İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    ZİNƏTİN HÖKMLƏRİ
    Məsələ (Sual) 125: Zinət dedikdə məqsəd nədir?
    Cavab: (Zinət) o şeydir ki, camaat arasında zinət hesab olunur və camaat ona zinət deyir.
    İmam: "Əhkami banovan" kitabının istiftasından istifadə etməklə, 7-ci sual, səh.19.
    Bəhcət, Sistani, Xamenei və Məkarim: İstifta.
    Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1707.
    Məsələ (Sual) 126: Əgər qadınlar sürməni zinət məq¬sə¬dilə deyil, fiqhi baxımdan malik olduğu faydalara görə vursalar, bu halda yenə də naməhrəm qarşısında onu örtməlidirlərmi?
    Cavab: Əgər camaat arasında zinət sayılırsa, örtməlidirlər, onun özünün zinət qəsdi olub-olmaması əsas deyil.
    İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.195.
    Xamenei: "İstifta.
    Fazil: "Camiul-məsail", 1707-ci sualdan istifadə etməklə.
    Bəhcət: Zinət sayılır və ona baxmaq naməhrəm şəxs üçün haramdır.
    Təbrizi: Əgər qoca qarılarda, yaxud yaşlı qadınlar¬da adət olunan bir sürmə çəkilibsə, onu naməhrəmdən örtməsi lazım deyildir.
    "Siratun-nəcat", 882-883-cü suallardan istifadə etməklə.
    Sistani: Əgər sürmə çəkmək özünü göstərmək məqsə¬di¬lə olmasa və təhrik də etməzsə, harama düşülməsindən də amanda olsa, işkalı yoxdur. İstifta.
    Məkarim: Bu kimi hallarda, zinət rəvayətlərinin aşkar bəyanına əsasən, işkalı yoxdur. İstifta.
    Məsələ (Sual) 127: Şərən qaşlarını aldırması aydın olan bir qadın hicab qaydalarına riayət etmək üçün hökmən onu örtməlidirmi, yaxud onu açıq qoya bilər?
    Cavab: Örtməlidir.
    İmam: " "Əhkami izdivac"" kitabının İstiftasından, səh.195.
    Bəhcət: "İstifta.
    Təbrizi: Əgər üzün islah olunması, yaxud qaşları aldırmaq, hətta qoca arvadlarda belə adi olan bir şəkildədirsə, onu örtmək lazım deyil.
    "Siratun-nəcat", 882 və 883-cü suallardan istifadə etməklə.
    Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtülməsi lazımdır.
    "Camiul-məsail", 1-ci cild, Sual: 1707.
    Sistani və Məkarim: Onu naməhrəmdən örtmək lazım deyil. İstifta.
    Məsələ 128: Qadınlar üzlərinin və əllərinin zinət¬lən¬miş həmin miqdarını örtə bilərlər və üzlərinin başqa yerlərini örtmək vacib deyil.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil: "İstifta.
    Məkarim: Üzü örtmək vacib deyil, hətta adi və yüngül¬vari zinətlər olsa belə. İstifta.
    Buna əsasən: Əgər bir qadın, misal üçün yalnız qaşlarının altını götürmüş olsa, baş örpəyi, yaxud çadra örtməklə öz qaşlarının alt hissəsini örtə bilər, əgər üzünün başqa hissələrində zinət olmazsa, onu açıq qoymağın işkalı yoxdur.
    Diqqət: Bilərzik, dəstbənd və üzük (hətta nişan üzüyü olsa da belə), taxmaq, dırnaqları uzatmaq, dırnaqlara lak vurmaq, həna qoymaq, zinət üçün istifadə olunan bəzi saatları taxmaq, zinət üçün bəzi tor əlcəklərdən istifadə etmək, bütün bunların hamısı ələ aid olan zinətlərdəndir və onları naməhrəmdən örtmək lazımdır.
    Həmçinin sürmə çəkmək, qaş aldırmaq, süni kiprik qoy¬maq, hər növ bəzək ləvazimatından istifadə etmək, buru¬na halqa salmaq (bu, bəzi məntəqələrdə adətdir), sır¬ğa salmaq, yaxud camaat arasında zinət sayılan hər hansı bir şeydən istifadə etmək hamısı üzün zinətlərindən hesab olunur və naməhrəmdən örtülməlidir. (Bu məsələdə mər¬cəi-təqlidlərin haram zinətlərin növləri barə¬sin¬dəki nəzərlərinə diqqət yetirilməlidir.)
