İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

    Kitabın adı: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış
    2011-09-03, 4:11 PM
    İkinci fəsil
    Din və siyasət arasında rabitə
    Sekulyarizm
    Dinlə siyasətin rabitəsi haqqında çox danışılmışdır. Öz ölkəmizdə, digər İslami məmləkətlərdə, eləcə də, qərbdə bu istiqamətdə müxtəlif nəzəriyyələr mövcuddur. Bu müxtəlif nəzəriyyələri qütblər baxımından araşdırsaq, onun bir qütbündə dinin siyasətdən ayrılıq nəzəriyyəsi, digər qütbündə dinin siyasi olması nəzəriyyəsi dayanar. Əlbəttə ki, orta mövqe tutan nəzəriyyələr də var. Hazırda bütün nəzəriyyələri araşdırmaq fikrində deyilik. Sadəcə, dinin siyasətdən ayrılıq nəzəriyyəsini xülasə şəkildə araşdırmaq, tənqid etmək və dinlə siyasət rabitələri barədə öz fikrimizi bəyan etməkdir.
    Dinin siyasətdən ayrılıq nəzəriyyəsi elmi və ədəbi leksikonda "sekulyarizm” kimi qeyd edilir. "Sekulyarizm” sözü müxtəlif mənalarda anlaşılır. Amma hazırkı söhbətimizdə bu sözü dinin siyasətdən ayrılığı mənasında qəbul edəcəyik.
    Din siyasətdən ayrıdır dedikdə dinin öz, siyasətin öz fəaliyyət dairəsinin olduğu nəzərdə tutulur. Sekulyarizmə əsasən, din siyasətin, siyasət dinin işinə qatılmamalıdır. İddia edilir ki, din siyasətin, siyasət dinin sahəsinə müdaxilə etməməlidir. Elmi və fənni terminologiya ilə tanış insanlara aydındır ki, birinci təbir dəyərlər (vaciblər və haramlar), ikinci təbir təsəvvürlərlə (varlar və yoxlar) bağlıdır.
    Sekulyarizmə əsasən, din və siyasət prinsipcə paralel xətlər üzrə hərəkət edir və heç vaxt kəsişmir. Hər sahənin öz başlanğıcı və öz son nöqtəsi var. Söhbətimizin davamında sekulyarizm nəzəriyyəsinin müddəaları bir qədər də aydınlaşacaq.
    Sekulyarizmin meydana gəlməsi
    Sekulyarizm baxışları əslində orta əsrlər Avropasında meydana gəlmişdir. Onun köklərini kilsənin Avropada bütün fəzalara hakim olduğu dövrdə axtarılmalıdır. Həmin vaxt kilsə qərbi Roma və şərqi Roma kimi iki kilsəyə bölünmüşdü. Şərqi Roma kilsəsi hazırda Turkiyə ərazisindəki İstanbulda (Qəstəntəniyyə-Konstantinopol) mərkəzləşmişdi. Qərbi Roma katolik kilsəsi isə hazırkı İtaliya ərazisində idi. Papalar orada əyləşir və İspaniyayadək hakimlərə göstəriş verirdilər. Onların sözü böyük bir ərazidə mütiliklə eşidilirdi.
    Böyük iqtisadi və hərbi qüdrətə malik papalar və kilsələr geniş ticarət və sənaye sahələrinə, torpaqlara nəzarət edirdilər. Onlar öz hakimiyyətlərini Avropa qitəsində qəbul etdirmişdilər. Papalar əksər hakimlərə qarşı zor tətbiq edir, savaşa qalxırdılar. Onların qüdrəti bir o qədər də sabit deyildi, adətən, hakimlərdən biri qiyam qaldıranda bu qüdrət zəifləyirdi. Hər halda Roma papası əksər xristian məmləkətlərinə hakimlik edirdi və krallar ona itaət göstərirdilər. Bəli, kilsələr daim öz hakimiyyətini büruzə verməyə çalışırdılar. Bu hakimiyyət bütün fərdi və ictimai, dini-məzhəbi, hətta elmi sahələri əhatə edirdi. Əksər elmlərin, o cümlədən riyaziyyat, ədəbiyyat və astranomiyanın tədrisi keşişlərin ixtiyarında idi. Həmin dövrün inkilisasiya adlanan dini məhkəmələri tarixdə məşhurdur. Yerin günəş ətrafında dövr etdiyini bildirən Qalileyin mühakiməsi dildən-dilə gəzir.
