İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » August » 23 » Kitabın adı: 28 sual-cavab
    4:19 PM
    Kitabın adı: 28 sual-cavab
    SUAL 11-28
    SUAL 11: Həzrət Ayətullah-üzma Safinin hüzuruna salam!
    Məntəqəmizdə xüsusi ilə qadınlar arasında intihar (özünü öldürmə) halı çoxalıb. Bu hal və onun aqibəti haqqında mübarək nəzərinizi buyurun.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Özünə qəsd etmək böyük günahlardandır. Bu günaha görə istər kişi, istərsə də qadın Allahın şiddətli əzabına düçar olar. Əgər insan dəli və əsəbi deyilsə, günahın səbəbi axirət inancının zəifliyi, dözümsüzlük və Allahdan ümidsizlikdir.
    Bu günaha batanların çoxu bir sıra vahimə və xəyalların təsiri altında olur. Məsələn, qızışdırıcı oyunlar və ya saysız evlənmələrdəki müvəffəqiyyətsizliklər, məişət sıxıntıları qarşısında məğlubiyyət intihara səbəb olur.
    Bu qəbil insanlara dünya və dəyişikliklərin daim hərəkətdə olduğunu anlatmaq lazımdır. Həyatda adətən, səbirsiz, müqavimət ruhiyyəsi olmayanlar məğlubiyyətə uğrayırlar. Onlarda gələcəyə ümidsizlik yaranır, problemləri həllolunmaz hesab edirlər. Hansı ki, dözümlü şəxslər Allaha təvəkkül etməklə çətinliklərə səbr edir və gələcəyə ümid içində, problemlərlə çarpışırlar.
    Bəşər tarixi çətinlik ardınca rahatlıq, yoxsulluq ardınca rifah səhifələri ilə zəngindir. Müvəffəq insanların ruhiyyəsini heç bir hadisə sındıra bilmir. Allahın lütfünə güvənənlər «həqiqətən, hər bir çətinlik ardınca rahatlıq var» (İnşirah-5) ayəsini unutmurlar. Zaman keçir və zülmətlər nura boyanır.
    Belələrini səbrə dəvət etmək lazımdır. Baş bədən üçün necəsə, səbr də iman üçün elədir. (Nəhcül-bəlağə). Ümid var ki, bu nəsihətlər faydalı olsun.
    SUAL 12: Bütün müsəlman gənclər, eləcə də mənim üçün bir nəsihət buyurmağınızı xahiş edirəm.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Sizə və qəlbi islam nuru ilə münəvvər digər əziz cavanlara təqva, ədəb və dini göstərişlərə bağlılığı tövsiyə edirəm. Tövsiyə edirəm ki, həyatınızın bütün dönəmlərində dininizi hər hansı bir istəyə fəda etməyəsiniz. Əksinə, hər şeyi dininizə fəda edin.
    SUAL 13: Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safinin mübarək hüzuruna salam!
    Xahiş edirəm ki, dünya və axirətim üçün faydalı bir nəsihətlə mənə yol göstərəsiniz.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Nəsihət istəkli məktubunuz çatdı. Möminin mömin boynunda nəsihət haqqı olduğunu nəzərə alaraq, aşağıdakı qeydləri təqdim edirəm.
    «Öyüd və nəsihət möminlər üçün faydalıdır» (Zariyat-55) ayəsinə əsasən nəsihətlərimizin faydalı olacağına ümidliyik.
    İstər özüm üçün, istərsə də siz və bütün mömin bacı və qardaşlar üçün ən yaxşı nəsihət təqva və pəhrizkarlıqdır. İmam Baqir (ə) buyurur: «Həqiqətən bir müsəlmanın digər bir müsəlmana verdiyi ən yaxşı öyüd pəhrizkarlıqdır.»
    Qiymətli cavanlıq nemətinin qədrini bilin. Allahın bəxş etdiyi bacarıq və fürsəti qənimət sayın. Bu dövrün təravətindən gözəl şəkildə istifadə edin. Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində «nə qədər ki, qocalıq gəlməyib, cavanlığı qənimət bil» deyə buyurur.
    Çalışın ki, cavanlıq dövründə qəzəb, şəhvət və nəfs istəklərini ram etməklə özünüzə ağa olun. Bu dövr çalışmaq, özünü düzəltmək, istedadların aşkarlanması, kamillik dərəcələrinin fəthi üçün münasib fürsətdir. Heyvani meyllərin güclənməsi də bu dövrə təsadüf edir. Bu dövr ya səadət, behişt, ya da bədbəxtlik və əbədi əzab dövrüdür. Zəhmətlərə qatlaşmaqla bu dövrü Allah, Onun peyğəmbərləri, övliyaları və salehlərin yolunun seyrinə çevirmək lazımdır. (Nisa-69).
    Müvəffəqiyyət nəsimi yellərinə qucaq açın və nəfslə cihada qalxıb, hidayət və müvəffəqiyyət qazanın. özünüzü büdrəmə və tənəzzül amillərindən hifz edin. Bəzi amillər Əbu-həmzə Somalinin şərafətli duasından bəyan olunmuşdur: «Mənim ağam! Yoxsa məni öz dərgahından qovub, xidmətində bəndəlikdən məhrum etmisən? Bəlkə, səhlənkarlığımı görüb, özündən uzaqlaşdırdın, üz döndərdiyimi görüb, özbaşına buraxdın? Yoxsa, bəxşişlərin qarşısında minnətdarlıq etmədiyimi görüb, binəsib etdin? Bəlkə, alimlərdən uzaq görüb, xar etdin, qafillərlə görüb, rəhmətindən məyus qoydun? Yoxsa, məni batil əməl sahibləri arasında görüb, onların öhdəsinə buraxdın? (Səhifeyi-səccadiyyə, 2-ci cild).
    Yuxarıda sadalanan səbəblər müvəffəqiyyətsizliyin, Allahdan uzaqlığın, qəlb qaranlığı və digər fəsadların səbəbləridir. Bütün bunlar həqiqi fəzilətlərin və mənəvi dərəcələrin kəsbi üçün maneədir.
    İnsan üçün səadətbəxş xüsusiyyətlərdən biri də layiq nəsihətlər təmənnasıdır. Allah sizin bu mənəvi dərkinizi, bəsirətinizi artırsın. Bu halı əldə etmək üçün Allaha şürk edin. Heç vaxt əxlaqınızı, nəfsinizi boş buraxmayın. Quran tilavətində davamlı olun. Ən azı əxlaq, məad, ilahiyyət, maarifə aid hissələri əzbərləyin. Allahı zikr etməklə şeytani xəyalları qovun. «Şeytani xəyallar hücum çəkəndə pəhrizkarlar Allahı zikr edirlər» (Əraf-201).
