İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 26 » Kitabın adı: Mərsiyələr
    4:58 AM
    Kitabın adı: Mərsiyələr
    Kəsilə (sinəzən)
    Şahi-din gördü gərək ya başı ətşan kəsilə,
    Ya gərək camiədən kəlmeyi-Quran kəsilə,
    Ya gərək gördü Yəzidə baş əyib beyət edə,
    Zadeyi-hind verən hökmlərə taət edə,
    Ya gərək tiği-şərər-bar çəkib nehzət edə,
    Tutdu təsmim öz dininə qurban kəsilə.
    Gördü Qurana vurur lətmə güruhi-əməvi,
    O qədər qalmayır pamal ola şəri-nəbəvi,
    Bir qiyam etdi Hüseyn nəsli-şüca ələvi,
    Ki, gərək zülmü-sitəm etməyə tuğyan, kəsilə.
    Dedi baş əymərəm ədayə başımdan keçərəm,
    İçmərəm su, susuz ölləm, su kimi qan içərəm,
    Öz əlimlə balamın qəddinə xələt biçərəm,
    Bu Minada gərək Əkbər kimi qurban kəsilə.
    Pur Sufyani açıb dinə xəyanət əlini,
    Uzadıb pak əlimə sülhü-məvəddət əlini,
    Verə heyhat Hüseyn zalıma beyət əlini,
    Ola gər əllər al-qanlı əlvan, kəsilə.
    Əl əgər düz əl ola qiymətə gəlməz elə əl,
    Pakdil şəxsə çətindir verə napak ələ əl,
    Leyk bir üzri-müvəccəhdi verəm becdələ əl,
    Bu günahın əli xoşdur gecə pünhan kəsilə.
    Aləmi-zərridən aşiqdi bu sövdayə başım,
    Döndərə mətbəxi bir vadiyi sinayə başım,
    Nizə başında gedə duri-nəsarayə başım,
    Bilələr haqqımı söz qurtula, ünvan kəsilə.
    Qoymaram dəysin əcanib əli din pərçəminə,
    Din yolunda verərəm Əsğərimi ox dəminə,
    Ağlasın xırda uşaqlar gərək Əsğər qəminə,
    Gül boğazın biçə xəncər kimi peykan, kəsilə.
    Altı aylıq balam axır ox ucundan süd əmər,
    Qan içində çabalar, əllərim üstə süd əmər,
    Ay batar, ulduz axar, qana batar qursi-qəmər,
    Nə olu zahirdə mənə çarəvü imkan kəsilə.
    Etməsəm dinimə nüsrət, olur çox nəng mənə,
    Yoxdu qorxum tuta dünyanı ədu tək mənə,
    Var Əbülfəzl kimi sahibi-örnək mənə,
    Qoymaz əldən ələmi ta ələ qoldan kəsilə.
    Delxoşam ta yaralı cismimə qan bəstər ola,
    Bu muqəddəs başımın balışı xakəstər ola,
    Gah yerim nuki cidalar gahi təşti-zər ola,
    Həqqim isbat ola, rədd etməyə bürhan kəsilə.
    Hər bəla gəlsə güvaradı mənə, yox demərəm,
    Azdı hər qədəri yarə dəysə mən çox demərəm,
    Ox gəlib qəlbimə sancılsa xoşam, ox demərəm,
    Del gərək eşqilə ləbriz ola, nöqsan kəsilə.
    Badeyi-kibri Yəzidi eləyib məsti xumar,
    Məclisə hazır edib musiqi və şürbü qumar,
    Dini baziçə edib əldə o bişərmü-vüqar,
    Küfrə tərvic verir rişəyi-iman kəsilə.
    Başımı təşnə qəfadan kəsəcəklər bilirəm,
    Hamı ağlar mənə mən qəlbidə şadam gülürəm,
    Hamı bilsin ki,mən İslam yolunda ölürəm,
    Səltənət fikri yoxum,qoy rəhi-böhtan kəsilə.
