İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    2:52 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (5-6) ÜMUMİ VӘ SİYASİ BEYNӘLXALQ TӘŞKİLATLARDAN NÜMUNӘLӘR
    İSLAM KONFRANSI TӘŞKİLATI
    XX əsrin 60-cı illərində baş vermiş bir sıra hadisələr, dünya müsəlmanları və müsəlman ölkələrini Islam Konfransı Təşkilatını təsis etmək zərurəti qarşısında qoydu. Bu hadisələrdən ən əsası 1967-ci ilin iyun ayında Israillə Misir, Suriya, Iordanya və Livan arasında baş vermiş və 6 gün davam etmiş müharibə sayılır. Təəssüf ki, bu "altı günlük” müharibədə Israil qələbə qazandı. Qəsbkar Israil nəticədə Sinay yarımadasını tamamilə (Misir ərazisi) işğal etdi. Suriyanın Cövlan yüksəliklərini ələ keçirmiş və Iordaniyanın nəzarəti altında olan Şərqi Qüds və Iordan çayının qərb sahilindəki əraziləri qəsb etdi. Bu acı hadisələr, o zamankı Misir prezidenti Camal Әbdül Nasiri istefaya getməyə məcbur etdi. Lakin Israil tərəfindən bütün Islam dünyasına qarşı kəskin surətdə baş qaldırmış təhlükə, müsəlman ölkələrini bir növ birlik və vəhdət yaratmağa məcbur edirdi.
    "Altı günlük” müharibənin yaralarını təzələyən daha bir hadisə 1969-cu il 18 avqust tarixində Məscidül-Әqsanın yandırılması oldu. İsrail, bu vəhşiliyi törədən cinayətkarları cəzalandırmağı əsassız sayırdı. Bu hadisə Islam ölkələrinin narahatlığını daha da artırdı. Başqa tərəfdən Fələstin qaçqınlarının əzab-əziyyətləri Islam dünyası üçün ağır bir dərdə çevrilmişdi.
    Məscidül-Әqsanın yandırılması, müsəlmanların heysiyyatına vurulan ağır zərbə idi. Bu hadisədən bir neçə gün sonra 1969-cu il avqustun 25-də 14 ərəb ölkəsinin Xarici Işlər nazirləri Qahirə şəhərində toplanaraq, təcavüzkar Israilin müqabilində vahid müdafiə cəbhəsi yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Həmin ölkələrin MN, XIN və ordu rəislərindən ibarət olan "Әrəb Müdafiə Şurası” təşkil edildi.
    Məscidül-Әqsanın yandırılması hadisəsi müsəlmanları vəhdət və həmkarlığa təhrik edən təkanverici bir amilə çevrildi. Әrəbistan və Mərakeş dövlət başçılarının təklifi ilə 1969-cu ildə Qahirə şəhərində Әrəb ölkələri xarici işlər nazirlərinin iştirakı ilə konfrans təşkil edildi. Gündəlikdə duran əsas məsələ, Islami dəyərlərini qoruyan təşkilatın təsis edilməsi idi. Burada xarici işlər nazirlərindən ibarət olan və dövlət başçılarının iştirak edəcəyi konfransın hazırlanması ilə məşğul olan komitə yaradıldı. Nəhayət, Islam ölkələrinin başçılarının iştirak etdikləri ilk konfrans 1969-cu il 22-25 sentyabrda, Mərakeşin paytaxtı Rabat şəhərində 23 dövlətin iştirakı ilə təşkil olundu. Bu tərtiblə, Islam Konfransı Təşkilatının bünövrəsi qoyuldu. Onun nizamnaməsi 1972-ci il mart ayında Әrəbistanın Ciddə şəhərində keçirilən iclasda təsdiq edildi və həmin vaxtdan icra mərhələsinə qədəm qoydu. Bu nizamnamədə müsəlman ölkələrinin müxtəlif sahələrdə əməkdaşlıq və həmkarlıq etməsinə xüsusi ilə təkid olunur.