    Məsələ 129: Üzün və əllərin örtülməsi məsələsində – zinət olduğu halda – naməhrəmlərin arasında heç bir fərq yoxdur, istər yaxın qohumlardan olsun, istərsə də yadlardan.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: "İstifta.
    Fazil: "Camiul-məsail", 1-ci cild, 1711, 1713 və 1716-cı suallardan istifadə etməklə.
    Məkarim: Əvvəlki məsələlərdən məlum oldu. İstifta
    * NƏTİCƏDƏ: Qadınlar qohumlarının və başqala¬rının məclislərində və qonaqlıqlarında, ya gərək öz əllərini və üzlərini naməhrəmdən örtsün, yaxud da zinət əşyalarından istifadə etməsinlər.
    Məsələ (Sual) 130: Üzün artıq tüklərinin alınması (təmizlənməsi) qadınlar üçün zinət hesab olunurmu? Üzlərinin artıq tüklərini təmizləyən qadınlar özlərini naməhrəmdən örtməlidirlərmi?
    Xamenei, Fazil: Camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtmək vacibdir.
    Təbrizi: Əgər üzün islah olunması, hətta qoca qadınlarda belə, adi bir hal olarsa, onu naməhrəmdən örtmək vacib deyil. İstifta.
    Bəhcət: Bəli, zinət hesab olunur və naməhrəmdən örtül¬məlidir. İstifta.
    Məkarim: Üzünü naməhrəmdən örtməsi vacib deyil, yal¬nız xüsusi bir fəsada səbəb olduğu halda vacibdir. İstifta.
    Məsələ (Sual) 131: Bir qadın özünün izdivac üzüyünü (bu özü də çox sadə şəkildədir) zinət məqsədilə deyil, əksinə yadigarlıq və öz ərinə vəfadarlıq ünvanı ilə barmağına taxır. Onu naməhrəmdən örtmək vacibdirmi?
    Cavab: Ələ hər növ üzük salmaq zinət hesab olunur və onu naməhrəmdən örtmək vacibir.
    İmam: "İstifta.
    Bəhcət: Əgər təhrikedici olsa, örtülməlidir və bundan qeyri hallarda ehtiyatdır. İstifta.
    Təbrizi: Adi hallarda qadınların barmaqlarına taxdıqları üzüyü naməhrəmdən örtmək vacib deyil. "Siratun-nəcat", 882, 883 və 884-cü suallar.
    Xamenei: Əgər camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtməlidirlər. Amma əgər nəzəri cəlb etməyən və zinət adlandırıla bilməyən şeylərdən olsa, işkalı yoxdur. İstifta.
    Sistani: Onu və eləcə də bilərziyi naməhrəmdən örtmək lazım deyil. İstifta.
    Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtmək lazımdır. "Camiul-məqasid", 1-ci cild, Sual: 1707.
    Məkarim: Ələ üzük salmağın eybi yoxdur. İstifta.
    Məsələ (Sual) 132: Son zamanlar cəmiyyət arasında belə bir şey yayılmışdır ki, qadınlardan və kişilərdən bəziləri dodaqlarını və burunlarını gözəlləşdirmək üçün cərrah həkimlərə müraciət edirlər, dodağı, burunu və s. cərrah əməliyyatı ilə dəyişdirirlər. Gözəllik məq¬sə¬dilə bu iş caizdirmi?
    Bəhcət: Əgər müalicə yönü olmasa, işkalı vardır. İstifta.
    Xamenei: Bu əməl öz-özlüyündə caiz və işkalsızdır, lakin vacibdir ki, onun ardınca gələn haram işlərdən, o cümlədən naməhrəmin toxunması və baxmasından ciddi şəkildə çəkinsinlər.
    * NƏTİCƏDƏ: Bu kimi hallarda naməhrəm həkimə müraciət edilməməlidir və hökmən həkim məhrəm, yaxud müraciət edənlə eyni cinsdən olmalıdır.
