İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə
    İKİNCİ RİSАLӘ
    Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
    MƏHRƏM VƏ NAMƏHRƏM
    Rəhman və Rəhim Allahın adı ilə
    Həmd olsun müəyyən məsləhətlərə görə bə`zi qadınları bə`zi kişilərə məhrəm və onlarla izdivacı haram, bə`zi qadınları bə`zi kişilərə naməhrəm və onlarla izdivacı halal buyuran Allaha! Bir müddət idi ki, məhrəm və naməhrəm mövzusunda müxtəsər bir risalə yazmaq istəyirdim. Şükürlәr olsun Allaha ki, bu mövzuda otuzadək məsələdən ibarət risalə yazmaq tövfiqini nəsib etdi.
    Məhrəm və naməhrəm mövzusunda məsələləri bəyan etməzdən öncə bu mövzuda bir neçə hədisi xatırlayaq:
    1-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından biridir.Kim (naməhrəmə) baxmasa, Allah ona ilahi xof səbəbindən bir iman əta edər ki, qəlbində onun şirinliyini duyar.” (Biharul-ənvar", c.104, s.38, hədis 34)
    2-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Kim gözünü haramla doldursa, Allah Qiyamət günü onun gözünü odla doldurar. Yalnız tövbə edən istisnadır.” ("Biharul-ənvar", c.104, s.32, hədis 3)
    3-cü hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs naməhrəm qadınla əl görüşsə, Allahın qəzəbinə üz tutmuşdur. Hər kəs naməhrəm qadınla rabitəyə qatılsa, od sırasında şeytana yaxınlaşar və hər ikisi oda atılar.” ("Biharul-ənvar", c.104, s.32, hədis 4)
    4-cü hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Qiyamət günü yalnız üç göz ağlamaz: Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqlarına yumulan göz, gecəni sübhədək Allah yolunda oyaq qalan göz.” ("Biharul-ənvar", c.104, s.35, hədis 18)
    5-ci hədis: İmam Sadiq (ə) buyurmuşdur: "Naməhrəm qadını görüb gözünü səmaya qaldıran və ya yuman kəs gözünü dolandıranadək izzət və cəlal sahibi olan Allah ona hurul-eynlə izdivac buyurar.” ("Biharul-ənvar", c.104, s.37, hədis 28)
    6-cı hədis: İmam Kazim (ə) cəddi hәzrәt Əlidən (ə) belə nəql edir: "Kor bir şəxs həzrət Fatimədən (s.ə.) otağa daxil olmaq üçün icazə istədi. Xanım Zəhra (s.ə.) pərdə arxasına keçdi. Həzrət Peyğəmbər (s) soruşdu ki, kor bir şəxsə görə pərdə arxasına nə üçün keçirsən? Xanım ərz etdi ki, o da məni görməsə, mən onu görürəm və o mənim qoxumu duyur. Həzrət Peyğəmbər (s) buyurdu:” Şəhadət verirəm ki, sən mənim tənparəmsən.” ("Biharul-ənvar", c.104, s.38, hədis 36)
    7-ci hədis: Həzrət Əli (ə) həzrət Peyğəmbərə belə ərz etdi: "Ya Rəsuləllah (s), anamın otağına daxil olarkən icazə istəyimmi?” Həzrət buyurdu ki, bəli. Həzrət Əli (ə) bunun səbəbini soruşdu. Hәzrәt Peyğəmbər (s) buyurdu:” Ananı libassız görmək xoşdurmu?” Həzrət Əli (ə) ərz etdi:” Xeyr.” Peyğəmbər (s) buyurdu:” Elə isə icazə al.” ("Biharul-ənvar", c.104, s.38, hədis 37)
    8-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Əri varkən gözünü başqa kişilərə baxmaqla dolduran (başqalarına göz dikən) qadına Allahın qəzəbi böyükdür.” ("Biharul-ənvar", c.104, s.39, hədis 42)
    9-cu hədis: İmam Sadiq (ə) buyurmuşdur: " (Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından olan bir oxdur. (Qiyamətdə) həsrət və qəm-qüssə ilə uzanası baxış nə çox!” ("Biharul-ənvar", c.104, s.40, hədis 46)
    10-cu hədis: "Həzrət Əli (ə) qadınlara salam verirdi. Amma gənc qadınlarla salamlaşmaqdan çəkinirdi. Buyurardı ki, gənc qadınların səsinin məni həyəcanlandıracağından və günаha düşəcəyimdən qorxuram. Bunun zərəri salam verməyin mükafatından böyükdür.” ("Biharul-ənvar", c.104, s.37, hədis 26)
    MƏHRƏMLİK YOLLARI
    Qadınlar üç yolla kişilərə məhrəm olur: nəsil yolu, südvermə yolu, izdivac yolu.
