İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    CAMAAT NAMAZININ HÖKMLƏRİ
    Sual 627. İmamın məğrib, ya işa namazının üçüncü rəkətində ona iqtida edən məmumun vəzifəsi həmd və surəni oxumaqdır; onları ucadan oxusun, ya ahəstə?
    Cavab: Ahəstə oxusun.
    Sual 628. Camaat namazı qılınan məscidlərdə namaz qılanlar bir-birinin ardınca cərgə şəklində İmama birləşiblər. Əgər məscidin ikinci mərtəbəsində qadınlar da camaat namazı qılırlarsa, onların aşağı mərtəbədə olan camaat namazına birləşmələrinin hökmü necədir?
    Cavab: Onların birləşməsi bu şəkildədir ki, əgər yuxarıda olmasaydılar və yuxarı məkanın bərabərliyi ilə aşağı mərtəbədə olsaydılar birləşmə hasil olardı.
    Sual 629. Məscidlərin balkonlarında qoyulan dəmir arakəsmələr camaat namazının cərgələrində fasilə hesab olurmu?
    Cavab: Arakəsmələr bütöv divar şəklində deyil, naxışlı millərlə olarsa, balkonda qılınan camaat namazı - istər iqtida edənlər qadın olsun, istərsə də kişi - səhihdir. Əgər arakəsmələr belə olmasa və imamı görməyə mane yaratsa, qadınların iqtida etməsi səhihdir, kişilərin iqtida etməsi isə düzgün deyildir.
    Sual 630. Əgər camaat namazı vaxtı İmam-camaatın etibarsızlığını göstərmək məqsədi ilə həmin məsciddə tək halda namaz qılınsa bu şəxsin namazında işkal varmı?
    Cavab: Əgər onun bu işi İmam-camaata hörmətsizlik məqsədi ilə olsa, yaxud camaatın və İmamın hörmətsizliyinə səbəb yaratsa caiz deyildir. Tək namaz qılmaq İmamın fasiqliyini göstərmək məqsədilə olarsa namaz da işkallıdır.
    Sual 631. Əgər İmam ardıcıl üç səcdə yerinə yetirsə, onun namazına nöqsan daxil olurmu?
    Cavab: Bilərəkdən olmazsa, namaz səhihdir.
    Sual 632. Camaat namazı haqqında deyilən savab, iqtida edənləri təkbir vasitəsi ilə xəbərdar edən şəxslərə də çatırmı?
    Cavab: Ümid var ki, Allah məmumların savabını ya ondan artığını mükəbbir olanlara verəcəkdir.
    Sual 633. Əgər camaat namazında mükəbbir olmasa, məmumlardan biri zikr qəsdi ilə təkbirləri ucadan deyə bilərmi?
    Cavab: İşkalı yoxdur.
    Sual 634. Camaat namazının üçüncü və dördüncü rəkətinə çatsalar necə iqtida etməlidirlər?
    Cavab: Əgər rükudan əvvəl iqtida etsə, həmd və surəni oxuması vacibdir. Əgər surəni oxumağa fürsət olmasa təkcə həmdi oxusun. Əgər bilsə ki, iqtida edən surətdə həmdi oxumağa möhlət yoxdur, ehtiyat vacibə əsasən gərək İmam rükuya gedəndən sonra iqtida etsin.
    Sual 635. Taxt üstündə, ya şikəst adamlar üçün düzəldilən əlil arabasında namaz qılan xəstələr camaat namazında dursalar cərgələri bir-birindən ayırırlar, ya yox?
    Cavab: Xeyr, eybi yoxdur.
    Sual 636. Bir şəxs təklikdə namaz qılanda daha çox hüzur-qəlblə qılır, amma camaatla qılanda bəzi səbəblərə görə halsız olur. Hansı birini seçməlidir?
    Cavab: İmkan olan surətdə camaat namazında iştirak etsin. Səy etsin hüzur-qəlbi camaat namazında tapsın.
