İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » August » 23 » Kitabın adı: Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
    5:02 AM
    Kitabın adı: Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
    BİRİNCİ HİSSƏ
    SALAVATIN SAVABI
    Müqəddimə
    Salavat insan ruhuna can verir
    Salavat insanın (Allaha) yaxınlaşmasına səbəb olur.
    Salavat insanın Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və əhli-beytə (əleyhimus-səlam) yaxınlaşmasına səbəb olur.
    Salavat namazın kamil olmasına səbəbdir.
    Salavat duanın kamil olmasına səbəbdir.
    Salavat ən gözəl ilahi zikirdir.
    Salavat insanın behiştə daxil olmasına səbəb olur.
    Salavat günahların yuyulmasına səbəb olur.
    Salavat dünyəvi müşkül və çətinliklərin aradan getməsinə səbəb olur.
    Salavat Qəbirdə bir nurdur.
    Salavat Siratda bir nurdur.
    Salavat Behiştdə bir nurdur.
    Salavat Namazın qəbul olunmasına bais olar.
    Salavat ağız qoxusunu ətirləndirir.
    Salavat Qiyamət günündə əməllərin ən ağırıdır.
    Onda gəlin salavat göndərmək və onu hədiyyə etməklə Allah, müqərrəb mələklər, Peyğəmbər (səlləllahu əleyhi və alihi) və məsumları sevindirək. Səyimiz bu olsun ki, hər bir yerdə: ailədə, cəmiyyətdə, idarə və mədrəsələrdə salavat göndərməklə o məkanı ətirləndirək. Həmişə salavat deyən olaq. Çünki salavat bizi və cəmiyyətimizi sığortalayandır və ən gözəl sığortadır.
    Abbas Əzizi

    I-ci Fəsil
    Salavatın fəziləti
    1 – İlahi kəlamda Salavat
    "İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.”
    "Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun”
    İmam Kazım əleyhis-səlamdan: "Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və möminlərin salavatının mənası barədə sual oldu. İmam buyurdu: "Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və möminlərin Peyğəmbər üçün onlardan bir duadır.”
    İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: "Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tərif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).
    2 – Salavat camaatın duasıdır
    İmam Sadiq (əleyhis-səlam) buyurdu:
    "Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.”
    3 – Qiyamətdə ən fəzilətli əməllər
    İmam Sadiq (əleyhis-səlam) buyurur:
    "Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”
    4 – Qiyamətdə ən ağır əməl
    İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) buyururlar:
    "Qiyamət günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-beytinə olan salavatdır.”
    5 – Bərzəxdə əməllərin ən yaxşısı
    Əbu Əlqəmə deyir:
    Peyğəmbər (səlləllahu əleyhi və alihi) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu:
    "Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (rə) və qardaşım Cəfəri (Təyyarı) yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı gördünüz?
    Cavab verdilər: Ata və anamız sənə fəda olsun! Biz sənə salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”
    6 – Ən sevimli əməl
    Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi) buyurdu:
    Cəbraildən (əleyhis-səlam) soruşdum: Ən sevimli əməl hansıdır?
    Cavab verdi:
    "Ey Məhəmməd (səlləllahu əleyhi və alihi)! Sizə göndərilən salavat və salam və Əli İbn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbət ən sevimli əməldir.”
    7 – Mələklərlə yoldaşlıq
    Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Həmişə mələklərdən ibarət bir karvan Allahın əmri ilə aləmdə hərəkətdədirlər. Zikr və salavat deyilən bir məclisə yetişən zaman bir-birinə deyərlər: Yerə enin! Yerə enən zaman məclis əhli ilə dua edən zaman "amin” deməklə və salavat göndərən zaman da salavat göndərməklə yoldaşlıq edərlər və axırda bir-birinə deyərlər: Bu məclis əhlinin xoş halına ki, Allah onları bağışladı!”
