İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    5:31 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    ALTINCI FƏSİL
    Bəzi təriflənmiş və məzəmmətlənmiş xasiyyətlərin sağlamlıqdakı rolunun elmi yolu ilə sübutu.
    Bu fəsli tərtib etməkdən məqsəd, bir neçə müstəhəb işlərin və bəyənilən xasiyyətlərin sağlamlıqda rolunu, eləcədə bir neçə məkruh və məzəmmətlənmiş işlərin cismi xəstəliklərdəki rolunu elm və alimlərin nəzərilə araşdırmaqdır. Bununla siz qəti şəkildə inanacaqsınız ki, İslamın göstərişləri hətta tibbi və cismi baxımdan da hikmətsiz deyil.
    EVLƏNMƏ
    İslamda təkid olunmuş işlərdən biri də evlənməkdir. Kim günaha düşməsindən qorxarsa, evlənmək ona vacib olur.
    Evlənmə və uzunömürlülük
    Bəlkə də bir çoxları üçün inanılmaz olan məsələlərdən biri də statistikanın verdiyi məlumata əsasən evli insanların ömrünün subay insanların ömründən çox olmasıdır. Halbuki ilk baxımdan adama elə gəlir ki, evlilikdə olan bir sıra çətinliklər, o cümlədən ailə güzaranını təmin etmək məsuliyyəti, övladın tərbiyəsi, fikir ayrılığı və bu kimi xoşagəlməz işlər ömrün azalmasına gətirib çıxaracaq. Fərzad Həkim "Uzun ömürlüyün sirləri" kitabında yazır: "Amerikanın "Park Deyvis" müəssisəsənin hazırladığı məlumata əsasən, evlilərin ömrü subayların ömründən daha çoxdur. Belə ki, evli kişi və qadınlara nisbətən subay kişilərdə ölüm 75%, qadınlarda isə 50% çoxdur.
    1966-cı ildə dünya mətbuatlarında yayılmış məlumat evli kişilərin ömrünün subay kişilərin ömründən çox olmasını bir daha sübut etdi. Verilən məlumatda bu fərqin səbəbinin kişilərin təkliyə dözümsüzlüyündən irəli gəlməsi bildirilir. ("Uzun ömürlülüyün sirri", səh.134)
    Müxtəlif araşdırmalar evlənən insanların, ictimai ruhiyyəli şəxslərin və çoxlu dostu olanların çox yaşamasını sübut edib.
    Koliforniya universitetlərində aparılan tədqiqatlara əsasən 10 il ərzində 45 yaşından 64 yaşına kimi insanlar arasında ölənlərin sayı evlilərlə müqayisədə subay insanlarda iki dəfə çox olub. Bu məsələnin, onların arasında yaranan insanlıq əlaqəsindən irəli gəlməsi nəzərə çarpır.(Yüz yaşamaq üçün yüz məsləhət, səh.140)
    Evlənmək bir məntəqəni uzun ömürlü olmasına səbəb olur
    Azərbaycanda Dağlıq Qarabaq adlı bir məntəqə yerləşir. Orada hər ailənin 10 dan – 21 dək övladı var. Bu məntəqədə 150 min əhali yaşayır. Onlardan 29,5 faizi 100 yaşından yuxarıdırlar.
    Bu məntəqədə yaşayan 100 yaşlıların 79 faizini qadınlar təşkil edir. Onların uzun ömürlü olmasının sirrini aşağıda qeyd olunan bir neçə işdə görürlər:
    1- Tütün məhsullarına adət etməmək
    2- Daima işləmək
    3- Tez yatıb tez durmaq
    4- İlin yarısını açıq havada keçirmək
    5- Süd içmək
    6- Tez evlənmək.(Hörmətli oxuculara bəllidir ki, insanlarının uzunömürlülüyü, gözəl ab-havası, səfalı yerləri ilə dillər əzbəri olan Qarabağ hazırda yağı düşmənlərin tapdağı altındadır. Əfsuslar ki, müəllifin çox yaşamalarına dair söz açdığı Qarabağ əhalisi, hazırda öz yurdundan-yuvasından uzaq düşmüşlər. İndi nə o azad, təmiz havadan və nə düzgün qidalanmadan bir xəbər var. Uca Allahdan tezliklə Qarabağın Azərbaycana qovuşmasını diləyirik (mütərcim).)
