İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    QƏZA NAMAZI
    Sual 579. Bir qadın yuxuda qadınların boynuna cənabət quslu gəlmə məsələsini və onların cənabətli olmasının mümkünlüyünü bilməmiş, öz namaz və orucunu qüsulsuz yerinə yetirmişdir. İndi məsələdən agah olubsa vəzifəsi nədir?
    Cavab: Əgər cənabətli olmasına yəqinliyi yoxdursa, namazlarının qəzası yoxdur və hər iki surətdə orucları səhihdir və qəzası lazım deyildir.
    Sual 580. Dırnaqlarının üzərinə lak çəkən bir qadın bunun dəstəmaz və qusl üçün maneəsi olmamasını güman etmişdir. Bir müddət həmin qusl və dəstəmazla namaz qılıb oruc tutmuşdur. Keçmiş ibadətlər barədə nisbət onun vəzifəsi nədir?
    Cavab: Həmin dəstəmaz və qüsulla qıldığı namazların qəzası vardır, orucları isə səhihdir, qəzası da yoxdur.
    Sual 581. Məss-meyyit quslu vacib olan bir şəxs qusl verməmişdir. Onun namaz və orucunun hökmü necədir?
    Cavab: Onun orucları səhihdir, amma o halda qıldığı namazlar batildir, gərək təkrar qəza qılsın.
    Sual 582. Əhli-sünnət təriqətindən olan bir qadın dönüb şiə olmuşdur. Qadınların həddi-büluğ məsələsinə diqqət etməklə, onlar qəməri təqvimi ilə doqquz yaşın tamam olması ilə yox, ümumi halda qadınlıq adətlərini görməklə həddi-büluğ olurlar. Bunun üçün o doqquz yaşla adət gördüyü müddət arasında olan fasilədə namaz qılmamış və orucları da tutmamışdır. İndi onları qəza etməlidirmi?
    Cavab: Bəli, bu müddət ərzində qılmadığı namazları və tutmadığı orucları gərək qəza etsin.
    Sual 583. Bir şəxsin boynunda qəza namazları var. Onları tərtiblə yerinə yetirməlidirmi?
    Cavab: Zöhr və əsr namazı kimi tərtiblə qılınan namazların qəzasında da tərtibə riayət etmək lazımdır. Bundan başqa qalan namazlarda tərtibə riayət etmək vacibi ehtiyatdır.
    Sual 584. Qəza namazının miqdarını bilməyən şəxsin vəzifəsi nədir?
    Cavab: Yəqin etdiyi miqdarı qəza etsin. Yaxşıdır ki, şəkk etdiyi miqdarı da qəza yerinə yetirsin.
    Sual 585. Mən diqqətsizlik üzündən libaslarımı xumsu verilməmiş pulla almışam və onlarla namaz qılmışam. Namazlarımı qəza etməliyəmmi?
    Cavab: Ümumi halda bu cür libasla namazın batil olmasına diqqətsiz olmusunuzsa və ehtimal da verməmisinizsə, qıldığınız namazlar səhihdir və qəzası da yoxdur.
    Sual 586. Bir şəxs bilmir ki, onun namaz və orucdan qəzası var, ya xeyr? Vəzifəsi nədir?
    Cavab: Namaz və orucun qəzaya gedib-getməməsində şəkk olunan halda onun boynuna bir şey gəlməz.
    Sual 587. Bir şəxsin bir müddət qəzası vardır, öz vacibi namazını əda edəndə bir, ya iki qəza namazını da yerinə yetirə bilərmi? Ya öz qəza namazını ardıcıl qılmalıdır?
    Cavab: Hər iki halda səhihdir. Əgər qəza namazlarının tərtibini bilsə, tərtiblə qəza etməsi lazımdır.
    Sual 588. Bir şəxs məğrib namazını qılıb, amma işa namazını unudub ya yuxuya gedərək qəzaya verib. O gecənin sabahısı günü ona oruc vacibdirmi?
    Cavab: Əgər yuxu aparsa və işa namazı qəzaya getsə, müstəhəbbi ehtiyat odur ki, sabahısı oruc tutsun.