    Bu hakimiyyət elə bir dövrdə mövcud idi ki, kilsə və məshilərin elmi və dini iqtidarı yox idi. Onlar əksər mövzuları təcrübi elmlər və fəlsəfədən öyrənirdilər. Xristianlığın prinsipial baxımdan əsasları zəif idi. Təbii ki, elmi ideoloji əsasları zəif olan bu hakimiyyət tədricən süstləşir, papa və kilsəyə qarşı hərəkatlar güclənirdi. Protestantlığın bünövrəsini qoyan Martin Lüter kimi şəxslər kilsə daxilindən islahatlar aparmaq əzmində idilər. Bütün bu hərəkatlar bir araya gəldikdə papa əleyhinə cərəyan özünü daha güclü şəkildə nümayiş etdirirdi. Nəhayət, bu proses renesans (intibah) adlanan hadisə ilə sonuclandı. Renesansın mühüm nəticələrindən biri katolik kilsənin fəaliyət dairəsinin məhdudlaşdırılması, onun ictimai-siyasi proseslərdən kənarlaşdırılması oldu. Bu fəaliyyətlərlə bəzi dini şəxsiyyətlər və məsihi keşişləri də razılaşırdı. Onların nəzərincə, həmin vaxtlar kilsənin göstərdiyi fəaliyyətlər əsil xristian təlimlərindən uzaq idi. Bu insanlar əsil xristianlığın siyasətdən uzaq, yalnız mənəviyyatla məşğul olan bir məzhəb olduğunu vurğulayırdılar. Belə bir qənaətə gəlinmişdi ki, Avropanın bir neçə əsr yaşadığı müsibətlər və geriləmələrin əsas səbəbkarı kilsə və dini təlimlərdir. Bəli, nəhayət dinin səhnədən çıxarılmasına qərar verildi. Kilsə təlimlərinin əsas mehvəri Tanrı və ərş aləmi mövzularından ibarət idi. Avropanı bürüyən proseslər cəmiyyəti tormozlayan dini təlimlərin islahatı qərarını verdi. Belə ki, diqqət Allahdan insana, ərşdən yerə yönəldildi, axirət əvəzinə dünya həyatı diqqət mərkəzinə çəkildi.
    Beləcə "Allah, səma, ərş aləmi” şüarları "insan, yer və həyat” şüarları ilə əvəz edildi. Din ictimai proseslərdən təcrid edildi. Qərar çıxarıldı ki, bəşəriyyətin taleyi ərş aləmində yox, yerdə həll olunmalıdır. Bu hərəkat sekulyarizm, yəni dünyəvi hərəkat adı ilə tanındı. Dini etiqad, Allaha inanc şəxsi bir məsələ kimi məhdudlaşdırıldı və din istəyənlərə kilsə və məbədlər göstərildi. Bildirildi ki, Allah sorağında olanlar kilsə və məbədlərə üz tutub istədikləri qədər ağlaya, tövbə edə bilərlər. Amma kilsədən çıxdıqdan sonra cəmiyyətdə din soraqlanmamalıdır. Dinin öz, siyasətin öz təsir dairəsi var. Siyasət ictimai problemləri həll edir, din insanla Allah arasında şəxsi rabitələrdən ibarətdir. Beləcə, Avropada və xristianlıqda din və siyasətin rabitələri qırıldı, onlar arasında sərhəd çəkildi. Şəxsi məsələlər ictimai məsələlərdən təcrid olundu. Əlbəttə ki, bu cərəyan getdikcə gücləndi. Bildirildi ki, dini prinsiplər ədəbiyyat və şer kimi şəxsi zövqə bağlı bir məsələdir. Məsələn, bir şair "ey səba küləyi, mənim istəyimi məhbubə çatdır” söyləyəndə özü də bilir ki, əslində külək onun sözünü kimsəyə çatdırmır. Bütün bu müraciətlər romantikdir, hiss və həyəcan üzərində qurulmuşdur. Əgər bir insan bir guşəyə çəkilib ağlayır və Allaha dua edirsə, onun bu yalvarışları da hiss və həyəcandan qaynaqlanır. Şair söyləyir ki, ey on dörd gecəlik ay, sən necə də gözəlsən! Amma astranomiyada müəyyənləşdirilmişdir ki, ay soyuq, ruhsuz, ot-ələfsiz qaba bir kütlədir. Əgər dindar şəxs Allahı xeyirxah sayırsa, bu yalnız onun təxəyyül məhsuludur. Dindar bu sözlərlə özünü sakitləşdirir. Həqiqi mahiyyət kəsb edən iş yalnız zəhmət çəkmək, var-dövlət qazanmaq, həyatı əyləncə ilə yaşamaqdır. Hökumət qurmaq, qanunlar vermək, günahkarları cəzalandırmaq, müharibə aparmaq və sülh müqaviləsi bağlamaq sırf dünyəvi işlərdir və bu işlərin dinlə heç bir rabitəsi yoxdur. Bu müddəalar əslində pozitivist fəlsəfi baxışları ifadə edir. Pozitivzm renesansdan sonra yaranmış cərəyandır. Onlar inanırlar ki, yalnız hiss edilənlər və gözlə görünənlər gerçəkdir. Allahı və ərş aləmini kimsə görməyib, təcrübədə sınamayıb. Bu səbəbdən də həmin mövzulara ciddi yanaşılmamalıdır.
