İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:49 PM
    Kitabın adı: Əbədi səadət yolu
    ƏDALƏT VƏZİFƏNİZ DEYİL
    İmam buyurdu: Siz hətta narkotik maddələri tapmaq üçün birinin evinə girsəniz, onun albomuna baxmağa, soyuducusunu axtarmağa vəzifəli deyilsiniz və hətta əgər bir günah etmiş olsa onu tutub, ifşa etməyə vəzifəli deyilsiniz.
    Höccətül islam Natiq Nuri
    Bütün tələbələrə ev verərkən
    Nəcəfi-əşrəfdə bəzi ticarətçilər imamın evinə gəlirdilər və deyirdilər: Vücuhatdan (xums və zəkatdan) yox, bəlkə özümüzdən sizə və Mustafaya ev almaq istəyirik. İmam cavablarında buyururdu:
    Bütün tələbələrə ev verilərkən, bir mənzil Mustafaya, bir mənzil də mənə veriləcək.
    Höccətül islam Fəqihi
    İmam ailədə həyat yoldaşına iş deməzdi
    İmam ömrünün axırına qədər heç vaxt həyat yoldaşına: "bir stəkan su ver" belə, demədi. Amma özü bu işi onun üçün edirdi. Məsələn, bəzən bilirdi ki, o, dərmanlardan istifadə etməyi yaddan çıxarıb, onun yadına salırdı.
    Fəridə Təbatəbai
    Ananızın yanına gedin
    Bir dəfə həm imam, həm də həyat yoldaşı xəstələnmişdilər. Biz adətən iki-üç nəfər olurduq. Əgər bizlərdən biri imamın yanında qalsaydıq, dərhal deyirdi: Mənə bir kəs lazım deyil, gedin ananızın yanına.
    Bizi beləcə öz otağından çıxarırdı ki, xanım tək qalmasın.
    Fəridə Mustəfəvi
    Gecəni bölürdü
    İmamın həyat yoldaşı deyirdi ki, uşaqlar gecələr çox ağladıqları və səhərə qədər oyaq qaldıqları üçün, imam gecəni bölmüşdü; yəni, iki saat özü uşaqları saxlayırdı, mən yatırdım və iki saat özü yatırdı, mən uşaqları saxlayırdım. Gündüzlər dərs qurtardıqdan sonra imam, uşaqların tərbiyəsinə kömək etmək üçün, vaxtının bir qədərini onlarla məşğul olmağa həsr edirdi.
    İmam Xomeyninin davranışlarından seçmələr.
    BÖYÜK CİHAD YA NƏFSLƏ MÜBARİZƏ
    Ömrümüzdən bir il də keçdi. Siz cavanlar qocalığa doğru, biz qocalar isə qarşıda olan ölümə doğru gedirik. Bu bir illik təhsildə siz, öz təhsilatınızın hədlərinə və qazandığınız elmə vaqifsiniz; bilirsiniz ki, nə qədər təhsil alıb və nə qədər öz elminizin bünövrəsini möhkəmləndirmisiniz. Lakin, əxlaqın paklığı, şəri qaydaların təhsili və ilahi maarif barəsində nə etmisiniz? Hansı müsbət addımı atmısınız? Heç öz paklıq və islahınız barədə düşünmüsünüz? Bu barədə bir proqramınız olubmu? Deməliyəm ki, çox təəssüflər olsun ki, gözə dəyən bir iş görməmisiniz, öz islahınız və paklığınız üçün böyük addımlar atmamısınız.
    Elm ocaqlarına sifariş
    Elm ocaqları, elmi məsələləri əhatə etməklə yanaşı, əxlaq məsələlərini və mənəvi elimləri də öyrənib-öyrətməlidirlər. Onlara əxlaq ustadları, ruhani tərbiyəçiləri və öyüd-nəsihət məclisləri lazımdır .