    Hal - hazırda elmə yiyələnmək üçün ilahi tövfiqiniz var. Elmi məqamları məqsəd seçin. Cəmiyyətin faydalı bir üzvü olmaq, böyük xidmətlər göstərmək, müsəlmanları yadlara möhtaclıqdan qurtarmaq üçün bacardıqca çalışın.
    Hər zaman həzrət Mehdinin (ə.c) zühurunun intizarında olun, onun nurlu könlünü sevindirən əməllər hazırlayın.
    Uca Allahdan sizin üçün tövfiq, dünya və axirət səadəti istəyirəm.
    SUAL 14: Xahiş edirəm ki, cavanlar üçün bir nəsihət buyurun.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Əziz cavanlarımız dövrümüzün saysız-hesabsız azdırıcı dəvət və vasitələrinə diqqətli olmalı, qeyri-islami təsirlər altına düşməməlidirlər.
    Bilin ki, «ləbbeyk» deyiləsi yeganə dəvət bəşəriyyətin ən ziyalısı, həyat tarixi tam şəkildə məlum olan imamlardır.
    İnşəallah müvəffəq olasınız.
    Qeyd: Ayətullah-üzma Safinin oğlu doktor Mürtəza Safi təhsilini təkmilləşdirmək üçün İngiltərəyə ezam olundu. O, iki ildən sonra kardioloq ixtisası ilə ölkəyə qayıtdı. Hazırda Tehranın «Şəhid Behişti» institutunun elmi şurasının üzvüdür, «Şəhid Müdərris» xəstəxanasında fəaliyyət göstərir. Aşağıda ixtiyarınıza veriləcək iki məktub Ayətullah-üzma Safi tərəfindən doktor Safiyə və onun həyat yoldaşına ünvanlanmışdır.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    «De ki, işinizi görün, tezliklə Allah, Onun Peyğəmbəri və möminlər sizin işinizə baxacaqlar» (Tövbə-105).
    Əziz övladım, gözümün nuru Mürtəza! İndi ki, Allahın köməyi ilə təhsilinin davamı üçün xaricə gedirsən, ümidvaram, müvəffəqiyyət qazanıb, seçdiyin məqsəddə zahirən və mənaca ali və mütəali uğurlar əldə edəsən.
    Uca elmi məqamlara nail olmağı hədəf bil və səfərini Allah üçün yerinə yetir ki, oxuduqların, zəhmətlərin, tədqiqatların əməl naməni bəzəsin.
    İslam ümmətinin və müsəlmanların özünə kifayətlənməsi üçün məlumat toplamaq yolunda, müsəlmanlara xidmət naminə səfər müqəddəsdir. Müsəlmanların bu günkü tənəzzülünün sirri onların dəqiq və humanitar elmlərdəki geriliyidir. Əksinə, kafirlərin üstünlüyü onların həmin elmlərdəki nailiyyətləridir.
    Əgər xaricə gedən gənclərin hər biri texniki tərəqqi ilə ayaqlaşmaq, islam aləmi üçün başıucalıq gətirmək fikrində olsa, asılılıq aradan qaldırılar, istiqlal əldə edilər.
    Axı nə üçün sən və sənin kimilər elm sahələrində dünya miqyaslı bir mütəxəssis olmayasınız?! Halbuki, istedad baxımından kimsədən geri deyilsiniz. Məqsədim hansı ali rütbə üçün səfər etdiyini sənə xatırlatmaqdır. Allah səni görür, Ondan kömək istə və Ona təvəkkül et.
    Allah eləməmiş, olmasın ki, oranın bərbəzəkli görünüşü səni aldatsın və boş əllə geri dönəsən! Əgər orada təhsil imkanları vardırsa, unutma ki, insanı səadət yolundan azdıran vasitələr də çoxdur. Aldanmayan, xoşbəxtliyini satmayan kişi gərəkdir!
    Dini vəzifələrində və Əhli-beyt vilayətində sabitqədəm ol. Bu yolda sınanmış, püxtələşmiş insanlarla ünsiyyətdə ol. Dini yığıncaqlarda xalisliklə, riyasız, feyz qazanmaq üçün iştirak et və həmin məclislərin qədrini bil.
    Xülasə, fərz et ki, hamı, bütün müsəlman cəmiyyəti sən və sənin kimilərinin intizarındadır. Dost və tanışların, qohum-əqrəban, ata-ananın gözü yoldadır. Eləcə də, bütün xəstələr! Bütün bunları unutma və müvəffəqiyyətlər yolunda zəhmətləri qəbul et. Qarşıya çətinlik çıxanda etina etmə. Sıxıntı və çətinlikləri Allahın ixtiyarında qoy və ümidsizlikdən çəkin!
    Bacardıqca dilində Allahı zikr et, qəlbdə xatırlamağı da unutma. Məhəmməd və ali Məhəmmədə, xüsusi ilə həzrət Mehdiyə (ə.c) salavat hədiyyə etməyi yaddan çıxartma. O həzrət və onun işlərinə yaxşı xidmət üçün təhsilinə diqqətli ol. Artıq macal olmadığı üçün uyğun mövzularda daha geniş mütaliə edəcəyinə ümid bəsləyirəm. Səni Allaha tapşırıram və Ondan sənin üçün dünya və axirət səadəti, tövfiq diləyirəm.
    CAVAB 16: Bismillahir-rəhmanir-rəhim.
    Bu bir neçə kəlməni də gözümün nuru Nərgiz və onun möhtərəm anası üçün yazıram. Sizin və Mürtəzanın sağ-salamatlığına, vətənə müvəffəqiyyətlə qayıdacağınıza ümid edirəm.
    Əzizlərim, getdiyiniz şəhər fəsad, əxlaqsızlıq, günahla doludur. Onların insaniyyətdən dəm vurmalarına baxmayaraq, orada insan şərəfi heyvani şəhvət və həvəslərin tapdağıdır. Əksəriyyətinin həyatı heyvanxanalarda cərgələnmiş heyvanların həyatına bənzəyir. Öz əxlaqınızı, dini istiqlalınızı qorumağa çalışın. Uyğun mühitdə çox müsəlmanlar öz rənglərini dəyişirlər. Müsəlman olduqlarını unudaraq, qadınlar çadranı kənara qoyurlar. Əksinə, hindistanlılar, pakistanlılar və afrikalılar öz şəxsiyyətini qoruyur, milli geyimlərdə görünməkdən çəkinmirlər.
