İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    MEYYİTİN HÖKMLƏRİ
    Qusl, kəfən və dəfn
    Sual 318. Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?
    Cavab: Bəli, bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.
    Sual 319. Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?
    Cavab: Bəli, boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.
    Sual 320. Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?
    Cavab: Kəfən vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa müstəhəbbi hissələri ayırmasınlar.
    Sual 321. Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?
    Cavab: Gərək ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.
    Sual 322. Ağzında süni dişləri olan bir şəxs vəfat edərsə, onun dişlərini ağzından çıxartsınlar, ya o halda qusl verib dəfn etsinlər.
    Cavab: Meyyitə əziyyət olmayan surətdə süni dişləri çıxarda bilərlər, amma əgər yarma və hörmətsizlik olarsa o halda qusl etsinlər.
    Sual 323. Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?
    Cavab: Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir. Əgər süni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.
    Sual 324. Hamilə bir qadın vəfat etmişdir. Amma bətndə olan uşağın ölü ya diri olmasına yəqinlik yoxdursa, vəzifə nədir?
    Cavab: Gərək səbr etsinlər, əgər uşağın diri olmasına ehtimal verilsə, ananın bətnini yarsınlar və uşağı çıxartsınlar. Çünki, möhtərəm nəfsi (ruhu) qorumaq vacibdir.
    Sual 325. Üzərində Yasin və Qurandan başqa surələr yazılan parça ilə meyyiti kəfənə bükməyin maneəsi varmı? Əgər nəcis olmasına ehtimal da verilsə?
    Cavab: Heç bir maneəsi yoxdur.
    Sual 326. Ölümün fiqhi tərifi haqqında nəzəriniz necədir?
    Cavab: Ölümün fiqhi tərifi onun adi qaydada tərifi ilə heç bir fərqi yoxdur.
    Sual 327. Əgər xüsusi cihazların köməyi ilə bir şəxsin beyninin ölmüş olduğu sabit olsa, onun həyatını sona çatmış hesab etmək olarmı?
    Cavab: Xeyir, fiqhi və adi cəhətdən meyyit hesab olunmur?
    Sual 328. Zərbə almış bir şəxsin beyninə qan sızmışdır, həkim onun öldüyünü deyirsə, onun sözünə etimad edib o şəxsi dəfn etmək olarmı?
    Cavab: Gərək ölümə yəqinlik ya arxayınçılıq hasil olsun. Əgər həkimin dediyindən yəqin və arxayınçılıq hasil olsa, dəfn etsinlər. Əks halda, ölümə yəqinlik tapana qədər səbr etsinlər.
    Sual 329. Tovzihul-məsail risaləsində buyurmusunuz: Qusl, kəfən və dəfn üçün gərək meyyitin varisindən icazə alsınlar. Əgər meyyitin vəlisi olmasa nə etmək lazımdır?
    Cavab: Vəlinin razılığına və icazəsinə şahid olan mötəbər bir şəxs tapılsa meyyitə aid olan işləri yerinə yetirə bilərlər, əks halda vəli gələnə qədər səbr etsinlər. Əgər dəfni gecikdirməklə meyyitə hörmətsizlik olarsa, vacib ehtiyata əsasən gərək şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə alıb meyyitin işlərini yerinə yetirsinlər. Əgər icazə almaq mümkün olmasa, icazə və iznə ehtiyac yoxdur.
    Sual 330. Yanğın hadisəsi zamanı neçə müsəlman, bəhayi və erməni yanmışdır, heç birini tanımaq mümkün deyilsə, onların qusl və dəfninin hökmü nədir? Əgər həmin halda onların arasında bir qadın varsa və o da tanınmırsa vəzifə nədir?
    Cavab: Verilən suala əsasən müsəlmanları tanımaq mümkün deyil, onların arasında müsəlman olduğuna yəqinlik varsa, gərək onların hamısını qusl etsinlər, kəfənə büküb hənut vursunlar. Aralarında müsəlman olduğu üçün bir yerdə müsəlman niyyəti ilə onlara namaz qılsınlar və onları islam göstərişlərinə uyğun dəfn etsinlər. Aralarında qadın olduğu üçün gərək o qadının əri onlara qusl versin. Əgər qadının əri, ya məhrəm adam yoxdursa, gərək bir kişi əlcək vasitəsi ilə libasın altında onlara qusl versin və bir qadın da onlara əlcək vasitəsi ilə libasın altında qusl versin ki, vəzifəyə əməl olunmasına yəqinlik hasil olsun.