    Peyğəmbərin (s) məbus olunmasında əsas məqsəd olan əxlaq və islah proqramları, tərbiyə və paklıq dərsləri, ilahi maarifi öyrənmək, gərək elmi mərkəzlərdə genişlərək, qanuni olsun.
    Təəssüflər olsun ki, elmi mərkəzlərdə belə lazımlı və zəruri məsələlərə az diqqət olunur, mənəvi və ruhani elmlər azlığa doğru gedir. Qorxu burasındadır ki, elm ocaqları gələcəkdə əxlaq alimləri, paklıq və saflıq mürəbbiləri, ilahi şəxsiyyətlər yetişdirə bilməsinlər. Müqəddimə məsələlərində olan bəhs və təhqiq, Qürani Kərim, Peyğəmbəri Əzəm (s) və başqa peyğəmbər və övliyaların (ə) inayət yeri olan əsil məsələlər üçün macal verməsin.
    Elm ocaqlarının diqqət mərkəzində olan böyük fəqihlərin, yüksək məqamlı ustadların, dərs və bəhs əsnasında tələbələrin tərbiyə və paklığı üçün hümmət edib, mənəvi və əxlaqi məsələlərə çox yer ayırmaları yaxşı olardı.
    Elm ocaqlarının islahatçılarına da fəzilətli adətlər qazanmaqda, nəfsi paklaşdırmağa səy edib, öz üzərlərində olan mühüm vəzifələrə və ağır məsuliyyətlərə əhəmiyyət vermələri lazımdır.
    Tələbələrə sifariş
    Bu günləri elm ocaqlarında təhsil alıb, sabah cəmiyyətin rəhbərlik və hidayətini öhdəsinə almaq istəyən siz tələbələr, vəzifənizin təkcə bir ovuc termini öyrənməkdən ibarət olduğunu fikirləşməyin. Bəlkə, başqa bir vəzifəniz də vardır. Siz gərək bu elmi hövzələrdə özünüzü elə islah və tərbiyə edəsiniz ki, bir şəhər, ya kəndə gedərkən, oranın əhalisini hidayət edib, saflaşdıra biləsiniz.
    Sizdən gözlənilən budur ki, fiqh mərkəzlərindən gedərkən, özünüzü elə paklamış və islah etmiş olasınız ki, camaatı da islah edə biləsiniz, İslamın əxlaq göstərişləri və qaydalarına uyğun şəkildə onları tərbiyələndirəsiniz.
    Amma Allah eləməmiş, elmi hövzələrdə özünüzü islah edə bilməsəniz və mənəviyyat qazanmasanız, hara getsəniz (Allaha pənah aparırıq) camaatı yoldan azdırıb, İslama və ruhaniyyətə qarşı bədbin edəcəksiniz.
    Sizin ağır vəzifəniz vardır. Əgər elmi mərkəzlərdə öz vəzifənizə əməl etməsəniz və nəfsinizi paklaşdırmasanız, təkcə neçə termini öyrənmək ardınca olub, üsul və fiqh məsələlərini düzəltsəniz, gələcəkdə İslam və İslam dünyası üçün (Allaha pənah aparırıq) zərərli olub, xalqın sapınmasına, yolundan azmasına səbəb ola bilərsiniz. Əgər sizin layiqsiz əməl və rəftarınız üzündən, bir nəfər yolunu azıb, İslamdan üz döndərsə, olduqca böyük günaha düşmüş olursunuz və tövbənizin qəbul olunması çətindir. Necə ki, əgər biri sizin vasitənizlə (gözəl əməl və rəftarınıza görə) hidayət tapsa, hədisə əsasən, bu (sizin üçün) "Günəşin üzərlərinə işıq saldığı hər şeydən yaxşıdır."(Əli (ə) buyurur: "Allah Peyğəmbəri (s) məni Yəmənə göndərərkən buyurdu: Ey Əli! Heç kimi İslama dəvət etməyincə, onunla müharibə etmə! And olsun Allaha ki , əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu sənin üçün günəşin üzərlərinə işıq saldığı və qürub etdiyi şeylərdən (ki sənin o şeyləri ələ gətirməyə haqqın var) yaxşıdır." "Füruği Kafi" 5-ci cild.)
