İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1675
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • ThozasPluse
  • Jenncype
  • Vickiefrumn
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    3:20 PM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 16-31
    Sual 16: Münafiq kimdir və onu necə tanımalı?
    Cavab: Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq kimdir? «Münafiq» sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: «Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir», «Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular».
    Bütün dövr və cəmiyyətlərdə münafiqlər olmuşdur. Onlar həmişə insanlar arasında nifaq salmış, öz gizli düşmənçilikləri ilə İslam dininə kafirlərin vura bilməyəcəkləri zərbələri vurmuşlar.
    Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq, münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:
    1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər
    2. Bir mühitə düşdükdə o mühitin rəngini alar, həmin cəmiyyətin xoşladığı sözləri danışar, möminlərə «biz iman gətirdik», müxaliflərə «biz sizinləyik» deyərlər
    3. Özlərini xalqdan ayırar, gizli məclis və cəmiyyətlər təşkil edərlər
    4. Hiyləgərlik edər, yalan danışar, yağlı dilini işə salar, xəyanət edərlər;
    5. Özünü elmli, xalqı cahil, özünü ağıllı, xalqı isə, axmaq hesab edər.
    Sual 17: Nə üçün duamız qəbul olmur?
    Cavab: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz»(«Səfinətül-bəhar», 1-ci cild, səh. 448).
    Sual 18: Salman Farsi İslama necə gəldi?
    Cavab: Həzrəti Məhəmməd (s) «Salman bizdəndir» buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın adamlarından birinə çevrildi?
    Hələ gənc ikən, Salman yaşadığı şəhərin hakiminin oğlu ilə dostluq edirdi. Bir gün öz dostu ilə səhraya ova çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə İncil haqqında danışıb, Allaha itaətə, günahdan uzaqlığa çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru dində olmayanların kəsdikləri heyvanların əti haramdır. Nəhayət, onlar sağollaşıb ayrıldılar. Amma gənclər tez-tez səhraya gedib, rahibin söylədiyi ilahi kəlamlardan feyz aparardılar.
    Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib, süfrədəki yeməklərin haram olduğunu bildirdi. Hakim vəziyyətin nə yerdə olduğunu öyrənib, rahibi öz əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək qərarına gəlsələr də, dostunun yubandığını görən Salman, yola düşdü.
    İlk əvvəl rahiblə birgə Mosulda məskunlaşan Salman, bir müddət sonra öz müəllimi ilə birlikdə Beytül-müqəddəsə yola düşdü.
    Bir gün Salmanı qəmli görən müəllim onun pərişanlığının səbəbini soruşanda, o, belə dedi: «Bütün yaxşılıqlar keçmiş nəsillərə qismət olub, peyğəmbərlərlə birgə yaşayıblar». Müəllimi ona təsəlli verib, son peyğəmbərin zühurunun hələ qarşıda olduğunu bildirdi.
    Beytül-müqəddəsdən Mosula qayıdarkən, gözlənilməz hadisələr səbəbindən müəllimini itirən Salman bir ərəbə əsir düşdü. Ərəb Salmanı Mədinəyə gətirib, qul kimi satdı.
    Bir gün Salman Mədinəyə gəlmiş bir şəxsin, özünü peyğəmbər kimi təqdim etdiyini eşitdi. Yubanmadan bu şəxsin olduğu yeri soraqlayan Salman, nəhayət, onu bir məclisdə tapdı. Salmanın son peyğəmbərin nişanələri haqqında kifayət qədər məlumatlı idi. Ətrafında xeyli insan toplanmış şəxsə yaxınlaşıb, bu əlamətləri yoxlamağa fürsət axtardı. Həmin şəxs qəlbi imanla dolu Salman ürəyini oxuyurmuş kimi, onu yaxına çağırdı və libasını çiynindən qaldırıb, ona nə isə göstərdi. Peyğəmbərlik möhrünü öz gözləri ilə görən Salmanda bir zərrə də şəkk qalmadı ki, qarşısındakı şəxs son peyğəmbərdir.
