Bismillahir-Rəhmanir-Rəhim!
Əlinizdəki bu kitab şəri hökmlər məcmuəsinə tam başqa bir cəhətdən nəzər yetirir və İslamda qadın və kişi əlaqələrinin hökmünü bəyan edir. Yeni qarşıya çıxan məsələlərə nəzər yetirməklə bu məcmuənin yazılması zəruri nəzərə çarpır. Bunlar gündəlik və ən çox qarşıya çıxan məsələlər olduğuna və təəssüflə indiyə qədər tənzim olunmuş şəkildə bir yerə yığılmadığına görə qərara aldıq ki, bu hökmlərin hamısını kamil şəkildə bir yerə yığmaqla İslam cəmiyyətində dini göstərişlərin icrası yolunda təsirli tədbirlər görmüş olaq. Əlbəttə, etiraf etməliyik ki, bu məsələlər kitabların müxtəlif bölmələrində pərakəndə vəziyyətdə mövcud idi, bununla belə, mövcud olan miqdar qarşıya çıxan yeni suallara cavab verməməkdən əlavə, üstəlik həmin miqdarın əldə edilməsi ümumxalq camaat üçün çox çətin nəzərə çarpır.
* İrəli çəkilən fətvalar həzrət Ayətullah İmam Xomeyni cənablarının fiqhi nəzərləri əsasında tənzim olunmuşrur.
* Bu məcmuənin əsl mətni İmam Xomeyni (rəhmətullahi əleyh)-in fətvası əsasında tənzim olunmuş və nəzər ixtilafı qarşıya çıxdıqda, digər mərcəi-təqlidlərin fətvaları məsələnin nömrəsini və mənbəyini qeyd etməklə aşağıda yazılmışdır. Nəzər ixtilafı olmayan hallarda yalnız digər mərcəi-təqlidlərin kitablarındakı məsələnin nömrəsi verilməklə kifayətlənmişdir.
* Hər bir məsələdə dəyərli mərcəi-təqlidlərin nəzərləri asan şəkildə bəyan edilmişdir. Belə ki, ehtiyat-vacib(Müqəddəs İslam şəriətində mövcud olan hökmlər: 1. Vacib: İslami nöqteyi-nəzərdən görülməsi gərəkli olan işdir ki, tərk olunması ilahi əzaba səbəb olur. 2. Haram: İslam baxımından görülməsi qadağan olan işdir ki, mürtəkib olunması ilahi əzaba səbəb olur. 3. Müstəhəb: Görüldükdə savabı olan, görülmədikdə əzabı olmayan işdir. 4. Məkruh: Görülməsi qadağan olunmayan, lakin görülməməsi şəri baxımdan daha yaxşı olan işdir. 5. Mübah: Şəri baxımdan yaxşı və ya pis olmayan və yuxarıda qeyd olunmuş dörd qism işlərdən başqa bir işdir. Ehtiyat-vacib: O əməldir ki, ehtiyata müvafiqdir, amma fəqih onunla yanaşı fətva verməyibdir. Belə olan hallarda müqəllid sonrakı rütbədə gələn müctehidin fətvasına əməl edə bilər. Ehtiyat-müstəhəb: Ehtiyat-lazım: –O ehtiyatdır ki, müctehid ona riayət etməyi əqli dəlillər vasitəsi ilə isbat etmişdir. Əzhər – Daha açıq-aydın olan fətvadır ki, mükəlləf ona müvafiq olaraq əməl etməlidir. Vacibi-təxyiri: Bir neçə vacibdən, istədiyini görməkdə ixtiyar sahibidir. Vacibi-eyni: Hər bir şəxsin özünə (başqalarını nəzərə almadan) vacib olan əməldir (namaz, oruc kimi).)hallarında digər mərcəi-təqlidlərin həmin məsələ barəsindəki fətvasına müraciət etmək və onların arasında ələm olanın fətvasını seçmək olar.
* Bu məcmuədə çalışmışıq ki, hər bir məsələ üçün əziz mərcəi-təqlidlərin nəşr olunmuş fiqhi risalələrinin hamısına istinad olunsun, amma qeyd olunan məsələlərin tamamilə düzgünlüyünə xatircəm olmaq üçün hər bir müctehidin(Müctehid: Camiuş-şərait müctehid: mərcəyi-təqlidlik məqamı üçün lazım olan bütün şərtlərə malik olan şəxs.) dəftərxanasında "istiftaat"(Şəri suallara cavab verilən yer.) bölməsindəki şuradan üç nəfərin tərəfindən imza da alınmışdır.
* Müctehidlərin nəzərlərini daha asan əldə etmək məqsədilə onların fətva, yaxud məsələ şəklində irəli sürdükləri məsələlərdən bəzilərini sual-cavab şəklində bəyan etmişik. Həmçinin mümkündür ki, bir istifta onun bütün yönlərinə nəzər yetirməklə, xüsusi bir məsələ şəklində də irəli çəkilmiş olsun.
* Bu məcmuədə "nəticədə" ünvanı ilə irəli çəkilənlər məsələnin təfərrüatıdır ki, hər bir məsələnin ardınca gəlir və onların hər birinin səhih olması da, yuxarıda qeyd edildiyi kimi, mərcəi-təqlidlərin dəftərxanasında istifta şurasında üç nəfərin təsdiqi ilə imzalanmışdır.
Seyyid Məhəmməd Məsud Məsumi, 15 Şəban, 1414-cü il.