İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Din » Məscid

    Məscid
    10-CU FƏSİL: ƏN DƏYƏRLI MƏSCIDLƏR
    10.1 MƏSCİDÜL-HƏRAM
    Qurani-kərim: «Həqiqətən‚ insanlar üçün ilk bina olunan ev (məbəd)‚ Məkkədəki evdir ki‚ o‚ şübhəsiz‚ bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). (Yemək‚ azuqə‚ sağlamlıq və minik baxımından) yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib, o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur! Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə‚ Allah aləmlərə (heç kəsə) möhtac deyil!»
    321. Məhəmməd peyğəmbər (s): «Allah-Təalanın yanında ən hörmətli‚ ən sevimli və qiymətli məscid‚ Məscidül-həramdır.
    322. Rəsulallah (s): «Məscidül-həramın mənim məscidimə (Məscidün-Nəbiyə) olan üstünlüyü‚ mənim məscidimin başqa məscidlərə olan üstünlüyü kimidir.»
    323. Əbuzər rəvayət edir: «Soruşdum:
    – Ey Allahın Rəsulu! Yer üzərində ilk məscid hansı məscid olmuşdur?
    Buyurdu (s):
    – Məscidül-həram.
    – Bəs sonra hansı məscid olmuşdur?
    – Məscidül-əqsa.
    – Bu iki məscidin tikilmə tarixi arasındakı fasilə nə qədərdir?
    – Qırx il.
    324. Əbu Həmzə Somali rəvayət edir: «Məscidül-həramda olarkən‚ imam Baqirdən (ə) soruşdum: «Allah-Təala hansı səbəbə Məscidül-həramı «ətiq» (qiyməti qədim bir şey) adlandırıb?» Buyurdu (ə): «Yer üzərində bu evdən başqa‚ (Allahın xəlq etdiyi) hər bir evin öz sahibi və sakinləri var. Bu azad evin sahibi, yalnız Allah-Təaladır. Allah-Təala, onu bütün varlıqlardan əvvəl yaratdı və sonra yer kürəsini xəlq edib‚ onun altına yerləşdirdi.»
    325. Səlam Hənnat bir kişinin vasitəsilə rəvayət edir: «İmam Sadiqdən (ə) fəzilətli məscidlər haqqında soruşdum. Buyurdu (ə): «Məscidül-həram və Məscidün-Nəbi (fəzilətli məscidlərdir).»
    326. Müaviyə ibn Əmmar rəvayət edir: «İmam Sadiq (ə) buyurdu: «Məscidül-hərama girdikdə ayaqyalın‚ təmkinlə‚ vüqarla və təvazökarlıqla daxil ol. Bil ki‚ hər kim oraya təvazökarlıqla daxil olsa‚ inşallah‚ bağışlanar». Soruşdum: «Təvazökarlıq nədir?» Buyurdu (ə): «Təmkinli olmaqdır. Oraya lovğa və özündənrazı halda daxil olma. Məscidin qapısına yaxınlaşdıqda dayan və belə de: Allahın rəhmət və bərəkəti və bizim salamımız sənədir‚ ey Peyğəmbər! Allahın adı və Allahın yardımı ilə. Mən Allahdanam və Allahın istədiyi kimi olsun. Peyğəmbərlərə və ilahi elçilərə (s) salam olsun! Allahın Rəsuluna salam olsun! İbrahimə (ə) salam olsun! Aləmlərin rəbbinə salam olsun.
    Məscidə daxil olduqda‚ əllərini göyə qaldırıb‚ üzünü Kəbəyə çevirərək‚ de: İlahi‚ mən burada Həcc əməllərini yerinə yetirmək istəyirəm. Tövbəmi qəbul etməyini‚ xətalarımı bağışlamağını və günahlarımın ağırlığını çiyinlərimdən götürməyini xahiş edirəm. Həmd olsun Allaha ki‚ mənə öz dəyərli Evini ziyarət etməyi nəsib etdi. İlahi‚ hüzurunda şəhadət verirəm ki‚ bu, Sənin çox şərəfli evindir. Sən bu evi‚ insanlara ziyarət‚ əmin-əmanlıq‚ bərəkət məkanı və onları doğru yola yönəltmək üçün yaratdın. İlahi‚ bu Sənin bəndən‚ bu torpağın və bu da Evindir. Sənin rəhmətinin sorağı ilə‚ əmr və göstərişlərinə itaət edərək buraya gəlmişəm. Cəzalandırmağından qorxduğum halda‚ acizanə şəkildə sənə yalvarıram. İlahi‚ rəhmət qapılarını mənim üzümə aç və məni Sənə itaət etməyə və razı olduğun hər bir yola doğru yönəlt.»
    327. İmam Baqir (ə): «Kim‚ Məscidül-həramda bir vacib namazı yerinə yetirərsə‚ Allah-Təala onun indiyədək qıldığı bütün namazlarını və bundan sonra ömrünün axırınadək qılacağı hər bir namazı qəbul edər.
    10.2 PEYĞƏMBƏRIN (S) MƏSCIDI
    328. Məhəmməd peyğəmbər (s): «Məscidimdə qılınan bir rəkət namaz‚ digər məscidlərdə qılınmış min rəkət namaza bərabərdir. Bu hökm, alnız Məscidül-hərama aid deyil. Orada (Məscidül-həram) qılınan hər namaz‚ min rəkət namazdan daha da üstündür.»
