İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » August » 24 » Kitabın adı: Gənclər üçün 100 dərs
    12:21 PM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    71-Cİ DƏRS: YALAN
    Yalan böyük günah hesab olunur. Bütün səmavi dinlər, eləcə də, İslam yalanı haram bilir. İslam peyğəmbəri (s) buyurur: "Kəbirə günahların ən böyüyü şirk, valideynin üzünə ağ olmaq və yalandır"; "Mömin üzürsüz olaraq yalan danışarsa, 70 min mələk ona lənət oxuyar.”
    Yalan bəşəriyyətin açıq düşmənidir. O, narkotik maddə kimi insanların şüurunu məhv edib, həqiqətlərin üstünə pərdə çəkir. Yalan insanın şəxsiyyətini şübhə altına alır. İslam peyğəmbəri (s) buyurur: "Üç qism insan namaz qılıb oruc tutsa da, münafiqdir: yalançı, vədinə vəfa etməyən və əmanətə xəyanət edən.” Həzrət Əli (ə) buyurur: "İnsan zaman imanın ləzzətini dadır ki, hətta zarafata olsa belə yalanı tərk edir.”
    Cəmiyyət doğru informasiyaya ehtiyaclıdır. Təsəvvür edin ki, gözləri bağlanmış insan qarşısındakı quyulardan sağ-salamat keçmək üçün ətrafındakılardan məlumat alır. Əgər ətrafdakılar yolu quyu, quyunu yol kimi tanıtdırsalar, gözü bağlı insanı nə gözləyir?!
    Yaşadığımız dünyada elə qlobal yalanlarla rastlaşırıq ki, ən mötəbər təşkilatlara belə inam itir. Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal etdiyi halda, dünya Azərbaycanı ittiham edir. İsrail Fələstin torpaqlarını qəsb etdiyi halda, fələstinlilər terorist adlandırılır. Odur ki, yalan ayaq tutub yeriyir deyirlər.
    72-ci dərs: Qeybət və böhtan
    Başqalarının haqqında deyilən pis söz doğru olsa qeybət, yalan olsa böhtandır. Həm qeybət, həm də böhtan böyük günahlar sırasındadır.
    Sözsüz ki, insan məsum, günahsız deyil. Amma insanların bir çox günahı cəmiyyətdən gizli qalır. Allah-təala bu eyblərin üstündən pərdə çəkərək insanların birliyi üçün şərait yaratmişdır. Allah təalanın bir adı da "səttarül-üyub”dur, yəni günahların, eyblərin üstünə pərdə çəkən. Əgər bu pərdə bir an götürülərsə, insanlar özlərinin və özgələrin eyblərindən dəhşətə gələrək tərki-dünya olarlar. İkinci bir tərəfdan, gizli günah edən insan üçün geri qayıtmaq daha asandır. Cəmiyyət içində xar olmuş insan bəzən günahların daha da artırıb, həya pərdələrini yırtır. Qeybət gizli nöqsanları aşkarlayır, cəmiyyətin ehtiyaclı olduğu qarşılıqlı inam hissinə zərbə vurur.
    "Hucurat” surəsinin 12-ci ayəsində buyurulur: "Bir-birinizin qeybətini etməyin. Müsəlmanın qeybəti onun meyitini yemək kimidir.”
    Qeybət doğru söz olduğu halda İslam peyğəmbəri (s) "qeybət zinadan pisdir” buyurur. Böhtan isə yalan, iftiradır. Qeybət bu ciddi məzəmmət olunmuşdursa, böhtanın çirkinliyi haqqında danışmağa dəyməz. Böhtançı yaxşıya pis, ağa qara, möminə münafiq, iffətli qadına əxlaqsız deməkdən çəkinmir. Allahın göndərdiyi peyğəmbərə şair, sehirbaz deyən böhtançıların imanı vardımı? "Nəhl” surəsinin 105-ci ayəsində buyurulur: "Böhtançının imanı yoxdur.”
    73-CÜ DƏRS: İZZƏTİ-NƏFS VƏ EHSAN
    İnsan ehtiyaclı varlıqdır. Bu ehtiyac insan şəxsiyyətinin tanınmasında mühüm rol oynayır. Əsil insan öz zehni və fiziki qüvvələrindən faydalanaraq bu ehtiyacları aradan qaldırmalıdır. Amma insanların bir qismi Allahın ona verdiyi qüvvələrdən səmərəli faydalanmayıb, başqalarının köməyinə göz dikir. Əlbəttə ki, bu, insana yaraşmayan sifətdir.