    Sual 589. Bir şəxs öz namazlarını qəza etmək istəyir, azan və iqamə demək lazımdırmı?
    Cavab: Vacib deyil, müstəhəbbdir. Hər dəfə qəzaya başlasa və bir azan və bir iqamə desə, sonra hər bir namaz üçün bir iqamə desə müstəhəbbə əməl etmiş olur.
    Sual 590. Bir çoxları mübarək Ramazan ayının qədr gecələrində qəza namazlarını camaatla qılırlar. Qədr gecələrinin nafilələrini qılmaq fəzilətlidir, ya qəza namazını, onu camaatla qılmaq səhihdir, ya xeyr?
    Cavab: Qəza namazlarını qılmaq daha mühümdür. Xüsusilə ehtimal verilsə ki, sonradan namazların qəzalarını qılmağa tovfiq tapmayacaq. Qəza namazı nafilə namazının yerini tutmur. Onu camaatla qılmaq o halda səhihdir ki, İmam-camaatın da qəza namazı olmuş ola, yaxud vəfat edən bir şəxsin niyyəti ilə namaz qılsın.
    Sual 591. Ramazan ayının 19-21-23-cü gecələrində məscidə yığışan camaat adətən öz qəza namazlarını camaatla qılırlar. İmam-camaat da meyyitin isticari namazlarının qəzasını, ya öz namazlarını ehtiyata əsasən təkrar qılır. İmamın və məmumların ehtiyat etməsini onların keçmiş namazlarına xələl gətirməsinə ehtimal veriləcəyini fərz etsək, bu əməl səhihdirmi?
    Cavab: Verilən suala əsasən nə təkcə səhih və işkalsızdır, hətta daha fəzilətli və daha üstündür. Məmumlar müəyyən olunmuş qəza namazlarını, İmam isə ehtiyata görə öz namazını təkrar qılırsa, iqtida etmək müşküldür.
    Sual 592. Bəzi vaxtlarda, xüsusilə qədr gecələrində bir gecə gündüz qəza namazını qılmaq istəyən şəxs bu cür niyyət edir ki, özünün qəza namazı varsa özü üçün olsun, əgər özünün qəza namazı yoxdursa, atası üçün, onun da qəzası yoxdursa anası üçün hesab olunsun; onların da qəza namazları yoxdursa bacısı üçün hesab olunsun, bu niyyətlə qılınan namaz səhihdirmi?
    Cavab: Bəli bu niyyətlə yerinə yetirilən namaz və hər hansı bir ibadət zahirən səhihdir, iqtida edib camaatla qılmağın da işkalı yoxdur, amma İmam-camaat bu niyyətlə qala bilməz. Əvvəlki sualın cavabında deyilən yerlərdən başqa.
    Sual 593. Yatağa düşən bir xəstənin özünü paklamağa hərəkəti yoxdur. Həmin nəcis paltar və bədənlə təyəmmüm edib namaz qılmışdır. Sağalandan sonra qıldığı namazları qəza etməlidirmi?
    Cavab: Verilən suala əsasən öz vəzifəsinə əməl etmişdir, qəza lazım deyil.
    Sual 594. Bir şəxs dörd gün huşsuz olub, bu müddət ərzində qılmadığı namazların qəzası varmı?
    Cavab: Bütün gün ərzində huşsuz olubsa və huşsuz olmağa özü səbəb olmayıbsa, qəzası yoxdur
    Sual 595. İnfarkt keçirən bir şəxsin hərəkətsizlik üzündən fikri özündə olmayıb. Bu müddət ərzində qılmadığı namazların qəzası varmı?
    Cavab: Əgər namazın vaxtını fikri özündə olmaması ucbatından müəyyən edə bilməyibsə, qılmadığı namazların qəzası yoxdur, amma əgər huşu özündə olub və səhlənkarlıq edibsə, namazın qəzalarını yerinə yetirməlidir. Əgər dünyadan gedibsə onun üçün qəza etsinlər.
    Sual 596. Mən bir mərcəyi-təqliddən təqlid edirdim. Onun fətvası ilə cümə quslu ilə namaz qılmaq səhih idi. İndi isə sizə təqlid edirəm, buyurmusunuz ki, cümə quslu ilə dəstəmazsız namaz düzgün deyil. İndi cümə quslu ilə qıldığım namazları qəza etməliyəmmi?