    Sual 19: Zina etməyə icazə varmı?
    Cavab: Ayə və hədislərdə zinanın böyük günahlardan olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab olunmuşdur.
    «Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: «Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə zina edilməsinə razı deyildir».
    Sual 20: Yalançı peyğəmbəri necə tanımalı?
    Cavab: Peyğəmbərlik bir qrup pak insana əta olunmuş böyük ilahi məqamdır. Peyğəmbərlər bəşəriyyətin doğru yola hidayəti üçün göndərilmiş elçilərdir.
    Əgər bir şəxs tibb elmindən anlayışı olmadığı halda həkimlik iddiasına düşüb bir neçə insanın həyatına son qoyursa, yalançı peyğəmbər bütün bəşəriyyəti dünya və axirət əzabına sürükləyir. On dörd əsr əvvəl həzrət Məhəmmədin (s) risaləti ilə peyğəmbərlik missiyası başa çatsa da, yalançı peyğəmbərlər bu gün də yağışdan sonra göbələk kimi baş qaldırmaqdadırlar. Bəs onları necə tanımalı və necə ifşa etməli?
    Unutmayaq ki, nə zamansa öz peyğəmbərliyini elan etmiş Musa, İsa, Məhəmməd (s) və sair peyğəmbərləri cəmiyyət sualla qarşılamışdır. Onlardan peyğəmbərliklərinin sübutuna dəlillər istənilmişdir. Musa öz möcüzəli əsası, İsa ölüləri diriltməsi, Həzrəti Məhəmməd (s) Quranın ecazı və şəqqül-qəmər kimi hadisələrlə bütün şübhələri aradan qaldırmışlar. «İsra» surəsinin 88-ci ayəsində buyurulur: «De ki, bütün insanlar və cinlər cəm olaraq bütün qüvvələrini işə salsalar belə, Quran mislində bir kitab gətirə bilməzlər». Gəlin, peyğəmbərlik fikirinə düşənlərdən möcüzə istəyək!
    Sual 21: İnsan nə üçün ölümdən qorxur?
    Cavab: Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən məlum olur ki, bu qorxunun iki əsas səbəbi vardır:
    1. İnsanların böyük bir hissəsi ölümü yoxluq və son kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini təlatümə gətirir. Bir gün yaşadığı həyata son qoyulacağını düşünən insan, ölüm adı gələndə müdhiş bir qorxuya qərq olur.
    2. İkinci qrup insanlar, ölümdən sonrakı həyatın varlığına inansalar da, yol verdikləri cinayət və günahlar ucbatından ölümdən, əməllərin hesab anından qorxuya düşürlər. Bu qəbil insanlar, məhz cəza gününün sıxıntısından xoflanaraq, ölümdən qaçmağa çalışırlar. «Bəqərə» surəsinin 95-ci ayəsində oxuyuruq: «Onlar öz əməllərini bildiklərinə görə, ölümü əsla istəməzlər».
    Amma peyğəmbərlərə və ilahi kitablara iman gətirib, ölümdən sonrakı həyata inananlar, ibadət edib xeyir işlərə çalışanlar, ölümü dünya çətinliklərindən qurtuluş kimi qəbul edərlər.
    Din və vətən uğrunda canından keçən insanlar, əbədi həyatın varlığına inanmış, böyük amallar yolunda canlarını əsirgəməmişlər.
    Sual 22: Harut və Marut kimdir?
    Cavab: Babil məmləkətində olmuş bu iki mələk haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta təfsirçilərdən də bəziləri, uyğun gəlməyən fikirlər söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki, onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər. Onlar da yerə endikdən sonra böyük günahlara başladılar».
