İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    KİŞİLƏRİN UŞAQLARDAN ÖRTÜNMƏSİ
    Uşaqlar ya müməyyizdir, ya yox.
    Məsələ 105: Əgər uşaqlar müməyyiz olmazsa, istər oğlan, istərsə də qız, onlardan örtünmək vacib deyil, hətta övrəteyni belə.
    İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 35.
    Bəhcət, Təbrizi: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 25.
    Əgər müməyiz olarsa:
    Məsələ 106: Kişi gərək öz övrəteynini müməyyiz uşaqlardan örtsün, istər oğlan olsun, istərsə də qız, istər məhrəm olsun, istərsə də naməhrəm.
    İmam, Fazil, Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən əvvəl.
    Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini doqquz yaşı tamam olmayan, amma yaxşı və pisi seçən qız uşağından örtsün, hətta ləzzət qəsdi olmasa da; və vacibdir ki, öz övrəteynini ondan örtsün.
    "Tovzihul-məsail", məsələ: 1937 və İstifta.
    * Kişilər hamamlarda, yaxud başqa yerlərdə öz övrəteynlərini müməyyiz uşaqlarından örtsün.
    QADININ ÖRPƏYİNİN HÖKMLƏRİ
    Qadının naməhrəmdən örtünməsi
    Məsələ 107: Qadına vacibdir ki, özünün bütün bədənini – üzü və əlləri istisna olmaqla – naməhrəmdən örtsün. Bu şərtlə ki:
    1-Onların üzü və əlləri zinətlənməmiş olsun.
    2-Bir kəs ləzzət və reybə qəsdi ilə onların əllərinə və üzünə baxmasın.
    İmam Xomeyni: "Ürvə", "sətr və satir", 4-5-ci məsələlərdən istifadə etməklə.
    İmam: İstifta, "Əhkamu banovan" kitabından, 6-cı sual, səh.11 və İstifta.
    Bəhcət: Qadın gərək bədənini və tüklərini naməhrəm kişidən örtsün, hətta harama düşməyə kömək və ləzzət qəsdi olmasa da belə. "Tovzihul-məsail", məsələ: 1937.
    Təbrizi: Qadın gərək bütün bədənini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsün və üzündə və əllə¬rindəki zinət belə olsa ki, misal üçün üzük taxdığı, üzünü islah etdiyi və hətta qoca qadınlarda da adət olan sürmə çəkdiyi halda olsa, onları örtmək qadına vacib deyildir. Bundan qeyri hallarda öz zinətini naməhrəmdən örtməlidir. Baxmayaraq ki, ehtiyat-müstəhəb özünün üzünü və əllərini naməhrəmdən örtməkdir, hətta zinəti olmasa da belə.
    "Siratun-nəcat", 1484, 1986, 882, 883, 884, 885, 886-cı suallardan və İstiftadan istifadə etməklə.
    Xamenei: Qadınlara vacibdir ki, bütün bədənlərini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsünlər, bu şərtlə ki, üzündə və əllərində zinət olmasın. İstifta
    Fazil: Qadın gərək üzü və əlləri istisna olmaqla bütün bədənini naməhrəmdən örtsün. Bu şərtlə ki, üzündə və əllərində də zinət olmasın. Həmçinin qadınların məqsədi naməhrəm kişilərin onlara baxmağı olmasa, hətta naməhrəm onun üzünə və əllərinə ləzzət qəsdilə baxsa belə, üzü və əlləri örtmək vacib deyil.
    "Camiul-məsail", 2-ci cild, Sual: 1066 və 1070; "Tovzihul-məsail", məsələ: 2503.
    Sistani: Qadın gərək saçlarını və bədənini naməh¬rəm kişilərdən örtsün, üzü və əllərindən başqa. Əgər üzünü və əllərini örtmədiyi təqdirdə harama düşə¬cə¬yin¬dən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün ört¬məmək qəsdi olarsa, bu iki halda örtməməsi caiz deyil¬dir.
