İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:28 PM
    Kitabın adı: Əbədi səadət yolu
    İMAN
    Bil ki, "iman", Allahı və Onun yeganəliyini, kəmaliyyə (sübutiyyə) və cəlaliyyə (səlbiyyə) sifətlərini bilməkdən və peyğəmbərlərə, mələklərə, səmavi kitablara elmi olmaqdan ayrı bir şeydir. Ola bilsin ki, bir kəs bunları bilsin, amma imanı olmasın. Şeytanın bu mərtəbələrin hamısına elmi vardır və bununla belə kafirdir. Bəlkə, iman qəlbi və ürəkdə olan bir əməldir ki, o olmasa iman yoxdur. Bir kəsin ağıl və aydın dəlillər yolu ilə bir şeyə elmi olsa, öz ürəyində də onu qəbul etməlidir. Mömin və imanlı olmaq üçün bir növ təslim, xüzu və qəbul etmək olan bu qəlbi əməli yerinə yetirmək lazımdır. İmanın kamalı isə yəqindir. İman nuru gücləndikdə, onun ardınca ürəkdə yəqinlik hasil olur. Bütün bunlar elmdən başqa bir şeylərdir. Sizin ağlınızın dəlil yolu ilə bir şeyi dərk etməsi mümkündür, amma ürək təslim olmasa, elm faydasız olacaq. Məsələn; siz öz ağlınızla ölünün bir kəsə zərər vura bilmədiyini və dünyanın bütün ölülərinin bir ağcaqanad qədər hiss və hərəkəti olmadığını, onun bütün cismi və nəfsi qüvvələrinin ondan ayrıldığını dərk edirsiniz, amma bu mətləbi ürəkdən qəbul etmədiyiniz və ağlınıza təslim olmadığınız üçün, ölü ilə gecə bir yerdə qala bilmirsiniz. Amma ürək ağıla təslim olub, bu hökmü ondan qəbul etsə, bu iş sizin üçün çətin olmayacaq. Necə ki, bu işi neçə dəfə təkrar etdikdən sonra ürək qəbul edəcək və daha ölümdən qorxusu olmayacaq.
    Deməli, insanın ağıl dəlili ilə Yaradan Allahı, Onun yeganəliyini, Məadı və başqa əqidə məsələlərini isbat etməsi mümkündür, amma bu əqidələrə iman demirlər və belə şəxsi mömin hesab etmirlər. Belə insan kafir, ya münafiq, ya da müşriklərin cərgəsindədir. Amma indi sizin ürək gözünüz bağlıdır və mələkuti bəsirətiniz yoxdur. Bu dünyəvi gözünüz dərk etmir. Batinlər aşkar olan və Allahın həqiqi səltənəti aşkara çıxan, təbiət məhv olub, həqiqət onun yerini tutarkən, Allaha iman gətirməməyinizdən, ağlınızın hökmü imana bağlı olmadığından xəbəriniz olacaq. "La ilahə illəllah", ağıl qələmi ilə ürəyin saf və pak lövhəsinə yazılmayınca, insan Allahın vahidliyinə iman gətirməmişdir. Bu pak ilahi kəlmə ürəyə daxil olarkən, ürək səltənəti Həqq Təalanın Özü ilə olar. Bu vaxt, insan daha başqasını Həqq məmləkətində təsirli bilmir, başqasından cah-cəlal gözləmir və şöhrəti başqasının yanında axtarmır.(Şərhi çehel hədis", səh.5.)
    İnsan gərək iman qazanmaq üçün çalışsın. Çünki bu dəyişgənlik evi olan və hər bir adət, sifət, ürək halını dəyişmək mümkün olan bu dünyadan gedərkən, əlimiz də imandan kasad olarkən, fövqüladə ziyanlar bizə dəyəcək, sonsuz peşimançılıqlar bizə nəsib olacaq. O dünyada nəfsin hallarının heç birini dəyişmək mümkün deyil, ya əgər burada iman qazanılmasa orada da qazanmaq mümkün deyil.
    Bəs, insan gərək dünyada bu neçə günü qənimət saysın, imanı hansı qiymətə olursa olsun, hasil etsin və ürəyini onunla tanış etsin. Bu insanın nəfsi paklamaq üçün ilk seyrində o vaxt baş tutar ki, insan əvvəl niyyətini həqiqi iman və mərifət yolunda xalis etsin. Ürəyini, tez-tez yada salmaq və təkrarlamaq yolu ilə ixlas və iradə ilə tanış etsin, belə ki, ixlas ürəkdə yer tutsun.
