İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:34 PM
    Kitabın adı: Əbədi səadət yolu
    BAŞQA BİR XƏBƏRDARLIQ
    Sizin gələcəyiniz qaranlıq görünür. Çoxlu düşmənlər hər tərəfdən və hər təbəqədən sizin ətrafınızı dövrələyiblər. Sizi, elmi hövzə və mərkəzləri məhv etmək üçün, təhlükəli planlar çəkiblər. İstismar əlləri sizin üçün, İslam və tamam müsəlmanlar üçün ağır yuxular görüblər. İslam adı ilə sizə qorxulu planlar çəkiblər. Siz təkcə saflaşmaq, düzgün nəzm və tərbiyə sayəsində bu fəsad və çətinlikləri öz yolunuzdan qaldıra bilərsiniz, onların planlarını məhv edə bilərsiniz. Mən, indi ömrümün axır günlərini yaşayıram. Tez, ya gec sizin aranızdan gedəcəyəm. Amma sizin üçün qarşıda qara günlər görürəm. Özünüzü islah etməsəniz, dərs və yaşayışınızın nəzm və inzibatınızı tənzimləyə bilməsəniz, gələcəkdə məhvə məhkum olacaqsınız.
    Fürsət əlinizdən getməmiş, düşmən sizin dini və elmi işlərinizin hər tərəfinə əl tapmamış, bir çarə axtarın. Ayıq olun, ayağa qalxın! İlk mərhələdə nəfsi saflaşdırmaq, paklamaq və islah etmək yolunda addım atın. Elmi mərkəzlərdə nəzm və inzibat yaradın. Yadların gəlib, sizin elmi hövzələrinizi tənzimləməsinə yol verməyin. Düşmənlərin: "layiq deyil, əllərindən iş gəlmir, bir dəstə işsiz hövzəyə yığışıb", bəhanələri ilə hövzələrə əl atmağına icazə verməyin. Nəzm və islahat adı altında hövzələri fasid etməklərinə, sizi öz hökmləri altında saxlamaqlarına icazə verməyin. Siz münəzzəm və pak olsanız, hər tərəfli ədəb və tərbiyəniz olsa, başqaları sizə tamah etməzlər. Elmi hövzələrə və ruhaniyyət aləminə nüfuz etməyə yolları olmaz. Siz özünüzü saflaşdırın və qarşıdan gəlmək istəyən fəsadların qarşısını almağa hazır olun. Öz elmi hövzələrinizi qarşıdakı hadisələr qarşısında müqavimətə hazır edin.
    Qarşıda sizin (Allah eləməsin) qara günləriniz vardır. İstismarçı əllər İslamın bütün heysiyyətini aradan aparmaq istəyirlər. Siz, onların qarşısında müqavimət göstərməli, dayanmalısınız. Özünü sevməklə, dünyaya məhəbbətlə, təkəbbür və qürurla müqavimət etmək olmaz. Pis alim, dünyagir alim, öz kürsü və rəyasətini qorumaq fikrində olan alim, İslam düşmənləri ilə mübarizə edə bilməz. Onun vurduğu zərər başqalarınkından da çoxdur. Addımlarınızı ilahiləşdirin, dünya məhəbbətini ürəyinizdən çıxarın. Belə etsəniz mübarizə edə bilərsiniz. İndidən bu nöqtəni ürəyinizdə bəsləyin və tərbiyə edin ki, mən gərək bir silahlı əsgər və islamçı olam, İslama fəda olam. Mən gərək İslama bir iş görəm sonra öləm. Özünüz üçün bəhanələr düzəltməyin ki, "bu günün istəyi bu deyil və bu məndən istənilməyib”.
    İslamın gələcəyi üçün dərdə dəyən olmağa çalışın. Xülasə, bir insan olun. İstismarçılar insandan qorxurlar, adamdan qorxurlar. Onlar, bizim hər şeyimizi yağmalamaq istəyirlər. Onlar, bizim elmi və dini universitetlərimizdə adam tərbiyə olmağının qarşısını almaq istəyirlər. Çünki adamdan qorxurlar. Əgər ölkədə bir adam tapılsa, onların işinə mane olar və mənafelərini məhv edər.