    Qurani-kərimdə buyurulur: «Şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək, kafir oldular. Halbuki, o iki mələk «biz imtahanıq, sən gəl kafir olma» deməmiş, kimsəni öyrətmirdi»(«Bəqərə» surəsi, ayə 102.).
    «Məcməül-bəyan»da bu ayənin təfsirində oxuyuruq: «Babil ölkəsində sehr və cadu öz zirvəsinə çatmışdı. Bu, xalqı çox narahat edirdi. Allah-təala insan surətində iki mələk göndərdi ki, xalqa sehr və cadunun təsirsizləşdirilməsi yollarını öyrətsinlər.
    Mələklər məcbur oldular ki, sehr-caduya qarşı mübarizə aparacaq insanlara onun yollarını da öyrətsinlər. Həmin adamlardan bir dəstəsi öyrəndiklərindən sui-istifadə edərək, sehrbazlara qoşuldular. Hansı ki, mələklər onlara xəbərdarlıq etmişdilər ki, bu biliklərdən pis məqsədlə istifadə etmək küfrdür».
    Sual 23: Nübüvvət, risalət və imamət bir-birindən nə ilə fərqlənir?
    Cavab: Allah tərəfindən əmr almış üç təbəqə mövcuddur: nəbilər, rəsullar və imamlar.
    Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy qəbul edir və vəhy göstərişlərinə ehtiyacı olanları məlumatlandırır.
    Risalət məqamındakı şəxs isə təbliğ edir, ilahi hökmləri cəmiyyətdə yayır və düşüncələrdə inqilab etmək üçün çalışır.
    İmamət məqamına seçilən şəxs isə ilahi hökmlər əsasında hökumət təşkil edərək, xalqa rəhbərlik edir. Əgər hökumət təşkil etməyə qüvvəsi çatmasa, imkan daxilində ilahi buyruqların yerinə yetirilməsinə səy göstərir.
    İslam Peyğəmbəri (s) də daxil olmaqla, əksər peyğəmbərlər hər üç məqama malik olmuşlar: həm vəhy almış, həm bu vəhyi təbliğ etmiş, həm də ilahi hökmlərin icrası üçün çalışmışlar. İmam həm mənəvi rəhbər, həm təlimçi, həm də hakimdir.
    Bütün imtahanlardan çıxmış İbrahim peyğəmbər (ə) imamlıq məqamı ilə mükafatlandırılır. İmam, öz şəfəqləri ilə təbiət aləmini canlandıran günəşə bənzəyir.
    Qeyd edək ki, nübüvvət və risalət məqamlı bəzi peyğəmbərlərin imamət məqamı olmamışdır.
    Sual 24: Allahı zikr etmək nə deməkdir?
    Cavab: «Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Quranda buyurur: «Məni yada salın ki, mən də sizi yada salım»(«Bəqərə» surəsi, ayə 152. ).
    Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir. Allahın zikri dedikdə, insanın Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq edir.
    Həzrət Peyğəmbər (s) buyurur: «Bu ümmətdə üç işi tam yerinə yetirməyə qüvvə çatmır: var-dövlətdə din qardaşı ilə bərabərlik, ədalətli mühakimə ilə xalqın hüququna riayət, Allahın ardıcıl zikri. Zikr «sübhanallah», «əlhəmdu lillah», «la ilahə illəllah», «əllahu əkbər» deyil. Zikr odur ki, qarşıya haram iş çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan»(«Nurus-səqəleyn», 1-ci cild, səh. 140.).
    Amma unutmaq olmaz ki, öz misilsiz əzəmətinə baxmayaraq, Allah-təala «Məni yada salın ki, mən də sizi yada salım» buyurur. İnsanın bu məhdud və kiçik dünyada Allahı xatırlaması, onun hüdudsuz və əbədi axirət aləmində Allah tərəfindən xatırlanması ilə nəticələnir.
    Sual 25: Ühüd döyüşündə müsəlmanlar nə üçün məğlub oldular?
