İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    QADININ UŞAQLARA BAXMASI
    Məsələ 50: Uşaq qız olduğu halda, qadın onun müməy¬yizlik həddinə çatdığı vaxta qədər bütün bədəninə baxa bilər, müməyyizlik həddindən sonra ehtiyat-vacib onun övrəteyninə baxmamaqdır.
    İmam, Fazil, Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqdan istifadə etməklə.
    İmam: "Tovzihul-məsail", məsələ: 2436.
    Xamenei: İstifta
    Sistani: "Minhacus-salehin", 12 və 24-cü məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2545.
    Bəhcət və Təbrizi: Müməyyiz uşağın övrəteyninə bax¬maq haramdır.
    Bəhcət: "Tovzihul-məsail", 1938-ci məsələdən istifadə etməklə.
    Təbrizi: "Tovzihul-məsail", 2445-ci məsələdən istifadə etməklə.
    * NƏTİCƏDƏ:
    Analar diqqət yetirməlidirlər ki, hamamlarda, yaxud hər bir başqa yerlərdə müməyyizlik həddinə çatmış qızlarının və başqa qızların övrəteyninə baxmasınlar, hətta ləzzət və reybə qəsdi olmasa belə.
    Məsələ 51: Uşaq oğlan olduğu halda, qadın onun müməyyizlik həddinə çatmasından əvvəl bədəninin hər bir yerinə baxa bilər və müməyyizlik həddindən sonra ehtiyat-vacibə görə gərək onun övrəteyninə baxmasın. Bu məsələdə məhrəm və naməhrəm oğlanlar arasında fərq yoxdur.
    İmam, Fazil, Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən əvvəldən istifadə edilməklə.
    İmam: "Tovzihul-məsail", məsələ: 2436.
    Sistani: "minhacus-salehin", "nikah", 12 və 24-cü məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2441.
    Bəhcət, Təbrizi: Müməyyiz uşağın övrəteyninə baxmaq haramdır.
    Bəhcət: "Tovzihul-məsail", 1938-ci məsələdən istifadə etməklə.
    Təbrizi: "Tovzihul-məsail", 2445-ci məsələdən istifadə etməklə.
    Xamenei: Qadın üçün caizdir ki, həddi-büluğa çatmamış oğlanın bədəninə ləzzət və reybə qəsdi olmadan baxsın, amma müməyyiz oğlanın övrəteyninə baxması caiz deyildir. İstifta.
    Məsələ (Sual) 52: Əgər uşağın müməyyizlik həddinə çatıb-çatmamasında şəkk olunsa, hökmü nədir?
    Cavab: Müməyyiz olmayan uşağın hökmünə malikdir.
    İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.807.
    Təbrizi, Xamenei, Sistani: İstifta
    Bəhcət: Baxmaq cəhətindən müməyyiz olmayan uşağın hökmündədir, baxmayaraq ki, üqəla (əql sahibləri) tərəfindən ehtimal verilən surətdə daha yaxşısı (müstəhəb olmaq cəhətindən) tənəzzöhdür (çəkinməkdir). İstifta.
    ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ
    Məsələ 53: Əgər insan bir şəxsin ona baxmağın icazə verilib-verilmədiyi şəxslərdən olmasında şəkk etsə, ona baxmamalıdır.
    İmam, Sistani, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.805.
    Bəhcət: Ehtiyat çəkinməkdir. İstifta.
    Misal: Əgər bir kişi bir qadını qaranlıqda görsə, yaxud uzaqdan bir qadını görsə və onu tamamilə tanımasa, onun öz məhrəmlərindən biri olmasında (bu halda ona baxmaq caiz olacaq), yoxsa naməhrəmlərdən biri olma¬sında (belə ki, ona baxmaq caiz deyildir) şəkk etsə, ona baxması caiz deyildir.
    Məsələ 54: Əgər bir şəxs bir neçə nəfərin arasında şəkk etsə, belə ki, onların arasında bir məhrəmin oldu¬ğunu, amma konkret şəkildə bu şəxslərin hansı birinin olduğunu bilməsə, onların heç birinə baxa bilməz.
    İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.806.
    Bəhcət və Xamenei: İstifta
    Misal: Əgər bir qadının, kifayət qədər örtüyə malik olmayan kişilərin arasında bir məhrəmi olsa, amma onların hansının konkret şəkildə onun məhrəmi olduğunu bilməsə, onların heç birinə baxa bilməz, yaxud bir kişi müəyyən bir qadın məclisində onun məhrəm¬lərindən birinin olduğunu bilirsə, məhrəmini tapmaq üçün qadınlara baxa bilməz. (O haldadır ki, qadınlar kifayət qədər hicaba malik deyildirlər.)
    Məsələ 55: Əgər insan bir şəxsin barəsində şəkk etsə və kişi, yaxud qadın olmasını bilməsə, (misal üçün, havanın qaranlığına, yaxud məsafənin uzaqlığına və s. kimi şeylərə görə) ehtiyat-vacibə görə, gərək ona baxma¬sın.
    İmam və Fazil: "Ürvə", "nikah", məsələ: 50, səh.806.
    Bəhcət: Baxmağın işkalı yoxdur, baxmayaraq ki, ehti¬yat bunu tərk etməkdə yaxşıdır (müstəhəbdir). İstifta.
    Sistani və Məkarim: Ona baxmağın işkalı yoxdur.
    "Ürvə", "nikah", məsələ: 50.
    Məsələ 56: Əgər bir şeyin insan, yaxud heyvan, yaxud başqa bir şey olmasında şəkk etsə, bu halda ona baxması caizdir.
    İmam, Bəhcət, Sistani, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.806.
    Xamenei: İstifta
    FOTO ŞƏKLƏ BAXMAQ
    KİŞİNİN NAMƏHRƏM QADININ ŞƏKLİNƏ BAXMASI
    Məsələ 57: Kişi öz hicabına tamamilə riayət edən naməhrəm qadının şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın, istər onu tanısın, istərsə də tanımasın.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta
    Sistani: "Minhacus-salehin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
    Məsələ 58: Əgər naməhrəm şəxs şəkildə kamil hicaba riayət etməzsə, bu halda əgər kişi o qadını tanıyırsa, onun şəklinə baxa bilməz, əgər tanımırsa, naməhrəmin şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.
    İmam: "Əhkami-banovan" kitabındakı İstifta, 44-45-ci suallar, səh.33.
    Bəhcət və Xamenei: İstifta
    Təbrizi: "Siratun-nəcat", 876-cı sualdan istifadə etməklə.
    Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.
    Sistani: Əgər naməhrəm qadın şəkildə kamil hicaba riayət etməmişdirsə, mübtəzəl qadınlardan (ona hicabı əmr etdikdə, etina etməyən pis hicablı, yaxud ümumiy¬yətlə hicabsız qadınlardan) olmazsa, kişi də onu tanı¬yırsa, ehtiyat-vacibə görə o şəklə baxmamalıdır, bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. "Minhacus-salehin", "nikah", məsələ: 37.
    * NƏTİCƏDƏ:
    Əgər kişi qadını tanımırsa, yaxud qadın mübtəzələ qadınlardan olarsa, yaxud öz hicabına kamil şəkildə riayət etmişsə, onun şəklinə baxmağın eybi yoxdur.
    Məkarim: Qadın şəri hicabın qorunub saxlanma¬sı¬na etina edirsə, onun hicabsız olan şəklinə baxma¬ğın işkalı var, yalnız onu tanımasa və öz ardınca bir fəsad gəlməzsə, bu, istisna olunub. "Tovzihul-məsail", məsələ: 2087.
    * NƏTİCƏDƏ:
    Ya kişi qadını tanıyır, ya tanımır, əgər tanımırsa, onun şəklinə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalsızdır. Əgər onu tanıyırsa, bu halda qadın İslam hicabını qoruyub saxlamağa özünü iltizamlı bilirsə, onun şəklinə baxmaq – şəkildə kamil hicablı deyilsə – caiz deyildir. Əgər hicabın qorunub saxlanmasında iltizamlı deyilsə, kişi onu tanısa da, lakin onun şəklinə ləzzət və reybə qəsdi olmadan baxırsa, eybi yoxdur.