    Sual 637. Dostlarımdan və yoldaşlarımdan bəziləri camaat namazına əhəmiyyət vermir və iştirak da etmirlər. Bu iş dostluğun və gediş- gəlişin pozulmasına səbəb olurmu? Əgər qohum olsa necə?
    Cavab: Ümumi halda camaat namazına əhəmiyyət vermək açıq-aşkar məsələlərdən, bəlkə İslam dininin zərurətlərindəndir. Namaz ilk çağlardan camaatla qılınıb. (Peyğəmbər (salavatullah), Həzrəti Əli (ə) və Həzrəti Xədicə (ə) ilə Məscidul-haramda namazı birlikdə qıldılar). Bunun üçün camaat namazında üzürsüz səbəbdən iştirak etməmək caiz deyil. Allahın Peyğəmbərindən (s) nəql olunub ki, camaat namazına hazır olmayanlarla əlaqə yaratmayın, onlarla gediş-gəlişi də tərk edin.
    Bu məsələdə qohum və başqaları arasında bir fərq yoxdur. Sileyi-rəhm baxımından, hətta xəbər və ya salamla sileyi-rəhm etmək olar.
    Sual 638. Evdar bir qadına həmd və surəni səhih öyrənmək rahat deyil, amma camaat namazında iştirak edə bilir. Bu işə də əri icazə vermir. Gərək ərinə itaət etsin, ya icazəsiz camaat namazında iştirak etsin?
    Cavab: Namazı bildiyi qaydada qılsın və camaat namazında iştirak etmək vacib deyil, baxmayaraq ki, müstəhəbdir ərinin icazəsi ilə camaat namazında iştirak etsin.
    CAMAAT NAMAZININ AZANI
    Sual 639. Əgər camaat namazında İmam-camaat gəlməmişdən qabaq azan deyilsə, İmam-camaat gələndən sonra həmin azan kifayət edir, yoxsa ikinci dəfə azan deyilməlidir?
    Cavab: Həmin azan kifayətdir.
    Sual 640. Camaat namazında iştirak etməyən mükəbbir üçün deyilən azan və iqamə kifayət edir, ya xeyr?
    Cavab: Onun kifayət etməsi müşküldür. Əgər savab qazanmaq istəsələr, imamın özü, ya iqtida edənlərdən biri ahəstə də olsa azan desinlər.
    İMAM-CAMAATIN ƏDALƏTİ
    Sual 641. Qərib bir şəxs bir şəhərə daxil olub, namazını qılmaq üçün məscidə gedib. Məsciddə camaat namazının hazır olduğunu görən bu şəxs İmam-camaatı tanımır, bu halda İmam-camaata iqtida edə bilərmi?
    Cavab: İmam-camaatın adilliyini sabit etməyincə iqtida düzgün deyil, amma təqvalı möminlərin İmama iqtida etməsindən onun ədalətli olmasına yəqinlik tapılırsa caizdir.
    Sual 642. Elm əhlindən olan bir nəfər bir şəhərə, ya kəndə daxil olur. Onu tanımayan əhali ona iqtida edə bilərmi?
    Cavab: İqtidanın səhih olmasında ədalətə məsələsində arxayınçılıq tapmaq lazımdır. Mümkündür, onunla əlaqə yaratmaqla arxayınçılıq hasil olsun və ya araşdırılsın.
    Sual 643. Nikah şöbəsinin rəisi olmaq İmam-camaatın ədalətinə zərər gətirərmi?
    Cavab: İran İslam Respublikasında zərəri yoxdur.
    Sual 644. Məşhəd və Qum kimi ziyarət şəhərlərinə daxil olan bir müsafir camaat namazına imamlıq edənləri tanımırsa və məlumat almaq üçün yəqini olan şəxsləri də tapa bilmirsə, camaat namazında iştirak edə bilərmi?