    8 – Bir şey əldən çıxan və məhv olan zaman
    Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Bir şey aradan gedən zaman de: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”
    9 – Allahın salavatı
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Cəbrail (əleyhis-səlam) mənə nazil oldu və dedi: - Allah-təala buyurur: Hər kəs sənə salavat göndərsə mən və mələklərim ona on dəfə salavat göndəririk və bir nəfər sənə salam versə mən və mələklərim ona on dəfə salam veririk.”
    10 – Salavat yazmağın mükafatı
    Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd – o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir mələklər onun üçün rəhmət və istiğfar (bağışlanma) edərlər.”
    11 – İmamın səfərdə ibadəti
    İmam Rzanı (əleyhis-səlam) Mədinədən Mərvə gətirmək üçün gedən məmurların başçısı Rəca ibn Əbi Zəhhak İmamın gecə-gündüz etdiyi ibadətlərdən söhbət açaraq deyir:
    "İmam Rza (əleyhis-səlam) sübh namazını qılırdı, salamdan sonra namaz qıldığı yerdə otururdu, Allahın təsbih, həmd, təkbir və təhlilinə ilə məşğul olurdu və günəş çıxana qədər Peyğəmbər və ali peyğəmbərə salavat göndərirdi.”
    12 – Mən savabı hesablamaqdan acizəm!
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Meraca gedən zaman, gördüm bir mələyin bir milyon əli vardır və hər əlin bir milyon barmağı vardır və hər barmağında bir milyon bəndi vardır.
    O mələk dedi: Mən yağan yağışın səhraya və dənizə neçə damla yağdığının hesabını bilirəm, həmçinin xilqətin əvvəlindən indiyə qədər yağan yağışın damlalarının sayını bilirəm, amma bir şey var ki, onu hesablamaqda acizəm.
    Buyurdu: "Nədir?”
    Ərz etdi: "Sənin ümmətindən bir dəstə camaat birlikdə olub və bir yerdə sənə salavat göndərən bir zamanda salavatın savabını hesablamaqda acizəm. "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil fərəcəhum.”
    13 – Nifaqı aradan qaldırmaq
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Mənə və Əhli-Beytimə salavat göndərmək nifaqı aradan aparır.”
    II-ci Fəsil
    Salavatın təsirləri
    14 – Günahları məhv edir
    İmam Rza (əleyhis-səlam) buyurdu:
    "Hər kəs günahlarının kəffarəsini (cəriməsini) ödəməyi bacarmasa, gərək Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə çoxlu salavat göndərsin, çünki salavat günahları məhv edir.”
    15 – Behişt iyindən məhrum qalmaq
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Bir nəfər mənə salavat göndərsə, lakin mənim Əhli-Beyimə salavat göndərməsə behiştin iyini dadmayacaqdır.”
    16 – Salavat savabının günahlara üstün gəlməsi
    Bir katibi vəfatından sonra yuxuda gördülər və onun halını soruşdular. Cavab verdi: "Mənim günahlarımı Peyğəmbərin (səlləllahu əleyhi və alihi) adına yazdığım salavatla tərəzidə çəkdilər salavatın savabı çox ağır gəldi və məni bağışladılar.”
    17 – On günahın məhv olması
    Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Hər kəs mənə bir salavat göndərsə Allah-təala ona görə o şəxsə on salavat göndərər, on günahını məhv edər və on ehsan onun üçün yazar. Ona iki mələyi müvəkkil edər ki, ruhuma o salavatı çatdırmaq üçün bir-birilə ötüşərlər.”
    18 – Salavatın bərəkətinə üzün xoş iyli olması
    "Şəfaul-əsqam”da Muhəmməd ibn Səiddən rəvayət olub ki, dedi: Özümlə əhd bağladım ki, yuxudan əvvəl müəyyən sayda Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərim. Bir gecə ailəm ilə bir otaqda yatmışdım və yuxuda gördüm ki, o Həzrət daxil oldu və otağın divarları camalının nuru ilə işıqlandı və buyurdu:
    "Mənə salavat göndərən o ağız hardadır ki, onu öpüm?”