    Zaman ötdü, mədəniyyətlər çulğaşdı, texnoloji tərəqqi start götürdü. Sekulyarist baxışlar müsəlman məmləkətlərində də yayılmağa başladı. Belə ki, müsəlman mütəfəkkirlər arasında bu nəzəriyyəni müdafiə edənlər tapıldı. Bəzi müsəlman ziyalınümalar məsihiyyəti örnək götürərək İslamı itdiham etməyə başladılar. Onlar iddia edirdilər ki, İslam da bir dindir və bu din yalnız İslam və Allah arasındakı rabitələrlə məşğul olmalıdır. Onların nəzərincə, İslam ictimai problemlərlə məşğul olmalı deyil.
    Din və İslam adı ilə həyata keçən inqilabımız qələbə çaldıqdan sonra da oxşar sözlər eşidildi. Bəziləri guya dinə can yandıraraq onu siyasətə qatmamağı tövsiyə edirdilər. Guya siyasətə qarışan İslam katolik kilsəsi kimi süquta məhkumdur. Onlar bildirirdilər ki, sınanmışı sınamaq xətadır, dini xilas etmək üçün onu siyasətdən ayırmaq, ruhaniləri hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Bütün bu işləri görmək üçün din siyasətdən ayrılmalıdır. Əgər dininizi qorumaq, Qurana hörmət göstərmək istəyirsinizsə, dini siyasi səhnədən kənarlaşdırın. Qoy siyasətlə siyasətçilər məşğul olsun. Ruhanilərin və din alimlərinin hörmətini qorumaq üçün bu iş görülməlidir. Guya din xadimləri qeyri-professional müdaxilələri ilə mövcud durumu ağırlaşdırırdılar. Guya böyük din alimlərinin dinlə bağlı şərhləri, onu siyasətə qatmaları yanlışdır və dinə yeni təfsir verilməlidir. Onlar İslamı protestantlıqdan, müsəlman Martin lüterlərdən danışırdılar. Guyə əks təqdirdə İslam dini süquta uğrayası idi.
    Sekulyarizm cərəyanı Türkiyə kimi bəzi müsəlman ölkələrində o qədər gücləndi ki, hətta qanunlar dəyişdirildi. Türkiyədə etiqadlı bir şəxsə dövlət müəssisələrində çalışmaq haqqı verilmədi, dini şüarlara və simvollara qadağa qoyuldu. Bu ölkədə hətta ruhani libası geymək qadağan olundu. Bu qaydalara polis nəzarət edir və kimsə ruhani libasında küçəyə çıxmaq ixtiyarına malik deyil. Hansı ki, Türkiyə yaxın keçmişdə böyük İslam imperiyası idi, Asiyanın böyük bir hissəsinə və təqribən Avropanın yarısına nəzarət edirdi.
