İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
    Diqqət yetirilməli məsələlər
    Bəzi hallarda şeytan bəzi kişilərin qəlbinə o qədər nüfuz edir ki, onların gündəlik rəftar və davranışlarını şübhəli edir. Buna görə də hərdən belə olur ki, bir kişi naməhrəmlə ünsiyyətdə olmağa o qədər meyl edir ki, sanki onun məhrəmidir. Misal üçün, hər hansı bir mətləbi kişidən soruşa bildiyi halda naməhrəm bir qadından soruşur. Bəzən öz söhbətlərini naməhrəmlə uzadır ki, onunla daha artıq söhbət etsin. Naməhrəmlə səfərə çıxmaq, əyləncə məqsədi ilə gəzmək onun üçün daha artıq cazibəli olur. Əgər bir yerdə bir naməhrəm olsa, o da həmin yerdə olmağa daha çox maraq göstərir. Qonaqlıqlarda çalışır ki, naməhrəmlə daha artıq söhbət etsin, onlarla daha artıq ünsiyyətdə olsun, naməhrəmin müqabilində hər bir şeydən artıq özündən canfəşanlıq etsin və bir sözlə, naməhrəmin iştirak etdiyi hər bir işdə başqalarından artıq maraq göstərir və sair.
    Kişilər və xüsusilə əziz cavanlar bu cür işlərdən şiddətlə çəkinməlidirlər, çünki bu kimi münasibətlər və söhbətlər adətən ləzzət və reybə qəsdi ilə yanaşı olur və təbiidir ki, şərən haram olacaqdır.
    b) Qadının naməhrəm kişi ilə danışması.
    Məsələ 178: Qadınlar aşağıdakı şərtlərlə naməhrəm kişi ilə danışa bilərlər:
    1-Ləzzət və reybə qəsdi olmasın.
    2-Öz səslərini nazikləşdirməsinlər.
    3-Günaha düşmək qorxusu olmasın.
    İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
    İmam: "Təhrir", "Nikah", məsələ 29,
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ 29.
    Bəhcət: Qadınlar naməhrəmlə söhbət edərkən gərək şəhvəti təhrik edən hər bir şeydən çəkinsinlər. İstifta.
    Məsələ 179: Qadınların zərurət halı olmadan başqa hallarda naməhrəmlə danışmaları məkruhdur.
    İmam, Fazil, Məkarim: əvvəlki məsələlərin mənbələri.
    Bəhcət: Məkruhdur, yalnız şəhvətin təhrik olunmasına səbəb olduğu hal istisnadır ki, bu halda ondan çəkinmək lazımdır. İstifta.
    Sistani: Əgər ləzzət qəsdi və harama düşmə qorxusu olmazsa, caizdir. İstifta.
    Məsələ 180: Qadınların naməhrəm kişiləri harama salmaq məqsədi ilə onlarla söhbət etməsi caiz deyildir. İstər onların dediyi mətləb nəticəsində günaha düşsün, yaxud elə desin ki, naməhrəmin özü günaha düşmüş olsun: Misal üçün, təhrikedici səhnələri danışmaqla, yaxud eşitməklə naməhrəmin təhrik olunduğu şeyləri bəyan etməklə.
    İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
    İmam: "Təhrir", "Nikah", məsələ 29.
    Sistani: "Minhacus-salihin", "nikah", məsələ 29.
    Bəhcət və Xamenei: İstifta.
    Diqqətli olmaq lazimdir
    Kişilərin barəsində qeyd olunduğu kimi, bəzən qadınlar da şeytani hiylələrə düçar ola bilərlər. Buna görə də onlar naməhrəmlə o qədər yaxın ünsiyyətdə olurlar ki, sanki onun qardaşıdır. Xüsusilə o qadınlar ki, naməhrəmlə daha artıq təmasda olurlar. O cümlədən tibb bacıları, idarələrdə, şirkətlərdə işləyən qadınlar, idmançılar və s. başqalarından daha artıq diqqətli olmalıdırlar.
    Qeyri-zəruri işlər üçün naməhrəmlərdən kömək istə¬mək, məhrəmdən soruşmaq mümkün olduğu halda naməh¬rəmdən bir məsələ barəsində soruşmaq, bəhs etmək və özünü araya salmaq, öz üstün cəhətini naməhrəmə bildir¬mək, naməhrəmlə daha artıq ünsiyyətdə olmaq, naməhrəmin olduğu mühitlərdə işləməyə daha çox maraq göstərmək və bir sözlə, bütün bu hallarda günaha düşmə ehtimalı vardır və adətən bu kimi ünsiyətlər ləzzət və reybə qəsdilə yanaşı olur və şərən haram sayılır.
