İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:04 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    (3-2) GEOPOLİTOLOGİYA
    "[Ey möminlər!] Allahın və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərlə qarşı bacardığınız qədər qüvvə [cihad üçün bəslənilən] döyüş atları tədarük edin”(Әnfal surəsi, ayə 60).
    Firdovsi şerlərindən birində deyir:
    Təvana bovəd hər ke dana bovəd
    Ze daneş del pir borna bovəd
    (Şerin məzmunu; Elmli olan bacarıqlı olar, elmə yiyələnməklə qoca cavan olar.)
    Başqa bir misrada deyir:
    Ze niru bovəd mərd ra rasti
    Ze sosti kəci ayəd və kasti.
    (Şerin məzmunu; İnsan güc və qüdrətlə haqqını əldə edə bilər. Süstlüklə yalnız haqdan tənəzzülə uğramaq olar)
    Qeyd olunan ayə və misralardan məqsəd geopolitoloji mövzulardan əldə olunan məna və nəticələrdir. Belə ki, onlardan hər biri qüdrətlə əlaqəli və həmahəngliyə malikdirlər. Bu mənada ki, geopolitologiyada sabit və qeyri-sabit coğrafi amillər dövlətlərin potensial qüdrəti çərçivəsində olur.
    Әlbətdə, geopolitik amillərin - qüdrətin artması, zaman və məkanın dəyişilməsindən asılı olaraq bir-birlərindən fərqli olur. Buna görə də qüdrət ölkələrin həmişəyaşar xüsusiyyətlərindən birini təşkil edir.
    Bununla yanaşı qeyd olunan müəssir amillər, dövlətlərin qarşılıqlı siyasi davranışlarında da bir-birlərindən fərqli xüsusiyyətə malik olurlar. Məsələn, qədim zamanlarda şimal qütbü beynəlmiləl əlaqələrdə bir o qədərdə əhəmiyyət kəsb etmirdi. Lakin qüdrətli ölkələr atom əsrinə qədəm qoyduqdan və qitələrarası nüvə raketləri meydana gəlikdən sonra bu coğrafi məntəqə olduqca böyük əhəmiyyət kəsb etməyə və Amerika, Sovet İttifaqı, Kanada və sair qüdrətli ölkələrin rəqabət meydanına çevrilməyə başlamışdır. Belə ki, onlardan hər hansı biri şimal qütbünə nəzarət edə bilsəydi, məntəqədəki strateji mövqeiyyətini daha da gücləndirə bilərdi.
    İraqla Suriyadakı su böhranını buna başqa bir misal çəkmək olar. Belə ki Fərat çayının mənbəsinə toxunulmaqla, bu ölkələrin Türkiyə ilə olan əlaqələrinin pozulmasına səbəb ola bilər. Yaranmış belə bir şəraitdə İraqla Suriya arasındakı münasibətlər yaxşılaşıb, onların birləşmələri ilə nəticələnə bilər.
    Mümkün qədər çox qüdrətin əldə olunmasından ən başlıca məqsəd, bir çox hallarda milli mənafe və milli təhlükəsizliyin təmin olunmasıdır. Buna görə də müasir geopolitologiya elmi dövlət və ölkələrin qüdrət və iqtidara can atma səbəblərini, onun sabit və dəyişgən amillərini, dövlətlərin beynəlmiləl səhnədə rəftar və davranışlarına qoyduğu təsiri, habelə dövlətlərin dünya səviyyəsində malik olduqları mövqeiyyət barədə təhlil və araşdırmalar aparır. Geopolitologiya, qarşıdurma, birlik və ayrılıq, iqtidar və qüdrət, nüfuz dairəsi, rəqabət, qərara gəlmək, böhran, nəzarət, nüfuz və hegemonluq, sülh və həmkarlıq, ətraf mühit və təbii mənbələr, ərazi, milli mənafe, regional əlaqələr, təhlükəsizlik, milli birlik, milli iqtidar, strategiya və s. məsələləri özünün diqqət mərkəzində saxlayaraq, onlar barədə dəqiq araşdırmalar aparır.
    (3-2-1) GEOPOLİTOLOGİYANIN TӘRİF VӘ MӘFHUMU
    XX əsrin əvvəllərində geopolitik məsələlər o qədər geniş inkişaf etməyə başlamışdır ki, hətta siyasi coğrafiyanı da öz təsiri altına almışdır. Geopolitologiya məktəbi Almaniyada iki dünya müharibələri arasında böyük nüfuz və qüdrət əldə edərək, Almaniya dövlətinin siyasətinin formalaşması, eləcə də dünya müharibəsinə böyük təsir qoyur.
