İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    8:56 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    HİNDİSTANLA PAKİSTANIN KEŞMİRӘ OLAN MÜNASİBӘTLӘRİNİN MÜQAYİSӘSİ
    Bir qədər əvvəl qeyd etdik ki, Hindistanla Pakistan dövlətlərinin hər biri özünə məxsus geopolitik baxışa əsaslanaraq, məntəqədə yerləşən Keşmir əyalətinə xüsusi diqqət yetirmiş və onlardan hər biri öz maraqlarını qoruyaraq, onun ölkənin müqəddəratına böyük təsir göstərəcəyini hesab etmişlər. Buradan belə bir sual meydana çıxır. Hər iki ölkə öz maraqlarını qoruyub qarşısına qoyduğu məqsədə çatmaq istəyir. Bəs Keşmirdə baş verən cərəyanlardan necə, onlardan hansı biri daha çox mütəəssir olur?
    Bu suala cavab tapmaq üçün hər iki ölkənin Keşmirə olan münasibətlərinə nəzər salmaq lazımdır. Məntəqədə yerləşən hər iki rəqib ölkə, yəni istər Pakistan olsun, istərsə də Hindistan, Keşmir yüksəkliyinə yiyələnməyi, paytaxt və ətraf şəhərlərə nəzarət və bunun üçün tərəf müqabilinin məntəqədə özünə yer etməsini, milli təhlükəsizliyi üçün ciddi təhlükə hesab edir. Hər iki ölkə oxşar vəziyyətə malik olsa da, Pakistan Hindistanla müqaisədə daha çox zərər çəkir. Әvvəla ona görə ki, Pakistanın paytaxtı Hindistan paytaxtı ilə müqaisədə Keşmirə daha yaxındır. Bununla yanaşı, Pakistanın böyük və əhalisi çox olan şəhərlərindən biri olan Pəncabın Keşmirə yaxın olması, şəraiti daha da gərginləşdirir. Әslində Pakistanın Islamabad, Lahur, Ravilpendi, Feysəlabad, Sahilval, Siyalkut, Pişəvər, Gəçərat və sair böyük şəhərləri, rəqib qüdrət tərəfindən təhdid olunur. Bunun üçün də Pakistan Hindistanla müqaisədə, Keşmir məntəqəsində daha çox zərər çəkməli olur. Milli təhlükəsizliyin təmin olunması, onu Keşmir məsələlərinə daha çox diqqət yetirməyə vadar edir.
    Pakistanın su ehtiyaclarını təmin etmək üçün Keşmirə olan ehtiyac və su asılılığı tamamilə göz qabağındadır. Bir haldakı, Hindistan bir o qədər də bu məntəqəyə ehtiyac duymur. Məhz bu səbəbdən, milli təhlükəsizliyi və su ehtiyaclarını təmin etmək baxımından Islamabad üçün olduqca zəruridir və oranın rəqib qüdrət tərəfindən nəzarət olunması tək milli təhlükəsizliyi, ictimaiyyət və iqtisadiyyatı deyil, bəlkə onun siyasi müstəqilliyini də ciddi təhlükə ilə qarşı-qarşıya qoymuş olur. Beləliklə, Pakistan Hindistan dövlətindən asılı vəziyyətə düşmüş olur.
    Keşmir, özünməxsus tipoqrafiq bərabərliyə malik olan bir məntəqədir. Pəncab düzənlikləri ilə eyni xüsusiyyətə malik olsa da, özünə xas olan bəzi xüsusiyyətlərlə onlardan fərqlənməli olur. Su qovşaqlarının quruluşu bundan xəbər verir. Məhz bu səbəbdən, Pəncab və Pakistandan Keşmirə gəlmək, Hindistanın şimal tərəfindən qat-qat asandır. Bütün bunlarla yanaşı, Pakistanla Keşmir arasında olan yollar daha çoxdur. (Belə ki, Pakistanla Keşmir arasında yeddi, Hindistanla Keşmir arasında isə yalnız bir gediş-gəliş yolu vardır). Bütün bunlara səbəb olan isə, Pəncabla Keşmir arasında cərəyanda olan çay, onun çox şaxəli qolları və dərələrdir. Məhz belə bir təbii şərait iki məntəqə arasındakı əlaqələri asanlaşaraq, daha da genişlənməsinə səbəb olmuşdur. Bir haldakı, Hindistan tərəfindən bu məntəqəyə yol tapmaq üçün sıldırım qayalardan keçməli və məntəqəni bir-biri ilə birləşdirəcək yollar salınmalıdır. Başqa sözlə desək, Keşmirlə Pakistan arasında olan topoqrafik oxşarlıqlar Keşmirlə Hindistanla müqaisədə olduqca çoxdur. Bir sözlə, məntəqəyə Pakistanla rəqib olan hər hansı bir ölkənin, o cümlədən Hindistanın nəzarət etməsi onun milli təhlükəsizliyini ciddi təhlükə ilə qarşı-qarşıya qoymuş olur. Çünki, rəqib ölkənin çay və yollara üz tutması, Paksitanın milli təhlükəsizliyi və strateji məntəqələri üçün daha da ciddi təhlükə yaradır.