    Sual 331. Bir nəfər intihar etmişdir, meyyitə aid olan hökmlər ona da aiddirmi?
    Cavab: Bəli, meyyitə aid olan bütün hökmlər ona da aiddir.
    Sual 332. Tövbə edəndən sonra ölən mürtədin hökmü necədir?
    Cavab: Mürtəd tövbə vasitəsi ilə müsəlman hökmünü tapır, onun quslu vacibdir.
    MEYYİT QUSLU
    Sual 333. Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?
    Cavab: Sümüklərin hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək vacibdir. Yəni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb dəfn etsinlər.
    Sual 334. Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?
    Cavab: Bəli, əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər, əgər hənut yerlərindəndirsə hənut edib dəfn etsinlər. Amma əgər sümüyü olmasa qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.
    Sual 335. Meyyit quslu üçün nə qədər su lazımdır?
    Cavab: Meyyitə verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.
    Sual 336. Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?
    Cavab: Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.
    Sual 337. Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?
    Cavab: Təkrarlamaq vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.
    Sual 338. Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?
    Cavab: Nəcasəti aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn edə bilərlər.
    Sual 339. Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?
    Cavab: Meyyit qusluna cəbirə qeyd olunmamışdır, əslində mənası da yoxdur. Verilən suala əsasən gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.
    Sual 340. Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?
    Cavab: İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.
    Sual 341. Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?
    Cavab: Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.
    Sual 342. Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?
    Cavab: Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafan çəksinlər və onun üzərinə təyəmmüm versinlər.
    Sual 343. Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?
    Cavab: Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.
    Sual 344. Dörd aylıq uşaq siqt(Siqt–uşağın ana bətnindən vaxtından tez düşməsinə deyilir.) olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?
    Cavab: Bəli, hünut da lazımdır.
    HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU
    Sual 345. Sürücü avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qusl üçün bədəninin qanı heç yolla dayanmırsa vəzifə nədir?
    Cavab: İmkan olan surətdə qan dayanana qədər səbr etsinlər, əgər dayanmasa qan axan yerləri yapışqan, ya başqa şeylərin vasitəsi ilə bağlasınlar, qanaxmanın qarşısını alıb qusl etsinlər. Əgər mümkün olmasa, o halda axar, ya kürr su ilə qusl etsinlər. Sidr və kafur suyunu bir qaba töküb axar su hökmündə olan krant suyunu şlanq vasitəsi ilə o qaba birləşdirsinlər. Sonra meyyitin bədəninə töküb qusl etsinlər. Ya bir miqdar sidr və kafuru kürr suyuna töksünlər, bir şərtlə ki, müzaf suya çevrilməsin və meyyiti onun içərsinə salsınlar və tovziul-məsail risaləsində qeyd olunan tərtibə riayət edib qusl versinlər. Ehtiyat budur ki, qusldan sonra təyəmmüm yerlərini qurudub təyəmmüm də etsinlər.
    Sual 346. Hadisə zamanı yaralanmış bir cəsədin qanı nə yapışqan, nə gips nə də başqa vasitələrlə saxlamaq mümkün deyil. Belə cəsədi salafan bir kisəyə salıb kəfənləsək səhihdirmi? Çünki, belə etməsək kəfən qanlı olar.
    Cavab: Başqa cür mümkün olmayan surətdə bu işi qusl və təyəmmümdən sonra yerinə yetirsinlər.
    Sual 347. Yol qəzası nəticəsində bir şəxsin sinə, baş və qarın nahiyələri təmamilə məhv olmuşdur, vəzifə nədir?
    Cavab: İçərsində sümüyü olan hissələrinə qusl verib, bir parçaya büküb dəfn etsinlər və içərsində ürək olan sinə tapılsa qusl və kəfəndən sonra namaz da qılsınlar.