    İSLAM KONFRANSI TӘŞKİLATININ NİZAMNAMӘSİ
    Bu nizamnamədə bir sıra hədəf və qayda-qanunlar nəzərdə tutulmuşdur:
    a) Hədəflər:
    1. Üzv ölkələr arasında Islami bağlılığın artırılması;
    2. İqtisadi, ictimai, elmi-maarif və başqa həyati sahələrdə üzv ölkələrin himayə edilməsi, beynəlxalq təşkilatlara üzv olan ölkələrlə müşavirə aparmaq;
    3. Müstəmləkəçik və irqçiliyin bütün təzahüratlarını aradan qaldırmaq üçün səy göstərmək;
    4. Әdalət prinsipinə əsaslanan beynəlxalq sülh və əmin-amanlığı himayə etmək üçün lazımı tədbirlərin görülməsi;
    5. Müqəddəs məkanlarda sülh və asayişin qorunması, həmin yerlərin azad olunması üçün fəaliyyətləri həmahəng və Fələstin xalqının mübarizəsini himayət etmək, qaçqınların öz yurdlarına qayıtması üçün müxtəlif tədbirlər həyata keçirmək;
    6. Öz milli hüquq, istiqlal və heysiyyatını qoruyan bütün müsəlman millətlərinin mübarizəsini himayə etmək.
    7. Üzv ölkələr ilə digər ölkələr arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün münasib bazanın yaradılması.
    b) Nizamnamədə nəzərdə tutulan hədəflərin gerçəkləşməsi üçün lazım olan əsas qayda-qanunlar bunlardan ibarətdir:
    1. Üzv ölkələr arasında tam hüquq bərabərliyi;
    2. Xalqların öz müqəddəratlarını təyin etmək hüququna ehtiramla yanaşmaq və üzv ölkələrin daxili işlərinə müdaxilə etməmək.
    3. Üzv ölkələrin hər birinin ərazi bütövlüyü, müstəqilliyi və hakimiyyətinə ehtiram etmək.
    4. Hər cür ixtilafları sülhsevər üsullar və müzakirələr, habelə vasitəçilik və münsiflik yolları ilə həll etmək.
    5. Üzv ölkələrin hər birinin siyasi müstəqilliyik, ərazi bütövlüyü və hakimiyyətinə qarşı təhdid və zor işlətməkdən bütün üzv dövlətlər çəkinməlidirlər.
    İSLAM KONFRANSINA ÜZV OLAN DÖVLӘTLӘR
    Islam konfransına üzv olan ölkələr əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdir (Islamın rəsmi din kimi onların əsas qanunlarında qeyd olunmasından ya olunmamasından asılı olmayaraq).
    Ümumiyyətlə, Islam konfransına 51 ölkə üzvdür ki, bunlar da aşağıdakılardan ibarətdirlər: Azərbaycan; Albaniya; Bəhreyn; Biruni; Banqladeş; Benin; Burkino Faso; Birləşmiş Әrəb Әmirlikləri; Qırğızıstan; Qatar; Qabon; Qambiya; Qvineya; Qvineya Bisau; Iran; Iordaniya; Iraq; Indoneziya; Әfqanıstan; Әlcəzair; Kamerun; Komor; Küveyt; Livan; Liviya; Maldiv; Malaziya; Mali; Mərakeş; Misir; Mavritaniya; Niger; Nigeriya; Oman; Seneqal; Sudan; Suriya; Somali; Syero-Leona; Səudiyyə Әrəbistanı; Tacikistan; Türkmənistan; Türkiyə; Tunis; Tanzaniya; Pakistan; Uqanda; Cibuti; Çad; Fələstin; Yəmən.
    Ölkələrin üzvlüyə qəbul edilməsi, Islam Konfransı Təşkilatı üzvlərinin 2/3-sinin müsbət rəyi əsasında baş verir. Həmçinin, təşkilatdan çıxmaq üçün baş katibə yazılı surətdə məlumat verilməli və digər üzvlər bu barədə xəbərdar edilməlidirlər. Bu zaman xaric olunan ölkə, konfransa olan maliyyə borclarını ödəməlidir.
    İSLAM KONFRANSI TӘŞKİLATININ STRUKTURU
    Bu təşkilat öz nizamnaməsinə əsasən aşağıdakı 3 əsas orqandan ibarətdir:
    1. İslam ölkələri başçılarının konfransı.