    Әrazi yaxınlığı ilə yanaşı, Pakistan Keşmirlə hələ qədim zamanlarda ticarət əlaqələri saxlamış, dini, ictimai və mədəni baxımdan bir-birləri ilə sıx oxşarlıqlara malik olmuşlar. Bir haldakı Hindistan belə bir şəraitə malik deyildir. Әhalinin 80%-nin müsəlman olması və Pakistanla yaradılan sıx ictimai əlaqələr inkar olunmaz bir həqiqətdir. Pakistana hakim olan siyasi quruluş, ona məsələsinə dair etinasız qalıb müsəlmanların hüquqlarını müdafiə etməyə icazə vermir. Cari ildə Pakistan əhalisinin müxtəlif şəhərlərdə Keşmir müsəlmanlarının müdafiə və haqlarının pozulmasına dair keçirdikləri etiraz aksiyalarını buna misal çəkmək olar.
    Hər iki dövlətin Keşmirə qarşı olan münasibətlərinin müqaisəsindən belə bir nəticəyə gəlmək olur ki, Hindistan göstərdiyi təhdidlərdən savayı, Keşmirdə heç bir mənafe iddiası edə bilməz. Görə biləcəyi iş yalnız bundan ibarətdir ki, məntəqəyə olan nəzarətini gücləndirib, Pakistan dövlətinin siyasətini öz təsiri altına almış olsun. Bir haldakı, Pakistan dövləti öz milli təhlükəsizliyini qorumaq üçün Keşmirə geostrateji ehtiyac duyur və bütün bunlarla yanaşı, məntəqənin siyasi müstəqilliyinə, çaylardan düzgün istifadəyə və özü ilə eyni əqidədə olan müsəlman əhalisinin çətinliklərinə xüsusi diqqət yetirir. Çünki qeyd etdiyimiz kimi, Keşmir məsələsində Hindistanla müqaisədə olduqca böyük zərər və xəsarətlər görür.
    ÇARӘ NӘDİR?
    Bizə artıq məlum oldu ki, Keşmirin geopolitik və gestrateji mövqei və siyasi səhnədə mövcud olan boşluq, məntəqədə ardı-arası kəsilməyən ixtilaf və böhran şəraitinin meydana gəlməsinə səbəb olmuş və yaranmış belə bir acınacaqlı şərait ağır zərbələr vurmuşdur. İqtisadi, ictimai və mədəni sahələrdə müşahidə olunan kerçəkliklər, daim Keşmirin müsəlman əhalisini böyük çətinliklərlə üz-üzə qoymuşdur. Bütün bunlarla yanaşı, Keşmir əhalisinin mövcud şəraitə etiraz olaraq etdiyi çıxışlar, məntəqəyə hakim olan qüdrət tərəfindən amansızca yatırılır. Beləliklə, insanların siyasi amalı nəinki cavabsız qalır, bəlkə onun siyasi həyatdan silinməsinə belə səy olunur. Hər şeydən məhrum Keşmir camaatı qonşu dövlətlərin mənafeinə xatir, xüsusilə də cənub tərəfdən ağır əzab-əziyyətlərə məruz qalır və Hindistan dövləti özünün qeyri-məntiqi və heç bir coğrafi açıqlaması olmayan hədəfi ilə hələ də yerli əhalinin amansızcasına basılmasına davam edir.
    Hindistanın bəzi dövlət adamları Keşmir böhranını aradan qaldırmaq və həyata keçirdikləri səhv siyasətə yenidən nəzər salmaq əvəzinə, məntəqədə yaranmış gərgin vəziyyəti heç bir əsası olmadan Pakistan və Iran kimi dövlətlərlə əlaqələndirirlər. Diqqət yetirmək lazımdır ki, Keşmir camaatın Hindistan dövləti tərəfindən gördükləri əzab-əziyyətə görə qonşu ölkələrə, xüsusilə də Pakistana pənah aparıb ondan köməklik istəyə bilər. Әlbətdə ki, bu onun haqqıdır. Çünki, onların bundan başqa ayrı çarələri belə yoxdur. Heç bir oxşarlığı olmayan başqa bir böyük qüdrət tərəfindən təzyiq və təcavüzə məruz qalmış bir dövlət, yaranmış vəziyyətdən yaxa qurtarmaq üçün sığınacaq tapmağa çalışır və təbii olaraq, ona sığınacaq verən dövlətə meyl etməyə başlayır. Bunun üçün də təqsir onun deyil, haqsız olaraq ona hakim olub haqqını taptalayan qüdrətindir. Keşmir məsələsində bu həqiqət öz əksini tapır. Keşmir bir tərəfdən onunla heç bir oxşarlıq və yaxınlığı olmayan Hindistan kimi bir dövlət, digər tərəfdən də bir çox sahələrdə onunla yaxından həmahəng olan Pakistan kimi bir dövlətlə qarşı-qarşıya durur. Mövcud oxşarlıq və yaxınlığı nəzərə alaraq, onun Pakistana meyl etməsi də tam təbii bir haldır və bunun üçün onlara heç bir irad tutulmamalıdır. Pakistan da öz növbəsində mədəni və coğrafi yaxınlıqları nəzərə alaraq, Keşmir camaatının kömək istəklərini cavabsız qoya bilməz. Xüsusilədə ona görə ki, bunu bir tərəfdən əhalinin milli hiss və həmrəyliyi, digər tərəfdən də məntəqədə yad bir qüvvənin meydana gələrək, milli təhlükəsizliyini ciddi təhlükə ilə qarşı-qarşıya qoyması tələb edirdi.