    Cavab: Səhihdir, təkrarlamaq lazım deyil, amma indi cümə quslu ilə yanaşı dəstəmaz da alın.
    Sual 597. Bir şəxs namazın qiraətindən məlumatı olmayıb, başqası da ona deməyib. İndi namazlarının səhv olduğunu başa düşüb, gərək namazlarını qəza etsin?
    Cavab: Əgər öyrənməyə çalışıbsa və öz namazlarını səhih bilibsə, sonradan səhv olduğunu başa düşsə təkrarlamaq lazım deyil.
    Sual 598. Bir şəxs neçə illərdir namaz qılır, indi başa düşüb ki, namazlarını səhv qılırmış, keçmiş namazlarının qəzası lazımdırmı?
    Cavab: Əgər səhih oxumağı öyrənə bilərdisə, amma səhlənkarlıq edib səhv qılıbsa gərək onları qəza etsin.
    Sual 599. Səfərdən qayıdan müsafir zöhr və əsr namazlarını yolda qılmamışdır. Günün batmasına bir saat qalmış vətəninə çatmış, amma zöhr və əsr namazını qılmağı unutmuşdur. Onların qəzasını qəsr, ya bütöv yerinə yetirməlidir?
    Cavab: Verilən suala əsasən, vətəninə çatanda zöhr və əsr namazının vaxtından qalmışdır. Zöhr və əsr namazını bütöv qəza etsin. (Yəni dörd rəkət qılsın).
    Sual 600. Bir şəxs zöhr namazının əvvəl vaxtında vətənində olub, namazını qılmayıb səfərə gedib. Səfərdə də namazını müəyyən səbəblərə görə qılmadığı üçün namazı qəza olmuşdur. İndi vətəninə qayıdıb həmin namazı qəsr qəza etsin, ya tamam?
    Cavab: Namazın qəzaya getdiyi axır vaxtda səfərdə olmuşdur. Bunun üçün onun qəzasını qəsr qılsın.
    ATA-ANANIN QƏZA NAMAZI
    Sual 601. Atası əhli-sünnətdən olan bir şəxsin böyük oğlu şiədir. Atanın qəza namazı bu oğula vacibdirmi?
    Cavab: Bəli, şiə və sünni arasında bir fərq yoxdur. Buna əsasən əgər ata öz namazını müəyyən üzr səbəbindən yerinə yetirməyibsə, böyük oğluna vacibdir ki, onun vəfatından sonra yerinə yetirsin, ya onun üçün əcir tutsun, hətta bilərəkdən belə qılmamış olsa da vacib ehtiyata əsasən böyük oğul onun qəza namazlarını yerinə yetirməlidir.
    Sual 602. Atam isticarə namazı və orucu götürmüş, onları qılıb qurtarmamış dünyasını dəyişmişdir. Mən onun böyük oğluyam, həmin namazlar mənə də vacibdirmi?
    Cavab: Atanızın öhdəsində olan isticarə namaz və orucları sizə vacib deyil, amma borc olduğu üçün gərək onun qoyub getdiyi malından verəsiniz. Əgər onlar atanızın şəxsən özünün bu işi yerinə yetirməsini şərt etməyiblərsə, başqa bir şəxsi onları yerinə yetirmək üçün əcir tutun. Əgər yalnız atanızın bu işi yerinə yetirməsini qeyd ediblərsə, icarə pozulmuşdur, gərək onların pulunu meyyitin vərəsəsinə, ya vəsisinə qaytarasınız. Əgər məlum olmasa, ya tanınmasa ehtiyat budur ki, həmin pulu sədəqə kimi fəqirə verəsiniz və o da həmin namazları qılıb, orucları da tutsun. Bu halda siz də namaz və orucların boynunuzda məsuliyyəti qalmasın deyə, yerinə yetirsəniz, meyyitin öhdəsindən götürülür.
    Sual 603. Mən ailənin kiçik oğluyam və atam vəsiyyət edib ki, onun qəza namazlarını mən yerinə yetirim. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz.