    Məsələ 181: Qadınlar naməhrəmlə söhbət edərkən öz səslərini nazik etməməlidirlər. Belə ki, əgər müqabil tərəfin qəlbində xəstəlik olarsa, onu özünə cəlb etsin. Baxmayaraq ki, adi bir mətləb barəsində söhbət etsələr də.
    İmam, Bəhcət, Xamineki, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələri.
    Məsələ 182: Qadın onunla ləzzət qəsdi olan bir na¬məh¬rəm kişi ilə söhbət edə bilərmi? (Qadın günaha düşmə¬yəcyini bilirsə).
    Bəhcət, Xamenei: Caiz deyildir. İstifta.
    Məsələ (Sual) 183: Qadınların naməhrəm müqabi¬lin¬də xor oxuması caizdirmi? Onun naməhrəmlər tərəfindən eşidilməsinin hökmü nədir?
    Xamenei: Qadınların xorla oxuması, həmçinin onla¬rın səsinin dinlənməsi ləzzət və reybə qəsdi ilə olmazsa eybi yoxdur. İstifta.
    Fazil: Qadınların xorla oxuması adətən fəsada səbəb olduğundan caiz deyil. İstifta.
    Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Əslində, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onların səsinin dinlənilməsi fəsada səbəb olduğundan caiz deyildir. İstifta.
    Sistani: Harama düşmək qorxusu olarsa, yaxud adətən təhrikedici olarsa, caiz deyildir. İstifta.
    Məsələ 184: Qadın tək halda mahnı oxuyarsa və təhrikə səbəb olmazsa ona qulaq asmaq caizdirmi?
    Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa, caiz deyil, Əksinə əksər hallarda qadının kişinin hüzurunda mahnı oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyildir. İstifta.
    Fazil: Caiz deyildir, çünki adətən fəsad gətirir. "Camiül-məsail", cild, 1, sual 1724.
    Məsələ 185: İslam respublikasının radiosundan efirə buraxılan qadın deyimlərinə qulaq asmağın hökmü nədir?
    Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa caiz deyildir. İstifta.
    Fazil: Əgər ğina ünvanı olmazsa və təhrikedici də olmazsa, eybi yoxdur. Camiul-məsail, cild, 1, sual 725.
    Məsələ 186: Qadınların naməhrəm müqabilində Qur¬an oxumaları, hətta sovt-ləhn ilə olarsa, işkalı yoxdur. Bu şərtlə ki, şəhvətin təhrik olunmasına və fəsada səbəb olmasın.
    İmam: Əhkami banəvan kitabının istiftasından istifadə etməklə. Sual 5, səh.24
    Xamenei: İstifta.
    Fazil: "Camiül-məsail", cild, 1, 1722-ci sualdan istifadə etməklə.
    Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyil. Əksinə, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyil. İstifta.
    Sistani: Adətən dinləyicinin təhrik olunmasına səbəb olduğu bir tərzdə olarsa caiz deyil. İstifta.
    Məkarim: Qadınların naməhrəmlər müqabilində ucadan Quran oxuması işkallıdır. İstifta.
    Məsələ (Sual) 187: Şəhvət məsələləri ilə əlaqədar olan eşq kitablarını oxumaq caizdirmi? Belə kitabların çap olub, yayılması caizdirmi?
    Bəhcət: Yaxşı olar ki, insan öz ömrünü zay etməsin. Bu iş ehtiyatın xilafınadır. İstifta.
    Xamenei: Caiz deyildir. İstifta.
    Sistani: Harama düşmək ehtimalı olduqda caiz deyildir və onun çap olunub yayılması fəsada səbəb olarsa, caiz deyildir. İstifta.
    Fazil: Əgər zəlalət kitablarından hesab olunsa və oxucuların öz yolunu azmasına səbəb olarsa onu oxumaq, nəşr etmək və saxlamaq caiz deyildir. İstifta.
    Məkarim: Əgər onda fəsad qorxusu olarsa caiz deyildir. İstifta.
