İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:33 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    İKİNCİ FӘSİL
    XARİCİ SİYASӘT VӘ İSLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRİN ӘSASLARI
    (2-1) İslamda beynəlxalq əlaqələrin tarixi;
    (2-2) İslamdakı beynəlxalq əlaqələrə hakim olan ümumi qanunlar;
    (2-3) Quran və beynəlxalq əlaqələr;
    (2-4) Konstitusiyanın İranın xarici siyasətinə olan baxışı.
    (2-1) İSLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRİN TARİXİ
    Allaha Şeytanın şərrindən pənah aparıram. ([İslamın] digər bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini hidayətlə [Quranla] və haqq dinlə göndərən Odur)(Fəth surəsi, ayə 28).
    Bu fəsildə İslamda xarici siyasət, beynəlmiləl əlaqələr və onların əsasları haqqında söhbət açmaq istərdik. Lakin İslamda beynəlmiləl əlaqələr barədə söhbət açmazdan əvvəl xarici siyasəti tərif və onunla beynəlmiləl əlaqələr arasında olan münasibətlərə işarə etməyi daha məqsədə uyğun görürük.
    Xarici siyasət hər bir dövlətin şəxsi mənafeini qorumaq məqsədilə, digər dövlətlərə qarşı olan rəftar və münasibətlərdən ibarətdir. Dövlətlərin bir-birlərinə qarşı olan rəftar və münasibətləri ümumilikdə beynəlmiləl əlaqələr adlanır.
    Başqa sözlə desək xarici siyasət, hər hansı bir siyasi vahidin (təşkilat) digər siyasi vahiddən mümkün qədər çox bəhrələnməsi üçün ixtiyarında olan qüdrət və bacarığa deyilir.
    Siyasi təşkilatın ən başlıca xüsusiyyətləri, qarşıya qoyduğu hədəf, milli mənafe və məntəqənin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Qarşıya qoyduğu məqsədə çatmaq üçün isə o, hər şeydən əvvəl ölkənin strateji mövqe, mili mənafe və ümumi maraqları ilə yaxından tanış olaraq, baş verən cərəyanları düzgün təhlil və qiymətləndirməyi bacarmalıdır.
    Xarici siyasəti - beynəlmiləl strukturun həmahəngsizlik və siyasi təşkilatlara hakim olan müxtəlif dəyərlər səbəbindən - vahid nəzəriyyə halında bəyan etmək qeyri-mümkün olsa da, xarici siyasət amillərinin cəm hal daşıması, ümumiliyə şamilliyi və yayılma xüsusiyyətinə malik olması müəyyən qədər olsa da, onun iş strukturu barədə söz deməyə imkan verir.
    İslam dinində beynəlmiləl əlaqələrin ən başlıca meyarı, Qurani-kərim və onun icraçısı Həzrəti Məhəmməd (s)-dır. Qurani-kərimdə sonuncu və ən kamil İlahi din("Allah yanında (məqbul olan) din, əlbətdə, İslamdır”. Ali-imran surəsi, ayə 19 ) kimi adı çəkilən müqəddəs İslam dini, bütün insani, tarixi və coğrafi məsələlərə dair zamanın tələblərinə uyğun olaraq, sabit və dəyişgən hökmlər çıxararaq, bəşəriyyətin tələbatını ödəməlidir.
    Peyğəmbər (s)-ın gördüyü ən mühüm işlərdən biri də, ilk dəfə olaraq Mədinədə İslam dövlətini qurmaq olmuşdur. Әhzab surəsinin 21-ci ayəsində onun bütün sahələrdə örnək və nümunə olduğu göstərilir( 
    Həqiqətən, Allahın Rəsulu Allaha, qiymət günü ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allaha çox zikr edənlər üçün gözəl nümunədir. ). Bu səbəbdən onun həyata keçirdiyi xarici siyasət yolunu davam edən ardıcıllarına, dünyanın zülmət və qaranlığından işıqlı gələcəyə qovuşmaq üçün ən gözəl vasitə ola bilər.
    Maraqların qorunması məqsədi ilə əgər xarici siyasəti bir ölkənin digər ölkələrə qarşı bir növ örnək götürəriksə bilməliyik ki, Peyğəmbər (s)-ın həyata keçirdiyi siyasət, hər bir şüurlu müsəlman dövlət rəhbəri üçün nümunəvi rəftar və davranış tərzi olmuşdur. Buna görə də, Peyğəmbər (s)-ın zamanında mövcud olmuş siyasi coğrafiya, fəaliyyət göstərən böyük və kiçik qüdrətlər və Peyğəmbər (s)-ın onlarla yaratdığı əlaqələrə diqqət yetirmək, hər bir alim və təhqiqatçı üçün lazım və zəruridir. Elə bir əlaqələr ki, Məkkənin qüdrətli qəbilələri, Mədinənin ətrafında məskunlaşmış Ous, Xəzrəc və üç yəhudi qəbilələri ilə bərqərar olunmağa başlamış, Rum və İran kimi hegemon imperatorluqlar və onların tabeliyində olan Yəmən, Həbəş (Efiopiya), Misir və s. məntəqələrədək davam etmişdir.