    Mən ağzımı qabağa aparmağa utandım, üzümü irəli apardım ki, onu öpsün. Sevincimdən yuxudan oyandım və ailəmi oyatdım. Xoş ətir iyi otağı bürümüşdü və elə bil əzfər müşkündən ev dolmuşdu.
    O iy səkkiz günə qədər üzümdə dolandı və hər kəs onu iyləyirdi.”
    19 – Fəqirin ağzının xoş iyi
    Şeyxlərin birindən hekayət edirlər ki, dedi:
    "Bir gecə İsfahanda fəqirlərdən birinin otağında qaldım. Gecə yarısı yuxudan oyandım xoş bir iy burnuma yetişdi ki, ondan daha xoş iy heç vaxt eşitməmişdim. Qalxdım və o iyin haradan gəldiyini bilmək üçün axtarmağa başladım, hər hara baxdımsa o iyin guşəmin daxilindən gəldiyini gördüm. Baxanda otağın küncündə bir fəqirin züm-zümə etdiyini gördüm. Qulaq asan kimi salavat göndərdiyini eşitdim və o ürək oxşayan xoş ətir iyi onun ağzından gəlirdi.”
    20 – Qəbirdə salavatın fəryada çatması
    Şibli nəql edibdir ki: Mənim bir qonşum var idi ki, vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: Allah-təala səninlə necə rəftar etdi?
    Dedi: Ey Şeyx! Böyük dəhşətlər gördüm, çoxlu əziyyətlər çəkdim. O cümlədən Münkər və Nəkirin sualları zamanı dilim işdən düşdü. Özüm-özümə deyirdim: Vaveyla, bu əzab və bəla mənə hardan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm. O iki mələk qəzəblə məndən cavab tələb etdilər. Qəflətən gözəl tüklü və xoş iyli bir şəxs gəldi mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə təlqin (öyrətdi) etdi ki, onların sualına düzgün şəkildə cavab verdim. O, şəxsdən soruşdum: Sən kimsən?–Allah sənə rəhm eləsin- ki, məni qüssədən xilas etdin!
    Dedi: Mən sənin Peyğəmbərə (səlləllahu əleyhi və alihi) göndərdiyin salavatdan xəlq oldum və hər zaman və hər yerdə ki, əlacsız qaldın sənin fəryadına yetişmək üçün məmur olmuşam.”
    21 – Bərzəxdə salavatın kəraməti
    "Fəzl Kindi”ni vəfatından sonra yuxuda görüb ondan soruşdular: Allah-təala səninlə nə etdi?
    Dedi: Məni bağışladı və əzizlədi, bir əmələ görə ki, mənim bu iki barmağımdan –yəni şəhadət və baş barmağımdan- sadir olmuşdu.
    Dedilər: Onlar nə iş gördülər ki, sənə olan kəramətə səbəb oldu?
    Dedi: "Səlləllahu əleyhi və alihi və səlləm”i çox yazırdım.
    22 – Gül iyləyən zaman salavat demək
    Mötəbər hədisdə Malik Cəhənidən rəvayət olmuşdur ki: Bir gülü İmam Cəfər Sadiq (əleyhis-səlam)-a verdim. Həzrət aldı və iylədi, sonra hər iki gözünün üstünə qoydu və buyurdu: Hər kəs bir gülü alsa, iyləsə və gözlərinə qoysa və desə - "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum.”
    Hələ yerə qoymamış onun günahları bağışlanar.
    23 – Unutqanlığın dərmanı
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Bir şeyi unutduğunuz zaman mənə salavat göndərin ki, o şeyin yada düşməsinə səbəb olar.”
    24 – Günahın bəxşişi
    "Uyunul-Məcalis” kitabında, (o da əhli-sünnə kitablarındandır) rəvayətdir ki: "Bəndələrdən biri Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) salavat göndərən zaman, münadi (nida edən) qeyb aləmindən nida edər ki: Allah-təala bu bəndəyə on salavat göndərdi. Bu nida birinci göyün əhlinə yetişən zaman ona min salavat göndərərlər. İkinci göyün əhlinə yetişən zaman min dəfə də artırarlar. Həmçinin "Sifətul-Müntəhaya” yaxınlaşdıqda yeddi min dəfə salavata yetişəcəkdir.