    Amma "izəti-nəfs” adlanan bəyənilmiş bir sifət də vardır. İzzəti-nəfs olan insanlar min bir əziyyətə qatlaşıb, kimsəyə ağız açmır, Allahdan başqasına əyilmirlər. Belələri quldurluq, oğurluq, yalan, böhtan kimi günahlardan təbbi şəkildə uzaq olurlar.
    Bu insanlar özləri və başqaları üçün imtahan olsun deyə ağır çətinliklə qarşılaşa bilərlər. Məsələn, anadan şikəst doğulmuş iki insan tamah baxımından eyni olmur. Onlardan biri başqalarına ağız açmaqla öz ehtiyaclarını ödəyirsə, izzəti-nəfsi olan şikəst nə etməlidir? Məhz bu məqamda Allahın ehsan haqqında buyurduqları yada düşür. Bəli, imkanlar böyük imtahan qarşısındadırlar. Cəmiyyətdə izzəti-nəfs olan ehtiyaclıları tapıb, onların ehtiyacını ödəmək böyük savabdır.
    "Vaqiə” surəsinin 10-cu ayəsində oxuyuruq: "Göylərin və yerin mirası ancaq Allaha and olduğu halda nə üçün Allah yolunda infaq (infaq –ehsan etmək, bağışlamaq) etmirsiniz?”
    74-CÜ DƏRS: FƏDAKARLIQ
    İnsan üçün həyat nə qədər qiymətli olsa da onu şərafətlə yaşamaq daha mühümdür. Təsəvvür edin ki, vətənini düşməndən qoruyan iki əsgər düşmənə əsir düşir. Onlardan hərbi sirləri öyrənmək üçün düşmən bütün vasitələrdən istifadə edir. Əsgərlərdən bir şərafətli ölmü alçaq həyatdan üstün tutaraq, düşmənə sirr vermir və şəhadətə yetirilir. İkinci əsgər isə alçaqlıqla da olsa, yaşamaq üçün düşmənin bütün təklifləri ilə razılaşır...
    Bəli, əsil müsəlman həqiqət yolunda canından keçir və əlbəttə ki, Allah tərəfindən mükafatlandırılır. "Ali-İmran” surəsinin 169-cu ayəsində buyurulur: "Allah yolunda öldürülənlər ölü deyil. Onlar əbədi əbədi həyata çatmış və yüksək bir məqamda ilahi nemətlərdən faydalanırlar.”
    İslam peyğəmbəri (s) buyurur: "Ən üstün yaxşılıq şəhadətə çatmıqdır.”
    Fədakar insanlara hər an ehtiyac var. Dənizdə batan insanı, od tutmuş binada qalmış körpəni xilas etmək üçün fədakarlıq lazımdır. Allahın sevimlisi olan belə insanlar cəmiyyət borcludur.
    Düşmənə arxa çevirib döyüş meydanandan qaçan, zəlzələ zamanı ailəsini qoyub, özünü bayıra atan insan canını fəda etmək yox, hər şeyi canına fəda etmək qərarındadır. Allah belə insanları məzəmmət edir, fərariləri cəhənnəm odu ilə cəzalandıracağını bildirir. ("Ənfal”, 16)
    75-Cİ DƏRS: ƏHKAM (FİRUİ-DİN)
    Əvvəlki dərslərdə qeyd etmişdik ki, İslam təlimləri üç hissədən ibarətdir. İslam dinində hər bir müsəlman üçün konkret olaraq on vəzifə müəyyənləşdirilmişdir: Namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla və təbərra.
    Bəs bu dini vəzifələrə necə əməl edilməlidir? Hamı istədiyi vaxt, istədiyi tərəfə üzünü tutub, istədiyi şəkildə namaz qıla bilərmi? Hər bir müsəlman bu suallara cavab tapıb, düzgün əməl etmək üçün ya müctehid olmalı, ya bütün müctehidlərin nəzərlərindən xəbərdar olub ehtiyat yolu ilə getməli, ya da ən elmli tanıdığı diri müctehidə təqlid etməlidir.
    İbadət edən şəxs uyğun əməlləri hədəf yox, ilahi sifətlərə yaxınlaşmaq vasiləsi kimi tanımalıdır. İstənilən bir ibadətdə məqsəd Allaha yaxınlaşmaq deyilsə, bu ibadət səmərəsizdir.
