İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:47 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    İt xəstəlikləri
    1. Dəri xəstəlikləri
    "Qoturluq",(Fransız dilində "Qal" adlanan dəri xəstəliklərdən biri. Onun ziyanları: dərinin qaşınması, göynəməsi və çox xırda dənələrinin dəri üzərində görünməsi.) "keçəllik" və digər dəri xəstəlikləri, eləcə də, müxtəlif növ bit, ağcaqanaq itdə çoxdur. İt, mikrobla dolu bədənini agzı ilə yalayır və müxtəlif mikroblar dilinə yığışır, daha sonra dilini kasaya, kuzəyə, pərdəyə və xalçaya və ya öz sahibinin bədəninə, əlinə sürtür və bu vasitəylə mikrobları ötürür. ("İslam - dərmansız həkim", c.1, səh. 61)
    2. Quduzluq
    İtdə quduzluq xəstəliyi ilk günlərdə çox gizlidir, lakin az-az üzə çıxmağa başlayır. Mikrobun qarşısı alınmazsa, it ya pişik vasitəsiylə insan bədəninə daxil olub təqribən 40 gündən sonra insanı faciəli şəkildə öldürür.("İslam - dərmansız həkim", c.1, səh. 61.)
    İt xəstə olduqda bilinir
    İt, pişik kimi heyvanları evdə saxlayan şəxslər, bu heyvanlara son dərəcədə bağlılıqlarından dolayı, bu heyvanların onları xəstəliyə yoluxdurmasına əsla diqqət etmirlər. Bu məsələ səbəb olur ki, heyvanlar vasitəsilə yoluxaraq xəstəxanaya yollanmış infeksion xəstəliklərin daşıyıcılarının sayı artsın.
    Demək olar ki, hamımızın tanıdığı yayılmış xəstəliklərdən biri də, quduzluqdur. Bu xəstəlik əksəriyyətin itin dişləməsi vasitəsilə keçiciliyi təsəvvürünün əleyhinə olaraq, bədənin təması vasitəsilə (ağız suyunun yara və ya şəxsin bədəninin selikli qişası ilə təması yolu ilə) ötürülür. Hətta bədənində yara olan şəxsin dərisini yalamaq da, quduzluq xəstəliyinə mübtəla edə bilər. Bu xəstəlik üzə çıxdığı surətdə, 100% öldürücüdür, çünki xəstəliyin amili beyin çürüməsinə səbəb olaraq, xəstəni sürətlə məhv edir.
    Bir çoxları belə düşünürlər ki, heyvan quduzluğa düçar olduğu surətdə, onu bilmək, müəyyənləşdirmək mümkündür, çünki heyvan son dərəcə vəhşiləşir. Lakin bir çox hallarda, heyvan, sahibini təəccübləndirəcək qədər başıaşağı və müti olur və bu heyvanlarda da quduzluğa yoluxmaq ehtimalı vardır.(Həftenameye "Səlamət" 67-ci sayı, səh. 6, 1385-ci il (h.ş).)
    "İransəlamət" xəbər agentliyinin verdiyi məlumata görə, Kanadanın Guelv İntaryo baytarlıq universitetinin alimlərinin araşdırmalarının nəticələrinə görə, xəstələrin halının yaxşılaşması məqsədilə itləri xəstəxanalara gətirmək, xəstəliyin yayılmasına səbəb olur.
    Fransa xəbər agentliyinin yaydığı məlumatda isə deyilir ki, bu alimlərin, 18 növ xəstəliyi araşdırmaq üçün 102 it üzərində aparılmış təcrübələri isbatlamışdır ki, zahirən sağlam nəzərəçarpan itlərin 58% "Klosterdyum Difisil" bakteriyasını özündə daşıya bilər, digər hissəsi isə, başqa mikrobları o cümlədən, "Salmona", dərmanaqarşı "İkolay", "Pastorlaas" pipinin daşıyıcısıdırlar. Xəstəxana mikrobları jurnalında bu alimlərin tədqiqatlarının nəticələri göstərdi ki, itlər, xəstəxanalardan qaynaqlanmış müxtəlif çeşidli bakteriyaları xəstələrə ötürə bilirlər.("Həftenameye "Səlamət”" 70-ci sayı, səh. 7, 1385-ci il (h.ş).)
    3. İt solityoru
    Kist Hidatik (Kist Hidatik: Bəzi orqanlarda (daha çox qaraciyər, ağciyər, beyin) ekinokok adlanan parazitlərdən ibarət içi şəffaf su görkəmində kistlər. ) bir növ solityordan əmələ gəlir. Bu yastı qurddan törənən xəstəlik, "ekinokok" adlanır. İtdə bu xəstəliyin əlaməti başgicəllənməsidir.
