İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    QUSL
    Quslə aid olan məsələlər
    200: Yaraları qarın yaraları kimi açıq olub, ardıcıl kənara sıçrama verən xəstələr necə yuyunub namaz qılsınlar?
    Cavab: Suyun onlara zərəri yoxdursa, sağlam adamların hökmündə olub adi qaydada yuyunmalıdırlar. Əgər zərəri varsa, yaraların ətrafını qusl məqsədi ilə yusunlar. Yaş əli yaraların üstünə çəkməyin zərəri yoxdursa, ehtiyat odur ki, yaş əli onların üstünə sürtsün, sonra isə təmiz bir parçanı yaranın üstünə qoyub yaş əli parçaya da çəksin. Əgər bu cür əməl etməyin zərəri olsa, ya yara nəcis olsa və su vurmaq mümkün olmasa gərək yaraların ətrafını adi qaydada və ardıcıllıqla - əvvəl baş və boyunu sonra sağ, ondan sonra sol tərəfi yusunlar, ehtiyat üçün qusl əvəzinə təyəmmüm də etməlidirlər.
    201: Qocalıq, ya bəzi başqa səbəblərdən bədənin zahiri tərəfinin bir hissəsi bədənə aid olan dərinin bir hissəsi ilə örtülüb. Qusl etmək üçün örtülən hissəni yumalıdırlar, ya onu bədənin daxili hissəsi hesab etməlidirlər?
    Cavab: Bəli, əvvəl bədənin zahiri hesab olunan hissə hal-hazırda şübhəli olarsa, gərək yuyulsun.
    202: Vacibi qusl etmək başqa vacibi quslun əvəzinə kifayət edirmi? (Məsələn, cənabət və məssi meyyit quslu kimi).
    Cavab: Bəli, vacibi qusl etmək başqa vacibi quslun əvəzinə kifayət edir.
    203: Müstəhəbbi quslun əvəzinə vacibi qusl kifayət edərmi? Əksi necə?
    Cavab: Əgər müstəhəbbi qusl niyyəti olmasa, vacibi qusllər müstəhəbbi qusullara kifayət etmir.
    204: Müstəhəbbi bir qusl, digər bir müstəhəbbi quslun əvəzinə kifayətdirmi?
    Cavab: Xeyr kifayət etmir, amma qusulların hamısını niyyət etsə olar.
    205: Qadınların saçları üçün istifadə etdikləri rəng suyun dəriyə yetişməsinə maneçilik törədirmi?
    Cavab: Qeyd olunan rəng qatıdırsa suyun dəriyə yetişməsinə maneçilik törədər. Çünki, vacibi ehtiyata əsasən qusl üçün saçlar yuyulmalıdır. Buna görə qatı olan rəngi təmizləmək lazımdır. Amma rəng olsa eybi yoxdur.
    206: Əgər xəstə zərərdən qorxub cəbirə quslu etsə və namazdan sonra məlum olsa ki, qorxusu əsassız olub, onda onun vəzifəsi nədir?
    Cavab: Təkrarlamaq vacib deyil, amma yaxşı olar ki, təkrarlasın.
    QUSULA SƏBƏB OLAN HALLAR
    207. Bəzi adamlar sperma xaric olan kanalı tibbi cərrahiyyə yolu ilə bağlayırlar. Cinsi yaxınlıq vaxtı yapışqan su xaric olursa, bu suyun sperma hökmü varmı? Bu kimi şəxslərin möhtəlim olması necədir?
    Cavab: Söylənilən tibbi cərrahlıq yolu ilə kanalın bağlanması spermanın xaric olmamasına səbəb olmaz. Sperma olmasa da belə, bu maye adi surətdə onların bədənindən xaric olur və cənabətə səbəb olur. Əgər şəkk etsə, cənabət üçün qeyd olunan üç əlamət varsa onun sperma olmasına hökm verilir.
    208: Ağ rəngdə yapışqan bir su insandan xaric olub; Ehtimal vardır ki, bu maye sperma olsun. Qusul vacibdirmi?