    Burada qəbilələrarası əlaqələrə hakim olmuş siyasət və onlarla İran, Rum və digər dövlətlər arasında yaradılmış əlaqələr və nəhayət, Peyğəmbər (s)-ın böyük və kiçik dövlətlərə qarşı tətbiq etdiyi siyasət barədə söhbət açacağıq.
    (2-1-1) QӘBİLӘLӘR ARASI ӘLAQӘLӘR
    Həzrət Məhəmməd (s)-ın zamanında və onun peyğəmbərliyə təyin olunmasından əvvəlki dövrlərdə, Әrəbistan yarmadasında məskunlaşmış qəbilələr arasında bir o qədər də yaxşı münasibətlər olmamışdır. Təəssübkeşlik, təkəbürlük, qürur və təcavüz kimi mənfi xüsusiyyətlər onların düçar olduqları ağır şəraiti daha da gərginləşdirirdi.
    Әrəbistan yarmadasının ardı-arası kəsilməyən qəbilələr arası keşməkeş və qarşıdurmalar, nizam-intizamın olmaması və yuxarıda qeyd olunan xüsusiyyətlər bu ərazidə vahid mərkəzi dövlətin fəaliyyət göstərməsinə mane olurdu. Pərakəndə qəbilələr arasında siyasi qüdrətə malik olan şəxslər tapılsa da, hakimiyyət qəbilə başçısının ixtiyarında olub, onun tərəfindən olunurdu. Qəbilə başçıları isə adətən qəbilənin ən qüdrətli şəxsləri olurdu. Bu vəziyyət Yəmən, Həmir, Hirə, Qəssan, Hicaz, Məkkə və Mədinə kimi səhra və şəhər qəbilələrində müşahidə olunurdu.
    Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunduğu zaman, qəbilə başçıları arasındakı əlaqələr o qədər acınacaqlı idi ki, ticarət, səfər və sair mühüm məsələlər üçün ilin dörd ayında bir-birləri ilə müharibə edib, qan tökərdilər və bu ayları "haram aylar" adlandırmışlar. Bununla belə, Peyğəmbər (s) ərəb qəbilələr ilə möhkəm əlaqələr yaratmağa çalışırdı. Həcc mərsimi ona bu işdə daha yaxından köməklik edirdi. Həcc mövsümündə ziyarətə gələnlərlə ayrı-ayrılıqda və ya cəm halında görüşür və onları müqəddəs İslam dininin təlimləri ilə tanış edirdi. Məhz bu istiqamətdə atılan addımlar, ona bir müddət əvvəl kin-küdurət girdabında qərq olan təəssübkeş qəbilələri vahid ümmət halına çevirməkdə yaxından kömək edir. Elə bir ümmət ki, çox az bir müddətdən sonra Rum və Rum kimi hegemon imperatorların qarşısında duraraq, rəqibsiz qüdrətə çevrilir.
    Diqqət yetirmək lazımdır ki, bütün qəbilələr dövlətin bütün ünsürlərini, yəni ərazi və cəmiyyəti, müstəqil hökumət və hakimiyyəti özündə cəm edə bilmişdi. Bu qəbilələr ilə bərqərar olunan əlaqələr, Peyğəmbər (s)-ın qurduğu beynəlmiləl əlaqələrin bir hissəsini təşkil etmişdir.
    (2-1-2) DÖVLӘTLӘRLӘ ӘLAQӘ
    Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunmazdan əlavə Әrəbistan yarmadası ilə Həbəş, Әmarat, Qəssan və digər məntəqələr arasında bəzi ixtilaflar meydana gəlmişdir:
    1-İki böyük imperatorluq, yəni Rum və İranla aparılan uzun müddətli mübarizələr;
    2-Parçalanma və daxildə mövcud olan sabitsizlik.
    Hirə və Qəssanın Rum və sonra İran imperatorluqları tərəfindən təcavüzə məruz qalaraq öz müstəqilliyini itirmələri və Neman ibn Munzirin İran imperatorluğu tərəfindən Hirəyə padşah təyin olunduğunu buna misal çəkmək olar.
    Qureyşin düşmənçiliklərinə baxmayaraq, Peyğəmbər (s) qonşu ölkələrlə İslam təlimləri əsasında əlaqələr yaradır və onlarla səmimi münasibətdə olmağa çalışırdı. O, hər hər şeydən çox haqqa, ədalətə yer verərək qonşu ölkələrin rəhbərlərinə məktub göndərər, saziş bağlayar və bu yolla ilk dəfə olaraq qarşılıqlı əlaqələrin əsasını qoyardı. Bəhreyn, Həmir, Qəssan, padşahlarına, Oman əhalisinə, İ və İİ Nəcaşiyə, Rum imperatoruna və sair məntəqlərə göndərdiyi məktublar, bir daha dövlətlərarası əlaqələrə xüsusi diqqət yetirməsindən xəbər verir.