    İsveçli Rudolf Kelen (1861-1922) 1916-cı ildə ilk dəfə olaraq "canlı varlıq olan dövlət"- nəzəriyyəsini irəli sürərək, geopolitologiya kəlməsindən istifadə etmişdir. Alman coğrafiyaşünası Ratzelin nəzəriyyələrindən mütəəssir olan Kelen, irəli sürdüyü nəzəriyyədə digər terminlərdən də istifadə edir.
    Geopolitologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmiş və irəli sürülən məşhur nəzəriyyələr sayəsində inkişaf edərək daha da genişlənmişdir. II Dünya Müharbəsi başa çatdıqdan sonra geopolitik mütaliələr zahirdə nəticəsiz qalır, lakin geopolitik mütaliə və məfhumlar iki qüdrətli ölkənin, yəni ABŞ və Sovet İttifaqının diqqət mərkəzinə çevrilir. Belə ki, üç ildən sonra geopolitologiya kəlməsi Kesincer, Berjinski, Kevini Qeri, Kohen və digər Amerikan siyasətçiləri tərəfindən geniş şəkildə istifadə olunmağa başlamış və tez bir zamanda dillərə düşmüşdür. 80-cı ildən sonra isə zindandan azadlığa çıxmış insan kimi azad nəfəs almağa başlamış və genişlənərək siyasət, universitet və mədəniyyə ocaqlarında, habelə kütləvi informasiya vasitələrində öz əksini tapmağa başlamışdır. Bütün bunlarla yanaşı Paris, London və digər ölkələrdə xüsusi gopolitologiji müəssisələr təsis olunmuşdur. Böyük əhəmiyyətə malik olduğu üçün universitet və elmi ocaqlardan əvvəl siyasət və diplomatik mərkəzlərdə görkəmli geopolitologiya mütəxəssisləri tərəfindən istifadə olunmuşdur. Bu proseslərin getdiyi dövrdə siyasi coğrafiyanın bu şaxəsinə xas olan ədəbiyyat tez bir zamanda inkişaf etməyə başlamış və onun daxilində enerji, su, məlumat və nüvə geopolitologiyası və sair yeni ixtisaslar meydana gəlmişdir. Bir sözlə, geopolitologiya bir elm kimi son illərdə özünün nəzəri və əməli formasında diqqət mərkəzinə çevrilmişdir. Bütün bunlar isə gopolitologiyanın nəzəri və akademik əhatə dairəsinin diqqət mərkəzində olmadığı bir halda baş verir. Lakin indinin özündə də bir çox suallar bizim üçün qaranlıq olaraq qalmaqdadır. O cümlədən; geopolitologiya elmdir yoxsa sənət? Baxışdır, yoxsa məktəb? Müstəqildir, yoxsa asılı? Bir sözlə əsas mahiyyəti nədən ibarətdir? Lakin məlum olan budur ki, bu elm yenidən ayağa qalxmış və günbəgün dünyada özünə daha yüksək mövqe tapmaqdadır. Nəzəri baxımdan da siyasi coğrafiyanın bir şaxəsini təşkil edir. Hərçənd beynəlmiləl əlaqələrdə, iqtisadiyyat, politologiya və sair elmlərdə haqqında söhbət açılan mövzularda da geopolitik məsələlərə işarə olunur.
    İndiyədək geopolitologiyanın tərif və mənası müxtəlif ibarətlərlə bəyan olunmuşdur. Onlardan ən mühümlərinə işarə edirik:
    Geopolitologiya - qüdrətə yiyələnmək elmidir;
    Geopolitologiya - rəqabət və nüfuz dairəsinin genişlənmə elmidir;
    Geopolitologiya - coğrafi amillərin, dövlətlərin siyasət və beynəlmiləl əlaqələr elmidir;
    Geopolitologiya - böhranlı məntəqələr elmidir;
    Geopolitologiya - məntəqə və məntəqə xarici siyasi təhlil elmidir;
    Geopolitologiya - sərhəd uğrunda mübarizə və qarşıdurma elmidir;
    Geopolitologiya - strateji məntəqələrə nəzarət elmidir;
    Geopolitologiya - bir dövlətin başqa bir dövlətə siyasi hakimiyyət və hökmüranlıq elmidir;
    Geopolitologiya - qüdrət və onun bərabərlik, hökmüranlıq və hökmüranlığa tabeçilik nəticəsində dəyişikliyə məruz qalma əsasında dövlətlərarası əlaqələr elmidir;
    Geopolitologiyanın iqtisadi əlaqələr və ümumdünya qüdrət qurluşu və dəyişilmə mənasına malik olması iqtisadi gedişatdan irəli gəlir;
    Geopolitologiya - həyat əhəmiyyətli təbii mənbələrin tələbat və tələbatçıya çatdırmaq arasında olan həmahəngsizlik elmidir.