    Hər halda yaşayış cihaddır. Dərs də, islami örtük də, bayağı məclislərdən uzaq olmaq da cihaddır. Cihad, cihad, cihad!
    Ümid edirəm ki, bütün cihadlarda qalib olacaqsınız və balaca Nərgiz də öz kiçik çadrası ilə islami simvollara bağlılıq nümunəsi olacaq. Xülasə, şəri cəhətdən yaxşıları götürün, pislərdən uzaq olun!
    SUAL 17: Həzrət Ayətullah-üzma Safinin hüzuruna.
    Təhsil ocaqlarından birinin müdiri mütəmadi şəkildə dörd yüz nəfərlik bir cəmiyyətin qarşısında «səsinizi kəsin» sözünü işlədir. Tağuta məxsus, əxlaqa zidd belə bir sözün işlədilməsinə şəriətin münasibəti necədir? Şagirdlərin və məsulların vəzifəsi nədir?
    CAVAB 17: Bismillahir-rəhmanir-rəhim.
    İslamda elm təhsili və tədrisi təkid olunmuş mövzulardan olub, cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. İnsana elm öyrədib, onu doğru yola hidayət edənlərin haqqı böyükdür və bu haqq atanın haqqına uyğundur. Şagirdlər müəllimə ehtiram göstərməli, hətta onun nöqsanlı davranışına da dözməlidirlər.
    Eləcə də, müəllim və ustadın vəzifəsi şagirdlərdə mehriban davranmaq, onların qüsurlarını nəzakətli qaydada islah etməkdir. Şagird və müəllim əlaqəsi heç zaman unudulmayan mənəvi bir əlaqədir. Hədisdə buyurulur ki, «elm öyrədən və elm öyrənən şəxslərin qarşısında təvazökarlıq edin» (Mişkatul-ənvar). Bu hədis şagirdə sadə olub, müəllimə ehtiram göstərməyi və müəllimə məhəbbət və təvazökarlıqla ilə şagirdi həvəsləndirməyi tövsiyə edir. Nəticədə, şagirdin elm və mərifətə rəğbəti artmalı, çətinlik zamanı həvəslə müəllimə üz tutmalıdır.
    Şagirdlərin vəzifəsi budur ki, müəllimi qəzəbləndirəcək davranışa yol verməsinlər, danlaq zamanı müəllimə qarşı çıxmasınlar. «Müəllimin cəfası atanın nəvazişindən üstündür» buyuruğuna riayət olunsun.
    Məsulların vəzifəsi müəllim və ustadların əxlaq və rəftarını şərafətləndirmək, onların nöqsanlarını, şagirdlərin ruhiyyəsinə mənfi təsir göstərən pis davranışlarını başa salıb, onların müəllim adını uca tutmasına çağırmaqdır.
    SUAL 18: Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm, ilk dərs ilimdə məni öz göstərişlərinizlə peyğəmbər peşəsi olan müəllimliyə həvəsləndirəsiniz.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    İşinizə başlayarkən onun müqəddəsliyinə yetirdiyiniz diqqət və gözəl niyyətinizi dəyərləndirməklə, müvəffəqiyyət qapılarının üzünüzə açılmasını Allahdan diləyirəm. İmam Mehdinin (ə.c) sayəsi altında uğur qazanıb, onun dostlarından və köməkçilərindən olasınız.
    Şərəfli müəllim peşəsi ağlın və şəriətin ehtiramını qazanmış peşələrdən olub, bütün müəllimlər arasında təqdir olunmuşdur. Qurani-kərimdə buyurulduğuna görə bütün insanların, həzrət Adəmin, eləcə də həzrət Məhəmmədin (s) müəllimi Allah-taala özüdür.
    Əzəmətli peyğəmbərlərin ən böyük vəzifələrindən biri də təlim və tərbiyədir. Həzrət Rəsulullah (s) özü haqqında buyurur: «Yalnız müəllimlik üçün seçildim.»
    həzrət Əli (ə) və digər imamlar ilahi cəmiyyətdə təlim və tərbiyə sifətinin məzhəridirlər. Mədrəsə, elmin bəyanı, maarif, o əzəmətli şəxslərin hökmləri ilkin islam dövründən bu günədək genişlənmişdir. İslam mədrəsəsi yeganə təhsil ocağıdır ki, onda minlərlə müəllimlər təhsil alıb, dünyanın müxtəlif nöqtələrində, şəhər və kəndlərində, məscid və hüseyniyyələrdə elmə qatılmışlar.
    İki ay, məhərrəm və səfər ayları boyunca islam aləmi həzrət Seyyidüş-şühəda imam Hüseyn (ə) əzadarlıq mərasimi keçirir. Bütün təlim-tərbiyə ocaqları bu mərasimlərin kəramətindən çiçəklənir. Bir zaman Mədinə məscidində imam Hüseynə (ə) məxsus dərslər qurular, səhabə və ardıcıllar belə bir müəllimdən dərs alardılar.
    Aydındır ki, söhbətin faydalı elmlərdən getdiyini qeyd etməyə ehtiyac qalmır. Quran, əhkam, əxlaq, üsul, ədəbiyyat, tarix, biologiya, fizika, kimya, riyaziyyat və s. müəllimlərinin hər biri fəzilətlidir. Bütün bu təlimlər cəmiyyətə xidmət, islamın izzəti, biganələrdən ehtiyacsızlığı, ilahi razılıq əldə edilməsi üçün yerinə yetirilə bilər.
    Müəllim müqəddəs hədəf, yüksək şüur və düşüncə ilə tədris edərsə, bu iş heç bir dünya malı ilə müqayisə edilə bilməz. Bu yolda niyyət xalis olduqca işin mənəvi dəyəri də artır.
    Həzrət imam Cəfər Sadiq (ə) məktəbində minlərlə alim, hədisçi, təfsirçi və mütəxəssislər yetişmişdir. «Kimya elminin atası» ləqəbini almış Cabir ibni Həyyan da bu şəxslər arasındadır.
    İslami cəmiyyətdə tədris, müəllim, müəllimin məqamı və şənindən danışılanda adı çəkilən bütün elmlər nəzərdə tutulur. İslam, Quran, şəriət elmlərinin xüsusi məqamı olsa da, dini kamilliyi, dünya həyatının nizamlanması, cəhalətin aradan qaldırılmasında bütün digər elmlərin rolu vardır. Eləcə də, müəllim ixtisasından asılı olmayaraq, şagirdləri islam, mərifət, Əhli-beytlə tanış edə bilir. Müəllimlik sənəti şagirdlərin doğru yola yönəldilməsi üçün gözəl bir imkan yaradır. Əksinə, müəllim sağlam əqidəyə malik olmazsa, şagirdlərin əqidə və əxlaqına mənfi təsir göstərə bilər.
