İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə

    Dördüncü fəsil
    KİMİN QEYBƏTİNİ ETMƏK OLAR?
    Bilməliyik ki, müəyyən məqamlarda qeybət haram sayılmır. Məsələn, şəri hakim qarşısında şəhadət zamanı deyilənlər günah deyil. Hətta icazə verilən məqamlarda da qeybətdən çəkinmək faydalıdır. İcazə verilən məqamlarda qeybət edən şəxs buna vərdiş еdib icazə verilməyən məqamlarda da başqalarının eyibindən danışa bilər.
    Qeybətin haram olmadığı məqamlar:
    1. Bir şəxsə zülm olunmuşsa, o haqqını ala biləcək şəxsə zalımdan danışa bilər. Bir şərtlə ki, məzlum zalımın başqa eyiblərini sadalamasın. Məsələn, bir şəxs döyülmüşsə, onu döyən şəxsdən tədbir görəcək tərəfə şikayət edə bilər. Amma əsəbləşib həddi aşmaq, zalımın başqa eyiblərini açıqlamaq olmaz. Unutmamalıyıq ki, məzlum yalnız tədbir görəcək şəxsə şikayət edə bilər.
    2. Əgər caiz bir işdə məşvərət aparılırsa mövzudan kənara çıxmaq olmaz. Məsələn, bir şəxs soruşur ki, qızımı filankəsə verim, yoxsa yox? Belə məqamlarda qarşı tərəfi mövzu ilə bağlı mə`lumatlandırmaq olar.
    3. Mö`mini tanımadığı bir günahkardan uzaqlaşdırmaq üçün ona zəruri həddə mə`lumat vermək olar. Bu işdə məqsəd mö`mini hifz etmək olmalıdır.
    4. Xəstənin məxfi eyiblərini müalicə məqsədi ilə həkimə açıqlamaq.
    5. İki şərtə riayət etməklə şahid və ya rəvayətçinin eyibini açıqlamaq: Qarşı tərəfin dediklərini rədd etmək üçün həddində danışmaq; yalnız qarşı tərəfin göstərişinə əməl etmək istəyən şəxsə danışmaq.
    6. Bir şəxs özünü başqa cür təqdim edirsə, dörd şərtlə onun kimliyini bildirmək olar. Həmin tərəf xilaf bir hökm versə, onun alim olmadığı bilinməsə, xalq ona sualla müraciət etsə, danışan qarşı tərəfi alçaltmaq fikrində olmasa.
    7. Bir şəxs "topal”, "keçəl”, "uzun” kimi ləqəblərlə məşhursa, onu tez bir vaxtda tanıtdırmaq üçün bu ləqəblərdən istifadə etmək olar. Amma həmin şəxs ləqəblə yada salınmasını xoşlamazsa, bu işdən çəkinmək lazımdır.
    8. Açıq-aşkar olan eyibi demək olar. Məsələn, bir şəxsi hamı şərabxor kimi tanıyırsa, bunu dilə gətirməyin eybi yoxdur.
    9. Şər`i hakim qarşısında şəhadət vermək vacib olduğu vaxt tələb olunan həqiqətləri demək günah deyil. Əksinə, şəhadəti gizlətmək qadağandır.
    10. Bid`ətçi və azğın insanlar haqqında danışmaq caizdir.
    11. Kafirlərin, din düşmənlərinin qeybəti caizdir.
    12. Bir şəxs öz əslini təhrif edirsə, onun kimliyini açıqlamaq haram deyil. Məsələn, bir şəxs özünü tanınmış alimin oğlu kimi tanıtdırırsa, onun yalanını açıqlamaq olar.
    13. Kimsənin tanımadığı adam haqqında danışmaq haram deyil. Məsələn, bir şəxs deyirsə ki, bir nəfər qumar oynayırdı, bu haram deyil.