    İnsan öz ibadəti ilə başqalarının diqqətini cəlb etmək niyyətində olmamalıdır. İnsanın öz ibadətini tərif etməsi pislənilmişdir. "Nəcm” surəsinin 32-ci ayəsində buyurulur: "Özünüzü təmiz göstərməyə çalışmayın Allah təqvalı şəxsi daha yaxşı tanıyır.”
    Bütün ibadətlər insanı kamala yetirmək üçündür və Allahın bu ibadətlərə heç bir ehtiyacı yoxdur. Belə olduğu təqdirdə insanın öz ibadətinə görə Allahdan bir şey umması məntiqi deyildir.
    76-CI DƏRS: RİSALƏ TERMİNLƏRİ
    Əgər adi insanlar predmetə münasibəti yalnız "yaxşı” və "pis” deməklə bildirirlərsə, İslam fiqhində bütün əməllər son incəliyinədək öz qiymətini alır. Məsələn, adi insan üçün "fitva” və "hökm” sözlərinin heç bir fərqi yoxdur. Bir müsəlmana desən ki, bu iş vacib yox, ehtiyat-vacibdir, çətin ki, düzgün anlasın. Ona görə də fiqhi terminalogiyanı bilmək zəruridir. Zəruri terminləri diqqətinizə çatdırırıq:
    1.Vacib – bu işə hökmən əməl olunmalıdır və onu etməmək günahdır.
    2.Müstəhəb – bu, bəyənilmiş işdir və savabı var.
    3.Məkruh – bu iş pislənilir və onu tərk etmək yaxşıdır.
    4.Haram – bu işi görmək günahdır və hökmən tərk edilməlidir.
    5.Mübah – bu görüb – görməməyin fərqi yoxdur.
    6.Vacibi eyni – bu işi başqaları görsə belə, yenə də bu işi görmək vacibdir.
    7.vacibi kifayi – buşqaları bu işi gördüyü halda insana vacib olmayan iş.
    8.Vacibi təxəyyiri – qarşıdakı iki vacib işdən birini ixtiyari şəkildə seçmək olar.
    9.Əşhər – Rəvayətlər arasında məşhur rəvayət
    10.Əqva – risalə sahibinin nəzərində güclü görünən
    11.Tərəddüd – bir-birinə zidd iki dəlilli məsələ.
    12.Ehtiyat - əməldə ehtiyat
    13.Ehtiyati müstəhəb – bu işin savabı var, amma tərk edilərsə cəzası yoxdur.
    14.Ehtiyati vacib – ehtiyata əməl olunmalı, ya da başqalarından daha alim müctəhidə müraciət edilməlidir.
    15.fitva – şərt və dəlil nəzərə alınmadan verilmiş ümumi hökm
    16.Qəza – bir şəxsin müraciətinə əsasən verilən hökm
    77-Cİ DƏRS: PAKLIQ
    İslam dini öz ardıcıllarını mənəvi və fizioloji paklığa çağırır. Fiqhin əməl bölməsi insanın fiziki paklığını təmin edəcək araşdırmalarla məşğuldur. Əlbəttə ki, bu sırf fiziki paklıq deyil. Məsələn, insan namazdan qabaq dəstəmaz alarkən əzaları yuyulduqca ruhunda bir paklıq duyulur.
    Namaz qılan şəxs namaz zamanı aşağıdakı murdarlıqlardan pak olmalıdır:
    1.İnsan və əti haram heyvanın sidiyi; 2. İnsan və ti haram olan heyvanın nəcisi; 3. Məni (sperma); 4. Qan; 5. İnsan və atıcı qanı olan heyvanın murdarı; 6. İt; 7. Quru donuzu; 8. Pivə; 9. Şirk və küfr.