    Cavab: Bir neçə tanınmış və etibarlı məmumların vasitəsi ilə İmamın ədalətinə yəqinlik hasil etsə iqtida caiz, başqa bir halda müşküldür.
    Sual 645. Namazda qadının imamlıq etməsi səhihdirmi?
    Cavab: Qadının kişilər üçün imamlıq etməsi düzgün deyil, amma qadınlar üçün imamlıq etməsi vacibi-ehtiyatın xilafınadır.
    Sual 646. Bir şəxs şəri cəzaya layiq görülüb, cəza icra olunmamışdan qabaq tövbə edib, ya sürgün olunub, yaxud şəri cəza icra olunub və ya zindana salınıb. Amma indi tövbə etmişdir, bu şəxs İmam-camaat ola bilərmi? Biz ona iqtida edə bilərikmi?
    Cavab: Bəli, verilən suala əsasən bir maneəsi yoxdur, amma şəri cəzaya layiq görülən bir şəxs vacib ehtiyata əsasən, gərək İmam-camaat olmasın.
    Sual 647. Bir şəxsin İmam-camaatı tanımadığı halda onun adil, ya fasiq olduğu haqda məlumatı yoxdursa, ona iqtida etməsi səhihdirmi? Ədaləti isbat etmək üçün nə kifayətdir?
    Cavab: Ədalət sabit olmasa iqtida səhih deyil. Onunla davranan zaman ondan şəriətin ziddinə bir iş görünməsə bu ədalət üçün bir nişanədir. Yəni, bir şəxslə dəfələrlə gediş-gəlişi olduğu zamandan şəriətin ziddinə bir iş görməyib.
    Sual 648. Cümə günü zöhr namazını İmam-cümənin əsr namazına iqtida edib qılmaq səhihdirmi?
    Cavab: Səhihdir.
    Sual 649. Mən İmam-camaatı adil bilmədiyim halda ona iqtida etmirəm. Başqalarına deyib onları da İmam-camaatın ədalətsizliyindən xəbərdar etməyim caizdirmi?
    Cavab: Xeyr, caiz deyil, bu iş qeybət və haramdır.
    Sual 650. Mən özümü adil bilmirəm, İmam-camaat ola bilərəmmi?
    Cavab: İmam-camaatın şərtlərindən biri ədalətdir, amma məmumlar sizi adil bilirlərsə İmam-camaat ola bilərsiniz. Namaz da səhihdir. Diqqət etməlisiniz ki, İmam-camaat olmaq müstəhəbbi tövbə etmək və ədalətli olmaq vacibdir. Buna əsasən çalışın siz həqiqi tövbə etməklə ədalət sifətini ələ gətirəsiniz.
    Sual 651. Bir şəxs mərcəi-təqlid tərəfindən nümayəndə və həsbiyyə (xums-zəkat hesablama) işlərində icazə almışdır. Həmin icazənin verilməsi onun ədalətli olmasına dəlalət edirmi və ona iqtida edə bilərəmmi?
    Cavab: Camaat namazına iqtida edənlər gərək imam camaatın ədalətli olmasına yəqinlik etsinlər. Buna görə də, əgər bir şəxs bu icazədən onun ədalətli olmasına yəqinlik tapsa, ona iqtida edə bilər. Əks təqdirdə, yəqin tapmayana qədər ona iqtida edə bilməz. Sadəcə, icazə və nümayəndəliyin olması ədalətə və adilliyə dəlil ola bilməz.
    Sual 652. Özünü müctəhid bilən bir şəxsə iqtida etmək səhihdirmi?
    Cavab: İmam-camaatın şərtlərinə malik olsa və onun namazı məmumların təqlid etdiyi müctəhidin fətvasına uyğun səhih olsa ona iqtida etmək səhihdir. Müctəhid olmasına etiqad bağlamaq ədalətə zərər gətirmir.