    329. Rəsulallah (s): «Məscidül-həram istisna olmaqla, məscidimdə qılınan hər bir namaz‚ başqa məscidlərdə qılınan on min namaza bərabərdir. Çünki bu məsciddə qılınan hər namaz‚ başqa məscidlərdə qılınan yüz min namaza bərabərdir.
    330. Əbu Bəkr Xəzrəmi rəvayət edir: «İmam Sadiq (ə) mənə belə buyurdu: «Bacardığın qədər Peyğəmbərin məscidində daha çox namaz qıl. Doğrusu‚ orada istədiyin miqdarda namaz qıla bilməyəcəksən (Hər nə qədər bu şərafətli məsciddə namaz qılsan‚ yenə də azdır).»
    10.3 MƏSCIDÜL-ƏQSA
    Qurani-kərim: «Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri (s) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pakdır‚ müqəddəsdir! O‚ doğrudan da‚ (hər şeyi) eşidəndir‚ görəndir!»
    331. Məhəmməd peyğəmbər (s): «Süleyman ibn Davud (ə) Beytül-müqəddəsi tikib-qurtardıqdan sonra Allah-Təaladan üç arzu dilədi: İlahi hökmləri ilə həmahəng olan mühakimə etmək qüdrəti‚ ondan sonra gələcək heç bir kəsə əta olunmayacaq olan hökmranlıq və bu məscidə gəlib namaz qılan hər kəsin‚ anasının bətnindən yenicə doğulan körpə uşaq kimi pak olması (günahlarının bağışlanması).
    332. Meymunə Rəsulallaha belə dediyini rəvayət edir:
    – Ey Allahın Rəsulu‚ Beytül-müqəddəs haqqında bizə nəzərini söylə.
    Buyurdu (s):
    – (Beytül-müqəddəs) Qiyamət gününün bərpa olacağı məkandır. Oraya gedin və namaz qılın! Çünki orada qılınan bir namaz‚ başqa məscidlərdə qılınan min namaza bərabərdir.
    – Bəs əgər oraya getmək imkanımız olmasa, nə edək?
    – Oranı işıqlandırmaq üçün yağ göndər. Kim belə etsə sanki‚ oranı ziyarət etmişdir.
    333. İmam Əli (ə): «Dörd məkan Behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi.»
    10.4 QUBA MƏSCIDI
    Qurani-kərim: «(Ya Rəsulum!) Orada (Zirar məscidində) heç vaxt namaz qılma! İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid (Quba məscidi) namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri‚ mənəvi qüsurlardan‚ çirkinliklərdən qorumağa çalışanları) sevər!»
    334. Hələbi rəvayət edir: «İmam Sadiqdən (ə) «Təqva üzərinə bina olunmuş məscid»in (hansı məscid olması) haqqında soruşdum. Buyurdu (ə): «Bu, Quba məscididir.»
    335. Zürarə‚ Həmran və Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqir (ə) və imam Sadiq (ə) Quba məscidi haqqında nazil olmuş bu ayəni «İlk gündən təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində əsası qoyulan məsciddə (Quba məscidi) namaz qılmaq daha yaxşıdır» - şərh edərkən buyurdu: «Məqsəd, (Quba məscidini) Zirar məscidi ilə müqayisə etməkdir.»
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    336. Kim məscidimə (Quba məscidinə) gəlib‚ orada iki rəkət namaz qılsa‚ bir Həcci-ümrə ziyarətinin savabını qazanmış halda (evə) dönər.
    337. Quba məscidində namaz qılmaq, bir Həcci-ümrə ziyarətinə bərabərdir.
    338. Kim layiqli şəkildə dəstəmaz alaraq Quba məscidinə gəlib‚ orada dörd rəkət namaz qılsa‚ sanki bir Həcci-ümrə ziyarətini yerinə yetirmişdir.
    339. İbn Ömər rəvayər edir: «Allahın Rəsulu (s) Quba məscidinə həm piyada və həm də miniklə gedərdi. Və orada iki rəkət namaz qılardı.»
    10.5 KUFƏ MƏSCIDI
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    340. Merac gecəsi məni dünya səmasına apardıqda‚ Kufə məscidini göstərdilər. Dedim: «Ya Cəbrayıl! Bu nədir?» Dedi: «Bu, olduqca xeyir-bərəkətli bir məsciddir. Allah-Təala onu əhli (orada ibadət edən və oranı layiqincə qiymətləndirən həqiqi bəndələri) üçün seçib və bu məscid, Qiyamət günü onlara şəfaət edəcək.»
    341. Büraqa mindirilərək meraca aparıldıqda‚ Kufə məscidinin yanından keçdim. Mənimlə birlikdə olan Cəbrayıl dedi: «Ey Məhəmməd! Burada yerə en və namaz qıl!» Aşağı enib‚ namaz qıldım. Dedim: «Ey Cəbrayıl! Bura haradır?» Dedi: «Ey Məhəmməd! Bura Kufədir və bu da Kufə məscididir. Mən onu iyirmi dəfə dağıdılmış halda və iyirmi dəfə də abad şəkildə görmüşəm. Bu müddət arasında olan fasilə 500 il olmuşdur.»
