İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    YAİSƏLİYİN TƏRİFİ
    Sual 261. Yaisəliyin mənası nədir? Yaisəlik yaşında qadının hamilə olması mümkündürmü?
    Cavab: Qadının yaisəliyi budur ki, daha heyz hökmündə olan qan görməsin, qan görsə və ya heyz qanına oxşasa belə şəri cəhətdən onun üçün heyzin hökmü yoxdur. Yaisəlik, seyyidə qadınlarda qəməri təqvimi ilə 60 yaşında, seyyidə olmayanlarda isə 50 yaşında müşahidə olunur. Çünki, qadının uşaqlığı yaisəlik dövründə nütfə bağlamaq qabiliyyətində deyildir. Belə qadınlar çox nadir hallarda hamilə olurlar.
    Sual 262. Yaisəlik yaşına çatıb-çatmamasında şəkk edən bir qadının vəzifəsi nədir?
    Cavab: Yaisəlik həddinə çatmaqda şəkk etməklə yaisəlik hökmü ona aid edilmir.
    Sual 263. Bir qadın yaisəlik dövründə heyz qanına oxşar qan görüb, bu heyz ya istihazə qanı hökmündədirmi?
    Cavab: İstihazə qanı hökmündədir, heyz qanına oxşasa da belə.
    YAİSƏLİK YAŞI (Qadınlarda doğum imkanlarının kəsilməsi)
    Sual 264. Zəhmət olmasa deyin, qadın neçə yaşa qədər heyz qanı görür? Şəmsi və ya qəməri ili ilə necə hesablanır? Bunu da nəzərə alın ki, pasportda tarix şəmsi təqvimi ilə göstərilib.
    Cavab: Seyyidə olan qadınlar qəməri təqvimi ilə 60 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablandıqda 58 il 77 gün 12 saatdır. Seyyidə olmayan qadınlar qəməri təqvimi ilə 50 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablaqdıqda 48 il 179 günə bərabərdir.
    Sual 265. Bir qadın yaisəlik yaşına çatıb-çatmamasında şəkk edir. Qan görür, amma üç gün davam edib-etməməsində yəqinliyi yoxdur. Namaz və oruc barədə vəzifəsi nədir?
    Cavab: Verilən bu sualda, əgər qanı adət günlərində görürsə, ya o qanda heyz nişanələri varsa, heyz hökmündədir. Digər hallarda isə istihazə hökmündədir.
    HEYZIN QARŞISINI ALMAQ ÜÇÜN DƏRMANLARDAN ISTIFADƏ EDILMƏSI
    Sual 266. Bir qadın aylıq adətinin qarşısını almaq üçün dərman atıb. Arada dərman atmadığı üçün bir az qan görüb. Lakin üç gündən tez kəsilib. Adət günlərində olan bu qan heyz qanıdırmı?
    Cavab: Əgər ardıcıl üç gün olmayıbsa heyz hökmündə deyil.
    Sual 267. Bəzi qadınlar ramazan ayının orucunu tutmaq üçün, ya həccdə həcc əməllərini yerinə yetirə bilsinlər deyə bəzi həblərdən istifadə edirlər. Bəzən dərman atmalarına baxmayaraq adət vaxtlarında bir-iki gün qan görürlər. Bu qanın hökmü nədir?
    Cavab: Ardıcıl olaraq üç gün qan görməsələr və adət günlərində olmasalar belə, heyz hökmündə deyil. Orucları düzgündür və həcc əməllərini də yerinə yetirə bilərlər. Bu qan istihazə hökmündədir. Ardıcıl üç gün olmadığını bildiyi halda heyzin hökmlərinə riayət etməməlidir.
    QADININ BAŞQA ŞƏXSLƏR ÜÇÜN ÖZÜNÜ ƏTIRLƏMƏSI
    Sual 268. Özünü ərindən başqası üçün ətirləyən bir qadına qusl etməsi lazımdırmı?
    Cavab: Verilən suala əsasən müstəhəbdir ki, qusl etsin.
    MÜQƏDDƏS ADLARA VƏ QURAN AYƏLƏRINƏ TOXUNMAQ
    Sual 269. Kağız pulların, biletlərin və digər şeylərin üzərində olan İran İslam respublikasının gerbinin şəklinə dəstəmazsız toxunmaq olarmı?