    Qədim zamanlardan bəri ticarət mərkəzinə çevrilmiş və müxtəlif millət və qəbilələrinin ticarət karvanlarının gediş-gəliş etdikləri Məkkə şəhəri həm mövqeiyyət, həm də özünün müqəddəsliyi ilə daim diqqəti cəlb etmiş və mühüm əlaqələr mərkəzinə çevrilmişdir. Bütün bunlar isə Peyğəmbər (s)-a bu şəhərdə fəaliyyət göstərib, İslam dinini təbliğ etməyə yaxından kömək edirdi. Göndərilmiş məktublardan bir neçəsinə diqqət yetirin.
    Allah peyğəmbəri Məhəmməddən (s) Həbəşə padşahı Nəcaşiyə:
    Bağışlayan və mehriban Allahın adı ilə
    "Sən bizimlə sülh şəraitindəsən. Sənin üçün hər şeyə sahib olan, bütün ehtiyacları aradan qaldıran, eyb və nöqsanlardan uzaq olan, qorxu və nigarançılıqları insanlardan dəf edən və onlara ruzi verib yaşadan Allaha həmd və səna edirəm. Şəhadət verirəm ki, İsa Məryəmin oğlu, Allahın ruhu və kəlamı olmuşdur. Allah onu pak, iffət və ismətli olan Məryəmin bətninə salmış və Məryəm onunla hamilə olmuşdur. Allah-təala Adəmi öz əlləri ilə düzəldib üfürərək, ona can verdiyi kimi öz ruhundan Məryəmədə üfürüb İsanı yaratdı.
    Mən səni şəriki olmayan Allaha tabe olmağa davam etməyə və mənim davamçılarımdan olub, gətirdiyim səmavi kitaba iman gətirməyə dəvət edirəm və bu bir həqiqətdir ki, mən Allah tərəfindən göndərilmiş haqq peyğəmbərlərdənəm... Әmim oğlu Cəfəri bir neçə nəfər şəxslə sənin yanına göndərirəm. Onlar sənin yanına gəldikdə, qəbul et və inadkarlığı kənara qoy. Mən səni və sənin tabeçiliyində olanları Allaha doğru çağırıram. Mən Allahın əmrini çatdırıb, öz xeyirxahlıq və tövsiyələrimi sənə bildirdim. Elə isə, nəsihətimi qəbul et. Allahın salamı olsun Hidayət yolunu tutmuş şəxslərə"(Həzrət Məhəmməd (s)-ın siyasi məktubları və İslamın zühur etdiyi illərin sənədləri səh 145-146).
    Rum imperatoru Herakla göndərdiyi məktubda isə deyilir:
    Bağışlayan və mehriban Allahın adı ilə.
    Allah peyğəmbəri Məhəmməddən (s) Rum padşahı Herakla: "Haqq yolunu tutmuş şəxslər heç vaxt çətinliklərlə üzləşməzlər. Allaha həmd və səna etdikdən sonra səni İslamı qəbul etməyə dəvət edirəm. İslamı qəbul et və beləliklə, bütün pislik və xoşagəlməz şeylərdən uzaq ol. İslamı qəbul et və beləliklə, Allah-təala sənə iki dəfə mükafat versin. Әgər mənim təklifimi rədd edərsənsə bil ki, bütün camaatın günahı sənin boynunda olacaqdır. Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kələməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək! Әgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq"(Həzrət Məhəmməd (s)-ın siyasi məktubları və İslamın zühur etdiyi illərin sənədləri səh - 155).
    (2-1-3) PEYĞӘMBӘRİN (S) ZAMANINDA RUM VӘ İRAN İMPERATORLUQLARI İLӘ YARADILAN ӘLAQӘLӘR
    Daxili keşməkeşlərə baxmayaraq, Rum və İran imperatorluqları ətraf məntəqələri öz nəzarətləri altında saxlayır və bu imperatorluqlara hakim olan padşahlar özlərini hamıdan üstün tutaraq, özlərini "İlahi əmanət” adlandırır və onlara tabe olmağı hamıya vacib hesab edirdilər. İranda Әnuşirvanın və Rumda Yunestinyanusun hakimiyyətini buna misal çəkmək olar.
    Ardı-arası kəsilmək bilməyən qarşıdurma və qanlı müharibələrə düçar olmuş bu iki imperatorluq, bəzən müvvəqəti olaraq bir-birləri ilə sülh sazişləri bağlasalar da, bir-birlərinə bəslədikləri kin-küdurət və düşmənçilik hissi heç vaxt onlara daimi sülh şəraitində yaşamağa imkan vermirdi.
    Әrəbistan yarmadasının o dövrki iqtisadi vəziyyəti və olduqca pis abu-həvası bu iki imperatorluğun nəzərindən uzaqda qalmasına və oraya qoşun yürütməmələrinə səbəb olmuşdur. Belə ki, mövcud şərait onlarda belə bir böyük əraziyə nəzarət etməyə maraq belə doğurmurdu.