    Nəsil yolu ilə insana məhrəm olanlar: ata və ana, baba və nənə kimi onlardan yuxarı; övlad, nəvə və nəticə kimi onlardan aşağı; bacı və qardaş, bacının və qardaşın övladı kimi onlardan aşağı; əmi və bibi, ata-ananın əmisi və bibisi kimi onlardan yuxarı; dayı və xala, ata-ananın dayısı və xalası kimi onlardan yuxarı.
    Nəsil yolu ilə məhrəm olmаyаnlar süd yolu ilə məhrəm ola bilər. Məsələn, süd yolu ilə ata, ana, övlad, bacı, qardaş, əmi, bibi, dayı, xala; yoldaşın süd anası, süd yolu ilə atanın arvadı, süd yolu ilə oğulun arvadı.
    İzdivac yolu ilə insana məhrəm olanlar: zövcənin anası və yuxarı getdikcə analar (məsələn, qaynananın anası); zövcənin qızı və аşаğı getdikcə hər biri (məsələn, zövcənin qızının qızı); atanın zövcəsi, yə`ni analıq və yuxarı getdikcə hər biri (məsələn, babaların arvadları); oğulun zövcəsi, yə`ni gəlin və aşağı getdikcə hər biri (məsələn, nəvə və nəticənın zövcəsi).
    Bə`ziləri isə insana məhrəm olsalar da, onlarla izdivac (evlənmək) haramdır. Məsələn, insanın (Allah eləməmiş) zina etdiyi qadının qızı; insanın (Allah eləməmiş) livat, həmcinsbazlıq etdiyi kişinin bacısı, anası və qızı. Bu mövzu 30-cu məsələdə ətraflı şəkildə açıqlanacaq. Əlbəttə ki, məhrəmlik və naməhrəmlik mövzusunda bə`zi nöqtələr nəzərdən qaçırıla bilər, bəzilərinin isə təkrarlanması mümkündür.
    Məsələ 1: Ata və ana xətti nə qədər yuxarı qalxsa da, (məsələn, baba və nənə) insana məhrəmdir.
    Məsələ 2: Övlad və bu xəttin aşağıya davamı (məsələn, nəvə və nəticə) insana məhrəmdir.
    Məsələ 3: Bacı və qardaş bir-birinə məhrəmdir. Eləcə də qardaşın övladı bacıya, bacının övladı qardaşa məhrəmdir.
    İzahat: Bir-birinə məhrəm olan bacı və qardaşlar üç qisimdir: Ata-anaları eyni olan ata-anadanbir bacı və qardaş birinci qismə aiddir. İkinci qismi ataları bir olan atadanbir bacı və qardaşlar təşkil edir. Yalnız anaları bir olan anadanbir bacı və qardaşlar üçüncü qismə aiddir.
    Amma bir kişi ilə bir qadın evləndikdə kişinin əvvəlki arvadından olan oğul və qızları qadının əvvəlki ərindən olan oğul və qızlarına məhrəm olmur. Çünki onların nə ataları, nə də anaları eynidir. Amma qadının ərindən övladı olarsa, bu övlad kişinin əvvəlki zövcədən olan övladına məhrəmdir. Çünki onların ataları eynidir.
    Məsələ 4: Bibi və əmi insana məhrəmdir. İnsanın ata və anasının bibi və əmisi də ona məhrəm sayılır.
    İzahat: İnsana məhrəm olan bibi və əmi üç qisimdir: birinci qismi ata-anası insanın atasının ata-anası ilə eyni olan ata-anadanbir əmi və bibilər təşkil edir. Yalnız atası insanın atası ilə eyni olan atadanbir əmi və bibilər ikinci qismə aiddir. Yalnız anası insanın atasının anası ilə eyni olan anadanbir bibi və əmilər üçüncü qisimdən sayılır.