    "Tovzihul-məsail", məsələ: 2944.
    Məkarim: Adi yüngül zinətlərin işkalı yoxdur.
    İstifta.
    Məsələ 108: Qadınlar gərək ehtiyat-vacibə görə öz əllə¬ri¬ni və üzlərini adi miqdardan artıq elmi müqəd¬di¬mə ünvanı ilə örtsünlər. (Üz dəstəmazda yuyulması vacib olan miqdar, əllər də biləkdən barmaqların ucuna qədər¬dir.)
    İmam, Fazil: "Ürvə", "sətr və satir", səh.551 və İstifta
    Təbrizi: Ehtiyat-müstəhəbbə əsasən, yaxşı olar ki, qadın öz üzünü də naməhrəmdən örtsün.
    "Siratun-nəcat", 1985-ci sualdan istifadə etməklə.
    Məkarim: Üz və əllərdən başqa hər yeri örtməsi kifayətdir. İstifta.
    Məsələ (Sual) 109: Ayağın altı, ayağın üstü, ayağın üstündəki çıxıntı və dabanı naməhrəm kişilərə açıb göstərmək şərən caizdirmi?
    Cavab: Caiz deyildir.
    İmam, Fazil: "Ürvə", "sətr və satir", 1 və 5-ci məsələlərdən istifadə etməklə.
    İmam: "Əhkami izdivac"" kitabından; İstifta, səh.185.
    Təbrizi və Xamenei: İstifta
    Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.
    Sistani: "Tovzihul-məsail", 2444-cü məsələdən istifadə etməklə; "Minhacus-salihin", "nikah", məsələ: 18.
    Fazil: "Tovzihul-məsail", 2503-cü məsələdən istifadə etməklə.
    Məkarim: Yaxşı olar ki, bu hissələri də örtsün, lakin vacib deyildir. İstifta.
    * NƏTİCƏDƏ: Qadınlar corabsız ayaqlarla naməh¬rəmlərin qarşısında gediş-gəliş edə bilməz, yaxud bu vəziyyətdə al-ver məqsədilə evə yaxın olan dükanlara gedə bilməz, yaxud əgər evdə naməhrəm adam olsa, corabsız onların qarşısına gələ bilməzlər, baxmayaraq ki, naməhrəm onun ərinin qardaşı, bacısının əri, yaxud hər hansı bir başqa naməhrəm olsa belə.
    Məsələ 110: Çənənin altının, boğazın, qulağın, sinə¬nin və biləyə qədər qolun yuxarı tərəfdən açıq olması qadın¬lar üçün caiz deyildir və bu yerləri də naməhrəmdən ört¬məlidirlər.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Sistani: Çənənin alt tərəfinin adətən məqnə, yaxud ru¬səri (yaylıq) örtdükləri zaman adətən açıq qalan miq¬dar¬dan əlavə hissələri, eləcə də boyunun, qulağın, sinənin və əllərin biləkdən yuxarı hissəsnin görünməsi qadınlar üçün caiz deyil. İstifta
    Diqqət:
    Qadınlar aşağıdakı məsələlərə diqqət yetirməlidirlər:
    Evdə, yaxud naməhrəmin olduğu başqa məkanlarda əgər qısa qollu paltar geymiş olsalar (hətta çadra ilə örtülmüş olsa da), yaxud əgər qolu uzun olan paltarı olsa və bir şeyi yuxarıdan götürdükdə, yaxud bir şeyi naməhrəmin əlindən aldıqda, yaxud meyvə və sair kimi şeyləri naməhrəm adamlara təklif etdikdə, yaxud naməhrəm qarşısında yemək yeyərkən, yaxud dükanlardan mal alarkən, yaxud böyük və ya ağır yükü daşıyarkən bütün bu kimi hallarda onların paltarının qolunun arxaya getməsi, yaxud qollarının və ya çadranın arxaya getməsi nəticəsində bədəninin bəzi hissələri açıla bilər və buna görə əziz qadınlar bu kimi hallara tamamilə diqqət yetirməlidirlər.