    Məsələ (Sual) 188: Naməhrəmə məktub yazmaq, eşq və şəhvət məsələlərini bu məktubda irəli çəkməyin hökmü nədir?
    Fazil: Fəsada səbəb olan hər bir işdən çəkinmək lazımdır. İstifta.
    Bəhcət: Fəsad olduğuna görə caiz deyildir. İstifta.
    Sistani: Bu kimi işlər fitnə-fəsad yaratdığına, fəsad zəminləri icad etdiyinə görə caiz deyil. İstifta.
    Məkarim: Caiz deyildir. İstifta.
    Təmaslarin hökmləri
    Məsələ 189: Kimə baxmaq caiz deyildirsə, onunla bə¬dən təmasında olmaq da caiz deyildir. Onun bədəninə hər növ ləms etmək (toxunmaq), hər üzv ilə olsa belə, haram¬dır, ondan çəkinmək lazımdır. Amma libasın üstündən ləzzət və reybə qəsdi olmadan toxunmaq istisna olunur.
    İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ 47.
    İmam: "Təhrir", "Nikah", məsələ 20.
    Xamenei: İstifta.
    Bəhcət: "Tovzihul-məsail", 1934-cü məsələdən istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", 16-cı məsələdən istifadə etməklə.
    Məsələ (Sual) 190: Naməhrəmlə əl verib görüşmək caizdirmi? Halbuki ləzzət və reybə qəsdi yoxdur.
    Cavab: Caiz deyildir. Yalnız paltarın üstündən eybi yox¬dur ki, bu halda da ehtiyat-vacibə görə onun əlini sıx¬ma¬malıdır.
    İmam, Fazil, Məkarim: "Ürvə", ", "Nikah", 47-ci məsələdən istifadə etməklə.
    Bəhcət: "Tovzihul-məsail", 1934-cü məsələdən istifadə etməklə.
    Xamenei: Naməhrəmlə əl verib görüşmək haramdır və arada paltar olmaqla əl verib görüşmək əgər fəsada səbəb olmazsa və bir-birinin əlini sıxmazlarsa caizdir. Amma fəsada səbəb olarsa haramdır.
    Sistani: Naməhrəmlə əl verib görüşmək caiz deyil, yalnız paltar üstündən eybi yoxdur.
    "Minhacus-salihin", "nikah", 16-cı məsələdən istifadə etməklə və İstifta
    Məsələ (Sual) 191: Biz qərb ölkələrinin institut mühitlərində qadın müəllimlərimizlə, yaxud qız tələbə yoldaşlarımızla görüşərkən, əl verib görüşməyə məcbur oluruq, əgər belə etməsək, müsəlman tələbələrin ədəbsizliyinə yozurlar. Bizim vəzifəmiz nədir?
    Cavab: Onlara başa salmaq lazımdır ki, naməhrəm qadınla görüşməməyin mənşəyi ədəbsizlik deyil, əksinə İslam əqidələrinin nəticəsi və onun hökmlərinə iltizamlı olmaqdan irəli gəlir.
    İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Fazil: Camiul-məsail, cild, 1, sual 1717.
    Məsələ 192: Hicablı müsəlman qadının əllərini və üzünü görmək, eləcə də kafir qadınlarının bədəninin adətən açıq qalan yerlərini görmək işkallı deyildir, amma onlara toxunmaq caiz deyildir.
    İmam, Fazil, Məkarim: "Ürvə", ", "Nikah", məsələ 47.
    İmam: "Təhrir", "Nikah", məsələ 20.
    Xamenei: İstifta.
    Bəhcət: "Tovzihul-məsail", 1934-cü məsələdən istifadə etməklə.
    Sistani: "Minhacus-salihin", "nikah", 16-cı məsələdən istifadə etməklə.
    * NƏTİCƏDƏ: Naməhrəm qadınla kişi bir-biri ilə əl verib görüşə bilməz, bir-biri ilə digər bədən təmasları tuta bilməzlər.
    Diqqət: Aşağıdakı hallarda hər yerdən daha artıq bədənlə əlaqədar təmaslara ehtiyatlı olmaq lazımdır:
    Məsələ 193: Ləzət qəsdi olmadan qoca qarılara baxmaq və onların bədəninə əl vurmaq caizdir.
