İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    4:48 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (4-3-6) QARŞILIQLI TӘHLÜKӘSİZLİK VӘ QANUNİ MÜDAFİӘ PRİNSİPİ
    Ölkələrin milli təhlükəsizliyi onların əsas məqsədlərindən biridir. Çünki, ölkənin təhlükəsizliyi (əmniyyəti) olmadan, əhalinin asayiş və salamatlığının qorunması və təhsil, abadlıq, siyasi, mədəni, ictimai və iqtisadi sahədə genişləndirmə proqramlarının yerinə yetirilməsi mümkün olmayacaqdır. Buna görə də, politoloq və strateq qüvvələrin bir hissəsi yalnız əsas təhlükəsizlik məsələlərinə, daxili və xarici təhlükələrin azaldılmasına sərf edirlər. Bu cəhətdən ölkələrin diqqəti məxsusən, rəqabət aparan və düşmənçilik edən qonşulara və həmçinin, onların qüdrətli düşmənlərinə yönəlmişdir. Məntiqi, tarixi və təcrübə olunmuş faktlar göstərir ki, ölkələr hər bir şəraitdə, hətta dostluq və sülh şəraitində də öz milli təhlükəsizliklərinin qonşu dövlətlər, düşmən və rəqib tərəfindən təhlükədə olduğunu güman etməlidirlər və əgər hər hansı bir ölkə təsəvvür etsə ki, onun təhlükəsizliyi qonşusu tərəfindən təhlükədə ola bilməz, bu, xam bir xəyaldır. Buna görə də dövlət və ölkələr zəruri hallarda ölkənin mövcudiyyətini, millətin təhlükəsizliyini və öz ölkələrinin ərazi bütövlüyünü qorumaqdan ötrü müdafiə qüvvələri təşkil edərək, onları gücləndirirlər. Baxmayaraq ki, mümkündür bəzi vaxtlar ekspansiya tərəfdarı olan siyasi rəhbərlər tərəfindən bu qüvvədən sui-istifadə etməklə, ondan təvazökarlıq məqsədilə bəhrələnsinlər. Buna əsasən, dövlətlər öz müdafiə qüvvələrini strateji, taktiki, təlim, insan qüvvələri, hərbi dairə, ştab xidmətlərinin hərbi texnikası və s. cəhətdən hazır vəziyyətdə saxlamağa və həmişə onun daha yaxşı şəkildə kara gəlməsinə çalışırlar.
    Qarşılıqlı təhlükəsizlik prinsipi nəzərdə tutur ki, həmsərhəd olan ölkələr etik cəhətdən məcburi təəhhüd verməlidirlər ki, bir-birlərinə təhlükə törətməsinlər və qonşu ölkələrin milli təhlükəsizliyinə zəmanət versinlər. Bu iş, bir-birinə təcavüz etməmək barədə saziş və ya müqavilə, ya da ümumi təhlükə qarşısında birgə müdafiə üçün təhlükəsizlik sazişi və bunun kimi müqavilələrin bağlanması ilə həyata keçə bilər.
    Qarşılıqlı təhlükəsizlik prinsipi ilə yanaşı, qanuni müdafiə prinsipi kimi tanınan başqa bir prinsip mövcuddur. Bu mənaya ki, dövlətlər əgər hiss etsələr ki, onların milli təhlükəsizliyi düşmən və ya düşmənlərin təhlükəsi qarşısında qərar tutmuşdur, onda onların icazəsi olacaqdır ki, öz qüdrət və imkanatlarına arxalanmaqla, onlara qarşı zəruri müdafiə tədbirlərini həyata keçirsinlər.
    Qanuni müdafiə prinsipi BMT nizamnaməsinin 51-ci maddəsində də təsdiq olunmuşdur. Qeyd olunmuş maddədə deyilir: "BMT-yə üzvü olan bir ölkəyə qarşı silahlı həmlə olduqda, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün lazımi tədbirləri həyata keçirənə qədər, bu nizamnamənin heç bir qanunu (maddəsi) öz ayrılmaz haqqını müdafiə etməyə—istər şəxsi və istərsə də kollektiv—heç bir zərbə vura bilməz. Üzv olan dövlətlər öz müdafiə hüquqlarını həyata keçirmək üçün gördükləri tədbirlər barədə fasiləsiz olaraq Təhlükəsizlik Şurasına hesabat verməlidirlər. Bu tədbirlər heç bir surətdə Təhlükəsizlik Şurasının bu nizamnaməyə əsasən, daşıdığı məsuliyyətə - bu səbəbdəndir ki, Təhlükəsizlik Şurası hər vaxt lazım bilsə, beynəlxalq sülh və təhlükəsizliyin bərpa olunması və qorunması üçün lazım olan tədbiri həyata keçirəcəkdir—heç bir təsiri yoxdur".