    Zülm bünyanını viran eləməkdir nəzərim,
    Zülm oduyla bu məram üstə yanar xeymələrim,
    Mən gedən xətt ilə məşyi eyləyəcək şiələrim,
    Zalım olmazlar əgər bağları ətşan kəsilə.
    Ey Kərimi, sənə tofiq verib rəbbi-cahan,
    Lütf edib hüsne rəqəm, tündü-qələm, təbi-rəvan,
    Həsrətim bir budu dünyada verən vəqtə can
    Şah gələ yanıva cismindən o dəm can kəsilə.
    Peyğəmbər vəfatında
    Gəl yanıma cəddin sənə qurban, Hüseynim,
    Quran oxu ta can verim asan,Hüseynim,
    Sənə qurban, Hüseynim!
    Gəl qolların sal boynuma, ey mehribanım,
    Qoy sinəm üstə başın, ey arami-canım,
    Sən ağlasan inciyər mənim ruhi-rəvanım,
    Məndən sonra çox eyləmə əfğan, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Sən qəlbimin aramısan, getmə kənarə,
    Əyləş yanımda, munis ol bu biqərarə,
    Qoy eyləyim ruxsarına hərdəm nəzarə,
    Sənsən yaralı qəlbimə dərman, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Sən ağlama,ağlar sənə dünya,Hüseynim,
    Başın kəsəndə təşnə ləb əda, Hüseynim,
    Sən ağlasan ağlar anan Zəhra, Hüseynim,
    Mən ağlaram ağlar şəhi-mərdan, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Gəl sal özün bir sinəmə, ey mahi-parə,
    Mən də sənin gül-cismini alam kənarə,
    Sən can verəndə mən də gəlləm ahü-zarə,
    Nəşin olanda qanına qəltan, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Məndən sonra ümmət salar başın bəlayə,
    Başın vurallar zülmilə nuki-cidayə,
    Zeynəb fərağındə gələr şurü-nəvarə
    Qamçı vurarlar başına hər an, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Atdan düşəndə torpağa gəlləm harayə,
    Zəhra salar gül cisminə zülf ilə sayə,
    Zeynəb xeymədə yalvarar əhli-cəfayə,
    Leşkər edər əxyamini talan, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Fəryad o gündən gördülər biçarə Zeynəb,
    Şümr ilə məqtəldə gəlib güftarə Zeynəb,
    Gah yalvarır Şümrə, gahi əşrarə Zeynəb,
    Hər dəm deyir Zeynəb sənə qurban, Hüseynim.
    Sənə qurban Hüseynim!
    Qardaş bu ləşkər Zeynəbi aldı arayə,
    Əldə qara əcz eylirəm əhli-cəfayə,
    Ağlar Kərimi ruzi-şəb bu macərayə,
    İstər qapından dərdinə dərman,Hüseynim.
    Sənə qurban Hüseynim!
    Şəhidlər ağasının (ə) zəban halı
    Gəl Kərbəla çölündə Minayə, ya Mühəmməd (s)!
    Məzlum Hüseynin ağlır səqqayə, ya Mühəmməd (s)!
    Gəl başlanıb bu çöldə Əbbasımın əzası,
    Ümidimi yıxıblar başında var yarası,
    Qardaşım öldü, artdı gəl başımın bəlası,
    Doğrandı cismi şan-şan, salimdi gör harası?
    Gəlmir ələ edəm həml əxyamə ,ya Mühəmməd (s)!
    Başın açıb bu çöldə gəl gör nə növi Zəhra,
    Əkbər qəmin çıxartdı yaddan yaralı səqqa,
    Sındı belim düzəlmir, yoxdur belimdə yara,
    Az vəqtə Kərbəlada çarəm kəsildi cədda,
    Gər ver təsəlli indi Zəhraya, ya Mühəmməd (s)!