    Cavab: Onlara dəstəmazsız toxunmamaq daha yaxşı olar. Bəli onlara toxunmaq ehtiramsızlığa səbəb olarsa icazə verilmir.
    Sual 270. Allah kəlməsinə aid olan Abdullah, Həbibullah və buna oxşar olan adlara dəstəmazsız toxunmaq olarmı? Həmçinin dəstəmazsız qadınlar üzərində Allah kəlməsi həkk olunmuş boyunbağıları boyunlarına asır, bəzən Allah sözü onların bədənlərinə yapışır. Peyğəmbərlərin və İmamların adlarını da buna əlavə etmək olar. Bu məsələlərin hökmü necədir?
    Cavab: Yaxşı olar ki, Allah-Təalanın adına harada, necə və hansı dildə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunulmasın. Yəni bədənin hər hansı bir yerini dəstəmazsız ona toxundurmasınlar; peyğəmbərlərin və imamların da adları belədir. Əgər bu ehtiramsızlığa səbəb olarsa (dəstəmazsız toxunmağa) icazə verilmir.
    Sual 271. Quranda olan İblis və ona oxşar olan sözlərə dəstəmazsız və təharətsiz əl vurmaq olarmı?
    Cavab: Bir halda ki, Quran və onun hekayətlərindən söhbət gedir, icazə verilmir.
    Sual 272. Cənabətli olan şəxs əlini İslam respublikasının gerbi üzərinə, yaxud üzərində Allah sözü nəqş edilmiş digər əşyaların üstünə qoya bilərmi? Üzərində Allah kəlməsi yazılmış kağız pullar və biletlər necə? Bu məsələdə peyğəmbərlərin və imamların adlarının hökmü nədir?
    Cavab: Cənabətli olan şəxsə haramdır ki, bədəninin bir yerini Allahın adına vursun. Ehtiyat vacibə görə bu hökm peyğəmbərlərin və imamların adına da aiddir. Bu barədə bir fərq yoxdur.
    Sual 273. Boynunda Allah kəlməsi nəqş edilmiş boyunbağı olan bir qadın heyz qanı görür. Bəzən ixtiyarsız olaraq boyunbağının Allah kəlməsi olan tərəfi onun bədəninə yapışır. Bu cür boyunbağını asmağa icazə varmı?
    Cavab: Əgər bilirsə ki, Allah kəlməsi olan tərəfi bədəninə yapışır, icazə yoxdur.
    Sual 274. Elə şəxslər var ki, onlar Allahın adlarının və Quran ayələrinin bəzisini öz bədənlərinə yazıb döydürürlər. Zəhmət olmasa bu cür şəxslərin təharət, cənabət və dəstəmazsız öz bədənlərinə toxunmalarının hökmünü və onların vəzifələrinin nədən ibarət olduğunu bildirəsiniz?
    Cavab: Əgər Quran ayələrini bədəninin üzərinə döydürübsə, həmin yerə dəstəmazsız və qüsulsuz toxunmağa icazə yoxdur. Dəstəmaz və qusl üçün ayələri yox etmək vacibdir. Əgər mümkün deyilsə, suyu bədənin üstünə axıtmaqla irtimasi şəkildə dəstəmazı və quslu yerinə yetirsin. Hədəs baş verməzdən əvvəl ayələrin yox edilməsi danılmaz bir işdir. Həm də cənabətli olduğu zaman Allahın adlarına toxunmaq haramdır. İmkan daxilində onları yox etmək lazımdır. Ya irtimasi şəkildə, ya da suyu tökməklə qusl etsin. Hədəs baş verən kimi qusl etsin, ya dəstəmaz alsın. Əgər döymə dərinin altındadırsa və ehtiramsızlığa səbəb olmazsa, maneçiliyi yoxdur.
    Sual 275. Mədrəsədə Quran siniflərində oxuyan tələbələr Qurana toxunurlar. Amma onlar dəstəmazın bütün şərtlərinə əməl etmirlər, bunun hökmü və tərbiyəçilərin vəzifəsi nədir?