    İstər Rum, istərsə də İran imperatorluqları səhra əhalisinə yalnız aralarında qarşıdurma meydana gəldikdə, onlardan istifadə edə biləcəkləri qüdrət kimi nəzər salırdılar. Bunun üçün qəbilə başçılarını özlərinə yaxşılaşdırmağa və onları lazım gəldikdə, tərəf müqabilləri ilə mübarizə aparmağa razı salmağa çalışırdılar. Lakin Peyğəmbər (s) zühur etdikdən sonra Qureyş və yəhudi qəbilələri tərəfindən sıxışdırılmalarına baxmayaraq, Әrəbistan yarımadasının hakimiyyət quruluşunda əsaslı dəyişiklər baş verdi. Peyğəmbər (s) Rum və İran imperatorluqlarına məktub göndərməklə, onları özlərindən əks-əməl göstərməyə vadar edir.
    Bu, beynəlmiləl əlaqələrin genişlənməsində atılan yeni və olduqca uğurlu bir addım idi. İran və Rum rəhbərləri Peyğəmbər (s)-ın elçiləri ilə layiqincə davranmasalar da, lakin bir qədər sonra lazımi əks-əməl göstərmək qərarına gəlmişdilər.
    (2-1-4) XӘLİFӘLӘR DÖVRÜ VӘ İSLAMDA BEYNӘLMİLӘL ӘLAQӘLӘR
    İslam dininin Peyğəmbər (s)-ın zamanında və ondan sonra xəlifələrin hakimiyyət dövründə beynəlmiləl səhnədə geniş fəaliyyət göstərməsi, bir çox böyük qüdrətləri, yeni yaranmış bu dini yeganə böyük qüdrət hesab etməyə vadar etmişdi. Bu səbəbdən tarixçilər, müsəlmanların xəlifələrin hakimiyyət dövründə əldə etdikləri uğurları Peyğəmbər (s)-ın beynəlmiləl səhnədə həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirmişlər. Yəni xəlifələrin hakimiyyət dövründə əldə olunan naliyyətlər, Peyğəmbər (s)-ın gözəl rəftar və davranışları, habelə İslamın həqiqi simasını biruzə verməsi sayəsində əldə olunmuşdur. O ki qaldı xəlifələrin hakimiyyət dövrünə, daxili müharibələr və bir çox digər çətinliklər səbəbindən beynəlmiləl məsələlərə bir o qədər də diqqət yetirilməmişdi. Әgər Mədinəyə yaxın və uzaq məntəqələrdən gəlsəydilər də, xəlifələrlə görüşərdilər. Onları maraqlandıran elmi suallara isə bir çox hallarda Әli (ə) özü şəxsən cavab verərdi.
    XİLAFӘT DÖVRÜNÜN NӘTİCӘLӘRİ
    Məhəmməd (s)-dan sonra ilk üç xəlifənin hakimiyyət dövründə saysız-hesabsız ölkə və şəhərlər fəth olunub İslam ölkələrinin ərazisi birə on artsa da, daxili keşməkeşlər və aparılan siyasət əsaslı ideologiya əsasında olmadığı, habelə ətraf məntəqələrin hakimləri ilə mərkəzi xilafət arasında daimi əlaqə olmadığı üçün ölkə və şəhərlərin fəthi əks nəticə verərək, İslam mədəniyyətinə ağır zərbə vurmuşdur.
    Bir çox məntəqələr İslam ölkələrinin sırasına daxil olsalar da, maddiyyata olan meyl, şan-şöhrət hissi, dini bidət və ideloji pozğuntular, İslamın öz həqiqi simasını itirməyə səbəb olmuşdu. İslam ölkələrində yaradılan əlaqələr İslam qanunları əsasında qurulmadığı üçün müsəlmanlar bu müqəddəs dini öz qonşu ölkələrinə lazımi qaydada çatdırmağa nail ola bilməmişdilər.
    Xəlifələrin ölkə və şəhərlərin fəthinə dair həyata keçirdikləri siyasətlərin verdiyi zahiri nəticələr aşağıdakılardan ibarət olmuşdur:
    a) İqtisadi çətinliklərin həlli;
    Minlərlə ərəb Mədinəyə mühacirət etdikdən sonra şəhər mühiti onların məşğuliyyətini təmin etməyə qadir olmasa da, ölkə və şəhərlərdə aparılan fəthlər, xüsusilə də əldə olunan qənimətlər, onların döyüş meydanına üz tutmalarına səbəb olurdu.
    b) İqtisadi çətinliklərin həlli;
    Әtraf məntəqələrin fəthi genişlənməklə, İslama həqiqi can yandıran sadiq şəxslər Allah yolunda cihad etmək üçün Mədinəni tərk edib döyüş məntəqələrinə yola düşürdülər. Kafirlərlə müharibə, daxildə aparılan səhv siyasətin üzərini örtmək üçün ən yaxşı vasitə idi. Bu siyasətə etiraz edən şəxslər isə dərhal döyüş məntəqələrinə sürgün olunurdu və təssüflər olsun ki, daxili məsələlərə diqqətsizlik sonralar aradan qaldırılması mümkün olmayan bir neçə ağır faciəyə səbəb olur. O cümlədən:
    1-Müaviyə və Xalid ibn Vəlidin hakimiyyət üçün hazırlanması;
    2-İsrailiyyat (yəhudilik) tərzi-təfəkkürünə aludə olmuş kitab əhlinin İslam cəmiyyətinə nüfuz etməsi;
    3-Xəlifələrin (şəxsi rəy əsasında) hökm çıxarmalarının qanuniləşdirilməsi və onların rəftar və davranışlarının "şəri sünnət" (şəriətə uyğun adət-ənənə) hesab olunması;
    4-İctihad məsələsinin ortaya atılması ilə Peyğəmbər (s)-ın sünnətinə qarşı yaranan etinasızlıq və hədislərin yazılmasına dair qoyulan qadağalar.