    Sual 348. Bir şəxs yol qəzasında ölmüş, başı dağılıb və bədəni əzilmişdir; onu bir kisəyə qoymuşlar, indi onun quslu necə olmalıdır?
    Cavab: Əgər ona qusl verən zaman bədən üzvləri ayrılıb düşmürsə, qusl versinlər. Əks halda, əgər əlləri varsa əllərinə təyəmmüm versinlər və yaxud başı, əlləri təyəmmüm və qusla yararsızdırsa qusl və təyəmmüm hər ikisi ondan götürülür. Həmin kisəyə namaz qılıb dəfn etsinlər.
    Sual 349. Bir şəxs suda boğulmuş və bir müddət suda qaldığı üçün şişmişdir. Qusl zamanı nə etmək lazımdır?
    Cavab: Əgər qusl verməklə bədəni qopub tökülmürsə qusl versinlər, əgər qopub tökülürsə təyəmmüm etsinlər.
    Sual 350. Çarəsizlik üzündən ana bətnində 4 aylığından çox olan uşağı doğrayıb çıxartmışlar, vəzifə nədir?
    Cavab: Sümüyü olmayan doğranmış tikələri o halda bir parçaya büküb dəfn edin, amma sümüyü olan tikələri və onda olan sinə və ürəyi qusl edin, kəfənə büküb dəfn edin.
    Sual 351. Bir cənazəni cərrahiyyə yolu ilə yarıb, sonra isə tikiblər. Dərinin bir miqdarı tikilən zaman içəridə qalıb, əgər su tamamilə dəriyə çatmırsa nə edilməlidir?
    Cavab: Sualda fərz olunan halda meyyitə olduğu kimi qusl versinlər və ehtiyat üçün təyəmmüm də etsinlər.
    MEYYİTƏ TƏYƏMMÜM VERMƏYİN QAYDASI
    Sual 352. Meyyitə təyəmmüm necə verilir? Xahiş edirik açıqlayasınız.
    Cavab: Meyyitə təyəmmüm vermək istəyən kəs gərək öz əlini yerə vursun və meyyitin üzünə və əllərinin arxasına çəksin. Vacib ehtiyata əsasən əgər mümkündürsə meyyitin öz əli ilə də ona təyəmmüm versinlər.
    MEYYİT NAMAZI
    Sual 353. Əgər meyyitə namaz qılınan zaman başqa bir cənazə gətirilsə, ikinci meyyiti birinci meyyitin qalan təkbirlərinə qoşmaq caizdirmi?
    Cavab: Bəli caizdir, amma gərək hər biri üçün məxsus olan dualar oxunsun. Birinci meyyitin namazı tamam olandan sonra ikinci meyyitə aid olan qalan təkbirləri və duaları desinlər.
    Sual 354. Əgər meyyit həddi-büluğ olmasa, İmam Xomeyni (r) buyurmuşdur ki, dördüncü təkbirdən sonra bu dua oxunsun: «Əllahummə inna la nələmu minhu illa xəyra.» Sizin də nəzəriniz belədirmi?
    Cavab: Sualın cavabı budur ki, təkbirdən sonra (sualın mətnində) qeyd olunan duanı oxuyun və sonra beşinci təkbiri deyib namazı tamamlayın.
    Sual 355. Günahkar və namaz qılmayan bir şəxs dünyadan getmişdir, onun cənazə namazında dördüncü təkbirdən sonra: «Əllahummə inna la nələmu minhu illa xəyra.» duası oxunsa namaz səhih və caizdirmi? Ya gərək başqa dua oxunsun?
    Cavab: Bu cümləni deməyin heç bir maneəsi yoxdur və səhihdir.(Zahirən yuxarıdakı cümlədə məna İslam və qiblə əhli olmaqdır. (küfr və kafirin müqabilində) namaz qılan dua zamanı bağışlanmaq tələb edib deyir: Pərvədigara mən bu meyyitdən xeyrdən başqa yəni İslam və qiblə-əhli olmaqdan başqa bir şey bilmirəm. Yəni bilirəm ki, müsəlmandır, kafir deyil.)
    Sual 356. Əgər meyyitə namaz cəmiyyətlə qılınsa imamın arxasında duranların iqtida etmələri lazımdırmı? İmam-camaatda ədalət şərtdirmi?