    Cavab: Öz-özlüyündə bunun bir maneəsi yoxdur. Əgər adət-ənənəyə ehtiramsızlıq olarsa, onların tərbiyəçisi qayda-qanuna əməl etməyə, ya da dəstəmaz almağa göstəriş versin. Onların toxunması ehtiramsızlıqdırsa, gərək onlara toxunmağı qadağan edilsin.
    TƏYƏMMÜMÜN HÖKMLƏRİ
    Sual 276. Cənabətli bir şəxs gecə qusl etmək üçün su tapmamışdır, gecə namazı üçün təyəmmüm edə bilərmi?
    Cavab: Bəli, sübh azanına kimi qusl edə bilməyəcəyini bilən surətdə təyəmmümlə gecə namazlarını qıla bilər.
    Sual 277. Naibin təyəmmüm verməsinin necəliyini bəyan edin.
    Cavab: Naib təyəmmüm edə bilməyən kəsin əllərini imkan olan surətdə yerə, ya təyəmmümün səhih olduğu şeylərə vursun. Sonra onun əllərini təyəmmüm edən şəxsin alnına, ələrinin arxasına çəksin. Onun əllərini hərəkət etdirmək olmasa, naib öz əllərini yerə vursun və onun alnına, əllərinin arxasına çəksin.
    Sual 278. Mozaika və ya mərmər daşlara təyəmmüm etmək səhihdirmi?
    Cavab: Torpağa, daşa və quma təyəmmüm etmək səhihdir. Bunlar olmayan halda mozaikaya təymmüm etməyin maneəsi yoxdur.
    Sual 279. Xəstəlik ucbatından təyəmmüm edən bir kəs namaza başlamazdan əvvəl qusl və dəstəmaz ala bilsə vəzifəsi nədir?
    Cavab: Əgər namaza başlamazdan əvvəl insanın üzrü aradan getsə təyəmmüm batildir. Gərək dəstəmaz alsın.
    Sual 280. Xəstəlik üzündən bir şəxs dəstəmaz və quslu yerinə yetirmək üçün soyuq sudan istifadə edə bilmir. İsti su əldə olmadığından təyəmmüm etmişdir. İsti su tapıb istifadə edəndən sonra aşağıdakı iki halda vəzifəsi nədir?
    1) Sübh namazından əvvəl.
    2) Namazdan sonra.
    Cavab: 1) Təyəmmüm batildir.
    2) Namaz səhihdir.
    Sual 281. Əgər xəstə zərərdən qorxaraq cəbirə təyəmmümü yerinə yetirsə və namazdan sonra onun qorxusunun əsassız olduğu məlum olsa vəzifəsi nədir?
    Cavab: Qıldığı namazları təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.
    Sual 282. Həkimin, tibb bacısının məsləhəti xəstəyə orucun, bədən üzvlərinin tərpədilməsinin, dəstəmaz üçün suyun istifadəsinin zərərli olduğunu bildirsə şəri cəhətdən əsaslıdır, ya yox?
    Cavab: Əgər mütəxəssis və etibarlı şəxs olsa, onun dediyini qəbul etmək lazımdır.
    Sual 283. Cənabət quslunun yerinə təyəmmüm edən bir şəxs məscidə daxil ola bilərmi və ya camaat namazında iştirak edə bilərmi?
    Cavab: Üzürlü səbəb olduqda məscidə girib camaat namazında iştirak etməyin maneəsi yoxdur. Amma vaxtın azlığına görə təyəmmüm edibsə, vacibi namazı qılmaq müddətində məsciddə qala bilər.
    Sual 284. Vəzifəsi həm dəstəmaz, həm də təyəmmüm olan bir kəs əvvəl təyəmmüm etsin, ya heç bir fərqi yoxdur?
    Cavab: Heç bir fərqi yoxdur.
    Sual 285. Vəzifəsi təyəmmüm etmək olan bir kəs namaz vaxtının daxil olmasından əvvəl təyəmmüm edə bilərmi?
    Cavab: Vacib ehtiyata əsasən namazdan əvvəl namaz üçün təyəmmüm etməsin. Bəli, əgər vacibi və ya qəza namazı kimi müstəhəbbi işlər üçün təyəmmüm etsə, namaz vaxtına qədər üzrü aradan getməsə həmin təyəmmümlə namaz qıla bilər.