    Amma anadanbir qardaş və bacının əmi və bibisi insana məhrəm deyil. Çünki onların əmi və bibisi insana əmi və bibi sayılmır.
    İzahat: İki dəfə ərə getmiş və hər bir ərindən övladları olan qadının birinci ərindən olan övladının əmi və bibisi ikinci ərindən olan övladının əmi və bibisi ilə eyni deyil. Demək, birinci ərdən olan övladın əmi və bibisi ikinci ərdən olan övlada, ikinci ərdən olan övladın əmi və bibisi birinci ərdən olan övlada məhrəm deyil.
    Məsələ 5: Dayı və xala insana məhrəmdir. İnsanın ata və anasının dayı və xalası da ona məhrəmdir.
    İzahat: İnsana məhrəm olan dayı və xala üç qisimdir: ata-anası insanın anasının ata-anası ilə eyni olan ata-anadanbir dayı və xala; atası insanın anasının atası ilə eyni olan atadanbir dayı və xala; anası insanın anasının anası ilə eyni olan anadanbir dayı və xala.
    Amma atadanbir qardaş və bacının dayı və xalası insana məhrəm deyil. Çünki onların dayı və xalası insana dayı və xala sayılmır.
    İzahat: İki arvad almış və hər birindən övladı olan kişinin birinci arvaddan olan övladının dayı və xalası ikinci arvaddan olan övladının dayı və xalası ilə eyni sayılmır. Belə ki, birinci arvaddan olan övladın dayı və xalası ikinci arvaddan olana, ikinci arvaddan olan övladın dayı və xalası birinci arvaddan olan övlada məhrəm deyil.
    Məsələ 6: Ata-ana, övlad, bacı-qardaş, əmi və bibi, dayı və xala haqqında deyilən məsələlər həm nəsil, həm də süd yolu ilə məhrəmliyə aiddir. Yə`ni ana, bacı, bibi və xala nəsil yolu ilə insana məhrəm olduğu kimi, süd yolu ilə də ana məhrəm ola bilər. Ata, oğul, qardaş, əmi və dayı nəsil yolu ilə insana məhrəm olduğu kimi, süd yolu ilə də məhrəm sayılır.
    İzahat: Süd yolu ilə məhrəmliyin tə`mini üçün risalələrdə yazılmış şərtlər tə`min olunmalıdır.
    Mәhrәm оlmаğа sәbәb оlаn südvеrmәnin 9 şәrti vаr:
    1-Uşаq diri qаdının döşündәn süd әmsin; Dеmәli ölmüş qаdının döşündәn süd әmsә, fаydаsı yохdur (mәhrәmlik yаrаtmır).
    2-О qаdının südü hаrаmdаn оlmаsın; Dеmәli zinаdаn dünyаyа gәlәn uşаğın südünü bаşqа uşаğа vеrsәlәr uşаq о süd vаsitәsilә hеç kәsә mәhrәm оlmur.
    3-Süd dоğumdаn оlsun; Dеmәli uşаq dоğulmаmışdаn qаdının döşündәn süd gәlsә vә bir uşаq о südü әmsә, mәhrәmliyә sәbәb оlmur.
    4-Uşаq südü qаdının döşündәn әmsin; Dеmәli südü uşаğın bоğаzınа töksәlәr, mәhrәmliyә sәbәb оlmur.
    5-Süd хаlis оlub bаşqа şеylәrlә qаrışmаsın;
    6-Süd bir әrdәn оlsun; Dеmәli süd vеrәn qаdınа tәlаq vеrsәlәr sоnrаdаn bаşqа әrә gеdib оndаn hаmilә оlsа, dоğuş vахtınа qәdәr döşündә birinci әrindәn süd qаlsа vә yа misаl üçün, 8 dәfә dоğuşdаn qаbаq birinci әrinә mәхsus оlаn süddәn vә dоğаndаn sоnrа isә 7 dәfә ikinci әrinә mәхsus оlаn süddәn uşаğа vеrsәlәr, о uşаq hеç kәsә mәhrәm оlmur.