    Bu mənadakı yemək, su, enerji, dəmir və sair mənbələr yer üzündə bəşəriyyətin ehtiyac və istəklərinə uyğun olaraq bölünməmiş buna görə də, dövlətlərarası ixtilaf və keşməkeşlər meydana gəlmişdir.
    Geopolitologiya - ümumdünya qüdrət qurluşunun dəyişgənlik elmidir.
    Göründüyü kimi, geopolitologiya barədə müxtəlif və bir-birindən fərqli təriflər verilmişdir və bu da onun müxtəlif elmi xüsusiyyətlərə malik olmasından xəbər verir. Lakin ümid bəsləmək olar ki, universitet və digər elmi ocaqlarda elmin bu sahəsinə daha çox diqqət yetirməklə, mövcud çatışmamazlıqları aradan qaldırılmış olsun. Geopolitologiya barədə digər təriflər də deyilir.
    Robert Straveş Hop 1942-ci ildə geopolitologiyanı belə tərif etmişdir: "Geopolitologiya - nəyə yiyələnməli olduğumuzu və nəyə yiyələnməli olmadığımızı bizə bəyan edən əsaslı bir plan və bələdçidir. O bizə qələbənin ən sadə yolu olan hərbi strategiyanın nədən ibarət olduğunu bəyan edir".
    Qraham Foller bu barədə deyir: "Geopolitologiya - qədim fənnlərdən birinin bir qolunu təşkil edir və dövlətlərin rəftar və davranışlarının təyinedici amili və özünün müasir forması olan coğrafiyaya xüsusi diqqət yetirir".
    Doktor İzzət İlahi İzzəti deyir: "Geopolitologiya, əslində coğrafi amillərin siyasətin üzərinə qoyduğu təsir və nəticələrdən, başqa sözlə desək coğrafi amillərin millətlərin siyasətində ifa etdiyi rolu araşdırmaqdan ibarətdir”.
    Patrik Osilvan yazır: "Geopolitologiya - istər bir, istərsədə bir neçə ölkəyə rəhbərlik edən qüdrətli dövlətlər arasına olan əlaqələrin coğrafi mütaliəsinə deyilir".
    Müasir ali məktəb geopolitoloqlarından olan Sol Kohen yazır: "Geopolitologiya - siyasətlə coğrafi fəza (ərazi) arasında yaradılan əlaqələrin mütaliə olunmasından ibarətdir. Geopolitologiyada iki tərəfli atmosfer təsir, forma və quruluşlar siyasət və təşkilatların etiqadları ilə birgə mütaliə olunur...Qarşılıqlı ərazi münaqişələrini, məhəlli, milli, qitə və ümudünya səviyyəsindəki siyasi gedişatı, habelə beynəlmiləl geopolitik quruluşa özünə məxsus forma verərək meydana gətirilmişdir”.
    "Tənqidi geopolitologiya" kitabının müəllifi C.O.Totayl yazır: "Geopolitologiya - qüdrətli dövlətlərin qüdrət mərkəzlərinin vasitəsilə beynəlmiləl siyasətdə atmosferanın meydana gətirilməsindən ibarətdir".
    Oksford və bir çox digər lüğət kitablarında geopolitologiya - coğrafi amillərin siyasətlərin üzərinə qoyduğu təsir kimi tərif olunmuşdur. Yuxarıda qeyd olunan tərifləri nəzərə alaraq ümumi olaraq geopolitologiyanı belə tərif edə bilərik: "Geopolitologiya - dövlət, qrup və təşkilatların insan, mühit və əraziyə qarşı olan siyasi rəftar və davranışlarının(Siyasi rəftar və davranışlar müxtəlif formalardan ibarətdir. Qarşıdurma, qərar qəbuletmə, icra, islahat, rəqabət, nəzarət və idarəetmə, hökmüranlıq, birlik (həmrəyylik), ayrılıq, qüdrətə can atma, hakimiyyət dairəsini genişləndirmə və s.) araşdırılmasına deyilir."
    BӘZİ GEPOLİTİK TERMİNLӘR
    Geopolitik çəki;
    Qüdrətlərin kəsb etdiyi mövqeiyyətə, hər hansı bir ölkənin milli qüdrətinə təsir göstərən müsbət və mənfi amillərə, başqa sözlə desək milli qüdrətin icbari yığımına geopolitik çəki deyilir.