    * NƏTİCƏDƏ:
    Kişilər qohum-əqrəbalarında olan hicabsız qadınların albom şəkillərinə baxa bilməzlər.
    Məsələ (Sual) 59: Qeyri-müsəlman qadınlarının, yaxud İslam hicabına kamil şəkildə riayət etməyən müsəlman qadınlarının şəklinə baxmağın hökmü nədir?
    Cavab: Əgər kişi qadınları tanımazsa və bu baxışdan fəsad gələcəyindən qorxmazsa, ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur, baxmayaraq ki, müstəhəb-ehtiyat bunu tərk etməkdir.
    İmam, Bəhcət, Xamenei və Məkarim: İstifta
    Təbrizi: "Siratun-nəcat", 176-cı sualdan istifadə etməklə.
    Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.
    Sistani: Qeyri-müsəlman qadının şəkli olarsa, yaxud İslam hökmlərinə əhəmiyyət və etina etməyən qadı¬nın şəkli olarsa, ləzzət və reybə qəsdi olmadan onların şəklinə baxmağın işkalı yoxdur.
    "Minhacus-salehin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
    Məkarim: Əgər qadın qeyri-müsəlmandırsa, yaxud şəri qayda-qanunlara iltizamlı deyilsə, bu halda reybə və ləzzət qəsdi olmadıqda baxmağın işkalı yoxdur.
    "Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.
    Məsələ 60: Həddi-büluğa çatmamış uşağın şəklinə, istər qız olsun, istərsə də oğlan, əgər ləzzət qəsdi ilə olmazsa və insan günaha düşəcəyindən qorxmazsa, işkalı yoxdur.
    İmam, Bəhcət, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta
    İmam: "Təhrir", 2-ci cild, 8-ci məsələdən istifadə etməklə, səh.752.
    Təbrizi: "Siratun-nəcat", 889-cu sualdan istifadə etməklə.
    Məsələ 61: Əgər bir şəxs başqasının şəklinə bax¬maqla günaha düşəcəyindən qorxarsa, ona baxmama¬lıdır.
    İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil və Məkarim: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
    Məkarim: "Tovzihul-məsail", 2087-ci məsələdən istifadə etməklə.
    Məsələ 62: Başqasının görməsi haram olan şəkli insanın ona göstərməsi caiz deyildir.
    İmam, Bəhcət, Xamenei, Fazil, Sistani: İstifta
    * NƏTİCƏDƏ: Qadınlar öz ərlərinə, qardaşlarına və ya atalarına onlarla naməhrəm olan və onların şək¬lini görmək onlar üçün caiz olmayan hicabsız qadının (rəfi¬qələrinin, qonşu qızlarının və ya digər qadın¬ların və s.) şəklini göstərməməlidirlər.
    Məsələ (Sual) 63: Naməhrəm qadının uşaqlıq çağın¬da¬kı şəkli kifayət qədər hicabı olmazsa, ona baxmaın hök¬mü nədir?
    Bəhcət: Ləzzət qəsdi ilə olarsa, caiz deyildir.
    İstifta
    Təbrizi, Xamenei, Fazil və Məkarim: Əgər bu görmə onların hörmətsizliyinə və insanın şəhvətinin təhrik olunmasına səbəb olmazsa, işkalı yoxdur.
    Təbrizi: "Siratun-nəcat", Sual: 889.
    Xamenei, Fazil, Məkarim: İstifta
    Sistani: Əgər şəkil o qadının hazırkı surəti ilə uyğun olmazsa, ona baxmağın öz-özlüyündə caiz olması uzaq nəzər deyildir. Amma şəkil o qadının hazırkı şəkli ilə uyğun olarsa, ehtiyat-vacibə görə ona baxmaq olmaz.
    İstifta
    Məsələ 64: Hər bir şəklə ləzzət qəsdi ilə baxmaq haramdır, istər kişi şəkli olsun, istərsə də qadın, istər məhrəm olsun, istərsə də naməhrəm, istər insan şəkli olsun, istərsə də başqa şəkil (bu hökmdən həyat yoldaşının şəkli istisna olunur).