    Məsələ (Sual) 133: Bəzənməyin arasında fərq varmı? Yəni əgər bir şəxs çox pis zinətlənsə, misal üçün özlərinin adət-ənənələrinə uyğun olaraq zinət sayılsa, halbuki başqalarının nəzərində zinət olmamaqdan əlavə, onların nəzərində çox pis, çirkinlik də sayılsa, bu cür zinətlər də naməhrəmdən örtülməlidir?
    Cavab: Zinətlənmək çirkinlik və gözəlliklə deyil, hər şey camaat arasında zinət sayılsa, naməhrəmdən örtülməlidir.
    İmam, Bəhcət və Xamenei: "İstifta.
    Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1707.
    Təbrizi: Əgər əllərdə və üzlərdə olan zinət camaat arasında adi qayda olan qəbildən, həmçinin üzün islah olunması və sürmə çəkilməsi də, hətta qoca qadınlar arasında da bir adət olan şeylərdəndirsə, onların örtülməsi qadına vacib deyildir, lakin bunlardan qeyri hallarda örtülməsi vacibdir (istər gözəllik olsun, istərsə də çirkinlik).
    İstifta. və "Siratun-nəcat", 882, 883 və 884-cü suallardan istifadə etməklə.
    Sistani: Hər şeyə camaat arasında zinət deyilsə, naməhrəmdən örtülməlidir. Əlbəttə, sürmə çəkmək və üzük taxmaq, bilərzik salmaq əvvəlki məsələdə qeyd olunan şərtlərlə istisna olunur. İstifta.
    Məkarim: Üzdə və biləyə qədər olan əllərdəki yüngülvari və adi olan bəzənmələrin eybi yoxdur. İstifta.
    Məsələ (Sual) 134: Qadınlar və kişilər üçün naməh¬rəmlərin tərəfindən hiss olunan ətirlər vurmaq, müəyyən maddələr və digər mayelər vasitəsilə ətirlənməyin işkalı vardırmı?
    Cavab: Ətir vurmağın eybi yoxdur, lakin əgər qadınların ətir vurması fəsada və təhrikə səbəb olarsa, caiz deyildir.
    İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.194.
    Xamenei: "İstifta.
    Sistani: Camaat arasında fitnəyə səbəb olursa, yaxud naməhrəm kişiləri giriftar etmək məqsədilə olarsa, caiz deyildir. İstifta.
    Məkarim: Qadınların naməhrəm qarşısında ətir vurmaları işkallıdır. İstifta.
    Sual: Əgər bir qadın özünü naməhrəm şəxs üçün ətirləsə, ona qusl etməsi vacibdirmi?
    Cavab:
    Fazil: Sualın fərz olunduğu halda qusl etməsi müstəhəbdir. "Camiul-məsail", 2-ci cild, Sual: 166
    Məsələ 135: Ehtiyat-vacibə görə, qadınlar öz saç¬larına yapışdırdıqları süni saçları, yaxud başlarına qoy¬duq¬ları parikləri örtməlidirlər. Baxmayaraq ki, ya¬pış¬dırılmış tüklər kişi tükündən, yaxud qadın tükündəndir.
    İmam, Fazil və Məkarim: "Ürvə" "sətr və satir", məsələ: 1.
    Xamenei: "İstifta.
    Bəhcət: Namaz halında onu örtmək vacib deyil və əgər zinət deyilməzsə, onun örtülməsi vacib deyildir. İstifta.
    Sistani: Qadına vacibdir ki, naməhrəmdən örtsün.
    İstifta.
    Məsələ (Sual) 136: Qadının özünü ərindən başqası üçün, məsələn, bəzi qadın məclislərində, o cümlədən, toy, qonaqlıq (arvad qonaqlığı) kimi yerlərdə bəzəməsinin hökmü nədir?
    Cavab: Naməhrəm onu görməzsə, eybi yoxdur.
    İmam: "Əhkami izdivac" kitabının İstiftası, səh.188.
    İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: "İstifta.
    Təbrizi: "Siratun-nəcat", Sual: 883.
    Bəhcət: Əgər naməhrəm onu görəcəksə, caiz deyil. İstifta.