    Cavab: Xeyr. Spermaya oxşasa da, onda qeyd olunan nişanələr olmasa və bədəndən xaric olmasına yəqinlik tapılmasa vacib deyil.
    209: Xəstəlik səbəbindən bir şəxsdən ixtiyarsız sperma xaric olur; bu vəziyyət qusula səbəb olurmu?
    Cavab: Bəli. Qusula səbəb olar.
    Sual 210: Bir şəxsin yumurtalarından iynə vasitəsi ilə sperma çəkiblər. Kərək qusl etsin?
    Cavab: Verilən suala əsasən sperma öz kanalından xaric olmadığından qusulun vacib olması şübhəlidir. Amma ehtiyat yaxşıdır. Qusl edəndən sonra namaz üçün dəstəmaz da alsın.
    Sual 211: Yuxudan oyanan bir şəxs öz paltarında spermaya oxşar bir rütubət görür. Cənabətə səbəb olan bir yuxu da görməmişdir. Onun vəzifəsi nədir?
    Cavab: Əgər o rütuətin sperma olmasına və ondan xaric olmasına yəqinliyi varsa, gərək qusl etsin. Əks halda bir bir şey lazım deyil.
    Sual 212: Cənabətli olmasını ehtimal edən bir şəxs qusl etməlidirmi?
    Cavab: Şəkk və ehtimalla qusl vacib olmur. Yəqinlik və arxayın olmaq əsasdır.
    Sual 213. Qadın və əri namaz üçün qusl etməyə çatmayacaqlarını bilsələr ya etməyə bir maneə yaransa və ya onlardan biri qusl edə bilməsə namaz vaxtının daxil olmasından əvvəl yaxınlıq etmələri düzgündürmü?
    Cavab: Əgər təyəmmüm edə bilsələr, hər iki halda maneəsi yoxdur. Amma vaxt daxil olubsa və təyəmmümə imkan yoxdursa, yaxınlıq etmək düzgün deyildir.
    CƏNABƏTİN HÖKMLƏRİ
    Sual 214. Cənabətli şəxsin üstündə Quranın olmasının (və ya onu cibində gəzdirməsinin) maneəsi var, ya yox?
    Cavab: Maneəsi yoxdur.
    Sual 215. Cənabətli və heyzli olanların Kumeyl duasını oxumaları düzgündürmü?
    Cavab: Maneəsi yoxdur. Amma ehtiyata əsasən duada olan Quranın mübarək ayəsini (əfə mən kanə muminən kə mən kanə fasiqən) oxumasınlar. Çünki, bu ayə Quranın (Əlif-lam Səcdə) surəsinin ayələrindəndir.
    Sual 216. Quran ayəsi yazılan səhifənin üzərinə vərəq və plastik çəkilmişdir. Yazılan Quran ayəsi aydınlıqla görünür. Cənabətli və dəstəmazsız şəxs onun üzərinə əl vursa hökmü nədir?
    Cavab: Maneəsi yoxdur.
    Sual 217. Cənabətli və heyzli şəxslər İmamzadələrin hərəminin ziyarətinə gedə bilərlərmi?
    Cavab: Heç bir maneəsi yoxdur.
    Sual 218. Haramdan cənabətli olan bir şəxs qusl edən zaman haramdan bu işin olduğunu niyyət etməlidirmi?
    Cavab: Xeyr, lazım deyil.
    QUSULUN NECƏLİYİ
    Sual 219. Hamamda təzyiqlə axan duşun altında irtimasi qusl etmək olarmı?
    Cavab: İrtimasi quslda su bir dəfəyə bütün bədəni tutmalıdır. Duş altında bu iş çətindir.
    Sual 220. Qusulda bədənə əl çəkmək lazımdırmı?
    Cavab: Əl çəkmək lazım deyil, əgər su qusl niyyəti ilə bütün bədənə çatsa, kifayətdir.