    7-Uşаq хәstәlik sәbәbilә әmdiyi südü qаytаrmаsın. Әgәr qаytаrаrsа еhtiyаt-vаcibә görә gәrәk süd әmmәk vаsitәsilә о uşаğа mәhrәm оlаcаq kәslәr оnunlа еvlәnmәsinlәr vә mәhrәm bахışlаrlа bахmаsınlаr.
    8-15 dәfә, yахud bir gün (24 sааt) әrzindә, sоnrаkı mәsәlәdә dеyilәcәyi kimi dоyuncа süd әmsin, yахud оnu о qәdәr әmizdirsinlәr ki, "о südlә sümüyü möhkәmlәnmişdir, bәdәnindә әt әmәlә gәlmişdir” dеsinlәr. Hәttа әgәr 10 dәfә dә оnа süd vеrsәlәr vә оnlаrın аrаsındа hеç fаsilә (hәttа yеmәk vеrilmәklә dә) düşmәsә, еhtiyаt-vаcib budur ki, оnа süd vаsitәsilә mәhrәm оlаn kәslәr оnunlа еvlәnmәsinlәr, оnа mәhrәm bахışlаrlа bахmаsınlаr.
    9-Uşаğın iki yаşı tаmаm оlmаmış оlsun; Dеmәli, iki yаşı tаmаm оlаndаn sоnrа оnа süd vеrsәlәr, hеç kәsә mәhrәm оlmur. Hәttа әgәr misаl üçün, iki il tаmаm оlmаmışdаn qаbаq 8 dәfә, tаmаm оlаndаn sоnrа isә 7 dәfә süd әmsә hеç kәsә mәhrәm оlmur. Аmmа әgәr süd vеrәn qаdının dоğuşundаn iki ildәn аrtıq kеçmiş оlsа vә оnun südü hәlә dә qаlmış оlsа, bir uşаğа süd vеrsә, еhtiyаt-vаcib budur ki, оnunlа еvlәnmәyi, mәhrәmiyyәt rәftаrını tәrk еtsinlәr.
    Məsələ 7: Əminin, bibinin, dayının, xalanın qızı insana məhrəm deyil. Eyni qaydada, əminin, bibinin, dayının, xalanın oğlu insana məhrəm olmur.
    Məsələ 8: Əminin zövcəsi həm də xaladırsa, insana məhrəmdir. Dayının zövcəsi həm də bibidirsə, insana məhrəmdir. Əks təqdirdə, nə əminin və dayının zövcəsi, nə də bibinin və xalanın əri insana məhrəm olmur.
    Məsələ 9: Əminin və ya dayının zövcəsi insanın qaynanası olarsa, məhrəmdir. (Yə`ni insan öz əmisi və ya dayısı qızı ilə evlənərsə, əmisinin və ya dayısının zövcəsi ona məhrəm olar).
    Məsələ 10: İnsanın atasının zövcəsi, atasının atasının zövcəsi, anasının atasının zövcəsi insana məhrəmdir və ömrün sonunadək onlarla izdivac haramdır.
    Amma insanın zövcəsinin atasının zövcəsi insana məhrəm sayılmır və qaynana hökmündə deyil.
    Məsələ 11: İnsanın gəlini (oğlunun zövcəsi), oğulun gəlini (nəvənin zövcəsi), qızın gəlini (qız nəvəsinin zövcəsi) insana məhrəmdir.
    Amma insanın zövcəsinin gəlini (zövcənin oğlunun zövcəsi) insana məhrəm deyil.
    Məsələ 12: Öncəki məsələdən əks halın da hökmü mə`lum olur. Yə`ni qаdının ərinin atasının atası insana məhrəmdir. Eyni qaydada, ərin anasının atası insana məhrəm olur.
    Məsələ 13: İnsanın yeznəsi (qızının əri), oğulun yeznəsi (oğulun qızının əri), qızın yeznəsi (qızın qızının əri) insana məhrəmdir.
    Amma ərin yeznəsi (ərin qızının əri) insana məhrəm deyil.
    Məsələ 14: İnsanın qaynanası insana məhrəmdir. Burada həm nəsil, həm də süd yolu ilə ana nəzərdə tutulur. Zövcənin anasının anası və yuxarı getdikcə hər bir ana bu hökmdədir.
    Məsələ 15: Ərin övladı, ərin oğul və qız nəvələri insana məhrəmdir.