    Sizin vəzifəniz ağır və adi camaatın vəzifəsindən fərqlidir. Bəzi işlər vardır ki, ümumi camaat üçün mübahdır, amma sizin üçün icazəli deyil, hətta sizin üçün haram olması mümkündür. Çoxlu mübah əməllər vardır ki, camaat sizdən onlara mürtəkib olmağınızı gözləmir. Onda ki, qala çirkin və haram əməllər ola. Allah eləməmiş, sizdən belə əməllər baş versə, bunlar camaatı İslama və ruhaniyyət aləminə qarşı bədbin edər. Dərd burasındadır ki, camaat sizdən gözlədiklərinin əksinə olan bir əməl görsələr, dindən sapınırlar, ruhaniyyətdən dönürlər, daha həmin fərddən yox. Ey kaş, fərddən, üz döndərəydilər və bir fərdə qarşı bədbin olaydılar. Amma, bir ruhanidən insani keyfiyyətlərin əksinə olan və ona yaraşmayan bir əməl görsələr, onu təhlil etmirlər. Ticarətçilər arasında düz olmayan, yolunu azmış fərdlər olduğu, idarələrdə fasid və pis işlər törədən şəxslər göründüyü kimi ruhanilərin də arasında bir, ya bir neçə belə şəxsin olması mümkündür. Ona görə də bir baqqal günah etsə, deyirlər filan baqqal günahkardır, bir əttar pis əmələ mürtəkib olsa, deyirlər filan əttar pis əməl edəndir. Amma bir axund pis bir iş etsə, demirlər ki, filan axund yolunu azıb, deyirlər, axundlar pisdirlər.
    Elm əhlinin vəzifələri çox ağırdır. Alimlərin məsuliyyəti başqa camaatkından çoxdur. Əgər, "Kafi”(Üsuli Kafi", Fəzlul elm kitabı.) kitabının "Üsul” və "Vəsail”(Cəmil ibn Dərrac deyir: İmam Sadiq (ə) buyurdu: Can bura çatarkən (əli ilə boğazına işarə etdi) alim üçün tövbə yeri qalmır. Sonra həzrət bu ayəni tilavət etdi: "Tövbə yalnız o kəslər üçündür ki, bilməməzlik üzündən pis əməllər ediblər." "Nisa" surəsi: ayə 17.) kitabının alimlərin vəzifələri barəsində olan bölmələrinə müraciət etsəniz, elm əhli üçün necə ağır təklif və məsuliyyətlərin bəyan olduğunu görərsiniz. Rəvayətdə var ki, can hülquma yetişəndə, daha alim üçün tövbə yeri yoxdur. Bu halda alimin tövbəsi qəbul olunmaz. Çünki Allah, o kəslərdən ömürlərinin axırına qədər tövbəni qəbul edir ki, onlar cahil olublar. Başqa bir rəvayətdə gəlibdir ki, alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar.("Vəsailuş-şiə" 18 ci cild, Kitabul qəza. ) Çünki, alimin günahının İslam və İslam dünyasına çoxlu zərərləri vardır. Adi və cahil şəxslər bir günaha düçar olduqda, təkcə özlərin bədbəxt edib, özlərinə zərər vururlar. Amma bir alim yolunu azıb, pis əmələ düçar olsa, bir aləmi yoldan çıxarıb, İslama və İslam alimlərinə ziyan vurur.(Həfs ibn Qiys deyir: İmam Sadiq (ə) buyurdu: "Ey Həfs, alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar." "Üsuli-Kafi" 1-ci cild. Fəzlül elm kitabı.) Bu ki, rəvayətdə gəlib: "Cəhənnəm əhli öz elminə əməl etməyən alimin üfunətli iyindən əziyyət çəkirlər"(Rəsuli Əkrəm (s) buyurur: "Mənim ümmətimdən iki dəstə vardır ki, onlar saleh olsalar ümmət də saleh olar və fasid olsalar ümmət də fəsad edər. Soruşdular ki, onlar kimlərdirlər? Buyurdu: Alimlər və hakimlər." "Xisal", babul isnəyn, 37-ci səh. "Tühəfül-üqul" səh. 50), ona görədir ki, dünyada İslam və İslam dünyasına xeyir, ya zərər verməkdə alim və cahil arasında çox fərq vardır. Bir alim yolunu azarsa, bir ümməti yoldan çıxarıb, üfunətə çəkməsi mümkündür və bir alim özünü saflaşdırarsa, İslam əxlaqı və ədəblərinə riayət edərsə, bütün cəmiyyəti paklayıb, hidayət edə bilər.
