən suyun dəyməsinə maneçilik etsə, gərək təmizləsin və təzədən dəstəmaz alsın.
    Sual 173: Qadınların saçlarını boyamaq üçün istifadə etdikləri rənglərin suyun dəriyə çatmasına maneəsi varmı?
    Cavab: Əgər yağlı olsa maneçilik törədər, təkcə rəng olsa eybi yoxdur.
    DƏSTƏMAZDA BAŞQASININ KÖMƏK ETMƏSI
    Sual 174: Bir nəfər dəstəmaz almaq üçün hazırlaşarkən başqası onun üçün su kranını açsa və ya şlanqı tutub saxlasa, həmin şəxs də dəstəmaz alsa, bu şəxsin dəstəmazı düzgündürmü?
    Cavab: Verilən sualda dəstəmazın işləri dəstəmaz alan şəxsə aid olduğu üçün eybi yoxdur.
    Sual 175: Ürəyi xəstə olanlar tam rahatlıqda olmaları üçün əllərini də tərpədə bilmirlər. Dəstəmaz almaqda onların vəzifəsi nədir?
    Cavab: Başqalarının köməkliyi ilə də olsa əllərini tərpədə bilsələr, gərək öz əlləri ilə islatmaqla da olsa üzünə və əllərinə vursun və başını və ayaqlarını məsh etsin. Əgər bacarmırsa, ya zərəri varsa (kömək etməyə səlahiyyəti olan şəxs) naib onun dəstəmazını icra etsin. Əlini isladıb onların üzünə və əllərinə vursun. Naib öz əli ilə onların ovucunun nəmindən başlarını və ayaqlarını məsh etsin. Belə də mümkün olmasa və əziyyət çəksə onlara təyəmmüm etsinlər. Əlləri hərəkət edən halda öz əllərini torpağa, quma ya da təyəmmüm səhih olan hər bir şeyə vurub xəstəyə təyəmmüm etsinlər. Əgər bu mümkün olmasa, naib öz əllərini yerə vurub onların alınlarına və əllərinin üstünə sürtsün.
    Sual 176: Bir nəfər aftaba, ya ona oxşar bir şeylə dəstəmaz alarkən başqası onun üçün su töksə, bu dəstəmaz səhihdirmi?
    Cavab: Su tökən şəxs suyu dəstəmaz alan şəxsə dəstəmaz məqsədi ilə tökməsə eybi yoxdur.
    VAXTINDAN ƏVVƏL DƏSTƏMAZ ALMAQ
    Sual 177: Namaz qılmaq niyyəti ilə vaxtından əvvəl dəstəmaz almaq düzgündürmü?
    Cavab: Təharətli olmaq məqsədi ilə dəstəmaz alsa düzgündür. Həm də namaza yaxın vaxtda namaza hazır olmaq üçün dəstəmaz alsa eybi yoxdur.
    Sual 178: Bir nəfər dəstəmazı təzələmək məqsədi ilə yenidən dəstəmaz alıb namaz qılır. Sonra yadına düşür ki, əvvəlki dəstəmazı batil olub.
    Bu təzə dəstəmazla qılınan namaz düzgündürmü?
    Cavab: Bu sualda qeyd olunan namaz düzgündür. Həmin dəstəmazla başqa namaz və dəstəmazla icra olunan işlərini yerinə yetirə bilər.
    NAMƏHRƏMIN QARŞISINDA DƏSTƏMAZ ALMAQ
    Sual 179: Naməhrəm qadının baxdığı yerdə kişinin dəstəmaz almasının hökmü nədir?
    Cavab: Dəstəmaz düzgündür, lakin qadın baxmamalıdır.
    Sual 180: İmam Riza(ə) hərəminin meydanlarında, bəzi İmamzadə və ümumi məscidlərdə qadınlar hovuzun kənarında naməhrəmlərin yanında dəstəmaz alırlar. Onların dəstəmazı düzgündürmü?
    Cavab: Öz bədənlərini naməhrəmlərdən örtmələri lazımdır. Lakin hər halda dəstəmazları düzgündür.
    SARĞILI DƏSTƏMAZ
    Sual 181: Bir nəfər bir müddət əlini sarğılı dəstəmaz almaq üçün bir plastik kisəyə salıb və əlini suya batırmaqla dəstəmaz alıb. Yaxud da əl sürtmək əvəzinə onu yuyub namaz qılıb. Onun namazları düzgündürmü?
    Cavab: Bu sualda qeyd olunan dəstəmaz batildir. Bu dəstəmazla qıldığı namazları qəza etməli, vaxt olduğu halda isə təkrar qılmalıdır.
    Sual 182: Əli tamamilə gipsdə olan şəxs necə dəstəmaz almalıdır?