    Sekulyarizmə kənardan bir baxış
    Öz aramızdakı bəzi yazıçılar və ziyalılar dinin siyasətdən ayrı olduğunu sübuta yetirmək üçün iddia edirlər ki, dini mövzuları araşdırmazdan öncə ümumiyyətlə bəşəriyyətin dinə ehtiyaclı olub-olmadığını müəyyənləşdirmək lazımdır. Müəyyənləşdirilməlidir ki, din insana hansı sahələrdə bələdçilik edir? Bu sual iki şəkildə cavablandırıla bilər. Birinci cavab budur ki, insan öz həyatının bütün sahələrində dinə ehtiyaclıdır və dini göstərişlərə tabe olmalıdır. O necə qidalanmağı, necə geyinməyi, necə ev tikməyi, necə ailə qurmağı, cəmiyyəti necə təşkil etməyi dindən öyrənməlidir. Bu yanaşmaya əsasən, din insanın bütün problemlərini həll etməlidir. Təbii ki, belə bir vəziyyətdə necə hökumət qurmağı da dindən öyrənməliyik. Amma hamı bilir ki, heç bir dinin bu sayaq iddiası yoxdur və heç bir din cəmiyyətin bütün ehtiyaclarına cavab verə bilməz. Heç bir dində necə ev tikmək, həkimə necə müraciət etmək açıqlanmır. Əgər din bütün ehtiyaclara cavab versəydi, elmi araşdırmalar faydasız olardı. Amma bilirik ki, dini təlimlər insanların elmi araşdırmalara olan ehtiyacını ödəmir. Heç bir dində kompüter, peyk sistemi, nüvə texnologiyası barədə məlumatlar yoxdur. Demək, dinin bütün bəşər problemlərini həll etməsi ilə bağlı müddəa düzgün deyil. Başqa sözlə, hər işdə gözümüzü dinə dikməməliyik. Bütün suallara dində cavab tapmaq istəyi yersizdir.
    Birinci cavabın qənaətbəxş olduğu aydınlaşdıqdan sonra belə görünə bilər ki, din yalnız axirət məsələləri haqqında danışır və insanın axirət xoşbəxtliyi üçündür. Bu baxışa əsasən, din dünyəvi, ictimai məsələlərə müdaxilə etmir, insan öz ağıl və düşüncəsi əsasında bu mövzuları işıqlandırmalıdır. Uyğun baxışa əsasən, biz öz problemlərimizin həllində yalnız minimumlar intizarında ola bilərik. Belə ki, din yalnız axirət mövzularını əhatə edir. İnsan necə namaz qılmağı, necə oruc tutmağı, Həcci necə yerinə yetirməyi, bir sözlə, cəhənnəmə düşməmək üçün necə hərəkət etməyi dindən öyrənməlidir. Dünya problemlərinin həlli üçün yalnız elm və düşüncəyə müraciət etmək, axirət mövzusunda suallara dindən cavab almalıyıq. Siyasət dünyəvi işlərə aiddir və dinin təsir dairəsindən kənardadır. Siyasət elm və düşüncənin əhatə dairəsindədir. Din siyasi problemlərin həllində acizdir. Yalnız ictimai-siyasi elmlərlə məşğul olanlar, siyasətçilər cəmiyyətin siyasi problemləri barədə danışa bilərlər. Fəqihlər və din alimləri isə yalnız axirət məsələləri ilə məşğul olmalıdır. Din xadimlərinin siyasi məqam tutmaq haqqı yoxdur. Onların bu istəyinin heç bir dini və məntiqi əsası mövcud deyil. Bir sözlə, dinin siyasətə müdaxiləsinin heç bir elmi və məntiqi əsası yoxdur.
    Aydın məsələdir ki, belə bir baxış sekulyarizm və dinin siyasətdən ayrılıq mövzusunu renesansdan sonra qərb dünyasında mövcud olduğundan daha sərt açıqlayır.
    Din və siyasət arasındakı rabitələrin dəyərləndirilməsi
    Hər şeydən öncə diqqət yetirməliyik ki, biz hazırkı söhbətimizdə din dedikdə İslamı nəzərdə tuturuq. Demək, söhbətimizin əsas mövzusu İslamla siyasət arasındakı rabitələrdir. Belə görünür ki, din və siyasət arasındakı rabitələri dəyərləndirmək üçün öncə hər iki mövzu ilə bağlı mülahizələrimizi müəyyənləşdirməliyik.
    Ürfdə, el arasında siyasət qəbahətli bir iş kimi qəbul olunur. Siyasət dedikdə hiyləgərlik, hoqqabazlıq, fırıldaqçılıq nəzərdə tutulur. Əslində isə biz siyasət dedikdə dövlətçilik ənənələrini nəzərdə tuturuq. Daha dəqiq desək, siyasət cəmiyyətin maddi və mənəvi baxımdan düzgün idarə olunması üsuludur. Demək, siyasət ictimai proseslərin tənzimlənməsi və idarə olunmasıdır.