    Məsələ (Sual) 137: Qadınlar üçün səsli ayaqqabı gey¬mək caizdirmi, belə ki, yol gedərkən onların səslə¬rini naməhrəm eşidir?
    Cavab: Bu işin ardınca fəsad gələrsə, ondan çəkinmək lazımdır.
    İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.
    Xamenei: İstifta və "Əcvibətul-İstifta", 2-ci cild, səh.283-cü sualdan istifadə etməklə.
    Bəhcət: Əgər naməhrəmi təhrik edərsə, caiz deyil.
    İstifta.
    Məkarim: İşkalı yoxdur. İstifta.
    Məsələ 138: Əgər bir qadın naməhrəm şəxsin ləzzət və reybə qəsdilə onun əlinə və üzünə baxmağını bilirsə, hətta onun əli və üzü zinətlənməmiş olsa, bu iki yeri naməhrəmdən örtməlidir.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Bəhcət: Harama düşməyə kömək olarsa, örtməsi vacibdir. İstifta.
    Sistani: Özünün harama düşmə qorxusu olmazsa və başqalarını günaha vadar etmək məqsədi olmazsa, eybi yoxdur. İstifta.
    Məsələ 139: Başqalarını harama salmaq məqsədilə əli və üzləri açıq qoymaq caiz deyil.
    İmam, Xamenei: İstifta.
    Fazil: "Camiul-məsail", 2-ci cild, 1066-cı sualdan istifadə etməklə.
    Sistani: Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.
    Bəhcət: Harama kömək fərzində caiz deyildir. İstifta.
    Fazil: Ora getməyin öz-özlüyündə eybi yoxdur, lakin gedərsə, öz hicabına riayət etməli və özünü naməhrəmin gözü önündə qərar verməməlidir. İstifta.
    Məsələ 140: Naməhrəmlərin ləzzət məqsədilə ona baxacağını bildiyi yerlərə getməsi qadına caiz deyildir.
    İmam: İstifta.
    Bəhcət: Günaha kömək qəbilindən o yerə getməsi caiz deyildir. İstifta.
    Fazil: Ora getməyin özü haram deyildir, "yalnız ona baxsınlar deyə", ora getmək məqsədi istisna olunur.
    İstifta.
    Məkarim: Qadının naməhrəmlərin ləzzət qəsdilə ona baxdığını bildiyi yerlərə getməsi caiz deyildir, yalnız həyat və məişət zərurətləri istisna olunur. İstifta.
    QADININ QADINDAN ÖRTÜLMƏSİ
    Məsələ 141: Qadınlar gərək öz övrəteynini digər qadınlardan örtsünlər, bədənin başqa yerlərini ondan örtmək vacib deyildir.
    İmam, Fazil və Məkarim:
    "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Bəhcət və Xamenei: "İstifta.
    Sistani: "Minhacus-salihin", "əhkami təxəlli", 55-ci məsələdən qabaq.
    Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1704.
    Məsələ 142: Əgər bir qadın başqa bir qadının ləzzət məq¬sədilə onun bədəninə, yaxud əlinə və ya üzünə baxdı¬ğını bilsə, vacibdir ki, öz bədənini, əlini və üzünü ondan örtsün.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Bəhcət: Günaha kömək etməmək qəbilindən özünün bədən, əl və üzünü örtməsi vacibdir. İstifta
    * NƏTİCƏDƏ: Hamamlarda, hovuzlarda, idman, dərzi və saç düzümü salonlarında bir qadın başqa bir qadının ləzzət məqsədilə ona baxdığını görsə, dərhal özünü ondan örtməlidir.
    Məsələ 143: Əgər bir qadın öz bədənini başqa bir qad¬ını harama salmaq məqsədilə örtməsə, bu iş haram¬dır.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqkılardan istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 18; "Tovzihul-məsail", məsələ: 2444.
    Bəhcət: Örtülməsi vacib olan bədənin bir hissə¬si¬nin örtülməməsi haramdır. Hətta başqası harama düş¬məsə də belə. Bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək fərz olunduğu halda onun da örtülməsi vacibdir. İstifta.