    Cavab: Bəli, meyyit namazının da gündəlik yovmiyyə namazları kimi camaatla qılınması müstəhəbbdir. Burada iqtida etmək camaat namazı niyyəti ilə namaza daxil olmaqdır. Lakin namazı camaatla qılan bir kəs gərək onun təkbir və dualarını oxusun. Əlbəttə müstəhəbbdir ki, imam-camaat təkbir və duaları ucadan, onunla namaz qılanlar isə ahəstə oxusunlar. Aydındır ki, İmam-camaat meyyit namazı qılanda camaat namazında deyilən İmam-camaat şərtlərinə malik olmalıdır.
    MEYYİTİN DƏFNİ
    Sual 357. Bir şəxs vəsiyyət etmişdir ki, onun Quranını təbərrük qəsdi ilə onunla qəbrə qoysunlar. Bu cür vəsiyyət səhih və yerinə yetirilməsi lazımdırmı?
    Cavab: Bəli, Quran onun malının üçdə birindən artıq olmasa, ya əgər artıq olsa vərəsə icazə versə vəsiyyət səhihdir və yerinə yetirilməsi lazımdır.
    Sual 358. Bir şəxsi vəsiyyətinə əsasən məsciddə dəfn ediblər. Bu vəsiyyət və dəfn düzgündürmü?
    Cavab: Məsciddə meyyitləri dəfn etmək məscidə bağlı olan hissələrdə düzgün deyil. Bu cür vəsiyyət də səhih deyil. Çünki, vəqfin ziddinə olan bir işdir. Suala əsasən əgər cənazəni təzə dəfn ediblərsə, iylənməyibsə gərək qəbri açsınlar cənazəni çıxardıb başqa bir yerdə dəfn etsinlər. Bu iş o halda düzgündür ki, bir şəxs öz mülkünü məscidə vəqf edir və öz dəfni üçün əvvəldən bir yeri təyin edir. Bu surətdə onun dəfni o yerdə, ya o məscidin kənarında və yaxud məscidin yolu üstündə olsa heç bir maneəsi yoxdur.
    Sual 359. Meyyitin süni dişlərini (əgər qızıl olsa) çıxartmağın hökmü nədir?
    Cavab: Əgər meyyitin əziyyətinə səbəb olmazsa heç bir maneəsi yoxdur.
    Sual 360. Qəbirlərin üzərində məqbərə, otaq tikdirmək və ya qəbir ətrafına hasar çəkdirmək caizdirmi?
    Cavab: Bu cür işlər adi insanlar üçün düzgün deyil və şəri üstünlüyü də yoxdur. Əlavə olaraq, ümumi dəfn üçün vəqf olunan qəbrstanlıqlarda ölülərin dəfninə mane olan hər cür zəbt etmə də səhih deyildir və vəqfin xilafınadır. Meyyitə heç bir faydası da yoxdur. Daha yaxşıdır ki, bu cür işlərə sərf olunan pullar meyyitin niyyəti ilə ona xeyri olan sədəqə, başqa xeyirli və savab işlərə sərf olunsun.
    QƏBİRLƏRİN AÇILMASI
    Sual 361. Tovzihul-məsail risaləsində buyurmusunuz: Meyyiti əvvəl sidr suyu ilə, ikinci kafur suyu ilə və üçüncü xalis su ilə qusl versinlər. Səhvən bir nəfər birinci kafur, sonra sidr suyu ilə qusl verib, dəfndən sonra səhvini başa düşüb. Qəbri açıb quslu tərtiblə təkrarlamaq lazımdırmı?
    Cavab: Əgər meyyitin cəsədi aradan getməyibsə və qəbrin açılması meyyitin əziyyətinə və ya iy cəhətdən camaatın əziyyətinə səbəb olmayacaqsa vacibdir ki, qəbri açsınlar və quslları səhih halda təkrarlasınlar, əks halda lazım deyil.
    Sual 362. Qusldan əvvəl kafur su nəcis olub, cənazəni həmin nəcisli kafur su ilə qusl verib və dəfndən sonra başa düşüblərsə, vəzifə nədir?