    Göründüyü kimi BMT bu hüququ, ayrılmaz bilib, həmləyə məruz qalan dövlətlərə Təhlükəsizlik Şurasının qabaqcadan verilən icazəsinə ehtiyac duyulmadan, təcili olaraq lazımi əks-əməl göstərmələrinə icazə verir. Həmçinin, bununla yanaşı, həmlə edən ölkələrə də başa salır ki, əgər bir ölkə tərəfindən həmləyə məruz qalsalar, onda hər mümkün vasitə ilə ona cavab verməyə haqqları vardır. Bu prinsip məxsusən, "Dənizlərin hüquqları” haqqındakı 1982-ci il konvensiyasına əsasən, tranzitə çevrilən beynəlxalq boğazların ətrafındakı ölkələr üçün xüsusi əhəmiyyətə malikdir. Çünki mümkündür, boğaz sahilindəki ölkənin milli təhlükəsizliyi ərazisindən keçən təyyarə və gəmilər vasitəsilə ani həmləyə məruz qalsınlar. Buna görə də, onlar bu prinsip əsasında özlərini müdafiə etmək üçün münasib olan əks-əməl və müqavimət göstərmək hüququna malik olacaqlar. Bununla yanaşı, sahildə yerləşən ölkə təcavüzkar təyyarə və gəmiləri təqib etməklə, öz pozulmuş hüququnu bərpa edə bilər. Bu prinsipə əsasən, öz milli əmniyyətlərinin təhdid olunmasından qorxan bəzi ölkələr, öz ölkələrinin coğrafi fəzalarından kənarda olan açıq dənizlərdə "Müdafiə zonalarının tanınması”nı təyin edərkən, yad təyyarələrin özünə aid olan kanallardan xaricdə, həyati və strateji məqsədlə uçaraq yaxınlaşmasını qadağan edirlər. Nümunə üçün ABŞ Atlantik okeanında müdafiə zonalarının tanınmasını müəyyən edərək, yad təyyarələrin ora yaxınlaşmasının qarşısını alır. Həmçinin, öz sərhədlərinin arxasında və qonşu ölkələrin coğrafi fəzalarının daxilində özləri üçün qadağan edilmiş təhlükəsiz zona və zolağın olmasına mötəqiddir ki, orada hərbi, siyasi və təhlükəsizlik dəyişiklikləri olan surətdə həssaslıq göstərir və onu öz milli əmniyyətləri üçün təhlükəli sayaraq, əks-əməl göstərir.
    (4-3-7) İXTİLAFLI MӘSӘLӘLӘRDӘ BEYNӘLXALQ MÜHAKİMӘ (MÜNSİFLİK) PRİNSİPİ
    BMT nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndində də işarə olunan bu prinsipə əsasən, dövlətlər beynəlxalq sahədə olan ixtilaflı məsələlərini sülh və beynəlxalq təhlükəsizlik və ədalət üçün xətərli olmayan yollarla həll etməlidirlər.
    BMT nizamnaməsində ixtilaflı məsələlərin sülh yolu ilə həll olunması üçün münasib olan yollar nəzərdə tutulmuşdur.
    Ixtilaflı məsələlərin sülh yolu ilə həll edilməsinə aid olan BMT nizamnaməsinin 33-cü maddəsinin 6-cı fəslində qeyd olunmuş yollardan bəziləri bəyan olunmuşdur. 33-cü maddənin birinci bəndində belə deyilir:
    "Tərəflər, onun davam olunması beynəlxalq təhlükəsizlik və sülh üçün təhlükə ehtimalı yarada biləcək hər hansı bir ixtilafın həlli yollarını, özlərinin istədikləri formada hər şeydən əvvəl müzakirə, saziş, arbitraj və vasitəçilik üsulları ilə habelə, regional quruluşların və ya digər sülhsevər strukturların vasitəsiylə axtarmalıdırlar. Buna görə də, onlar lap əvvəldən birbaşa güc tətbiq olunması və hərbi yollardan istifadə etmək üsullarından çəkinməlidirlər”. Onlar BMT və Təhlükəsizlik Şurasının şikayətinə, görə həmin şuranın qətnamələrinə əsaslanaraq hərəkət etməlidirlər. Təhlükəsizlik Şurası isə öz növbəsində sülhsevər üsulların effektli olmadığı təqdirdə digər vasitələrdən də istifadə edə bilər.
    Beynəlxalq məhkəmə funksiyalarını yerinə yetirmək üçün vasitəçilik, müzakirə üsullarından habelə, regional qurumlardan əlavə, BMT-nin nizamnaməsində bu təşkilata bağlı olan bir beynəlxalq məhkəmə nəzərdə tutulmuşdur və həmin orqan Benəlmiləl Әdliyyə Məhkəməsi adlandırılmışdır. Bu qurum BMT-nin əsas məhkəmə orqanı kimi tanınır. Haqqında danışılan məhkəmənin 15 üzvü vardır ki, bunlar da dünyadakı hüquqi quruluşları və ölkələrin arasından seçilirlər. Onun iqamətgahı əsasnaməsinin 33-cü maddəsinə uyğun olaraq, Haqqada yerləşir.