    2. Xarici işlər nazirlərinin konfransı.
    3. Katiblik.
    a) Ölkə başçılarının konfransı:
    Bu konfrans üzv ölkələrin başçılarından ibarətdir və təşkilatın ən ali orqanı sayılır. Dövlət başçılarının iclası, üzv ölkələrin əlaqədar məsələlər üzrə siyasətlərini həmahəng etmək, Islam dünyasının mənafelərinə uyğun şəkildə təşkilatın ümumi siyasətini həyata keçirmək məqsədini güdür. Bu iclas, Taif şəhərində keçirilmiş 3-cü konfransın qərarına uyğun olaraq, hər 3 ildə bir dəfə təşkil edilir və mühüm dünya problemlərinin müzakirəsi ilə məşğul olur. Təşkilatın yarandığı vaxtdan indiyədək ölkə başçılarının 8 iclası keçirilib:
    1. Mərakeş - Rabat şəhəri, sentyabr 1969-cu il;
    2. Pakistan - Lahor şəhəri, fevral 1974-cü il;
    3. Səudiyyə Әrəbistanı - Taif, iyun 1981-ci il;
    4. Mərakeş - Kasablanka, yanvar 1984-cü il;
    5. Küveyt, yanvar 1987-ci il;
    6. Seneqal - Dakar, dekabr 1991-ci il;
    7. Mərakeş - Kasablanka, dekabr 1994-cü il;
    8. İran - Tehran şəhəri, dekabr 1997-ci il;
    b) Xarici işlər nazirləri konfransı:
    Bu konfrans iki formada—adi və fövqəladə surətdə təşkil edilir. Adi konfrans cari məsələlərin icrasını yoxlamaq və təşkilatın ümumi siyasətini tənzimləmək üçün xarici işlər nazirləri və ya onların nümayəndələrinin iştirakı ilə ildə 1 dəfə təşkil olunur və müvafiq qərarlar qəbul edilir.
    Bu konfrans BMT-nin ümumi yığıncağının illik iclasları ərəfəsində, fəaliyyətlərinin həmin beynəlxalq qurumla həmahəng etmək məqsədi ilə Nyu-Yorkda da çağırılır.
    Fövqəladə iclas hər hansı üzv ölkənin, ya baş katibin tələbi ilə üzvlərin 2/3-sinin razılığına əsasən, həmçinin üzv ölkələrin hər hansı birinə qarşı təcavüz baş verdikdə çağırıla bilər.
    v) Konfransın katibliyi:
    Baş katib və onun digər işçilərinə şamildir. İqamətgahı Ciddədə yerləşir. Baş katib katibliyin mühüm məsul vəzifəli şəxsi kimi 4 il müddətinə seçilir. O, iclaslarda qəbul edilmiş qətnamələrin, habelə ona həvalə olunmuş vəzifələrin icrası üçün cavabdehdir. Katibliyin işçiləri baş katibə tabedirlər və konfrans çərçivəsində, yaxud kənar dövlətlərin heç birindən göstəriş ala bilməzlər. Bu işçilər müxtəlif millətlər arasından seçilirlər və müvafiq diplomatik toxunulmazlığa malikdirlər.
    İSLAM KONFRANSI TӘŞKİLATIİNA BAĞLI MÜӘSSİSӘLӘR, ORQANLAR VӘ KOMİTӘLӘR
    Islam Konfransı Təşkilatı sair beynəlxalq qurumlar kimi ixtisaslaşmış və qeyri-ixtisaslaşmış orqanlara malikdir ki, imkanımız məhdud olduğundan bunların yalnız adlarını çəkməklə kifayətlənəcəyik:
    1. Ölkə başçılarının Taifdəki 3-cü iclasında təsdiq olunmuş, Islami Әdalət Beynəlmiləl Məhkəməsi, üzv ölkələr arasındakı ixtilafları həll etmək məqsədi ilə təsis edilmişdir. Bu məhkəmə həmçinin, təşkilatın nizamnaməsinin təfsiri və icrasından irəli gələn ixtilafları tənzimləməli, müxtəlif hüquqi məsələlər barəsində məşvərət xarakterli tövsiyələr verməlidir. Məhkəmənin rəsmən işə başlaması üçün üzv ölkələrin 2/3-si onun əsasnaməsini təsdiq etməlidirlər. Bu miqdar isə öz həddinə çatmamışdır. Ona görə də, adı çəkilən məhkəmə hələ də rəsmi fəaliyyətə başlamayıb. Məhkəmənin hakimləri üzv dövlətlərin təklifi və xarici işlər nazirlərinin konfransının rəyinə əsasən seçilirlər.