    342. Sanki Kufə məscidini Qiyamət günü ehram bağlamış halda‚ orada iki rəkət namaz qılan şəxs barəsində şəhadət verdiyini müşahidə edirəm.
    İmam Əli (ə) buyurmuşdur:
    343. Dörd məkan Behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi.
    344. Bu məsciddə müstəhəbb namaz qılmaq, Peyğəmbərlə (s) birlikdə bir həcci-ümrə ziyarəti etməyə və bir vacib namaz qılmaq isə Rəsulallahla (s) birgə bir Həcc ziyarəti əncam vetməyə bərabərdir. Burada min peyğəmbər və onların min canişini namaz qılmışdır.
    345. (Kufə məscidinin fəziləti haqqında olan hədisdə buyurur) Nuh (ə) gəmisini bu məsciddə (onun məkanında) düzəltdi, burada təndirdən su çıxdı, Nuhun evi və məscidi də elə bu yerdə idi.
    346. Kufə məscidi müsəlmanların dörd (məşhur) məscidlərindən dördüncüsüdür. Fikrimcə, orada iki rəkət namaz qılmaq‚ başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha üstündür.
    347. Əsbə ibn Nobatə rəvayət edir: «Bir gün Əmirəl-mömininlə (ə) birlikdə Kufə məscidində oturmuşdum. O Həzrət (ə) buyurdu: «Ey kufəlilər! Allah-Təala sizə elə bir hədiyyə (nemət) veribdir ki‚ başqalarına əta etməyib. Bu (nemət), sizin namaz qıldığınız yerdir (məsciddir). Bu məscid Adəmin (ə)‚ Nuhun (ə)‚ İdrisin (ə) evi və İbrahimin (ə)‚ Xızrın (ə) namaz qıldığı yer olmuş və həmçinin, mənim namaz qıldığım məkandır. Bu məscid‚ Allah-Təalanın məscid əhli üçün seçdiyi dörd məsciddən biridir. Sanki mən onun (Kufə məscidinin) Qiyamət günü ehram bağlayaraq öz əhlini və orada namaz qılan şəxsləri şəfaət etdiyini görürəm. Onun şəfaəti rədd olunmur! Bir gün gələcək ki‚ Həcərül-əsvəd (Kəbədəki «qara daş») onun divarında yerləşdiriləcək. Şübhəsiz‚ bir gün gələcək ki‚ bura mənim övladlarımdan birinin – Məhdinin (ə.c.) və bütün möminlərin namaz qıldığı yer olacaq. Yer üzündəki bütün mömin insanlar, ya buraya gələcək‚ ya da bu məscidi sevəcəklər. Bu məscid barəsində səhlənkarlıq etməyin! Orada namaz qılmaqla Allah-Təalaya daha da yaxın olun. Arzu-diləklərinizin yerinə yetməsi üçün buraya üz çevirin. Əgər insanlar onun (həqiqi) dəyərini bilsəydilər‚ hər bir yerdən qarın və buzun üzərindən keçməklə də olsa belə‚ həyacan və təlaşla ona sarı üz gətirərdilər.»
    348. İmam Sadiq (ə): «Əmirəl-möminin Kufə məscidində olarkən bir kişi ona sarı gəlib‚ dedi: «Sənə Allahın salamı‚ rəhməti və xeyir-bərəkəti olsun‚ Ey Əmirəl-möminin! (O həzrət salamın cavabını verdi.) Sənə qurban olum. Məscidül-əqsaya getmək niyyətindəyəm. İstədim ki‚ səninlə görüşüb‚ xüdahafizləşim». Buyurdu: «Bu səfərə getməkdə məqsədin nədir?» Dedi: «Savab qazanmaq istəyirəm». İmam (ə) buyurdu: «(Səfər üşün aldığın) minik vasitəsini sat‚ yol azuqəni istifadə et və elə bu məsciddə namaz qıl. Burada vacib namaz qılmaq, (Allah dərgahında) qəbul olunmuş Həccə‚ müstəhəbb namaz qılmaq isə (Allah dərgahında) qəbul olunmuş həcci-ümrəyə bərabərdir. Onun on iki santimetrliyi (belə) bərəkətlidir. Sağ tərəfi bərəkət, sol tərəfi isə hiylədir. Bunların arasında isə yağ çeşməsi‚ süd bulağı‚ su çeşməsi və möminlər üçün pak bir bulaq var. Nuhun gəmisi buradan hərəkət etdi. Nəsr‚ Yəğus və Yəquq bütləri buradaydı. Yetmiş peyğəmbər və onların yetmiş canişini ki‚ mən də onlardan biriyəm‚ burada namaz qılmışdır. (Əlini sinəsinə qoyduğu halda) Kim hacətinin qəbul olması üçün orada dua etsə‚ Allah-Təala onun duasını qəbul edər və çətinliyini aradan qaldırar.»
    349. Həbbət əl-Ürənni rəvayət edir: «Həzrət Əlinin (ə) yanında oturmuşdum. Bir kişi onun hüzuruna gəlib‚ dedi: «Ey Əmirəl-möminin! Bu, mənim miniyim və bu da (yol) azuqəmdir. Bu evə (Beytül-müqəddəsə) getmək istəyirəm». Buyurdu (ə): «Azuqəni istifadə et‚ miniyini sat və bu məscidə (Kufə məscidinə) üz gətir. Çünki o‚ dörd (əzəmətli) məsciddən biridir. Orada iki rəkət namaz qılmaq‚ başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha üstündür.»