    Məhkəmənin əsasnaməsinin 34-cü maddəsinə uyğun olaraq, yalnız dövlətlər həmin məhkəməyə müraciət edə bilərlər. Beynəlmiləl ixtilafların həlli yollarını ümumiyyətlə iki qrupa bölmək olar: ixtiyari və icbari. İxtiyari yol aşağıdakılardan ibarətdir:
    1. Vasitəçilik - iki dövlət arasında bir və ya bir neçə dövlət vasitəçilik müssiyasını yerinə yetirərək, ixtilafların həllinə çalışıb, sülh və əmin-amanlığı bərpa edir;
    2. Saziş komissiyaları - ixtilafı təhlil edib yoxlayaraq, onun həlli yollarına nail olmaq üçün tərəfləri rəğbətləndirir. Fransa və Tailand arasındakı ixtilafları həll edən saziş komissiyasını buna misal göstərmək olar;
    3. Regional qurumlar - bəzi regional təşkilat və qurumlar münsiflik rolunu oynayaraq, üzv ölkələr arasındakı konfliktlərin həllinə çalışırlar.
    İcbari yollar isə aşağıdakılardan ibarətdir:
    4. Münsiflik - 1907-ci ildə Haqqa konfransında tövsiyə edilmişdir. Bu üsulun dövlətlərarası rabitələrdə qədim keçmişi var və hakimləri seçmək üçün dövlətlər öz aralarında razılaşırlar. Әlbəttə, haqqında danışılan konfrans münsifliyi dövlətlərarası əhdnamələrin şərhindən doğan ixtilafları həll etmək üçün təsis edilmişdir;
    5. Məhkəmə yolu - Beynəlmiləl məhkəmə orqanları onu həyata keçirir. Bu struktur 1930-cu ildə "Beynəlmiləl Məhkəmə Әsasnaməsi” adı altında Millətlər Təşkilatının ümumi yığıncağı tərəfindən təsdiq edilmiş və "Beynəlmiləl Daimi Әdliyyə Məhkəməsi” adlandırılmışdır. 1946-cı ildə BMT-nin təşkilindən sonra öz yerini "Beynəlmiləl Әdliyyə Məhkəməsi”nə vermişdir (BMT nizamnaməsi maddə 92). Bu məhkəmənin 15 nəfərdən ibarət olan hakimləri 9 il müddətinə Təhlükəsizlik Şurasının və BMT-nin ümumi məclisinin rəyi və təsdiqi əsasında seçilirlər. Onlar dövlətlərarası ixtilafların həll olunmasına çalışır və qərar çıxarırlar.
    Bundan əlavə, həmin orqan xüsusi strukturları vasitəsi ilə bəzi konvensiyaları proqnozlaşdırır ki, üzv dövlətlər lazım gəldikdə onlara müraciət edə bilsinlər. Məsələn, 1982-ci ildə "Beynəlxalq Dəniz Konvensiyası” dövlətlər tərəfindən təsdiq olunmuşdur və buna görə də, "Beynəlxalq Dəniz Hüququ Məhkəməsi” kimi xüsusi bir orqan yaradılmışdır.
    (4-3-8) DÖVLӘTLӘRİN TANINMASI QAYDASI
    Yeni təsis olunan dövlət və ya hökumətin başqa dövlətlər tərəfindən tanınması, onun bir növ qüdrətinin qəbul olunmasını göstərir və belə "tanıma” iki cür olur:
    1. Ölkənin tanınması;
    2. Hökumətin və ya yeni siyasi quruluşun tanınması.
    Ölkənin və ya dövlətin tanınması o vaxt gerçəkləşir ki, ölkə ərazisi, nüfuz dairəsi, cəmiyyət və millət, hökumət və siyasi quruluş, hakimiyyət və istiqlal kimi dövlətə məxsus ümumi xüsusiyyətlərə malik olan siyasi bir vahid yer üzərində ortaya çıxmış olsun. Belə şəraitdə həmin yeni dövləti mümkündür ki, digər dövlətlər rəsmən tanısınlar. Әslində, bununla yeni dövlətə beynəlmiləl cəmiyyətin tərkibinə daxil olmasına görə "xoş gəldin” deyilir. Necə ki, müstəqillik əldə etmiş sabiq SSRI respublikaları yeni dövlətlər kimi rəsmən tanınmışlar.
    Tanınmanın başqa bir növü isə, beynəlxalq aləmdə qəbul olunmuş sərhədlərə malik dövlətlərin daxilində yeni yaranan hökumət və ya siyasi qurumların digər dövlətlər tərəfindən tanınmasıdır. Həmin yeni dövlətlər çevriliş, müharibə, inqilab və ya qiyam nəticəsində bütöv bir millət yaxud, onun bir hissəsi tərəfindən yaradılır. Adətən, bu kimi proseslərdə qalib gələnlər yeni hökumətlər təşkil edirlər. Belə hökumətlər ölkə daxili dəyişikliklər sayəsində ortaya çıxırlar. Hər halda, ölkələr və dövlətlər digər dövlətlərin daxilində baş verən bu cür dəyişikliklərə qarşı öz münasibətlərini bildirirlər. Qiyam, çəkişmə və müharibə nəticəsində baş qaldıran belə qüvvələri bəzi dövlətlər rəsmi olaraq tanıyırlar. Buna misal olaraq Səudiyyə Әrəbistanı və Pakistanın Әfqanıstandakı Taliban rejimini tanımasını göstərmək olar.