    2. Beytül-Müqəddəsdəki dəyişikliklərə nəzarət etmək və onunla bağlı işlərlə məşğul olmaq üçün Qüds Komitəsi yaradılmışdır.
    3. Təşkilatın büdcə işləri üzrə Daimi Maliyyə Komitəsi.
    4. Konfransın qətnamələrinin (iqtisadi, ictimai, elmi və maarif işləri üzrə) icrasına nəzarət, habelə bu sahələrdə üzvlər arasında həmkarlığı inkişaf etdirmək məqsədi ilə yaradılmış Islami komissiya.
    5. Elm və incəsənət üzrə həmkarlıq üçün olan daimi komitə.
    6. İqtisadi və ticarət sahələrində həmkarlıq üçün nəzərdə tutulan komitə.
    7. Mədəni-maarif və informasiya sahələri üzrə daimi komitə.
    8. İslam hüququ normalarına uyğun olaraq? müasir həyat problemlərini araşdırmaq, Islam cəmiyyətini iman əsasında birləşdirmək, əməl və nəzəriyyədə vəhdət yaratmaq, müsəlmanlar arasında bağlılıqları gücləndirmək məqsədi ilə yaradılan "Islami Fiqh Yığıncağı. Bu qurumun iqamətgahı Ciddə şəhərindədir.
    9. İslam ölkələri və azlıqlarının ictimai, mədəni-maarif mərkəzlərinə kömək məqsədi ilə yaradılan Islami Qarşılıqlı Әlaqələr Fondu”.
    10. İqamətgahı Ciddədə yerləşən Islami elmlər, texnologiyalar və inkişaf müəssisəsi.
    11. İqamətgahı Daka şəhərində yerləşən incəsənət və sənətkarlıq sahələrində təlim, habelə Islami təhqiqatlarla məşğul olan mərkəz.
    12. Tarix, incəsənət və Islam maarifi təhqiqatları ilə məşğul olan Istanbuldakı mərkəz.
    13. İslami irsin qorunması üçün beynəlmiləl komissiya (Istanbul).
    14. İctimai-iqtisadi və statistik təhqiqatlar mərkəzi (Ankara).
    15. Ticarət inkişafı mərkəzi (Kasablanka).
    16. Qüds fondu (Ciddə).
    17. Beynəlmiləl Islami Informasiya Agentliyi (Kəraçi).
    18. Üzvlərə kömək göstərilməsi və iqtisadi inkişafa nail olmaq məqsədi ilə yaradılmış Islam Inkişaf Bankı.
    19. Beynəlxalq Qırmızı Aypara Cəmiyyəti təbii fəlakət və hərbi konfliktlərdən zərər çəkənlərə kömək etmək məqsədi ilə yaradılıb. İqamətgahı Bencazi (Liviya) şəhərindədir.
    20. İslam Maarifi və Elmləri Təlim Təşkilatı.
    21. İslam Ölkələri Radio-Televiziya Təşkilatı (Iqamətgahı Ciddədədir).
    22. Әmtəə mübadiləsi, sənaye və Islami ticarət palataları.
    23. Öz aralarında həmkarlıq etmək, mədəni irsi qorumaq və ümumi xidmətlərin səviyyəsini yüksəltmək üçün nəzərdə tutulan Islami Paytaxtlar Təşkilatı.
    24. Gəmi Sahibləri Ittifaqı.
    25. Semet ittifaqı.
    26. İslam maarifini və ərəb dilini inkişaf etdirmək üçün yaradılmış Beynəlxalq Islami Әrəb Mədrəsələri Federasiyası.
    27. İslami Bağlılıq Idman Federasiyası.
    Bunlardan əlavə, bir sıra komitə, komissiya və müəssisələr Islam Konfransı Təşkilatına daxildirlər. Konfransın hər iclasının əvvəlində aşağıdakı dörd komitə təşkil edilir:
    1. Siyasi komitə;
    2. Iqtisadi-ictimai komitə;
    3. Siyasi və maarif işləri üzrə komitə;
    4. Maliyyə və idarəetmə üzrə komitə.
    (5-6-2) İRAN KÖRFӘZİ HӘMKARLIQ ŞURASI
    Bu şura Әrəbistan yarımadasının 6 ölkəsindən təşkil olunmuşdur və adına görə Fars körfəzinə aid edilir. Lakin məntəqənin bütün ölkələri ona üzv ola bilməzlər. Yəni, körfəzin şimal hissəsinin yarısını öz ərazisi altına alan bölgənin qüdrətli dövləti Iran və habelə, regionun güclü dövlətlərindən sayılan Iraq bu şuranın üzvü deyillər. Şuraya Fars körfəzi adı verilməsi o vaxt düzgün sayılardı ki, bölgənin bütün ölkələri bu quruma üzv olardılar. Ona görə də, həmin təşkilatın adı əslində səhv seçilib.