    Cəmiyyət, mövqeiyyət və təbii mənbələr kimi geopolitik amillərin hər biri həm müsbət, həm də mənfi xüsusiyyətlərə malikdirlər. Buna görə də hər iki xüsusiyyəti, özünə xas olan mühasibatda nəzərdə tutmaq lazımdır. Geopolitik çəki bir ölkənin milli qüdrəti və ya onun dünya səviyyəsindəki genolitik mövqeini müəyyən edir.
    Geopolitik çəki və mövqe, ölkənin məntəqə və dünyadakı milli strategiyasına böyük təsir qoyur və ölkənin nüfuz hövzəsini orada müəyyən edir. Eyni zamanda qarşılıqlı olaraq ölkənin nüfuz dairəsinin kəmiyyət və keyfiyyəti, onların milli qüdrəti və geopolitik çəkisinə təsir göstərir. Bu səbəbdən dövlətlər özlərinin nüfuz dairələrini ölkələr arasında bölməyə çalışırlar. Buna nail olduqda isə, coğrafi atmosfer (fəza) məfhumuna malik olan ölkənin nüfuz dairəsi genişlənir, milli təhlükəsizliyi təmin olunur, xarici təhdidlər azalır və milli mənafeə daha çox zəmanət verilir.
    Geopolitik əhatə dairəsi;
    Həmahəng regional quruluş və Fars körfəzinin geopolitik hövzəsi kmi digər hövzələrlə müqaisədə. özünə məxsus fəaliyyətə malik olan hərbi struktur təsis edən bir və ya bir neçə müştərək amil əsasında müəyyən olunan qonşu dövlətlərin siyasi vahidlər məcmuəsinin yerləşdiyi əraziyə, geopolitik əhatə dairəsi deyilir.
    Geopolitik dairə hər hansı bir dövlət ya ölkənin bir və ya bir neçə mədəni, siyasi, ictimai, iqtisadi və s. amilləri əsasında meydana gəlmiş nüfuz dairəsinə deyilir. Bunun əsasında da ana ölkənin ətrafında özünəməxsus iqtisadi əlaqələr əsasında yaranmış ölkələr ana ölkənin keopolitik əhatə dairəsini təşkil edirlər.
    Geonaltalofi silsiləvari mərhələ;
    Dövlət və geopolitik hövzələrin milli qüdrət əsasında və qarşılıqlı əlaqələrlə birgə dünaya, məntəqə və ölkə daxili şəhərlərə iqtisadi rəhbərlik, geonalitik silsiləvari mərhələ adlanır. Dünya iqtisadiyyatına rəhbərlik edən Tokiya, Nyu-york, London ya regional iqtisadiyyata rəhbərlik edən Honq-Konq, Dubay, Sinqapur, Moskva və ya ölkədaxili iqtisadiyyata rəhbərlik edən Tehran, Aşqabad və Ankara kimi paytaxt şəhərləri buna misal çəkmək olar.
    Geopolitik strategiya;
    Hər hansı bir dövlət, təşkilat və ya beynəlminəl qruplaşmanın qarşısına qoyduğu hədəfə milli mənafe və təhlükəsizliyə nail olmaq üçün sabit və qeyri-sabit geonalitik amillər və coğrafi xususiyyətlər əsasında tutduğu yola, geonaltik strategiya deyilir.
    Geopolitik mübarizə;
    Digər ölkələrin siyasətinə təsir göstərmək üçün sabit və qeyri-sabit geopolitik amillərə əsaslanan hansı bir dövlət və ya ölkə üçün yaranmış şəraitə geopolitik mübarizə deyilir. Әrəb əmirliklərinin Fars körfəzində üç adaya sahiblik iddasında olması, Әfqanıstanda Taliban, Pakistanda Səhabə hərəkatı, dünya bazarında neftin qiymətinin aşağı salınması, İran püstəsinin zəhərli olduğunun elan olunması, Pakistanda Kəraçi böhranı və sairi buna misal çəkmək olar. Amerikanın terorizmi himayə və ümumbəşər hüquqlarının pozulmasına dair Çinə İran və digər müxalif dövlətlərə qarşı sürdüyü ittihamlar isə siyasi, hüquqi və ictimai xarakter daşıdığı üçün geopolitik mahiyyətə malik olmur.
    Geopolitik ayrılıq
    Hər hansı bir ölkənin digər dövlətlərlə əlaqələri kəsməsinə geopolitik ayrılıq deyir.