    Eləcə də, fəsad törədən, pozucu sahələr vardır ki, onların tədrisi günahdır. Peyğəmbər və imamlarla həmfikirlik, onlardan ilhamlanmaq müəllimin axirətinə təminat verir.
    Ümid var ki, təlim-tərbiyə ocaqlarımız ilahi hökmlər və Quran təlimləri sayəsində cəmiyyəti tərəqqi və inkişafa çatdırsınlar. Eləcə də, əziz müəllimlər öhdəyə götürdükləri böyük vəzifəni layiqincə yerinə yetirib, ilahi dəyərlərin keşiyində duranlardan olsunlar.
    Möhtərəm və əziz müəllimlərə, xüsusi ilə də bu fəaliyyətə yenicə başlayanlara nəsihətim budur ki, öz işləri ilə Allah razılığını qazanmaq istiqamətində iradəli olsunlar. Şagirdlərlə təvazökar və mehriban rəftar, tapşırılmış əmanətin yaxşıca qorunması müəllim ömrünü bütün cəmiyyət üçün faydalı edər.
    Onu da qeyd edək ki, müəllimin ədəb və əxlaqı, rəftarı və danışıq üslubu, hətta geyimi və çöhrəsi də şagirdə təsir edir. Ailədən sonra insan üçün ən təsirli mühit məktəb mühitidir. «Yaxşı yerin torpağı yaxşı, pis yerin torpağı pis bitkilər bitirər» (Əraf-58).
    Bütün bu məsuliyyətlər nəzərə alınarsa, dərs otağını ibadət otağı, müəllimlik fəaliyyəti ibadət hesab oluna bilər.
    Kaş, sizinlə olub, böyük iftixara çataydıq!
    SUAL 19: Ayətullah-üzma Safinin nəzərinə. Etiram və salamla!
    1. Özümü düzəltmək üçün nə etməliyəm?
    2. Şeytanı qovmaq üçün ən yaxşı yol hansıdır?
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Birinci sualın cavabında deyə bilərəm ki, özünü düzəltmək üçün şəriət göstərişlərinə əməl etmək, ən azı haramlardan çəkinib, vacibatı yerinə yetirmək lazımdır. Özünütərbiyənin ən ali dərəcəsi bəyənilmiş işlərin icrası, pislənmiş əməllərin tərkidir. Çünki özünütərbiyənin mənası insanın səadətinə təminat verən yaşayış tərzinə əməl olunmasıdır. Belə bir həyat tərzini isə yalnız insanı vücuda gətirmiş Allahdan öyrənmək olar.
    İkinci suala cavab: Şeytanın rədd edilməsi üçün ən münasib yol həyatın istisna, mühüm döngəsində səbr edib, düşünməkdir. Bu dayanacaq bir yerdədir və insan bütün işlərini bu dönmədə icra edir. İnsanın qarşısına çıxan, eləcə də, imamların xəbər verdiyi məqama diqqət edilməlidir. Əlbəttə ki, Allahın zikri, mənasına diqqət yetirməklə dualar oxumaq da təsirlidir.
    SUAL 20: Həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm ki, kamilliyə çatmağın mərhələləri haqqında nəzərinizi buyurasınız.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Kamillik mərhələlərinin yolu müxtəlif şəxslər üçün fərqlidir. Çünki insanların istedadı, məhdudiyyətlərə dözüm səviyyəsi zatən və fitrətən fərqlidir. Hər kəs öz fitri qabiliyyətləri çərçivəsində kamillik əldə edə bilər. Hər halda, kamillik istəyində olan hər bir şəxs müəyyən mərhələlər keçməlidir.
    İlkin mərhələdə Allahı tanımaq istiqamətində kitablarda qeyd olunmuş dəlilləri düşünməklə ilahi sifətlər və Allahın öz qulundan agah olduğu dərk edilməlidir.
    «(Allah) gözlərin xəyanətini və qəlblərin gizlətdiyini bilir» (Ğafir-19).
    Bu tanışlıq ilahi razılığın tanınıb, əldə edilməsinə gətirir. Bu iş yalnız Allahın özü ilə bəndələri arasında vasitə etdiyi şəxsləri tanımaqla mümkündür. Həmin şəxslər Allahın razılıq və qəzəb mövqeyini, hansı əməllərin itaət, hansı əməllərin müxalifət olduğunu lazımınca bilirlər. Onlar ilahi elmlər xəzinəsi, Allahın əmanətçiləridir. Onların əxlaq və əməlini, buyuruqlarını düşündükcə ilahi əsaslarla tanışlıq bir o qədər artır. Əgər bu tanışlıq sadəcə bilik çərçivəsində qalamayıb, ilahi hökmlərə itaətlə yanaşı olarsa, faydalıdır. Lakin sadalanan biliklərə etiqaddan uzaq elmi tanışlıq Allahdan uzaqlaşmağa, bədbəxtliyə, daşürəkliliyə və pis aqibətə səbəb olur.
    Allah-taala bizi və sizi, Məhəmməd və onun ailəsi xatirinə, Allah və Onun övliyalarını tanımaq yolunda müvəffəqiyyətə çatdırsın.
    SUAL 21: Ayətullah-üzma Safinin hüzuruna. Salam!
    Ailə həyatı qurmazdan qabaq musiqiyə həvəsli və örtüksüz idim. İndi isə musiqidən uzaqlaşmışam, örtüyüm qaydasındadır. Ən əsası isə Quran oxuyuram (Allahın və həyat yoldaşımın köməyi ilə). Amma hələ də Şeytan yaxamı buraxmır, süst və iradəsiz olduğumdan ardıcıl şəkildə namaz qıla bilmirəm. Vicdan əzabı çəkir, narahat oluram. Möhkəm iman və iradə əldə etmək üçün, Şeytandan uzaqlaşmaq üçün nə etməliyəm?
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Musiqini həmişəlik qoyun kənara. Mütləq namazı qılın və bu vaxtadək qılmadıqlarınızın qəzasını yerinə yetirin. Rəvayətdə buyurulur ki, «namazı bilərəkdən tərk edən şəxs kafir kimidir.»