    Sual 221. Cənabət quslunda bir şəxs əvvəl sağ tərəfi başdan ayağa qədər yuyub, sonra sol tərəfi yumuşdur. Onun quslu səhihdirmi?
    Cavab: Verilən suala əsasən onun quslu batildir, çünki tərtibi quslda gərək əvvəl başı və boyunu qusl niyyəti ilə yusunlar, sonra sağ tərəfi daha sonra sol tərəfi yusunlar.
    Sual 222. Bir şəxsin bədənində suyun dəriyə çatmasına bir maneə var imiş; bu maneə qusl zamanı yadından çıxmış, qusldan sonra isə maneə aradan getmişdir. Onun quslu səhihdirmi?
    Cavab: Suala əsasən qusl zamanı həmin maneəyə diqqətsizlik etmişsə gərək quslunu təkrarlasın.
    Sual 223. Bədən üzvlərindən birinə çəkilən rəngin suyun dəriyə çatıb-çatmamasında maneə yaratması haqqında şəkk edən şəxsin vəzifəsi nədir?
    Cavab: Suyun dəriyə çatmasına arxayınlıq tapana qədər yoxlanış aparması lazımdır.
    Sual 224. Rəngsaz bir şəxs əl və üzündən rəngin zərrələrini təmizləməkdə çətinlik çəkir. Dəstəmaz və quslda onun vəzifəsi nədir?
    Cavab: Rəngin zərrələrini təmizləmək bir narahatçılıq və çətinlik yaradırsa, gərək cəbirə dəstəmazının göstərişinə əməl etsin (o halda dəstəmaz alsın). Ehtiyata görə təyəmmüm də etsin. Namazın vaxtı azdırsa və rəngi təmizləməyə fürsət olmasa, həmin göstərişə əməl etsin ki, namazı qəzaya getməsin. Bu cəhətə əsasən dəstəmaz və qusl arasında heç bir fərq yoxdur.
    Sual 225. Yağlı əl və bədənlə dəstəmaz və qusl almağın hökmü nədir?
    Cavab: Əgər bədənin dərisinə suyun çatmasına maneə yaradan yağın miqdarı çox olsa, qusl və dəstəmaz səhih deyildir. Gərək əvvəl yağlılığı təmizləsinlər, amma maneə olmasa, yəni yağlılıq az olsa, dəstəmaz və qusl səhihdir.
    Sual 226. Qusl, dəstəmaz və təyəmmümdə üzüyü barmaqdan çıxarmaq lazımdırmı?
    Cavab: Dəstəmaz və quslda su gərək üzüyün altına çatsın, üzüyü çıxartmaq lazım deyil. Amma təyəmmümdə çıxarmaq lazımdır.
    Sual 227. İflic və şikəst bir şəxs qusl edə bilmədiyi üçün başqaları onu yuyundururlar; qusl üçün onun vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən başqa bir şəxs suyu onun başına, boynuna, sağ və sol tərəfinə töksün. İflic və şikəst adam da qusl niyyəti etsə kifayət edər.
    Sual 228. Qusl niyyəti ilə hamama gedən bir şəxs bir gün sonra qusl edib-etməməsində şəkk etsə vəzifəsi nədir?
    Cavab: Qıldığı namazlar səhihdir, amma sonrakı namazlar üçün qusl etsin.
    Sual 229. Boynunda bir neçə quslu olan bir şəxs cənabət, heyz, məss-meyit quslu yerinə yetirməklə yanaşı cümə quslu da vermək istəyir. Onlara ayrı-ayrı niyyət və qusl etsin, ya heç bir fərqi yoxdur?
    Cavab: Heç bir fərqi yoxdur. Onların hamısına bir niyyət edib qusl edə bilər.
    Sual 230. Qusl əsnasında ondan sidik xaric olub-olmamasında şəkk edən şəxsin vəzifəsi nədir?
    Cavab: Öz şəkkinə etina etməsin.
    Sual 231. Dövlət idarələrinin hamamlarında qusl etməyin hökmü necədir?