    Subaylıq və qan təzyiqi
    Çikaqo universitetinin tədqiqatçıları maraqlı nəticələr əldə ediblər: Tənha yaşayan insanlar gərginliklə üzləşdikdə daha çox qorxu hissi keçirirlər. Çətinliklərlə üzləşdikdə onların müqavimət gücü evlilərinkindən az olur. Tənha yaşayan insanlar stressə qarşı passiv reaksiya göstərirlər. Belə ki, heç kimdən kömək istəməyərək çalışırlar ki, çətin vəziyyətdən qaçsınlar. Yolu onlarda zəif olur. Tək yaşayan insanlarda, bu məsələlər qan təzyiqinin artması ehtimalına səbəb olur (cavan olsa da belə). Bu insanların yaşı artdıqca situlik təzyiqi də artır.("Səlamət” həftəlik jurnalı, 1385 (h.ş) 81-ci sayı.)
    Evlənmək əvəzinə qızla münasibət yaratmaq
    Əgər "evlənməklə ömrnün uzanmasına dair gətirdiyiniz dəlillərdə, qızlarla münasibət yaratmağın evlənməklə nə fərqi var?" deyilərsə, cavab veririk: Əvvəla: Əgər bir nəfər qanunsuz cinsi əlaqələr yaratmaq istəyirsə, ruhi zərərlərdən və Allahın qəzəb və əzabından əlavə qadınlarda olan müxtəlif cismi xəstəliklər onada keçəcək.
    İkincisi: qanunsuz cinsi əlaqələr qeyri-təbii cinsin meylin yaranmasına səbəb olur. Bu da fitrətin və insan təbiətinin tələblərilə münasib deyil. Bu daimi və yorucu meyl şübhəsiz ömrün azalmasına gətirib çıxardır. Evliliyin, yəni əlaqələrin bir qadına yönəlməsinin təsirlərindən biri də onun, müəyyən bir insanla eyni tərzdə yaşamağa, cinsi meyli normal səviyyədə saxlamağa səbəb olması və qeyri-təbii cinsi meylin təhrikinə mane olmasıdır. Beləliklə, subayların özlərinə nəzarət etmədən tam azad şəkildə öz ehtiraslarını təmin etdikləri zaman yaranan problemlər və sağlamlığın təhlükə altına düşmək qorxusu heç vaxt evli saleh və təqvalı insanlara üz verə bilməz.
    DİNİ-İCTİMAİ PROQRAMLAR
    İslam dininin bir çox göstərişləri, o cümlədən; cümə və camaat namazı, qohumlar arasında əlaqə yaratmaq, bir birini yoxlamaq, qohum və dostu ziyarət etmək, iftar vermək, xərc etmək, başqalarına qulluq etmək, öyrədib-öyrənmə və sair kimi işlər ictimai tapşırıqlardandır. Yeni aparılan axtarışlar nəticəsində bu göstərişlərin və ictimai fəaliyyətlərin insanın sağlamlığında təsirli rolu aydınlaşdırılıb (İslamın bir çox göstərişləri ictimai əsaslarda qurulmuşdur).
    Beləliklə bu tədqiqatların bəzisinə diqqət edin:
    A) Sağlamlıqda, dini əməllərin təsiri dərman və idmandan daha çoxdur
    Amerikada bir universitetdə aparılan elmi axtarışa əsasən insanların həftəlik dini mərasimlərdə iştirakının təsiri dərman və idman proqramları ilə müqayisədə göstərir ki, həftəlik dini mərasimlərdə hazır olmaq ömrün uzunluğunda nizamlı idman proqramlarından və icazəli dərmanların işlədilməsindən daha təsirlidir. Amerikanın "Vaşinqton post" qəzeti yazır: Dini həftəlik mərasimin nizamlı idman ya dərman qədər ömrün uzunluğunada təsirli ola bilərmi? Bu sual, Peterburq mərkəzi tibii universitetinin bir sıra müəllimlərinin tədqiqat mövzuları olub. Bu tədqiqatın nəticələri Amerikanın "Ailə təbabəti" jurnalında çap olunmuşdur. Onlar ölüm haqqında əldə edilmiş mütaliələrdən istifadə edərək, həftəlik ibadətlərin 2 ildən 5 ilədək ömrün uzanmasında təsirli ola bilməsini proqnozlaşdırıblar. Belə ki, bu miqdar, 3 ildən 5 ilədək edilən nizamlı idmanla və 2,5 ildən 3,5 ildən kolestrolun azalması üçün qəbul edilmiş dərmanla bərabərdir.