    Sual 653. İmam-camaat bir günaha mürtəkib olub ədalətdən düşmüşdür. Amma eşitdik ki, namazdan əvvəl və namaz əsnasında istiğfar edib. Bu istiğfar tövbənin düzgün olmasına və yenidən adil olması üçün və iqtida etməyin düzgünlüyünə kifayət edirmi?
    Cavab: Diqqət yetirmək lazımdır ki, tövbənin həqiqi mənası günahdan peşiman olmaqdır, o da zahirdə yox, qəlbən yerinə yetirilməlidir. Bunun üçün tövbə təkcə «istiğfar»i tələffüz etməklə kifayət etmir. Sualın qoyuluşuna əsasən, onun ədalətli olmasına yəqinlik tapmasanız ona iqtida etmək səhih deyil.
    Sual 654. İmam-camaat və məmum arasında fətva və mərcəyi-təqlid baxımından fikir ayrılığı olsa, imamın təqlidinə görə onun İmamlıq etməsi işkalsız və onunla camaat namazı qılmaq səhihdir. Məmumların mərcəyi-təqlidinin nəzərinə əsasən isə səhih deyil. (İşi səfər olan, ya naqis üzvlü şəxslər kimi, namazlarını üzrlü qılırsa). Bu halda İmam-camaata elan etməsi lazımdırmı?
    Cavab: Elan etmək lazım deyil, məmumların namazı səhihdir, namazdan sonra bilsələr də belə.
    İMAM-CAMAATA HAQQ VERMƏK
    Sual 655. İdarənin namazxanasında zöhr və əsr namazını qılmaq üçün gələn İmam-camaatın gediş-gəliş xərcini ödəmək caizdirmi?
    Cavab: Maneəsi yoxdur.
    Sual 656. Dövlət orqanlarının bəziləri orada namazı qılmaq və şəri məsələlərdən söhbət etmək üçün ruhanilərdən bəzilərinə haqq verirlər, bunun hökmü necədir?
    Cavab: Əgər qürbətən iləllah versələr və o da qürbətən iləllah namaz qılsa, eybi yoxdur və gediş-gəlişi üçün də ona pul versələr maneəsi yoxdur.
    RUHANİ OLMAYAN ŞƏXSİN İMAMLIQ ETMƏSİ
    Sual 657. İmam-camaatın şərtlərini bilən qeyri-ruhaninin vasitəsi ilə camaat namazını bərpa etmək necədir?
    Cavab: Ruhani ola-ola el arasında ruhani olmayan şəxsin imamlıq etməsi, ruhaniyyətə hörmətsizlik hesab olunarsa, caiz deyil.
    Sual 658. Şəhər məscidlərində ruhani olmayan şəxslərin camaata imamlıq etmələrinin hökmü nədir?
    Cavab: İmkan olan surətdə ruhanilərdən istifadə etsinlər.
    İMAM-CAMAATIN NAMAZINDA NÖQSANIN TAPILMASI
    Sual 659. Müəyyən səbəblərə görə İmam-camaatın namazı batil olubsa, məmumlara məlumat vermək lazımdır ki, onlar öz namazlarını təzələsinlər?
    Cavab: Əgər namazdan sonra namazının batil olduğunu başa düşsə, məmumların namazı səhihdir. İmamın aşkar etməsi lazım deyil.
    Sual 660. Namaz əsnasında İmam-camaatdan hədəs xaric olsa, hökmü nədir?
    Cavab: İmamın namazı batil olur, məmumlara lazımdır ki, namazı furada niyyəti, ya başqasının imamlığı ilə tamamlasınlar.
    Sual 661. Bir İmam-camaat salamları deyəndən sonra yadına düşür ki, namazını qəsr qılmaq əvəzinə bütöv qılmışdır. Ona iqtida edən və namazı bütöv qılan məmumların vəzifəsi nədir? Gərək təzədən qılsınlar, ya əgər vaxt keçibsə qəza etsinlər?
    Cavab: Təkrarlamaq və qəza etmək lazım deyil.