    Din (İslam) dedikdə isə etiqadi, əməli və əxlaqi hökmlər məcmusu nəzərdə tutulur. Bu hökmlər bəşəriyyətin doğru yola yönəldilməsi (hidayəti) üçün Allah tərəfindən müəyyənləşdirilmişdir. Bəşəriyyət dünya və axirət səadətinə yalnız bu hökmlər sayəsində çata bilər. Həmin hökmləri İslam peyğəmbəri (s) və məsum imamlar insanlara çatdırmışlar. Əlbəttə qəti əqli hökmlər vasitəsi ilə müəyyənləşmiş göstərişlər də var.
    Din və siyasət mövzularını aydınlaşdırdıqdan sonra İslamın siyasi baxışlara malik olduğunu müəyyənləşdirmək üçün bu dinin özünə müraciət etməliyik. Uyğun istiqamətdə xristianlığın baxışlarını öyrənmək üçün xristian olmasaq belə həmin dinə müraciət etməliyik. İslamda siyasətin yeri ilə tanışlıq üçün Quran mətnləri və dini maarif nəzərdən keçirilməlidir. İslam siyasət, ictimai proseslərin tənzimi ilə bağlı nə demişdir? Yoxsa bu dində təkcə fərdi məsələlər işıqlandırılır? Əgər bir şəxs iddia etsə ki, İslam Quranın, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) təqdim etdiyi kimi deyil və öz mülahizələrini əsas götürsə, onun söylədikləri məntiqi sayılmaz və qəbul edilməz. İslamı araşdırmaq istəyən şəxs Quran və sünnəyə müraciət etməli, hansısa qərb və ya Amerika şərqşünasının söylədikləri ilə kifayətlənməməlidir. Quran və sünnənin şəxsi baxışlar əsasında dəyərləndirilməsi məntiqsizdir. Bir şəxs iddia etsə ki, İslamı qəbul edir, amma Quran və sünnəni qəbul etmir, əslində İslamı inkar etmiş olur. İslamın siyasətlə rabitələrini aydınlaşdırmaq üçün Quran və sünnəyə müraciət etmək zəruridir.
    Qurani-kərimin siyasətlə bağlı baxışları üçün ərəb dilini səthi bilmək bəs edir. Bu sahədə mütəxəssis olmağa ehtiyac yoxdur. Hətta Quranın təfsiri ilə də tanışlıq zəruri deyil. Sadəcə ərəb sözləri ilə xülasə tanışlığa ehtiyac duyulur. Qurana müraciət etdikdə görürük ki, İslam ibadət və əxlaq kimi fərdi mövzuları aydınlaşdırdığı kimi, izdivac və ticarət kimi ictimai mövzuları da nəzərdən keçirir. Övlad tərbiyəsi, əmr sahiblərinə itaət, borc, müharibə və sülh, mühakimə, beynəlmiləl hüquqlar kimi mövzularla bağlı göstərişlər verilir. Quranda uyğun mövzularla bağlı ayələr çoxdur. Həmin mövzular rəvayət və hədislərdə daha çox açıqlanmışdır. Bütün bu məlumatlardan sonra İslamı siyasətdən uzaq saymaq, onun yalnız ibadi və əxlaqi mövzularla məşğul olduğunu iddia etmək hansı məntiqə sığır? Söhbətimizin bu məqamında müəyyən nümunələri nəzərdən keçirmək zəruri görünür:
    Qurani-kərimin ən böyük ayəsi borc məsələsi ilə bağlıdır və bu ayədə bildirilir ki, bir şəxsə borc verdikdə ondan qəbz alın, həmin razılaşmada iki şahid iştirak etsin, qəbz və şahid şərtləri ödənmədikdə girov götürün. Göstəriş verilir ki, pulunuzu geri alan zaman həmin girovu qaytarın.(Bax: "Bəqərə”, 282, 283) Görən belə bir din ictimai rabitələrin tənzimlənməsi və idarə olunmasına biganə qala bilərmi?!