    Allahın əzəmətini, ölümü, qəbr sorğusunu yaxşıca fikirləşsəniz, Allaha itaətin savablarını diqqət mərkəzində saxlasanız, inşaəllah şeytan yaxanızı buraxar. Bunu da bilməlisiniz ki, insan yalnız kamil iman və mərifət hesabına şeytan hiyləsindən və nəfs istəklərindən qurtula bilər. Belə bir kamillik isə Allahın əzəmətini düşünmək, bu əzəmət qarşısında mütilik, əzab və savabın mütləq olmasına yəqinlik, əmrlərə itaət və qadağalardan çəkinməklə əldə edilir.
    SUAL 22: Bismillahir-rəhmanir-rəhim. Həzrət Ayətullah-üzma hacı şeyx Lütfüllah Safi Gülpayiqaninin hüzuruna. Salam!
    Dost-tanışla davranmaq barəsində şəriətin hökmü nədir?
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Şəxsiyyətin formalaşmasında ən təsirli amillərdən olan dost seçiminə diqqətli olmaq lazımdır. Elə şəxslərlə ünsiyyətdə olmaq lazımdır ki, bu ünsiyyətdən ruhani və mənəvi faydalar əldə edilsin.
    Alimlər, zahid insanlar, sınanmış möminlərlə oturub-durmaq iman və əqlin inkişafına səbəb olur. Əksinə, günahkar, əxlaqsız, dini göstərişlərdən qaçan, həyasız, azğın adamlarla ünsiyyət olduqca zərərlidir. Belə şəxslərin iştirak etdiyi zərərli məclislərə qatılmaq olmaz. Eləcə də, məzhəbi yığıncaqları, Quran və dua məclislərini qənimət bilmək lazımdır. «Hər kəs öz yoldaşı ilə tanınar» – buyuruğunu unutmayaq.
    SUAL 23: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!
    Bir gənc, Allah və məsum imamlarla necə əlaqə qura bilər? Əgər onun qəlbini ümidsizlik çulğasa, nə etməlidir?
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Gündəlik həyatın bütün sahələrində Allah və məsumların buyuruqlarına lazım olduğu səviyyədə əməl etmək onlarla əlaqə qurmaqdır.
    SUAL 24: Bismillahir-rəhmanir-rəhim.
    Möhtərəm fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam!
    Gənclərin zahiri dünya həyatı ilə çiyin-çiyinə sirli bir daxili aləmləri də vardır. Bu daxili aləm diqqətdən kənarda qalıb, unudulasa da, insan həqiqi əqidə və düşüncələrə, gözəl əxlaqa və əməllərə bağlanaraq ruhani aləmini hərəkətə gətirib, öz səadətini təmin edə bilər. Təəssüf ki, əgər cavanlar əxlaqsız və ləyaqətsiz əməllərə həvəs göstərməklə bədbəxtçiliyə düçar olmuşlar. Belələrinin doğru yola yönəldilməsi, onların zatı həqiqətlərinin dirçəlməsi, ruhaniyyət aləminə qayıtmasını gərəkli bilirəm. Əgər onlar bütün mənəvi kamillikləri heyvani qüvvələrin razılığına qurban versələr, nəfsani istəklərinə əsir olub, qızmış bir yırtıcıya dönsələr, şəksiz ki, bədbəxtlik çölündə sərgərdan qalacaqlar. Əgər çox az sayda insanlar özlərini kamilləşdirmək üçün çalışarsa və ibtidai məktəblərdə qızlar və oğlanlar həlakət vadisində vurnuxarlarsa, həqiqət yolundan sapanların aqibəti sözsüz ki, cəhənnəm olacaqdır.
    Biz, gənclər arasındakı belə fitnə-fəsadların çoxundan xəbərsiz qalırıq və bu azğınlıqlar sadəcə ədliyyə sənədlərində arxivləşdirilir.
    Cinsi azğınlığı qızışdıran amil açıq-aşkar mənəviyyatsızlıqdır. Biz yalnız özümüzə diqqət yetiririk və dini baxışlarımız öz dairəmizdən çıxmır. Hər hansı bir ölkədə mənəviyyat tənəzzülə uğradıqca cəmiyyətdə ictimai pozğunluq, ən başlıcası isə cinsi azğınlıq çoxalır. Belə bir mühitdə haqq və iman yolunu sevən, azğınlıqlardan narahat olan gənclər pis təsir altına düşür, özlərini itirirlər. Belə gənclər düzgün yolu seçməkdə məsləhət üçün heç bir kəsə, hətta ata-analarına belə etimad göstərmirlər.
    Mən illər uzunu məktəblərdə azğınlıqları, 16-17 yaşdan aşağı oğlan və qızların telefon əlaqələrini, get-gəllərini müşahidə etdikdən sonra bu qənaətə gəldim ki, gənclər nə qədər ağıllı və düşüncəli olsalar da, iman və əxlaq yoxsulluğu onları tez-gec yırtıcı pozğunluqların pəncəsinə verəcək. Zənnimcə əsas səbəbkar ata-analarıdır. Pozğunçluqlarla mübarizənin zəruriliyini düşünürəm və sizdən kömək istəyirəm. Bu mövzuda kitab göndərməklə də olsa, mənə əl tutun.
    Allahın və sizin köməyinizlə, gənclər arasında vərəqələr yaymaq yolu ilə müvəffəqiyyət qazanmaq olarmı? Onların düşüncələrinin islahı üçün hansı məlumatları vermək lazımdır? Onu da qeyd edim ki, mənim bu sahədə heç bir vəzifə və məsuliyyətim yoxdur. Məni kiçik bir şəxs kimi qəbul edib, məktubuma cavab verin. Bu məktubu əhəmiyyətsiz saymaq imam Zamanın (ə.c) cəmiyyətini və Quranı əhəmiyyətsiz saymaqdır.
    Sizin məhəbbət dolu cavabınızın intizarındayam. Bir xahişim də budur ki, feyzlə dolu ramazan ayına yaxınlaşdığımız üçün cavabı tez göndərəsiniz.
    Hədisdə buyurulur: «Allah evini yeddi dövrə təvaf edən şəxsə Allah-taala altı min yaxşılıq yazar, onun altı min günahını silər, onun üçün altı min dərəcə ucaldar və onun altı min istəyini yerinə yetirər. Lakin möminin istəyini yerinə yetirmək on dəfə təvafdan üstündür» (Hilyətül-müttəqin).
    İnşaəllah, hər zaman həzrət Mehdinin (ə.c) lütf və inayətindən faydalanasınız.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Sizin geniş və dəyərli, cəmiyyət və islam övladları üçün ürəyiyanan məktubunuz çatdı.