    Cavab: Verilən suala əsasən, meyyitin bədəni iylənməyibsə qəbri açmaq və quslları təkrarlamaq çətinliyə səbəb olmazsa vacibdir ki, qəbri açsınlar, kafur və xalis su ilə quslu təkrarlasınlar, kəfəni paklasınlar, ya dəyişdirsinlər, təkrar hənut və namazdan sonra dəfn etsinlər. Amma əgər meyyitə hörmətsizlik olarsa, ya iylənmişdirsə heç bir vəzifəsi yoxdur.
    Sual 363. Dəfndən sonra məlum olmuşdur ki, meyyiti hənutsuz dəfn ediblər, qəbri açıb hənut vurmaq lazımdırmı?
    Cavab: Qəbri açmaqda çətinlik yaranmazsa, qəbri açsınlar və qəbrin içində meyyitə hənut vursunlar və cənazəni çölə çıxartmaq lazım deyil.
    Sual 364. Bir şəxsi müsəlman qəbristanlığında dəfn ediblər, sonradan müsəlman olmadığı məlum olub (bəhai, ya kafir). Qəbri açıb onu müsəlman qəbristanlığından xaric etmək lazımdırmı?
    Cavab: Onun qəbrini açmaq camaata əziyyət olmazsa və müsəlmanlara çətinlik yaratmazsa qəbri açıb onun cəsədini başqa yerdə dəfn etsinlər. Əgər onun müsəlman qəbristanlığında olması müsəlmanlara hörmətsizlik gətirərsə qəbri açıb, cəsədi başqa yerdə dəfn etmək vacibdir.
    Sual 365. İcra başçısı qədim qəbristanlığı yol çəkmək səbəbi ilə xarab edir və torpağını da götürür. Onun bir hissəsində neçə il əvvəl meyyit dəfn edilib; qəbri açıb meyyitin sümüklərini başqa bir yerdə basdırmaq caizdirmi?
    Cavab: Qəbri açmaq və xarab etmək caiz deyildir, amma hörmətsizliyə və xarabalığa məruz qalsa maneəsi yoxdur.
    Sual 366. Əgər müsəlman qeyri-müsəlman qəbristan-lığında dəfn olunsa qəbri açmaq və cənazənin yerini dəyişmək caizdirmi?
    Cavab: Hörmətsizlik sayılsa qəbri açmaq və cənazəni münasib yerə dəyişmək vacibdir.
    Sual 367. Qədim qəbristanlıqda köhnə qəbirdə sümüklərin çürüyüb torpağa qarışdığını güman edərək qəbri qazıblar. Təsadüfən əvvəlki sümüklərin çürümədiyinin şahidi olublar, vəzifə nədir? Açılan qəbirdə hazırkı cənazəni dəfn etmək caizdirmi? Əlbəttə qəbristan ümumi və qədimdir, qəbir sahibi də naməlumdur.
    Cavab: Birincisi cənazə və sümüklərin çürüyüb torpağa qarışmağına yəqinlik hasil olmayınca qəbri açmaq düzgün deyil. Amma bir halda ki, belə bir hadisə baş verib, verilən suala əsasən gərək əvvəlki meyyitin sümüklərini dəfn etsinlər və hazırkı cənazəni də həmin qəbirdə dəfn etməyin heç bir maneəsi yoxdur.
    Sual 368. Əgər on nəfəri bir qəbirdə dəfn etsələr və dəfndən sonra onlardan birinin quslsuz dəfn olunduğu məlum olsa təklif nədir?
    Cavab: Qeyd olunan halda qəbri açmaq hörmətsizlik gətirər, heç bir vəzifəniz yoxdur.
    Sual 369. Böyük şəxsiyyətlərdən birinin qəbri qeyri-münasib yerdə qərar tutub, yol üstündədir. Onun qəbrinin ətrafını boşaldıb qəbri açmadan müasir avadanlıqlarla qəbri münasib yerə köçürmək caizdirmi?
    Cavab: Verilən suala əsasən qəbir açılmırsa maneəsi yoxdur. O yerdə qəbrin qalması meyyitə hörmətsizlik gətirərsə, qeyd olunan iş üstün və bəzi hallarda lazımdır.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 782 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024