MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ
Məsələ 214: Naməhrəm qadın ilə kişinin bir-birinə qarışması məkruhdur, lakin qoca kişi və qoca arvadlar istisna olunur.
İmam, Fazil "Ürvə", "Nikah", məsələ: 49
Bəhcət: Bir-birinə qarışması haramdır. İstifta
Təbrizi: Naməhrəm qadın və kişinin bir-birinə qarışması fəsada zəminə yaradır və insanın harama düşməyinə səbəb olur, caiz deyildir: İstifta
Məkarim: Əlbəttə həcc mərasimində qadın kişinin bir-birinə qarışması məkruh deyil: İstifta
Diqqət: Bu məkruh olmaq o zamandır ki, məclisdə heç bir vəch ilə haram bir iş baş verməsin. Əks halda, qadınla kişinin bir-birinə qarışması haramdır. Misal üçün, əgər bir məclisdə qadınların kamil hicabı olmazsa, yaxud zinətlənmiş olarsa və yaxud qadınla kişilər arasında haram təmaslar baş verərsə, onların bir-birinə qarışması haram olacaqdır.
Məsələ 215: İnsanın günaha mürtəkib olduğunu bil¬diyi məclislərə getməsi caiz deyildir.
İmam, Bəhcət, Xamenei, Məkarim, İstifta
Fazil: "Cameul-məsail", 1-ci cild, 2231-ci sualdan istifadə etməklə və 2-ci cild, sual 750
Sistani: Əgər günaha düşəcəyindən qorxarsa, hökmən onun məclisə getməsi caiz deyildir. İstifta
Misal üçün: İnsanın gedəcəyi təqdirdə, naçar qalıb hicabsız naməhrəm şəxslərə baxacağına, qeybət edəcəyinə, yalan danışacağına, yaxud hər hansı bir digər harama düşəcəyinə bildiyi qonaqlıq məclislərinə getməsi caiz deyildir.
Aşağıdakı hallarda və məclislərdə və kişi qadının bir-birinə qarışmasında günah ehtimalı var və başqa hal¬lar¬da olduğundan daha artıq ehtiyatlı olmaq lazım¬dır.
Arvad-kişinin qarışıq olduğu qonaqlıq məclis¬lərini təşkil etmək, xüsusilə əgər iştirakçılar cavan olsa, naməhrəmlərlə birlikdə yemək yeyərkən, naməhrəmlə əyləncəyə, o cümlədən bağa, parka, dağa səfərə getmək, xüsusilə əgər naməhrəm qadın və kişi maşında tək olarsa; namahrəmlə zarafat etmək, iki naməhrəm şəxsin bir işdə bir-birilə həmkarlıq etməsi və s.
Məsələ 216: Əgər iki bir-birinə naməhrəm olan qadın və kişi xəlvət bir yerdə olsalar və onlardan başqa bir kəs də orada olmasa və başqası da ora daxil ola bil¬məsə bu halda harama düşəcəyindən qorxsalar, gərək ora¬dan bayıra çıxsınlar. Onların həmin yerdə qalması haram¬dır.
İmam "Tovzihul-məsail" 2445-ci məsələ
Təbrizi "Tovzihul-məsail" 2454-cü məsələ
Bəhcət, Xamenei: İstifta
Fazil "Tovzihul-məsail" 2511-ci məsələ
Sistani: Naməhrəm qadınla kişinin başqasının olmadığı bir yerdə olması, fəsad ehtimalı verilən zaman, haramdır. Hətta başqası ora daxil ola biləcəyi təqdirdə olsa belə. Lakin əgər fəsad ehtimalı olmazsa, işkalı yoxdur. "Tovzihul-məsail", 2454-cü məsələ
Məkarim: Ehtiyac vacib budur ki, naməhrəm qadın və kişi başqalarının daxil ola bilmədiyi bir yerdə olmasın, hətta əgər orada namaz qılsalar belə, onların namazı işkallıdır. "Tovzihul-məsail" 2095-ci məsələ
Məsələ (Sual) 217: Biz elə bir tayfa ilə gediş-gəliş edirik ki, onlar namaz qılmamaqdan əlavə, məsihilərlə gediş-gəliş də edirlər. Onların qadınları və qızları kamil hicaba riayət etmir, saçları həmişə görünür, nə qədər nəsihət etsək də təsiri yoxdur. Əgər evdə öz gözümüzü bağlamaq istəsək, mümkün olmur əgər baxmaq istəsək, günaha düşürük. Bu halda nə etməliyik? Onlarla gediş-gəliş etmək baxımından vəzifəmiz nədir?