    Bəhcət "Tovzihul-məsail", Məsələ 1943
    Sistani və Məkarim: Naməhrəm qoca qadınların bədənlərinə əl vurmaq caiz deyildir. Amma ərə getməyə şərait və ümid olmayan qoca qadınların saçlarına, boyunlarına və qollarına ləzzət qəsdi olmadan baxmaq caizdir.
    Məsələ (Sual) 194: Taksi sürücülərinə yol pulu verərkən qadının əli kişinin əlinə toxunarsa, bu iş haramdırmı?
    Cavab: Əgər təsadüfi olarsa, eybi yoxur, lakin əgər qəsdən onların əli bir-birinə toxunarsa, caiz deyildir.
    Bəhcət, Təbrizi, Xamenei, Sistani, Məkarim: İstifta.
    Məsələ 195: Qarışıq yerlərdə (bazarlar, nümayişlər, cümə namazları, dəfn mərasimi, hərəmlərdə, yaxud Allah evinin ziyarətçiləri arasında və s.) naməhrəm kişi ilə qadın arasında təsadüfi olaraq baş verən bu təmasların eybi yoxdur. Bu şərtlə ki, həmin yerlərə təmas tapmaq üçün qəsdən getməmiş olsun.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta
    * NƏTİCƏDƏ: Əgər bir şəxs bədəninin naməhrəmlə toxunması üçün müəyyən bir yerə gedərsə, yaxud müəyyən bir yerdən keçərsə, yaxud avtobusda, taksidə və s. yerlərdə (məsələn, metrolarda və qatarlarda) naməhrəm şəxsin yanında oturarsa, yaxud dayanarsa və s. bu işlər haramdır və bu kimi işlərdən çəkinmək lazımdır.
    Məsələ (Sual) 196: Naməhrəmlə yanaşı yol getməyin hökmü nədir?
    Cavab: Əgər ləzzət və reybə qəsdi ilə olarsa, caiz deyildir.
    İmam, Bəhcət, Xamenei, Fazil, Sistani, İstifta
    Məkarim: Əgər fəsad qorxusu varsa, caiz deyildir. İstifta
    Məsələ 197: Kişilər ehtiyat-vacibə görə gərək altı yaşdan yuxarı olduqları halda naməhrəm qızları qucaqlamasınlar, öz ayaqları üstünə qoymasınlar və yaxud öpməsinlər.
    İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", məsələ 36
    İmam: Təhrir, "nikah", məsələ 25
    Bəhcət: Əlbəttə, əgər müməyyiz olmasa və ləzzət qəsdi olmasa. Əks halda qəti bir haram işdir. İstifta
    Sistani: Kişilər ehtiyat-müstəhəbbə görə yaxşı olar ki, altı yaşından artıq olan naməhrəm qızları qucaqlamasınlar, ayaqları üstündə oturtmasınlar, yaxud onları öpməsinlər.
    "Minhacüs-salehin", "nikah", məsələ 23
    Məsələ (Sual) 198: Taksidə (avtobus, metro) və yaxud sair nəqliyyat vasitələrində (naməhrəmlərin) aralarında paltar üzərindən təmas (toxunma) olarsa, naməhrəm şəxsin yanında oturmaq caizdirmi?
    Cavab: Əgər ləzzət və reybə qəsdi olmazsa, bu işin ardınca fəsad da gəlməzsə, sadəcə olaraq qeyd olunan şəkildə oturmağın işkalı yoxdur.
    İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 47-ci məsələdən istifadə etməklə
    Bəhcət, Təbrizi, Xamenei, Sistani, İstifta
    Məsələ 199: Əgər bir qadın filan naməhrəm şəxsin ma¬şı¬na minəcəyi təqdirdə, özünün, yaxud sürücünün güna¬ha aludə olacağından qorxarsa, bu halda qadının maşına minməsi caizdirmi? Əgər sürücü bu işdən qorxarsa, qadını maşına mindirməsi caizdirmi?