    Sual 286. Qusl yerinə təyəmmüm edən bir şəxsə dəstəmaz alması da lazımdırmı?
    Cavab: Cənabət quslu yerinə olunan təyəmmümə dəstəmaz lazım deyil. Başqa quslların yerinə olunan təyəmmümə gərək dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə başqa bir təyəmmüm də dəstəmazın yerinə alsın.
    Sual 287. Cənabət quslu almağa üzrü olan bir şəxs təyəmmüm edərsə və üzrü neçə gün qalarsa, sonrakı namazlar üçün dəstəmaz kifayətdir, ya hər namaz vaxtında quslun yerinə təyəmmümü təkrar etsin?
    Cavab: Əgər dəstəmazı batil edən bir iş görübsə, gərək dəstəmaz alsın, amma təyəmmümü təkrarlamaq lazım deyil.
    Sual 288. Şəhərdən uzaqda işləyən şəxslər adətən su tapmırlar; nəcis olan bədən və sidik yerlərini təmizləmək üçün şəhərə, ya su olan digər yerlərə getsələr namaz qəza olacaqdır, onların vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən təyəmmüm etsin və həmin nəcis bədənlə namaz qılsın, onların namazı səhihdir və qəzası da yoxdur.
    Sual 289. Əgər sağlam bir bədən üzvü nəcis olsa və onu paklamaq mümkün olmasa, ya çətin olsa nə etmək lazımdır?
    Cavab: Əgər nəcisin özü olmasa vəzifəsi təyəmmüm etməkdir. Bəli, əgər nəcasətin özü bədənin üstündə olsa və onu təmizləmək mümkün olmasa, həmçinin onu təmiz ləmək qeyri-mümkün olsa cəbirə dəstəmazı alsın və yaxşı olar ki, təyəmmüm də etsin.
    Sual 290. Sübh qusla ehtiyacı olan bir şəxs xəcalət üzündən təyəmmüm edir, bu səhihdirmi?
    Cavab: Şəriət məsələlərində xəcalət çəkmək təyəmmüm üçün əsas vermir. Amma vaxt az olsa təyəmmüm etmək vacibdir, namaz qılsa namazı səhihdir və qəzası da yoxdur.
    Sual 291. Bir şəxsin əli biləkdən kəsilmişdir, lakin qolu yerindədir. Xahiş edirik bu qəbildən olan şəxslərin necə təyəmmüm etməsini bəyan edəsiniz.
    Cavab: Verilən suala əsasən sağlam əlini yerə vursun və bütöv alnını məsh etsin. Ehtiyat müstəhəbb budur ki, əlavə olaraq sağ əl və sol əlin kəsilmiş hissəsi ilə birgə yerə vurub hər iki əli ilə alnını məsh etsin və sonra sağ əl sağlamdırsa sağlam olan əlin arxasını yerə çəksin, sol qolun bilək hissəsini də yerə vursun və sonra həmin əllə sağ əlin arxasına və sonra sağ əllə sol qolunun bilək hissəsinə çəksin. Əgər sol əl sağlamdırsa, yenə də bu qaydaya riayət etməklə təyəmmümü yerinə yetirsin.
    Sual 292. Xahiş edirik iki əli biləkdən kəsilən, amma biləkdən yuxarı hissəsi qalan adamın necə təyəmmüm etməsini buyurasınız.
    Cavab: Əvvəl öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin, sonra qolunun kəsilmiş hissəsini yerə vurub hər əlin kəsilmiş yerləri ilə öz alnına çəksin. Sonra əlinin biləkdən kəsilən yerini digərinin üzərinə çəksin. Sağ və sol əlin tərtibinə riayət olunsun.
    Sual 293. Xahiş edirik hər iki əli dirsəkdən yuxarı kəsilən bir kəsin təyəmmüm etməkdə vəzifəsini bəyan edəsiniz?
    Cavab: Öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin və bir naib tutsun ki, naib əllərini yerə vurub onun alnına çəksin.
    CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ
    Sual 294. Vəzifəsi təyəmmüm olan bir şəxsin əllərinin bəzi yerlərində sarğı mövcuddur. Dəstəmazda cəbirənin hökmləri vardırmı?