    Geopolitik ayrılıq ya icbari, ya ixtiyari, ya da həm icbari, həm də ixtiyari ola bilər. Birma və bəzi kommunist dövlətlərin atdıqları addımı ixtiyari, BMT-nin İraq dövlətinə qarşı tətbiq etdiyi sanksiyanı icbari, göstərilən nəticəsində bəzi qüdrətli ölkələrin müxtəlif sahələrdə İran İslam Respublikası ilə əlaqələri tam və ya qismən kəsməsini, bəzi sahələrdə (mədəniyyət və s.) özünün əlaqələri zəiflətməsini isə həm icbari, həm də ixtiyari geopolitik ayrılığa aid etmək olar. Geopolitik ayrılığa düçar olan dövlətlər, xarici münasibətlərin azaldığı üçün iqtisadi böhranla qarşılaşmalı olurlar və yaranmış belə bir şəraitdə ölkədəki ölümün sayı da artaraq, ictimaiyyətə ağır zərbə vurmuş olur.
    (3-2-2) GEOPOLİTİK AMİLLӘR
    Geopolitik amillər iki hissəyə bölünən həmin coğrafi amillərdir: insani və təbii amillər. Fərq yalnız bundan ibarətdir ki, geopolitologiyada siyasi amillərin ifa etdikləri rola daha çox diqqət yetirilir. Təbii amillər dedikdə, ictimai qrupların ünsür və xüsusiyyətləri nəzərdə tutulur. Amillərdən hər biri özünəməxsus şərait və siyasi əhəmiyyətə malik olur və bunun üçün də, bəşəriyyətin siyasi həyatında olduqca böyük rol oynayır. Geopolitologiyada işarə olunan amillər də iki hissəyə, yəni sabit və qeyri-sabit amillərə bölünürlər.
    Aydındır ki, sabit amillər dəyişilməz, qeyri-sabit amillər isə dəyişgən xüsusiyyətə yiyələnərək, bir çox hallarda insani xislətə malik olurlar. Təbii mənbələr kimi bəzi amillər də şəraitdən asılı olaraq bəzən sabit, bəzən də dəyişgən xüsusiyyətə malik olurlar.
    1-SABİT GEOPOLİTİK AMİLLӘR
    Mövqeiyyət;
    Ölkə və dövlətlərin quruluşu haqqında söhbət açarkən, coğrafi mövqeyyətə işarə etmişdik və onun ifa etdiyi rol da diqqət mərkəzinə çevrildi.
    Milli dövlətlər, regional və ümumdünya quruluşuna malik olan geopolitologiya, coğrafi mövqe və onun ifa etdiyi siyasi rolu daim diqqət mərkəzinə çevirir. Məntəqələrin coğrafi mövqeiyyəti oradan mümkün qədər çox bəhrələnib, milli mənafeni təmin etmək məqsədilə qarşıya çıxan çətinlikləri aradan qaldırıldığı üçün daim dövlətlərin diqqət mərkəzində olmuşlar. Məntəqə və nahiyələrin malik olduğu strateji mövqe, təhlükəsizlik və ifa etdiyi siyasi roldan lazımi qaydada bəhrələnməyin ən başlıca şərti, coğrafi mövqelərin həqiqi mahiyyəti, xüsusiyyət və ifa etdiyi rol barədə düzgün təhlil və araşdırmalara yiyələnməkdir. Məsələn İran İslam Respublikası əgər malik olduğu coğrafi mövqein (Fars körfəzi və Xəzər dənizi arasında yerləşdiyini, onların arasında rabitə rolunu oynadığını, habelə Fars körfəzində Hormoz boğazı kimi olduqca əhəmiyyətli mövqeə malik olduğunu) əhəmiyyətinə diqqət yetirərsə təbii ki, xarici ölkələrlə yaratdığı əlaqələrin nəzmə salınmasında əldə etdiyi fürsət və öz coğrafi bacarıq və potensialından daha yaxşı istifadə edə bilər. Buna nail olduqda, o, xarici səfərlərini güclü və zəif, böyük və kiçik ölkələrlə yüksək səviyyəli diplomatik əlaqələr yaradıb məntəqədə malik olduğu mövqesini daha da gücləndirə bilər.