    Cavab: Əgər namazları qılmaq üçün malının üçdə birindən sizə muzd verməyi vəsiyyət edibsə, gərək vəsiyyətə uyğun muzdu götürüb onun namazlarını qılasınız. Əgər imkan yoxdursa bu işi yerinə yetirmək üçün başqasını əcir tutun. Və əgər bu vəsiyyəti boynundan götürmək məqsədi ilə edibsə, bu cür vəsiyyət faydasızdır və sizə vacib deyil. Təkcə böyük oğluna vacibdir ki, onun namazlarını qəza etsin.
    Sual 604. Böyük oğul hələ həddi-büluğ olmamışdır, amma namaz və sair ibadətləri düzgün və şəraiti ilə yerinə yetirir, orucu da səhih qaydada tutur. Həddi-büluğ olandan sonra qılınması vacib olan atasının qəza namazlarını indi qıla bilərmi? Orucları necə?
    Cavab: Ümumiyyətlə yaxşı ilə pisi başa düşən uşağın ibadətləri şərən düzgündür. Buna görə də əgər düzgün yerinə yetirərsə kifayətdir.
    Sual 605. Heç bir məsuliyyət daşımadığı təqdirdə, bir nəfər namaz və oruclarını qəza etsə boynundan götürülsün deyə şərən onun öhdəsindən götürülürmü?
    Cavab: Bəli, caiz və səhihdir, öhdəsindən də götürülür.
    Sual 606. Əkiz oğlan uşağı birlikdə dünyaya gəldikə hansı atasının vəlisi hesab olunur və atasının qəza namazlarını hansı qılmalıdır?
    Cavab: Verilən suala əsasən dünyaya birinci gələn vəlidir və atanın qəza namazları da ona vacibdir.
    Sual 607. Əgər böyük oğul hər hansı bir səbəbə görə atanın qəza namaz və oruclarını yerinə yetirməsə, başqa oğluna vacibdirmi?
    Cavab: Xeyr, vacib deyil. Əlbəttə yerinə yetirsə savab iş görmüş olar və böyük qardaşın da öhdəsindən götürülər.
    Sual 608. Mən ailənin böyük qızıyam, atam dünyadan getmişdir, bilirəm ki, qəza namazı vardır. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz?
    Cavab: Əgər atanız öz oruc və namazı haq da vəsiyyət edibsə, gərək vəsiyyətə əməl olunsun (malının üçdə birindən bu iş üçün xərclənsin). Amma vəsiyyət etməyibsə, böyük oğlana vacibdir ki, atasının qəza namaz və oruclarını yerinə yetirsin. Qız övladına bir şey vacib deyil. Bəli, əgər böyük oğlan yerinə yetirməsə siz atanızın qəza namazlarını qəza edə bilərsiniz və ya öz pulunuzla onun üçün əcir tutasınız. Bu işin çoxlu savabı vardır, amma sizə vacib deyil.
    Sual 609. Mənim ata-anam ömürlərinin axırına qədər namazlarını səhv qılıblar, vəsiyyət də etməyiblər. Onların böyük oğlu olduğum üçün mənə onların bütün namazlarını qəza etmək vacibdirmi?
    Cavab: Əgər ehtimal versəniz ki, onların səhv oxumaları səhih oxumağa qüdrətləri olmadığındandır və öyrənməyə də səhlənkarlıq etməyiblər, qəzası yoxdur.
    Sual 610. Böyük qardaşım atamın ölümündən sonra dünyasını dəyişdi. Onun ömrü fürsət vermədi ki, atamın namazlarını qəza etsin. Mən ondan bir il yarım kiçiyəm. Mənə atamın namazlarını qəza etmək vacibdirmi?
    Cavab: Xeyr, Sizə vacib deyil, amma qəza etsəniz savabı var.
    Sual 611. Böyük qardaşım atamın sağlığında dünyasını dəyişib. Atam dünyasını dəyişəndə mən böyük övladı idim; atamın qəza namazları mənim öhdəmdədirmi?
    Cavab: Bəli, ata-ananın qəza namazları vəfat edən zaman böyük oğluna aiddir.