    Əl tapdılar Hüseynə sərdarımı yıxanda,
    Yandı yaralı qəlbim əzasına baxanda,
    Qardaşımın üzündən öpdüm canı çıxanda,
    Əl çaldı əhli-Kufə məqsədinə çatanda,
    Qəddi xəmidə baxdım ədayə, ya Mühəmməd (s)!
    Yalqız qalıb Hüseynin səslər səni haraya,
    Qəm oldu çarəm indi tez gəl bu Kərbəlaya,
    Sındı belim büküldü bax qaməti rəcaya,
    Düşdü gözüm ziyadan gəlləm özüm nəvaya,
    Uff olsun indi ciddən dünyaya, ya Mühəmməd (s)!
    Ədəbli qardaş
    Amandı aç gözün, oyan, ədəbli qardaş,
    Məni yaman günə qoyan ədəbli qardaş,
    Gəl ayrı salma məni özündən,
    Belim sınıbdı iraq gözündən.
    Qərarü-səbrimi qəmin əlimdən aldı,
    Şəhid olanda Əkbərim başım ucaldı,
    Səsin gələndə xeyməyə Hüseyn qocaldı,
    Gedək xiyamə, amandı qardaş,
    Pozuldu halım yamandı qardaş.
    Dağıtdılar cəlalımı bəlalıyam mən,
    Bu çöldə bir solan gülün misalıyam mən,
    Mədinə qaldı indi Kərbəlalıyam mən,
    Diyari-Şamə gedəndi Zeynəb,
    Yezidi rüsvay edəndi Zeynəb.
    Cəmali-pak ənvərin qana batıbdı,
    Nəvası Əhli-beytimin guya çatıbdı,
    Olubdu qolların qələm ələm yatıbdı,
    Üzə sirişkin ələr Səkinə,
    Bir az yubansaq, gələr Səkinə.
    Bu sərvi-qamətə hərəmlərim də qurban,
    Peyğəmbərin şəbihi Əkbərim də qurban,
    Özüm də, altı aylıq Əsğərim də qurban,
    Amandı olma belə mükəddər,
    Ölübdü şayəd susuzdan Əsğər.
    Gündüzlərin gecə kimi qarası vardı,
    Hara gedər qəriblər,harası vardı,
    Amandı açma sağ gözün, yarası vardı,
    Ümidi-ali-əba Əbulfəzl,
    Şəhidi-rahi-Xuda Əbulfəzl.
    *******
    Ey şəmi-şəbistani Xuda həzrəti Əbbas,
    Canın verən İslamə fəda həzrəti Əbbas,
    Ey dərgəhi-kanuni-səxa həzrəti Əbbas,
    Sən dərdimizə eylə dəva, həzrəti Əbbas.
    Əbəlfəzl
    Qalxıb rikabımdan öpüb yalvarsa dərya içmərəm,
    Dünya suyundan içməsə övladi-Zəhra içmərəm.
    Yol üstə bica durmayın, mən Mürtəza dilbəndiyəm,
    Səf çəkmyəin, yol kəsmyəin, şiri-Xuda fərzəndiyəm,
    Bir iddə ətşan qızlara söz vermişəm, şərməndəyəm,
    Yoxdur sədaqətdə mənim qolumda əmma, içmərəm.
    Eynul-həyata çatmağa məndən pərişandır bu su,
    İbrət gözüylə baxsalar qəlbim kimi qandır bu su,
    Namərdilər, ox atmayın çox dərdə dərmandır bu su,
    Şeş mahə Əsğər içməsə qıllam tamaşa, içmərəm.
    Mən hər necə ətşan olam səbri cəmilim var mənim,
    Yorğun, susuz qızlar ilə rəncur əlilim var mənim,
    Xeymədə əlan bir bölük ətşan dəxilim var mənim,
    Babül-həvaic mənsəbim, adımdı səqqa, içmərəmə
    Yazdır amannamə çəkəm əl höccət dildaridən,
    Mən bu səbəb əl çəkmərəm bu seyyidi- əhraridən,
    Qovsa qapısından məni gəlləm yenə divaridən,
    Mövladı əmr etsə əgər, cürə su hətta içmərəm.