    Cavab: Əvvəl üzünü kranın altında saxlamaqla, ya suya batırmaqla ya da sol əli vasitəsi ilə yusun. Sonra sağ əli üçün sarğılı dəstəmazın hökmlərini icra etsin, sonra isə sol əlini suya batırmaq, ya da kranın altında saxlamaqla dəstəmaz alsın. Sol əlin nəmi ilə başı və ayaqların üstünü məsh etsin.
    Sual 183: Əli yara olan bir şəxs sarğılı dəstəmaz almalıdır. Biləyə və ya dirsəyə qədər olan yaranı plastik bir kisəyə salıb dəstəmaz alsa necə olar?
    Cavab: Eybi yoxdur. Lakin yuyula biləcək hissələri kisə örtməməlidir. Dəstəmaz niyyəti edib salamat əl ilə kisənin üstünə sürtməlidir. Onu yumaq isə olmaz.
    Sual 184: Xəstə zərərdən qorxaraq sarğılı dəstəmaz alır, namazdan sonra məlum olur ki, onun qorxusu əbəs olubdur. Onun vəzifəsi nədir?
    Cavab: Dəstəmazı təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.
    DƏSTƏMAZ ÜZVLƏRINDƏ OLAN YARA
    Sual 185: Əgər dəstəmaz üzvlərinin birində suyun zərər etməyəcəyi, qanı dayanmayan bir yara olarsa, dəstəmaz almaq üçün nə etməlidir?
    Cavab: Bu sualda qeyd olunan yara yerini kürr suda, ya da kranın altında saxlayıb əl sürtmək lazımdır ki, qan yuyulsun. Əli onun üstünə sıxmaq lazımdır ki, qanın çıxmasının qarşısı alınsın. Fasiləsiz dəstəmaz niyyəti ilə suyu həmin yerə axıtmaq lazımdır. Ondan sonra üzvün qalan hissəsini dəstəmaz üçün yusun.
    XƏSTƏNIN VƏ BIR BƏDƏN ƏZASI KƏSILƏN ŞƏXSIN DƏSTƏMAZI
    Sual 186: Bir nəfər elə bir xəstəliyə düçar olub ki, düz bağırsağın çıxacağı tutulub. (Qəbz olub) Bağırsağı qarından çıxarıb bir kisəyə birləşdiriblər. Namaz üçün dəstəmaz alanda nə etməlidir?
    Cavab: Əgər nəcis və sidik fasiləsiz olaraq xaric olursa və dəstəmazla namazın heç bir hissəsini qıla bilmirsə, namazları bir dəstəmazla qıla bilər.
    Sual 187: Bir nəfərin əli dirsəkdən yuxarı kəsilibsə, sağ ayağı məsh etməlidirmi?
    Cavab: Verilən sualın şərtinə əsasən sol əllə sağ ayağı əvvəl, sonra sol ayağı məsh etməlidir.
    Sual 188: Əli və ayağı olmayan, ya bir əli və bir ayağı olmayan necə dəstəmaz alsın?
    Cavab: Əgər hər iki əli dirsəkdən yuxarı kəsilibsə bacardığı halda dəstəmaz almaq üçün üzünü yusun. Məsələn üzünü suya salsın dəstəmaz niyyəti ilə tərtiblə, yəni yuxarıdan aşağı sudan çıxarmaqla yusun. Ya da kranın altında saxlasın. Başı və ayaqları məsh etmək üçün köməkçi tutsun ki, onun üzünün nəmi ilə onun başını və ayaqlarını məsh etsin. Əgər üzünü suya sala bilmirsə, məsələn köməkçi aftafa olan su ilə onun üzünü yusun və başını və ayaqlarını məsh etsin. Dirsəkdən aşağı bir hissə qalıbsa onu özü dəstəmaz niyyəti ilə yusun və həmin hissə ilə başını və ayaqlarını məsh etsin. Ehtiyat budur ki, dəstəmazdan əlavə təyəmmüm də etsin. Belə ki, alnını yerə özü məsh etsin. Köməkçi də öz əllərini yerə vurub onun alnını məsh etməlidir. Əgər iki ayağı topuqdan yoxdursa, bu təklif ondan götürülmüşdür. Əgər ayağın üstündən bir hissə qalıbsa onu məsh etməlidir. Əgər bir əli dirsəkdən yuxarı yoxdursa, o əli yumaq onun öhdəsindən götürülüb.
    O biri əli qabaqda deyilən qaydada dəstəmaz üçün yumalı və həmin əllə başı və ayaqları məsh etməlidir. Əgər dirsəkdən aşağı bir miqdar qalıbsa, dirsəyə qədər qalan hissəni və digər əli də dəstəmaz niyyəti ilə yusun yusun. Məsh üçün sağ əl naqisdirsə həmin qalan hissə ilə başı və sağ ayağı məsh etsin. Sol əllə də sol ayağı məsh etsin. Əgər bir ayaqda məsh olunan yerin bir hissəsi qalıbsa, həmin hissəni məsh etsin. Qalmadığı halda məsh etmək lazım deyil. Yalnız o biri ayağı məsh etsin.