    Keşmirdəki yaranmış böhran şəraiti təbii ki, nə yerli əhalinin, nə də Hindistan dövlətinin xeyrinədir. Çünki bütün bunlar heç bir nəticə verməyib, milli mənafe və iqtisadiyyata ağır zərbə vurmuş olur. Belə ki, yüz minlərlə ordunun məntəqədə yerləşdirilməsi həm Hindistanın dövlət büdcəsinə ağır zərbə vurur, həm də beynəlmiləl səhnədə onun tutduğu mövqeə mənfi təsir göstərmiş olur və onun məntəqədən çıxması öz xeyrinədir.
    Keşmirdə davam edən böhran şəraiti məntəqəyə də mənfi təsir göstərir. Bu mənada ki, vəziyyətin gərginləşməsi Hindistanla Pakistanın əlaqələrinə mənfi təsir göstərməklə yanaşı, hətta Çin dövlətinə belə öz mənfi təsirini göstərmiş olur. Belə ki, vəziyyətin gərginləşməsi iki dövlət arasında silahlı qarşıdurmalara belə səbəb olur. 1947, 1965 və 1971-ci ilin təcrübələri bir daha bunu sübuta yetirir. Bu illərdə məntəqədə yaranmış gərgin vəziyyət Hindistanla Pakistan arasında silahlı toqquşmalara gətirib çıxarmışdır. Bu kimi qarşıdurmalar Asiyanın cənub və əhalisi sıx olan cənub-qərb məntəqələrini ciddi təhlükə ilə qarşı-qarşıya qoya bilər. Digər tərəfdən də müharibə dövlət təşkilatlarının, iqtisadi obyektlərin ən başlıcası isə minlərlə günahsız insanın kütləvi qırımından savayı heç bir nəticə vermir. Dünyanın yoxsul məntəqələrindən biri olan cənubi Asiyada müharibənin başlanması, məntəqədə yoxsulluğun, iqtisadi və ictimai geriliyin artmasına və bütün bunların dünyanın gedişatına mənfi təsir göstərməsinə səbəb olur. Hindistanla Pakistan arasında müharibənin başlaması, hər iki dövlətin iqtisadiyyatına ağır zərbə vurub, ölkədə bir çox xəstəliklərin yayılması və ölüm sayının artmasına gətirib çıxarır. Müstəqilliyə təzə qədəm qoymuş və cavanlıq dövrünü keçirən dövlət isə müharibədən daha çox zərər çəkib, iqtisadi-ictimai və texnoloji sahələrdə on illərlə geri düşmüş olur.
    Keşmirdə davam edən böhran şəraiti tək məntəqəni deyil, bütün dünyaya öz mənfi təsirini göstərib, sülh və asayişi poza bilər. Çünki qeyd etdiyimiz kimi, Keşmirdə yaranmış böhran şəraitinə səbəb olan amillərdən biri də, qonşu dövlətlərin dünyanın zühur etməkdə olan qüdrət hesab olunmaları və nüvə silahlarına malik olmalarıdır. Hər üç ölkə, yəni Çin, Pakistan və Hindistan nüvə silahlarına yiyələnir və onların nüvə silahlarına yiyələnmələrinə səbəb olan da, Keşmir böhranı və məntəqədə aparılan nüvə rəqabətləridir. Hindistanla Pakistan daha çox hərbi şəraitlə qarşı-qarşıya durmuş və nüvə təhlükəsi onları daha çox təhdid etmişdir. Әgər bu iki dövlət arasında atom müharibəsi başlayarsa, heç bir şey onun qarşısını ala bilməyəcək. Yəqin ki, günü-gündən genişlənib daha geniş vüsət halını tapacaqdır. İlk mərhələdə Asiyanın cənub və cənubi-qərb, sonrakı məhələdə isə bütün Asiya və dünyanın sülh və əmin-amanlığını təhlükə qarşısına qoyacaqdır.
    Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, tərəflərdən birinin nüvə silahına yiyələnməsi istər-istəməz tərəf müqabilini də belə bir silaha yiyələnməyə vadar edir. Belə ki, Hindistanın nüvə silahına yiyələnməsi, Pakistanı da nüvə silahına yiyələnməyə vadar etmişdir. Bunun üçün də Hindistanın nüvə silahına yiyələnməsi və ölkə daxilində nüvə fəaliyyətlərini genişləndirməsi, Pakistanın da nüvə silahlarına yiyələnməyə səy göstərməsinə əsaslı dəlil ola bilər. Әslində, Pakistanın bundan başqa ayrı bir çıxış yolu da yoxdur. Çünki, milli təhlükəsizlik və ərazi bütövlüyünün qorunması, rəqib qarşısında nüvə silahına yiyələnməyi zəruri edir. Bu səbəbdən Pakistanı nüvə fəaliyyətindən əl çəkməyə tövsiyə və ya vadar etmək üçün ilk növbədə Hindistanı və digər ölkələri nüvə silahlarından məhrum edib, vəziyyətin belə davam etməsinə son qoymaq lazımdır.