    Məsələ 111: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?
    Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəl və 3-cü məsələdən istifadə etməklə.
    İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.
    Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta
    Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1701.
    Məsələ (Sual) 112: Naməhrəmin qarşısında bədənin həcmi¬ni və onun çıxıntılarını göstərən manto və şal¬var geymək caizdirmi?
    Cavab: Hicab və örtük baxımından kifayətdir, lakin əgər bədənin həcmi, yaxud onun çıxıntıları reybə və fəsa¬da səbəb olarsa, onda örtülməlidir.
    İmam: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaq.
    Bəhcət: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə.
    Təbrizi: Qadına vacibdir ki, əlləri və üzləri istis¬na olmaqla, öz bədənini naməhrəmdən örtsün, zinət hesab olunan bir paltar geysə, gərək o paltarı da naməhrəmdən örtsün. İstifta.
    Xamenei: Bədənin çıxıntılarının üstünü örtmək lazımdır.
    Fazil: Əgər təhrikedici olmasa və öz ardınca fəsada səbəb olmasa, zinət olmadığı təqdirdə eybi yoxdur.
    "Camiul-məsail", 1-ci cild, 1708-ci sual və İstifta.
    Məkarim: Adi mantoların işkalı yoxdur, baxmayaraq çadra daha yaxşı hicabdır. İstifta.
    Sistani: Hicab və sətr (örtük) baxımından kifayət¬dir, lakin bədənin həcm və çıxıntılarının görünməsi adətən reybə və fəsada səbəb olacağı təqdirdə olarsa, gərək örtsün.
    "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə və İstifta.
    Məsələ 113: Qadınlar öz paltarlarının qollarını iynə vurdurmaq, qan təzyiqini ölçmək, nəbzini tutmaq və s. kimi işlər üçün naməhrəm qarşısında yuxarı qaldıra bilməzlər, yalnız iztirar və zərurət məqamı istisna olunur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.
    Təbrizi: "Siratun-nəcat", 1485, 882, 883, 884, 885, 886-cı suallardan istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", 18 ı 20-ci məsələlərdən istifadə etməklə.
    Fazil: "Camiul-məsail", 1-ci cild, 2091-ci sualdan istifadə etməklə.
    Xamenei: İstifta
    Məsələ (Sual) 114: Bir qadın deyir: Mən xəstəliyimə görə hər gün iynə vurdurmalıyam, evimizin yaxınlı¬ğın¬dakı poliklinikada iynə vuran bir kişi vardır. Əlbət¬tə, nisbətən uzaq bir poliklinikada qadın iynə vuranı da vardır, lakin evdən uzaq olduğuna görə maşınla getməyə məcburam. Yaxınlıqdakı kişi iynə vurana iynə vurdura bilərəmmi?
    Cavab: Yalnız zərurət halında caizdir, bundan başqa hallarda isə caiz deyildir.
    İmam, Bəhcət, Tbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Məsələ (Sual) 115: Qadınlar, qadın həkiminin olub-olmaması barəsində təhqiqat aparmadan naməhrəm kişi həkiminin yanına gedə bilərlərmi? Əlbəttə, qadının bədəninə toxunmağı, yaxud baxmağı lazım tutursa!
    Cavab: Caiz deyildir.
    İmam, Sistani, Məkarim: İstifta
    Fazil: "Camiul-məsail", 1-ci cild, 2078-2079-cu məsələlərdən istifadə etməklə.
    Bəhcət: Zərurət halında olarsa, eybi yoxdur. İstifta.
    Məsələ (Sual) 116: Bizim şəhərimizdə həm qadın hə¬ki¬mi, həm də kişi həkimi vardır, lakin kişi həkimi da¬ha məharətlidir. Qadınlar kişi həkiminin yanına gedə bi¬lər¬mi?
    Cavab: Əgər qadın həkimi müalicə edə bilmirsə, eybi yoxdur.