    Murdarlağı aradan qaldırmaq üçün pak edicilər mövcuddur:
    1.Saf su; 2. Torpaq; 3. Günəş; 4. İstihalə (kimyəvi tərkib dəyişməklə mürdar pak ola bilər. Məsələn, şərab sirkəyə dönüb pak ola bilər);
    5.İslam- Kafir İslamı qəbul etməklə pak ola bilər;
    6.Təbiət – Kafr ata İslamı qəbul etməklə həddi- buluğ olmayan övlad da pak olar;
    7.Heyvanın bədənindən mürdarın özünün (eyninin) getməsi;
    8.İstibra – bir müddət murdarla qidalanmış heyvan müddət pak qidalanarsa pak olar (məsələn, qoyun on gün istibradan sonra pak olar);
    9.Müsəlmanın qayib olması – bədənində və ya paltarında murdar olan müsəlmanla bir neçə gün sonra görüşdükdə murdar əlaməti görünməzsə, o, pak hesab olunur;
    10.İntiqal – məsələn, insan nəcisi bitkiyə çevrilməklə pak olar.
    78-Cİ DƏRS: DƏSTƏMAZ (VÜZU)
    "Qurani kərimin” "Maidə” surəsinin 6-cı ayəsində buyurulur: "Ey iman gətirənlər, namaz üçün durduğunuz zaman üzünüzü və dirsəklərinizədək həddə əllərinizi yuyun. Başınıza və topuqlarınızadək ayaqlarınıza məsh çəkin.”
    Demək, namazdan qabaq dəstəmaz almaq vacibdir: əvvəlcə niyyət edilir, sonra ardıcılıqla üz, sağ və sol əl yuyulur, daha sonra başının qabağına və ayaqlara məsh çəkilir.
    Altı şey dəstəmazı batil edir: 1. Sidiyə getmək; 2. Nəcisə getmək; 3. İnsandan yel xaric olması; 4. Gözü görməkdən, qulağı eşitməkdən saxlayan yuxu; 5. Dəlilik, məstlik, huşsuzluqla ağılın başdan çıxması; 6. Qadından qeyri – münəzzəm axan qan.
    əgər bədəndə yara varsa, daha doğrusu, dəstəmaz üzvlərində yara varsa, nə etməli?
    -Əgər yara bağlanıbsa, imkan olduğu surətdə onu açıb dəstəmaz gedişində suyun həmin hissəyə çatmasını təmin etmək lazımdır; Əgər sarğını açmaq mümkün deyilsə, sarğının üstündən məsh etmək lazımdır.
    -Dəstəmaz üzvlərindən böyük bir hissəsi sarğıdadırsa, və onu açmaq mümkün deyilsə, ehtiyatən təyəmüm də edilir.
    -Yuyulması mümkün olmayan daha dərin yaraların ətrafı yüyulur və müstəhəb ehtiyata görə yaranın üstünə parça qoyulub, parçanın üstünə məsh çəkilir.
    -Əgər dəstəmaz üzvünə qır kimi təmizlənməsi çətin olan bir şey yapışmışsa, bu hissənin üstündən məsh çəkmək kifayətdir.
    -Təyyəmmüm zamanı yaranın sarğısını açmaq mümkün deyilsə, sarğı üstən təyəmmüm olunmalıdır.
    Sarğı vasitəsi ilə cəbirə yerinə yetirilən dəstəmaz və təyəmmüm doğrudur və təkrar icraya ehtiyac yoxdur.
    79-CU DƏRS: QÜSL VƏ TƏYƏMMÜM
    "Maidə” surəsinin 6-cı ayəsində buyurulur: "Cünub olduğunuz vaxt paklanın”. Qüsl müəyyən ardıcıllıqla (baş və boyun, bədənin sağ, sonra isə sol hissəsinin) bədənin yuyulmasından ibarətdir.
    Əlbəttə ki, əvvəl niyyət olunur.
    Cünub kimdir və insan hansı hallarda cünub olur?
    Ümumiyyətlə, qüsl necə növdür?
    -Cinsi yaxınlıqdan, möhtəlimlikdən (insandan məni, yəni sperma xaric olandan sonra) sonra insan cünub olur. Cünub insan cənabət qüslü verməlidir.
    - Meyitə verilən qüsl
    - Meyitə toxunduqdan sonra verilən qüsl (şəhid istisnadır)
    - Heyz qüslü (qadınlar üçün)
    - İstihazə qüslü (qadınlar üçün)
    - Nifas qüslü (qadınlar üçün)
    Qüsl tərtibi və irtimasi ola bilər. Tərtibi qüsl baş-boyun, sağ və sol tərəfin ardıcıl yuyulmasıdır. İrtiması qüsldə isə bədən (məsələn, çayda) tədricən tam suya batırılır.