    Beşinci fəsil
    QEYBƏTƏ TÖVBƏ
    Qeybətdən və digər günahlardan tövbə bir neçə ünvanla bəyan olunur:
    Tövbə bütün xeyirlərin əsası və açarıdır. Günahı tövbədən savayı yuyan bir şey yoxdur. Günahına tövbə qılmayan şəxs sitəmkarlardandır. (bax: "Hucurat", 11)
    Qur`an ayələri, hədislər, alimlər icması tövbənin zəruriliyini təsdiqləyir. Tövbə edən şəxs Allahın sevimlisidir.(bax: "Bəqərə", 222.) Hәzrәt Peyğəmbər (s) buyurur ki, tövbə edən Allahın dostudur. ("Cameus-sadat", 3-65)
    "Üsuli-Kafi”də imam Baqirdən (ə) belə nəql olunur: "Qaranlıq gecədə azuqəsini itirib sonradan tapan şəxs necə sevinirsə, Allah öz bəndəsinin tövbəsinə daha artıq sevinir.”("Kafi”, 3-435.) Tövbə Allaha qarşı günahdan üz çevirib ona ibadətə üz tutmaqdır. Tövbənin bə`zi qaydaları var: İnsan gördüyü işdən peşman olsun, dərhal günahdan uzaqlaşmaq qərarına gəlsin, gələcəkdə günahı təkrarlamaq fikrində olmasın.
    Tövbə üçün əsas amillərdən biri günahkar dostlardan uzaqlaşmaqdır. Saleh insanlarla ünsiyyət insanı günahdan uzaqlığa sövq edir.
    Birinci halda tövbə edən şəxs qəflət yuxusundan oyanır, öz azğınlığını görür.
    İkinci halda insan doğru yol tutmaq qərarına gəlir, qəlbi dirilir.
    Üçüncü hal hidayət halıdır. Tövbə edən şəxs günahdan üz çevirdikdən sonra doğru yola üz tutur.
    Tövbə amilləri ilə tanış olaq:
    1. İnsan əməllərini müsbət saymayıb onlara eyibli vә qәbаhәtli baxsın.
    2. Zahir və batinini günaha meyildən qorusun. Əgər bir şəxs tövbə etdikdən sonra keçmiş günahı yada saldıqda ləzzət alırsa, bu tövbə həqiqi tövbə deyil. Günah ləzzəti bir dəfəlik insan varlığını tərk etmәyincə həqiqi tövbədən danışmağa dəyməz.
    3. İnsan öz əməllərinin hesabını aparmalıdır. Bilməlidir ki, Allah onun əməllərindən razıdır, yoxsa yox. Əməlləri Allahın razılığına səbəb olduqda şükr etməli, günah olduqda tövbə qılmalıdır. Allah-tәala buyurur ki, mən ən üstün şərikəm və məndən qeyrisini şərik tutanı seçdiyi şərikə tapşıraram.("Cameus-sadat",2-377.)
    4. İnsan Allahı öz əməllərindən xəbərdar bilməlidir ki, günaha üz tutanda xəcalət çəkib dayansın.
    Tövbənin müəyyən sütunları var və bu sütunlarsız tövbə qеyri-mümkündür:
    1. Vacib əmrləri vaxtında yerinə yetirmək və qadağalardan çəkinmək. Əgər bir şəxs vəzifələrindən xəbərsizsə, dərhal təhsilə başlamalıdır.
    2. Buraxılmış əməllərin qəzasını yеrinə yetirmək. Qəzası olmayan peşimançılıq çəkib gələcəkdə günaha yol verməsə yetər.
    3. Halal qida və libas sorağında olmaq. Bunların insan ruhuna böyük təsiri var.
    4. Xalqın haqqını ödəmək, onları razı salmaq. Əgər peşimançılıq yolu ilə Allahın haqqı ödənirsə, xalqın haqqı onun öz razılığındadır. Əgər haqqı öhdənizdə qalmış şəxs ölmüşsə, bu haqqı onun övladına çatdırmaq lazımdır. Mal tələf olmuşsa onun qiymətini ödəmək lazımdır.