    Bu tədqiqata rəhbərlik edən keşiş "Danyal Hal" tədqiqin əsas ideyasını təqdim edib. Göstərilən nəticəyə əsasən dini əməllər və sədəqə vermək, dərman üçün ödənilmiş pula nisbətən daha sərfəlidir.("Səlamət” həftəlik jurnalı, 1385 (h.ş) 79-cu sayı.)
    B- "Mişqan" universitetində aparılan araşdırmalar tək-tənha yaşayan qadınlarda ümumi ölümün sayının ictimai qadınlara nisbətən 1,5 dən 2-dəfəyədək çox olmasını göstərir. Eləcədə az dostu olan, ictimai əlaqəsi zəif və bədən fəaliyyəti məhdud olan kişilərin ölüm miqdarının digərlərindən 2-3 dəfə çox olması göstərilir.("Yüz yaşamaq üçün yüz məsləhət", səh.140.)
    Bekarçılıq
    Ruhi və cismi xəstəliklərə səbəb olan amillərdən biri də bekarçılıq və tənbəllikdir. Bu barədə İmam Baqir (ə) buyurub: "Tənbəllik və hövsələsizlikdən çəkin! Belə ki, bu iki şey hər bir pisliyin (o cümlədən xəstəliklərin) açarıdır. Bekarçılıq mühüm mövzulardan olduğu üçün son zamanlar ictimai elmlərin tədqiqatçıları və həkimlər tərəfindən diqqət mərkəzinə çevrilmişdir. Bekarçılıq barəsində aparılan tədqiqatların bəzi maraqlı nəticələri aşağıdakılardan ibarətdir:
    1- İşləyən insanlarla müqayisədə bekar insanların cismi sağlamlığı az olur. Cismin zəifliyi, ürək və nəfəs sistemi kimi xəstəliklərin artmasına səbəb olur.
    2- Ümumi ölümün və intiharın sayı bekar adamlarda daha çoxdur.
    3- Öz işini itirdyi müddətdə həkimlərə müraciət edənlərin sayı artır. İşin itirilməsi stress əmələ gətirir.
    4- Siqaret və narkotik maddələr istifadə edənlərin sayı bekar insanlardan daha çoxdur. Kişilərin bir çoxu öz sağlamlıqlarını təhlükə altına atırlar. Bekarçılığın kasıbçılıqla çox yaxın əlaqəsi var. Kasıblıq həmişə sağlamlıq üçün təhlükəlidir. İnsanların bekarçılığı nə qədər uzun çəkərsə, kasıblıq onlara üz tutar. Nəticədə xəstəliklər artar. Kasıblıq bais olur ki, insan yeməyə, geyməyə, evin təmirinə, bazarlığa, yanacaq və sair işlərə az pul xərcləsin. Bu iş də xəstəliyin çoxalmasına səbəb olur. Buna misal olaraq demək olarki, fəqirin yemək rejimi olan yeməklər, (çoxlu miqdarda heyvan piyi olan yeməklərdən istifadə etmək, fibrli vitaminlərin və mineral maddələrin az istifadəsi) ürək xəstəliklərin artmasına, kökəlmək və digər xəstəliklərin yaranmasına zəmin yaradır. Digər tərəfdənsə rütubət və qış fəsilində kifayət qədər istiliyin olmaması, soyuqdəymə, öskürək və xüsusilə də uşaqlarda şiddətli nəfəs yolu xəstəliklərinə səbəb olur. Bütün bunlar yığışaraq sağlamlığı təhlükə altına salır.