    Cavab: İslam tarixindən məlumdur ki, Bədr döyüşündə müsəlmanlara məğlub olan Qüreyş tayfasından 70 nəfər öldürüldü. Əbu Süfyan qəzəbləri soyumasın, deyə qadınları ağlamağa belə qoymadı. Qüreyş «intiqam» deyə fəryad çəkirdi.
    Həzrət Peyğəmbərin (s) əmisi Abbasdan Qüreyşin növbəti dəfə Mədinəyə hücumu barədə məktub aldı. Peyğəmbər (s) Mədinə əhlini toplayıb, onlarla məsləhətləşmə apardı. Müsəlmanlardan bir qrupu düşmən qoşununun gücünü nəzərə alaraq, şəhərdən çölə çıxmamağı, Qüreyşlə Mədinənin dar küçələrində döyüşməyi təklif etdilər. Amma Səd ibni Məaz da daxil olmaqla, döyüşgən cavanlar bunu özlərinə sığışdırmayıb, Mədinədən çıxmağı israrla təkid etdilər. Həzrət Peyğəmbər (s) Mədinədən çıxmağa meyilli olmasa da, çoxluğun təklifini qəbul etdi.
    Döyüş başladı və müsəlmanlar bir güclü həmlə ilə düşmən qoşununu geri oturtdular. Qüreyşin tam məğlub olduğunu zənn edən müsəlmanlar, yanılmışdılar. Müsəlmanların arxayınlaşmasından istifadə edən düşmən, əks hücuma keçərək, Ühüd döyüşündə qələbə qazandı.
    Bu döyüşdə müsəlmanların məğlubiyyətinin dörd əsas səbəbi vardır:
    1. İslamı təzə qəbul edənlərdən bir hissəsi Allahın qeybi yardımlarından arxayınlaşaraq, lazımı döyüş hazırlığı görməmişdilər.
    2. Həzrət Peyğəmbərin (s), oxatanların səngərdə qalmasına dair verdiyi əmrə itaətsizlik göstərildi.
    3. Müsəlmanlardan bir hissəsi düşməni təqib etmək əvəzinə, silahı yerə qoyub, qənimət ardınca qaçdı.
    4. Əvvəlki Bədr döyüşündəki qələbədən arxayınlaşan müsəlmanlar, Ühüd döyüşündə düşmənin gücünü düzgün qiymətləndirməmişdilər.
    Sual 26: Günah olan məclisdə oturmaq olarmı?
    Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız»(«Nisa» surəsi, ayə 140. ).
    Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:
    1. Günah məclisində iştirak, günahda iştirak kimidir;
    2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;
    3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;
    4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;
    5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.
    Sual 27: Təvəssül nədir?
    Cavab: «Təvəssül» ərəbcədən tərcümədə «müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi» mənasını verir. «Maidə» surəsinin 35-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun. Ona yaxınlaşmaq üçün vasitə axtarın» («vəbtəğu iləyhil-vəsilə»).
    Uyğun ayədəki «vəsilə» sözünün mənası çox genişdir. İnsanı Allaha yaxınlaşdıran bütün şeylər ‒ Allaha və Onun Rəsuluna (s) iman, cihad, namaz, zəkat, oruc, həcc, sədəqə və sair xeyir işlər bu yaxınlıq üçün vəsilədir.
    Qeyd etdik ki, təvəssül vasitə axtarmaqdır. Peyğəmbərlərin, imamların, saleh bəndələrin şəfaəti də təvəssülə aiddir. Hətta Allahı peyğəmbərlər, imamlar və salehlərin məqamına and vermək, bu geniş mənaya daxildir.
    Peyğəmbər və imamlara təvəssül, yəni onlar vasitəsi ilə Allaha yaxınlaşmaq o demək deyildir ki, insan insana ibadət edir, şirkə düçar olur. Yuxarıda qeyd olunduğu kimi, təvəssül nəinki Qurana zidd deyil, hətta ayələrlə təsdiqlənir. «Nisa» surəsinin 64-cü ayəsində oxuyuruq: «(Ya peyğəmbər) Onlar özlərinə zülm etdikləri zaman, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbətdə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər».