    Tənha Fəratın səmtinə möhr oldu məmuriyyətim,
    Xatir susuzlar xatiri su oldu əla niyyətim,
    Siz bari namərd olmayın məşgimdədir heysiyyətim,
    Xatirlərə mən verməsəm əlan təsəlli, içmərəm.
    Sizdə şərafət var əgər əlan verin qövli- şərəf,
    Fövrən zirəbəndin açım sinəm sizə olsun hədəf,
    Şərti-mürüvvətdən çıxıb ox atmayın məşgə tərəf,
    Su axsa gər bu gözlərim həsrətlə baxsa, içmərəm.
    Qəlbizdə rəhm açarı yox, ey qövmi-bipərva, sizin,
    Pərdə çəkib rüxsarıza sər pəncəyi-dünya sizin,
    Bir məşgi mən doldurmuşam nəhro şutu-dərya sizin,
    Məndən hərasan olmayın, su mən dəva da içmərəm.
    Ey Kufiyan, fikr etmyəin şiri cərahət öldürür,
    Cəng etməyə qol bağlıdır, Əbbası qeyrət öldürür,
    Siz də məni öldürməsəz, şərmü-xəcalət öldürür,
    Cami-şəhadət məstiyəm, şəhdi-müsəffa içmərəm.
    Mən xeymələrdən ayrılan saətdə çün ruhi-rəvan,
    Birdən qəfadan səslədi öz nökərin şahi-cahan,
    Bir məhrəmanə söz dedi Zeynəbdən oldum nagiran,
    Aşüftə etdi fikrimi dilbəndi-Zəhra, içmərəm.
    Süst eylədi qollarımı öz şahımın bu mətləbi,
    Dərs öyrədib Əbbasına manəndi-tifli-məktəbi
    Şam əhlini öldürmə çox, yolda döyəllər Zeynəbi,
    Əlan giriftar olmuşam,su eylər iza,içmərəm.
    Vəfalı yaralını (sinəzən)
    Dolanır kənari-Fəratidə, tapa bir yaralı-yaralını,
    Görə qardaşın tökə göz yaşın, oyada vəfalı yaralını,
    Bacısından istədi mərkəbi, səsini alanda vəzirinin,
    Qədəmin rikaba qoyanda şəh, ələmin görərdi əmirinin,
    Yıxılıb gedincə ələm yerə, itiribdi rəddini şirinin,
    Nə o qanlı pərçəmini görər, nə də məşgi xali yaralını.
    Nə qədər ki, səslir əxa, əxa, eşidə dübarə sədasını,
    Kömək istir aləmi-qeybidən, çağırır haraya anasını,
    Anacan Hüseyninə əl yetir, gülünün pozublar səfasını,
    Əyilib belim baxıram yerə, tapam ol vəfalı yaralını.
    Kömək etdi Fatimə nagəhan, tapıb inkisarilə qardaşın,
    İki qol yol üstə görüb əvvəl, ələyib üzarına göz yaşən,
    Dalısıyca hey dolanıb tapa, kəsik əllərin yaralı başın,
    Nə görüb o qollarillən bir az , yıxılıb aralı yaralını.
    Götürübdü başdan əmmaməsin, dedi ey haman şərəf danış,
    Görürəm biaz rəməqin qalır, eyləmə bu vəqti tələf, danış,
    Bilirəm dalınca anam gəlib, aparır behiştə tərəf, danış,
    Çağırar cinanə cihadidən, bəli zülcəlalı yaralını.
    Bu da fəzl həqdi ki, istədi, çıxa yaddan Əkbərimin qəmi,
    Eylə yanmadım qəmi-Əkbərə, bu qəmilə dağladı sinəmi,
    Dur ayağa xeyməyə bir gedək, gözü yolda qoyma Səkinəmi,
    Görə bəlkə gözləməyə qızım, daxi mahi sali yaralını.