    Yayda getdiyim bəzi şəhərlərdə oranın camaatını şəriət ədəbləri ilə ədəblənmiş görürdüm. Səbəbi də orada saleh və pərhizkar alimin olması idi. Əgər bir toplu, şəhər və məntəqədə doğruçu, təqvalı alim yaşasa, o alimin təbliğ və hidayəti sözlə olmasa belə (Süleym ibn ƏlHilali deyir: Həzrət Əmir əl-möminindən (ə) eşitdim, Peyğəmbərdən (s) hədis deyirdi ki, o həzrət kəlamında buyurdu: "Alimlər iki dəstədirlər: öz elminə əməl edənlər, onlar nicat tapıblar və öz elminə əməl etməyənlər, bunlar isə həlak olublar. Həqiqətən cəhənnəm əhli öz elminə əməl etməyən alimin pis iyindən əziyyət çəkirlər." "Üsuli-Kafi" 1-ci cild. Fəzlul elm kitabı.) onun varlığı camaatın hidayətinə və saflaşmasına səbəb olar. Biz elə şəxsləri görmüşük ki, onların varlıqları nəsihət və ibrətə səbəb olub. Təkcə onları görmək ayılmağa səbəb olub. İndinin özündə də məhəllələr bir-birindən fərqlənir. Saf və pak alim yaşayan məhəllədə, saleh və imanlı camaat var. Başqa məhəllədə isə bir nəfər yol azmış fasidin, əmmamə qoyub, imam camaat olub, özünə bazar açıdığını görürsən. Belə alim, bir dəstəni aldadıb, günaha bulaşdırır və yoldan çıxarır. Bu həmin günahkar alimdir ki, onun üfunətli iyindən cəhənnəm əhli əziyyət çəkirlər. Bu bir üfunətdir ki, pis alim, əməlsiz alim, yolazmış alim onu bu dünyada qazanıb və onun pis iyi o biri dünyada cəhənnəm əhlinə əziyyət verir. Daha orada buna bir şey artırılmayıbdır.
    Axirət aləmində vaqe olan şeylər, bu dünyada hazırlanan şeylərdir. Bizə öz əməlimizdən xaric bir şey vermirlər. Fəsad edən və xəbis bir alim, dünyanı üfunətə çəkir, amma bu dünyada onun üfunətli iyini burunlar hiss etmirlər.
    Lakin, axirətdə onun pis iyi hiss olunur. Amma bir nəfər adi şəxs, İslam cəmiyyətində və İslam dünyasında belə bir fəsad və çirkinlik yarada bilməz. Adi insanlar heç vaxt özlərinə imamət, məhdəviyyət, peyğəmbərlik və Allahlıq iddiası etməyi icazə vermirlər. Dünyanı fəsada çəkən, fasid alimlərdir. "Alim fəsad etsə, aləm fəsada düşər."(İmam Sadiq (ə) buyurdu: "Camaatı yaxşılığa dəvət ediniz. Amma dilinizlə yox. Belə ki, camaat sizdə düzgünlük, doğruçuluq və təqva görsünlər." "Üsuli-Kafi" 3-cü cild.)
    Category: Əbədi səadət yolu | Views: 910 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024