    Cavabın gecikməsi işin çoxluğu, yazılı və şifahi məsələlərdə kitablara müraciət etmək zərurətindən oldu. Öz dediyiniz kimi məktub yazanın bir təşkilat və ya adi bir şəxs olması əhəmiyyət daşımır. Cavablarda ən çox vəzifənin icrası, islam maarifinin yayılması, cəmiyyətin və xüsusi ilə də gənc nəslin agahlığının yüksəlməsinə diqqət yetirilmişdir.
    Gənclərin problemləri həmişə tərbiyəçilərin, müəllimlərin, xüsusilə də peyğəmbərlərin və islam məktəbinin diqqət mərkəzində olmuşdur. İslahatçılar, qurucular, iqtisadi proqnozlar, iman və əqidə təbliğatları gənclərin üzərində mərkəzləşmişdir. İstər millətlərin süqutuna, istərsə də səadətinə çalışanlar bu təbəqəyə kapital qoyurlar.
    Gəncliyin ruhiyyəsi müsbət və ya mənfi istiqamətdə fəaliyyət və fədakarlığa hazırdır. Gənclərə həsr olunmuş, onların istəklərinin ilahi əsaslarla təmini mövzusunda kitab və risalələrə ehtiyac çoxdur.
    Əsrimizdə informasiya və nəşriyyat, canlı və cansız təbliğat vasitələrinin qloballaşması səbəbindən bir gəncin sağlam mənəviyyatda qalması üçün xeyli zəhmətlər tələb olunur. Siyasət, iqtisad, mədəniyyət adı altında qeyri-insani təbliğatlar baş alıb gedir. Jurnal və qəzetlər, radio və televiziya yayımları bəşəriyyəti ardınca sürükləyən mühüm amillərdəndir. Bu vasitələr şəhərliyə-kəndiliyə, qocaya-cavana baxmadan hamını və hər yeri əhatə edir. Mavi ekrandakı jest və mimikalar, geyimlər dünyanın ən ucqar nöqtəsindəki oğlan və qızları öz təsiri altında saxlayır. Sözsüz ki, saf müsəlman bir gəncin formalaşmasında ailə, məktəb, cəmiyyətin əhəmiyyətli təsirləri vardır. Necə ki, Quranda buyurulur: «Təmiz bir yurdun bitkiləri Allahın izni ilə bitər. Pis bir yurdun bitkiləri isə yalnız çətinliklə göyərər» (Əraf-58).
    Nə vaxtsa hər hansı gəncin mühiti bir şəhər və ya bir kənd mühitində məhdudlaşırdı. Bu günki tərbiyə mühiti isə bütün dünyadır. Dünyadakı qarışıqlıqlar və əxlaqsızlıq təbliğatı uyğun mühiti dözülməz edirsə də, çarə yoxdur deyə, oturmaq olmaz. Bu problemlər qarşısında tərbiyə üsulları da çoxdur. Həmçinin müasir dünyamızda gəncliyin şüurunun inkişafı müsbət təbliğatın gerçəkləşməsi üçün şərait yaradır. Gənclər üzərində əhatəli və kamil formada təbliğat lazımdır. Onların problemləri araşdırılmalı cəmiyyətin, məktəbin məsulları və valideynlər əl-ələ verib, bu problemləri həll etməlidirlər.
    Yada saldığınız cinsi problemlərin həlli üçün müqəddəs islam dini evlənmənin əhəmiyyətini təkidlə vurğulayır. Hədisdə buyurulur: «Ailə həyatı quran şəxs öz dininin yarısını hifz etmişdir» (Kafi, 5-ci cild). Bir nəfərin ailə qurması üçün atılan addım gecələri namaz, gündüzləri orucla keçmiş bir ilin ibadətinin savabı ilə dəyərləndirilir. Bununla islam imkan həddində gənclərin mənəviyyatını hifz edir.
    İslam fəsad törədən müsabiqələri, oyunları, filmləri, kitabları, qəzet və jurnalları, haram musiqi və qumarı, əxlaqsız insanlarla ünsiyyəti qadağan etməklə faydalı düşüncə və təhsil üçün şərait hazırlayır.
    Bizim əqidəmizcə, islam bütün problemlərin həlli yolunu bəyan etmişdir və mövcud azğınlıqlar islama arxa çevrilməsindən doğur. İslami cəmiyyət gənclərin səadəti üçün imkan daxilində şərait yaradan bir cəmiyyətdir.
    Cəmiyyətə və xüsusi ilə də təbliğat vasitələrinə rəhbərlik edənlər səhlənkarlığa yol verməməli və bu səhlənkarlığı islama, vətənə, millətə xəyanət bilməlidirlər.
    İnformasiya vasitələrinin öhdəlikləri çox ağırdır. Haqqın və ədalətin, mənəviyyat və düzgünlüyün təbliği başlıca vəzifə olmalıdır. Gəncləri söhbətlər, əxlaqi yığıncaqlar, təfsir və dua məclisləri vasitəsi ilə doğru yolda saxlamaq lazımdır.
    Allaha şükr olsun ki, şiə maarifində, islam mədəniyyətində gənclərə və yeniyetmələrə ünvanlanmış nəsihətlər təsəvvür olunduğundan da çoxdur – ayələr, hədislər, dualar, kitablar, məqalə və şerlər bu qəbildəndir. Gəncləri bu varlı mədəniyyətə yönəltmək, onları əməllərinin hesabatına məşğul olmağa çağırmaq lazımdır.
    Nəhayət, əziz on doqquz yaşlı gənc! Şükürlər olsun ki, bütün bu biliklərə maliksən. Mən sizi təbrik edir və sizin kimilərin çoxluğunu Allahdan diləyirəm!
    Siz gənclər islamın gələcəyisiniz. İslamın əzəmət və şövkəti sizdən asılıdır. Hamının sizdən intizarı var – İslamın, Quranın, həzrət Bəqiyyətullahın (ə.c)! o həzrətin əksər köməkçiləri siz müsəlman və əhd bağlamış gənclər olacaqsınız.
    Əzizlərim! Əgər sizə münasibətdə biz öz vəzifələrimizi lazımınca yerinə yetirə bilmiriksə, özünüz hərəkət edin. Allah sizə yar olsun! «De ki, işinizdə olun, onsuz da elədiklərinizi Allah, Onun rəsulu və möminlər görəcəklər» (Tövbə-105).
    SUAL 25: Əzəmətli fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin müqəddəs hüzuruna. Salam!
    Bizim ailə üzvlərindən biri qərb vurğunu olub, xaç və it mücəssəməsinə həvəs göstərir. Ata-anamın nəsihətləri ona təsir etmir.