    Xətərati-cəng budur ki, ox dəyə bəndi-qəlbə, qılın başa,
    Yara Əkbərinkidi bir qılın, başına dəyib oturub qaşa,
    Başına sənin baxan az qalır deyə şüşədir toxunub daşa,
    Belə hala kim salıb ey Xuda, bu başı bəlalı yaralını.
    Dönə daşa toxme-vəfa əgər, hər ürəkdə hasilə gəlməsə,
    Qızılın əyarını kim bilər, məhəki müqabilə gəlməsə,
    Qəmü-qüssə bülbülü lal edər, gül əgər gülüb dilə gəlməsə,
    Eylə zövqilə gətirib dilə, o şəhin vüsalı yaralını.
    Dedi ey muradi-qəm, nəfəsi müqəddəsi kimiya,
    Neçə ildi təşnə müridim, belə xalisanə və biriya,
    Əlini çək indi bu gözlərə, sən ey aləmin gözünə ziya,
    Səni yoxsa görməsə öldürər, bu əsfəli hali yaralını.
    Niyə indi səndən ürək sözün eyləyim nihan,gedirəm, Hüseyn,
    Məni öz xəcalətim öldürür, ürəyimdə qan gedirəm, Hüseyn,
    Ölürəm, vəfalı Səkinədən eylə nagiran gedirəm,Hüseyn,
    Su deyəndə hərdəm utandırır hərəmin maralı yaralını.
    Eylə yaxşı xidmət edib sənə, qəm odunda yanmadı qardaşın,
    Özü səslədi gələsən vəli, ayağa duranmadı qardaşın,
    Xəcil oldu axır ömrüdə, başına dolanmadı qardaşın,
    Odu inzicarilə öldürür, bu qəmi məlalı yaralını.
    Bu məsəldi Şimri sitəmgərin işi məhşərin günü səhlidi,
    Belə hiss olur ki, o zalımın qəmi yoxdu düşmən əhlidi,
    Vay o şəxsə Münzəvi, düşməni gözü bağlı, aləti cəhlidi,
    Verə Şam Zeynəbin adına, qoya dəstxali yaralını.
    Əbbasın kömək istəməsi
    Yatdı ələmim ey şəhi-sahib kərəmim gəl,
    Başımda olan sayəni kəsdi ələmim gəl.
    Qurban olum ol ərşə çatan payüvə qardaş,
    Rəhm et əli boş nökəri bimarüvə qardaş,
    Sal sayeyi rəhmət sıxılım sayəninə qardaş,
    Qoy neçə dəqiqə yaralı sayədə qalsın,
    Axır yaralı başımın əhdi yerin alsın.
    Düşmən əlinə düşdü qələm bu qələm əldən,
    Əmma kəsilən əldi kəsilməz kərəm əldən,
    Gər layiq ələmdar ola verməz ələm əldən,
    Məndən nigaran olma sən ey şahi-xocəstə,
    Düşdü əlim amma ələmin sinəmin üstə.
    Meydana yıxıldı yenə məstanələrindən,
    Gəl yandı kül oldu biri pərvanələrindən,
    Kim qaldı pərəstar ola dürdanələrindən,
    Kəşti ümidim sındı sahilə düşdü,
    Səqqa xəcil oldu sözü dildən dilə düşdü.
    Qanə qarışıb gözdən axan yaş, suya xatir,
    Gəl görüncə düşdüm oda qardaş, suya xatir,
    Qol getdi girov möhlət alıb baş suya xatir,
    Baş da tələsir zibh oluna şah qabağında,
    Ruhum quşu şahın vura cəh-cəh qabağında.
    Ey kaş bir az məşgidə sovqatım olaydı,
    Səqqalığıma mədrəki isbatım olaydı,
    Bir yerdə Səkinəylə mülaqatım olaydı,
    Solmuş gülə bari öz əlimlən su səpəydim,
    Su camı öpən ləbləri bir də mən öpyədim.