    Beləliklə bekarçılığın insan sağlamlığında və həyat tərzindəki təsirlərini, ruhi və cismi sağlamlıqların təsiri altına aldığını müşahidə edirik. ("Daneşmən" aylıq jurnalı, 1378 (h.ş) mordad ayı, səh.47.)
    HÜSNÜ-ZƏNN (NİKBİNLİK)
    Bir çox rəvayətlərdə imamlar bizi hüsnü zənnə təşviq ediblər. Belə ki, İmam Əli (ə) buyurmuşdur: "Ən üstün möminlik nikbinlikdir". Digər hədisdə buyurub: "Nikbinlik ürək rahatlığı üçün mənbə və dinin salamatlığıdır".Eləcə də başqa bir rəvayətdə buyurulub: "Hüsnü-zənn qəmi azaldar və günaha düşməkdən çəkindirir".("Mizan əl-Hikmənin müntəxəbi" kitabında (c.2, səh.637) nikbinlik haqda bir neçə hədis.)
    Hüsnü-zənnin cismi faydaları
    Nikbincəsinə düşünmək immun sistemini qüvvətləndirir, xərçəng xəstəliyinə ürək xəstəliklərinə və bir çox digər xəstəliklərə, qarşı müqaviməti artırır.("Yüz yaşamaq üçün yüz məsləhət", səh.133.)
    "İsna" internet xəbər agentliyinin verdiyi məlumata əsasən, İran psixoloqlarının fikrincə nikbin insanlarda ümumi ölümün sayı, cəmiyyətin digər insanlarından 50 faiz azdır. Belə ki, ürəklə bağlı çatışmazlıqlar da başqalarına nisbətən bu insanlarda 33 faiz azdır. ("Səlamət” həftəlik jurnalı, 1385 (h.ş).)
    Maraqlı burasıdır ki, dini baxımdan nikbinlik hər yerdə yaxşı deyil. Məsələn: İnsanlarının çoxu pis olan bir yerdə hüsnü-zənn etməyə yer qalmır. Əgər belə bir yerdə hüsnü-zənn etsəniz başınıza bir bəla gəlsə özünüzdən başqasını məzəmmət etməyin.
    Diqqət etmək lazımdır ki, insana dünya və axirət sağlamlığını qazandıan kamil hüsnü-zənn Allah-taalaya olan hüsnü-zənndir.
    Hüsnü zənn və yaxşı əhval-ruhiyyəli məhbus
    Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür. Bir müddətdən sonra onları azad edirlər. Onlardan biri yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa peyğəmbər (ə) kök kişidən soruşdu: "Sənin kökəlməyinə səbəb nə olub?" Kişi deyir: "Allaha qarşı olan gümanım xoş idi, və ona (Allaha) hüsnü zənn edirdim"
    Həzrəti Musa (ə) arıq kişidən soruşdu: "Sənin bəd hal və arıq olmağına səbəb nə idi? "Deyir: "Allahın qorxusu məni bu hala salıb". Həzrət Musa (ə) əllərini qaldıraraq dedi: "İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah et görüm bunların hansı üstündür. "Allah taala buyurur: "Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür."("Yüz mövzu, yüz dastan".)
    QƏZƏB VƏ ƏSƏBİLİK
    İmamlarımız (ə) müxtəlif söhbətlərində bizi qəzəb və əsəbilikdən uzaqlaşdırıblar. O cümlədən: İmam Baqir (ə) buyurub: "Kim öz qəzəbini büruzə verə bildiyi halda onu boğarsa Allah taala qiyamət günü onun ürəyini aramlıq və imanla doldurar". Eyni zamanda İmam Sadiqdən (ə) nəql edilmiş kəlamda buyurulur: "Qəzəb hər bir pisliyin (mənfi xüsusiyyətin, o cümlədən xəstəliyin) açarıdır."("Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh. 769.)