    Siz özünüzü islah etməyə və İslam düşmənlərinin acı planları qarşısında dayanmağa vəzifəlisiniz. Əgər hər tərəfli hazırlıqlı olmasanız və hər gün İslam peykərinə dəyən zərbələrə qarşı müqavimət və mübarizəyə qalxmasanız onda, həm özünüzü, həm də İslamın hökm və qanunlarını məhv edəcəksiniz. Bu işlərinizə görə də cavab verməli olacaqsınız. Siz alimlər, elm əhli və siz müsəlmanlar, məsuliyyət daşıyırsınız. Başda alim və tələbələrin, sonra da başqa müsəlmanların öhdəsində məsuliyyət vardır:
    "کلّهم راع و کلّهم مسئول عن رعییته" Siz cavanlar, hər bir zülm və haqsızlığın qarşısında dayana bilmək üçün, gərək öz iradənizi qüvvətləndirəsiniz. Bundan başqa çarəniz yoxdur. Özünüzün, İslamın, İslam məmləkətlərinin abır və heysiyyəti sizin duruş və müqavimətinizə bağlıdır.
    Mütəal Allah İslamı, müsəlmanları və İslam ölkələrini əcnəbilərin şərindən qorusun. İstismarçıların və xainlərin əlini İslam ölkələrindən və elmi hövzələrdən üzsün. İslam alimlərini, böyük müctəhidləri Qürani Kərimin müqəddəs qanunlarını müdafiə etməkdə və İslamın müqəddəs prinsiplərini irəli aparmaqda müvəffəq etsin. İslam ruhanilərinə indiki əsrdə öz ağır vəzifələrini və məsuliyyətlərini tanıtdırıb, onları agah etsin. Elm ocaqlarını, ruhaniyyət mərkəzlərini İslam düşmənlərinin nüfuzundan və ona əl tapmağından qorusun. Cavan ruhani nəslinə, universitetlərə və bütün müsəlmanlara, özünü islah etməkdə, saflaşdırmaqda və nəfslərini paklamaqda müvəffəqiyyət inayət etsin. İslam millətini qəflət yuxusundan, etinasızlıq, süstlük və fikirlərinin dayanmasından, buza dönməsindən azad etsin ki, ilhamla Qüranın insanı dəyişdirən və nurani təlimləri ilə özlərinə gəlsinlər, ayağa qalxsınlar, birlik sayəsində istismarçı, zorakı və İslamın qədimdən üzü bəri olan düşmənlərinin əllərini, İslam ölkələrindən kəssinlər. Öz əldən çıxmış azadlıq, istiqlal və əzmətinə nail olsunlar.
    ربنا افرغ علينا صبرا و ثبّت اقدامنا وانصرنا علي القوم الکافرين
    Ey Rəbbimiz, bizə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və kafirlərə qalib olmaqda bizə kömək et.(İmam Baqirdən (ə) rəvayət olub: "Bütün bəndələrin ürəyində ağ bir nöqtə var. Günah edərkən orada qara bir nöqtə yaranır. Əgər tövbə etsə o qara nöqtə aradan gedir. Amma əgər günaha davam etsə, o qaralıq bir az da artır və ağ yerin hamısını örtür. Ağ yer örtüləndən sonra o ürəyin sahibi heç vaxt yaxşılığa qayıtmır... ”. "Üsuli-Kafi" 3-cü cild. )
    Ey bizim Rəbbimiz, dualarımızı qəbul et!