    Gördün iki əngüştlə əhrimən əlindən,
    Aldım necə öz nizəsini düşmən əlindən,
    Qardaşım Həsən mərkəbin aldım mən əlindən,
    Öldürmə dedi əfv elə bu süflə məramı,
    Nizə yerinə boynuma vur möhri qulamı.
    Gör indi necə acizəm əldən məni nalan,
    Hər aciz atır nizə edir qəlbimi şan-şan,
    Qadir deyiləm heç gələni qaytaram əlan,
    Bak eyləmərəm yüz belə bidadgər olsa,
    Əlbəttə gözüm görsə əlimdə sipər olsa.
    Meydana gələn vəqtdə mən, ey şahi-mükərrəm,
    Etmişdi Rübabın halı əhvalımı dərhəm,
    Hər qiymətə olsa dedim əlan su gətirrəm,
    Əfsus suyun qiyəməti bəllənmədi qardaş,
    Bir söz dedi düşmən aşağı enmədi, qardaş.
    Getdim nəzərə Əsğəri zehnimdə mükərrər,
    Gördüm ağarıb rəngi, süzür hey qara gözlər,
    Əz bəski, əmib ləblər olub qonçeyi-əhmər, Ənzarə çıxa göz dəyəcək gözlərə gördüm,
    Bu sağ gözümü Əsğərə göz muncuğu verdim.
    Hüseyni ziyarət edən, Allahı ziyarət edər ərşidə
    Pərvaz edir ürəklər - gülzari-Kərbəlayə,
    Əhsən deyir mələklər - zəvvari Kərbəlayə.
    Hər kəs edə ziyarət sultani-Kərbəlanı,
    Guya edib ziyarət ərşində kibriyanı,
    Səy elə vermə əldən - bu feyzi-cavidanı,
    Tez gəl amandı, tez gəl didari-Kərbəlayə.
    Hər feyzidən müqəddəm, hər fərzidən fərizə,
    Yaz altıguşə qəbrə əşgilə ver ərizə,
    Xaki-şəfanı İslam əşkinlə ver mərizə,
    İxlasilə dəxil ol dərbari-Kərbəlayə.
    Bu rahi-Kərbəladı, rəncü-bəlasız olmaz,
    Eşqin yolu çətindi, qəmsiz nəvasız olmaz,
    Tök göz yaşın camalə qədrü-bəhasız olmaz,
    Göndər bu dürrü-əşki bazari-Kərbəlayə
    Bir səs gəlir rəvaqdan vay oxlanan balam vay,
    Dərya yanında ətşan gül tək solan balam vay,
    Pərvanə tək əşrari şəmə yanan balam vay,
    Seyd oldun ey qəzalım əşrari-Kərbəlayə.
    Tufandı Neynəvada,cəm əyləşib cəm üstə,
    Matəmdi mətəm üstə,hey qəm gəlir qəm üstə,
    Səqqayi-Kərbəlanı tap nəhri-Əlqəm üstə,
    Hər dərdin olsa söylə sərdari-Kərbəlayə.
    Çıx təlli Zeynəb üstə bax qəmli xeyməgaha,
    Zeynəb o təllin üstə çox qaçdı qətligaha,
    Əl xəncərə atanda təsir edib sipaha,
    Ağlaşdı qovmi-kafir qəmxari-Kərbəlayə.
    Bilməm nə məhşər oldu əl xəncərə atanda,
    Əllər yaralananda, məcər qana batanda,
    Gün batdı Şümri-zalım amalına çatanda,
    Ləşkər xəbər apardı bimari-Kərbəlayə.
    Bir ömür səslənibsən ya Kərbəla, Kərimi,
    Bu Kərbəla, bu sənsən, eylə nəva, Kərimi,
    Əqvam və aşnayə eylə dua, Kərimi,
    Birdə çətin düşər yol bazari-Kərbəlayə.
    Category: Mərsiyələr | Views: 1327 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024