    350. İmam Baqir (ə): «Əgər insanlar Kufə məscidinin nəyə qadir olduğunu anlasaydılar‚ azuqə və minik hazırlayaraq uzaq məsafələrdən ona sarı üz gətirərdilər. Orada bir vacib namaz qılmaq‚ bir Həcc ziyarətinə və bir müstəhəbb namaz qılmaq isə bir Həcci-ümrə ziyarətinə bərabərdir.»
    351. Hənnan ibn Sədir rəvayət edir: «İmam Baqirin (ə) hüzurunda idim. Elə bu vaxt‚ bir kişi içəri daxil olaraq‚ salam verib‚ oturdu. İmam (ə) ona buyurdu:
    – Hansı məntəqədənsən?
    Kişi dedi:
    – Mən Kufəliyəm‚ sizi sevir və məhəbbət bəsləyirəm.
    – Bütün namazlarını Kufə məscidində qılırsan? Xeyr.
    – Doğrudan da sən xeyir-bərəkətdən məhrum qalmısan.
    352. Əbu Übeydə Həzza rəvayət edir: «İmam Baqir (ə) buyurdu: «Ey Əbu Übeydə! Hətta iməkləyərək getməli olsan belə‚ Kufə məscidində namaz qılmağı tərk etmə. Çünki orada namaz qılmaq‚ başqa məscidlərdə qılınan yetmiş namaza bərabərdir.»
    353. İmam Baqir (ə): «Kufə məscidi Behişt bağlarından biridir. Min yetmiş peyğəmbər orada namaz qılmışdır. Onun sağ tərəfi rəhmət, sol tərəfi isə hiylə və məkrdir. Musanın (ə) əsası‚ Yunusun (ə) kələm gülü (balığın qarnından xilas olduqdan sonra onun kölgəsində daldalanmışdı) və Süleymanın (ə) üzüyü orada idi. Məhz Kufə məscidində Nuhun (ə) gəmisi düzəldildi‚ təndirdən su çıxmağa başladı. Kufə məscidi Babilin ən mühüm nöqtəsi və peyğəmbərlərin məkanıdır.»
    354. Həmma ibn Zeyd Harisi rəvayət edir: «İmam Sadiqin (ə) hüzurunda idim və onun evi Kufə camaatı ilə dolu idi. Onların arasından bir nəfər İmama (ə) belə sual verdi: «Ey peyğəmbər övladı! Mən Kufə məscidindən uzağam və (elə buna görə də) orada namaz qılmaq istəmirəm» İmam (ə) buyurdu: «Oraya get. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydilər‚ iməkləməklə də olsa‚ oraya üz tutardılar». Kişi dedi: «Axı mənim işim çoxdur.» İmam (ə) buyurdu: «O məscidə get və bacardığın qədər oranı tərk etmə. Sənə məscidin sağ tərəfinə‚ yerindən qazılıb çıxarılmış qapıların yanına getməyi məsləhət görürəm. İbrahim (ə) orada namaz qılmışdır. Həmçinin, məscidin beşinci sütununun yanına da get. Cəbrayıl orada namaz qılmışdır. And olsun o Allaha ki‚ varlığım onun əlindədir. Əgər camaat mənim bu məscidin fəzilət və üstünlükləri haqqında bildiklərimdən xəbərdar olsaydılar‚ oraya yığışıb‚ izdiham yaradardılar.»
    355. İmam Sadiq (ə): «Kufə məscidində bir namaz qılmaq‚ (başqa məscidlərdə qılınan) min namaza bərabərdir.»
    356. Harun ibn Xaricə rəvayət edir: «İmam Sadiq (ə) mənə buyurdu:
    – Ey Harun ibn Xaricə! Evinlə Kufə məscidinin arasında nə qədər məsafə var; bir mil məsafə olarmı?
    Dedim:
    – Xeyr.
    – Bütün namazlarını orada qılırsanmı?
    – Xeyr.
    – Əgər mən ona yaxın bir yerdə yaşasaydım‚ bütün namazlarımı orada qılardım. Bilirsənmi o yerin nə qədər fəziləti var? Bütün əməlisaleh bəndələr və ya peyğəmbərlər Kufə məscidində namaz qılmışlar. Hətta Peyğəmbər (s) meraca aparılarkən Cəbrayıl o Həzrətə (s) dedi: «Ey Peyğəmbər! Bilirsənmi haradasan? Sən Kufə məscidindəsən». Rəsulallah (s) buyurdu: «Allahdan mənə izn istə ki‚ oraya daxil olub‚ iki rəkət namaz qılım.
    O‚ Allahdan icazə istədi və Allah-Təala ona icazə verdi. Doğrudan da, ora Behişt bağlarından biridir. Onun içi‚ əvvəli və axırı da Behişt bağlarındandır. Orada qılınan hər vacib namaz min namaza bərabərdir. Orada qılınan hər müstəhəbb namaz beş yüz namaza bərabərdir. Orada sadəcə oturmaq‚ hətta Quran oxumasan və zikr söyləməsən belə, ibadətdir. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydi‚ iməkləməklə də olsa‚ ora üz tutardı.