    Cavab: İdarə qanunlarının ziddinə olmasa maneəsi yoxdur.
    Sual 232. Nadanlıq və qəflət üzündən mənzilimin boru, su qızdırıcı və su kranlarını qəsbi və haram pulla almışam. Xahiş edirəm buyurun: Onlardan istifadə edib, dəstəmaz və qusl almağın hökmü nədir?
    Cavab: Verilən suala əsasən onları həmin haram və qəsbi pulla almısınız, haram iş görmüsünüz; gərək tez bir zamanda pul sahibinin razılığını əldə edəsiniz və onları (boru, kran və su qızdırıcı) qəsbi olmaqdan xaric edəsiniz. Borunun suyu mübah olduğundan qəsbi sayılmır, dəstəmaz və qusl almaq batil deyildir; su kranını açıb bağlamaqla haram iş görmüş olsınız da belə.
    QADINLAR HAQQINDA OLAN HÖKMLƏR
    Sual 233. Bir qadın adəti üzrə beş gündən sonra pak olaraq qusl edib. Səkkizinci gün bir damla qan görür, bunun hökmü nədir?
    Cavab: Gördüyü qan heyz qanıdır, gərək yenidən qusl etsin.
    Sual 234. Adəti altı və ya yeddi gün olan qadın adətindən sonra pak olur, lakin ondan sonra yenə də sarı rəngli qan görür və şəkk edir ki, heyz qanıdır, ya yox. Bu qan on gün ərzində kəsilsə, yaxud kəsilməsə vəzifəsi nədir?
    Cavab: Əgər on gün müddətində qan görsə heyz qanıdır.
    Sual 235. Cənabətli bir qadın quslundan əvvəl heyz qanı görsə, heyzdən paklanmamış cənabət quslu edə bilərmi? Başqa qusllar necə?
    Cavab: Bəli edə bilər. Cənabət quslu önəmlidir. Cümə quslu kimi başqa qusllar da düzgündür.
    Sual 236. Bir qadın altı gündən sonra heyzdən paklanır və başqa qan görmür. Doqquzuncu gün çox az miqdarda qan görür və sonra tamami ilə paklanır. Bu qanın hökmü nədir?
    Cavab: Verilən sualda doqquzuncu gün görülən qan heyz qanıdır. Ara günlərdə pak olmasının hökmü heyzdir. Əgər adətən belə vəziyyətlə üzləşirsə, qan gəlməsinə yəqini varsa, vacibi ehtiyata əsasən heyz görən qadına haram olan işləri tərk etsin. Yaxşı olar ki, istihazə qanı görən qadınlara aid olan işləri icra etsin.
    Sual 237. Bir qadın heyz qanı görür, heyzin ikinci günü uşaqlığını cərrahiyyə yolu ilə çıxarırlar. Heyz üç gün olmadığı üçün heyz quslu vacibdirmi?
    Cavab: Xeyr, heyz quslu vacib deyil, çünki heyz qanı üç gündən az ola bilməz. Bu halda istihazə quslu etsin.
    Sual 238. Bir qadının uşaqlığını cərrahiyyə əməliyyatı vasitəsi ilə götürürlər, sonradan gördüyü qanların hökmü nədir?
    Cavab: Əgər yaisə deyilsə, qanda heyz əlamətləri varsa ehtiyata görə onun üçün heyz hökmlərini icra etsin.
    Sual 239. Heyz görmüş qadın ramazan ayında təşkil olunan Quran məclislərində iştirak edib Qurana qulaq asa bilərmi və o halda səcdə ayəsi olan surələri oxuya bilərmi?
    Cavab: Eybi yoxdur. Lakin səcdəsi olan surələri oxumağa icazəsi yoxdur. Amma onlara qulaq asa bilər, əgər səcdə ayəsini eşitsə başqaları kimi səcdə etməlidir.
    Sual 240. Bəzən qadınlar məsciddə keçirilən hüzür məclislərində aylıq adətləri vaxtı iştirak edirlər. Onun hökmünü isə bilmirlər, nə etmək lazımdır?