    Bəhcət: Fərz olunan halda (bu işdən) çəkinməlidir. İstifta
    Məkarim: Hər iki surət məhəlli-işkaldır. İstifta
    ÖPMƏYİN HÖKMLƏRİ
    Məsələ (Sual) 200: Bəzi məntəqələrdə məhrəm-naməh¬rəm məsələlərinə çox da əhəmiyyət verilmir, xüsusilə kənd yerlərində. Misal üçün, öz arvadını ərin qar¬da¬şından qorumurlar və onu həqiqi qardaş hesab edir¬lər. Belə ki, qarşılıqlı olaraq onu öz bacısı hesab edir, çox hallarda əl verib, yaxud bir-birinin üzündən öpürlər, yaxud əmi qızı və dayı qızı, xala oğlu və əmi oğlu ilə görüşüb bir-birinin üzündən öpür və bu əməl sadəlikdən irəli gəldiyinə, ləzzət və reybə qəsdi olmadan baş verdiyinə görə işkalı vardırmı? Əgər haram olduğu fərz edilsə parçanın üstündən bu işləri görməyin hökmü nədir?
    Cavab: Yuxarıda qeyd olunan halların heç biri caiz deyildir və yaxşı olar ki, parçanın yanından görüşməkdən də çəkinsinlər.
    İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
    Fazil: "Camiul-məsail", cild, 1, sual 1716.
    Məsələ 201: Məhrəm şəxsləri öpməyin işkalı yoxdur. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın (həyat yoldaşı istisna olunur ki, bu halda mütləq şəkildə caizdir.)
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
    Sistani: "Minhacus-salihin", "nikah", 16-cı məsələdən istifadə etməklə.
    * NƏTİCƏDƏ: Bacı uşağını, nəvəni, yaxud hər bir uşağı və ümumi şəkildə hər bir məhrəmi ləzzət və reybə məqsədi ilə öpmək haramdır. Əlbəttə, həyat yoldaşı istisna olunur.
    Məsələ 202: Əgər insan başqasını – istər uşaq olsun, yaxud onun məhrəmlərindən – öpdüyü təqdirdə günaha düşəcəyini bilirsə, onu öpməməlidir
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
    Sistani: "Minhacus-salehin", "nikah", 16-cı məsələdən istifadə etməklə
    Məsələ 203: Məhrəmlərin, görünməsi caiz olan hər yerindən öpməyin işkalı yoxdur. İstər alın olsun, istər çiyin, yaxud əl və sair. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. (Həyat yoldaşı istisna olunur ki, onda mütləq şəkildə caizdir.)
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
    Sistani: "Minhacus-salehin", "nikah", 16-cı məsələdən istifadə etməklə
    Məsələ 204: Hər bir şeyi ləzzət və şəhvət qəsdi ilə öpmək haramdır, istər daş olsun, istər taxta, istər dəmir, istər heykəl və sair.
    İmam, Bəhcət, Xamenei, Fazil: İstifta
    Bəhcət: Bu hökm heykəl və ya gəlinciyə aiddir. İstifta.
    Təbrizi: Əgər bu öpməklə inzal baş verməzsə, heç bir haramlığı yoxdur. İstifta
    ÜMUMİ BİR QANUN
    Məsələ 205: Hər hansı bir şeylə, yaxud hər bir kəslə bədənin hər hansı üzvü ilə olursa olsun, ləzzət və reybə qəsdi ilə təmas tutmaq haramdır. (Həyat yoldaşı istisna olmaqla).
    İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim, İstifta
    Təbrizi: Əgər bir kəs şəhvət üzündən bir şeyə toxunsa, lakin inzal baş verməzsə, haram yoxdur; əgər inzal baş verərsə, istimna hesab olunur və istimna da haramdır. Əgər bir şəxsi şəhvət üzündən ləms edərsə, istər qadın, istərsə də kişi; istər həddi-büluğa çatsın, istərsə də çatmasın, haramdır, hətta inzal baş verməsə də. Əlbəttə, həyat yoldaşı istisna olunur. İstifta
    * NƏTİCƏDƏ:
    Şəhvətlə hər hansı bir şeyi yemək, hər hansı bir şeyə, yaxud bir kəsə (şəhvətlə) əl vurmaq, yaxud hər hansı bir şeyi (şəhvətlə) öpmək, yaxud hər hansı bir səsə (şəhvətlə) qulaq asmaq – istər insan səsi olsun, istərsə də başqa bir şey – hər hansı bir sözü bir kəsə (şəhvətlə) demək, hətta uşaqlara belə, bir sözlə, hər bir iş ləzzət, reybə və şəhvət qəsdi ilə olsa haramdır.
    Məsələ (Sual) 206: Mərhum İmamın və şəhidlərin şəkillərini öpmək biz qadınlar üçün bizə naməhrəm olduğuna görə işkalı varmı?