    İt gənəsi çobanlara, evlərində it saxlayan və itlə ünsiyyətdə olanlara hücum edir.
    Bu qurd öncə bağırsağa daxil olur, sonradan qaraciyərə, ağciyərə, dəriyə, böyrəyə və s. daxil olması da mümkündür. Bu xəstəlik kəskin ağrılara səbəb olur, əgər cərrahlıq vasitəsilə sadalanan üzvlərdən onun kökü kəsilməzsə, ölümlə nəticələnir.("İslam - dərmansız həkim", c.1, səh. 57-dən 59-a kimi.)
    4 - Vərəmin (tuperkulyozun) ötürülməsi
    Fransanın görkəmli alimlərindən sayılan "Nokard" sübut etmişdir ki, tuperkulyoz xəstəliyi insandan itə və itdən insana çox keçir. O eləcə də isbatlamışdır ki, cavan şəhər itləri daha artıq vərəmə düçar olur və hava yolları və həzm borusu vasitəsilə mikrob bədənə daxil olur. Çünki it "daxma basilləri"ni yəni, zibillikdə olan vərəm mikrobunu yalayır. Əgər bir şəxsin evində it vərəmli olarsa, o məntəqə, hətta o şəhər üçün təhlükəlidir.(Həmin qaynaq.)
    ELMİ TƏDQİQ
    İtin yaladığı və ya maye içdiyi qab, öncə təmiz torpaqla sürtülməli, daha sonra bir dəfə kürr ya axar suda və yaxud iki dəfə qəlil suda yuyulmaldır.
    İtin yaradanı, mikrobu dəf etməyə göstəriş verərək buyurur: İtin mikrobunu yalnız, təmiz torpaq aradan apara bilər.
    Bu xüsusda görkəmli alimlərdən birinin kəşfi oxunaqlıdır. Bu kəşf heç də səs-küysüz başa gəlmədi.
    Bu kəşfin izahı, Fransanın Sentatin şəhərində çap edilən "Luşasor Fransa" adlı jurnalında dərc edlimişdir.
    Kəşf bundan ibarət idi ki, itin qabı dili ilə yalayaraq mikroba bulaşdırdığı surətdə, bu mikrobun məhv edilməsinin yeganə yolu, qabı torpaqla sürtməkdir.("İslam - dərmansız həkim", c.1, səh. 61.)
    QIZIL VƏ GÜMÜŞ
    A) Qızıl və gümüş qablar:
    Müctəhidlərin haramlığına dair fətva verdikləri əməllərdən biri də, qızıl və gümüş qablardan istifadə etməkdir.
    Qızıl və gümüş qabların zərərləri haqda, aidiyyatı kitablarda (Bax: "Hemotoloji xəstəliklər", müəllif: Harison və "İlk universitet və son peyğəmbər", c.3.) söz açılmışdır. Biz isə, ruhi-psixoloji zərərlər arasından, yalnız cismi zərərlərə toxunacağıq.
    Bu qabların başlıca zərəri, yeməklə qarışmasıdır. Misal olaraq, gümüş qaşığı yumurtanın sarısında yerləşdirsək, sürətlə oksidləşərək rəngi dəyişməyə başlayır; yəni yumurtanın sarısı gümüşlə reaksiyaya girir.(" Sağlamlığa on beş gün qalmış", səh.337.)
    Qızıl və gümüş qabların zərərlərinə misal olaraq göstərmək olar ki, gün ərzində C vitamininin bədənə çatması gərəkdir, qızıl və gümüş kimi ağır metallarda isə, istər xörək çiy şəklində olsun, istərsə də bişmiş, C vitamini məhv olur.("İlk universitet və son peyğəmbər", c.3, səh. 221.)
    B) Kişilərin qızıldan istifadə etməsi:
    Qızıl üzük, boyunbağıdan istəfadə etmək kişilər üçün haram, qadınlar üçün isə caiz edilmişdir. Hazırda tibb elmi, qızıldan istifadənin kişilər üçün zərəli, qadınlar üçün isə faydalı olduğunu sübuta yetirmişdir.("Günün sual-cavabları", səh.163.)