    Әli (ə) o dövrün ictimai vəziyyətini bu ibarətlərlə bəyan edir: "Bilin ki, Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunduğu zaman hansı çətinliklərlə qarşılaşmışdısa, sizdə indi həmən çətinliklərə düçar olmusunuz"(Rəuzətul Kafi, səh 67).
    Başqa bir yerdə Peyğəmbər (s)-ın dilindən o dövrün camaatının gələcəyi haqqında buyurur: "Bu camaat öz var-dövlətlərinin fitnə-fəsadına düçar olub Allahın mərhəmətini arzu etməklə yanaşı, İslamı qəbul etdikləri üçün Ona minnət qoyarlar. Allahın haram etdiyi şeyləri öz yalan şübhələri ilə halal edər, şəraba nəbiz (şərbət), sələmə isə müamilə adı verməklə, onları özlərinə rəva bilərlər"(Nəhcül bəlağə, Subhi Saleh, səh 230).
    Məlum olur ki, Peyğəmbər (s)-ın risaləti (gətirdiyi din) ümumbəşər və əbədilik kimi iki ən başlıca xüsusiyyətə malik olmuş və onun xarici siyasəti, müxtəlif dövlət və qəbilələr ilə yaratdığı əlaqələr Allaha təvəkkül etməklə, "Allahdan başqa Allah yoxdur deyin və nicat tapın" kəlməsini yaymaq, kafirlərlə dostluq etməyib onların İslam cəmiyyətinə hakim olmalarına imkan verməmək, haqq-ədalətə riayət etmək, ətraf məntəqələrlə səmimi münasibətdə olmaq, onlara yardım və əhdə vəfa etmək, İlahi qanunlardan boyun qaçırmamaq əsasında qurulmuşdur. Mühüm ictimai məsələlərdə əshabla məsləhətləşmək və aparılan danışıqlarla sülh və səmimiyyətin hər şeydən üstün tutulması, qəbilələrin müştərək xüsusiyyətlərindən istifadə edərək şəriət qanunlarını yaymaq və əmrə tabe olmadıqda, Allahın izni ilə mübarizəyə əl atmaq("Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşmək) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbətdə qadirdir” (Həcc surəsi, ayə 39). "Kafirlərlə cihad edin ki, fitnə-fəsad yer üzündən gedib din Allaha məxsus olsun. Әgər onlar fitnədən və döyüşdən əl çəksələr (onlarla ədalət edin) çünki zülm zalımlardan başqasına rəva deyil.” (Bəqərə surəsi, ayə 193).) və nəhayət, sülh və barışığa razı olanlarla sülh şəraitində olmaqda("Әgər onlar sülhə (barışığa) meyl etsələr, səndə sülhə meyl et və Allaha bel bağla. Həqiqətən Allah (hamınızın sözlərini) eşidən və (niyyətlərini) biləndir” (Әnfal surəsi, ayə 61).) Peyğəmbər (s)-ın qurduğu yeni cəmiyyətdə tətbiq etdiyi siyasətin ən mühüm hissəsini təşkil etmişdir. Bir sözlə dövlət rəhbərlərinə xarici siyasət, beynəlmiləl hüquq və qanunlar üçün hər nə lazımdırsa, Peyğəmbər (s)-ın tətbiq etdiyi siyasətdə öz əksini tapmışdır.
    Lakin təssüflər olsun ki, sonrakı xəlifələrin hakimiyyət dövründə xarici siyasət və beynəlmiləl əlaqələr get-gedə öz əhəmiyyətini itirmiş və öz axarından çıxaraq, uçuruma doğru yönəlmişdir. Bu bir həqiqətdir ki, əgər İslami cəmiyyət öz vüqar və şan-şöhrətini qoruyub mömin və əməlisalehlər cəmiyyət qurmaq istərsə, hökmən öz daxili və xarici əlaqələrini Quran və Peyğəmbər (s)-ın sünnəti üzərində qurmalıdır. Həşr surəsinin 7-ci ayəsində deyildiyi kimi: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə. ondan əl çəkin”.
    (2-1-5) MÜSӘLMANLARIN BEYNӘLMİLӘL SİYASӘTDӘN UZAQ DÜŞMӘLӘRİ
    Müsəlmanlar İslami hakim və hakimiyyət məsələsində ciddi çətinliklə qarşılaşdıqdan sonra bunun beynəlmiləl siyasətdə də təkrar olacağı təbii bir hal idi. Yaranmış gərgin vəziyyət Bəni Üməyyə xəlifəsi Müaviyyənin hakimiyyət dövründə özünün ən son həddinə çatır. O, daxili böhranı aradan qaldırmaq üçün Rum imperatorluğunun hakimiyyətini qəbul edir. Abbasi xəlifələrindən olan Harun Әrrəşidin dövründə isə, İslam hakimiyyəti özünün çiçəklənmə dövrünü keçirdiyi bir dövrdə, xarici siyasət zorakılıq və bac-xərac əsasında aparılır və bütün bunlarla yanaşı, din və İslam mədəniyyəti sahələrində heç bir təbliğat aparılmamışdır.