    Sual 28: Çoxluq həmişə haqlıdırmı?
    Cavab: Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün dünyada böyük əksəriyyət ondan istifadə edir?
    «Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: «Ya peyğəmbər, de ki, murdar şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz».
    Bəşər tarixi boyu mübahisəsiz qəbul olunan məsələlərdən biri də, kəmiyyət və keyfiyyət anlayışlarının bir-birindən asılı olmamasıdır. Bununla belə, cahil insanlar öz batil fikirini sübuta yetirmək üçün çoxluğu dəlil gətirir. Bu nadan dəstənin fikirincə, əgər çoxluq spirtli içki içərsə, demək spirtli içkilər pis deyil və sən də içə bilərsən; əgər əksəriyyət faizlə pul götürüb, faizlə pul verirsə, demək sələm pis deyil və sən də sələmçi ola bilərsən və s. Hansı ki, çoxluğun rəyinə tabe olub, həqiqətdən yan keçmək münafiqlərə məxsus sifətdir.
    Kor-koranə çoxluğa tabeçilik, batilə haqq donu geyindirir və həqiqət unudulur. Bəşəriyyətin bədbəxtçiliklərinin əsas səbəblərindən biri də, məhz bu düşüncə tərzidir. «Ənam» surəsinin 116-cı ayəsində oxuyuruq: «Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar».
    Sual 29: İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?
    Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».
    İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.
    Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin və bu yoldan azanların qarşısını alın. Amma elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar, paxıllıq və nəfs onlara hakim olsa, hər kəs yalnız öz fikirini bəyənsə, bu cahillərdən uzaqlaşıb, özünüzlə məşğul olun»(«Nurus-səqəleyn», 1-ci cild, səh. 684.).
    Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə aiddir. Din, vətən, millət sevgisini anlayan insan bilir ki, ətrafdakı insanlara laqeyidlik cəmiyyəti uçuruma sürükləyir.
    Sual 30: Müsəmma əcəl nədir?
    Cavab: «Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır».
    Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.
    Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu lampanı bircə saatdan sonra da söndürə bilər.
    Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər»(«Əraf» surəsi, ayə 34. ).
    Sual 31: Peyğəmbərliyə nə üçün mələk seçilmədi?
    Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın seçilməsindən doğan narazılıq idi. Hansı ki, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə kifayət qədər dəlil var idi. İkinci bir tərəfdən, belə bir etiraz təkcə həzrət Məhəmmədə (s) qarşı yox, bütün peyğəmbərlərə qarşı yönəlmişdi və olduqca yersiz görünürdü.
    Bəs Qurani-kərimdə bu barədə nə deyilir? «Ənam» surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «Əgər biz elə bir mələk göndərsəydik, iş bitmiş olar və iman gətirməyənlərə bir an belə möhlət verilməzdi».
    Maraqlıdır, nə üçün möhlət verilməzdi? Cavab çox sadədir: Allah-təala insanı əzaba düçar etməzdən əvvəl, ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə ola bilər. Məsələn, bir insana «ovcumda qızıl olduğuna inanmasan, səni cəzalandıracağam» deyirsən. Bu sözlə xəbərdarlıqdır. Gözlə xəbərdarlıq odur ki, ovcundakı qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa məhəl qoymayan insana düşünmək üçün möhlət vermək olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə möhlət vermək üçün heç bir əsas yoxdur. Peyğəmbər olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə görünən son xəbərdarlıqdır. Allah-təala isə, insanı əql mülkü ilə mükafatlandıraraq, onu üstün etmişdir. Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə, zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu mələk etsəydik, yenə də insan qiyafəsində göndərər və onları bir daha şübhəyə salardıq».
    Category: 170 Sual-cavab | Views: 1315 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017