    Qəzəb və mədə yarası
    Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və ruhi narahatlıqları mədədə yara əmələ gəlməsinin amillərindən biri bilir. O, deyir: "qəzəb zamanı mədə cəngavərcəsinə coşaraq qırmızı alov rənginə düşür. Bu vaxt turşu ifraz olunur. Deyilənə görə elə həmin turşu mədə yarası əmələ gətirir.("İlk universitet, son peyğəmbər", c.3, səh. 80.)
    Amerkalı həkim Uilyam Biyumant apardığı təcrübə əsasında belə bir nəticəyə çatıb ki, əsəbilik və ruh düşgünlüyü turşu ifraz etməklə mədə pozuntusuna gətirib çıxardır. Bu zaman mədə öz işini mükəmməl şəkildə görə bilmir. Halbuki, insan şadlanarkən yemək yaxşı həzm olunur.("Öz həkimimiz olaq", səh. 195.)
    Qəzəb və sair xəstəliklər
    Əsəb sıxıntıları müdafiə reaksiyası olaraq bəzən insanları ölümdən qurtarır. Adernalin kimi maddələrin azad olması potensial təhlükə ilə üzləşdikdə insanın reaksiyasıni onun qarşısında şiddətləndirir. Amma əsəb sıxıntıları həddini aşarsa onların dağıdıcı təsirləri bədəndə yığışaraq insanı müxtəlif xəstəliklərə və hadisələrə məruz qoyur. Belə nəticə çıxarmaq olar ki, 65 yaşından qabaq xəstəliklər və ölümün üçdə ikisi əsəbdəndir.
    Gərgin həyat sizin bədəninizi viran edərək onu müxtəlif xəstəliklərə o cümlədən: ürək xəstəliklərinə, beynə qan sızma, mədə və on iki barmaq bağırsaq yaralarına, astmaya, mədə şişməsinə, menstruasiya pozuntularına, kolit (yoğun bağırsağın iltihabı) xəstəliyinə, ürək anginasına, bağırsaqların qızışdırıcı apterik qan təzyiqinin artmasına, beyin, ürək və böyrək damarlarında qan azlığına və baş ağrılarına məruz qoyur.
    Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bədənin immun sistemi, beyin və sair kimi hissələrin bir-birilə müxtəlif yollarla əlaqəsi var. İnsan həyəcanlanarkən, beyin bir sıra maddələr buraxaraq immun sisteminə və bədənin sair üzvülərinə təsir qoyur. Bədənin müxtəlif hissələridə maddələrin sızılması yolu ilə beyinə təsir qoyur. Belə ki, mənfi fikir, düşüncələr və həyacan bədənin sağlamlığını pozur. Stress yaradan səbəbləri aradan qaldırmağı bacarsanız öz cismi sağlamlığınıza kömək etmiş olarsınız.
    Düşmənçilik və əsəbilik, əsəb sıxıntılarının qan qardaşlarıdır. Müvəqqəti əsəbiliyin özü də təhlükəli olmasına və ölüm vəziyyəti yarada bilməsinə baxmayaraq, uzun və xroniki tərzdə əsəbilikdən düşmənçilik yaradan rəftarlardan pis ola bilməz.(Yüz yaşamaq üçün yüz məsləhət.)
    Tədqiqatçılar deyir: "Bizi incidən şəxsə qarşı qəzəbinizi boğa bilsəniz ruhi və cismi sağlamlığınızda təsirli rolu olar".
    Qəzəb və quduzluq
    Tez qəzəblənən insanların quduzluq xəstəliyinə oxşar bir xəstəliyə düçar olması məşhurdur. Əgər əsəbi halda bir nəfəri dişləyərlərsə, dişlənilən şəxs ağrılı bir ölümə düçar olar. Buradan aydın olur ki, qəzəbli insanların ağız suyu təkcə özləri üçün deyil, digərləri üçün də zəhərdir ("Aşiqlər diyarı", c.5, səh.329.) (Bəlkə də o məşhur söz bu qədər kəskin deyil. Amma heç olmasa əsəbilik və qəzəbin qorxulu olmasını çatdırır).