    Әrazi genişliyi;
    Bu bir həqiqətdir ki, hər bir ölkənin beynəlmiləl hüquq çərçivəsində geniş əraziyə yiyələnməsi, ona ehtiyaclarını aradan qaldırmağa daha çox köməklik edir. Hərçənd, bu günlər hər hansı bir ölkənin geniş əraziyə malik olmasına bir o qədər də əhəmiyyət verilmir. Belə ki, əhalinin sayının artması hər bir vətəndaşın payına düşən ərazinin azalması və bunun nəticəsində ölkə daxilində sıxlığın yaranmasına səbəb olur. Әhalinin sayının artması nəticəsində vətəndaşların payına düşən ərazinin azalması, hal-hazırda əhalisi çox olan bir çox dövlətlər üçün ciddi çətinliklər yaratmışdır. Әrazi, insanların ehtiyaclarının aradan qaldırılmasında çox məqsədli rol oynayır. Dövlətlər əhalini yaşayış və əkin sahələri ilə təmin etmək, habelə ölkəni sənayeləşdirmək, sosial təminatı yaxşılaşdırmaq, yol salmaq, işıq çəkmək, komunikasiya vasitələrini quraşdırmaq, hərbi hissələr yaratmaq, əhalinin asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq, təbii mədənlərdən istifadə və bir sözlə, ictimaiyyətdəki müxtəlif fəaliyyətlərin inkişaf olunması üçün geniş əraziyə ehtiyac duyur. Әrazi məhdudiyyəti isə ölkənin iqtisadi, hərbi, ictimai, mədəni və digər sahələrdəki fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur.
    Şəhər ərazisinin genişləndirilməsi kimi mühüm məsələlərdə, dövlətlər öz üfüqi hərəkətlərini, şaquli hərəkətlə məhdudlaşdırmalı olurlar.
    Әrazi azlığı dövlətlərin bu məsələyə daha ciddi yanaşmaları və bu sahədə yeni planlar həyata keçirib özünəməxsus siyasətlər irəli sürmələrinə səbəb olmuşdur. Çünki ərazi zaman keçdikcə yenilməyən milli bir sərvətdir və buna görə də digər milli sərvətlərdən istifadə olunduğu kimi, israfa yol vermədən ondan necə istifadə olunmalı olduğuna son dərəcə diqqət yetirmək lazımdır. Müasir dövrdə keçmişdə olduğu kimi insanlar bir o qədər də ərazilərə malikiyyət [mülkiyyət] və abadlaşdırma ixtiyarına malik deyillər. Belə ki, dağlar, səhra və meşələr bütünlüklə şəxsi malikiyyətə çevrilmədən dövlət və hökumətin ixtiyarında olub, ümumi milli sərvət hesab olunurlar. Bu kimi ərazilər müəyyən qanunlar çərçivəsində dövlət, şəxsi və ya kooperativ təşkilatlara həvalə olunurlar.
    İran İslam Respublikasının konstitusiyasının 45-ci maddəsində bu mətləbə işarə olunaraq deyilir: "Sahibi dünyasını dəyişmiş və ya sahibi olmayan ərazilər, dəniz, gölməçə, çay və digər ümumi sular, dağ, dərə, meşə və çöllüklər, sahibi olmayan otlaqlar, varisi olmayan irslər, sahibinin kim olduğu bilinməyən mallar və qəsbkarlardan geri alınan ümumi mallar ümumi mənafenin yaxşılaşdırılması üçün İslam dövlətinin ixtiyarına qoyulur və dövlət onların hər biri barədə müəyyən qanunlar tərtib edir”.
    Әrazi genişliyinin əhəmiyyət kəsb etdiyi məsələlərdən biri də, ölkədə milli təhlükəsizliyin təmin olunması və silahlı qüvvələrin yerləşdirilməsidir. Buradan belə bir sual meydana gələ bilər: atom əsri və dövlətlərin qitələrarası raket və qırıcı təyyarələrlə təchiz olunduğu bir dövrdə ərazi genişliyi nə kimi əhəmiyyət kəsb edə bilər?
    Bu bir həqiqətdir ki, müasir müharibələrdə hər hansı bir ölkənin geniş əraziyə yiyələnməsi təhlükəsizliyinin təmin olunmasında ən başlıca rollardan birini oynayır. İİ Dünya Müharibəsində Sovet İttifaqı, Almaniya və Çinin, Yaponiyanın işğalından yaxa qurtarmasına səbəb olan əsas amillərdən biri də, məhz bu ölkələrin geniş ərazilərə yiyələnmələri olmuşdur.
    Çünki düşmən ölkə ərazisinə daxil olduqdan sonra onlar mərkəzi rəhbərlik idarələri, strateji təsisatları və sair mühüm obyektləri ölkə daxilinə ötürmüş və düşmən əlinə keçməyə qoymamışlar.