    Deyilənləri nəzərə alaraq məntəqədəki böhran şəraitinə son qoymaq, ictimai-iqtisadi və mədəni gerilikləri aradan qaldırmaq üçün mümkün qədər tez Keşmir böhranına son qoymaq lazımdır.
    Bunun üçün də nəzərə çarpan yeganə çıxış yolu, Keşmirə siyasi müstəqillik vermək və orada müstəqil siyasi ordu yerləşdirməkdir. Yalnız belə olduğu bir şəraitdə məntəqəyə xas olan milli, mədəni və təbii xüsusiyyətlər ümumi rəyi nəzərə almaqla öz yerini tapacaqdır. Bunun həyata keçməsi isə, yalnız müştərək beynəlmiləl və regional tədbirlərlə mümkündür. Yəni bir tərəfdən Keşmirlə qonşuluq edən ölkələr onun siyasi müstəqilliyini rəsmi olaraq tanımalı və digər tərəfdən də, Birləşmiş Millətlər Təşkilatı ümumi rəyə arxalanaraq, siyasi ordunun yerləşdirilməsi üçün ciddi tədbirlərə əl atmalıdır. Hər halda, böhranın aradan qaldırılmasında BMT-nin, dünya ölkələrinin, xüsusilə də Islam dövlətlərinin ifa etdiyi rol, olduqca müəssər və həlledicidir. Məsələyə soyuq münasibət isə bir tərəfdən məzlum Keşmir əhalisinin təcavüzə məruz qalması, digər tərəfdən isə dünyadakı sülh və əmin-amanlıq şəraitinin pozulması ilə nəticələnəcəkdir. Məsələnin həllinə yalnız qarşılıqlı regional razılaşma yolu ilə nail olmaq olar. Beləliklə, həm Keşmir camaatı asudə nəfəs alıb öz müqəddəratını həll edə bilər, həm də Asiya qitəsində, xüsusilə də onun cənub və cənubi-qərb məntəqəsində sülh və asayişi bərqərar etmək olar.
    Bunun üçün təbii olaraq, ilk növbədə biganə dövlətlər öz qüvvələrini məntəqədən geri çəkməlidirlər. Sonra isə BMT, Islam Konfransı və qonşu ölkələrin nümayəndələri məntəqəyə dəvət olunmalı və ümumi rəyə əsaslanaraq, Keşmirin siyasi müstəqilliyi, habelə məntəqədə siyasi ordunun yerləşdirilməsi tələb olunmalıdır. Qonşu dövlətlər arasında mövcud qarşıdurmaları yatırtmaq məqsədilə təsis olunmuş yeni siyasi quruluş, özünün xarici əlaqələrində qonşu dövlətlərə qarşı bərabərliyə riayət etməlidir ki, təhlükəsizliyinin təmin olunmasında ona qarşı münasibətlərini dəyişməsinlər. Məsələnin belə bir həlli həm Keşmir camaatının, həm qonşu Hindistan, Pakistan, Çin və sair ölkələrin, həm də regional, ümumdünya sülh və əmin-amanlığın təmin olunmasının xeyirinədir.
    BOSNİYA VӘ HERSOQOVİNA BÖHRANI
    Bosniya və Hersoqovina bir vaxtlar sabiq Yuqoslaviyanın əyalətlərindən birini təşkil etmiş və o vaxtlar olduğu kimi, indinin özündə də müsəlmanların əsas mərkəz dairəsi hesab olunur. Coğrafi baxımdan Bosniya və Hersoqovina müsəlmanları Albaniya, Makedoniya, Monteneqro, Kosovo və Bosniya ərazilərində pərakəndə halda məskunlaşmış, lakin vahid əraziyə yiyələnən Cənubi Avropa müsəlmanlarından hesab olunurlar.
    Yuqoslaviya, I Dünya Müharibəsindən sonra meydana gəlmiş Serbiya, Krovasiya, Sloveniya, Monteneqru və müsəlman əyalətlərinin birlik və həmahəngliyi nəticəsində təsis edildikdən sonra Serbiya padşahı yeni dövlətə hakim təyin olunur. Belə bir qeyri-bərabər tərkib, ölkədə vahid millətin meydana gəlməsinə mane olur. Çünki Serb, Slovyan, Alban, türk, xorvat, məsihi ortodoks və katolik, müsəlman, eləcə də s. millət və dinlər Yuqoslaviya adlı vahid dövlətin hakimiyyəti altında birləşmişdi. Məlum məsələ idi ki, belə bir qeyri-bərabər dövlət və uzun illər boyu bir-birləri ilə düşmənçilik edən millətlər 73 ildən çox birgə həyat sürüb davam gətirə bilməzdilər.
    II Dünya Müharibəsində Yuqoslaviya alman ordusu tərəfindən işğal olunur və serblərlə müsəlmanlar arasında ciddi qarşıdurmalar meydana gəlir. Belə ki, müsəlmanların müqəddəs dini ocaqları uçurdulur, onlara qarşı olmazın əzab və işgəncələr olunaraq, kütləvi surətdə qətlə yetirilirdilər. Həmin dövrdə nə az nə də çox - üç yüz min müsəlman amansızcasına qətlə yetirilir.