    Çünki ixlas olmasa şeytanın sapındırıcı əli işə keçəcək, şeytanın bu sapındırması ilə xudxah və xudbin nəfs heç bir mərifət hasil edə bilməyəcək. Bəlkə, ixlassız olaraq tövhidi bilmək, insanı tövhidin həqiqət və mərifətindən bir az da uzaqlaşdırır, Allaha yaxınlaşmağa qoymur.
    İblisin halına diqqət et. Xudxahlıq, xudbinlik və özünü bəyənmək onda olduğu üçün, elmi ona heç bir fayda vermədi və səadət yolunu ona göstərmədi.
    Bundan sonra günah və müxalifətçilikdən xalis və öz şərtlərinə uyğun olan tövbə etmək lazımdır.. İnsan, ürəyini aludəçilikdən təmizlədikdən sonra Allahı zikr etməyə və Allah kitabını oxumağa hazırlaşsın.
    Ürəyi Allah zikrinə və Qürani-Kərim üçün hazırlaşdırdıqdan sonra tövhid və tənzih ayələrini, tövhid zikrlərini hüzuri qəlb ilə və təharətli halda ürəyinə təlqin etsin. Öz ürəyini dil bilməyən və ona danışmağı öyrətmək istədiyi bir uşaq kimi fərz etsin. Necə ki, bir kəlməni deyir və öyrənsin deyə onu uşağın ağzına atır. Eləcə də tövhid kəlmələrini aramlıqla, hüzuri qəlb ilə ürəyinə təlqin etsin və ürəyinə oxusun ki, beləliklə onun ürək dili açılsın. Gecənin sonlarını, ya səhər açılandan gün çıxana qədər olan vaxtların birini bu iş üçün ayırsa daha yaxşıdır. Bu vaxt, təharətli halda Qüran ayələrini və zikri ürəyinə yönəltsin. Təzəkkürə və tövhidə şamil olan ilahi ayələri ürəyinə oxusun və təlqin etsin.
    Təzəkkür, nəfsi mühasibə və tövhid mərtəbələrinə, Allahın ad və sifətlərinə aid olan "Həşr" surəsinin on səkkizinci ayəsindən("Şərhi çehel hədis", səh. 37.), surənin axırına qədər, nəfsi və dünyəvi işlərdən ayrılan bir vaxtda, məsələn, gecənin sonlarında, ya iki tülunun arasında("Həşr" surəsi: ayə 18 "يا ايّها الّدين آمنوا اتّقوا الله " ) hüzuri qəlb ilə oxusa və o ayələr üzərində fikirləşsə, yaxşı nəticə alacağına ümid vardır.
    Ey əziz! Bu işlərə başlarkən, nəfsin bu mənalarla üns bağlamasının çətin olması mümkündür. Şeytan və nəfsi vəsvəsələr də bu çətinliyi bir az da artırırlar və insanı bu halı hasil etməkdən məyus etmək istəyirlər. Onlar insana vəsvəsə edib, deyirlər: Bu hallar böyük şəxsiyyətlər üçündür, bizə heç bir aidiyyatı yoxdur. Hətta, bəzən bacarsalar, insanı bu işə nifrət etdirmək, hər bəhanə ilə olursa-olsun ondan çəkindirmək istəyirlər.
    Amma haqq dalınca olan insan, gərək nəfsin və şeytanın vəsvəsələrinə etina etməsin, o xəbislərin təkidlərindən həqiqətə sığınsın, haqq yolunu və onu qazanmağın çətin olmasını güman etməsin.
    İndi dediyimiz bu kiçik göstərişlərin heç bir çətinliyi yoxdur, heç bir işlə də müxalif deyil və heç bir zərəri yoxdur. Haqq axtaran insan bu göstərişlərə bir neçə dəfə əməl etsə yaxşıdır. Ürəyinin səfasında, onun paklığında bir dəyişiklik görsə və öz batini nuraniyyətini tapsa, verdiyimiz bu göstərişlərə əməl etməyi artırsın.