    ŞURANIN TӘŞKİL OLUNMASI SӘBӘBLӘRİ VӘ TARİXÇӘSİ
    Fars Körfəzi Həmkarlıq Şurasının təşkil edilməsi səbəbi məntəqə ölkələrinin təhlükəsizlik tədbirlərinə duyduqları ehtiyacdan irəli gəlmişdir. Öz əmin-amanlıq və təhlükəsizliklərini təmin etmək üçün məntəqə dövlətləri bu ittifaqın və həmkarlıq təşkilatının yaradılmasına razı olmuşlar.
    Bu məntəqədə Әrəbistan yarımadasının coğrafi həmcinsliyini nəzərə almaqla, bir ittifaqın yaradılması ideyası, Ingiltərənin regiondakı hüzurunun başa çatdığı dövrdə formalaşmağa başladı. İngilis hərbi qüvvələri bölgəni tərk etdikdən sonra illərlə Ingiltərənin nüfuzu altında olan Fars körfəzi cənub sahillərindəki ərəb ölkələrini mütəşəkkil siyasi vahid halına gətirmək üçün bu dövlət (yəni Ingiltərə) 1971-ci ildə ilk dəfə olaraq, regionda müəyyən bir federasiya və ya ittifaqın yaradılması ideyasını irəli sürdü. Bu plan Bəhreynə və yeddi "şeyx ölkəsinə” aid idi ki, Bəhreyn və Qatar müstəqil dövlət şəklində, lakin Ingiltərənin nüfuzu altında qalırdılar. Bununla belə, onların hamısı "Birləşmiş Әrəb Әmirlikləri”nin təşkil edilməsi barəsindəki planı imzaladılar. Bir il sonra Ingiltərə Süveyş kanalı şərqindəki hərbi bazalarını, o cümlədən, Fars körfəzindəki mövqelərinin tərk olunduğunu elan etdi.
    1974-cü ildə Qabus sultanı - Oman şahının təkidiylə Məsqətdə, Omanın regional təhlükəsizlik və müdafiə siyasətlərinin koordinasiya edilməsi haqqında təkliflərinin müzakirə olunması məqsədi ilə Iran, Iraq, Küveyt, Bəhreyn, Qatar, BӘӘ, Səudiyyə Әrəbistanı və Omanın Xxarici Işlər nazirləri bir-birləri ilə görüşdülər. Lakin nazirlər lazımi səlahiyyətlərə malik olmadıqlarından, görüş nəticəsiz başa çatdı. Həmin il məntəqə ərəblərini cəm etmək üçün daha bir səy edildi. Küveyt əmiri Cabir Әl-Әhməd Fars körfəzi ölkələrinə etdiyi səfər zamanı, məntəqədə iqtisadi, siyasi və strateji təhlükələr müqabilində təhlükəsizliyi və sabitliyi qoruya biləcək "vəhdət” mövzusunu gündəliyə çıxarmışdı. Məntəqədə regional bir təşkilatın yaradılması məsələsi 5 il bundan sonra da davam etdi. Nəhayət, Fars körfəzi məntəqəsi yeni əsrə daxil oldu. İranda Islam inqilabı baş verdi və qələbə çaldı. Regionda qərbin həyati mənafeləri xətərə düşdü və bu hadisələr, Iranı qərb düşərgəsindən çıxartdı və onu müstəqil dövlət etdi. ABŞ isə, körfəz regionunda öz hökmranlığını qorumaq üçün əsasən iki ölkəyə - Iran və Səudiyyə Әrəbistanına ümid bəsləyirdi. Səudiyyə Әrəbistanı hələ 1933-cü ildən, ABŞ neft şirkətlərinin bu ölkənin neft sənayesini ələ keçirdikdən sonra Amerikanın nüfuz dairəsinə çevrilmişdi. Səudiyyə Әrəbistanı və ABŞ arasında iqtisadi və hərbi-təhlükəsizlik və əməkdaşlıq haqqında bir sıra müqavilələr bağlamışdı. 1945-ci ildə Ruzvelt və Ibn Səud hərbi əməkdaşlıq barəsində əhdnamə imzalamışdılar və ABŞ-ın hərbi bazaları Səudiyyə Әrəbistanın ərazisində yerləşdirilmişdi.