    İmam, Bəhcət, Xamenei, Məkarim: İstifta
    Fazil: "Camiul-məsail", 1-ci cild, 2087, 2088 və 2089-cu suallardan istifadə etməklə.
    Təbrizi: Əgər kişi həkimi ona müraciət edilən işlərdə daha artıq məharətə malikdirsə, ona müraciət etməyin eybi yoxdur. İstifta.
    Sistani: Əgər kişi həkimi müalicə etmək üçün daha yaxşı olarsa, eybi yoxdur.
    "Minhacus-salihin", "nikah", 21-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", 2450-ci məsələ.
    Məsələ 117: Ayağın dərisini göstərən nazik corablar örpək hökmündə deyil və qadınlar gərək bu cür corabları naməhrəm müqabilində geyməkdən çəkinsinlər, əksinə elə corablardan istifadə etməlidirlər ki, bədənin dərisi görünməsin.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqdan istifadə etməklə, səh.550.
    İmam, Bəhcət, Xamenei: İstifta
    Təbrizi: "Siratun-nəcat", 907-ci sualdan istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ 2444.
    Məsələ 118: Bəzi qadınlar şalvar geyir, lakin corablarını öz şalvarlarının üzərinə elə çəkirlər ki, qadının bədəninin həcmi aşkar olunur. Bu cür corabları geyməyin hökmü nədir?
    Cavab: İşkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən əvvəllərdən istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.
    Bəhcət: Əgər naməhrəmi təhrik edərsə, caiz deyil. İstifta.
    Xamenei: Əgər öz ardınca fəsad gətirməzsə, işkalı yoxdur. İstifta.
    Məsələ 119: Naməhrəmlərin olduqları mühitdə, məsələn, institut, bazar, əzadarlıq məclisi, qonaqlıq və s. kimi mühitlərdə diqqəti cəlb edən rənglərdə paltar geyməyin hökmü nədir?
    Cavab: Təhrik edilməsi ehtimalı varsa, haramdır.
    İmam, Xamenei, Sistani: İstifta
    Bəhcət: Haramdır.
    Təbrizi: Əgər qadının paltarı zinət paltarı olarsa, vacibdir ki, onu naməhrəmdən örtsün. Necə ki, öz bədənini örtməsi vacibdir. "Siratun-nəcat", 1484-cü sualdan istifadə etməklə.
    Fazil: Əgər bədənin dərisinin rəngi aşkar olsa, yaxud fəsada və günaha səbəb olsa, caiz deyil. İstifta.
    ÇADRALARIN HÖKMLƏRİ
    Məsələ (Sual) 120: Naməhrəmin qarşısında arxadan işıq saçdıqda bədənin kölgəsinin bir miqdarı aşkar olduğu bəzi çadraları naməhrəm müqabilində geyməyin hökmü nədir? Caizdir, ya yox?
    Cavab: Əgər bədənin dərisi görünməzsə və ardınca da fəsad gətirməzsə, işkalı yoxdur.
    İmam: "Əhkamu izdivac" kitabının istiftası, səh.195-dən istifadə etməklə.
    Xamenei və Məkarim: İstifta.
    Bəhcət: Ehtiyata riayət etsinlər. İstifta.
    Sistani: Onu geymək işkallıdır. İstifta.
    Fazil: İşıq saçan zaman geysələr və ona örtük aid edilməzsə, caiz deyil. İstifta.
    Məsələ (Sual) 121: Şermən (parıldayan) çadralar geyməyin hökmü nədir?
    Cavab: Əgər camaat arasında diqqəti cəlb etməzsə, işkalı yoxdur.
    İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
    Diqqət: Nəzər-diqqəti cəlb etməsi iki amilə bağlıdır:
    1-Bəzən qadınlar müəyyən yerlərdə parıldayan çadra ümumiyyətlə geymirlər, bu halda bir qadın geyərsə, diqqət cəlb olunur və nəticədə parıldayan çadra geymək caiz deyildir.