    357. Müfəzzəl ibn Ömər rəvayət edir: «İmam Sadiqlə (ə) birlikdə Əbu Əbbas Səffahın yanına gedərkən Kufədə idim. Künasə məntəqəsinə çatdıqda Həzrət buyurdu: «Əmim Zeydi burada edam ediblər».
    Sonra yolumuza davam etdik və yağsatanların yanına yetişdikdə‚ atdan endi və buyurdu:
    – Aşağı düş. Bura, qədim Kufə məscidinin yerləşdiyi məkandır. İlk olaraq Adəmin (ə) məscid tikdiyi məkandır. Bu (müqəddəs) məkana miniklə daxil olmaq istəmirəm.
    Dedim:
    – Kim buranın xəritəsini (yerini) dəyişdi?
    – İlk olaraq Nuhun (ə) tufanı zamanı dağıldı. Sonra isə İran və Ərəb padşahlarının tərəfdarları‚ sonra da Ziyad ibn Əbu Süfyan tərəfindən dağıdıldı.
    – Kufə və onun məscidi Nuhun (ə) dövründə mövcud idi?
    – Bəli‚ ey Müfəzzəl! Nuhun (ə) və onun tayfasının məskunlaşdığı kənd (ilə buranın fasiləsi) Fərat çayından (indiki) Kufənin qərb hissəsinə qədər olan məsafə qədər idi. Nuh (ə) xarrat idi və Allah-Təala onu seçib‚ peyğəmbərlik məqamına ucaltdı. Nuh (ə) gəmi düzəldib, su üzərində hərəkət etdirən ilk şəxsdir. O, 950-il öz qövmünü Allaha ibadət etməyə çağırırdı. Lakin ona rişxənd edərək‚ ələ-salırdılar. Onların belə etdiyini gördükdə‚ nifrin (qarğış) edərək buyurdu: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki onları (sağ) buraxsan‚ onlar Sənin bəndələrini yoldan çıxardacaq‚ ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.»
    Sonra Allah-Təala Nuha (ə) vəyh etdi: «Tez bir zamanda geniş bir gəmi düzəlt.» Belə olduqda Nuh (ə) Kufə məscidində öz əlləri ilə gəmi düzəltdi. O‚ gəmini tikmək üçün lazım olan ləvazimatı uzaq yerlərdən gətirirdi. Bu minvalla o‚ gəmini tikməyi bacardı.
    358. Müfəzzəl ibn Ömər rəvayət edir: «İmam Sadiqdən (ə) soruşdum: «Kufə məscidi qədim məsciddirmi?» Buyurdu (ə): «Bəli‚ elədir. Ora peyğəmbərlərin namaz qıldıqları məkandır. Allahın Rəsulu (s) da‚ meraca getdikdə orada namaz qılmışdır. Cəbrayıl (ə) ona dedi: «Ey Məhəmməd! Bura sənin baban Adəmin və (başqa) peyğəmbərlərin namaz qıldığı məkandır. Aşağı en və orada namaz qıl».
    Peyğəmbər (s) aşağı enib‚ orada namaz qıldı. Sonra Cəbrayıl Rəsulallahı (s) asimana apardı.»
    359. Həsən ibn Əli ibn Əbu Həmzə‚ Əbu Bəsir vasitəsilə rəvayət edir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: «Kufə məscidi necə də‚ gözəl bir məsciddir! Orada min peyğəmbər və onların min canişini namaz qılmışdır. Orada təndirdən çeşmə coşdu və Nuh (ə) gəmisini orada düzəltdi. Onun sağ tərəfi ilhai-rizvani (Behişti)‚ sol tərəfi məkr və hiylə‚ arası isə Behişt bağlarından biridir».
    Əbu Bəsirdən soruşdum: «Onun Sol tərəfinin məkr və hiylə olmasından məqsəd nədir?» Dedi: «Məqsəd, Şeytanın evləridir (İmam Hüseynin (ə) qanını axıdan Kufə hökumətinin sarayları).»
    360. İmam Rza (ə): «Kufə məscidində təkbaşına bir namaz qılmaq‚ başqa məscidlərdə camaatla qılınan yetmiş namazdan daha da fəzilətlidir.»
    361. İmam Rza (ə): «Kufə məscidi Nuhun (ə) evidir (evinin yerləşdiyi yerdədir). Kim oraya yüz dəfə daxil olsa‚ Allah-Təala onu yüz dəfə bağışlayar. Çünki Nuhun (ə) bu duası onun haqqında qəbul olmuşdur: «Ey Rəbbim! Məni‚ ata-anamı‚ mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!»
    10.6 SƏHLƏ MƏSCIDI
    362. Əbu Bəkr Xəzrəmi rəvayət edir: «İmam Baqirə (ə) dedim: «Allahın hərəmi (Məscidül-həram) və Peyğəmbərin hərəmindən (Məscidün-Nəbi) sonra hansı məkan fəzilətlidir?» Buyurdu (ə): «Ey Əbu Bəkr! Kufə pak və müqəddəs bir şəhərdir. Orada rəsul və nəbi peyğəmbərlərin‚ onların əməlisaleh canişinlərinin qəbirləri yerləşir. Bundan başqa, Səhlə məscidi də mübarək bir məsciddir. Hər bir peyğəmbər orada namaz qılmışdır. İlahi ədalət orada bərpa olunacaq‚ Tanrı qiyamçısı orada baş qaldıracaq və onun ardınca digər qıyamçılar da ayağa qalxacaqlar. Orada peyğəmbərlərin‚ onların canişinlərinin və əməlisaleh insanların evləri yerləşir.»