    Bəzən ölkə daxilindəki mübarizənin başa çatmasından və orada yeni hökumətin bərqərar olunmasından sonra həmin hökumət başqa dövlətlər tərəfindən tanınır. İran Islam Cumhuriyyətinin digər dövlətlər tərəfindən rəsmən tanınmasını buna misal göstərmək olar. Bəzi hallarda isə, yeni hökumət yarandıqdan bir neçə il sonra digər dövlətlər tərəfindən tanınır. Məsələn, SSRI-ni Ingiltərə yalnız 1924-cü ildə rəsmən tanımışdı. Bəzi ölkələr yeni dövlətləri onların hökumətlərinin qeyri-sabitliyinə görə müvəqqəti olaraq "de fakto” şəklində tanıyırlar. Çünki, onların nəzərincə dövləti və hökuməti təşkil etmək üçün alzım olan bütün şərtlər həmin yeni dövlətlərdə olmur. Bəzən isə yeni dövlətlər "de yure” şəklində qanuni və rəsmi surətdə tanınırlar. Belə hallarda dövlət və hökumətin təşkili üçün lazım olan bütün şərtlər mövcud olur. Tanınma bəzən tədricən baş verir. Məsələn, Ingiltərə SSRI-ni əvvəlcə 1921-ci ildə "de fakto”, sonra isə 1924-cü ildə "de yure” şəklində tanımışdı.
    Bəzən də ölkə ərazisində hökumətə malik olmayan qurumlar digər dövlətlər tərəfindən tanınırlar. Almaniya tərəfindən Çexoslavakiya işğal edildikdən sonra 1939-cu ildə təşkil olunan "Çexoslavakiya komitəsi”nin SSRI və ABŞ tərəfindən tanınması buna misal göstərmək olar. Habelə, 1940-cı ildə Fransa Alman qoşunları tərəfindən işğal edildikdən sonra general De Qollul başçılığı altında yaradılan "Fransa Milli Komitəsi” həmin il Ingiltərə, Polşa, Belçika və SSRI tərəfindən rəsmən tanınmışdı. İslam inqilabının qələbəsindən sonra 1979-cu ildə Iran Islam Respublikası Fələstin dövlətini rəsmən tanıdığını elan etmişdi.
    (4-3-9) QÜVVӘLӘR TARAZLIĞI
    Ölkələrin və dövlətlərin rabitələri ən çox onların qüdrətlərinin ölçüsünün təsiri altında olur. Başqa sözlə, həmin rabitələr həmvəzn, bir istiqamətli, qüdrət və ya həmin qüdrətin təsiri altında olan şəkildə ümumiyyətlə, ölkələrin milli qüdrətlərinin dərəcəsinə uyğun surətdə mövcud olurlar. Güclü dövlətlər zəif dövlətlərə "yuxarıdan aşağı” nəzərlə baxırlar. Ölkələrin özlərinə güvənmələri və onların milli heysiyyatalarına bağlılığı da həmin qüdrətin ölçüsünə görə təyin olunur. Güclü dövlətlər zəif dövlətlərin işlərinə müdaxilə etmək və onların fəaliyyətlərini tənzimləmək meyllərinə malik olurlar və belə olan təqdirdə, zəif dövlətlərin onlara itaət etməkdən başqa çıxış yolu qalmır. Çünki zəif dövlətlər bilirlər ki, əgər güclü dövlətlərə qarşı çıxsalar, nəticədə məhv ola, ya da qüdrətli rəqib dövlətlərin tələsinə düşə bilərlər. Necə ki, Pəhləvi zamanındakı Iran, ABŞ və onun havadarları ilə yaxın əlaqələri ucbatından SSRI-nin işğalına məruz qalmışdı. Amma nisbi qüdrətə malik olan ölkələr başqaları ilə mötədil rabitə və qarşılıqlı ehtirama söykənən əlaqələrin yaradılmasına çalışırlar.
    Bu səbəbdən, dövlətlər özlərinin əsas milli hədəfi kimi milli qüdrətlərinin qorunması və onun inkişaf etdirilməsi üçün çalışırlar ki, bunun vasitəsi ilə də beynəlxalq aləmdə öz hüquqlarını qoruya və digər ölkələr ilə istədikləri şəkildə rabitələr yarada bilsinlər. Elə bu cəhətdən də, dövlətlərin daha çox artıq qüdrət qazanmaq uğrunda şiddətli rəqabəti müşahidə olunur. Ölkələrin milli qüdrətinin ölçüsü, onların geopolitik vəznindən çox asılıdır. Bir ölkənin geopolitik vəzni aşağıdakılardan ibarətdir:
    Bütün ölkələrin tərkibi və potensialı, ölkənin və millətin iqtisadi, ictimai-siyasi, mədəni-maarif, elmi-texniki, hərbi-diplomatik, tarixi və s. sahələrdəki imkanları.