    Sual 612. Əgər ata-ana ayət namazlarını tərk edib, ya unudublarsa, böyük oğluna onların ölümündən sonra ayət namazlarını qəza etməsi vacibdirmi?
    Cavab: Bəli, gündəlik vacibi namazlarla ayət namazı arasında fərq yoxdur.
    Sual 613. Həddi-büluğa çatmayan oğlan uşağı öz ata-anasının qəza namazlarını qıla bilərmi?
    Cavab: Əgər yaxşını pisdən ayıra bilərsə (yəni muməyyiz), dəstəmaz və namaz məsələlərini səhih bilirsə, ata və anasının qəza namazlarını qılsa caiz və səhihdir.
    Sual 614. Ömrünün axırlarında Bəhayi olan bir şəxs o halda dünyadan köçüb. Böyük oğluna onun namazlarını qəza etmək vacibdirmi?
    Cavab: Xeyr, vacib deyil, hər kəs namaz və orucu inkar etsə və o halda dünyadan getsə onun namazları heç kəsə aid deyil və qəzası da yoxdur.
    Sual 615. Ata-anamdan əvvəl bir böyük qardaşım vəfat edib. İndi atam dünyadan gedib, onun qəza namazları mənə vacibdir, ya xeyr?
    Cavab: Verilən suala əsasən sizin böyük qardaşınız atanızdan əvvəl dünyasını dəyişib. Hal-hazırda siz böyük oğlan övladısınız və atanızın namazlarının qəzası sizə vacibdir, oruclarını da tutmalısınız.
    Sual 616. Bir müsəlman 45 il əvvəl kafir bir qadınla evlənib və bir oğlan uşağına sahib olub. Sonra onları atıb və 35 il əvvəl ikinci dəfə başqa bir qadınla evlənib yenə bir oğlan uşağına sahib olub. İndi dünyasını dəyişib, onun birinci arvadı və oğlundan əldə heç bir məlumat yoxdur. Onun qəza namaz və orucu ikinci arvadından olan oğluna vacibdir, ya xeyr?
    Cavab: Verilən suala əsasən ikinci arvadından olan oğlu birinci arvadından olan oğlundan böyük deyilsə, vacib deyil. Buna baxmayaraq yaxşıdır ki, boynundan məsuliyyəti götürmək üçün yerinə yetirsin.
    İSTİCARƏ NAMAZI
    Sual 617. İsticarə namazında gərək qəzaya gedən tərtibdə qılınsın, ya lazım deyil?
    Cavab: Əgər qəzaya gedən namazların tərtibini bilirsə riayət etməsi lazımdır.
    Sual 618. Ata-anasının qəza namazları və orucu vacib olduğu halda qılmayan bir şəxs başqası üçün əcir tutula bilərmi?
    Cavab: Valideynlərinin namaz və oruclarının gecikməsinə səbəb olmasa maneəsi yoxdur. Bu surətdə valideyninin namaz və orucunu qabağa salsın.
    Sual 619. Özünün qəza namazı və orucu olan bir şəxs başqasının namaz və orucu üçün əcir tutula bilərmi?
    Cavab: Namaz üçün eybi yoxdur. Ancaq oruc üçün elə bir vaxtı müəyyən etməlidir ki, özünün vacibi oruclarını tutmağa vaxtı olsun.
    Sual 620. Mənim atam 75 il ömür edib və namaz qılan idi. Eyni halda vəsiyyət edib ki, malının üçdə biri kəfən və dəfn xərclərindən sonra artıq qalsa, onun namaz və orucları üçün xərclənsin. İndi kəfən və dəfn xərclərini ödəmişik. Artıq qalan pul o qədərdir ki, 80 ya 85 il namaz və orucu üçün əcir tuta bilərik. Hesab edək ki, əgər namaz qılan olmasaydı, onun namaz və orucu 60 il edərdi. Onun vəsiyyətinə əməl edib pulun hamısını namaz və orucun isticarəsinə verək, ya 60 il kifayətdir? Əgər 60 il kifayət olsa, pulun qalanını hara və nə şəkildə sərf edək?