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ–27.
    Məsələ 65: Mübtəzəl (ayıblı, erotik) şəkillərin al-veri və saxlanması haramdır və onları məhv edib aradan aparmaq lazımdır.
    İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
    Məsələ (Sual) 66: Kişinin, dünyadan getmiş naməh¬rəm qadının şəklinə baxması onu tanıdığı halda caiz¬dir¬mi?
    Bəhcət: Caiz deyil. İstifta
    Məkarim: Naməhrəm kişinin ölü qadının şəklinə baxması hörmətsizlikdən xaric deyil və bu iş məhəlli-işkaldır.(Məhəlli-işkal: İşkalı var, onun səhih olması şübhəlidir. (Mü¬qəl¬lid bu kimi məsələlərdə başqa müctehidə müraciət edə bilər.))İstifta
    Məsələ (Sual) 67: Mütəxəssis şəxslərin, yaxud tibb elmi tələbələrinin və sairlərin – öz ixtisaslarına əsasən mübtəzəl səhnələrə malik olan elmi filmlərə və ya kitablara baxmaq məcburiyyətində qaldıqları halda onların hökmünü bəyan edin.
    Bəhcət: Əgər reybə və ləzzətə səbəb olarsa, caiz deyildir. İstifta
    Xamenei, Fazil və Məkarim: Əgər təlim üçün baxmaq məcburiyyətində qalarsa, reybə qəsdi olmadan işka¬lı yoxdur.
    Xamenei və Məkarim: İstifta
    Fazil: "Camiul-məsail", 1-ci cild, 2082 və 2094-cü suallardan istifadə etməklə.
    Məsələ (Sual) 68: Kişilər və qadınlar üçün ləzzət və reybə qəsdi olmadan müstəhcən(Müstəhcən: biabırçı, utandırıcı) (yarım-çılpaq) şəkillərə baxmağın hökmü nədir?
    Xamenei və Bəhcət: Əgər fəsad və reybə ilə yaxın olarsa, işkalı vardır, onların bəzi qisimləri yəqin şəkildə haramdır. İstifta
    Təbrizi və Məkarim: Bu cür şəkillərə baxmaq caiz deyildir.
    Təbrizi: "Siratun-nəcat", Sual: 901.
    Məkarim: İstifta
    Fazil: Əgər fəsadı olarsa, caiz deyildir. İstifta
    QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI
    Məsələ 69: Qadınlar kişilərin şəkillərinə bu şərtlə baxa bilərlər ki, ləzzət və reybə qəsdi olmasın, istər kişini tanısın, istərsə də tanımasın, istər kişi məhrəm olsun, istərsə də naməhrəm.
    İmam, Xamenei, Məkarim: İstifta
    Bəhcət və Fazil: Əgər kişinin şəklinə baxmaq fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.
    Sistani: Əgər adi halda açıq olan yerlərdən daha artıq açıq olarsa, ehtiyat-vacibə görə baxmaq caiz deyildir, əlbəttə, əgər şəhvətlə olarsa, mütləq şəkildə caiz deyil. İstifta.
    * NƏTİCƏDƏ: İdmançıların, şəhidlərin və s. (kino artistlərinin, məşhur aktyorların və s.) şəkillərinə baxmağın – qadınlar üçün öz ardınca fəsad gətirməyincəyə qədər işkalı yoxdur.
    KİNOYA BAXMAQ
    Məsələ 70: Birbaşa (canlı yayımda) efirə buraxılan verilişlərdə iştirakçıların şəkilləri diri insanın hökmünə malikdir və əgər birbaşa olmayan şəkildə efirə buraxılırsa, şəklin hökmünə malikdir.
    İmam: İstifta, "Əhkami banovan" kitabı.
    Təbrizi: İstifta
    Sistani, Fazil və Məkarim: İstər birbaşa, istərsə də birbaşa olmayan halda efirə buraxılan kino, şəklin hökmünə malikdir. İstifta.