    Geopolitik çəki → Milli qüdrət → Beynəlxalq rabitələr
    (4-4) BEYNӘLXALQ RABİTӘLӘR NӘZӘRİYYӘLӘRİ
    Beynəlmiləl rabitələr üzrə mütəxəssislər bir neçə nəzəriyyə irəli sürmüşlər ki, bunların bəzilərini qeyd etməyə çalışacağıq.
    Nümunə üçün qüdrətlərin tarazlığı, nizamların təhlili, təsirlərin qarşısının alınması, regional inteqrasiya, çəkişmələrin təhlili, qarşılıqlı bağlılıq və s. nəzəriyyələri misal göstərmək olar.
    Aydındır ki, beynəlmiləl rabitələr haqqındakı bütün nəzəriyyələri təhlil etmək üçün bu kitab çərçivəsindən daha geniş imkana malik olmaq lazımdır. "Dəryanın suyunun hamısını çəkmək olmazsa, susuzluğu yatırmaq miqdarında ondan dadmaq olar” prinsipindən istifadə edərək, bu barədə bir neçə məşhur nəzəriyyənin şərhini veririk.
    (4-4-1) QÜDRӘTLӘRİN TARAZLIĞI NӘZӘRİYYӘSİ
    Bu nəzəriyyə beynəlxalq vəziyyəti nəzərə almaqla, müxtəlif mənalar kəsb etmişdir: qüdrətin yayılması, iki və ya bir neçə rəqib qüdrətlər arasında qüvvələr bərabərliyi, güc üstünlüyü və s. Buna görə də, onun barəsində müxtəlif təriflər verilmişdir. Amma bütün bu təriflərdə qüdrət məfhumu mövcud olmuşdur. Bu nəzəriyyə beynəlmiləl rabitələrin milli mənafedən doğduğunu bəyan edir ki, bu da öz növbəsində qüdrətdən irəli gəlir. Milli mənafe isə, dövlətin və millətin varlığına xidmət edən əsas faktordur.
    Dövlətlər mövcudluqlarını qorumaq üçün özünəməxsus mənafeləri müdafiə edirlər. Haqqında danışılan mənafelər, qüdrət qazanmaq yolu ilə əldə edilərək qorunur. Bu nəzəriyyəyə görə, qüdrətin təzahürünü, hərbi qüdrətdə axtarmaq lazımdır. Beynəlxalq aləmin "oyuncaqları” bunu bildiklərindən, qüdrət kəsb etməkdən ötrü daha artıq fəaliyyət göstərirlər. Nəticədə, imkanları və mənafeləri qorumaq, digər dövlətlərin onların milli mənafelərinə göz dikməsinin qarşısını almaq baxımından dövlətlər arasında bir növ qüdrət rəqabəti meydana çıxır.
    Beynəlxalq münasibətlər üzrə tanınmış mütəxissis Hans Morkenta özünün məşhur "Beynəlmiləl siyasət” adlı kitabında 19-cu əsr Avropasında mövcud olmuş qüdrətlər tarazlığı mexanizmini tərifləyərək göstərir ki, bu, beynəlmiləl nizam-intizamın təbii xislətidir və həmin tarazlıq vasitəsilə ümumiyyətlə, beynəlxalq aləmin həmahəngliyi qorunur. Bu nəzəriyyə Avropanın yüz illik tarixi təcrübəsi əsasında yaranıb. Amma I Dünya Müharibəsi kimi hadisələr, sənaye inkişafı, uzaq məsafələrə tətbiq olunan silahların yaradılması və digər yeni ixtiralar, dünyasındakı qüdrətlər tarazlığının köhnə modelini aradan aparmış və hərbi qüdrət kəsb etmək üçün rəqabəti artırmışdı. Bununla da, haqqında danışılan nəzəriyyə yeni şəraitdə öz tətbiq qabiliyyətini əldən vermişdir.
    Hans Morkenta bildirir ki, bütün ölkələr həmişə öz hədəf və milli mənafelərini hərbi qüdrət vasitəsilə qorumağa çalışırlar. Bu səbəbdən, ölkələr arasında daim, bir növ "qüdrət müharibəsi” mövcud olacaqdır.
    Müstəqilliklərini kamil şəkildə qorumaq, təhlükəsizliklərini təmin etmək və öz milli mənafelərinin müdafiəsi üçün dövlətlər, həmişə başqalarının hökmranlığı altına düşməkdən özlərini qorumağa çalışırlar. Həmçinin, ölkələr özlərindən daha üstün qüdrətlərin ortaya çıxmasının qarşısını almağa səy göstərirlər. Çünki, əks təqdirdə, onlar öz məğlubiyyətləri ilə üzləşməli olarlar. Bəzi ölkələr qüvvələr tarazlığına nail olmaq üçün digər dövlətlər ilə bir növ ittifaqlar yaradırlar. Tarazlaşdırma özü iki şəkildə baş verir:
    1. Daha üstün qüdrətin zəiflədilməsi üçün çalışmaq yolu ilə;
    2. Zəif qüdrətlərin gücləndirilməsi yolu ilə.
    Morkenta həmçinin qeyd edir ki, qüdrətlər tarazlığına bağlı olan hər hansı beynəlmiləl nizamda həmişə üçüncü tarazlaşdırıcı qüdrət olmalıdır ki, onun vasitəsilə də beynəlxalq tarazlıq bərqərar edilsin.