    Cavab: Onları başa salmaq lazımdır ki, bu halda məscidə daxil olmasınlar. Bilmədikləri halda günah etməyiblər.
    Sual 241. Qadınlar adət halında İmamzadələrin hərəminə gedə bilərlərmi?
    Cavab: Maneəsi yoxdur.
    Sual 242. Uşağı ana bətnindən cərrahiyyə əməliyatı vasitəsi ilə çıxardıblar. Amma qan öz təbii yolu ilə axır. Bu qan nifas hökmündədirmi?
    Cavab: Verilən suala əsasən belə halda qan nifas hökmündədir.
    Sual 243. Heyz və cənabət halında olanın İmam Rza (ə) hərəminə bitişik olan yerlərə daxil olmasına icazə varmı?
    Cavab: Əgər məscid deyilsə eybi yoxdur.
    Sual 244. Bir qadın vacib olduğu halda heyz quslu etməyi unudub və bir müddət bu halda namaz qılıb. Təbii ki, öz namazları üçün dəstəmaz alıb. Əgər bu müddətdə müstəhəbbi qusl edibsə namazlarını qəza etməlidir?
    Cavab: Vacibi quslun yerinə müstəhəbbi qusl kifayət etmədiyi üçün heyz quslu etməli və namazlarını qəza qılmalıdır.
    Sual 245. Rüşeyimin naqis şəkildə düşməsindən sonra müşahidə olunan qanın hökmü nədir?
    Cavab: Tovzihul-məsail kitabının 510-cu məsələsində olduğu kimi bu qan nifas qanıdır.
    Sual 246. Bir qadın cənabətli olduğunu unudub, bir müddət bu halda namaz qıldıqdan sonra yadına düşür ki, boynunda cənabət quslu var. Amma bu arada heyz quslu edibmiş. Keçmiş namazlara görə hökmü nədir?
    Cavab: Heyz quslundan sonra nə qədər namaz qılıbsa, təkrarı və qəzası yoxdur.
    Sual 247. Şəkk edilir ki, görəsən görülən qan nifas qanıdır, ya yara qanı:
    1) Bu halda qadının vəzifəsi nədir?
    2) Xəstənin paltarı qana bulaşıbsa, nifas qanı hökmündədir, ya yara qanı?
    Cavab: 1) Bu sualda qan nifas hökmündədir.
    2) Bu libasla namaz qılınarsa, onda olan qan yara qanı hökmündədir. Əgər dirhəmdən böyük deyilsə eybi yoxdur.
    Sual 248. Bir qadın hamiləliyin qarşısını almaq üçün IUD cihazından istifadə edir. Əgər bu halda qanaxma baş verərsə vəzifəsi nədir?
    Cavab: Əgər yəqin bilsə ki, bu qan yaraya aiddir, namaz üçün paklanmalıdır. Xüsusi bir hökmü yoxdur. Bundan sonrakı hallarda əgər heyz olma imkanı olsa, belə ki, adət vaxtında üzə çıxıbsa, ya heyz xüsusiyyətləri onda olmuş olsa, ən azı qabaqkı heyzlə bu qan arasında paklıq fasiləsi mövcuddursa, heyz qanı hökmündədir və bundan başqa hallarda istihazə hökmündədir.
    Sual 249. Bir qadının bətnində olan uşağı (rüşeymi) saldırmaq üçün cərrahiyyə əməliyyatı aparırlar. Qadından təbii yolla çıxan qanın hökmü nədir?
    Cavab: Əgər qan doğuş və uşaqsalma (abort) ilə əlaqədardırsa nifas hökmündədir.
    QADINLARIN CƏNABƏTLİ OLMA HÖKMLƏRİ
    Sual 250. İstimna edən qadının hökmü nədir? Boynuna qusl gəlirmi?
    Cavab: Bu iş haramdır və əgər spermanın xaric olmasına yəqinliyi varsa gərək qusl etsin.