    Bəlkə də bunun səbəbini belə izah etmək olar ki, qızıl bədəndə qan hazırlanmasına yardım edir və bildiyiniz kimi hər ay qadınların bədənindən bir miqdar qan xaric olur və bu qan hazırlanması isə, itirilmiş qanın əvəzləyicisidir. Halbuki kişidə belə deyildir,(Ustadlardan biri "Daneşmənd" aylıq jurnalından nəql edərək.) əslində kişi üçün qızılın istifadəsi ümumiyyətlə əlacsız xəstəliklərlə tamamlanır! Bu barədə ətraflı məlumat üçün oxucular, Harisonun yazdığı "Hemotoloji xəstəliklər" kitabına müraciət edə bilərlər.(" Sağlamlığa on beş gün qalmış", səh.337)
    QUMAR
    İslam dinində böyük günahlardan hesab edilən qumar, xeyli sayda psixoloji, cismi xəstəliklərin və cinayətlərin amilidir. Biz bu əməlin bəzi cismi xəstəliklərinə işarə edəcəyik.
    Qumar – Stressin başlıca amili
    Psixoloqlar yekdilliklə bu qənaətdədirlər ki, stresslər – psixoloji həyəcanlar, bir çox xəstəliklərin əsas faktorudur. Misal olaraq, vitaminlərin azalması, mədə yarası, ruhi xəstəlik, dəlilik, xəfif və kəskin formada əsəb xəstəlikləri və buna bənzər xəstəliklər, bir çox hallarda, həyəcandan, təşvişdən qaynaqlanır. Qumar isə həyəcanın ən böyük yaradıcı səbəblərindəndir. Amerikalı alimlərdən biri bu barədə deyir: Hər il bu ölkədə 2000 nəfər qumarın həyəcanı nəticəsində ölür, orta hesabla bir pokerbazın (qumarbazın) ürəyi dəqiqədə yüz dəfədən artıq döyünür, qumar bəzən ürək və beyin infarktı da yarada bilər və şübhəsiz ki, tez qocalmağa da səbəb olacaqdır.
    Bundan əlavə alimlərin dediklərinə əsasən, qumarla məşğul olan şəxsin, yalnız ruhu gərginlik içərisində deyil, bütün bədən üzvləri qeyri-təbbi bir durumda yaşayır. Ürək döyüntüləri artdıqca, şəkər xəstəliyinə tutulma ehtimalı artır, daxili vəzilərin ifrazında anomaliya-pozğunluq yaranır, üzün rəngi qaçır, iştahasızlığa düçar olur və psixoloji müharibə və böhranla nəticələnən qumardan sonra yuxuya gedir. Adətən belə şəxslər əsəb sistemlərində təskinlik, aramlıq yaratmaq üçün spirtli içkilər və narkotik maddələrdən də istifadə edirlər. Belə olduqda, bu əməllərin zərərlərini də qumarın zərərlərinə əlavə etmək lazımdır.("Təfsire nomune", c. 2, səh. 126.)
    Qumarın cinayətləri və intiharlarından statistika
    Beynəlxalq statistika müəssisələrindən biri isbat etmişdir ki, cinayətlərin 30%-i qumarla birbaşa əlaqədədir. Qumar eləcə də, digər 70% cinayətlərin amilləri sırasındadır.("Təfsire nomune", c. 2, səh. 127.)
    Çox görülmüşdür ki, neçə saatlıq qumarda neçə illik zəhmətini uduzan bir kişi, xüsusilə möhtərəm, abırlı şəxs olduqda, özü ilə düşünür ki, artıq boş əllə işə başlaya və qazanc üçün fəaliyyətə başlaya bilməz, çünki şeytani əməllə öz sərvətini itirmiş, heysiyyəti təhlükəyə düşmüşdür. Belə şəraitdə nicat yolunu yalnız intiharda görən şəxs, sonda bu fikri reallaşdıraraq öz düşüncəsinə əsasən, özünü cürbəcür fikirlərdən və daxili sıxıntılardan qurtarır.("Həkim və qocanın münazirəsi", səh. 343.)
    Nəql edilmişdir ki, dünyanın tanınmış qumar mərkəzlərindən sayılan Montikarlo şəhərində, bir şəxs 19 saatlıq qumarbazlıqda, dörd milyon dollar pulunu əldən verir, qumarxananın qapıları bağlandıqda, yaxınlıqda olan meşəyə tərəf üz tutur və beyninə açdığı bir güllə atəşi ilə həyatına son qoyur.("Suallar və cavablar", səh.161.)
    Həftəlik jurnallardan biri yazır: "Qumardan doğan intiharların sayı artmaqdadır, bu xəbərin doğruluğunu Qalub müəssisəsinin nəşr etdiyi statistikadan öyrənmək olar, çünki sözügedən müəssisənin statistikası göstərdi ki, 1961-ci ildə başqa illərdən daha artıq qumarbazlar intihar etmiş və 1960-cı ildə, təkcə Parisdə 12 qumarbaz özünü öldürmüşdür".("Həkimlə qocanın münazirəsi", səh. 344, "Həftəlik informasiya" jurnalının1060-cı sayından nəql edərək)
    Qumarbazlıq haqda maraqlı əhvalat
    Tarixdə yazılıb: Məmun, qardaşı Məhəmmədəminin qətlindən sonra bir gün, Zübeydənin (Əminin anası) yanından keçərkən, Zübeydənin dodağının tərpəndiyini, özü ilə nəsə dediyini gördü. Məmun soruşdu: Ey ana mənə qarğış edirsən?