    Bu işləri tədriclə və uzun müddət yerinə yetirmək lazım olduğu məlumdur (yəni, bir neçə gün və bir neçə dəfə yerinə yetirməklə nəticə alınmaz olmaz). Bunun əhəmiyyəti fövqüladə olduğu üçün, insan gərək bu əhəmiyyətə çox diqqət etsin. Bu, dünya zərərləri kimi deyil ki, insan deyə: bu gün olmadı, səhər əvəzini çıxaram. səhər də edə bilməsə, deyə: o qədər də mühüm deyil. Bu, əbədi səadət və ya bədbəxtlikdir. Sonu olmayan bir bədbəxtlik.
    Biçarə qafil insan! Dünyanın tez ötüb keçən işlərini özü də bilir. Dünya əhlinin dünyada yaşayıb və oradan köçdüklərini, özləri ilə nə qədər həsrətlər apardıqlarını hər gün görür. Bununla belə dünyaya bu qədər əhəmiyyət verir, bütün səyi ilə onu ələ gətirməyə çalışır və hər bir zillət, zəhmət, möhnət və çətinliklə üz-üzə dayanır, heç bir ar və danlaqdan çəkinmir. Amma özünün əbədi səadətini öhdəsinə götürən imanı qazanmaq üçün, o qədər süstdür ki, bütün bu peyğəmbər və övliyaların nəsihətləri və asimani kitablarla belə yenə də öz süstlüyündən əl çəkmir, özünün müsibət, zillət və çətin günləri barədə fikirləşmir, qaya daşlarını yumşaldan, dünyanın daşlarını xaşe edən Qüran nəsihətləri və onun vədələri, bu insanın daşlaşmış ürəyinə təsir etmir!
    Bəli, Allah Təala buyurur: "Əgər biz bu Qüranı dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub, kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr"(Cübh açılandan gün çıxana qədər olan vaxta iki tülunun arası deyilir)
    Ey ürəyi bərk insan! Fikirləş, gör sənin ürəyinin xəstəliyi nədir ki, onu qaya daşlarından möhkəm edib, sənə əzablar və zülmətlərdən nicat vermək üçün olan Allah Qüranını qəbul etmir?!
    Bəli, şeytan tələləri, dünya və onun qızıl-gümüşü surətində sənin nəzərində cilvələnib, qulaq və göz yolunu bağlayıb, ürəyini dəyişdiribdir.
    İndi bu şərif ayə barəsində fikirləş ki, buyurur: "Doğrudan da, Biz insan və cinlərin çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki, onların ürəkləri var, amma onunla (həqiqətləri) dərk eləmirlər, gözlər var lakin, onunla (ibrət üçün) baxmırlar, qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar, dördayaqlılar kimi, bəlkə onlardan da azğındırlar. Onlar qafillərdirlər".("Həşr" surəsi: ayə 21. )Gör cəhənnəm üçün yarananların əlaməti və cəhənnəm əhlinin nişanəsi səndə nədir?
    Tədbir, düşüncə və dünyanın zahirini onun batininə çevirmək nurundan məhrum olan ürəyin, bir tikə ət parçası olan heyvan ürəyindən fərqi yoxdur. Bu dünyanın surətindən başqa bir şey görməyən, ibrət və hikmət baxışından kor olan gözün, bu dünyanın səsindən başqa səs eşitməyən, ilahi nəsihətlərdən kar olan hikmət və nəsihəti qəbul etməyən qulağın, heyvanların göz və qulağından üstünlüyü yoxdur.
    Bu üç böyük insani xüsusiyyətləri olmayanlar, insan şəklinə düşmüş heyvan və dördayaqlılardırlar. Bəlkə onlar heyvanlardan da azğındırlar. Çünki insan, Allahın qüdrət əli ilə yoğrulmuş ilahi fitrət nuru ilə və onun üçün göndərilən Qüran və başqa səmavi kitabların və peyğəmbərlərin hidayəti ilə belə heyvaniyyət mərtəbəsindən heç bir hərəkət etməyib və orada da qalıb.
    Heyvanın seyr və yolunun sonu, elə həmin heyvanlıq mənzilidir. Amma, biçarə insan mənzillər arasında yol itirib və insanlıq seyrinə çatmayıbdır. Səadət sərmayəsini əldən verib, öz ömrünü ziyan və zərərlə sürüb, insaniyyət yolundan azıb. Bəs belə insan heyvandan da azğındır.