    BƏDƏN ÜZVLƏRİ ƏLİL OLAN ŞƏXSLƏRİN İMAMLIQ ETMƏSİ
    Sual 662. İmam-camaatın ayağı sındığına görə düzgün yığılmır, səcdə və təşəhhüd halında onu çəkmək məcburiyyətində qalır. Amma sair şərtlər öz qaydasındadır. Onun imamlığı səhih və caizdirmi?
    Cavab: Barmağının, ayağının və dizlərini ucu yerə dəyirsə onun imamlığı caiz və ona iqtida etmək də səhihdir; ayağının ucunu fərqli surətdə yerə qoysa və təşəhüddə adi qaydada oturmasa da.
    Sual 663. Risalənin 1473-cü məsələsində yazılmışdır: «Vacib ehtiyata əsasən xora xəstəliyi olan bir şəxs İmam-camaat olmasın.» Sual bundan ibarətdir ki, birincisi, əgər xora görünməsə, ya az olsa və camaat bilməsə, ya görməsələr (paltarın altındadır) təkcə özü bilsə, gərək İmam-camaat qalmasınmı? İkincisi, əgər xora xəstəliyi olan şəxs camaata imamlıq etsə məmumların namazı işkal tapırmı?
    Cavab: Rəvayətə əsasən xora xəstəliyinə düçar olan bir şəxs imamlıq etməsin. Az ya çox, zahirdə ya batində olması və məmumların bilib-bilməməsi arasında heç bir fərq qoyulmamışdır. İmamlıq etməmək şəxsin öz vəzifəsidir. Gərək bu işi öhdəsinə götürməsin. Lakin İmamlıq etsə və camaat da onu İmamlığa layiq bilib ona iqtida etsələr hamısının namazı səhihdir. Əgər sonradan məsələnin nə yerdə olduğunu bilsələr də belə.
    Sual 664. Beli bir azacıq əyilmiş bir şəxs camaata imamlıq edə bilərmi?
    Cavab: Əyrilik rüku həddinə çatmırsa işkalı yoxdur.
    Sual 665. İmam-camaatın naqis üzvlü olması camaat namazında işkal yaradırmı?
    Cavab: Üzvün naqis olması namazın xüsusiyyətləri ilə bağlı olmasa, məsələn İmam-camaat görmə qabiliyyətindən məhrumdursa camaat namazında bir işkal yaratmır, ayağı, ya əli kəsilmiş olsa, belə ki, səcdədə yeddi üzvü yerə qoysun, ehtiyat vacibin zərurətinə görə ona iqtida etməsinlər
    Sual 666. Ayağı topuqdan kəsilən bir şəxs məmumlara məlumat vermədən İmam-camaat ola bilərmi? Məmumların məlumatı olmayan surətdə necə?
    Cavab. Xeyr, caiz deyil.
    Sual 667. Yuxarıda qeyd olunan halda, məlumat vermədən imamlıq etsə, namazdan sonra məmumlara namazlarını təzələmək üçün məlumat verməsi lazımdırmı?
    Cavab: Verilən suala əsasən bilmədikləri üçün namazın təkrarı və qəzası yoxdur. Məlumat verməsi lazım deyil.
    Sual 668. Mən müharibə əliliyəm, əlim yaralandığına görə namazda sağ əlimin içini kamil surətdə yerə qoya bilmirəm. İmam-camaat ola bilərəmmi?
    Cavab: Əgər əlinizin içini adi şəkildə yerə qoya bilmirsinizsə İmam-camaat ola bilməzsiniz.
    Sual 669. Barmaqlarının bəzilərindən məhrum olmuş bir şəxs İmam-camaat ola bilərmi?
    Cavab: Düzgün olması çox da iradlı deyil, amma ehtiyat odur ki, tərk etsin.
    ƏHLİ-SÜNNƏTƏ İQTİDA
    Sual 670. Əhli-sünnət məğrib namazını məğribdən əvvəl qılırlar. Həcc mərasimi, ya başqa vaxtlar onlara iqtida edib həmin namazla kifayətlənə bilərikmi?