    Dedi: And olsun Allaha ki, xeyr.
    Məmun dedi: Bəs nə deyirdin?
    Zübeydə dedi: Deyirdim ki, Allah inadkarlığa lənət etsin.
    Məmun bu lənətin səbəbini soruşduqda, Zübeydə həqiqəti açıqlamaqdan boyun qaçırdı. Məmun israr etdikdə isə, Zübeydə dedi: Bir gün atan mənə əmr etdi ki, onun qarşısında lüt yeriyim, bu göstəriş isə, qumarda ona uduzduğumun şərtinə əsasən idi. O məni udduğundan istəyinə əməl etməli idim.
    Mən çarəsiz saçlarımı daradım, onun qarşısından keçdikdə, saçlarımı qarşıma tökür və ona arxa çevirdikdə isə, saçlarımı başımın arxasına atırdım, şərtimə əməl etməyimə baxmayaraq, atan məni lüt görə bilmədi.
    Ancaq buna baxmayaraq əsəbi və qəzəbli idim, elə həmin şərtlə yenidən oyunu davam etdirməyi istədim (mən udsaydım mənim istəyimə əməl olunmalı idi). Bu dəfə oyunu aparmağa çalışdım və sonda oyunu apardım, narahat olduğuma görə atana dedim: Bu dəqiqə aşpaz, kənizlərin ən çirkini, qaraüzlü və aybaşı halında olan ... Faizə ilə cinsi əlaqədə olmalısan. Atan çox yalvardı ki, onu üzrlü hesab etsin və mənə ləl-cəvahirat bağışlamaq vədəsi verdi. Lakin mən qəbul etmədim və inadkarlığım üzündən, ona dedim: Bütün var-dövlətini mənə bağışlasan da faydasızdır. Mən öz şərtimə israr etdim və nəhayət atan o kənizlə əlaqədə oldu. Bu əlaqəylə sənin nütfən bağlandı və nəhayət sən dünyaya gəldin və mənim oğlumu qətlə yetirdin.("Məcalis əl-Muhibbin", c.1 səh. 221)
    Pasur oyunu (kart oyunu)
    Fəqihlər kartla oynamağı, hətta udub-uduzmaq olmasa da, düzgün hesab etmirlər. Bu fətvanın dəlillərindən biri də, pasurun qumar aləti sayılmasıdır. Əgər o, cəmiyyət arasında qumar alətlərindən sayılmazsa, caiz olacaqdır.
    Cismi zərərləri
    Əziz oxucular, deməyin ki, məgər şərtsiz kartla oynamaq nə kimi zərərə malik ola bilər? Çünki mən bu cümləyə inanan çoxlarını tanıyırdım ki, gecənin yarısına kimi kartla oynayır və səhər görəcəyi işdən qalırdılar, tədricən şərtlə oynamaq (hətta bir kq şirniyyat üçün) ortaya gəldi və daha sonra az-az şərab, siqaret, narkotik maddələrin büsatı açılaraq yaşayışları aradan getdi.
    Bu oyunun cismi zərərləri misal olaraq, sadalanan ziyanlardan (narkotika, şərab, siqaretə... qurşanmaq) əlavə bu oyunun yaratdığı yüksək stressi göstərmək olar. Bu həyəcan bir çox ürək, beyin, həzm və qan təzyiqi xəstəliklərinə səbəb olur. Kitabın müxtəlif yerlərində alimlərin nəzərində həyəcanın törətdiyi əngəllərdən söz açdıq.
    LƏVAT (Homoseksualizm)
    Homoseksualizm, kəskin yasaq qoyulmuş böyük günahlardan biridir. Ləvat edən və edilən şüurlu və həddi-büluğa çatmış olarsa, şəri cəzası onu qılıncla ya daşqalaq etməklə yaxud diri-diri yandırmaqla və ya əl-ayağını bağlayaraq yüksəklikdən yerə atmaqla öldürməkdir. Qətlin növünü isə, şəriət hakimi seçməlidir.
    Bu əməldə zinada qeyd etdiyimiz bir çox xəstəliklərdən əlavə, anus dəliyində yığışan mikroblar vasitəsilə ötürülən xeyli sayda xəstəliklər də vardır.
    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1387 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024