    Bəhcət: Televizor vasitəsilə naməhrəmi görmək və onların səsini eşitmək əgər fəsad və reybə ilə yanaşı olarsa, işkalı vardır. "Tovzihul-məsail", müxtəlif məsələlər:3.
    Xamenei: Ehtiyat-vacibə görə, birbaşa olaraq televi¬zor¬dan efirə buraxılan naməhrəm qadına baxmaq olmaz, lakin əgər reybə və günaha düşmə qorxusu olmazsa bir¬başa olmayan şəkildə baxmağın işkalı yoxdur. İstifta
    Sistani: Əgər adi film olarsa və baxış da şəhvət üzündən olmazsa, onda işkalı yoxdur. İstifta
    * NƏTİCƏDƏ: Əgər kino birbaşa şəkildə efirə buraxılarsa, ona baxmağın hökmü diri insana baxmağın hökmünə malikdir. Buna görə də kişilər naməhrəm qadınların üz və əllərindən başqa yerlərinə (bunlar da yuxarıda qeyd olunan şərtlərlə) baxa bilməzlər, eləcə də qadınlar idman verilişlərində və sair kimi yerlərdə canlı yayımda efirə buraxılan hallarda kişilərin bədəninə baxa bilməzlər.
    Həmçinin əgər kino birbaşa olmayan şəkildə efirə buraxılırsa, yəni əvvəlcə videoya çəkilir, sonradan nümayiş etdirilirsə, o filmin kişi və qadınlarına baxmağın hökmü şəkilə baxmağın hökmü kimidir. Misal üçün: Kişilər öz hicabına riayət etməyən müsəlman qadının olduğu filmə, onu tanıdıqları halda baxa bilməz, amma əgər onu tanımırlar və fəsada düşmək qorxusu yoxdursa, ona baxa bilərlər. Həmçinin kişilər əqd və toy mərasimlərində hazırlanmış filmlərə baxa bilməzlər. Əgər o filmlərdəki hicabsız qadınları tanıyırlarsa və s.
    Məsələ (Sual) 71: Televizordan efirə buraxılan idman verilişlərinə, kişilərin kifayət qədər örtüyə malik olmadıqları halda qadınların baxmalarının hökmü nədir?
    Cavab: Fəsada düşmə qorxusu və ləzzət qəsdi ilə olmazsa, işkalı yoxdur.
    Bəhcət: Əgər haram və fəsada şamil olmazsa, eybi yoxdur, amma futbol, güləş və üzgüçülük kimi yerlərdə ictinab olunmalıdır. İstifta.
    Xamenei: Əgər birbaşa şəkildə televizordan efirə buraxılırsa, ehtiyat-vacibə görə baxılmasın, əgər birbaşa olmayan şəkildə efirdə buraxılırsa, ləzzət qəsdi ilə baxsalar, yaxud reybə və fəsada səbəb olarsa, yaxud fitnəyə düşmək qorxusu olarsa, haramdır. İstifta.
    Sistani: Adi miqdardan az örtüyə malik olan kişilərin idman verilişlərinə baxmaq – misal üçün, güləşçilər, ağırlıq qaldıranlar, üzgüçülər və s. – ehtiyat-vacibə görə caiz deyildir İstifta.
    İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.
    Bəhcət, Xamenei, Sistani:
    Məsələ (Sual) 72: Televizorda münasib və kifayət qə¬dər örtüyü olmayan qeyri-müsəlmanlara baxmaq caizdir¬mi?
    Cavab: Əgər ləzzət qəsdi ilə, yaxud fəsada düşmə qorxusu olmazsa, işkalı yoxdur.
    İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.
    Bəhcət: "Tovzihul-məsail", müxtəlif məsələlər: 2.
    Sistani: "Minhacus-salihin", "nikah", 27-ci məsələdən istifadə etməklə.
    Məsələ 73: Qeyd olunan məsələdə filmin video surətində, ya böyük kino salonlarında və ya hər hansı bir başqa surətdə olması arasında heç bir fərq yoxdur.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.