    Xamenei: Ümumi şəkildə bir şəxsin şəkli onun özünün hökmündə deyil. Buna görə də şəkli ehtiram və təbərrük, eləcə də məhəbbət göstərmək məqsədilə öpmək reybə qəsdi ilə və günaha düşmə qorxusu olmadan baş verərsə, qorxusu yoxdur.
    "Əcvibətul-istiftaat", 2-ci ci cild, sual106
    İSTİMNA
    Məsələ 207: İstimna etmək haramdır və ondan çəkinmək lazımdır.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
    Fazil }ameul-məsail 2-ci cild, sual 152
    (Buna görə də əgər bir kəs mübarək Ramazan ayında qəs¬dən öz orucunu istimna pozsa, cəm kəffarəsi vermə¬lidir.)
    Bəhcət, Təbrizi, Məkarim: Ehtiyata görə gərək cəm kəffarəsi versin.
    İzah: İstimna o əməldir ki, insan özü ilə məninin xaric etmək üçün edir.
    Məsələ (Sual) 208: Mən bir cavanam ki, təhrikedici səhnələr barəsində fikirləşdikdə məndən məni xaric olur. Bu iş (fəqət fikirləşmək) məninin xaric olması məqsədi ilə edilən bu iş istimna hökmünə malikdirmi?
    }avab: Əgər qəsdən məni xaric etmək məqsədi ilə olarsa və fikirləşməklə məninin xaric olacağını bilirsə, gərək ondan çəkinsin.
    İmam, Xamenei, Fazil, Sistani: İstifta
    Məkarim: Əgər bu iş həmin məqsədlə əncam verilsə və məni xaric olsa istimna hesab olunur. İstifta
    Məsələ 209: Haram şəhvətbazlıq məqsədilə hər hansı bir şey tədarük görmək caiz deyildir.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta
    Məsələ 210: Bir nəfər istimna edirmiş, onun hökmü nədir? Onun bu əməli qusla səbəb olurmu?
    Cavab: Bu əməl haramdır və məninin xaric olmasına yəqin edibsə, qüsl etməlidir.
    İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
    İmam: "Tovzihul-məsail" məsələ 345
    Bəhcət: "Tovzihul-məsail" məsələ 349
    Təbrizi: "Tovzihul-məsail" məsələ 351
    Fazil: "Cameul-məsail" 2-ci cild, sual 152, "Tovzihul-məsail" məsələ347
    Sistani: "Tovzihul-məsail" məsələ 351
    Məkarim: "Tovzihul-məsail" məsələ 360
    Məsələ (Sual) 211: Şəhvətin qarşısını almaq üçün nə etmək lazımdır? Bu barədə istimna caizdirmi?
    Bəhcət: Harama düşmə qorxusu olan halda izdivac etməlidir ki, günaha düşməsin. İstifta
    Xamenei: Şəhvəti təhrik edən səhnələrə baxmamaq, şəhvət yaradan məclislərdə və mərkəzlərdə iştirak etməmək, oruc tutmaq, sağlam idmanlarla məşğul olmaq, ibadət və vacibatlara əhəmiyyət verməyin özünə məxxsus təsiri vardır. İstifta
    Məsələ (Sual) 212: İnsanı şəhvətə salan təhrike¬dici səhnələri göz önünə gətirmək və bu barədə fikir¬ləşmək caizdirmi?
    Təbrizi: Sadəcə fikirləşməyin haramlığı yoxdur. "Siratun-nəcat", sual 881
    Məsələ (Sual) 213: Risalənizdə qeyd olunmuşdur ki, istimna şərən haramdır, lakin buyurun görək, istimna edən şəxs barəsində islamın nəzəri nədir?
    Bəhcət, Sistani, Fazil və Məkarim: Vacibdir ki, tövbə etsin və tövbə etməzdən qabaq onun hökmü təzirdən (Təzir: Şəriətdə müəyyən günah əməllər üçün təyin olunan cəzalara nisbətən şəriət hakiminin məsləhət gördüyü miqdarda verilən cəzadır ki, onun miqdarı şəri cəzalardan az və yüngüldür.)ibarətdir. Əgər şəriət hakimi üçün onun günahı sübuta yetmiş olsa.
    Fazil: "Cameul-məsail" 2-ci cild, sual 1178-dən istifadə etməklə.
    Bəhcət, Sistani, Məkarim: İstifta
    Category: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 1361 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024