    GÜLÜŞ
    Məsum İmamlar (ə) bizə gülərüzlü olmağı, təbəssüm etməyi tövsiyə ediblər. O cümlədən həzrət Fatimə (s) buyurub: "Möminlə üzləşərkən təbəssüm edən şəxsə cənnət vacib olar".("Mübəlliğlərin mövzular üzrə ensiklopediyası", səh.164.)
    Elm və din baxımından gülüşün sağlamlıqda rolu
    Psixoloqlar gülüşlə bədən sağlamlığı arasında yaxın əlaqə olduğunu bildirərək onun, sağlamlığın ən üstün dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər. Onlardan bəziləri öz müalicələrini gülüşlə yerinə yetirərək sağlamlığı ruhun təravətində axtarırlar. Elmi tədqiqatlar da gülüşün insanın cismində, ruhunda, emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir. Almaniyanın xəbər agentliyinin bildirdiyinə görə: "Almaniya tədqiqatçılarının apardıqları axtarışlar qəti surətdə sübut edir ki, gülüş, bütün bədənin istirahətinə, (həyəcan zamanı çırpınan) ürəyin sakitləşməsinə və qan təzyiqinin düşməsinə kömək edir. Gülüş eləcə də mədə şirəsinin ifrazını təhrik edir və stressin səviyyəsində təsirli rolu olaraq bədənin təhlükəsizlik sistemini qüvvətləndirir". Bu tədqiqatçılar əlavə edirdlər ki: "Bir az gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına və fərdin iş qabiliyyətinə kömək edə bilər".
    Korman Kazniz "Bir xəstəliyin izahı" kitabında qeyd edir ki, sağlam və təbii həyatı yenidən başlamaq üçün iflic xəstəliyilə necə mübarizə edib. O, inanır ki, onun əsas dərmanı gülüş olub.
    "Mənfi kitab" əsərinin müəllifi Con Racer deyir: "Ağrının şiddətindən gözlərinə yuxu getməyən Kuzins adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə dəqiqəlik gülüşlə ağrılarını bir neçə saat sakitləşdirərək rahat yata bilər. O, bu yolla öz sağlamlığını geri qaytara bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. Insan gülərkən bütün əzələləri və əsəbləri genişlənərək sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu üçün bir növ idmandır. Gülüş ağciyərin açılmasına və nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər inanırlar ki, gülüş ömrü uzadır. Şadlıq və gülüş dözülməz xəstəliklərin qarşısını almaqdan əlavə, böyüməkdə olan xərçəng xəstəliyinin də qarşısını alır. Rəvayətlərdə gülüşün insan sağlamlığında müsbət rolundan söz açılır. Burada onlardan birinə işarə edirik:
    Bir nəfər İmam Sadiqin (ə) yanına gələrək "bəlğəm" xəstəliyindən şikayətlənir. İmam Sadiq (ə) buyurur: "Səni güldürə biləcək kənizin yoxdurmu? Xəstə kənizin olmadığını bildirir. O, həzrət buyurur: "Özünə belə bir kəniz seç! Çünki, gülüş bəlğəmin yox olmasına səbəb olur.("Məsumların (ə) həyatında kədər və sevinc", səh. 144.)
    Qəhqəhəylə gülməyin tibbi ziyanları
    İslamda təbəssümlə gülmək bəyənilir, qəhqəhəylə gülməksə bəyənilmir. İmam Əli (ə) gülümsəmək barəsində buyurur: "Ən gözəl gülüş təbəssümdür".("Mizan əl-Hikmə", c.5, səh.481.) Imam Sadiq (ə) qəhqəhə barəsində belə buyurur: "Qəhqəhə şeytan əməlidir".
    Rəvayətlərdə qəhqəhədən çəkinməyin səbəbi olaraq insan vüqarının aradan getməsi, daş ürəkli olması və sair kimi işlər göstərilsə də, bəlkə də onun tibbi səbəbləri də şəriətdə nəzərə alınıb.
    Qəhqəhə tibbi cəhətdən də ziyanlıdır. Belə ki, çoxlu həyəcan keçirir. Biz bu kitabın amillərin əvvəliki fəsillərində "Həyəcan ürək narahatlıqlarına, mədə yarasına və sair xəstəliklərə bais olur"- dediklərini qeyd etmişdik.