    Səadət
    İnsan təbiət aləminin və hərəkətdə olan, dünya övladıdır. Yaranışının əvvəlindən təbiətin qoynunda tərbiyə olur. Ruhaniyyət və fitrət də elə bu pərdədə daxil olur. Sonra isə təbiət hökmləri onu əhatə edir və təbiət aləmində nə qədər qalıb böyüsə, təbiət hökmləri də bir o qədər ona üz tutur və qalib olur. Tüfeyliyyət mərtəbəsinə çatdıqda isə üç qüvvə ilə rastlaşacaq: şeytənət, qəzəb və şəhvət qüvvəsi. İnsan hər nə qədər həyat sürsə, bu üç qüvvə də onda artıb, kamilləşir; təbiət hökmləri və heyvaniyyət ona qalib olur. Bu hicablar, zülmətlər və tutqunluqlar nəfsə yönəlir, ona qalib olur. Bir kəsin öz-özünə bu pərdələrdən çıxa bilməsi və mütləq kamala, cəmala, nura, mütləq cəlala çatması çox az olar. Allah Təbarək və Təala, böyük peyğəmbərləri (ə) bəşərin tərbiyəsi üçün göndərdi və səmavi kitabları nazil etdi ki, onlar xaricdən daxili fitrətə kömək etsinlər və nəfsə bu səhv yoldan nicat versinlər. Buna görə də səmavi hökmlər, ilahi aşkar ayələr, böyük peyğəmbərlərin göstərişləri, övliyaların kəramətləri, insan fitrətini, mütləq kamal olan Həqqə və Onun zatına, sifət və fellərinə tərəf yönəltmək üçündür. Çünki, yaranışa, Məada, səmavi kitablara, Allaha, peyğəmbərlərə, mələklərə, axirət gününə imandan olan rübubiyyət məqsədləri, ən mühüm və ümdə olan nəfsani seyr mərtəbələri, hökmlərin şaxələrinin çoxu; namaz, oruc, həcc və s. bu məqsədə bağlıdır. İstər vasitə ilə olsun ya vəsitəsiz.("Bəqərə" surəsi: ayə 250. )
    Elə bir həsrətlər vardır ki, sonu yoxdur, peşimançılıqlar vardır ki, onun üçün minnət yoxdur.
    Bəli bir kəsə ki, Allah Təbarək və Təala bütün tərəqqi, mənəvi təkamül və səadətə çatmaq vasitələrini onun üçün geniş şəkildə hazırlayıb – istər ağıl, seçki qüvvəsi, nəhayətə yetişmək istedadı, kamillik və kamala olan fitri eşq kimi batini vasitələr olsun, istərsə də ömür, vaxt, münasib mühit, sağlam bədən üzvləri və lap ümdə olan hidayət yolunun hidayətçiləri, səmavi kitablar, ilahi göstərişlər və onun təfsirçiləri kimi, zahiri vasitələr olsun – bütün bu vəsflərlə əgər o şəxs, bu nəhayəti olmayan ilahi nemətlərə küfr edib, bəlkə, ilahi əmanətlərə xəyanət edib, ağıl və şəriətə tabe olmaqdan boyun qaçırıb, nəfsi istəklərə, ins və cindən olan şeytanlara tabeçilik etməyi, bütün nemətlərin sahibi olan, Həqqə tabe olmaqdan üstün bilsə, təbiət aləminin ağır yuxusundan, sonsuz qəflətdən, məstlik və huşsuzluqdan, bütün fürsətləri əldən verdikdən, bütün ilahi nemətlər əlindən çıxdıqdan, əbədi bədbəxtliklər qazandıqdan sonra özünə gələcək.
    Habelə, bir biçarəni təsəvvür et! Öz yoldaşlarının, həmnövlərinin və həmvətənlərinin səadətə və son kamala çatdığını, özünün isə kamillər qafiləsindən geri qaldığını, naqislərə, bədbəxtlərə qoşulduğunu, öz nöqsanlarını aradan qaldırmağa heç bir çarə və qayıdış yolunun olmadığını görəndə necə həsrətlər çəkir.("Şərhi hədisi cünudi əql və cəhl", səh. 78. )
    Nəfsimizi islah və ruhumuzun xəstəliklərinə əlac etməyin vaxtı çatmayıbmı? Cavanlıq sərmayəsini hədər yerə əldən verdik. Hər iki cahanın sərmayəsini hazırlamaq üçün olan cavanlığımızı, nəfsi və şeytani qürurla əldən çıxardıq. Bununla belə yenə də islahımız üçün çalışmırıq və həyatımızın sərmayəsi əlimizdən gedir, tam ziyan və bədbəxtliklə dünyadan köçürük.