    Nikah və talaq da ictimai mövzulardandır. Qurani-kərimin bir çox ayələrində nikah və talaqdan danışılır, onların hökmü bəyan olunur.(Bax: "Bəqərə”, 240; "Bəqərə”, 230; "Əhzab”, 49) Nikahda mehriyyə ödənməsi, kimlərlə evlənməyin mümkünlüyü, ailə rabitələri, ailədə ixtilafların həlli ilə bağlı hökmlər verilir.(Bax: "Nisa”, 20; "Nisa”, 23; "Bəqərə”, 222) Məsələn, ailə ixtilaflarının həlli ilə bağlı buyurulur: "Onlar (ərlə arvad) arasında ciddi ixtilaf yaranacağından qorxduğunuz vaxt kişinin və qadının qohumlarından hakimlər seçin. Əgər sülh məqsədləri olsa, Allah onların arasında razılıq yaradar. Həqiqətən, Allah bilən və agahdır."("Nisa”, 35)
    İctimai məsələlərdən biri də irs məsələsidir. Qurani-kərim bu barədə buyurur: "Allah sizə övladlarınızı tapşırır. Oğlanın (irsdən) payı qızın payından iki qat artıqdır. Əgər varis qızlar ikidən artıq olsa irsdən üçdə iki pay alar. Əgər bir qız olsa irsin yarısı ona çatır.”("Nisa”, 11)
    İctimai mövzulardan biri də daxili müharibələrdir. Quran bu barədə buyurur: "Əgər möminlərdən iki qrupu bir-birləri ilə savaşa qalxsalar onlar arasında barışıq yaradın. Əgər onlardan biri o birinə zülm etsə, zülm edən dəstə ilə vuruşun ki, Allahın hökmünə dönsünlər. Əgər dönsələr onlar arasında haqq-ədalətlə barışıq yaradın. Həqiqətən, Allah ədalətli insanları sevir.”("Hucurat”, 9)
    Müamilə və ticarət məsələləri də ictimai məsələlərdəndir. Quranda bu mövzuda da açıqlamalar verilir, uyğun məsələlərin həlli cəmiyyətin ixtiyarına buraxılmır. Müamilə və ticarətlə bağlı ətraflı göstərişlər mövcuddur: "Allah alış-verişi halal, sələmi haram buyurmuşdur("Bəqərə”, 275); "Ey iman gətirənlər, cümə namazı üçün nida çəkilən vaxt Allahı zikr etməyə tələsin və alış-verişi boşlayın”(Cumuə”, 10); "Ey iman gətirənlər, əhd-peymanlara və müqavilələrə vəfalı olun.”("Maidə”, 1)
    İctimai asayişin pozulması ilə bağlı Quran hökmləri də kifayət qədərdir. Cəmiyyətdə asayişi pozan əsas günahlardan biri də oğurluqdur. Quran buyurur: "Oğru kişi və qadının əlini kəsin.”("Maidə”, 38)
    Fahişəlik, iffətsizliklə bağlı şəri hakim və qazi hökm verdiyi vaxt bu əməllər günah sayılır və ictimai asayişi qorumaq üçün günahkara ağır cəza təyin edilir. Qurani-kərim tam aydın və qəti şəkildə bu barədə buyurur: "Zinakar qadın və zinakar kişinin hər birinə yüz qamçı vurun, Allahın dininin icrasında ürəyiyumşaqlıq göstərməyin. Əgər Allaha və qiyamət gününə inanırsınızsa! Möminlərdən bir qrupu onların cəzalandırılmasına şahid olmalıdır.”("Nur”, 2)
    Bu ayələr Qurani-kərimin ictimai rabitələr və cəmiyyətə müdiriyyətlə bağlı ayələrininin kiçik bir hissəsidir. Bu mövzu qat-qat artıq şəkildə İslam peyğəmbəri (s) və məsum imamlardan nəql olunmuş rəvayətlərdə bəyan edilir. Belə bir sual yaranır ki, bu ayə və rəvayətlər fərdə, insanla Allah arasındakı münasibətlərə, yoxsa insanlar arasındakı rabitələrə aiddir? Əgər İslam mahiyyətcə ayə və rəvayətlərdə toxunulan mövzulardan ibarətsə, onu siyasətdən uzaq saymaq və ictimai münasibətlərə müdaxilə etməməsini münasib bilmək nə dərəcədə düzgündür?! Doğrudanmı, İslam dünya işlərini insanların öz öhdəsinə buraxmış və yalnız axirətlə bağlı suallara cavab verir? İnsaflı və məntiq əhli olan şəxslərdə zərrəcə şübhə yoxdur ki, İslam təkcə axirət dini deyil. Bəli, bəziləri inadkarlıq göstərərək bir çox aşkar mövzuları inkar edirlər. Amma Quran və rəvayətlərdə açıq-aşkar şəkildə bəyan olunmuş hazırkı mövzunun inkarı günün günorta çağı günəşi inkar etmək kimidir.