    Bu vaxt Haqq-təala mələklərə xitab edər ki: Siz mənim bəndəmin salavatının öhdəsindən gələ bilməzsiniz. Onu mənə tapşırın ki, mən onun cəzasını verim. Onun cəzası odur ki, onun günahlarını bağışlayım.”
    25 – Keçmiş və gələcək günahların bağışlanması
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) buyurdu: "Hər vaxt bir-birilə dost olan iki bəndə Allaha xatir əl-ələ verib mənə salavat göndərsələr bir-birindən ayrılmadan öncə Allah-təala hər ikisinin keçmiş və gələcək günahlarını bağışlayar.”
    Başqa bir rəvayət budur ki, Həzrət buyurdu:
    "Hər kəs bir müsəlmanla müsafihə etsə (əlini sıxsa) və müsafihə vaxtında desə: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və səlləm.”
    Bu əməl onun günahlarından bir şey saxlamaz.”
    26 – Qiyamətdə nur
    Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Hər kəs mənə bir salavat göndərsə, Allah-təala qiyamət günündə onun başı üstündən, sağ, sol, yuxarı və aşağı tərəflərdən bədən üzvlərinə nur verər.”
    27 – Qiyamət üçün salavatın zəxirə olması
    "Hər bir möminin beş müvəkkil (vəkil) mələyi vardır:
    Birinci onun qarşı tərəfindədir ki, şeytanı ondan uzaqlaşdırır.
    İkinci onun arxa tərəfindədir ki, göyün bəlalarını ondan uzaqlaşdırır.
    Üçüncü onun sağ tərəfindədir ki, onun yaxşı əməllərini yazır.
    Dördüncü onun sol tərəfindədir ki, pis əməllərini yazır.
    Beşinci onun alnındadır ki, ona "hafiz” –"qoruyan”- deyirlər və o mömin şəxs gecə vaxtı hər bir salavatı ki, göndərir, o mələk onu günəş çıxana qədər saxlayır və o vaxt gedir. Yenə salavatı qoruyub saxlamaq üçün gündüz gəlir. O mələyin getməsi ona görədir ki, kainatın Seyyidi Rəsulullahın (səlləllahu əleyhi və alihi) pak mərqədinə (qəbrinə) gedir və qəbrin müqabilində durur və deyir:
    "Əsslamu əleykə ya Rəsulullah filan oğlu filan bu gecə vəya bu gündə sənə bir neçə salavat göndərdi.”
    O həzrət buyurdu:
    "Mənim salavat və salamım ona olsun!”
    Onda o mələk ərşin altına gedər və deyər: "İlahi! Sənin filan oğlu filan bəndən – sənin həbibinə neçə salavat göndərmişdir və mən onun müqəddəs qəbrinə getdim və onun ərzinə çatdırdım və o həzrət ona salavat və salam göndərdi.”
    Pak və sübhan Allah buyurar: "O bəndəyə salavat olsun.”
    Və buyurur: "Mənim o bəndəmin salavatını nurlu ağ bir buluda qoyub, ərşin rüknlərindən birində saxlasınlar və o salavat qiyamət gününə qədər izzət hicabında qorunub saxlanılar. Onda o bəndənin əməli ölçülən bir vaxt Haqq-təala buyurar ki, o salavatı gətirsinlər və o bəndənin yaxşı əməlləri olan tərəzinin gözünə qoysunlar ki, ağır olsun”
    28 – Siratın üstündə nur
    Əziz İslam Peyğəmbərindən (səllaləhu əleyhi və alihi) rəvayət olmuşdur ki, buyurur:
    "Mənə çoxlu salavat göndərin. Niyə ki, mənə salavat göndərmək, salavat göndərən üçün qəbrdə bir nurdur, siratın üstündə bir nurdur və behiştdə bir nurdur.”