    Məsələ 16: Zövcənin (arada yaxınlıq olmuşsa) övladı, onun oğul və qız nəvələri insana məhrəmdir. Bu övlad həm əvvəlki, həm də ki, sonrakı ərdən ola bilər.
    Amma arada yaxınlıq baş verməmişsə övlad məhrəm sayılmır.
    Məsələ 17: İnsanın zövcəsinin bacısı insana məhrəm deyil. Amma onunla izdivac da etmək olmaz. Yalnız zövcə dünyasını dəyişdikdən və ya ona təlaq verildikdən sonra iddə müddəti başa çatarsa, öncəki zövcəsinin bacısı ilə evlənə bilər.
    Məsələ 18: İnsanın zövcəsinin qardaşı övladları, bacısı övladları (zövcə onların bibisi və ya xalasıdır) insana məhrəm deyil. Amma zövcədən, yə`ni onların bibisi və ya xalasından icazəsiz onlarla evlənmək olmaz.
    Məsələ 19: İnsanın zövcəsinin atasının anası insana məhrəmdir. Çünki insan həmin qadının yeznəsi sayılır. Oğulun, qızın, insanın özünün yeznəsi insana məhrəmdir.
    Məsələ 20: İnsana öz gəlini məhrəm olduğu kimi, onun oğlunun, qızının, oğul və qızdan olan nəvələrinin gəlini də məhrəmdir.
    İnsanın zövcəsinin gəlini insana məhrəm deyil. Yə`ni zövcənin əvvəlki ərindən oğulu və gəlini varsa, oğulunun zövcəsi ananın ərinə məhrəm deyil.
    Məsələ 21: Kişiyə məhrəm olan qadınlardan biri də zövcənin qızıdır. İstər əvvəlki, istərsə də sonrakı ərdən olan qız məhrəmdir. Əgər zövcə boşanıb, yenidən ərə getsə və qızı olsa, həmin qız əvvəlki ərə məhrəmdir. Eləcə də, insanın zövcəsinin oğlunun qızı insana məhrəm sayılır.
    Əlbəttə ki, yalnız zövcə ilə yaxınlıqdan sonra bu qız məhrəm olur.
    Məsələ 22: İnsanın zövcəsinin qohumları (onun anası, anasının anası, atasının atası və ərinin qızı istisna olmaqla) insana məhrəm deyil. Beləcə, zövcənin bacısı, bibisi, xalası, qardaşının zövcəsi, qardaşının övladları, bacısının övladları, əmisinin övladları, bibisinin övladları insana məhrəm deyil. Zövcənin atasının zövcəsi insana məhrəm sayılmır. Yə`ni zövcənin atasının zövcəsi qaynana hökmündə deyil. Atanın zövcəsi deyə bilməz ki, bu şəxs mənim yeznəmdir. Çünki həmin şəxs onun yox, onun ərinin yeznəsidir.
    Digər bir məsələ budur ki, insanın atasının zövcəsinin anası insana məhrəm deyil. Yə`ni atanın yeni zövcəsinin anası məhrəm sayılmır. Atanın zövcəsi isə məhrəmdir.
    Məsələ 23: Əgər qadın bir oğlan və ya qıza risalələrdə qeyd olunmuş şərtlər ödənməklə süd verərsə, onların süd anası olar. Həmin qadının əri körpələrə süd atası, övladları süd bacı-qardaşı, bacı və qardaşı süd xalası və dayısı, ərinin bacı və qardaşı süd bibisi və əmisi sayılar. Onların hər biri qadının süd verdiyi oğlan və qıza məhrəmdir. Bir sözlə, nəsil yolu ilə məhrəm olanlar, süd yolu ilə də məhrəm olur. Məsələn, süd atası nəsil atası, süd anası nəsil anası, süd bacı-qardaşı nəsil bacı-qardaşı kimidir.
    Süd yolu ilə məhrəmlik yaransa da, bu əlaqə insanın irs sahibi olması üçün kifayət etmir. Məsələn, süd övladı süd atası və süd anasından irs almır.
    Məsələ 24: Bə`zən süd vermək ər və arvadı bir-birinə əbədi haram edir. Bu halda boşanmaqdan başqa yol qalmır. Məsələn, bir şəxs südəmər körpəni atasının icazəsi ilə özünə əqd etsə və onun əqdində olan başqa bir qadın bu uşağa süd versə, hər iki zövcə ərə əbədi haram olar. Çünki böyük zövcə süd zövcəsinin anası olur, kiçik zövcə böyük zövcənin süd qızı.