    Cavab: Bu məsələnin müxtəlif yolları vardır:
    1) Əgər meyyitin məqsədi malının üçdə birini özü üçün xərc olunması olubsa, artıq qalan pulu onun niyyəti ilə xeyr işlərə sərf edin.
    2) Əgər ehtimal verilsə ki, özünün namaz və orucundan əlavə, başqa namaz və oruc, ya kəffarə və bu kimi işlər öhdəsində olubsa gərək pulun qalanını isticarə namaz və oruca verəsiniz
    3) Əgər ehtimal verilə ki, bu cür vəsiyyət etməkdən onun məqsədi arxayınçılıq olubsa (yəni boynunda olan namaz və orucu tamami ilə qılsınlar deyə bu cür vəsiyyət edibsə) mütləq surətdə bu iş yerinə yetirilməlidir. Bəlkə fikirləşib ki, bəzi əcir tutulanlar öz vəzifələrinə düzgün əməl etmirlər, ya səhih qılmırlar, bu surətdə də gərək pulun qalanını namaz və orucun isticarəsinə verəsiniz.
    4) Əgər vərəsələr yuxarıda qeyd olunanların heç birisinin olmadığına və meyyitin məqsədsiz bu cür vəsiyyət etməsinə yəqinlik tapıblarsa, artıq qalan miqdarı öz aralarında bölsünlər; əlbəttə ehtiyat budur ki, vərəsənin icazəsi ilə meyyitin niyyətinə yaxşı işlər üçün xərcləsinlər.
    Sual 621. Mənim çoxlu qəza namaz və orucum vardır, ömrümün axırına qədər özüm onları qəza edə bilmərəm, icazə verirsiniz naib ya əcir tutam?
    Cavab: Nə qədər ki, sağsınız, namaz və oruc üçün əcir tutmaq səhih deyil. Gərək vəsiyyət edəsiniz özünüz qılmadığınız miqdarda vəfatınızdan sonra sizin üçün naib tutsunlar, ya qəza etsinlər.
    Sual 622. Öhdəsində özünün qəza namazı olan bir şəxs meyyitin qəza namazları üçün əcir tutula bilərmi?
    Cavab: Bəli, verilən suala əsasən başqası üçün əcir tutulmağın bir maneəsi yoxdur. Amma öz qəza namazlarında səhlənkarlıq etmək caiz deyildir.
    Sual 623. Dəstəmaz almaqda üzürlü olan bir şəxs öz namazlarını təyəmmümlə qılır, əcir tutula bilərmi?
    Cavab: Edə bilməz, lazımdır ki, əcir qusl, dəstəmaz və namazda üzürlü olmasın.
    Sual 624. Qadını meyyitin namazları üçün əcir etmək olarmı?
    Cavab: Əgər qiraəti və namazı batil edən məsələləri bilsə və bu işi görməklə qadınlıq vəzifəsinə və hüquqlarına maneə yaratmazsa işkalı yoxdur.
    Sual 625. Sağlığında başqası üçün əcir tutulan bir şəxs sonradan üzürlü səbəbdən namazı cəbirə quslu və dəstəmazla, ya təyəmmümlə qılmalıdırsa vəzifəsi nədir?
    Cavab: Gərək üzrü aradan qalxana kimi isticarə işlərini gecikdirsin və əgər vaxt azdırsa əcir tutulması pozulur.
    Sual 626. Ramazan ayında Quran oxumaq üçün bir məbləğ pul alan şəxs Qurandan bir miqdar oxuyub və qalanı da müəyyən səbəbdən qalmışdır. Həmin şəxs bir qədər isticarə namaz və oruc da götürüb onu müəyyən edilmiş vaxtda qılmamışdır. Onun vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən əgər əcir tutan şəxsi tanıyırsa ona müraciət edib icarə vaxtını uzatsın, ya qılmadığı ibadətin miqdarında pulu qaytarsın. Əgər əcir tutan şəxsi tanımırsa həmin miqdar pulu sahibi tərəfindən sədəqə versin. Etiyat budur ki, sədəqə vermək hakimi-şərinin icazəsi ilə olsun və həmçinin ehtiyat budur ki, Quranın qalanını namazın qalanı ilə oxusun və orucları da tutsun.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 699 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024