    Nəfsi islah edib, saflaşdırmaq üçün cavanlıq dövrü daha münasib və layiqlidir. Çünki o vaxt həm iradə güclüdür, həm nəfsi sıxıntı, zülmətlər azdır və fitrətə çox yaxınıq, həm də geri qayıtmağı çətinləşdirən günah yükü o qədər çoxalmayıb. Cavanlar, öz cavanlıq dövrünün qədrini bilsinlər və bu böyük neməti qəflətdə keçirməsinlər. Çünki qocalıq dövründə nəfsi islah etmək çox çətindir. Qocalıq çağında çoxlu çətinliklər vardır ki, bunlar cavanlıq çağında yoxdur. Lakin şeytan və nəfsi əmmarə, insanı məğrur edir, onu cavanlıq vaxtı islah olmağa qoymurlar. Bundan sonra isə insan, qocalığın zəiflik və süstlüyünə düçar olur, günaha düşür, nəfsi sıxıntılar çoxalır. Bu vaxt da yenə bu gün-sabaha, sonraya saxlamaqla, hələ tezdir deyərək, özünü aldatmaqla əsil sərmayə olan cavanlığı əldən verir, ziyan və xəsarətlə intiqam evinə (axirətə) varid olur:
    والعصر انّ الانسان لفي خسر
    Yəni, "And olsun Əsrə. Şübhəsiz, insan ziyandadır."("Şərhi hədisi cünudi əql və cəhl" 53-cü səh.)
    Əbədi səadət sərmayəsini, əbədi bədbəxtlikdə sərf etməkdən, xərcləməkdən, həyat və nicat mayasını öz həlakət və məhvin üçün işlətməkdən, ömrünün sonuna qədər qəflət və məstlikdən özünə gəlməməkdən böyük, hansı ziyan ola bilər?("Əsr" surəsi: ayə 1-2. )
    Səadətə çatmağın yolu
    Nəfslə mübarizə
    İnsan təəccüblü bir varlıqdır və iki aləmi vardır: dünyəvi və mələkuti.
    Dünyəvi aləm onun bədənidir. Mələkuti aləm isə başqa bir dünyadır. Mələkuti və qeyb aləmindən olan insan nəfsinin, məqam və dərəcələri vardır. Bütün bu məqam və dərəcələr üçün də rəhmani və əqlani qoşunlar, köməkçilər vardır ki, onu uca mələkut aləminə cəzb edir, səadətə dəvət edirlər. Nəfsin, bunların qarşısında olan, şeytani və cəhlani qoşunları da vardır ki, onu uçuruma və bədbəxtliyə çağırırlar. Bu iki qoşun arasında həmişə dava və çəkişmə vardır. İnsan, bu iki tayfanın döyüş meydanıdır: rəhmani qoşunlar qalib olsalar, insan səadət və rəhmət əhlindən olacaq, amma şeytani qoşunlar və cəhlin dəstəsi qalib olsa, insan bədbəxtlərdən və qəzəb olunmuşlardan olacaq.
    Nəfslə necə mübarizə etmək lazımdır?
    Nəfsin birinci məqamı "Mülk" mənzili, zahir və onun dünyasıdır. Böyük cihad və Həqq Təala yolunda öldürülməkdən üstün sayılan nəfslə mübarizə, bu birinci məqamda, insanın öz zahiri qüvvələrinə qalib olmasından, onları Böyuk Yaradanın əmrinə tabe etməkdən və məmləkəti (nəfs məmləkətini) Şeytan və onun qoşununun aldadıcı qüvvəsindən boşaltmaqdır.
    Nəfslə mübarizənin və Həqq Təalaya tərəf hərəkətin birinci şərti, təfəkkürdür. Bu məqamda təfəkkür, insanın hər gün bir qədər (az da olsa) öz sahibi barəsində fikirləşməsindən ibarətdir. Fikirləşmək lazımdır ki, onu bu dünyaya gətirən, bütün asayiş və rahatlıq vəsaitlərini onun üçün hazırlayan, hər biri mənfəətli olaraq, ağılları heyran qoyan sağlam bədəni və qüvvəni inayət edən, bütün bu nemət büsatlarını verən, rəhm edən, başqa bir tərəfdən isə bu qədər peyğəmbərlər, hidayətçilər göndərən, kitablar nazil edən, və dəvətlər edən Padşahlar Padşahı olan bir sahibin qarşısında onun vəzifəsi nədir? Bütün bu verilənlər, heyvanların hamısı ilə şərik olduğumuz, heyvani həyat və şəhvəti idarə etmək üçündür, ya başqa bir məqsəd vardır? Bütün kəramətli peyğəmbərlər və əzəmətli övliyalar, böyük hikmət sahibləri, hər bir millətin alimləri camaatı ağıl və şəriət qanunlarına dəvət edirdilər, onları heyvani şəhvətlərdən və bu fani dünyadan çəkindirirdilər; onlarla düşmənçilikləri var idi, ya biz biçarə və şəhvətə qurşanmışların islah yolunu bizim kimi bilmirdilər?