    Quranda siyasətlə bağlı ayələri başqa yolla da araşdırmaq olar. Ayələr və rəvayətlərdə hakimiyyət və üsuli-idarənin 3 qüvvədən ibarət olması prizmasından da araşdırma aparmaq mümkündür. Montes Kyudan başlayaraq hakimiyyət aparatı 3 qüvvədən ibarət olmuşdur: qanunverici orqan (parlament), məhkəmə orqanları, icra aparatı. Maraqlıdır, görən Quranda bu mövzulara işarə olunmuşdurmu? Əgər Quranda bu 3 istiqamətlə bağlı göstərişlər olarsa, İslamın siyasi olmasına şübhə yeri qalmır.
    Qanunverici orqanın işi qanunlar tənzimləmək, cəmiyyətin idarə olunması üçün normalar təyin etməkdir. Bu qanunlar ictimai münasibətləri nizamlamalı, fərdi və ictimai haqların keşiyində durmalıdır. Tənzimlənmiş qanunlarda cəmiyyətin islahatlara doğru tərəqqisi əsas götürülməlidir.
    Qanunverici orqanla yanaşı icraedici orqan fəaliyyət göstərir. İcraedici orqan qanunverici orqanın tənzimlədiyi qanunları həyata keçirir. Əgər qanunverici orqan parlamentdirsə, icraedici orqan dövlət, baş nazir, prezident ola bilər. Bu iki qüvvə ilə yanaşı üçüncü bir qüvvə, məhkəmə sistemi fəaliyyət göstərir. Məhkəmə nə qanun verir, nə də qanunu icraya qoyur. Amma xalq, eləcə də xalqla dövlət arasında baş verən çəkişmələrin həlli məhkəmə sisteminin üzərinə düşür. Quranda bu məsələlərə toxunulurmu, müsəlmanlar üçün bu yönümdə vəzifələr təyin edilirmi? Yoxsa bütün bu vəzifələr xalqın öz üzərinə qoyulmuşdur?
    Qanunvericilik vəzifəsi ilə əlaqədar Qurani-kərimdə və dini mənbələrdə bir sıra göstərişlər mövcuddur. Quranda mədəniyyət, hüquq, cəzalandırma, ticarət və müamilə mövzularında göstərişlər çoxdur. Söhbətimizin bu hissəsində cəmiyyətin idarə olunması nəzərdə tutulmuş dövlətçilik prinsiplərini nəzərdən keçirəcəyik. Qurani-kərim bu istiqamətdə İslam peyğəmbərinə (s) xüsusi bir haq da verir. Peyğəmbər bu hüquqa yiyələnərək, müəyyən istiqamətlərdə zaman və məkandan asılı olaraq qanunlar verir. Bu halda insanların Peyğəmbərə (s) tabe olması zəruridir. Bu barədə Quran buyurur: "Allah və onun rəsulu qərara gələn zaman heç bir mömin kişi və mömin qadının etiraz etmək haqqı yoxdur.”("Əhzab”, 36)
    Bu ayəyə əsasən, əgər Allah və Onun Peyğəmbəri (s) insanlar üçün müəyyən qanun tənzimləyərsə, kimsənin bu qanunlar qarşısında müxalifət göstərmək hüququ yoxdur. Yəni İslam cəmiyyətində, İslam hökumətinin himayəsində yaşayanlar üçün Allahın buyuruqlarından sonra Peyğəmbərin (s) göstərişlərinə əməl etmək vacibdir. Peyğəmbərin (s) göstərişinə qarşı çıxmağa, onun insanlar üçün təyin etdiyi hüquqlara riayət etməməyə kimsənin haqqı yoxdur. "Əhzab” surəsinin 6-cı ayəsində Peyğəmbərin (s) möminlərə onların özündən daha yaxın olduğu bildirilir. Belə bir haqq insana veriləsi ən böyük haqdır və İslam peyğəmbəri (s) belə bir hüquqa malik olmuşdur. Əlbəttə ki, Peyğəmbərdən (s) sonra kiminsə bu hüquqa malik olub-olmaması araşdırılmalıdır və biz bu kitabda həmin mövzunu nəzərdən keçirəcəyik. Qeyd etdik ki, Qurani-kərim və İslam təlimləri sabit ictimai qanunlar bəyan etmişdir və dəyişkən şəraitlərdə Peyğəmbərin (s) qanun vermək haqqı vardır. Bu qanunlara başqalarının əməl etməsi zəruridir. "Əhzab” surəsinin 6 və 36-cı ayələrində də qanunvericilik və icraat vəzifələri haqqında danışılır.