    Cavab: Bəli, verilən suala əsasən sarğılı təyəmmüm etsin. Sarğılı təyəmmümlə, sarğılı qusl arasında heç bir fərq yoxdur.
    Sual 295. Bir əli sarğılı olan bir şəxs bir müddət dəstəmaz üçün onu bir plastik kisəyə salmış və onu yuyurmuş və ya irtimasi dəstəmaz alırmış, onun hökmü nədir?
    Cavab: Cəbirə dəstəmazında gərək sağlam əli dəstəmaz niyyəti ilə yaş edib sarğının üstünə və ya kisənin üzərinə çəksin. (Onu yumaq və ya suya aparmaq lazım deyil). Çünki, verilən suala əsasən gərək o dəstəmazla qılınan namazları qəza etsin. Yeri gəlmişkən qusl da həmin hökmdədir.
    Sual 296. Cəbirə dəstəmazını cəbirə niyyəti ilə almaq lazımdırmı?
    Cavab: Lazım deyil, hazırkı vəzifəsinə əməl etməmək qəsdi ilə yerinə yetirsə kifayət edir.
    Sual 297. İki əlindən biri biləyə qədər sarğılı olan bir kəs təyəmmüm üçün nə etməlidir?
    Cavab: Sarğılı əlin içini yerə vursun və sağlam əlin arxasına çəksin və sağlam əli də sarğılı əlin arxasına və üstünə çəksin.
    Sual 298. Bir şəxsin əli tamam gips ilə tutulmuşdur. Əgər cənabətli olarsa vəzifəsi nədir? Məscidə gedə bilərmi?
    Cavab: Cəbirə quslu edə bilirsə gərək qusl etsin, çətinlik yaranarsa təyəmmüm etsin, ondan sonra məscidə gedə bilər.
    Sual 299. Bir şəxs cərrahiyyə yolu ilə öz üzünə və əllərinə plastik çəkdirmişdir, plastik də dərinin üstünü tutmuşdur. Dəstəmaz və qusl etmək üçün onun vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən plastik, camaat arasında bədənin bir hissəsi hesab olunsa dəstəmaz və quslu adi qaydada yerinə yetirsin və ehtiyata əsasən təyəmmüm də etsin.
    Sual 300. Bir şəxs öz vəzifəsinə üyğün olaraq cəbirə quslu və dəstəmazı yerinə yetirmişdir. Cəbirəni (sarğını) götürəndən sonra dəstəmazı və quslu təkrarlamaq lazımdırmı?
    Cavab: Təkraralamaq (quslu və dəstəmazı) lazım deyil.
    Sual 301. Bir şəxsin barmağının üstü zərbə nəticəsində qaralmış, amma yara bağlamamışdır, cəbirə dəstəmazı alsın, ya sağlam hökmündədir?
    Cavab: Əgər su onun üçün zərərli deyilsə sağlam hökmündədir.
    Sual 302. Əldə dərinin altında qan quruyubsa dəstəmaz üçün vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən qan dərinin altında olduğu üçün onun üstünü yumaq dəstəmaz üçün kifayətdir.
    Sual 303. Cəbirə yerinin bir tərəfi yara olmuşdur. Amma onun üstünə bağlanmış parça sağlam tərəfi də tutmuşdur. Dəstəmaz və qusl üçün o tərəfi də yumaq lazımdırmı?
    Cavab: Əgər hamıya bəlli olan ölçüdə olsa, onun altını yumaq lazım deyil, yaş əli onun üstünə çəksələr kifayət edər.
    Sual 304. Bir şəxsin barmağında yara vardır və su ona zərər yetirir, qusl və dəstəmaz, üçün plastik barmağı onun üstünə çəkirsə vəzifəsi nədir?
    Cavab: Plastikin üzərinə dəstəmaz ya qusl niyyəti ilə yaş əlini çəksin, dəstəmaz və qusl səhihdir.
    Sual 305. Əli sarğılı olan bir şəxs dəstəmaz vaxtı başı və ayaqları məsh etmək üçün əlində yaşlıq qalmırsa vəzifəsi nədir?