    Ağıllı insan bir an fikirləşsə başa düşər ki, bizim üçün sərilmiş bu nemət süfrəsindən məqsəd, başqa bir şeydir. Yaradılış aləmindən gözlənilən şey çox-çox böyük məqsəddir. Bu heyvani həyat, həmin məqsəd deyil.
    Ağıllı insan, gərək özünə çarə fikirləşsin və öz çarəsizliyinə rəhm eləsin, özünə xitab etsin: "Ey bədbəxt nəfs, uzun illər boyu ömrünü şəhvət ardınca keçirdin, həsrətdən başqa bir şey nəsib olmadı. Yaxşı olar ki, bir az da öz halına rəhm edəsən, Padşahlar Padşahından həya edəsən, bir qədər də həmişəlik həyata və səadətə səbəb olacaq, əsil məqsəd yolunda addım atasan. Var gücünlə çalışsan da ələ gəlməyən, neçə günlük fani şəhvətə, həmişəlik səadəti satma. Qədimdən indiyə qədər gördüyün, bildiyin dünya əhli barədə bir az fikirləş. Bax gör, onların zəhmətləri, çəkdikləri əziyyətlər, rahatlıqları qarşısında nə qədər çoxdur. Bir halda ki, hər insan üçün də rahatlıq və xoşluq tapılmır. İnsan surətində olub, amma həqiqətdə, şeytanın qoşunundan olan və onun tərəfindən göndərilərək, səni şəhvətə və maddi həyatını təmin etməyə dəvət edənin, bir qədər də özü barəsində təhəmmül et, fikirləş, onu danışdır, gör onun özü, öz vəziyyətindən razıdırmı? Ya özü də mübtəladır və başqa bir biçarəni də özü kimi mübtəla etmək istəyir?
    Hər halda öz Rəbbindən acizanə və ağlar halda təmənna et ki, səni öz vəzifənlə tanış etsin. Gərək bu səninlə Onun arasında olsun. Nəfsi əmmarə və şeytanla mübarizə qəsdi ilə etdiyin bu təfəkkürün, sənin üçün ayrı bir yol göstərməsinə və mübarizənin başqa bir mənzil və mərhələsinə müvəffəq olmağına ümid vardır.
    Nəfslə mübarizənin, təfəkkürdən sonrakı məqam və mənzili "əzm", yəni, iradə və qəsddir. Əzm, insanın günahları tərk etməsinə və vacibləri yerinə yetirməsinə və yerinə yetirmədiyi üçün qəzaya getmiş əməlləri həyatda olarkən əmələ gətirəcəyinə qəsd etməsindən ibarətdir. Nəhayət, əzm budur ki, insan öz zahirini əqli və şəri etsin. Belə ki, şəriət və ağıl onun zahirinə xatir hökm etsin ki, bu şəxs insandır. Şəri insan, o kəsə deyirlər ki, şəriətin istəyinə uyğun rəftar etsin, onun zahiri, Rəsuli-Əkrəmin (s) zahiri kimi olsun və bütün davranışlarında, etdiyi əməllərdə, tərk etədiyi işlərdə o həzrətin davamçısı olsun. Bu olduqca mümkün olan bir işdir. Çünki, öz zahirini o həzrətə bənzətməyə, Allah bəndələrinin hər biri qadirdir.
    İnsan, şəriət ədəbləri ilə ədəblənməyincə, heç bir gözəl əxlaqla sifətlənməyincə, Allahın mərifət nurunun onun qəlbində cilvələnməsi, batin elminin və şəriət sirlərinin onun üçün açılması mümkün deyil.
    Ey əziz! Əzm sahibi və iradəli olmağa çalış. Çünki əzmsiz dünyadan köçsən, beyinsiz insan surətindəsən və o biri aləmdə insan surətində məşhur olmayacaqsan. Çünki o dünya, batinlərin və sirlərin açılacağı bir yerdir.
    Günaha cürət etmək, yavaş-yavaş insanı əzmsiz və iradəsiz edir və bu da şərəfli cövhəri insandan alır.