    Beynəlmiləl rabitələr üzrə başqa bir tanınmış mütəxəssis Morton Kaplan qüdrətlər tarazlığını yaratmaq üçün 6 əsas qaydanı aşağıdakı şərh ilə belə bəyan etmişdir:
    1. Müharibə etmək üçün olmasa da, müzakirə və danışıqlarda üstünlük əldə etmək üçün ölkənin hərbi gücünün artırılması;
    2. Milli mənafeni qorumaq üçün müharibəyə daim hazırlıqlı olmaq və zəruri hallarda müharibədən bəhrələnmək;
    3.Müharibəni düşmənin tamamilə məhv olmasına qədər deyil, təslim olması həddinə qədər davam etdirmək;
    4. Qüdrət tarazlığı nizamındakı üzvlərin üstünlük qazanması ilə müxalifət etmək;
    5. Həmin üzvlərin milli səviyyədən yuxarıda duran təşkilatlarda üzv olması ilə, onların qüdrətlərinin artması ehtimalına görə müxalifət etmək;
    6. Məğlub tərəfi qüdrət nizamında, ondan öz xeyrinə istifadə etmək üçün həmkarlığa vadar etmək.
    Qüdrətlər nəzəriyyəsinin nöqsanları və çatışmamazlığı haqqında bir neçə iradlar söylənilmişdir. Məsələn, bu nəzəriyyə 1814-1914-cü illər arasındakı dövrdə beynəlmiləl tarazlığı təhlil etməkdə əlverişli idi. Amma yeni dövrün tələblərinə cavab vermir. Xüsusilə də, II Dünya Müharibəsindən sonra iki rəqib qütb dünyaya hakim olmuşduh. Halbuki, həmin nəzəriyyəyə əsasən, siyasi səhnədə bir neçə və ya ən azı beş ədəd siyasi vahid mövcud olmalıdır. Bu nəzəriyyənin digər struktur nöqsanları da var. O cümlədən, nəzəriyyə qüdrət məfhumunu yalnız hərbi amillər baxımından izah edir. Halbuki, qüdrətin başqa mənaları da vardır. Әlbəttə, bu nəzəriyyə sıradan təkmilləşdirilib və qüdrət, milli mənafe, müharibə və s. anlayışların tərifləri dəyişikliklərə uğramışdır. Buna görə də, həmin nəzəriyyə indiyədək öz etibarlığını qoruyub saxlaya bilmişdir.
    (4-4-2) NİZAMLARIN TӘHLİLİ NӘZӘRİYYӘSİ
    Sistemlər nəzəriyyəsindən müxtəlif elmi sahələrdə o cümlədən beynəlmiləl rabitələrdə ümumi bir nəzəriyyə kimi istifadə olunur. Beynəlmiləl rabitələrdə nizam, fərz edilən siyasi dəyişikliklər məcmuəsi əsasında bütöv və tənzimlənmiş əlaqələr toplusuna deyilir və onun vasitəsi ilə müstəqil və asılı olan dəyişikliklərin arasındakı rabitələrin necəliyi şərh edilir. Nizamların təhlili nəzəriyyəsi ümumi bir teoriya olaraq, müxtəlif məfhumları araşdırır. Məsələn:
    Nizamın ətraf mühitlə və ya sistemdən kənar mühitlə rabitələrindəki sabitliyi və tarazlığı, yaxud qeyri-sabitliyi və qeyri-tarazlığını öyrənir.
    Nizamın qanunlarının və müxtəlif sahələrdəki fəaliyyətlərinin ətraf mühitlə qarşılıqlı təsirini araşdırır. Bununla da, müsbət ya mənfi nəticələrə əsaslanaraq, nizamın nə qədər fəal yaxud zəif olduğunu qiymətləndirir.
    Nizamın təşkil olunduğu hissələrin qarşılıqlı bağlılığını və həmin hissələrin hər birində baş verən dəyişiklikləri öyrənir. Belə ki, hər hansı hissədəki dəyişiklik başqa hissələrdə də dəyişikliyə səbəb olur.
    Nizamın hissələrinin beynəlmiləl nizamla qarşılıqlı bağlılıqları nəticəsində yaranan fəaliyyətlər, genişlənən və qarmaqarışıq siyasi, ticarət, iqtisadi və texnoloji əlaqə və mübadilələri özündə əks etdirir.
    Morton Kaplan öz nəzəriyyəsində beynəlxalq aləmdə fərz olunan altı növ nizamı şərh edir. Həmin nizamlar aşağıdakılardan ibarətdir:
    1. Qüdrətlərin tarazlığı nizamı;
    Kaplanın nəzərinə görə, bu növ nizamın tarixi və nümunəsi vardır və 1815-1914-cü illər arasında dünyada mövcud olmuşdur. Həmin nizam beş əsas "oyunçu”ya (dövlətə) malik idi. Necə ki, qabaqcadan demişdik ki, həmin nizam əslində Hans Morkentanın irəli sürdüyü beynəlmiləl nizamdır və II Dünya Müharibəsindən sonra iki qütblü nizamın bərqərar olması ilə onun mötəbərliyi zəifləmişdi. Sonradan bəzi təkmilləşdirilmələr vasitəsilə bu nəzəriyyə öz mövcudluğunu yenidən əldə etmişdi.