    Dəstəmaz və qüsl üçün su tapılmadıqda, su insana zərərli olduqda, su axtarmaq təhlükə törətdikdə dəstəmaz və qüsl əvəzinə torpaq və ya qum vasitəsi ilə təyəmmüm edilər. Təyəmmümdə niyyətdən sonra hər iki əlin içi torpağa vurulur, əllər qoşa vəziyyətdə bütün alının hər iki tük bitən tərəflərinədək çəkilir. Daha sonra sol əlin içi sağ əlin üstünə və sağ əlin içi sol əlin üstünə çəkilir.
    80-CI DƏRS: DİNİ VƏZİFƏLƏR HANSI YAŞDA VACİB OLUR?
    Dini vəzifələr dörd şərt daxilində insana vacib olur:
    1.Büluğ – oğlanlarda on beş yaş tamam olub, on altıya keçməli, qızlarda doqquz yaş tamam olub, ona keçməlidir. (Amma insanda növbəti üç şərt daha tez ödənərsə, dini vəzifə vacib olar)
    2.Qüdrət – vəzifəyə əməl etmək üçün güc və qüvvəyə ehtiyac vardır. Allah ədalətlidir və kimsədən gücündən artıq iş tələb etməz. "Bəqərə” surəsinin 286-cı ayəsində buyurulur: "Allah kimsəni gücündən artıq yükləməz.”
    3.İxtiyar – vəzifəli olmaq üçün digər bir şərt insanın azad olmasıdır. Əgər insan zülm və zor altındadırsa, o, yalnız gücü çatan dini göstərişlərə vəzifəlidir.
    4.Əql- əql insanı digər canlılardan fərqləndirən başlıca xüsusiyyətdir. Əqli olmayan varlıqdan nə tələb etmək olar?! Dini vəzifə yalnız əqlə malik insanlara aiddir. Psixi cəhətdən xəstə, daha doğrusu, dəlilər üçün heç bir dini vəzifə yoxdur.
    Etiqadlı insan üçün büluğ, yetkinlik yaşına çatma günü onun həyatının ən mühüm günlərindəndir. Bir çox alimlər anadan olduğu günün yox, məhz yetkinlik yaşına çatdığı günün il dönümünü qeyd edirlər. Doğrudan da, insanın dini vəzifələri yerinə yetirməyə layiq olduğu gün, bir növ Allah qarşısında bəndəliyə layiq olduğu gün çox əlamətdardır. Belə bir mübarək günü hər il qeyd etməyə dəyər!
    81-Cİ DƏRS: NAMAZ LİBASI, NAMAZ YERİ
    Namaz qılanın bədəni, libası, səcdə yeri pak və təmiz olmalıdır.
    Namaz qılanın libası və namaz qıldığı yer halal olmalıdır.
    Təbii ipək libas geymək, qızıl bəzək əşyasından istifadə etmək kişilər üçün haramdır.
    Əgər təmiz, gözəl geyinib ətirlənmək cəmiyyət üçün ehtiram hesab olunursa, insan öz yaradanının hüzurunda durub ibadət edərkən daha xoş görkəmdə olmalıdır. "Əraf” surəsinin 31-ci ayəsində buyurulur: "İbadət zamanı gözəl libaslarınızı geyin.”
    Q
    adın namaz zamanı bütün bədənini, başını və saçlarını örtməlidir. Amma üzü dəstəmaz yuyulan həddə, əlləri və pəncələri (ayaqları) açıq saxlamaq olar. Qadınla kişinin bir cərgədə durub namaz qılması məkruhdur. Amma ortada pərdə olarsa və aradakı fasilə on ziraya (qol) çatarsa eybi yoxdur.
    Kişilər namaz zamanı ayıb yerini örtmədən namaz qıla bilməzlər. Adətən göbəkdən dizədək örtmək nəzərdə tutulur.
    Başqalarına məxsus yerdə icazəsiz namaz qılmaq olmaz. Bu, yer sahibinin hüququna riayət, eləcə də ədəb qaydasıdır. Namaz qılınan yer üçün beş şərt vardır: halal olsun, hərəkətsiz olsun, tavanın hündürlüyü düz dayanmağa imkan versin, bədən və paltara təsir edəcək rütübətli murdarlıq olmasın, səcdə yeri ilə dizlərin oturduğu yer arasında dörd bağlı barmaqdan çox hündürlük fərqi olmasın.
    Category: Gənclər üçün 100 dərs | Views: 977 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024