    1. Sizin nəzərinizcə, bu işin İslam ruhu ilə uyğunluğu varmı?
    2. Naməhrəm kişi ilə dostluq və ona meyl islam nöqteyi-nəzərincə düzgündürmü?
    3. Ailə qurmaq istədiyim bir adamla görüşə bilərəmmi?
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Ümid olunur ki, siz və əsrimizdə sınaq meydanında qərar tutmuş digər xanımlar, Allahın tövfiqi ilə, bu imtahandan üzü ağ çıxıb, islami şəxsiyyətinizi qoruyasınız. Dövrümüzdə qadınların məsuliyyəti çox mühümdür. Onların Quran təlimlərini, peyğəmbər və imamların yolunu rəhbər tutması olduqca təsirlidir.
    Birinci sualınızda açıqlanmış məsələ böyük təəssüf doğurur. Necə də ürəksıxıcıdır ki, müsəlman və müvəhhid bir mühitdə boya-başa çatmış, «Əllahu əkbər» və azan səsi eşitmiş bir qız özünü bu dərəcədə biganələrə təslim etməklə, məsihiyyət simvolu olan xaça, murdarlıq nişanəsi olan itə rəğbət bəsləyir və öyüd-nəsihət eşitmir. Müsəlman cəmiyyətində qərbpərəstliyin bu həddə çatması təəssüf doğurur.
    Həmin qızın həvəsləri biganələr qarşısında zəifliyin nişanəsidir. O, bu simvollarla öz zəifliyini aradan qaldırmaq istəsə də, əslində qeyri-kamilliyini, çaşqınlığını izhar edir. Bu sayaq təzahürlərin yaranmasında pozucu təbliğatların təsirini qeyd etməklə kifayətlənirəm. Siz və sizin kimi digər xanımlar səthi mütaliə ilə bu sayaq eybəcər əlamətlərin cəmiyyətimizə necə yol tapdığını anlaya bilərsiniz.
    İkinci sualınıza işarə ilə bildirirəm ki, kənar kişi ilə rabitə şəriətin müəyyən etdiyi çərçivədən kənara çıxmamalıdır. Naməhrəm kişi ilə ünsiyyətin sonu peşimanlıq ola bilər. Bu sayaq rabitələrin hesabına bir çox subay qızlar iffət və paklığın sərhəddini aşmış, mədəniyyət adı altında gizlənən təkliflərə aldanaraq bədbəxtliyə düçar olmuşlar.
    Qeyd etdiyiniz münasibətlər ölçü-biçisizdir. Bu sayaq münasibətlərə gənclik dövründə təsadüf olunsa da, valideynlərin, oğlan və qızı sehirləmiş aldadıcı hisslərdən azad təcrübəli şəxslərin məsləhətləri zəruridir.
    Səadət istəyirsinizsə, ailə qurmaq arzularınızı ata-ananıza bildirin. Onlar razılaşmasalar, narahat olmayın. Axı hansı ata-ana öz övladı üçün səadət istəməz?! Sadəcə, bu işdə onların təcrübəsi və agahlığı çoxdur.
    Sizə və digər gənclərə yaşınızın bu dövründə diqqətli olmağı, gələcək səadətinizə inanmağı tövsiyə edirəm.
    Üçüncü suala gəldikdə isə, bildirməliyəm ki, izdivac niyyəti ilə kimsəyə baxmaq və onunla görüşmək şəri həddi aşmamalıdır. Evlənmə adı ilə naməhrəm kişiyə yaxınlaşmaq olmaz. Sənəti və qazancı haram olan şəxslə ailə qurmaq qadağan olmasa da, bu iş müsəlman qadın üçün xoş gələcək vəd etmir. Hər bir müsəlman haram mal, haram geyim, haram yeməkdən çəkinməlidir. Əgər evlənməzdən qabaq haram işdən əl çəkərsə, onunla ailə qurmaq olar.
    Uca Allah sizi və bütün müsəlman xanımları islam, iffət və hicab yolunda sabitqədəm etsin.
    SUAL 26: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam!
    İki ildir sizə məktub yazmaq niyyətim var. Müəyyən səbəblərdən yubandım və nəhayət, bu gün özümü sual zindanından qurtarmaq qərarına gəldim.
    Mənim rəssamlığa böyük həvəsim var. Bu yaxınlarda ailə qurmuşam. Həyat yoldaşım bizimlə yaşayır. sualım budur ki, mənim bütün işlərimə nəzarət etməyə onun haqqı vardırmı? İnstitutda mənim rəssamlığı davam etdirməyim üçün şərait var. Ərim mənə rəssamlıqla məşğul olmağı qadağan edib. Mən yenə də bu işlə məşğul ola bilərəmmi? Onun dəlili budur ki, rəssamlıq mənim işimə mane ola bilər. Nə qədər çalışmışamsa da razı olmayıb. Hələ ki, atamın evindəyəm. Mənim məsuliyyətim atamın, yoxsa ərimin öhdəsindədir? Ərim məni təhsildən məhrum edə bilərmi? Mənim keçmişimin ona aidiyyatı varmı? Anadan olandan ailə quranadək həyatımın bütün xırdalıqlarını ona danışmışam. Bəlkə də, özümü ona olduğum kimi tanıtdıra bilməmişəm. Axı özümü tam tanımadığım, daxili çəkişmələr içində olduğum zaman necə tanıtdıra bilərdim? Hər ikimiz şəri, islami qanunlara əməl etmək istəyirik. Nümunəvi qadın olmaq üçün nə etməliyəm? Bilirəm ki, mütaliə etməli, həzrət Zəhranı (s) özümə nümunə götürməliyəm. Bununla belə sizin köməyinizə ehtiyacım var. Mən ərimdən gizli rəssamlığa davam edə bilərəmmi? Gün uzunu baş verən hadisələri ona danışmağım zəruridirmi?
    Eyni zamanda, ərim pak və sağlam bir gəncdir. Mən onu özüm üçün Allah hədiyyəsi bilirəm.
    Cavabınızın intizarındayam.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Allahın böyük nişanələrindən, yaranış aləmindəki incəliklərdən, gözaçan agahlıqlardan biri evlənmək, qadın və kişinin bir-birlərinə munis olmalarıdır. Bu cütlüyü layiqincə ifadə edən bir söz tapa bilmirəm. Quranda buyurulur:«Onlar sizin libasınızdır, siz də onların» (Bəqərə-187). Başqa bir ayədə buyurulur: «Sizin özünüzdən sizin üçün taylar yaratmışıq ki, onlarla rahatlıq tapasınız» (Rum-21). Özünüzdən özünüz üçün yaratdı. Həmdəm, munis, həmdərd yaratdı. İslam bu izdivac, kamilləşməyə böyük əhəmiyyət verir və fitrətlərdə mövcud ehtiyacı bir daha nəzərə çatdırır. Ailə özülünü möhkəmliyinə, qadın və kişinin vəfadarlığına xüsusi diqqət yetirilir.