    Sual 189: Əgər bir xəstənin damarına sistem köçürülmək üçün xüsusi iynə bağlanıbsa üç növ təharəti (qusl, təyəmmüm, dəstəmaz) necə yerinə yetirməlidir?
    Cavab: Verilən suala əsasən belə xəstənin vəzifəsi cəbirə hökmündədir. Lazımdır ki, cəbirə dəstəmazı və cəbirə quslu alınsın.(Ətraflı məlumat üçün Tövzihül-məsail kitabının 288 və 710-cu məsələlərinə müraciət etsin.)
    Sual 190: Yuxarıda qeyd olunan əksər hallarda, plastik boruların içində və onların xarici hissəsində qan toplanır. Qanın olmasının namaz üçün bir maneəsi varmı?
    Cavab: Əgər çətinliyi yoxdursa borunu dəyişin, yaxud da boşaldıb təmizləyin. Əks təqdirdə həmin vəziyyətdə namaz qılsa düzgündür
    DƏSTƏMAZ HAQQINDA OLAN BAŞQA MƏSƏLƏLƏR
    Sual 191: Dəstəmaza başlamazdan əvvəl əl-üzümü yumuşam. Dəstəmaz almaq üçün onları qurutmalıyammı?
    Cavab: Qurutmaq lazım deyil.
    Sual 192: Bir nəfər su təşkilatının xəbəri olmadan qonşudan əlavə boru çəkib. Suyun pulunu isə qonşuya verir. Həmin su ilə dəstəmaz və quslun hökmü nədir?
    Cavab: Əgər boru xəttini müvəqqəti istifadə niyyəti ilə çəkibsə hələlik maneəsi yoxdur, əks halda istifadə etmək düzgün deyil. Qusl və dəstəmazın düzgünlüyü müşküldür.
    Sual 193: İmamzadə kənarında ölülərin dəfn olunduğu bir yerdə hovuz düzəldiblər. Orada dəstəmaz almağın hökmü nədir?
    Cavab: Verilən suala əsasən, zahirən orada dəstəmaz almaq düzgündür.
    Sual 194: Bir nəfər dəstəmazdan sonra üzündə bir qan görür. Bilmir ki, dəstəmaz əsnasında olub, ya dəstəmazdan sonra. Dəstəmazı düzgündürmü?
    Cavab: Aldığı dəstəmaz düzgündür
    Sual 195: Dəstəmaz suyu saflaşdırılmış su olmalıdırmı?
    Cavab: Saflaşdırılması lazım deyil. Mütləq su olması lazımdır.
    Sual 196: Qəsbi ayaqqabı ilə alınan dəstəmazın hökmü nədir?
    Cavab: Eybi yoxdur.
    Sual 197: Dəstəmazın düzgün icra olunub-olunmamasındakı şəkkin hökmü nədir?
    Cavab: Əgər dəstəmaz alandan sonra şəkk edərsə əhəmiyyət vermək lazım deyil, dəstəmazı düzgündür. Amma dəstəmaz aldığı əsnada şəkk edərsə, şəkki aradan qaldırmalı (yəni şəkk etdiyi yeri yenidən yumalı), ondan sonra ardıcıllıqla dəstəmazı tamamlamalıdır.
    Sual 198: Əgər insan namaz əsnasında şəkk etsə ki, dəstəmaz alıb ya yox, nə etməlidir? Cavab: Əgər əvvəlki vəziyyətini bilməsə, namazı yarıda qoymalıdır. Dəstəmaz alandan sonra əvvəldən namazı qılmalıdır. Daha yaxşı olar ki, namazı şəkk etdiyi halda başa vurub, sonra dəstəmaz alıb namazı təzədən qılsın. Əvvəlki vəziyyətini bilirsə, onu əsas tutmalıdır. Deməli namazdan əvvəlki vəziyyəti dəstəmazlı olmaqdırsa, namazı davam etsin, təkrar namaz qılmaq lazım deyil.
    Qabaqkı vəziyyətində dəstəmazsız olduğunu bilirsə və sonra dəstəmaz aldığını ehtimal edirsə, namazı yarıda qoyub, dəstəmaz alsın və namazı əvvəldən qılsın.
    Sual 199: Həddi-büluğa çatmayan uşağın dəstəmazı düzgündürmü? Onun əlinə Quran vermək olarmı?
    Cavab: Bəli, dəstəmazı düzgündür, onun əlinə Quran verməyin eybi yoxdur.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 887 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024