    Müaviyyənin hakimiyyəti dövründə Peyğəmbər (s)-ın xarici siyasəti özünəməxsus diplomatiya ilə əvəz olunur. Peyğəmbər (s)-ın tətbiq etdiyi beynəlmiləl siyasət iman, Allaha təvəkkül, qətiyyətlik, özünə arxayınlıq və mənəvi dəyərlər əsasında qoyulduğu bir halda, Müaviyyənin zəiflik göstərərək daxili çətinliklərin öhdəsindən gələ bilməməsi, xüsusilədə Әli (ə)-ın sadiq tərəfdarlarının rəhbərlik etdikləri hərəkatlardan yaranmış qorxu hissi, hakimiyyəti qorumaq və xarici siyasət onu bac-xərac üsulundan istifadə etməyə vadar edirdi. Belə ki, qərb sərhədlərinin qorunması və Rum imperatorluğu tərəfindən təcavüzə məruz qalması üçün hər il onlara külli miqdarda bac-xərac vermiş və beləliklə, Peyğəmbərin (s)-ın tətbiq etdiyi siyasət və idarə etdiyi dölətçilik üsulundan uzaq düşmüş olur.
    Buraxılan böyük səhvlərdən birini də, hicrətin İİ yüzilliyinə Harun Әr-rəşidin xilafət dövründə müşahidə etmək olar. İslam ölkələrinin sərhədləri Avropada Fransadakı Luvr çayından başlayaraq, Asiyada Hindistan və mərkəzi Afrika dövlətlərini əhatə etdiyi bir halda, Peyğəmbər (s)-ın meyarları ilə beynəlmiləl siyasətin icra olunması üçün bütün lazımi şəraitin olmasına baxmayaraq, madiyyat və şan-şöhrət arzusu, Abbasi xəlifələrinə ixtiyarlarında olan qüdrətdən İslamın genişlənməsi yolunda istifadə etməyə mane olurdu.
    (2-1-6) OSMANLI İMPERATORLUĞU VӘ BEYNӘLMİLӘL ӘLAQӘLӘR
    Bu dövrdəki beynəlmiləl əlaqələr iki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
    1-Qüdrət baxımından Osmanlı imperatorluğunun son həddə çatması və əraziləri genişləndirmək məqsədi ilə müxtəlif ölkələrə qarşı olunan qeyri-məntiqi zorakılıq;
    2-İmperatorluğun zəifləməsi və qərb tərzi-təfəkkürünün tətbiq etdiyi beynəlmiləl siyasət barədə yalnış təsəvvürün yaranması.
    Belə bir yalnış tərzi-təfəkkür onlarda elə təsəvvür yaratmışdı ki, Osmanlı imperatorluğu beynəlmiləl əlaqələrdə sülh və əmin-amanlıq tərəfdarı olmuş və daim həmrəylik siyasətini irəli sürmüşdür. Lakin bu heç də belə olmamışdır. Çünki nə qədər ki osmanlılar hakimiyyətdə idi, bir an belə silah yerə qoyulmamış və daim cihad və müharibə əhval ruhiyyəsi hökm sürmüşdür. İxtiyarlarında olan qüdrəti əldən verib zəiflədikdən sonra sülh və atəşkəs şüarı verməyə başlamışlar. Digər tərəfdən də, qərb ölkələrini istismar edib və onların imkanlarından istifadə etmək üçün osmanlıların verdikləri sülh şüarlarından bəhrələnərək, öz istismar planlarını daha da genişləndirməyə başlamışdılar. Çünki onlar müsəlmanların göstərdikləri bu zəifliyə hər şeydən daha çox diqqət yetirir və onların daha da zəifləməsinə şərait yaradırdılar.
    1535-ci ildə fransız İ Fransua ilə Osmanlı əmiri İ Süleyman arasında ilk dəfə olaraq saziş bağlanılır. Osmanlı xəlifəsi sazişin birinci bəndinə əsasən, iki şeyə razı olur. Bu da, İslamın siyasi və hüquqi strukturunda böyük bir inqilabın baş verməsinə səbəb olur:
    1-İslami və qeyri-islami ölkələr arasında gedən daimi müharibələrə son qoyub, əvəzində Fransa və Osmanlı dövləti arasında daimi sülhün bərqərar olunma istəyi;
    2-Sazişin müddətini on ildən həmişəliyə əvəz edilib, xarici mənafenin qeyri-cihad yolu ilə əldə olunma istəyi.
    Aydındır ki, beynəlmiləl siyasətdə aparılan belə bir dəyişiklik İslamın deyil, Osmanlı xəlifəsinin siyasəti olmuşdur. Bütün bunlara isə, 1529-cu ildə Osmanlı imperatorluğunun Vyenada etdiyi hücum və ağır məğlubiyyətə uğraması səbəb olmuşdur. Bunu nəzərə alaraq, Osmanlı imperatorluğu məcburiyyət qarşısında qalaraq, Avropa ilə sülh müqaviləsini bağlamağa razılıq verir.