    2-Əgər müəyyən bir yerdə qadınlar parıldayan çadra geysələr, lakin çadra diqqəti cəlb edəcək bir vəziyyətdə olsa, yenə də onu geymək caiz deyildir.
    Məsələ 122: Arxasından qadın saçları, yaxud bədənin hər hansı bir yeri görünən çadraları geymək caiz deyil¬dir. Qadınlar, xüsusilə evdə əgər naməhrəm olarsa, belə çadraları geyməkdən çəkinməlidirlər.
    İmam, Təbrizi, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    İmam və Xamenei: "İstifta.
    Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.
    Məsələ 123: Əgər bir qadın bədəninin həcmini arxa¬dan göstərən bir çadra geysə, lakin çadranın altında ki¬fa¬yət qədər örpəyi olsa, misal üçün, məqnə örtmüş olsa, cora¬bı, paltarının qolu kifayət qədər olsa, şəri cəhət¬dən bu iş caizdirmi?
    Cavab: Əgər bədən görünməsə və bu cür geyinmənin fəsadı da olmazsa, işkalı yoxdur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəldən istifadə etməklə.
    İmam: "Əhkami izdivac"" kitabından istifadə etməklə, səh.195 və "İstifta.
    Təbrizi və Xamenei: "İstifta.
    Bəhcət: Naməhrəmi təhrik etməzsə, işkalı yoxdur. İstifta.
    Sistani: Əgər bədən görünməzsə və onun geyinməsi də adətən fəsada səbəb olmazsa, işkalı yoxdur.
    "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etmklə və İstifta.
    Diqqət və ehtiyat: Çadradan hicab ünvanı ilə istifadə edən qadınlar aşağıdakı hallarda hər vaxtdan daha artıq hicablarına riayət etməlidirlər:
    Naməhrəmlə al-ver edən zaman, naməhrəmlərin qarşı¬sında çadralarını qaydaya salan zaman, naməhrəmə bir şey verib, yaxud ondan bir şey alan zaman, naməhrəmin qarşı¬sında bir iş görən zaman – istər evdə, istərsə də kənar yerlərdə – naməhrəm şəxsin müqabilində paltar, qab və ya hər hansı başqa bir şey yuyan zaman, süfrə salan, yaxud süfrəni yığan zaman.
    Qeyd olunan halların hamısı və ona oxşar hallarda qadınlara təklif olunur ki, çadranın altında da kifayət qədər örpəyə malik olunsunlar və yaylıq, məqnə örtmək, qolu qısa olduğu halda xüsusi qola taxılan şeylərdən istifadə etmək çadra altında qadınları öz hicabına tam riayət etməyə kömək edə bilər və Allah-taalanın razılı¬ğının qazanılmasına səbəb ola bilər.
    Məsələ (Sual) 124: Əgər bir şəxs bir qızın elçiliyinə getsə və qız da onu qəbul etməzsə, əgər o şəxs qohumlardan olsa və sonralar da bir-birləri ilə görüşsələr, oğlan hələ evlənməmiş olsa, qız onun qarşısında necə olmalıdır: Hicabın vacib həddindən artıq hicaba riayət etməlidirmi, yoxsa onunla danışarkən daha artıq ehtiyatlı olmalıdır?
    Cavab: Fəsad və günaha səbəb olan hər bir işdən, eləcə də harama düşmək qorxusuna səbəb olan hər bir işdən çəkinmək lazımdır.
    İmam, Sistani və Fazil: İstifta.
    * NƏTİCƏDƏ: İmam Xomeyninin bu fətvasına əsa¬sən, misal üçün əgər üzü və əlləri açıq olmaq oğlanın ona ləzzət qəsdilə baxmasına səbəb olarsa, əllərini və üzü¬nü örtsün, yaxud əgər onunla danışmaq onun fəsada düş¬məsinə səbəb olarsa, mümkün qədər onu tərk etmə¬lidir.
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 752 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024