Məkarim: Sizin əmr be məruf və nəhy əz münkər (Əmr be məruf – İnsanları vacib, yaxşı və bəyənilən işlərə dəvət etmək. Nəhy əz münkər–İnsanları pis, yaramaz, haram və günah əməllərdən çəkindirmək.) etməkdən əlavə – təsir qoyacağına ehtimal verdiyiniz halda – başqa bir vəzifəniz yoxdur. Onlarla gediş-gəliş etdiyiniz halda ehtiyatlı olmalısınız ki, sizin özünüz naməhrəmə günah nəzəri salmayasınız və onlarla gediş-gəlişi kəsmək lazım deyildir. Bu ehtimalla ki, bəlkə müəyyən qədər gediş-gəliş etmək onların dinlərinə təsir qoya bilsin. Allah onları hidayət və şəri vəzifələrinə tanış etsin! İstifta
ÖZÜNÜ GÖSTƏRMƏYİN HÖKMLƏRİ
Məsələ 218: Başqasını günaha salmaq məqsədilə özünü göstərmək haramdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Misal üçün: Əgər bir qadın özünü naməhrəm kişinin diqqətini ona cəlb olacağı, yaxud ona üz gətirəcəyi şəkildə özünü göstərsə haramdır. Xüsusi şəkildə yol getmək, xüsusi şəkildə danışmaq, xüsusi hərəkətlər göstərmək, təbəssüm etmək, naməhrəmlə xüsusi şəkildə gülmək, zarafat etmək, yaxud hətta naməhrəmin qarşı¬sında onun nəzərini cəlb etmək və onu harama salmaq məqsədilə mütaliə etmək, xüsusi libaslar geyinmək, müxtəlif əşyaları götürmək o cümlədən çanta, kitab, gül və s. götürmək, yaxud başqasını günaha salmaq məqsədilə onları xüsusi şəkildə götürmək, naməhrəmə xüsusi baxışla baxmaq və. s kimi halların hamısında əgər başqasının nəzərini cəlb etmək və onu harama salmaq məqsədi olarsa haramdır.
* NƏTİCƏDƏ: Xüsusilə əziz cavanlar özünü göstərmələrdən və buna oxşar hallardan ciddi şəkildə çəkinməlidirlər.
Məsələ 219: Əgər özünü göstərmək başqalarını günaha salmaq məqsədilə olmazsa, haram deyildir.
Misal üçün: Bir qadın naməhrəm qonaq olduğu zaman daha yaxşı yemək bişirir, evi daha yaxşı səliqəyə salır ki, naməhrəmin nəzər-diqqəti onun yaxşı qadın olduğuna yönəlsin, yaxud yaxşı danışır ki, başqalarının nəzərlərini öz fəzilətinə cəlb etsin və s. bu qəbildən olan hallar haram deyildir.
Diqqət: Əlbəttə, hər hansı bir iş özünü göstərmək məqsədi ilə olarsa, əxlaq cəhətindən məzəmmət olunur və yaxşı bir iş sayılmır, əxlaq alimlərini bundan çəkindirmişlər. Lakin əgər bu özünü göstərmək başqalarını harama salmaq məqsədi ilə olarsa, haram da olacaqdır.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, İstifta
Məsələ (Sual) 220: Əgər bir qadın naməhrəmin diqqətini cəlb etmək üçün bir iş görərsə bu iş caizdirmi?
Əgər kişi müəyyən bir iş görsə, yaxud müəyyən bir paltar geyib naməhrəmin diqqətinin cəlb etmək istəsə, bu caizdirmi?
Məkarim: Hər iki halda caiz deyildir: İstifta
Bəhcət: Əxlaq, ehtiyatın xilafınadır. Əgər şəhvə¬tin təhrik olunmasına səbəb olarsa, haramdır. İstifta
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Məsələ 221: Kişilər də qadınları harama salmaq məqsədi ilə özlərini göstərməməlidirlər.
* NƏTİCƏDƏ: Naməhrəm şəxsi harama salmaq məqsədilə xüsusi paltarlar geymək, xüsusi şəkildə danışmaq, baxmaq, yol getmək, naməhrəmin diqqətini cəlb etmək məqsədi ilə şəhvət yaradan rəftarlar göstərmək, sürücülük etmək, yaxud naməhrəmin müqabilində xüsusi şəkildə motosiklet sürmək, zarafat etmək, naməhrəmin qarşısında xüsusi şəkildə idman etmək, onu harama salmaq məqsədi ilə boyunbağı salmaq, yaxud naməhrəmin diqqətini cəlb etmək üçün biləkləri, sinəni açıq qoymaq bütün bunların hamısı və onun oxşarları hamısı haramdır və ondan çəkinmək lazımdır.