    Bəs ey qardaş, günahdan qaç və Allaha tərəf üz tutmağı əzm et. Zahirini insan zahiri et, özünü şəriət sahiblərinin yoluna daxil et. Xəlvətdə Allah Təbarək və Təaladan istə ki, sənə bu məqsədində yar olsun, kömək etsin, Rəsuli-Əkrəmi (s) və əhli-beyti (ə) sənin üçün şəfaətçi qərar versin, sənə müvəffəqiyyət inayət etsin, qarşıdakı uçurumlara yuvarlanmamağın üçün sənin əlindən tutsun. Çünki insan həyatında uçurumlar vardır ki, bir anda o həlakət uçurumuna elə düşmək olar ki, insan bir daha özünə çarə edə bilməsin. Bəlkə, çarə axtara da bilməsin, bəlkə şəfaətçilərin şəfaəti də onun halına şamil olmasın.
    Nəfsi ilə mübarizə edənlərə müşaritə, müraqibə və mühasibə işləri də lazımdır.
    "Müşaritə" odur ki, insan günün əvvəlində məsələn, özü ilə şərtləşsin ki, bu gün Allah Təbarək və Təalanın əmrinə zidd olan bir əməl etməsin. Bu mətləbi iradə etsin. İnsanın bir gün günah əməl etməməyinin asan bir iş olduğu məlumdur. İnsan, onun öhdəsindən asanlıqla gələ bilər. Sən əzm et, şərt bağla və təcrübə et, gör nə qədər asandır. Şeytanın və o məlunun qoşunlarının bu işi sənə böyük göstərmələri də mümkündür. Onlar, səni bağladığın şərtdən saxlamaq və ona əməl etməməyini istəyirlər. Onlara lənət göndər və onların şərindən Allaha pənah apar, Ona sığın, batil xəyalları ürəyindən çıxart və şeytana de: mən bu gün, Allah Təalanın əmrinə qarşı çıxmamağı özümlə şərt etmişəm. Mənim Nemət Sahibim illər boyudur ki, mənə nemət verib, səhhət, sağlamlıq və əmniyyət verib. Elə mərhəmətlər edibdir ki, əbədi olaraq Ona xidmət etsəm belə, heç onların birinin öhdəsindən gələ bilmərəm. Bir kiçik şərtə əməl etməməyim yaxşı iş deyil. Bundan sonra Allahın istəyi ilə şeytanın geri dönüb, qayıtması və Rəhman qoşunları qələbə etməsinə ümid var.
    "Müraqibə"nin sənin işlərinin; qazanc, səfər, təhsil və s. heç biri ilə ziddiyyət və münafatı yoxdur.
    Bu hal ilə qal, ta gecə "mühasibə" vaxtıdır.
    Mühasibə odur ki, insan öz Allahı ilə etdiyi şərtdə nəfsini hesaba çəksin ki, bağladığı şərtə əməl etdimi və Nemət Sahibinə bu kiçik müamilədə xəyanət etmədimi? Əgər düz vəfa etmisənsə, onda bu müvəffəqiyyətə görə Allaha şükür et və bil ki, bir addım irəliləmisən, Allah sənə nəzər edibdir. Allah səni dünya və axirət işlərinin irəli getməsində hidayət edər. Sabahın işi bir az da asanlaşacaq. Bir neçə vaxt bu əməllərini qoru. Bunun səndə adətə çevrilməsinə və bu işlərin daha sənə çox asan gəlməsinə ümid vardır. Bəlkə o vaxt, bu dünyada Allah əmrinə itaət və günahları tərk etməyin ləzzətini bələrsən.
    Bil ki, Allah Təbarək və Təala sənə çətin təkliflər etməyib. Sənin öhdəndən xaric və taqət gətirə bilməyəcəyin şeyləri sənə əmr etməyib. Lakin şeytan və onun qoşunu, işi sənə çətin cilvələndirir. Mühasibə vaxtı öz etdiyin şərtdə, süst və sönük olduğunu görsən, Allah Təaladan üzr istə. Söz ver ki, sabah bu işin öhdəsindən mərdliklə gələcəksən. Bu hal ilə qal ki, Allah Təala tofiq və səadət qapılarını sənin üzünə açsın, səni insanlığın düz yoluna hidayət etsin.
    İnsana nəfs və şeytanla mübarizə etməkdə kamil köməklik edən işlərdən biri də "təzəkkür"dür.
    Təzəkkür, Allah Təalanın insana mərhəmət etdiyi nemətləri yada salmaqdır.