    II Dünya Müharibəsi başa çatdıqdan sonra məhəlli partizan və kommunist qruplaşmarın səyi nəticəsində Yuqoslaviya yenidən öz müstəqilliyini əldə edir və 1946-cı ilin 13-də Federal Yuqoslaviya Respublikası müstəqil bir dövlət kimi rəsmi olaraq elan olunur. Marşal Titov təzə təsis olunmuş dövlətə hakim təyin olunur. O, hakimiyyətinin ilk illərindən müsəlmanlara qarşı müsbət mövqe tutmamış və dəfələrlə onlara qarşı ağır cinayətlər törətmişdir. Lakin sonralar onlara qarşı olan münasibətini dəyişmiş və müsəlmanlara daha çox azadlıq vermişdir. General Titov müsəlmanları bəzi dövlət vəzifələrinə təyin etməklə, müsəlman dövlət başçılarının rəğbətini qazanmağa başlayır.
    Titov öz siyasi rəftarı və Sovet Ittifaqı ilə fasilə saxlamaqla, əllinci illərdə Yuqoslaviya əhalisinə daha çox azadlıq verib tədriclə birlik simvoluna çevrilərək, ölkədə milli birliyə nail olur. Bu vəziyyət Titovun ölümünədək davam edir və Yuqoslaviya bir o qədər də böyük çətinliklərlə üzləşməyir. Lakin Sovet Ittifaqının süqutu və şərqdə baş verən hadisələrlə sıx əlaqəli olan Titovun ölümü, bir neçə millətdən təşkil olan və vahid millət əsasında qurulmuş Yuqoslaviya federasiyasının süqutu ilə nəticələnir. Beləliklə, əyalətləri biri digərinin ardınca azadlıq və müstəqillik tələblərini irəli sürməyə başlayır. Müstəqillik tələbini irəli sürən ilk əyalət, Yuqoslaviyanın paytaxtından (Belqrad) ən uzaqda yerləşən Sloveniya olur. Mərkəzdən uzaqda yerləşdiyi və dövlət oraya qoşun yürüdə bilmədiyi üçün qan tökülmədən, öz müstəqilliyini əldə edir. Beləliklə, Yuqoslaviya ərazisində ilk müstəqil Sloveniya dövləti təsis olunur. Bir qədər sonra paytaxtdan uzaqda yerləşən və dövlətin qanun yürüdə bilmədiyi başqa bir əyalət, yəni serb ünsürünün azlıq təşkil etdiyi Xorvatiya cüzi tələfatla öz müstəqilliyini əldə edir.
    Bu iki respublika 1991-ci ilin yanvar ayının 25-də rəsmi olaraq Yuqoslaviyadan ayrılıb, müstəqil ölkə kimi fəaliyyət göstərməyə başlayırlar. 1991-ci il 8 sentyabrda Makidoniya da itki və tələfat vermədən, öz müstəqilliyini əldə edir. Onun ardınca Monteneqru digər əyalətlər kimi öz müstəqilliyini elan edir.
    Lakin Belqradın qəzəb və narahatçılığına səbəb olmasın deyə, Serbiya ilə birgə federasiya qurmağa razı olur. Sloveniya, Xorvatiya və Makedoniya müstəqilliklərini əldə etdikdən sonra ağır itki və müharibələrlə yalnız Bosniya və Hersoqovina üzləşir. 1992-ci ilin yanvar ayının 29-da müsəlmanlar və Bosniya-Hersoqovina xorvatları öz müsətiqilliklərini elan edir və elə həmin gündən böyük faciə ilə üzləşirlər. Coğrafi baxımdan sabiq Yuqoslaviyanın təqribən mərkəz dairəsi hesab olunan bu əyalətdə serb, müsəlman, xorvat və digər millətlər məskunlaşırdı. Bunun üçün də onların müstəqillik tələbləri serblərin ciddi narazılığına səbəb olur. Әyalət Belqrada yaxın olduğu üçün serblər dərhal oraya öz qoşunlarını yürüdüb, bir neçə il müsəlmanlara qarşı olmazın cinayət və vəhşiliklərini törədirlər. Onların göstərdikləri bu vəhşiliklər bütün dünyanı dəhşəğə gətirir.
    BOSNİYA VӘ HERSOQOVİNA BÖHRANININ SӘBӘBLӘRİ
    90-cı illərdə Bosniya və Hersoqovinada baş verən faciələrə bir neçə mühüm amil səbəb olmuşdur. Onlar aşağıdakılardan ibarətdir.
    1. Bosniya və Hersoqovinanın əhalisinin tərkib hissəsi;
    Bosniya 52129 kvadrat kilometr əraziyə və təqribən 3707000 əhaliyə (BMT-nin 1995-ci ildə qeydə aldığı statistik məlumat) malik olduğu bir ölkədir.
    Milli və dini tərkib baxımından da bir neçə hissəyə bölünür. Dini baxımdan əhalinin 41%-ni müsəlmanlar, 31%-ni ortodoks məsihilər, 4%-ni katolik məsihilər, qalanını isə digər dinlərin nümayəndələri təşkil edir.