ƏQD VƏ TOY MƏRASİMİNİN HÖKMLƏRİ
Bu bölmədə elçilik mərasimində ehtiyac duyulan hökmləri, əksər hallarda bu mərasiminin keçirildiyi ardıcıllıqla bəyan edəcəyik. Buna görə də bu bölmədə əvvəlcə ər və onun ailəsinin gəlin barədə təhqiqat apar¬ma¬sının hökmləri ondan sonra isə bazardan lazım olan şeyləri almaq, dəvət etmək, əqd və toy mərasiminin tədarükünün görmək və nəhayət kişilərin və qadınların əqd və toy mərasimində ehtiyac duyulan hökmləri ardıcıl şəkildə bəyan edəcəyik.
Məsələ 222: Arvadı olmadığına (subay olduğuna) görə harama düşən bir şəxsin arvad alması vacibdir.
İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", məsələ 4
İmam, "Tovzihul-məsail", məsələ 2443
Bəhcət: İmkanı olan halda belə bir şəxsin evlənməsi vacibdir: İstifta
Təbrizi: "Tö vzihul-məsail", məsələ 2452
Xamenei: İstifta
Sistani "Tovzihul-məsail", məsələ 2452
Fazil "Tovzihul-məsail", məsələ 2509
Məkarim "Tovzihul-məsail", məsələ 2023
* NƏTİCƏDƏ: Əgər bir şəxs izdivac etmədiyi təqdirdə günaha düşəcəyini, o cümlədən naməhrəmə, onun şəklinə, kinoya baxacağına məcbur olacağını;, yaxud Allah eləməmiş, istimna və s. etmək məcburiyyətində qalacağını, yaxud naməhrəmlə qanunsuz əlaqədə olacağını bilirsə, evlənməsi vacibdir. Xüsusilə əziz cavanlar diqqət yetirməlidirlər ki, insan indiyə qədər onun maddi və mənəvi ruzilərini çatdıran Allahın əmrlərini yerinə yetirib razılığını cəlb etmək məqamına gələrsə, o halda da mütəal Allah Öz nemətlərini əvvəldə oldu¬ğun¬dan daha artıq ona ehsan edəcək, onun yolu üzərində möv¬cud olan digər maneələri də aradan qaldıracaqdır.
Allah-Taala ilə müamilə edin və evlənməklə özünüzü günahdan xilas edin! Allah-Taalanın razılığını əldə etməyə çalışın və əmin olun ki, Mütəal-Allah sizi xoşbəxt və səadətli edəcəkdir.
Məsələ 223: Evlənmək, hətta əgər insan evlənməməklə günaha düçar olmasa belə, müstəhəbdir.
İmam, Fazil, Məkarim: "Ürvə", Nikah 1-ci məsələdən qabaq və 1-ci məsələ
Bəhcət, Təbrizi, Xamenei, Sistani, İstifta
Məsələ 224: Müstəhəbdir ki, həddi-büluğa çatan, yəni mükəlləf olan qızı ərə verməkdə laqeyd yanaşmasınlar.
İmam, Fazil, Məkarim "Ürvə", "Nikah", məsələ: 14
İmam, "Tovzihul-məsail", məsələ 2459
Təbrizi, "Tovzihul-məsail", məsələ 2468
Bəhcət və Sistani: İstifta
Fazil, "Tovzihul-məsail" məsələ 2525
Məkarim: Eləcə də həyat yoldaşına ehtiyacı olan oğlanlar barəsində də; əlbəttə bizim dövrümüzdə bəzən müəyyən cəhətlər qızı tez ərə verməyə mane olur, bu kimi hallarda şərən üstünlük verilənləri seçmək lazımdır.
"Ürvə", "nikah", məsələ 14 və İstifta
Məsələ 225: Müstəhəbdir ki, əqd və toy mərasiminin xərclərini, eləcə də mehriyyənin miqdarını az qərar versinlər.
İmam, Fazil, Məkarim "Ürvə", "Nikah", məsələ: 17
Təhqiqat aparmağin hökmləri
Ərlə arvadın hər birinin barəsində təhqiqat aparmaq ya birbaşa sürətdə baş verir, ya da müəyyən yollarla. Birbaşa dedikdə məqsəd budur ki, ər və arvaddan hər biri başqasının barəsinə birbaşa təhqiqat aparır. Birbaşa olmayan təhqiqat dedikdə məqsəd budur ki, insan (gələcək) həyat yoldaşı barədə başqa şəxslərin, misal üçün, dostu, qohumu, qonşusu, həmkarı və s. vasitəsi ilə təhqiqat aparsın.