    Cavab: Təqiyyə olan zaman maneəsi yoxdur və səhihdir.
    Sual 671. Məkkə və Mədinədə, xüsusilə Məscidul-həram və Məscidun-Nəbidə Əhli-sünnətə iqtida zamanı möhür qoyaq, ya möhürsüz caizdir?
    Cavab: Möhür qoymaq lazım deyil, məscidin həsir və daşlarından da istifadə etmək olar.
    Sual 672. Fasiləyə riayət etməyən surətdə əhli-sünnətə iqtida etmək caiz və kifayətdirmi?
    Cavab: Siz tərəfdən riayət etmək lazımdır.
    RUHANİLƏRƏ İQTİDA ETMƏK
    Sual 673. Çox savadlı qardaşlardan bəziləri hələ ruhani libası geyinməyiblər. Onların camaata imamlıq etməsi düzgündürmü?
    Cavab: Əmmaməli şəxslər olmayan surətdə əmmaməsiz şəxslərin imamlıq etmələrinin işkalı yoxdur. Ancaq əmmaməli şəxs olan təqdirdə işkalı vardır. Xüsusilə məscidlərdə, əgər əmmaməli olmayan şəxsin imamlıq etməsi hörmətsizliyə səbəb olarsa, haramdır və caiz deyildir.
    Sual 674. Bəzi vaxtlar İmam-camaat namaza hazır olmur, sıravi möminlərdən birini İmam-camaatın yerinə seçə bilərlərmi?
    Cavab: Bəli, əgər İmam-camaatın şərtlərinə malik olsa və başqa bir ruhani də olmasa maneəsi yoxdur.
    QADININ İMAMLIQ ETMƏSİ
    Sual 675. Namazda qadının imamlıq etməsi səhihdirmi?
    Cavab: Qadının imamlıq etməsi kişilər üçün düzgün deyildir, qadınlar üçün isə ehtiyat-vacibin xilafınadır.
    Sual 676. Bir müctəhid, qadının qadınlar üçün İmam-camaat olmasına icazə verirsə, Sizə və imam Xomeyniyə (r) təqlid edənlər o qadına iqtida edə bilərlərmi?
    Cavab: Hər kəsin vəzifəsidir ki, öz təqlid etdiyi müctəhidin fətvasına əməl etsin. Bunun üçün İmam Xomeynidən və məndən təqlid edən şəxslər vacib ehtiyata əsasən o xanıma iqtida edə bilməzlər. Çünki, bu məsələ fətva deyildir. Qadının imamlığını caiz və səhih bilən ələm müctəhidə ələmiyyət qaydalarına riayət etməklə müraciət etmək olar.
    Sual 677. Qız ya oğlan olması müəyyən olmayan bir şəxs evlənibdir. Bu adam müəyyən miqdar cinsi əlaqədə olmağa qadirdir. Lakin batində qadınlıq əlamətləri çoxdur. Bu şəxs ruhani libası geyinə bilərmi, imam-camaat ola bilərmi, başqası üçün əcir tutula bilərmi? Məğrib, işa ya sübh namazını ahəstə qılsın ya ucadan?
    Cavab: Bu şəxsin qadınlıq, ya kişilik əlamətindən biri daha aşkar müəyyən olsa, əgər cərrahlıq yolu ilə aydın olan müəyyən cinsə salsalar, müəyyən olan öz cinsi hökmündədir. Amma onun kişi ya arvad olmasını ayırd etmək müşkül olsa, gərək geyim və sair işlərdə ehtiyat etsin, ruhani libası kimi kişilərə aid olan geyimləri geyinə bilməz və İmam-camaat da ola bilməz. Namaz və oruc üçün əcir tutulsa maneəsi yoxdur.