    Doktor Pak Nejad bu barədə yazır: "Qəhqəhə bütün insanlara zərərlidir. Ürək damarları xəstəliklərinə tutulmuş insanlara isə qorxuludur".
    Bu günlərdə aydın oldu ki, dünyada bir neçə tanınmış şəxsin gülməkdən ölmələrinin səbəbi güman ki, ürək damarlarındakı narahatlıqlar olub. Həmin şəxslərdən biri də Sipakusun zalım padşahı Venisdir ki, onun bir qəhqəhəsi xalqı onun zülmündən qurtardı.
    Papa X Leon Fransanın padşahı I Fransuanın italyanlara məğlub olduğunu eşidəndə qısa, amma şövq və fərəhlə güldüyü üçün dünyasını dəyişib.("İlk universitet, son peyğəmbər", c.6, səh. 294.)
    İNTİQAM ALMAQ (DÜŞMƏNÇİLİK)
    Məzəmmətlənmiş xislətlərdən biri də düşmənçilikdir. Kimdə bu sifət olarsa, onun rahatlığı olmaz və sonda bu rahatsızlıq çoxlu xəstəliklərə səbəb olacaq. İmam Həsən Əsgəri (ə) buyurub: "Ən narahat insan, intiqam hissiylə yaşayan insanlardır". Başqa bir rəvayətdə Əmirəlmöminin Əli (ə) buyurub: "Düşmənçilik edən şəxsin canı əzabda, qəmi isə ikiqat olar".(Mizan əl-Hikmənin müntəxəbi", c.1, səh. 281.) Tədqiqatçıların ürək arteriyası xəstəliyinə tutulmuş 1300 kişi və qadın üzərində apardıqları araşdırmada məlun olub ki, düşmənçilik ruhiyyəsi olan cavanlar 14 il ərzində mülayim xasiyyətli digər yaşıdlarına nisbətən daha çox ölüm təhlükəsi qarşısında olmuşlar.("Səlamət” jurnalı, 30-cu sayı, 1384 (h.ş), səh.11)
    DİŞ FIRÇASI
    İslamda təkid olunmuş müstəhəb işlərdən biri də dişlərin fırçalanmasıdır. Onun üçün bir çox gigiyenik faydalar qeyd olunub. Bu iş çox əhəmiyyətli olduğu üçün Peyğəmbər (s) buyurub: "Cəbrail (ə) həmişə mənə dişlərimi fırçalamağı tövsiyə edirdi, belə ki, tezliklə bu işin vacib olacağını fikirləşirdim". İndi isə bu işin bəzi tibbi faydalarına işarə edəcəyik.
    Rəvayətlər və dişlərin fırçalanmasının faydaları
    Hədislərdə dişlərin fırçalanması üçün 26 fayda zikr olunmuşdur. Biz onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik. Daha sonra həkimlərin bu barədə dedikləri sözlərə işarə edəcəyik ki, İslam dininin 14 əsr bundan əvvəl buyurduğu elmi möcüzələr haqqında düşünəsiniz.
    İmam Sadiq (ə) buyurub: "Fırçada Peyğəmbərin sünnəsi olan 12 xislət var. Ağızı ətirli edir, gözü işıqlandırır, Allah taalanın razılığına səbəb olur, dişləri ağardır və çürüməyin qarşısını alır, diş ətini bərkidir, yeməklərə qarşı iştah yaradır, bəlğəmə son qoyur, yaddaşı gücləndirir, edilən yaxşılıqları 70 dəfə çoxaldır, mələkləri sevindirir".("Mizan əl-Hikmənin müntəxəbi", c.1, səh.520.)
    Başqa bir rəvayətdə buyurulur: "Dişləri fırçalamq qəm-qüssəni yox edir".
    İmam Rzadan (ə) nəql olunub: "Fırça gözü nurlandırır və bədən tükünü (saçları) çoxaldar".("İslamda tibb və həkimlik etikası", səh.211.)