    Osmanlıların bağladıqları sazişlər, İslami beynəlmiləl hüquq və qanunlardan xəbər verməzdən əvvəl sazişin özünəməxsus şəraitdə bağlandığına dəlalət edir. Belə ki, Osmanlı dövlətinin Avropadakı nümayəndəsi bu mətləbə işarə edərək deyir: "Hər bir ölkənin iki siyasəti olmalıdır. Biri ölkənin xarici rəftar və davranışlarının əsasını təşkil edən daimi, digəri isə zamanın tələblərinə uyğun olaraq tətbiq olunan müvvəqəti siyasət".
    Demək osmanlıların göstərdikləri zəifliyi ikinci, yəni müvəqqəti siyasətə aid edə bilərik. Bu səbəbdən osmanlıların həyata keçirdikləri siyasət, İslamın xarici siyasəti ilə tamamilə fərqli olmuşdur.
    Әlbətdə, cihad və mübarizə üçün kifayət qədər qüdrət olmadıqda sülh siyasətini həyata keçirmək, İslamın beynəlmiləl siyasəti ilə heç də ziddiyyətlik təşkil etmir. Lakin bu bütün dövrlərə şamil deyil. Həyata keçirilən siyasətlər bəzən də beynəlmiləl qanunlar ilə müxalif olmuşdur.
    İslam qanunlarından xaric olan xarici vətəndaşlara qarşı bağlanılan sazişlərdə kapitulasiya sisteminin(Kapitulasiya sistemi - bir ölkənin digərinə məğlub olduğunu rəsmən etiraf edib, tanımasına deyilir. ) qəbul olunmasını buna misal çəkmək olar. Bütün bunlara baxmayaraq, həmin dövürdə Konstantinopolun müsəlmanlar tərəfindən fəth olunması mühüm tarixi hadisələrdən biri hesab olunur. 1452-ci ildə müsəlmanların əldə etdikləri bu böyük qələbə, Avropanın inkişaf etmiş müsəlman dünyasının elmi nailiyyətləri ilə tanış olmalarına və eyni zamanda, öz geriliklərini müşahidə etmələrinə səbəb olur. Bütün bunlar isə, kilsənin bütün Avropaya zülm etdiyi zorakılıq və yerli əhaliyə qarşı ağır cinayətlər törətdiyi dövrə təsadüf edir. Məhz həmin dövrdə siyasət və fəlsəfə alimləri, insanların nəfs və cəmiyyətlərin siyasətin üzərinə qoyduğu təsirlər haqqında yeni nəzəriyyələr irəli sürməyə başlamışlar. Bütün bu amillər əl-ələ verərək, yaradılan əlaqələrdə ciddi dəyişiklərə və "ronesans" adlı yeni dövrün meydana gəlməsinə səbəb oldu.
    Beləliklə, "Siyasi”, "hakimiyyət cəmiyyəti" kimi məfhumlar yeni tərzdə açıqlanmağa başlanmışdı. "Milliyyəçilik" tərzi-təfəkkürü tədriclə meydana gələrək, keçmişdə baş verən dini və əqidəvi müharibələr, ölkələr arasında milli döyüşlərə çevrilir.
    Müxtəlif milliyyətlər əsasında milli dövlətlər və yeni dövlətçilik üsulu meydana gəlir və bütün bunlar başqa bir yeni elmin, yəni beynəlmiləl əlaqələrin meydana gəlməsinə münasib şərait yaradır.
    (2-1-7) MÜASİR DÖVR VӘ İSLAM DÜNYASINDA BEYNӘLMİLӘL ӘLAQӘLӘR
    Osmanlı imperatorluğu süquta uğradıqdan sonra dinin siyasətdən ayrılması, müsəlman millətlərin Qərbin siyasi və hüquqi üsullarına üz tutması, dövlət və qanunun şəriətdən ayrılması və bu kimi sair məsələlər ortaya çıxır və beləliklə, qərb həyatın bütün sahələrində, İslam ölkələrində hökmüranlıq etməyə başlayır. Müsəlmanların zəiflik göstərməsi siyasi, iqtisadi və mədəniyyət sahələrində qərbə olan asılılığa və İslam dünyasında İsrail adlı xərçəngin meydana gəlməsinə səbəb olur. Qərb tərzi-təfəkküründə artıq İslamın siyasi və hüquqi hakimiyyəti heç bir məna və məfhum kəsb etmirdi.
    İİ Dünya Müharibəsi başa çatdıqdan sonra Qərbin İslam dünyasına hakim olması, İslami hakimiyyətin yenidən bərpa olunacağını demək olar ki, qeyri-mümkün hala çevirirdi. Çünki, sonralar İslami ərazilərdə və beynəlmiləl səhnədə meydana gəlmiş yeni dövlətlər Qərb siyasəti, hüquq və tərzi-təfəkkürü əsasında formalaşırdı. Lakin panislamizm hərəkatlarının meydana gəlməsi, İslam konfranslarının təşkil olması və ən başlıcası son əsrdə İranda İslam İnqilabının baş verməsi və onun dünya siyasətində ifa etdiyi rol, müsəlman ölkələrinə və beynəlmiləl əlaqələrə böyük təsir qoymuşdur. Bu tarixi hadisə bir daha qəlblərdə ümumdünya İslami birlik çırağının şölələnməsi və beynəlmiləl İslami qanunların yaşadılmasına səbəb olmuşdur. Beləliklə, elm və əməl sahələrində edilən səylər nəticəsiz qalmır.