    Milli baxımdan isə əhalinin 44%-ni bosniyalılar, 33%-ni serblər, 17%-ni xorvatlar və qalanını digər millətlər təşkil edir. Danışıq dilinə gəldikdə isə, əhalinin 90%-i serb-xorvat dilində danışır və ölkənin rəsmi danışıq dili də serb-xorvat dili hesab olunur.
    Qeyd olunan tərkib hissələrindən əlavə, digər ünsürlər də bu ölkədə baş verən ixtilaf və keşməkeşlərə səbəb olan ən başlıca amil olmuşdur. Məsələn, serblər ortodoks məsihi, bosniyalılar müsəlman və xorvatların isə böyük bir hissəsini katoliklər təşkil etmişdir. Belə fərqli tərkib hissəsi məntəqədə ixtilaf və böhran şəraitinin daha da güclənməsinə səbəb olmuşdur.
    Әhalinin tərkib hissəsi ilə əlaqəli olan başqa bir məsələ, fərqli coğrafi mövqeyyətin bu qeyd olunan tərkib hissəsinin məntəqədə yerləşməsinin bu amilə əlavə olmasıdır. Yəni adları çəkilən üç millət əksəriyyət təşkil edən özünə məxsus coğrafi əraziyə malikdir və onların hər birinin ərazisi Bosniya ərazisindən kənara çıxıb, dini-milli coğrafi əhatə dairəsi ilə birləşir. Məsələn, Bosniyanın şimali-şərqində pərakəndə halda məskunlaşmış ortodoks serblər cənubi Avropa müsəlmanların, xarvat katolikləri isə qərb və cənubda şimali xorvatiya əraziləri ilə birləşmişdir. Bosniya və Hersoqovina ölkəsini təşkil edən bu üç ünsürün hər biri, mərkəz dairəsi tərəfindən də himayə olunur. Yəni müsəlmanlar islam dünyası, ortodoks serblər Rusiya, slavyan və xarvatlar isə Qərbi Avropa tərəfində himayə olunurlar. Sarayeva şəhəri və Bosniyanın paytaxtı - coğrafi mövqe baxımından müsəlmanların məskunlaşdıqları əraziyə yaxın olan Hersoqovinanın da əhalisinin böyük bir hissəsini müsəlmanlar təşkil edir. Belə ki, əhalisinin 50%-ni müsəlmanlar, 21%-ni serblər və 7%-ni isə xorvatlar təşkil edir.
    2. Daxili təcrübələr;
    Serblər, müsəlman və məsihilər tarixi ixtilaf və qarşıdurmalara malik olan millətlərdir. Belə ki, müsəlmanlar tarix boyu dəfələrlə serb və məsihi dövlətləri tərəfindən təcavüz və kütləvi soy qırımlara məruz qalmışlar. İlk dəfə olaraq müsəlmanlar Bosniyada Osmanlı imperatorluğunun hakimiyyəti dövründə məskunlaşırlar. Osmanlı imperatorluğu XIV və XV əsrlərdə Yuqoslaviyanın böyük bir hissəsini, 1463-cü ildə isə Bosniya və Hersoqovinanı işğal edir. Bunun ardınca, yerli və dindar Boçamili(Deyilənlərə görə, Boçamili camaatı yerli slavyan əhalisində olmuşlar. Onlar ortodoks kilsəsi tərəfindən dinsiz hesab olunduqdan sonra Osmanlıların Avropaya gəlişi ilə Islamı qəbul etmişlər.) əhalisi Bosniyada Islam dinini qəbul edir. İlk mərhələdə 36000 ailə müsəlman olaraq, Hənəfi məzhəbinin davamçılarına çevrilirlər. Həmin dövrdə Bosniya mədəniyyət sahəsində tərəqqi nəzərə çarpacaq dərəcədə inkişaf edir və orada türk, ərəb və fars dilləri geniş yayılmağa başlayır. Belə ki, qısa müddət ərzində dini, ədəbi, və ürfani yazıçıların sayı 300 çatır. 1969-cu ildə Osmanlı və Avstriya imperatorluqları arasında olduqca ağır müharibə baş verir. Serb və Xarvat məsihiləri Avstriya imperatorluğuna qoşulur və minlərlə müsəlman onların vasitəsilə qətlə yetirilir. Avstraliyalılar məntəqədə ciddi dəyişikliklərə səbəb olurlar. Bunun nəticəsində müsəlmanların böyük bir hissəsi indiki Türkiyənin ərazisinə mühacirət etməyə məcbur olurlar. Belə ki, hal-hazırda onların Türkiyədə 4 milyona yaxın nəvə-nəticələri yaşayır.