    Müasir tibb baxımından dişlərin fırçalanması
    Bütün bədən üzvülərinin bir birilə əlaqəsi olduğu üçün dişlərin xəstə, sağlam, güclü və zəif olması bədənin iş mexanizminin xəstə, sağlam, zəif və qüvvətli olmasında təsirlidir. Təbiidir ki, bu məsələnin özü insanı dişlərini qorumağa və onların sağlamlığına əhəmiyyət verməsinə vadar edir. Çünki, dişlərin sağlamlığı təxminən bütün bədən üzvülərinin sağlamlığı deməkdir.
    Həkimlər deyirlər: "Dişlərin arasında qalmış yeməklərin çirkinlikləri və mikrobları ağızdan mədəyə sirayət edərək həzmin zəifləməsinə, mədənin xarab olmasına və qıcqırmasına səbəb olur. Bu da böyrək və ağciyər xəstəliklərinə səbəb olur. Hətta bəzən bu mikrob və çirkinliklər badamcıq vəzlərinə, eləcə də buruna da təsir qoya bilər. Belə ki, burun tüklərinin xəstəliklərinə səbəb olur. Bundan əlavə natəmizlikdən və çürümüş dişlərdən əmələ gəlmiş diş xəstəlikləri qulaq ağrıları və xəstəliklərinə səbəb olur. Eləcə də bəzi göz xəstəliklərinin yaranmasına da səbəb olur. Çünki göz və qulaq sinirlər vasitəsilə dişlərə birləşir. Bəzi ağız xəstəliklərinin oynaqlarda təsir qoyub qaraciyərin ağrılığını artırdığı kimi tuperkulyoz və digər sayılmış xəstəliklərin müalicəsində də həkim hər şeydən əvvəl xəstənin dişlərinə diqqət edir.
    Bəzən dişlərdə yeməyin artıqlarından əmələ gələn "Kotik" adlı bir turşu, dişlərin üst səthinə təsir qoyaraq onların kənarını xarab edir. Beləliklə kələ-kötür və xoşa gəlməyən şəklə salır. Bu məsələ, yemək qalıqlarının dişlərin arasında qalmasına kömək edir. Beləliklə də mikroblar yaranır və bir çox ağrılar, narahatlıqlar insana üz tutur. Habelə damağ yarasına səbəb olur.("İslamda tibb və həkimlik etikası", səh.218.)
    Tədqiqatçıların apardıqları axtarışlar göstərir ki, ağız təmizliyilə ürək xəstəliklərinə düçar olmaq təhlükəsindən uzaq olmaq arasında birbaşa əlaqə var.("Səlamət” jurnalı, 30-cu sayı, 1384 (h.ş), səh.12.)
    Dişlərin fırçalanması ilə gözün nurlanması arasında olan elmi əlaqə
    Nəql etdiyimiz rəvayətdə fırçanın gözlərə nur verməsini qeyd etdik. Bir neçə əsrdən sonra həkimlər hər bir qulaq və gözün sinirlə dişə birləşməsini deyiblər. Yaxşı olar ki, diş xəstəliklərinin göz xəstəliklərinə təsir qoyduğunu bilək. Dişlərin sağlamlığının gözün sağlamlığındada təsirli rolu var. Belə ki, anadangəlmə olmayan korluqların bəzisinin diş xəstəliyi nəticəsində əmələ gəlməsi müşahidə olunub. Xəstəliyin aradan getməsiylə görmə qabiliyyəti də düzəlib. Bu məsələnin bütün həkimlər tərəfindən yekdilliklə qəbul edilməsini demək olar. ("İslamda tibb və həkimlik etikası", səh.216.)
    Dişləri fırçalamaqla tüklərin bitməsi arasında olan əlaqənin elmi açıqlaması
    Dişlərin tüklərlə sıx əlaqəsi vardır. Diş xəstəliklərinə tutulmuş bir çox insanların xarab olan dişləri tərəfindəki tüklərin tökülməsi çox müşahidə olunub. Hətta müalicədən sonra dişlər sağalarkən tökülmüş tüklər yenidən bitməyə başlayır.(İslamda tibb və həkimlik etikası", səh.217.)

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1245 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024