    5. Nəfslə mübarizə aparmaq və bir daha günaha qayıtmamaq lazımdır. Əmrləri yerinə yetirmək, haramlardan çəkinmək zəruridir, bu yolda səbr etmək, razı qalmaq zəruridir.
    Bu məqamda mərhum Ayətullah Bürucerdinin qeybətlə bağlı buyuruqlarını yada salmaq yaxşı olar: "Əgər bir şəxs bir müsəlmanın qeybətini edərsə, vacib ehtiyata əsasən fəsad törətməmək şərti ilə həmin müsəlmandan halallıq istəməlidir. Əgər mümkün olmasa, həmin şəxs üçün bağışlanma diləmək zəruridir. Əgər qeybət yolu ilə qarşı tərəfi alçaltmışsa, imkan həddində bu zərəri aradan qaldırmaq lazımdır.”
    Aşağıda sual-cavab şəklində bə`zi məsələlər açıqlanmışdır:
    Sual: Əgər bir şəxs "filankəs paxıl və təkəbbürlü adamdır” deyirsə, bunun hökmü nədir?
    Cavab: Bu sözləri demək olmaz.
    Sual: Əgər bir şəxs on iki imamçı şiə öldükdən sonra onun arxasınca bir söz deyərsə, hökmü nədir?
    Cavab: On iki imamçı şiənin ölüsünün arxasınca danışmaq caiz deyil.
    Sual: Bir şəxs "isfahanlılar və ya qumlular pis adamdır” deyərsə, bunun hökmü nədir?
    Cavab: Buna icazə verilmir. Hər yerdə yaxşı və pis adamlar var. Ümumi şəkildə bir məntəqə əhlini pis saymaq olmaz. Belə danışmayın. Əgər bir məntəqə əhlindən narazı qalmısınızsa, həmin yerdə bə`zilərinin pis olduğunu deyə bilərsiniz.
    Pərvərdigara, bizə eyiblərimizi göstər ki, başqalarının eyiblərini dilə gətirməyək.
    Qeyd etməliyik ki, qeybətin günahı zinanın günahından ağırdır. Çünki qeybət zinadan daha zərərlidir. Zina edən şəxs özünə zərər vurursa, qeybətin zərəri bütün cəmiyyətədir. Qeybət nəticəsində insanlar arasındakı inam itir, ictimai rabitələr qırılır. Bütün bunlar İslam dininin prinsiplərinə ziddir. İslam ictimai bir dindir və insanlar arasında qardaşlığa sə`y göstərir.
    Bunu da nəzərdən qaçırmayaq ki, hər günaha qoyun açıb dindarlıq iddiasında olanları dinlə bir tutmamalıyıq. Mühitin tə`siri altında bə`ziləri zahiri dindarlıqla kifayətlənir və heç bir günahdan çəkinmir. Bə`zən də dini tə`limlərdən xəbərsizlik iman zəifliyi ilə nəticələnir. Bu səbəbdən də dini mədrəsələri artırmaq və insanların həqiqi dindarlığı üçün münasib şərait yaratmaq lazımdır.
    SONLUQ
    DİLLƏ BAĞLI GÜNAHLAR
    Dillə bağlı günahlar çoxdur. Onlardan biri qeybət və mö`minlərin pisliyinə danışmaqdır. Bu günahın heç bir ləzzəti yoxdur. Az-az adamlar bu günahdan qoruna bilir. Qeybət xəstəliyinə yoluxanlar özünü müalicə etməlidir. İnsan daha çox öz eyibləri haqqında düşünməlidir. Başqasından sizə danışan şəxs sizdən də başqasına danışa bilər. Qeybətçil insandan uzaq olmaq lazımdır. Şeytan və əmmarə nəfsdən Allaha pənah aparaq. Bu amillər insan üçün çox təhlükəlidir.