    Müsəlmanlara qarşı Bosniyada olunan ikinci böyük təcavüz 1804-cü ildə Serb üsyanı nəticəsində baş verir. Lakin Osmanlı imperatorluğunun əsgərləri məntəqəyə daxil olduqdan sonra ixtilaf aradan qaldırılır. 1829-cu ildə Rus çar dövləti Osmanlı imperatorluğuna təzyiq göstərərək, onu Serbiyanın muxtariyyatını rəsmi olaraq tanımağa vadar edir. Beləliklə, böyük Serbiyanın təsis olunma planı həyata keçir. Belə ki, 1854-cü ilə «Böyük Serbiya müsəlmanlardan boşaldılmalıdır!» şüarını verməyə başlayırlar. Osmanlı imperatorluğunun məntəqəyə olan hakimiyyəti 1878-ci ilədək davam edir və müsəlmanlar bu vaxtadək elə bir böyük çətinliklə üzləşmirlər. Lakin 1878-ci ildə Berlin Konfransından sonra Serbiya və Monteneqru əyaləti Osmanlı imperatorluğunun tabeçiliyindən xaric olur. Beləliklə, Bosniya və Hersoqovina Avstriya imperatorluğunun nəzarəti altına düşür. Bu hadisədən sonra da müsəlmanların böyük bir hissəsi qətlə yetirilir, böyük bir hissəsinə isə məcburi olaraq məsihi dinini qəbul etdirir.
    1917-18-ci illərdə Yuqoslaviya dövləti təsis olunduqdan sonra əhalisi müsəlmanlar olan Bosniya və Hersoqovina əyalətidə onun bir hissəsini təşkil edərək, mərkəzi hakimiyyət dairəsi məsihilər tərəfindən idarə olunan serb siyasi qüdrətinin nəzarəti altına keçir. İI Dünya Müharibəsi başa çatdıqdan sonra müsəlmanlar dördüncü dəfə ifratçı serblər tərəfindən geniş miqyaslı hücuma məruz qalır, qətlə yetirilirlər. Müsəlmanların qədim tarixi abidələri viran edilib özləri isə təhqir, işgəncə və əzab-əziyyətə məruz qalırlar. 1946-cı ildə Marşal Titovun kommunist hakimiyyəti Yuqoslaviyada qüvvəyə mindikdən sonra müsəlmanların qətlə yetirilməsi, müqəddəs dini mərkəzlərinin viran olunması bir daha Yuqoslaviya dövləti tərəfindən həyata keçirilir. Әlbətdə, bir qədər sonra nisbi canlama müşahidə və müsəlmanlarla serblər arasında sülh və əmin-amanlıq şəraiti bərqərar olunmağa başlanır.
    1992-ci ildə Bosniya və Hersoqovina öz müstəqilliyini elan etdikdən sonra alıncı dəfə serblər tərəfindən amansızcasına təcavüz olunub qətlə yetirilirlər. Serblərin törətdikləri vəhşiliklər bəşəriyyətin rüsvayçılığına səbəb olur. Milyonlarla insan qətlə yetirilib, yaralanıb, itgin və ya öz elindən-obasından didərgin düşərək, köçkün həyatı sürməyə məcbur olur. Kütləvi soyqırımı məqsədilə serblərin müsəlmanlara qarşı törətdikləri cinayət və vəhşiliklər bütün dünya ölkələrini heyrətə gətirib, onların qeyri-insani davranışlarından agah etdi. Bəzən xorvatlar tərəfindən də dəstəklənən serb təcavüzləri, müsəlmanların xatirələrində acı təsüratlar qoyur, keçmiş kin və düşmənçilik hisslərini yenidən şölələndirirdi. Belə ki, bu qarşıdurmalar hər zaman Bosniya və Hersoqovinada kütləvi soyqırım və qətillər ilə nəticələnə bilərdi.
    3. Coğrafi yaxınlıq;
    Bir qədər əvvəl qeyd olunduğu kimi, Serbiyada və ya paytaxtdan uzaq məsafədə yerləşən respublikalar daha tez müsəqilliklərini əldə etmiş, serblər paytaxtdan uzaqda yerləşdirdikləri üçün daha az çətinlikləri olmuşdur. Onlar cüzi tələfat verməklə müstəqil dövlətə çevrilərək, beynəlmiləl səhnədə rəsmi surətdə tanınmış və BMT-nin üzvlüyünə qəbul olunmuşlar. Sloveniya, Xorvatiya və Makedoniya respublikalarının əldə etdiklərini buna misal çəkmək olar. Lakin Bosniya və Hersoqovina digərlərindən fərqli olaraq, müharibə girdabına düçar olur. Çünki bu respublika adları çəkilən respublikalar ilə bir çox baxımdan fərqli xüsusiyyətə malik idi. Mövcud fərqlər millət və cəmiyyətin tərkib hissəsində, paytaxtla olan fasilədə və ərazi yaxınlığında müşahidə olunurdu. Məhz bu amillət Bosniya və Hersoqovinanın ağır müsibətlərlə üzləşərək, bir neçə il davam edən müharibələrdə böyük itkilər verməsinə səbəb olur. Çünki əvvəla bu ölkə əhalisinin 3%-dən çoxunu Serbiya serbləri ilə sıx bağlılıqları olan ortodoks serbləri təşkil edirdi. Әldə olunan həmrəylik nəticəsində serblər məntəqədə daha da qüvvətlənib, çox asınlıqla Bosniya ərazisində hərbi əməliyyatlar keçirirdilər. Bununla yanaşı digər respublikalarla müqaisədə, Sarayevo Belqrada ən yaxın paytaxt şəhəri idi. Bunun səbəbdən də, Belqrad və serblərin oraya nəzarət etməsi olduqca asan idi. Bosniya və Hersoqovinanın ərazisi şərq və şimal-şərq tərəfdən Serbiya ilə müştərək sərhədə malik idi. Onları bir-birlərindən ayıran başqa bir məntəqə mövcud deyildi. Bu səbəbdən, Belqrad və serblər Bosniya və Hersoqovinanı özündən asılı vəziyyətdə saxlamaq və milli birliyi qoruyub saxlamaq üçün bütün qüvvələrindən istifadə edirdilər. Lakin Bosniya əhalisinin göstərdiyi müqavimət və beynəlmiləl gedişat, serblərin istəklərinə çatmalarına mane oldu.