    2. İki qütblü meyilli nizam;
    Bu nizamın da tarixi nümunəsi vardır və II Dünya Müharibəsindən sonra bərqərar olmuşdur. Bu nizamın əsasını iki böyük blok—NATO və Varşava müqaviləsi ölkələri təşkil etməyinə baxmayaraq, bloklara daxil olmayan dövlətlərin də (məsələn Hindistan) ondakı rolunu danmaq olmaz. Habelə, BMT-nin bu nizamdakı xüsusi dəst-xəttini də qeyd etmək lazımdır. İki böyük bloka daxil olmayan dövlətlər onların hansısa birinə öz meyillərini bildirirlər.
    3. İki qütblü qeyri-meyilli nizam;
    Bu nizam iki qütblü meyilli nizama bənzəyirdi. Bir fərqlə ki, burada hansı tərəfəsə meyildən söz getmir və dövlətlər birbaşa iki blokdan birinin üzvüdürlər.
    4. Nümunəvi ümumdünya nizamı;
    Onun tarixi nümunəsi yoxdur və utopik alimlərin təfəkküründən hasil olub. Daha doğrusu, ümumdünya hökumətini təşkil etmək yollarını axtaran alimlərin təxəyyülünün məhsuludur. Bu nizamda hərbi qüvvələr və silahlar qadağandır. Qarşılıqlı hücumlar mövcud olmayacaq və ölkələrin hansısa birinin bununla müxalifət etdiyi təqdirdə, ümumdünya nizamı müxtəlif vasitələrdən istifadə etməklə onun qarşısını alacaqdır. Həmin nizamda üzv ölkələrin milli dəyərlərinin qorunub-saxlanılması imkanı mövcuddur.
    5. Silsiləvari mərtəbələr nizamı;
    Bu nizamda milli "oyunçular” beynəlmiləl nizamın köməkçi hissələri kimi tanınırlar. Həmin nizamın üzvlərini daha çox nüfuz sahibi olan qruplar təşkil edirlər. Nizamın fəaliyyəti elə bir şəkildə qurulur ki, bütün üzvlərin imkanları eyni dərəcədə olur.
    6. Vahidlərin veto hüququna malik olduğu beynəlmiləl nizam
    Bu nizamı, bir-birinin əleyhinə vuruşan "canavarlar” adlandırırlar. Burada hər bir vahid digərlərinin mənafe və meyilləri ilə müxalif olur. Bu nizamda üzvlər arasında əlaqələri tənzimləyn müəyygn bir qurum yoxdur və o əsasən, tənzimlənməyən cəmiyyət şəklindədir. Habelə həmin nizamın "oyunçuları” arasında fərq olmur. Әlbəttə, üzvlərin müvafiqliyi əsasında yeni bir nizamın yaranması mümkündür. Bu da, üzvlərin qarşılıqlı anlaşması şəraitində baş verə bilər və belə olan halda, ayrıca bir ölkə yalnız öz maraqları baxımından çıxış etməlidir. Həmin nizamda silahlanmaya ciddi fikir verilir. Üzvlərdən biri qəfil hücumla başqalarını neytrallaşdıra bilər və bununla da, onun yerinə silsiləvari mərtəbələr nizamını bərqərar edər.
    Nizamların təhlili nəzəriyyəsinə qarşı olan tənqidlərdən biri də budur ki, o, beynəlmiləl məsələlərlə bağlı elmi təfəkkürlərdə nümunəvi və üstünlük təşkil edən nəzəriyyəyə çevrilə bilməmişdir. Çünki bu nəzəriyyə proqnozlaşdırmaya imkan yaratmır.
    (4-4-3) QARŞISINI ALMAQ NӘZӘRİYYӘSİ
    Bu nəzəriyyənin əsasını dünyada mövcud olan çəkişmələr və düşmənçiliklərdən doğan münasibətlər təşkil edir. "Qarşısını almaq” məfhumu, bir kəsin hansısa işi görmək istədiyi vaxt daxili nigarançılıq və qorxuya görə onun qarşısını almaqdan ibarətdir. Həmin nəzəriyyəni irəli sürənlər belə bir fikirdədirlər ki, hansısa bir hərbi təcavüz üçün nəzərdə tutulmuş maddi vasitələr, həmin əməliyyatın mənfəətindən baha başa gələrsə, onu həyata keçirmək istəyənlər bu niyyətlərdən vaz keçməlidirlər. Daha doğrusu, belə şəraitdə ehtiyatla davranmalıdırlar.
    Biz burada həmin nəzəriyyəni üç cəhət üzrə araşdırırıq:
    1. "Qarşısını alanın” vəzifəsi;
    2. Təhlükəyə məruz qalan və ya qala biləcək dəyərlər;
    3. "Qarşısını almaq” vasitələri.