    1951-ci ildə ABŞ prezidenti özünün konqresindəki çıxışında belə demişdi: "Səudiyyə Әrəbistanının ABŞ tərəfindən müdafiə olunması, ABŞ-ın özünü müdafiə etməsi kimi başa düşülməlidir”.
    Lakin Səudiyyə Әrəbistanı ABŞ-ın bölgədəki "iştahasını” (və ya marağını) təklikdə təmin edə bilmirdi və onun gözü regionda SSRI-nin nüfuzunun qarşısını ala biləcək, strateji baxımdan mühüm mövqeyə malik olan Irana düşmüşdü. Buna görə də, Ingiltərənin Süveyş kanalı və Fars körfəzi zonasından çıxması ilə Iran ABŞ-ın regiondakı əsas dayağına çevrildi. Səudiyyə Әrəbistanı və Iran bölgədə ABŞ-ın ən mühüm dostları kimi tanınmağa başladılar. Regionun sabitliyi və təhlükəsizliyi Iran və Səudiyyə Әrəbistanına tapşırıldı.
    1979-cu ildə baş vermiş İran İslam İnqilabı, məntəqənin strateji durumunu büsbütün dəyişdi və ABŞ-ın SSRİ-yə qarşı yaratdığı "cənub təhlükəsizlik hasarı”nı sökdü. İran, nəinki Şərqdə, hətta bütün dünyada ABŞ-ın ən qatı düşmənlərindən birinə çevrildi. Regionun strateji durumundakı bu cür kəskin dəyişikliklər Fars körfəzi dövlətlərinin bərk nigarançılığına səbəb oldu. Elə həmin dövrdə, yəni 1979-cu ildə SSRI Әfqanıstanı işğal etdi və ABŞ-ın məntəqədəki maraqları güclü təhlükə altına düşdü. Bu cəhətdən də, məntəqə dövlətləri regional məsələlərə öz əvvəlki baxışlarını yeniləşdirmək məcburiyyətində qaldılar və zəruri təhlükəsizlik tədbirlərinin yaradılması haqqında fikirləşməyə başladılar. ABŞ isə, əsasən iki istiqamətdə öz səylərini gücləndirirdi:
    1. İslam inqilabı və SSRI-nin cənub istiqamətində təsirlərinin qarşısını almaq məqsədi ilə, bölgədə ABŞ-ın birbaşa hərbi hüzurunu təmin etmək və onun regionda mərkəzi hərbi komandanlıq funksiyalarını həyata keçirmək üçün hazırladığı sürətli planları reallaşdırmağa başladı.
    2. ABŞ, Fars körfəzi məntəqəsindəki mövcud potensial imkanlara söykənib, onlardan həmkarlıq şurası kimi özünün strateji maraqlarına xidmət edən qurumlar formasında istifadə etməyə başladı. Regional təhlükəsizlik tədbirlərindən sayılan "Әrəbistanın strateji müdafiə planı” (Sülh qalxanı) və "Səhra qalxanı” bu qəbildən olan "həmkarlıq”-a misaldır.
    Bütün bunlardan məlum olur ki, Fars Körfəzi Həmkarlıq Təşkilatı, əsasən müdafiə və təhlükəsizlik mahiyyəti daşıyan bir qurumdur və onun təşkil edilmə səbəbi isə, ABŞ-ın və məntəqə dövlətlərinin burada təhlükəsizliyə duyduqları ehtiyacdan irəli gəlir.
    1979-cu ildə Iran Islam Inqilabının qələbəsi, SSRI tərəfindən Әfqanıstanın işğalı və 1980-cı ildə Iran-Iraq müharibəsinin başlanması, Fars körfəzi ölkələrinin inteqrasiyaya olan meyillərini daha da gücləndirdi. Әlbəttə, ABŞ dövlət xadimlərinin regional bir təşkilatın yaradılması haqqındakı tövsiyələri daha təsirli faktor sayıla bilər.