Məsələ 226: Ər-arvadın hər birinin barəsində təh¬qiqat aparmaq hər bir şəxs tərəfindən olsa belə, caiz¬dir. Hətta onun özündə və ya ailəsində müəyyən eyiblərin aş¬kar olmasına səbəb olsa belə.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta
Məsələ 227: Əgər ərlə arvadın hər biri, yaxud onla¬rın ailəsi barəsində eyblərin təhqiq olunması evlənmə¬də rol oynayırsa, eybi yoxdur və haram olan casusluq hök¬münə malik deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta
* NƏTİCƏDƏ: İnsan yalnız o eybləri axtara bilər ki, evlənməyə və tərəflərdən hər birinin tanınmasına aiddir. Bundan başqa surətlərdə evlənmək bəhanəsi ilə şəxslərin həyatı barəsində casusluq edə bilməz.
Məsələ 228: Ərlə arvadın hər biri digəri barəsində birbaşa olaraq təhqiqat apara bilər, bu şərtlə ki, bu təhqiqat haram işə səbəb olmasın.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim, İstifta
* NƏTİCƏDƏ: Onların ləzzət qəsdi ilə söhbət etməsi, yaxud qapalı bir mühitdə xəlvət yerdə olmaları, yaxud ləzzət qəsdi ilə bir-birinə baxmaları və yaxud bir-birinə toxunmaları haramdır və bu işlərdən çəkin¬mələri lazımdır.
Məsələ 229: Ərlə arvadın hər biri aşağıdakı şərtlərlə digəri barəsində təhqiq apara bilər:
1-Baxış ləzzət və reybə qəsdə ilə olmasın;
2-İzdivac bu baxışa bağlı olsun;
3-Bu iki şəxsin evlənməsinə heç bir maneə olmasın.
İmam və Fazil "Ürvə", "Nikah", məsələ: 26
İmam "Təhrirül-vəsilə", "nikah", məsələ 28 və: İstifta
Xamenei: İstifta
Bəhcət: Əksinə, əgər belə bir baxış əqddən sonra yarana biləcək çəkişmələrin qarşısını almaq məqsədilə həm də müstəhəbbdir, bunun caizliyinə qadının icazəsi lazım deyildir, həmçinin qadın da evlənmək ərə getmək istədiyi kişinin qeyd olunan şərtlərlə bədəninə baxa bilər. "Tovzihul-məsail" məsələ 1944 və İstifta
Sistani: Evlənmək məqsədilə naməhrəmə baxmağın şərtləri aşağıdakılardır:
1-İzdivac bu baxışa bağlı olsun;
2-O iki şəxsin izdivacına heç bir maneə olmasın;
3-Onun halı barədə əvvəlcədən məlumatlı fərd olmasın.
4-Qarşı tərəfin qəbul etməsinə ehtimal versin.
5-Həmin şəxslə izdivac etmək istəsin, nəinki, hansı ilə evlənməsini təyin etmək üçün bir neçə nəfərə baxsın.
"Minhacüs-salehin", "Nikah", məsələ: 28
Məkarim: Yalnız qadının üzünə, əllərinə, saçlarına, boynuna və bunların ətrafından bir miqdara, yaxud libas üzrindən bədənin həcminə baxa bilər. "Ürvə", "Nikah", məsələ:26
Məsələ 230: Onlardan hər birini ləzzət qəsdi ilə digə¬rinə baxması caiz deyildir. Lakin, əgər onu gördük¬də sonra təbii olaraq ləzzət gələcəyini bilirsə, işkalı yoxdur.
İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", məsələ 26
Xamenei: İstifta
Sistani, Minhacus-salihin", "nikah", məsələ 28
Məsələ 231: Yaxşı olar ki, bu baxış nazik paltar üzərindən olsun.
İmam Təhrir "Nikah", məsələ: 28
Məkarim: İstifta
Məsələ 232: Bu baxmaq ər-arvadın əncam verdiyi axırıncı təhqiqat olmalıdır.
İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", 26-cı məsələdən istifadə etməklə
Bəhcət: "Tovzihul-Məsail", 1944-cü məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
İzah: Ərlə arvadın hər biri gərək (digəri barəsində) sair təhqiqatların hamısını aparmış olsunlar və əqd yalnız bu baxışa bağlı olsun: əgər bəyənmiş olsalar əqd baş versin.
Məsələ 233: Əgər əqd bu baxışa bağlı olmazsa, yaxud ne¬cə olmasının insan üçün fərqi olamazsa, yaxud da na¬mə¬lum bir şey mövcud olmazsa onun bədəninə baxa bil¬məz.
İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", 26-cı məsələdən istifadə etməklə
İmam Təhrir "Nikah", məsələ: 28
Bəhcət "Tovzihul-məsail" 1944-cü məsələdən istifadə etməklə
Xamenei: İstifta
Sistani: Əgər heç bir naməlum şey (məlumatsızlıq) mövcud olmazsa və şəxs əvvəlcədən başqasının halından agah olarsa, üzü və əllərindən başqa yerə baxması caiz deyildir. "Minhacüs-salehin", məsələ 28
Məsələ 234: Əqddə başqa bir maneə olmalıdır.
İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", 26-cı məsələdən istifadə etməklə.
Bəhcət "Tovzihul-məsail", 1944-cü məsələdən istifadə etməklə
Xamenei:İstifta
Sistani "Minhacus-salehin" Nikah 28-ci məsələdən istifadə etməklə
* NƏTİCƏDƏ: Misal üçün, əgər qızın atası bu evlənməyə icazə vermirsə, yaxud kişi hal-hazırda bu qadınla evlənə bilməzsə, yaxud qadının əri varsa (hətta sonradan təlaq almasını qərara alıbsa) bu kimi halların heç birində onlardan biri digərinin bədəninə baxa bilməz.
Məsələ (Sual) 235:
a) Kişinin evlənmək istədiyi qadının gözəlliyindən agah olmaq məqsədi ilə onun şəklinə baxması caizdirmi? Əlbəttə, qadının kamil hicaba riayət etmədiyi halda.
b) Bir neçə qadının şəklinə baxıb onların arasından bir nəfərini evlənmək üçün seçmək istəsə necə?
}avab: Əgər ləzzət qəsdi ilə olmazsa eybi yoxdur.
İmam, Bəhcət, Xamenei, Fazil: İstifta
Sistani:
a) Qadının şəkli əgər tanış olsa o qadının öz hökmündədir.
b) Qadınlar tanış olsalar ehtiyac-vacibə görə caiz deyildir İstifta
Məsələ 236: Əgər bir şəxs müəyyən bir iş, misal üçün izdivac üçün istixarə etsə, istixarənin nəticəsinə əməl etməsi vacib deyildir.
İmam: "İstiftaat" 2-ci cild, 75 və 76-cı suallardan istifadə etməklə.
Bəhcət, Xamenei, Fazil: İstifta
Məsələ (Sual) 237: Ümumiyyətlə islam nəzərindən hə¬ya¬tın mühüm məsələlərində, o cümlədən izdivac, yaxud mü¬hüm qərar qəbul etmələr zamanı təsbeh Quran, yaxud zatur-riqa ilə istixarə etmək səhihdirmi?
Cavab: İmamlardan gəlib çatan yollarla işlərin han¬sı birini seçməkdə sərgərdançılığı (misal üçün, iki yol ayrıcında qalmaq) aradan qaldırmaq məqsədi ilə Al¬lah-Taala ilə məşvərət və istixarə etməyin işkalı yox¬dur.
İmam "İstiftaat" 2-ci cild, sual 73 Bəhcət, Xamenei, Fazil: İstifta
Məkarim: Əlbəttə, istixarə məşvərət və təhqiqdən sonra və çətinliyin həll olunmadığı halda edilməlidir. İstifta
Məsələ (Sual) 238: İstixarə düzgündürmü? Hər hansı bir xeyir iş qabağa gələn zaman istixarə edib pis gələrsə, istixarəyə əməl etməliyikmi və ona etiqad bağlamalıyıqmı?
Cavab: Bu, etiqad prinsiplərindən deyildir ki, ona etiqad bəsləmək lazım olsun; amma sərgərdançılıq vəziyyətində rəca ümidi ilə eybi yoxdur.
İmam "İstaftaat" 2-ci cild, sual 74 Xamenei və Məkarim: İstifta
Məsələ (Sual) 239: Mən bir qız üçün elçiliyə get¬mişdim. İlk mərhələlərin ötməsindən və təhqiqat apar¬dıqdan sonra özləri də bizim yaxşı adam olmağımızı bildilər və başqaları da bunu dedilər. Lakin atası gedib istixarə etdi və pis gəldi. Biz "yaxşı iş istixarə istəməz" dedik, lakin o deyir ki, mən istixarəyə arxa çevirə bilmərəm. Xahiş edirəm deyin görək, bu istixarə düzgündürmü?
}avab: İstixarə ilzama səbəb olmaz (ona əməl etmək vacib deyildir).
İmam "İstiftaat" 2-ci cild, sual 75
Bəhcət, Xamenei, Fazil: İstifta