    363. İmam Sadiq (ə): «Çətinliyi olan hər bir kəs Səhlə məscidinə gəlib‚ orada məğrib və işa namazları arasında iki rəkət namaz qılaraq Tanrıdan yardım diləsə‚ Allah-Təala onun çətinliyini həll edər.
    364. İmam Sadiq (ə): «Kufədə «Səhlə» adlandırılan bir məscid var. Əmim Zeydin oraya yolu düşəndə‚ bu məsciddə namaz qılıb‚ Allaha pənah aparardı. Allah-Təala iyirmi il onu qorudu. Bu məscid, atlının (Xızırın (ə) endiyi yer və İdris peyğəmbərin (ə) evidir. Ona hər dəfə bir çətinlik üz gətirəndə‚ bu məscidə gələrək‚ məğrib və işa namazları arasında (müstəhəbb) namaz qılar‚ Tanrıya yalvarardı. Allah-Təala da onun bütün çətinliklərinə yol açardı.»
    365. Əbdür-Rəhman ibn Kəsir rəvayət edir: «İmam Sadiqin (ə) Əbu Həmzə Somaliyə belə buyurduğunu eşitdim:
    – Ey Əbu Həmzə! Əmim Zeydin gecələr (ibadət etmək üçün) ayağa qalxdığını görmüsənmi?
    Dedi:
    – Bəli.
    – Süheyl məscidində namaz qılırdı?
    – Süheyl məscidi haradadır? məqsədiniz Səhlə məscididir?
    – Bəli. Əgər orada iki rəkət namaz qılıb Allaha pənah aparsaydı‚ bir daha onu qoruyardı.
    – Atam-anam sənə qurban olsun! Bu Səhlə məscididirmi?
    – Bəli. İbrahimin evi oradadır. O Həzrət (ə) buradan Əmaliqəyə sarı yola düşdü. İdrisin (ə) də dərzilik etdiyi ev oradadır. Bu məsciddə yaşıl bir qaya vardır ki‚ bütün peyğəmbərlərin rəsmləri oradadır. Allah-Təala bütün peyğəmbərləri bu qayanın altındakı torpaqdan yaradıb və Merac da oradadır.
    366. Əla ibn Rəzin rəvayət edir: «İmam Sadiq (ə) mənə buyurdu: «Sizin yaxınlığınızda yerləşən «Səhlə»‚ bizim isə «Şəra» dediyimiz məsciddə namaz qılırsanmı?» Dedim: «Bəli‚ sənə qurban olum. Orada namaz qılıram». Buyurdu (ə): «O məscidə get. Çətinliyi olan (dua edib‚ hacət diləmək üçün) oraya getsə‚ elə bir çətinlik yoxdur ki‚ (o‚ həll olmasını istəsin‚ amma) Allah-Təala onu dəf etməsin. Orada bir daş vardır ki‚ üzərinə bütün peyğəmbərlərin və onların canişinlərinin adları yazılıb.»
    367. İmam Sadiq (ə): «Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qılıb‚ Allah-Təaladan mənəvi və dünyəvi hacətlərini istə. Səhlə məscidi İdrisin (ə) namaz qıldığı və dərziliklə məşğul olduğu evdir. Kim orada Allaha sevdiyi şəkildə dua etsə (yaxud istədiyi hacəti diləsə)‚ Allah onun diləyini qəbul edər və Qiyamət günü onu uca məqamlara‚ hətta İdris (ə) peyğəmbərin məqamınadək ucaldar. Dünyadakı çətinliklərdən və düşmənlərinin şərrindən amanda saxlayar.»
    368. İmam Sadiq (ə): «Bu məscid (Səhlə məscidi) bizim sahibimizin dostları ilə birgə qiyama qalxdığı vaxt (yerləşəcəyi) məkandır.»
    369. Əbu Bəsir rəvayət edir: «İmam Sadiq (ə) buyurdu: «Ey Əba Məhəmməd! Sanki indi Qaimin (ə.c.) öz ailəsi ilə birlikdə Səhlə məscidində yerləşdiyini görürəm». Soruşdum: «Ora Onun mənzilidirmi?» Buyurdu (ə): «Bəli‚ ora İdrisin (ə) də mənzilidir. Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlər orada namaz qılıb. Kim orada qalsa‚ sanki Allahın Rəsulunun evində qalıbdır. Hər bir mömin kişi və qadın oranı sevər. Hər gecə-gündüz Tanrı mələkləri oraya sığınıb‚ ibadətlə məşğul olurlar.
    Ey Əba Məhəmməd! Əgər mən sizə yaxın olsaydım‚ bütün namazlarımı o məsciddə qılardım. Bizim Qaim (ə.c.) qiyama qalxdıqda‚ Allah-Təala‚ Peyğəmbərinin (s) və bizim hamımızın intiqamını (düşmənlərimizdən) alacaq.»