    Nəhayət, 1981-ci ilin fevralında BӘӘ, Bəhreyn, Küveyt, Qatar, Oman və Səudiyyə Әrəbistanının xarici işlər nazirləri Әr-Riyad şəhərində toplaşaraq, Fars Körfəzi Həmkarlıq Təşkilatının təsis edilməsi barəsində yekdilliklə qərar qəbul etdilər. 3 ay sonra adı çəkilən ölkələrin başçıları Әbu Zəbi şəhərində konfransa toplaşaraq, təşkilatın nizamnaməsini imzaladılar. Әlbəttə ki, qurumun əsasnaməsində daha çox iqtisadi əməmkdaşlıqdan söz gedir. Lakin şura üzvlərinin həqiqi həmkarlığı müdafiə və təhlükəsizlik sahələrinə şamildir.
    Şuranın baş katibi də, həmçinin, məhz bu mətləbə işarə edərək, belə bildirmişdi: "Biz NATO-ya oxşamayacağıq. Amma məntəqənin xüsusi vəziyyəti bizi təhlükəsizlik tədbirlərinə əl atmağa məcbur edir”.
    Şuranın təşkilindən bir il sonra keçirilən ölkə başçılarının 2-ci iclasında (qeyd etmək lazımdır ki, burada müdafiə nazirləri və ordu qərargah rəisləri də iştirak edirdilər) üzv ölkələrin silahlı qüvvələrinin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsi və müştərək hərbi komandılığın yaradılması barəsində qərar qəbul edildi. Nəzərə almaq lazımdır ki, şuranın əsasnaməsində iqtisadi, ictimai, elmi, mədəni-maarif, əkinçilik, sənaye, turizm və səhiyyə sahələrində əməkdaşlıq etmək barəsində açıq-aydın maddələrin olmasına baxmayaraq, hərbi və təhlükəsizlik işləri və həmkarlığı haqqında aşkarcasına heç bir bənd yoxdur!
    İRAN KÖRFӘZİ HӘMKARLIQ ŞURASININ HӘDӘFLӘRİ
    Şuranın rəsmi təsdiq olunmuş məqsədləri əsasnamənin 4-cü maddəsində aşağıdakı şəkildə bəyan edilir:
    1. Vəhdət əldə etmək üçün bütün sahələrdə üzv ölkələr arasında həmkarlığa və fəaliyyətlərdə həmahəngliyə nail olmaq;
    2. Məntəqə əhalisi arasındakı rabitələri gücləndirmək və dərinləşdirmək;
    3. Aşağıdakı sahələrdə oxşar qayda-qanunların tənzimlənməsi: iqtisadi-maiyyə işləri, ticarət, hüquq və gömrük rabitələri, maarif və təlim-tərbiyə, ictimai işlər və səhiyyə, informasiya və turizm, qanunvericilik və idarəetmə sahələri;
    4. Sənaye, minerologiya, əkinçilik, heyvandarlıq və s. sahələrdə elmi təhqiqatların və texnologiyaların inkişaf etdirilməsi, ümumi inkişaf proqramlarını hazırlayan elmi-təhqiqat mərkəzlərinin yaradılması, məntəqə əhalisinin rifah halını yüksəltmək üçün həmkarlığın təşviq edilməsi.
    HӘMKARLIQ ŞURASININ ORQANLARI
    Bu şuranın 4 əsas orqanı var:
    a) Altı üzv ölkə başçısından ibarət olan Ali Şura. İclas iki ildə bir dəfə keçirilir. Onun nəzdində üzvlər arasındakı ixtilafları həll edən bir komissiya da mövcuddur.
    b) Üzv ölkələrin xarici işlər nazirlərindən ibarət olan Nazirlər Şurası.
    v) Katiblik - şuranın fəaliyyətlərini koordinasiya edən bir katibdən ibarətdir.
    q) Aşağıdakı ixtisaslaşdırılmış komissiyalar:
    1. İqtisadi-ictimai layihələr hazırlayan komissiya.
    2. İqtisadi, ticarət və maliyyə fəaliyyətlərini həmahəng edən komissiya.
    3. Sənaye həmkarlığı komissiyası.
    4. Neft siyasəti üzrə komissiya.
    5. Ictimai-maarif siyasətləri üzrə komissiya.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 834 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024