    Məsələ (Sual) 74: Əgər naməhrəm qadınların rol ifa etdiyi və bəzi hallarda hicabsız olduğu filmlərə baxmaq bir şəxsin şəhvətin təhrik olunmasına səbəbdirsə, həmin kino başqaları üçün şəhvətin təhrik olunmasına səbəb olmazsa, hər iki şəxs bu filmə baxa bilərmi?
    Təbrizi: Əgər film birbaşa şəkildə efirə bura¬xılırsa, şəhvət nəzərlərilə ona baxmaq caiz deyildir, istər təhrik olunsun, istərsə də olunmasın. Amma kino birbaşa olmayan şəkildə efirə buraxılırsa, onda əgər baxan şəxs təhrik olunursa, ona baxa bilməz, əgər təhrik olunmursa, baxa bilər.
    "Siratun-nəcat", 1002-ci sualdan istifadə etməklə və İstifta.
    Məkarim: Yollarını azması və günaha düşməsi ehtimalı verilən şəxslər üçün caiz deyildir, istər bir¬başa efirə buraxılsın, istərsə də yox.
    Məsələ 75: Meyyitə baxmağın hökmü elə diri insana baxmağın hökmüdür.
    İmam, Bəhcət, Xamenei, Fazil və Məkarim: İstifta.
    * NƏTİCƏDƏ: Yuxarıda qeyd olunan təfsilatla kişi, naməhrəm qadın cənazəsinin bədəninə, qadın da ölmüş naməhrəm kişinin bədəninə baxa bilməz.
    Məsələ (Sual) 76: Diktor qadın olduğu halda radio və televizorda olan xəbərlərə qulaq asmaq, həmçinin onlara baxmaq caizdirmi?
    Cavab: Ləzzət və reybə qəsdi ilə olmazsa, işkalı yoxdur.
    İmam, Təbrizi, Xamenei, Sistani və Məkarim: İstifta.
    Bəhcət: "Tovzihul-məsail", müxtəlif məsələlər: 2-ci məsələdən istifadə etməklə.
    Fazil: Ona baxmaq şəklə baxmağın hökmünü daşıyır. İstifta.
    Məsələ (Sual) 77: Kişi və qadınlar üçün ləzzət və reybə qəsdi olmadan müstəhcən filmlərə və "kross" antena vasitəsilə göstərilən filmlərə baxmaq caizdirmi?
    Bəhcət, Təbrizi, Məkarim: Bu cür filmlərə baxmaq caiz deyildir.
    Bəhcət və Məkarim: İstifta.
    Təbrizi: "Siratun-nəcat", 901-ci sual.
    Xamenei: Qərb ölkələri tərəfindən "kross" antena vasitəsilə göstərilən efirə buraxılan proqramlar, eləcə də onlarla qonşu olan dövlətlərin əksəriyyətinin televi¬zor¬larındakı proqramlar azğın fikirləri təlim ver¬di¬yinə, həqiqətləri təhrif etdiyinə, ləhvlə(Ləhv: puç, faydasız, oynadıcı, batil işlər. Mütrib və ləhvi musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Al¬lah¬dan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaş¬dı¬rır, onu açıq-saçıqlılığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edil¬məsində meyar, camaatın nəzəridir) fəsadı yaydı¬ğı¬na və əksər hallarda onlara baxılması insan¬ların yolunu azıb fəsada düşməsinə, haram işlərə mürtəkib olmasına səbəb olduğuna görə onları alıb baxmaq caiz deyildir. Amma əgər Quran və s. kimi prqramlara baxmaq məqsədilə olarsa, şərən işkalı yoxdur.
    "Əcvibətül-İstiftaat", 2-ci cild, 103-cü sualdan istifadə etməklə.
    Sistani: Ehtiyat-vacibə görə baxmaq caiz deyildir.
    İstifta.
    Fazil: İnsanları azğın yola salmaq məqsədilə hazırlanan bu cür filmlərə baxmaq caiz deyildir.
    "Camiul-məsail", 1-ci cild, 1729-cu sual.
    İzah: Yəni əgər insan günaha düşməyindən qorxmazsa, işkalı yoxdur. Bundan qeyri hallarda onlara baxmaq, yaxud qulaq asmaq caiz deyildir.
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 1041 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024