    29 – Şəfaətin vacib olması
    Əziz İslam Peyğəmbəri (səllalləhu əleyhi və alihi) Əmirəl-möminin Əli (əleyhissalam)-a öz vəsiyyətində buyurdu:
    "Ya Əli! Hər kəs mənə hər gün və hər gecə salavat göndərsə, şəfaətim ona vacib olar; baxmayaraq ki, onun günahları böyük günahlardan olmuş olsun”
    30 – Behiştdə bir töhfə
    Bir nəfər Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sual etdi: Ümmətin salavatı sizə bir töhfə göndərməkdir. Görəsən, siz tərəfdən onlar üçün bir töhfə olacaqdır? O həzrət (səlləllahu əleyhi və alihi) buyurdu: "Bu gün ümmətimin mənə salavatı onlardan mənə bir töhfədir və sabah onlar üçün mənim töhfəm behiştdə olacaqdır.”
    31 – Bu salavatın bərəkətindəndir
    Bir qadın hamilə idi, Məkkədən Mədinəyə yalqız mühacirət (köç) etdi və bu səbəbə görə ona "Mühacirə” deyirdilər. Qadın bir oğlan doğdu. Uşağı bir parça ətə oxşayırdı, əl və ayağı yox idi.
    Mühacirə qüssələndi, mamaçaya dedi: Mən Allahın hökmünə razıyam; amma düşmənlərin şəmadətindən qorxuram. Məkkə kafirləri deyərlər ki, filanə (mühacirə) bizim şəhərdən getdiyi və islam dinini qəbul etdiyi üçün bizim bütlər onun uşağının əl-ayağını aldılar.
    Mamaça dedi: Gərək bu qəziyyədə Peyğəmbərin (səlləllahu əleyhi və alihi) yanına gedəsən. Mühacirə o sərvərin xidmətinə gəldi və vəziyyəti o Həzrətə ərz etdi. O cənab buyurdu ki, de:
    "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin kəma barəktə əla İbrahimə.”
    Mühacirə bu kəlimələri təkrar etdi və öz evinə qayıtdı. O, öz uşağının əl-ayağını yerində gördü və dərhal bu xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alihi) çatdırdı. O həzrət buyurdu: "Bu, mənə göndərdiyin salavatın bərəkətindən idi.”
    32 – Behiştə daxil olmağın şərti
    Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:
    "Hər kəsin "ölüm vaxtı” axırıncı sözü mənə və Əli (əleyhis-səlam)-a salavat olsa, behiştə daxil olar.”
    33 – Günahdan üç gün pak olmaq
    Əziz İslam Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:
    "Hər kəs mənə bir salavat göndərsə, ona hafiz (gözətçi) olan o iki mələk üç günə qədər heç bir günahı onun üçün yazmazlar.”
    34 – Behişt müjdəsi
    Allahın Rəsulu (səllalahu əleyhi və alihi) buyurdu: "Hər kəs mənə min dəfə salavat göndərsə, behişt müjdəsi almayana qədər ölməz.”
    Şəhid Sani (rə) cümə risaləsində bu təsiri 1000 dəfə salavat üçün cümə günündə qeyd etmişdir.
    35 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) nisbət ən layiqli şəxs
    Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxs olacaqdır.”
    36 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) yol göstərmə
    Əbu Səid Xüdri deyir: Əmmar Yasir Peyğəmbərə (səllallahu əleyhi və alihi) dedi:
    "İstəyirəm Nuhun (əleyhis-səlam) ömrü qədər aramızda yaşayasan!
    Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Ey Əmmar! Mənim sizin aranızdakı həyatım sizin üçün xeyirdir və mənim ölümümdə "şər olmayacaqdır. Niyə ki, yaşadığım halda mənim yanıma gəlirsiniz, hal-əhval edirsiniz və mən də sizin üçün Allahdan bağışlanma istəyirəm. Lakin mənim vəfatımdan sonra İlahi təqvanı (günahdan çəkinməni) özünüzə peşə edin və ən gözəl formada mənə və mənim Əhli-Beytimə "salavat” göndərin, çünki sizin adlarınız, ata və ananızın və qohumlarınızın adları mənə təqdim olunacaq, əgər o adlar siyahısında sizin yaxşı əməlləriniz qeyd olunsa, Allaha şükr edər və ondan (yaxşıdan) başqa bir şey olsa, Allahdan sizin üçün günahlarınıza görə bağışlanma istəyərəm.”
    37 – Şeytanı dəf etmək.
    İmam Sadiq (əleyhis-səlam) buyurdu:
    "Şeytan öz dostlarından birini bir insana (nəzarət üçün) təyin edir ki, xatirində olan şeyləri ondan alsın və onu unutqanlığa salsın. Şeytanın "xəllas” adlı həmkarı təyin olunmuş vəzifəsinə əməl etməyə çalışır. Bəs hər vaxt bir nəfər bir mətləbi yadına salmaq istəsə və hiss etsə ki, onu unutmuşdur əlini duaya qaldırsın və onu yadına gətirmək üçün Allahdan istəsin və Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə salavat göndərsin (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum). Və Şeytanı lənətləsin. Bu əməl zikrə və unudulmuş məsələnin yada düşməsinə səbəb olur. Əgər yadına gəlməsə yaddan çıxan məsələnin yerinə Allahı zikr etdiyi və dilinə gətirdiyi salavata görə İlahi mükafatı vardır.”
    38 – Ürəyin nuraniliyi
    Xızr Peyğəmbər (əleyhis-səlam) İmam Həsən Müctəba (əleyhis-səlam)-ın məzhərində hazır oldu və onunla özü arasında müəyyən suallar etdi, o cümlədən soruşdu:
    "Niyə adam bəzən bildiyi mətləbləri yadına sala bilmir.”
    İmam (əleyhis-səlam) cavab verdi: "Bəşərin qəlbi "haqla” möhkəmlənmişdir və "haqq” ilə qarışmışdır və "haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun "qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o "haqq” üzərinə çəkilmiş örtük elə o cür də qalacaqdır və bu haldadır ki, insan bildiyi mətləbi də yadından çıxarır.”
    39 – Sağlamlıq
    Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
    "Əgər bir nəfər mənə bir salavat göndərsə, Allah-təala ona on salavat göndərər. Əgər bir nəfər mənə on salavat göndərsə, Allah-təala ona yüz salavat göndərər və əlbəttə yüz dəfə də Allahın min dəfə salavatını ardınca gətirər və bir nəfər min dəfə mənə salavat göndərsə heç vaxt əzab görməyəcək.”
    40 – Ölüm və təhlükədən nicat tapmaq
    "Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: "Bəni-İsrail öz oğlanlarını Məhəmməd və əhli-beytinə(Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən nicat verirdilər və həmçinin öz qızlarını da Muhəmməd və onun əhli beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”
    41 – Rəhmətdən bir qapı
    Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:
    "Bir nəfər mənə bir dəfə salavat göndərsə, Allah-təala rəhmət və afiyətdən bir qapı onun üzünə açar.”
    42 – Günahı aradan aparmaq
    Əziz İslam Peyğəmbəri (səllalahu əleyhi və alihi) buyurdu:
    "Bir nəfər mənə salavat göndərsə, onun günahları aradan gedəcəkdir.”
    43 – Hacətlərin həyata keçməsi
    İmam Sadiq (əleyhis-səlam) buyurdu:
    "Bir nəfər yüz dəfə "Ya rəbbi Səlli əla Muhəmmədin və ali Muhəmmədin” desə, hacətlərindən yüzü, o cümlədən onun otuz dünya hacəti həyata keçəcəkdir.”
    44 – Siratın işıqlı olması
    Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:
    "Mənə göndərilən salam və salavat Siratı nurlu edər.”

    Category: Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı | Views: 1815 | Added by: Islam_Kitabxanasi | Rating: 4.7/6
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024