    Mən öz həyat təcrübəmdə nümunə olası ailələr görmüşəm. Sanki onlar bir-birlərinin ürəyini oxuyur, bir-birinin istəyinə danışıqsız əməl edirdilər. Bizim dövrümüzdə nə pozulmuş hüquqlar uğrunda mübarizə, nə icbari kişi ağalığı vardır.
    Demək istəyirəm ki, Allahdan hədiyyə saydığınız yoldaşınızla heç bir probleminiz olmayacaq. Qarşılıqlı istəyiniz bütün işləri yoluna qoyacaq. Siz onun, o, da sizin xatirinizi istəyəcək.
    Hər halda ər-arvad münasibətlərinin nizamlanması üçün qanunlar və hüquqlar müəyyənləşdirilmişdir. Bu hüquqlara əsasən nə kişi, nə də arvad evlənərkən öz keçmişlərini danışmağa borclu deyillər.
    Ata evində kimin öhdəsində olmağınızla bağlı suala gəldikdə güzəşt və məsləhətlə keçinməyiniz məqsədə uyğundur.
    «Mömin kişi ailə və uşağının istəyinə uyğun yemək yeyirsə, münafiq kişi bu işdə yalnız öz rəyini əsas götürür» (Kafi, 2-ci cild). Qadın da ərinin razılığı üçün çalışmalıdır.
    Ümid edirəm ki, hərarətli münasibətləriniz bu söhbətdən sonra daha da hərarətlənəcək. Allah aranızda ülfət yaradıb, nəslinizi paklasın.
    SUAL 27: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!
    Həyat yoldaşı seçməkdə çətinlik çəkirəm. Allahın razı olduğu, şəriətin qəbul etdiyi, məni islami hədəflərə və səadətə çatdıracaq bir qadınla evlənmək barədə düşünürəm. Meyarlarım həmfikirlik, əqidə birliyi, ruhən yaxınlıqdır. Sərvət, gözəllik, təhsil mənim üçün əhəmiyyətsizdir. Əlbəttə ki, həyat yoldaşının gözəl, təhsilli olması hamının istəyidir. Amma məncə fikir və əqidə birliyi olarsa, digər məsələlər öz-özünə həll olar. Mənim ailə qurmaq haqqında işıqlı fikirlərim var. Ömrümün sonunadək təhsilimi davam etdirmək istəyirəm. Günah və üsyankarlıqdan uzaq, ağılla istəklərə qələbə çalan bir insan olmaq arzusundayam. Həyat yoldaşımın, onun ailəsinin və qohum-əqrəbasının özü Allah bəyənən təfəkkürə malik olsun.
    Bəs necə bilim ki, həmin qadın bu şərtlərə malikdir? İnstitutda oxusam da, qızlarla yaxın münasibətdən çəkinirəm. İnanın ki, xəyalən belə bir insanı tapdığımı düşənəndə rahatlıq bütün vücudumu bürüyür.
    Bu məsələnin həllində sizin rəyinizi bilmək istəyirəm. Öz göstərişlərinizlə mənə kömək göstərməyinizi xahiş edirəm.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Sizin ətraflı məktubunuz çatdı. Bildiyiniz kimi ailə qurmaq mühüm dini ayindir. Həzrət Peyğəmbər (s) buyurur:«Ailə qurmaq mənim dinimdəndir (qaydalarımdandır). Başqa bir hədisdə «evlənən şəxs dininin yarısını hifz edir» deyə buyurulur.
    Yəqin ki, bu dini ayini yerinə yetirmək fikrindəsiniz. Lakin həyat yoldaşını seçməkdə həddi aşan götür-qoy vəsvəsədir. Əgər qadın iffətli, əxlaqlı tanınmışsa və valideynləriniz onu münasib bilirlərsə, Allaha təvəkkül etməklə işə başlayın və sizdən aslı olmayan işləri Allaha tapşırın. «Allaha güvənən kəslərə Onun yardımı yetərlidir» (Təlaq-3).
    SUAL 28: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!
    25 yaşım var. Üç aydır evlənmişəm. Bu müddət ərzində anlamışam ki, həyat yoldaşımın mənə qarşı münasibəti pisdir. Əsassız bəhanələrlə ayrılmaq istəyir. Ailə qurmazdan əvvəl bir oğlanla münasibətdə olduğunu etiraf edib. Faktlar da var – aşiqanə məktublar, telefon nömrələri... Çox nəsihət vermişəm. Ümid etmişəm ki, bəlkə islah oldu. Hətta ata-anasına bu barədə deyəcəyimlə onu hədələmişəm də. Öz imzası ilə etirafını da aldım, amma təsirsiz oldu.
    Artıq iki həftədir ki, dava-dalaşına görə atası evinə aparmışam. Boşanmaq fikrindədir. Boşanmaq üçün istixarə etdim, yaxşı gəldi. İndi nə edim? Ağsaqqallara qulaq asım, yoxsa istixarəyə?
    Onun öz etirafına görə mənim mənəvi və maddi cəhətdən heç bir nöqsanım yoxdur. Onun əxlaqındakı alçaqlığı valideynlərinə bildirməsəm pozğunluqla məşğul ola bilər.
    Üzr istəyirəm. Bütün məsələləri sizə açıq şəkildə çatdırmağı zəruri bildim. Xahiş edirəm, nəzərinizi bildirəsiniz.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Ətraflı məlumatım olmadığım üçün sizin daxili işiniz haqqında rəy verə bilmərəm.
    Əvvəla, bir nəfər üçün eyb olan sirri ifşa etməməyin savabı var. Bu iş zəruri olmasa, haram və günahdır. Ona görə də yoldaşınızın sirrini açmaqdan çəkinin. İkicisi, talaq kişinin əlindədir. Əgər qadın talaq vasitəsi ilə pis yola düşə bilərsə, mümkün olan halda onu boşamamaq yaxşıdır. Ümumiyyətlə, halal işlərin ən pisi talaqdır.
    Üçüncüsü, ağsaqqalların məsləhətini dinləyib-dinləməməniz üçün şəraiti özünüz daha yaxşı bilirsiniz. Hər halda mən də sizin çətinliyinizin həlli, xeyiriniz üçün dua edirəm.
    Category: 28 sual-cavab | Views: 1186 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024