    Məsələ 144: Qadının öz övrəteynini başqa qadın¬lar¬dan örtməsi vacibdir. Hətta onlar ləzzət və reybə qəsdi olmadan baxsalar da; belə ki, yalnız zərurət halı istisna olunur.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqk.
    İmam, Bəhcət və Xamenei: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", 18, 20 və 21-ci məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.
    * NƏTİCƏDƏ: "Baxmaq" bölməsində qeyd olunduğu ki¬mi, qadınlar zərurət halına çatmazdan öncə həkimin ya¬nında öz övrəteynini aça bilməzlər. Buna görə də zərurət halı olmadan hamiləliyin qarşısını almaq əgər övrəteynini həkimin qabağında soyunmağı lazım tutursa, caiz deyildir və ondan çəkinmək lazımdır, hətta həkim qadın da olsa belə.
    Həmçinin qadınlar ümumi hamamlarda özlərini gözləməli və övrəteyni örtməlidirlər. Buna görə də övrəteyni tamamilə örtməyən nazik paltarın geyilməsi caiz deyildir.
    Buna əsasən, bəzi radioloji şəkillərin salınması, bətndən sinoqrafiya edilməsi, bətn daxili cihazların, aparatların bətnə salınması və s. kimi – övrəteynin başqasının qabağında açılması lazım tutulan bu kimi işlər – əgər zərurət halında olmazsa, caiz deyildir və ondan çəkinmək lazımdır.
    QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ
    Uşaqlar ya müməyyizlik həddinə çatmışlar, ya da çatmamışlar:
    Məsələ 145: Əgər uşaqlar (istər oğlan, istərsə də qız, istər məhrəm, istərsə də naməhrəm) müməyyiz həddinə çatmasalar, bədəni, hətta övrəteyni belə onlardan örtmək vacib deyil.
    İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 34.
    Bəhcət, Xamenei və Təbrizi: İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 25.
    Əgər müməyyizlik həddinə çatmış olsalar, ya qızdır¬lar, ya da oğlan:
    Məsələ 146: Əgər müməyyiz uşaq qız olarsa qadınlar öz övrətini ondan örtməlidirlər.
    İmam Fazil Məkarim "Ürvə", Sətr və satir, 1-ci məsələdən əvvəl.
    Bəhcət: İstifta.
    Sistani: "Minhacus-salihin", Əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.
    Əgər oğlan olarsa, ya məhrəmdir, ya da naməhrəm:
    Məsələ 147: Əgər müməyyiz olan oğlan uşağı məhrəm¬dirsə, qadınlar üçün övrəteyni ondan örtməsi lazımdır.
    İmam Fazil Məkarim, "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
    Bəhcət: İstifta.
    Sistani: "Minhacus-salihin", Əhkami təxəlli, 55-ci məsələdən qabaq.
    Məsələ 148: Əgər müməyyiz olan oğlan uşağı naməh¬rəmdirsə, qadınlara, övrəteynlərini onlardan örtməyin vacib olmasından əlavə, ehtiyat-vacibə görə, gərək bütün bədəni – üz və əllər istisna olmaqla – ondan örtsünlər.
    İmam: "Təhrir", "nikah", məsələ 26.
    İmam: İstifta.
    Bəhcət: "Tovzihul-məsail", məsələ 1937.
    Sistani: Əgər naməhrəm oğlan uşağı müməyyiz olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunma¬sına səbəb olduğu ehtimalı verilərsə, övrəteyni ondan örtmək vacibdir, ehtiyat-vacibə görə bütün bədən – üz və əllər istisna olmaqla – ondan örtməlidir.
    Fazil: Övrəteyni müməyyiz uşaqdan örtmək vacibdir, amma övrəteyndən qeyri yerlər şəhvəti təhrik edib fəsada səbəb olmadığı təqdirdə, zahirən vacib deyildir. İstifta.
    Məkarim: Ehtiyat-müstəhəbə görə qadın gərək öz bədənini və saçlarını yaxşını və pisi başa düşən həddi-büluğa çatmayan və şəhvət qüvvələri nəzərindən müməyyiz olan bir həddə çatan oğlan uşağından örtsün. Lakin əllər və üz lazım deyildir. "Tovzihul-məsail", məsələ 2082.
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 890 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024