    Bil ki, insanda olan fitri şeylərdən biri də nemət verənə hörmət etməkdir. Gərək öz nemət sahibinə hörmət edəsən. Bu da məlumdur ki, nemət nə qədər böyük olsa və nemət verənin o nemətdə bir qərəzi olmasa, fitrət baxımından onun hörməti daha çox və daha lazımlıdır. Məsələn; sizə bir at verib və onda minnət qoyan şəxsə və xırda bir şey verib və bunda heç bir minnət qoymayan şəxsə hörmət etməkdəki fərq, çox aydındır. İndi özün əzəmətli şən sahibi, Padşahlar Padşahının bizə mərhəmət etdiyi zahiri və batini nemətlərə diqqət et. Əgər, ins və cin, o nemətlərin birini bizə vermək istəsələr, bacarmazlar və biz bundan qafilik. Məsələn; gecə-gündüz istifadə etdiyimiz, bizim və bütün mövcudların ondan asılı olduğu hava, on beş dəqiqə olmasa, heç bir canlı diri qalmaz. Gör nə böyük nemət! Bütün ins və cin, onun oxşarını bizə vermək istəsələr, aciz qalarlar. Həmçinin, hər birinin hədsiz-hüdudsuz mənfəətləri olan, sağlam bədən, göz, qulaq, dadma və hiss etmə kimi zahiri qüvvələr və xəyal, vəhm, ağıl və s. kimi batini qüvvələr olan ilahi nemətləri yada sal. Bütün bunları Padşahlar Padşahı, bizə özümüz istəməzdən öncə və minnətsiz olaraq inayət edibdir. Bunlarla da yenə kifayətlənməyib, peyğəmbərlər göndərib, kitablar nazil edib, səadət və bədbəxtlik, cənnət və cəhənnəm yolunu bizə göstərib. Bizim ibadət və itaətimizə ehtiyacı olmadan, ya itaət və günahlarımızın Onun halına heç bir fərq etmədiyi halda, bizim dünya və axirətdə möhtac olduğumuz şeyləri bizə inayət edibdir. Yalnız, bizim öz xeyrimizə olaraq, əmrlər və qadağalar buyurubdur.
    Bütün bəşərin onu sayıb qurtara bilməkdən aciz olduğu, bu və bunun kimi saysız-hesabsız nemətləri yada saldıqdan sonra, sizin fitrətinizə əsasən, belə bir nemət verənə hörmət lazım deyilmi? Belə bir nemət sahibinə xəyanət etmək ağıl baxımından necədir? Fitrətdə yoğrulan və onda gizli qalan işlərdən biri də böyük və əzəmətli şəxsə hörmət etməkdir. Camaatın dünya əhlinə və sərvətlilərə, hökmranlara, böyüklərə etdikləri hörmətin səbəbi, onları böyük və əzəmətli bilməkləridir. Padşahlar Padşahının əzəmət və böyüklüyündən də əzəmətli bir şey varmı? Onun yaratdıqlarının biri olan bu kiçik dünyanı və onda olan adi məxluqlarını hələ heç bir mövcudun ağlı indiyə qədər dərk edə bilməyib. Başqa günəş sistemlərindən çox kiçik və nəzərə çarpmaz olan, elə həmin öz günəş sistemimiz, bu kiçikliyi ilə belə, dünyanın böyük alimlərinin ondan lazımı qədər xəbərləri yoxdur. Bütün bu aləmləri və minlərlə qeybi aləmləri xəlq edən o Əzəmət Sahibinə, ağıl fitrətinin hökmü ilə hörmət etmək lazım deyilmi? Bəs ey əziz, öz Allahının əzəmətini yada sal, onun nemət və mərhəmətlərini yada sal. Onun hüzurunda olduğunu yada sal, ona itaətsizliyi tərk et, əmrindən boyun qaçırma və bu böyük döyüşdə şeytan qoşununa qələbə et. Öz (nəfs) məmləkətini, rəhmani və həqqani məmləkət et. Hər halda özünə ümid etmə. Çünki, Allah Təaladan başqa heç kəs, sənə kömək edə bilməz. Ağlar halda Allah Təalanın Özündən tofiq və müvəffəqiyyət istə ki, sənə nəfsinlə bu mübarizədə inayət etsin.("Şərhi hədis cünudi əql və cəhl." )
    Category: Əbədi səadət yolu | Views: 1033 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024