    İnsan, rəhmani və əqlani rəhbərlik altından çıxıb, cəhlani və şeytani rəhbərlik altına daxil olsa, heyvanlıq sifətində bütün heyvanlardan yuxarı olacaq. İnsani qəzəb və şəhvət dünyaya od vuracaq, cahanı xarab edəcək, mövcudat silsiləsini fənaya verəcək, din və mədəniyyəti məhv edəcək. Bəzən olar ki, bir nəfər öz qəzəbi, ya rəyasətə məhəbbəti üzündən yüz minlərlə ailəni məhv edib, bir cəmiyyətin kökünü kəsər. Heyvanların heç birinin qəzəb odu bu qədər yandırıcı və şəhvət təndirləri bu qədər isti deyil. Bu insandır ki, qəzəb və şəhvət odu heç vaxt sönmür, hərislik və tamahının sonu yoxdur. Bu insandır ki, yalan, şeytanlıq, hiylə və məkr ilə yurdları qəbristanlığa çevirir, ailələri həlakət küləyinə verir.
    Dünya, yer və göylə birlikdə bu canlının ixtiyarında olsa belə, onun hərislik və tamah odu sönməz. Dünya ölkələri onun hökmranlığı altında olsa belə, yenə nəfsi istəkləri azalmaz. Başqa heyvanlar öz istəklərinə çatdıqdan sonra, şəhvət odları sönür. Onlarda nadir hallarda mal toplamaq hərisliyi yaransa da, bu çox məhdud və zəif hərislikdir. Yaz və yayda ruzi toplamağa məşğul olan qarışqaların, qışda ruzi toplamaq yolu bağlıdır və bu dövürdə öz topladıqlarından istifadə edirlər. Əgər qışda çölə çıxa bilsəydilər, yazda ruzi yığmağa məşğul olmazdılar. Sərvət toplamasının hansı səbəblər üzündən olduğu məlum olmayan yalnız insandır. Onun sərvət yığması xərcləmək üçün və qazancı yaşamaq üçündürsə, bəs nə üçün bunlar təmin olduqdan sonra, yenə bir az da çox onun ardınca gedir. Çox topladıqca hərisliyi bir az da artır? Bəs belə insan heyvandan da aşağı və azğındır. Onların məqsədi var, bu biçarənin isə məqsədi də yoxdur. Bəli məqsədi var, amma onu itirib.
    Kəbə haqqın məqsədidir və insan haqq axtarıcısıdır. Fitrət nuru əsasında olan bu ilahi axtarıcılıq, Nəhayət Sonluğa çatmaqdan başqa bir şey deyil, amma özü öz yolunu tanımır. Divanələr kimi batil məqsədlər ardınca gəzir və axtarıcılıq odu sönmür:
    الا بذكر الله تطمئن ّالقلوب
    "Agah ol ki, ürəklər Allahı yada salmaqla aram olurlar!"("Rəd" surəsi: ayə 21."Əəraf" surəsi: ayə 179. )

    Saleh əməl
    Saleh əməl, nəfsi halların zülmət və onun qoşunlarının nuraniyyətə və təsdiqə çevrilməsi üçün faydalıdır. Saleh əməl iki növdür: qəlbi əməllər və qalibi əməllər.
    Qəlbi əməllərdən burada məqsəd, fitrəti öz əvvəlki halına və fitri ruhaniyyətə qaytaran əməllərdir. Bu əməllərin ən ümdəsi, öz batini və zahiri şərtləri ilə birlikdə, tövbədir.
    Ondan sonra ürəyin paklıq və saflaşmasına məşğul olmaq, onu dünya məhəbbətindən, xudxahlıq və xudbinlikdən təmizləmək lazımdır.
    Amma, qalibi əməllərdən burada məqsəd, nəfsin öz halını öz yadına salan, onu ağır yuxudan və təbiətin məstliyindən oyadan əməllərdir. Bu, əhli beytdən (ə) varid olan zikrlərlə məşğul olmaqdır. Bunun da şərtləri vardır ki, ən ümdə şərt, hüzuri qəlbdir. Nəfsi oyatmaq və onun öz halını öz yadına salmaq üçün, hüzuri qəlb ilə zikrə məşğul olmağın vaxtı, nəfsin dünyaya məşğuliyyətinin az olduğu; gecənin axırları və iki tülunun arası kimi o vaxtlardır.("Şərhi hədisi cünudi əql və cəhl", səh.104. )
    Category: Əbədi səadət yolu | Views: 805 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024