    4. Beynəlmiləl siyasət və gedişatlar
    Qeyd etdik ki, Bosniya və Hersoqovina bir neçə millət və fərqli coğrafi mövqeə malik olan ölkələrdir və bu millətlərin hər biri əslində böyük bir dini-mədəni məntəqənin xüsusiyyətlərini özündə əks etdirir. Bu səbəbdən onların hər biri mərkəzi coğrafi dairə tərəfindən himayət olunur. Yəni müsəlmanlar Islam dünyası, ortodoks serbləri Şərqi Avropa, xorvatlar isə Qərbi Avropa tərəfindən himayə olunurlar. Milliyyət baxımından da slovyanlar serblər, türklər Bosniyalılardan və almanlar xorvatlar tərəfindən himayət olunurlar.
    Beynəlmiləl və məntəqədən xaric səviyyəsində gedən himayə rəqabətləri, bir neçə illik Bosniya-Hersoqovina böhranında 1992-ci ildən sonra həyata keçməyə başlayır. Aparılan rəqabətlər beynəlmiləl qarşıdurmaya da gətirib çıxara bilərdi.
    Bir qüdrətli ölkə kimi ABŞ da bu rəqabət meydanına atılır və cərəyanda olan hadisələri öz xeyrinə tamamlayır. Yəni Amerika, Bosniyanın məhvolma astanasında və üç rəqib qüdrətin neçə illik böhran nəticəsində tənəzzülə uğradığı bir vaxtda əməl meydanına daxil olur. Beləliklə, Bosniya əhalisinin nəzərində nicatverici qüdrət kimi təcəlli edir. Digər tərəfdən də, beynəlmiləl səhnədə və üç qüdrətli ölkənin rəqabət cərəyanında öz diplomatik iqtidarını nümayiş etdirərək, onları irəli sürdüyü planı qəbul etmək qane edir. Beləliklə, beynəlmiləl böhranların həllində tutduğu mövqeni daha da gücləndirmiş olur. Amerikanın təklif etdiyi «Deyton planı» 1995-ci il sentyabr ayının 14-də Parisdə Bosniya, Serbiya və Xorvatiyanın dövlət başçıları tərəfindən qəbul olunaraq imzalanır. Beləliklə, ölkə milli-dini muxtar nahiyələrə bölünür və Bosniyanın şimal və şərq əraziləri serblərin, cənub və pərakəndə daxili əraziləri xorvatların, qərb və mərkəz əraziləri isə müsəlman-xorvat federasiyasının nəzarəti altına düşür. Bu plana əsasən, Bosniyanın hakimiyyəti müsəlman, serb və xorvat nümayəndələrindən ibarət üç nəfərlik şuranın üzərinə qoyulur və onlara rəhbərlik, müsəlmanların nümayəndəsi olan Әli Izzətbekoviçə həvalə olunur. Beləliklə, ABŞ-ın, Avropa dövlətlərinin, NATO və BMT-nin himayəsi ilə icra olunan plan əsasında, 1996-cı il sentyabr ayının 14-də ilk dəfə olaraq ölkə daxilində prezident, federal parlamentə nümayəndə, regional və məhəlli hakim seçkiləri keçirilir.
    Plan həyata keçirildikdən sonra qisməndə olsa, böhran şərait yatırılmış, Bosniyada normal həyat tərzi öz axarına düşmüşdür. Lakin böhranın tamamilə aradan qaldırıldığı nəzərə çarpmır. Xüsusilə də ona görə ki, müsəlmanlar ilə serblər arasındakı kin və düşmənçiliklərin dərin kökləri var idi. Sonralar serblərin Kosovo əylətində törətdikləri cinayətlər bir daha bu həqiqəti sübuta yetirir. Bu böhran da NATO-nun vasitəsilə aradan qaldırılır. Serblər bir daha özlərinə xas olan bir neçə xüsusiyyəti nümayiş etdirirlər.
    1. Son dərəcədə təssübkeş və millətpərəstlik;
    2. Rəhimsiz və daş ürəklilik;
    3. Güc və zorakılıqdan savayı heç bir yol tanımamaq;
    Belə ki, qarşılarında daha qüdrətli tərəf müqabili görməyincə, törətdikləri cinayətlərə son qoymurlar.
    4. Belə bir şəraitdə onların Rusiya slavyan və ortodoks kilsəsi tərəfindən himayə olunmaları.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 887 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024