    Cavab: Başqa dəstəmaz üzvlərindən yaşlıq alsın və o da kifayət etməsə ehtiyata əsasən həmin quru əllə məsh çəksin. Ondan sonra əlini başqa su ilə yaşlayıb məsh çəksin və sonra təyəmmüm də etsin.
    MƏSS MEYYİT QUSLU
    Sual 306. Meyyitin bədəninin soyumasında şəkkimiz olsa, ona əl vurmaq qusla səbəb olarmı?
    Cavab: Verilən suala əsasən qusul vacib olmur.
    Sual 307. Şəhidə əl vurmaq məss-meyyit qusluna səbəb olurmu?
    Cavab: Xeyr, şəhidə meyyit quslu vacib olmadığına görə ona toxunmaq da məss-meyyit qusluna səbəb olmaz.
    Sual 308. Quslu verilməyən bir şəhidin bədəni və cəbhədən gətirilən bir neçə il bundan qabaq şəhid olanların sümükləri pakdırmı?
    Cavab: Bəli, zahirən pak hökmündədir. Ona əl vurmaq nəcasətə səbəb olmaz, ona toxunmaqla məss-meyyit qusluna səbəb olmaz.
    Sual 309. Bir şəxs cənazənin paltarından tutub onu sudan çıxartmışdır, amma meyyitin bədəninə əl toxunmamışıdır, onun vəzifəsi nədir?
    Cavab: Sudan çıxardan şəxsin əli meyyitin paltarının yaşlığı ilə nəcis olub, gərək pak etsin. Amma verilən suala əsasən, əli meyyitin bədəninə toxunmadığı üçün məss-meyyit quslu vacib deyil.
    Sual 310. Bir şəxsin ayağı topuqdan kəsilmişdir, ona əl vurmaq məss-meyyit qusluna səbəb olarmı?
    Cavab: Bəli, əgər insanın bədənindən kəsilən bədən üzvü sümük və ətlə birgə olsa məss-meyyit qusluna səbəb olar.
    Sual 311. Bir şəxsin qarnından sümüyü olmayan əzalardan bəzisini çıxardıblar. Sümüksüz əzaya toxunmaq məssi-meyyit qusluna səbəb olarmı, təharət və nəcasət baxımından onun hökmü nədir?
    Cavab: Verilən suala əsasən məss-meyyit qusluna səbəb olmaz, amma nəcisdir.
    Sual 312. Əgər kafirin cənazəsinə meyyit quslu verdikdən sonra ona əl vursalar məss-meyyit quslu vacib olurmu?
    Cavab: Qeyri müsəlmana qusl vermək, istər mürtəd olsun, şəri cəhətdən düzgün deyildir. Əgər qusl versələr də belə o qusl hesablanmır, ona toxunmaq məss-meyyit quslunun vacib olmasına səbəb olar.
    Sual 313. Ölmüş kafirin nəcisliyi meyyit quslu ilə aradan gedirmi?
    Cavab: Qeyri müsəlmanın cənazəsinin nəcisliyi haldan-hala keçməklə, ya torpağa qarışmaqla aradan gedib pak olar.
    Sual 314. Meyyitə qusl verən şəxs əlcəkdən istifadə etsə və əli meyyitin bədəninə toxunmasa məssi-meyyit quslü vacib olarmı?
    Cavab: Verilən suala əsasən qusl vacib deyil.
    Sual 315. Bir şəxs meyyitə təyəmmüm vermişdir, məss-meyyit quslu ona vacibdirmi?
    Cavab: Bəli, ona məss-meyyit quslu vacibdir.
    Sual 316. Üzrlü səbəbdən qusl yerinə meyyitə təyəmmüm etmişlər, təyəmmümdən sonra əl vurmaq məssi-meyyit qusluna səbəb olurmu? Meyyitin bədəni təyəmmümlə pak olur, ya xeyir?
    Cavab: Ona toxunmaq ən güclü rəyə əsasən məss-meyyit qusluna səbəb olmaz. Amma ehtiyat yaxşıdır. Ən güclü rəyə əsasən meyyitin bədəni təyəmmümlə pak olmur.
    Sual 317. Məssi-meyyit edən bir şəxsin namaz üçün dəstəmaz da alması lazımdırmı?
    Cavab: Dəstəmaz lazım deyil, ehtiyat yaxşıdır.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 705 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024