    10.7 XƏYF MƏSCIDI
    370. Məhəmməd peyğəmbər (s): «Xeyf məscidində yetmiş peyğəmbər və həmçinin, Musa (ə) namaz qılmışdır.»
    371. İmam Baqir (ə): «Xeyf məscidində yetmiş peyğəmbər və nəbi namaz qılmışdır.»
    372. İmam Baqir (ə): «Kim Minada yerləşən Xeyf məscidini tərk etməzdən qabaq yüz rəkət namaz qılsa, yetmiş ilin ibadətinin savabını və hər kəs yüz dəfə Allaha həmd-səna oxusa‚ bir qulu azad etməyin savabını və hər kim yüz dəfə Allahın bir olmasını etiraf etsə, bir nəfərə həyat verməyin savabını qazanar. Kim orada yüz dəfə Allaha şükür etsə‚ sanki Kufə və Bəsrənin xəracını Allah yolunda sədəqə vermişdir.»
    373. İmam Sadiq (ə): «Minadakı Xəyf məscidində namaz qıl. Allah Rəsulunun (s) səcdəgahı‚ məscidin ortasında yerləşən minarənin kənarında idi. Bu minarə qabaq səmtdən qibləyə tərəfdir və onunla arasındakı məsafə otuz ziradır. Onun sağ-sol və arxası birlikdə otuz ziradır. Əgər imkanın varsa, orada namaz qıl. Çünki orada min peyğəmbər namaz qılıb. Bu məscidin Xəyf adlandırılmasının səbəbi‚ onun nisbətən hündür bir məkanda tikilməsidir. Belə tikililər (ərəb dilində) xəyf adlanır.»
    10.8 QƏDIR MƏSCIDI
    374. İmam Sadiq (ə): «Qədir məscidində namaz qılmaq müstəhəbdir. Çünki Peyğəmbər (s) Əmirəl-möminini (ə) burada imamət məqamına ucaltdı. Bura, Allah-Təalanın haqqı aşkar etdiyi yerdir.»
    375. Əbdür-Rəhman ibn Həccac rəvayət edir: «İmam Kazımdan (ə) səfərdə olarkən‚ gündüz vaxtı Qədir-xum məscidində namaz qılmaq barəsində soruşdum. Buyurdu (ə): «Orada namaz qıl. Bu iş çox fəzilətlidir. Atam həmişə mənə bunu (orada namaz qılmağı) tapşırardı.»
    10.9 FƏTH MƏSCIDI
    376. Cabir ibn Abdullah rəvayət edir: «Peyğəmbər (s) Fəth məscidində üç gün dua edərdi: bazar‚ bazar ertəsi və cümə axşamları. Cümə axşamı iki namazın arasında olan fasilədə O həzrətin (s) duası qəbul olduqda‚ sevindi.»
    10.10 FƏZIX MƏSCIDI
    377. İmam Baqir (ə): «Həzrət Peyğəmbər (s) xurma şərablarının dağıdıldığı gün bu məsciddə əyləşdiyinə görə‚ (xalq arasında) oranı «Fəzix məscidi», yəni «Xurma şərabı məscidi» adlandırdılar. Çünki ən çox dağıdılıb tökülən şərab, xurma şərabı idi.
    378. Leys əl-Muradi rəvayət edir: «İmam Sadiqdən (ə) bu məscidin nə üçün «Fəzix» adlandırılması haqqında soruşdum. Buyurdu (ə): «Xurma ağacının bir növü də‚ «fəzix» adlandırılır. Elə buna görə də‚ bu məscidə «Fəzix» deyirlər.»
    379. Əmmar ibn Musa rəvayət edir: «İmam Sadiqlə (ə) birlikdə Fəzix məscidinə daxil oldum. Buyurdu (ə): «Ey Əmmar bu çuxuru görürsənmi?» Dedim: «Bəli. Buyurdu (ə): «Cəfərin həyat yoldaşı (sonralar Həzrət Əlinin (ə) həyat yoldaşı oldu) övladları ilə birlikdə burada oturmuşdu. O‚ ağlayırdı. Övladları ondan soruşdular:
    – Ana nə üçün ağlayırsan?
    Dedi:
    – Əmirəl-möminin üçün.
    – Nə üçün bizim atamıza deyil‚ ona ağlayırsan.
    – Bu siz düşündüyünüz kimi ağlamaq (yas saxlamaq) deyil. Əmirəl-mömininin mənə sölədiyi bir sözü xatırladım‚ ona görə ağlayıram.
    – O‚ nə sözdür?
    – Mən və Əmirəl-möminin (ə) bu məsciddə əyləşmişdik. O, mənə buyurdu: «Bu çuxuru görürsənmi?» «Bəli.»-dedim. Buyurdu (ə): «Mən Allahın Rəsulu (s) ilə birlikdə burada oturmuşdum. O Həzrət (s) başını çiynimə qoyub‚ mürgüləməyə başlabı. Yavaş-yavaş dərin yuxuya getdi. Beləcə, əsr namazının vaxtı gəlib-çatdı. Onun başını çiynimdən qaldırmağa urəyim gəlmədi. Ona mane olmaq istəmədim. Əsr namazının (fəzilətli) vaxtı keçdi. Sonra Peyğəmbər (s) yuxudan ayıldı və soruşdu: «Ey Əli! Namaz qıldınmı?» «Xeyr.»-dedim. Buyurdu (s): «Nə üçün?» Dedim: «Sizə mane olmaq istəmədim.»