    Fransa, Polşa, Belgiya kimi kiçik ölkələr isə, bu işin öhdəsindən gələ bilməyib tez bir zamanda alman ordusu tərəfindən işğal olunmuşlar. İran-İraq müharibələrində İranın mərkəzi və şərqi məntəqələri bu ölkə üçün təhlükəsizlik rolunu oynayırdı.
    İsrail, sehyonist rejimi kimi ölkələr ilə geniş əraziyə malik olmadığı üçün təhlükə ilə qarışılaşdıqda, öz strateji mövqeini gücləndirmək və milli təhlükəsizliyini qorumaq üçün qonşu dövlətlərə hücüm edir və onların ərazilərini zor gücünə ələ keçirir.
    Təhlükəsizlik zonasına malik olmayan bəzi ölkələr müharibə şəraiti ilə üzləşdikdə, qonşu dövlətlərin ərazilərindən istifadə etmək məqsədilə onlarla səmimi munasibətlər yaradır və bu əlaqələri gün bəgün gücləndirməyə çalışırlar. Pakistanın, Hindistanla mübarizə aparmaq üçün İranın coğrafi ərazisinə duyduğu ehtiyacı buna misal çəkmək olar. Məhz bu ehtiyac hissi Pakistanın yüksək rütbəli hərbiçilərinin İrana qarşı olan baxışlarını əvəz etmiş və onların ehtiyatı əldən verməməklərinə səbəb olmuşdur. Buna görə də, Pakistanın Hindistan dövləti ilə qarşı-qarşıya durduğu zaman İrana olan geostrateji ehtiyac, bu iki dövlət arasında qarşılıqlı əlaqələrin gücləndirməsində ən başlıca rollardan birini oynayır. Coğrafi ərazilər müxtəlif xüsusiyyətlərə malik olurlar. Məsələn yararsız, qeyri-münbit və ya kifayət qədər əhalisi olamayan ərazilər, ölkənin düşmən qarşısında təhlükəsizliyini təmin etmək, abadlaşdırma işlərini aparmaq və bu kimi işlərin həyata keçirilməsində bir çox ciddi çətinliklər yarada bilər. Әkinçilik üçün tam yararlı, münbit, iqtisadi fəaliyyətlər üçün münasib və neft, qaz, dəmir kimi təbii sərvətlərə malik olan ərazilər isə əksinə olaraq, hər bir dövlət üçün sərvət və gəlir mənbəyi ola bilər.
    Bütün bunlarla yanaşı, hər bir dövlətin kifayət qədər su ehtiyatı (xüsusilə də şirin su), gözəl abu-həva və strateji mövqeə malik olması və ya keçid məntəqələrdə yerləşməsi onun qüdrət və iqtidarına müsbət təsir göstərə bilər.
    Әrazi bərabərliyi və bərabərsizliyi;
    Hər hansı bir ölkənin ərazisi həm bərabər və oxşar, həm də dağlıq, bataqlıq, səhra və meşəlik kimi müxtəlif və bir-birlərindən fərqli xüsusiyyətə malik ola bilər.
    Belə bir xüsusiyyətə və eyni zamanda əkinçilik, iqtisadiyyat və digər yararlı əraziyə malik olmayan ölkələrdə, milli birlik və dövlətidarəetmə, abadlaşdırma üsulları və ölkədaxili əlaqələr zəifləyərək dövlət büdcəsinə böyük zərər verir və bu da dövlətlərin böyük çətinliklərlə qarşılaşmalarına səbəb olurlar. Yol qəzaları, yanacağın həddindən artıq istifadə olunması, yolların təhlükəsizliyinin təmin olunması, yolların bərbad vəziyyətdə olmasını, təbii hadisələr zamanı yolların bağlanması və dövlətə dəyən digər ziyanları buna misal çəkmək olar.
    İranın şimal, cənub, şərq və qərb məntəqələrində müşahidə olunan ərazi bərabərsizliyini buna misal çəkmək olar. Ölkənin bir çox dağlıq əraziləri seysmik zonada yerləşmiş və eyni zamanda, ölkə ərazisinin böyük bir hissəsini səhra və yarımsəhra, quru və qeyri-münbit ərazilər tutmuşdur. Belə bir ərazi bərabərsizliyi dövlət üçün yol tikintisi, əhalinin məskunlaşdırılması, onların əkinçilik fəaliyyətinin yaxşılaşdırılması, habelə abadlaşdırılma işlərinin aparılmasında ciddi çətinliklər yaradaraq, dövlət büdcəsinə ağır zərbə vurur. Bütün bunlarla yanaşı, hər il dövlət və ayrı-ayrı şəxslərə külli miqdarda mali [maddi] və cani [fiziki, mənəvi] zərərlər dəyir.