    Bir dövlət tərəfindən digər dövlətin "qarşısı almaq” xüsusilə də, hərbi qüdrətin ortaya çıxması ilə müşahidə edilir. Çünki, hücum edənin qarşısını almaq, onu ehtiyatla davranmağa vadar etmək, güc və qüdrətə malik olduqda mümkündür. "Qarşısını almaq” nəzəriyyəsi "soyuq müharibə” dövründə iki fövqəldövlət arasındakı rabitələrdə həlledici rol oynayırdı.
    Nüvə silahlanmasının geniş vüsət aldığı şəraitdə "nüvə strategiyası” rəqibin qarşısını almaqda adi hərbi qüvvələrə, nisbətən daha öncül mövqeyə yiyələndi. "Nüvə strategiyası” tərəfdarları belə bir fikirdədirlər ki, nüvə silahları milli təhlükəsizliyi qorumaq üçün başlıca faktordur. Habelə, bu silahlar dünyadakı ümumi sülhə heç bir təhlükə yaratmır, əksinə, sülhün təmin olunmasına zəmanət verir. Bu nəzəriyyəyə görə, ölkələrin bir-birini dağıtmaq imkanı nə qədər çox olarsa, onlar arasında baş verə biləcək müharibə ehtimalı bir o qədər azalar. Qarşılıqlı şəkildə bir-birlərinin "qarşısını almaq” nəzəriyyəsinin çox aydın prinsipi var: "Mənə zərbə vurmamışdan qabaq bilməlisən ki, mən də sənə ağır zərbə vuracağam və həmin xəsarət sənin mənə vurduğundan daha artıq ola bilər”. Burada birinci zərbədən tamam məhv olmayan tərəf rəqibinə məhvedici zərbə vurmağa və onu tamamilə məhv etməyə qadir olur. Hilston Çerçill rəqib dövlətlərin tamamilə məhv edilmək imkanına malik olan və sülhün bu şəkildə qorunması prinsipini "dəhşət tarazlığı” adlandırırdı. Bu nəzəriyyəyə tutulan iradlara baxmayaraq, nüvə strategiyası illərlə ABŞ və SSRI rəhbərlərinin əsas hakim ideyasına çevrilmişdi. Həmin məntiqə əsasən, dövlətlərin bir-birlərinin belə yolla qarşısını almaq imkanı təkcə nüvə potensialına yiyələnməklə bitmir. Birinci, nüvə zərbəsindən tamam məhv olmamaq və rəqibə cavab zərbəsi vurmaq imkanı belə qarşıdurmada həlledici amil sayılır. ABŞ elan edirdi ki, SSRI-nin hərbi hücumunun qarşısını almaq adi silahlarla (NATO tərəfindən) mümkün olmadıqda, taktiki və strateji nüvə silahlarından istifadə olunmalıdır. Ona görə də "nüvə çətiri” Şimali Atlantika (NATO) blokunun özülünü təşkil edirdi. ABŞ SSRI-yə birinci nüvə zərbəsi vurmağı və onun nüvə potensialını məhv etməyi əsas vəzifə sayırdı. Bu fikri 1979-cu ildə ABŞ prezidenti Karter elan etdikdə, SSRI tərəfindən şiddətli tənqidə məruz qalmışdı. SSRI ABŞ-ı nüvə müharibəsi törətmək və dünyada sülhü təhlükə altına qoymaq planlarına görə ittiham edirdi. 1983-cü ildə isə ABŞ prezidenti Reyqan "ulduz müharibələri” adı almış strateji müdafiə layihəsini irəli sürdü. Bu layihəyə görə yerdə və kosmik fəzada qərarlaşan elektro-lazer sistemləri ABŞ-a qarşı ehtimal edilən hücumda ballistik nüvə raketlərini zərərsizləşdirmək üçün ən yaxşı müdafiə vasitəsidir. ABŞ rəhbərlərinin fikrincə, nüvə zərbəsi qüdrətini qoruyub saxlamaq və raketlərin sayını artırmaqdansa, öz təhlükəsizliyini "ulduz müharibələri” layihəsilə təmin etmək daha məqsədəuyğundur.
    ABŞ və SSRİ "bir-birinin qarşısını almaq” strategiyası çərçivəsində şiddətli şəkildə nüvə silahlanması rəqabətinə girişmişdilər. "Soyuq müharibə” dövründə bu rəqabət üç əsas strateji istiqamətdə aparılırdı:
    1. Yer altında qitələrarası ballistik raketlərin artırılması istiqamətində;
    2. Dünya okeanlarında hərəkətdə olan nüvə başlıqlı raketlərlə təchiz edilmiş sualtı qayıqlar vasitəsilə;
    3. Uzaq məsafələri qət edə bilən ağır strateji bombardımançı təyyarələr sahəsində.
    Bu ölkələrin qarşıdurması SSRİ-nin dağılması ilə başa çatdı və Sovet dövlətinin yerinə gəlmiş yeni Rusiyanın hələ də ABŞ ilə münasibətləri qeyri-müəyyən şəkildə qalmaqdadır.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 884 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024