    Sual 251. Qadınlar da yuxuda möhtəlim ola bilərlərmi?
    Cavab: Bəli mümkündür.(Vəsailüş-şiə” c. 1 səh. 473 bab. 7 .)
    Sual 252. Mümkündür ki, qadınlar yaxınlıq olmadan cənabətli olsunlar?
    Cavab: Bəli mümkündür və əgər məlum kanandan spermanın çıxmasına yəqinlik tapsa ona qusl vacib olur. Amma yəqinlik tapmasa qusl vacib olmur.
    Sual 253. Qadın həyat yoldaşı ilə əylənən vaxtı ehtirasları təhrik olur, özündən maye xaric olduğunu hiss edir, cənabət olduğunu zənn edir. Bu halla ona qusl vacib olurmu?
    Cavab: Əgər spermanın çıxmasına yəqinlik hasil olsa qusl vacibdir. Əks halda başqa bir vəzifəsi yoxdur.
    Sual 254. Qadın yuxuda olan vaxt həyat yoldaşı onunla yaxınlıq etmişdir. Bunu qusl və namaz üçün ona deməlidirmi?
    Cavab: Namaz üçün gərək ona desin.
    Sual 255. Əri ilə yaxınlıqdan sonra qusl edən bir qadından bir az sonra bir miqdar sperma xaric olur, özündən ya ərindən olduğunu bilmirsə onun vəzifəsi nədir?
    Cavab: Verilən cuala əsasən sperma olmasına yəqinliyi olduğu üçün nəcisdir. Amma özündən ya ərindən olmasına şəkki olduğu üçün qusl etməsi lazım deyil.
    Sual 256. Bəzən qadınlar və nişanlı qızlar bir az ləzzət üçün öz həyat yoldaşları ilə yaxınlıq edirlər, bu zaman rütubət xaric olursa bu sperma hökmündədirmi?
    Cavab: Qeyd olunan rütubət sperma hökmündə deyil, şəhvətlə xaric olsa bu surətdə sperma hökmü vardır.
    İSTİHAZƏYƏ AİD MƏSƏLƏLƏR
    Sual 257. İstihazə-kəsirə(Yəni qan istifadə olunan parçadan paltara keçərsə hər namaz üçün alınan qusl.) quslu ilə dəstəmaz da lazımdırmı? Mutəvəssitə-istihazə(Yəni qan istifadə olunan parçanın orta hissəsinə keçərsə sübh namazından əvvəl bir dəfə alınan qusl.) ilə necə?
    Cavab: Bəli, gərək dəstəmaz alsın. İstihazə kəsirə və mütəvəssitə arasında bir fərq yoxdur.
    Sual 258. Bir xanım neçə aydır öz adət günlərində iki gün qan görür, ondan sonra yeddinci günə qədər nə zahirdə, nə də batində qan görür, daha sonra yeddinci gün bir az qan müşahidə edir və tamam olur. Yalnız iki gününü heyz hesab etsin, ya bütün yeddi günün hamısını? İki gündən sonra qusl edib namaz qılmasına diqqət etməklə, əri onunla yaxınlıq etsə kəffarəsi varmı?
    Cavab: O iki gün və ondan sonrakı günlər də heyz hökmündə deyildir. İstihazə hökmü vardır, onun ərinə kəffarə vacib deyil.
    Sual 259. Xəstəlik ucbatından bir qadının istihazə müddəti çox olur, bir gündə üç qusl etməsi çətinlik yaradırsa onun vəzifəsi nədir?
    Cavab: Bacardığı qədər, çətinlik və əziyyət olmasa qusl etsin. Əgər çətinlik olsa qusl yerinə təyəmmüm etsin.
    Sual 260. Bir qadın öz ərinə pak olduğunu demiş, sonra onunla yaxınlıq etmiş və qan görəndən sonra pak olmadığı məlum olmuşdur. Kəffarə lazımdırmı?
    Cavab: Verilən suala əsasən kəffarə lazım deyil.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 1859 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024