    Bu səbəbdən İranda abadlaşdırma işləri üçün sərf olunan büdcə, bərabər coğrafi əraziyə malik olan digər ölkələrlə müqaisədə olduqca çoxdur. Bu kimi çətinliklərlə qarşılaşmayan Polşa, Almaniya və Çin kimi ölkələr isə büdcəyə qənaət edərək, bu kimi işlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan maddi vəsaiti, milli inkşafın genişlənməsinə sərf edirlər.
    Ölkə quruluşu;
    Hər bir dövlətin xarici (coğrafi) quruluşu onun qüdrət və ya zəifləməsinə böyük təsir göstərir və biz bu nəticəyə, bir qədər əvvəl siyasi coğraiyada söhbət açdığımız üçün bir daha yenidən qayıtmaq istəməyirik. Yalnız bununla kifayətlənirik ki, ölkə ərazisinin dairəvi və sıx (kvadrat və s.) quruluşa malik olması ölkəyə nəzarət və idarəetmənin təhlükəsizliyinin təmin olunması, milli birlik və düşmən qarşısında müdafiəyə hazırlığı qat-qat asanlaşdırır və dövlətlərin milli qüdrətinə müsbət təsir göstərir.
    Uzun və pərakəndə əraziyə yiyələnmək isə milli birliyin qorunub saxlanılması, ölkəyə nəzarət və idarə olunması, müdafiə və bu kimi sair məsələlərdə ciddi çətinlik yaradır və bu da dövlətin zəifləməsinə gətirib çıxarır.
    Ölkə sərhədləri;
    Sərhədlər, yerləşdiyi mövqe, xüsusiyyət baxımından ölkənin müdafiə və milli idarəetmənin təhlükəsizliyinin təmin olunmasında müxtəlif funksiyalara malik olur. Ölkənin qonşu dövlətin ərazisində yerləşən çökək sərhədləri daim həmin dövlətlərin diqqətini özünə cəlb edir və beləliklə, ilk hərbi hədəfə çevrilir.
    II Dünya Müharibəsində Polşa sərhədlərinin Alman dövləti tərəfindən, İranın çökəklikdə yerləşən (Mehran, Şirin qəsri və s.) qərb sərhədlərinin İraq dövlətini diqqətini cəlb edərək işğal olunmasını, buna misal çəkmək olar.
    Bir sözlə, bu kimi sərhədlər qonşu düşmən dövlətlər üçün işğal etməyə əlverişli imkan yaratdığı üçün dövlətlər həmin məntəqələrə daha çox diqqət yetirib, orada öz qoşunlarını yerləşdirməlidirlər. Sərhədlərin düzlük [düzən] ərazidə yerləşməsi isə, adətən, hər iki tərəfin bərabər qüdrətə yiyələnməsinə səbəb olur.
    Sərhədlər yerləşdiyi məkan və mövqe baxımından da böyük əhəmiyyət kəsb edir. Çayların axarı olan çökəkliklər və ya dağların zirvəsindən keçən sərhəd zonaları hər iki tərəfin bərabər qüdrətə yiyələnmələrinə səbəb olur. İranla Türkiyə arasındakı sərhəd zonalarını buna misal çəkmək olar. Lakin sərhədlərin dağ yüksəkliklərindən və çay kənarlarından keçməsi bir ölkə üçün olduqca əlverişli, başqa bir ölkə üçün isə təhlükə və müdafiə baxımından bir çox çətinliklər yaradır. Məsələn, Cövlan təpəliklərindən keçən Suriya və İsrail sərhədləri daim Suriyanı böyük təhlükə ilə qarşı-qarşıya qoyur və bu səbəbdən, Dəməşq qonşu İsrail dövlətindən hər zaman təhlükə gözləyir. Məhz buna görə də, Çolan təpəliklərinə görə iki ölkə arasında aparılan sülh danşıqları indinin özünədək nəticəsiz qalmış və tərəflərarası münaqişələr öz həllini tapmamışdır.
    Sərhədlərin nəzarət olunması çətin olan meşə, səhra və bu kimi məntəqələrdən, habelə müxtəlif qəbilələrin məskunlaşdığı sahələrdən ötüb keçməsi də, daim dövlətlər üçün bir çox çətinliklərə səbəb olmuşdur. Dövlət büdcəsinə ağır zərbə vuran təhlükəsizlik, qaçaq, casusluq və bu kimi amilləri buna misal çəkmək olar.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 1071 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024