    Dil günahlarından biri də yalandır. Yalan hər bir şərin açarıdır. Bə`ziləri yalana o qədər vərdiş verir ki, bunsuz yaşaya bilməyəcəyini açıqlayır. Bütün bunların səbəbi iman zəifliyidir. Mö`min şəxs hansısa mənfəət səbəbindən yalan danışmır.
    Dil günahlarından biri də küfrdür. Dini müqəddəsliklərə qarşı təhqir, Allah və Onun rəsulunun, Qiyamətin inkarı bu qəbildəndir. Dinin zəruri hökmlərini inkar etmək də küfr sayılır.
    Qeybətdən çəkinin, yalan danışmayın, iftira yaxmayın, haqsız yerə şəhadət verməyin, küfrə səbəb olacaq sözlər danışmayın, vaxtınızı boş keçirməyin, qəlbləri incidəcək sözlərə yer verməyin.
    Əslində, dil Allahın ən böyük ne`mətlərindəndir və insan Allahı zikr etməklə, xoş sözlər danışmaqla bu ne`mətin şükrünü yerinə yetirə bilər. (bax: "İbrahim",7)
    Təbərrük olaraq risaləni "Nəhcül-bəlağə”dən bir xütbə ilə başa çatdırırıq. Həzrət buyurmuşdur: "Günahdan çəkinən, Allahın günahdan pəhriz ne`məti əta olunmuş insanlar günahkarlarla, Allah və Onun rəsuluna tabe olmayanlarla mehriban olsalar yaxşıdır. (Onların qeybətini etməsinlər, onlara böhtan atmasınlar. Əksinə, onların doğru yola gəlməsi üçün çalışsınlar, insanların eybini yaxşılığa də`vət və pisliyə qadağa ünvanında desinlər.) İman əhlinə şükür ruhiyyəsi hakim olmalı və onları günahkarların qeybətindən çəkindirməlidir.
    Bəs mö`min qardaşının qeybətini edib onu yol verdiyi günaha görə qınayanın halı necə olur? Yada salmırmı ki, Allah onun günahlarını örtüb və Allahın bu işi mö`min qardaşın qeybətinə səbəb olan günahdan böyükdür. Axı özü günaha batdığı halda başqasını günaha görə necə qınayır?! Əgər həmin şəxsin günahından uzaq olmuşsa da, başqa bir günaha yol verib Allaha itaətsizlik göstərmişdir. Olsun ki, həmin günah mö`min qardaşın günahından da böyükdür. And olsun Allaha, böyük günaha yol verməmişsə də, kiçik günahla itaətsizlik etmişdir. İstənilən bir halda onun xalqın pisliyini dilə gətirməsi yol vermədiyi günahdan daha böyükdür.
    Ey Allah bəndəsi, başqasında eyb axtarmağa, pisliyini dilə gətirməyə tələsmə. Həmin şəxs bağışlana da bilər. Özünü kiçik günahdan amanda bilmə. Olsun ki, həmin günaha görə cəzalanasan. Sizlərdən hər hansı biriniz bir başqasının eyibini bilsə, onu dilə gətirməkdən çəkinsin. Çünki öz eyiblərini daha yaxşı bilir. Başqasının batdığı günahdan uzaq olduğu üçün şükr etsin. Bu ne`mət müqabilində şükür ona başqalarının eybini dilə gətirməyə macal vermir.
    Mö`minlərin arxasınca pisliyə danışmağın məzəmməti haqqında qәlәmә аldığı risalə h.q. 1418-ci ilin rəbiüs-sani ayının 26-da başa çatdı.
    Vəssalamu ələykum və rəhmətullah
    Ey pak Əhli-beytə (ə) davamçı olan,
    Mö`minin hörmətin saxla hər zaman.
    Mö`minin qeybətin gətirmə dilə,
    Allahın əmrini yaxşıca dinlə.
    Ayə, hədis, ağıl , həm də ki icma,
    Qeybətə, pis sözə qoymuş qadağa.
    Bil şeytan yoludur pisliyə hər söz,
    Rəhmanın yolunda bağışlanma gəz.
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 1227 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024