    İMAM-CAMAATA BİRLƏŞMƏK
    Sual 678. Neçə mərtəbəli binaların birinci mərtəbəsində camaat namazı qılınırsa, yuxarı təbəqələrdə olanların iqtida etmələrinin hansı hökmü vardır?
    Cavab: İqtidanın səhih olması camaatın yığılması və sıraların bir-birinə birləşməsi ilə mötəbər sayılır. Buna görə yuxarı təbəqədə olanlar çox yuxarıda olmasalar, cərgələrin birləşməsi və vəhdət pozulmayıb desələr, iqtida səhihdir. Əks halda səhih deyildir.
    Sual 679. Birinci cərgədə yaxşını pisdən ayırd edə bilən iki uşaq iqtida etsə, birləşmə pozulurmu?
    Cavab: Onların namazlarının batil olmalarını bilməsə İmam-camaatla əlaqə kəsilmir.
    Sual 680. Camaat namazının birinci sırasında bir nəfər namazını tək qılırsa rabitə pozulurmu? Və bu fasilə sayılırmı?
    Cavab: Bir nəfər adətən cərgələrin pozulmasına və bir-birinə dəyməsinə maneə ola bilməz. Bəli, İmamı görməsə, ya imamı görən məmum üçün mane yaradarsa, fasilə sayılır və maneçilik törədir.
    Sual 681. Təqiyyə olmayan halda əvvəlki cərgələrdə duran əhli-sünnətdən olan məmumların vasitəsi ilə İmam-camaata birləşmək olarmı?
    Cavab: Verilən suala əsasən səhih deyil.
    İQTİDANIN SƏHİH VAXTI
    Sual 682. Məmumun İmam-camaatla eyni vaxtda təkbirətul-ehram deməyi səhihdirmi?
    Cavab: Ehtiyat-vacib odur ki, İmamın təkbiri tamamlanmamış təkbir deməsinlər.
    Sual 683. Əgər səhvən bir kəs İmam-camaatla eyni vaxtda təkbir desə vəzifəsi nədir?
    Cavab: Ehtiyat- vacib odur ki, bu halda namazını camaatla tamamlasın və sonra yenidən qılsın.
    Sual 684. Əgər məmum səhvən, ya İmamın namaza daxil olduğunu güman edib təkbirətul-ehram desə vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən namazı tək halda səhihdir. Onu tək niyyəti ilə tamamlaya bilər, əgər camaatla qılmaq istəsə niyyətini müstəhəbbi namaza döndərsin. Onu tamam edəndən sonra iqtida etsin, ya onu saxlayıb namazı batil edən bir iş görüb (danışmaq, qibləyə arxa çevirmək) yenidən iqtida etsin.
    Sual 685. İmam rükuya getməmişdən əvvəl iqtida etmək işkallıdırmı?
    Cavab: Əgər birinci və ikinci rəkətlərdə rükuya gedən halda olan İmama iqtida etsə işkalı yoxdur. Amma üçüncü və dördüncü rəkətlərdə iqtida etmək istəsələr və İmam rükuya getməmişdən əvvəl ən azı həmdi oxumağa fürsət qalmadığını bilsələr, vacib-ehtiyata əsasən səbr etsinlər, İmam rükuya çatan vaxt iqtida etsinlər.
    Sual 686. Bir şəxs rükudan qalxandan sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk etsə, vəzifəsi nədir?
    Cavab: Rüku halında İmamın rükusuna çatmasına yəqinlik tapıbsa, şəkkinə etina etməsin, amma qəflətdə olubsa ehtiyata görə namazını camaatla tamamlasın və ikinci dəfə təzədən qılsın.
    Sual 687. Camaat namazında qadınlar və kişilər arasında kərpicdən ya dəmirdən nazik bir divar çəkmək səhihdirmi?
    Cavab: Camaatın vəhdəti və namaz qılınan yer qarışmasa, qadınlar da İmamın hansı halda olduğunu bilsələr maneəsi yoxdur.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 578 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024