    Məsələ 25: Əgər qadın yeznəsinin südəmər körpəsinə və ya ərinin yeznəsinin südəmər körpəsinə şərtlər ödənməklə süd verərsə, qızı yeznəsinə və ya ərinin yeznəsinə əbədi haram olur. Rəvayətdə bildirilir ki, südəmər körpənin atası süd verən qadının övladı ilə evlənməməlidir. O süd verən qadının süd sahibi olan kişinin övladı ilə də evlənə bilməz. Zikr olunan məsələdə yeznənin arvadı ya süd sahibinin övladıdır, ya süd verən qadının övladı. O hər iksinin övladı da ola bilər. Bu halda onların izdivacı batildir.
    Məsələ 26: Əgər kişi başqasına məxsus olan qızın ona məhrəm olmasını istəyərsə, qardaşı arvadının və ya bacısının həmin qıza süd verməsi kifayətdir. Bu halda kişi həmin qızın ya süd əmisi, ya da süd dayısı olur. Əgər bir qadın başqasına məxsus oğlanın ona məhrəm olmasını istəyərsə, qardaşı arvadının və ya bacısının həmin oğlana süd verməsi kifayət edər. Bu halda qadın həmin oğlanın süd bibisi və ya süd xalası olur.
    Məsələ 27: Əgər bir şəxs (Allah eləməmiş) bir qadınla zina edərsə, həmin qadının anası və ya qızı ilə evlənə bilməz. Həmin qadın ərdə olmazsa, onunla izdivacın eybi yoxdur.
    İnsan bir qadınla evləndikdən sonra həmin qadının anası və ya qızı ilə (Allah eləməmiş) zina edərsə, həmin qadın ona haram olar.
    Məsələ 28: Əgər bir şəxs (Allah eləməmiş) ərli qadınla zina edərsə, həmin qadın ona əbədi haram olar. Yə`ni həmin qadının əri ölsə və ya onu boşasa belə, zina edən şəxs onunla evlənə bilməz.
    Məsələ 29: Əgər bir şəxs (Allah eləməmiş) bir oğlanla həmcinsbazlıq (livat) edərsə, onun anası, bacısı və ya qızı ilə evlənə biməz. Yə`ni həmin qadınlar ona əbədi haramdır. Əgər bir qadınla izdivacdan sonra onun oğlu, qardaşı və ya atası ilə (Allah eləməmiş) livat edərsə, həmin qadın ona əbədi haram olar.
    Məsələ 30: İddədə olan qadınla izdivac bir neçə şəkildə baş verə bilər:
    1.Hər iki tərəf qadının iddədə olduğunu və iddəli qadınla evlənməyə icazə verilmədiyini bilir;
    2.Tərəflərdən biri məsələdən xəbərdardır; bu iki halda izdivac baş verərsə batildir və qadınla kişi bir-birinə əbədi haramdır.
    3.Qadının iddədə olmasından və iddəli qadınla izdivaca yol verilməməsindən hər iki tərəf xəbərsizdir; yalnız yaxınlıqdan sonra mə`lum olur ki, qadın iddədədir və iddəli qadınla izdivaca icazə verilmir. Bu halda da izdivac batildir və hər iki tərəf bir-birinə əbədi haramdır.
    4.Hər iki tərəf məsələdən xəbərsizdir və yaxınlıqdan öncə məsələdən xəbər tutur; bu halda onlar bir-birlərinə əbədi haram olmurlar. Amma oxunmuş əqd batildir və tərəflər iddə tamam olanadək səbr etməlidir. İddə başa çatdıqdan sonra tərəflər evlənə bilər.
    Dördüncü halda həm qadının iddədə olmasından, həm də iddəli qadınla izdivaca yol verilməməsindən xəbərsiz olmaq zəruri deyil.
    Əgər bu iki haldan birindən xəbərsizdirlərsə, məsələn, yalnız qadının iddəli olması bilinir, ya da iddəli qadınla evlənmənin mümkünsüzlüyü mə`lum olur.
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 1013 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024