    Böyük qüdrətlər arasında yaranmış ixtilafları və onların strateji baxımdan bir-birlərinə qarşı durmalarını nəzərə alaraq, dünya müsəlmanlarının birliyə can atıb, əvvəlki qüdrətini yenidən əldə edə biləcəyinə daha çox ümid bəsləmək olar.
    Hal-hazırki dövrdə baş verən hadisələr - istər İslam dövlətlərinin bir-birləri ilə, istərsə də qeyri-islam dövlətlərlə yaradılan əlaqələr - İslam dünyasının beynəlmiləl əlaqələri kimi qələmə verilməlidir. Çünki islami əlaqələrə hakim olan təvəlla və təbərra (Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik) kimi mühüm bir məsələ artıq unundulub xatirələrdən silinmişdir.
    Quran nöqteyi nəzərindən insanları üç qismə bölmək olar.
    1-Müsəlman;
    2-Qeyri-müsəlman;
    3-Dinsiz (kafir).
    Hal-hazırda bu üç ünsürün dünyada mövcud olduğunun şahidiyik
    Qurani-kərim ayrı-ayrılıqda onların hər birinə müraciət edərək, müəyyən hüquq və ixtiyarlara malik olduqlarını bildirir. Ali-imran surəsinin 64-cü ayəsində buyurulur: "[Ya Məhəmməd!] Söylə ki: Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin! [O kələmə budur ki]: "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək!".
    Göründüyü kimi, birinci hissəsi ümumilikdə müşrüklərə şamildir. Orada Allahdan başqa bir varlığa ibadət etməyib, ona şərik qoşulmamalı olduğu bildirilir. Ayənin ikinci hissəsi isə bütün insanlara, o cümlədən ümumilikdə dinsizlərə şamil olub, onlara bir-birlərinə və ya digər Allah hesab etdikləri varlıqlara ibadət etməməli olduqları bildirilir.
    Quran bu üç ünsürə müraciət etməklə yanaşı, müsəlmanlara onların hüquqlarını taptalamamağı, hətta onlarla ədalətlə rəftar etmələrini belə tövsiyə edir. Mumtəhinə surəsinin 8-ci ayəsində bu haqda buyurulur: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”.
    Quranın müsəlmanlara verdiyi əsaslı hökmlərdən biri də bundan ibarətdir ki, bəşəriyyətə hörmət və ehtiramla yanaşmalı və yalnız o kəslərə üz çevirməlidirlər ki, onları ictimai və siyasi təyziqlər altına qoymuş olsunlar. Bununla yanaşı, onlara qarşı bağladıqları əhd-peymanı sındırmadıqlarınadək, sadiq qalmaqlarını əmr edir: "Onlar sizinlə doğru-düzgün davrandıqca [əhdi pozmadıqca], siz də onlarla doğru-düzgün dolanın(Tövbə surəsi, ayə 7).
    Başqa bir ayədə Quran bizə başqaları ilə gözəl davranmağı əmr edir: "İnsanlarla xoş danışın”(Bəqərə surəsi, ayə 83).
    Başqa bir ayədə isə bizlərə din və milliyyətindən asılı olmayaraq, kimsənin haqqını taptamamaq əmr olunur: "İnsanların haqqını azaltmayın”(Әraf surəsi, ayə 85; Hud surəsi, ayə 85; Şüəra surəsi, ayə 83).
    Bu ayə Qurani-kərimdə üç peyğəmbərin dilindən bəyan olunur.
    Demək, Quranın dəvəti hər üç ünsürə şamil olunur.
    Bilməliyik ki, Qurani-kərim tək məsum imamların dövründə yaşamış insanlara deyil, bəlkə bütün dövrlərdə yaşamış və müəyyən səhvlər buraxmaqla yanaşı, həqiqəti dərk edib dini hökmləri hər yerdə yaymağa qadir olan bütün insanlara şamil edilir.
    Belə bir yüksək hədəfə çatmaq üçün Qurani-kərim üzərimizə iki mühüm vəzifə qoymuşdur. Onlardan biri yaxşı işlər görüb və başqalarını buna sövq etmək, digəri isə, pis işlərdən uzaq olub, başqalarını da ondan uzaq olmağa çağırmaqdan ibarətdir. Həcc surəsinin 41-ci ayəsində deyilir: "O kəslər ki əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verər, [insanlara] yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər”.
    Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, müqəddəs İslam dini bütün insanlara hörmət və ehtiram gözü ilə baxmaqla yanaşı, öz davamçılarına bütün bacarıqlarına islah olub xoşbəxt həyata nail olmalarına doğru istiqamətləndirmələrini əmr edir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 874 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024