    Allahın Rəsulu (s) ayağa qalxıb‚ üzü qibləyə dayandı. Əllərini səmaya qaldıraraq‚ buyurdu: «Pərvərdigara! Günəşi əvvəlki vaxtına qaytar ki‚ Əli namazını (vaxtında) qıla bilsin.»
    10.11 HƏDISLƏR MƏCMUƏSI
    380. Məhəmməd peyğəmbər (s): «Dörd şey kamilliyə və dörd şey də günahların bağışlanmasına səbəb olar... Günahların bağılanmasına səbəb olan amillər ibarətdir: Ramazan ayında oruc tutmaq‚ Allahın evinə həcc ziyarətinə getmək‚ Allah Rəsulunun (s) məscidinə getmək və Beytül-müqəddəs məscidinə getmək.»
    381. İmam Əli (ə): «Yalnız üç məscidin ziyarəti üçün səfərə çıxılar: Məscidül-həram‚ Məscidün-Nəbi və Kufə məscidi.»
    382. İmam Baqir (ə): «Kufədə nifrin olinmuş (lənətlənmiş) məscidlər və (bununla yanaşı) fəzilətli məscidlər vardır. Bərəkətli və fəzilətli məscidlər bunlardır: Ğəna məscidi. And olsun Allaha ki‚ bu məscidin qibləsi dəqiq və torpağı pakdır. Onu mömin bir şəxs tikibdir. Qiyamət günü gəlib çatmamış onun kənarında iki bulaq və onun da yanında iki bağ yaranar. Bu məscid əhli hamılıqla lənətlənibdir və onların məscidə bir bağlılığı yoxdur.
    Bəni Zəfər (Səhlə) məscidi‚ Xəmra məscidi və Cufa məscidi ki‚ indi ondan əsər-əlamər belə yoxdur.»
    383. İmam Baqir (ə): «(Fəzilətli) dörd məscid bunlardır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi. Ey Əbu Həmzə! Bu məscidlərdə qılınan hər vacib namaz bir Həcc ziyarətinə bərabərdir. Bu məscidlərdə qılınan hər müstəhəbb namaz isə bir Həcci-ümrə ziyarətinə bərabərdir.»
    384. İmam Sadiq (ə): «Mübarək məscidlər və ziyarətgahlara getməyi tərk etmə. İlk gündən təqva üzərində bina olunmuş Quba məscidi kimi‚ Məşrəbəti-Ümm İbrahim‚ Fəzix məscidi‚ şəhidlərin qəbirləri‚ Əhzab məscidi (Fəth məscidi) kimi (müqəddəs yerləri ziyarət etməyi unutma).»
    385. Üqbə ibn Xalid rəvayət edir: «İmam Sadiqdən (s) soruşdum: «Biz Mədinənin ətrafındakı məscidlərə getmək istədikdə (əvvəlcə) hansı məsciddən başlayaq?» Buyurdu (ə): «Quba məscidindən başla və orada çox namaz qıl. Çünki (Quba məscidi) Peyğəmbərin bu məntəqədə namaz qıldığı ilk məsciddir. Sonra Məşrəbəti-Ümm İbrahimə get və orada namaz qıl. Çünki bu məkan da Allahın Rəsulunun (s) məskəni və namaz qıldığı yerdir. Sonra da Peyğəmbərin (s) namaz qıldığı Fəzix məscidinə gedib‚ orada namaz qıl.
    Bütün bunları yürinə yetirdikdən sonra Ühüd məntəqəsinə gedib‚ Hərrənin aşağı səmtində yerləşən məsciddə namaz qıl. Ardınca Həmzə ibn Əbdül-Mütəllibin qəbrini ziyarət et və ona salavat göndər. Sonra şəhidlərin qəbirlərini ziyarət edib‚ belə de: «Salam olsun sizə‚ ey bu diyarın əhli! Siz bizdən öncə bu dünyadan köçdünüz və şübhəsiz ki‚ biz də sizə qoşulacağıq».
    Ardınca Ühüdə daxil olduqda sağ tərəfdə yerləşən geniş dağların kənarındakı yerdə namaz qıl. Peyğəmbər (s) müşriklərlə qarşı-qarşıya gəldikdə‚ bir az hərəkət etdikdən sonra namaz vaxtı gəlib çatdıqda‚ orada namaz qıldı.
    Beləcə, ziyarətinə davam et və qayıdış yolunda şəhidlərin qəbirlərinin kənarında Allahın sənə yazdığı (buyurduğu) qədər namaz qıl.
    Sonra qarşı tərəfə üz tutub‚ Əzhab məscidinə get. Orada namaz qıl və Allahı çağır. (Dua et.) Çünki Peyğəmbər (s) Əzhab müharibəsi zamanı orada dua edərək‚ buyurdu: «Ey çətinlikdə olanların dadına çatan! Ey çarəsizlərə əlac edən! Ey dərdli insanların qəmini dağıdan! Qəm-qüssəmi və çətinliklərimi həll et. Sən, mənim və tərəfdarlarımın hansı vəziyyətdə olduğunu daha yaxşı bilirsən.»
    Category: Məscid | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 1453 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məscid [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024