    Qurani-kərimdə cəmiyyətdə mövcud olan ixtilafları həll edəcək məhkəmə sistemi də nəzərdən qaçırılmamışdır. Həmin mövzuda buyurulur: "And olsun Rəbbinə, aralarındakı ixtilaflarda səni hakim təyin etməyincə, sənin hökmünə görə sıxıntı keçirmədən sənə baş əyməyincə, iman gətirməmişlər.”("Nisa”, 65)
    İslamda nəinki məhkəmə mövzusu və mühakimə vəzifəsi təsbit edilmişdir, hətta bu mövzu iman şərti sayılır. Ayədə xüsusi ciddiliklə vurğulanır ki, insanlar mühakimə üçün Peyğəmbərin (s) yanına gəlməyincə, onun mühakiməsindən qəlbən razı qalmayınca, iman gətirmiş sayılmazlar. Maraqlıdır ki, İslam peyğəmbəri (s) qeybi məlumatlar əsasında yox, başqa hakimlər kimi dəlillər və şahidlərə əsaslanaraq hökm vermişdir. Bu səbəbdən də sübutlar yetərli olmadıqda kiminsə haqqının ödənməməsi mümkün idi. Yəni mötəbər dəlillər olmadıqda haqlı tərəfin zərərinə hökm verilə bilərdi. İslam peyğəmbəri (s) buyurur: "Həqiqətən, mən sizin aranızda şahidlər və andlar əsasında hökm verirəm.” Peyğəmbər (s) ətrafındakıların nəzərinə çatdırırdı ki, o da öz hökmlərində şahidlərin dediyinə və andlara əsaslanır. Ola bilərdi ki, ədalətli bir şahid bilmədən səhvə yol verəydi. Şahid yalan dedikdə zahiri dəlillərdən onun yalanı məlum olmadıqda bu şəhadət qəbul olunurdu və həmin şəhadət əsasında hökm çıxarılırdı. Ayədə nəzərə çatdırılır ki, hətta belə bir hal yarandıqda hökmü Peyğəmbər (s) verdiyindən möminlər bu hökmə təslim olmalıdırlar. Peyğəmbərin hökmünə qarşı çıxanlar mömin sayılmır. Belə bir sual yaranır ki, qanunvericilik, icraçılıq və mühakimə ilə bağlı hazırkı ayələri nəzərdən keçirdikdən sonra, İslamın ictimai mövzulara biganə qaldığını iddia etmək olarmı? Bu ayələrlə tanış olduqdan sonra iddia etmək olarmı ki, İslam siyasətə qarışmır, ictimai məsələlərə müdaxilə etmir?!
    Maksimum və ya minimum əhatəli din
    Din və siyasətin rabitələri haqqında söhbət gedərkən bəziləri iddia edirlər ki, siyasi məsələlər dindən kənarda həll olunmalıdır. Onların nəzərincə, din insanın minimum ehtiyaclarına cavab verir. Belə ki, behiştə çatmaq, cəhənnəmdən uzaq olmaq yollarını dindən öyrənməliyik. İddia olunur ki, dünya problemlərinin həlli dinin vəzifəsi deyil. Guya bu sahələrdə bəşəriyyət öz düşüncə və elminə müraciət etməlidir.
    Bu nəzəriyyə ilə bağlı deyə bilərik ki, həyatımız dünya və axirət həyatından ibarət olsa da, dünya həyatını ikiyə bölüb, onun bir hissəsini dünyaya, o biri hissəsini axirətə aid etmək olmaz. Əslində, insan axirət həyatını elə bu dünyada qazanır. Rəvayətdə buyurulur: "Bu gün əməl günüdür, hesab yoxdur, sabah hesab günüdür, əməl yoxdur.”("Biharul-ənvar”, c. 77, s. 419)
    Bəli, din insanın səadətə çatması bu dünya həyatı ilə bağlı göstərişlər verir. İnsan dünyasını dəyişdikdən sonra göstəriş və ya göstərişə əməl faydasızdır. Sual olunur ki, bizim dünya həyatımız iki hissədən ibarətdirmi? Yəni onun bir hissəsi dünya həyatına, digər hissəsi isə axirət həyatına aiddir? Məsələn, 60 illik ömrün 30 ilini dünyaya, 30 ilini axirətəmi sərf etməliyik? Yoxsa gündüzlər dünya, gecələr axirət üçün çalışmalıyıq? Bəlkə, bir saat dünya, bir saat axirət üçün çalışmaq lazımdır? Əslində isə dünya həyatında axirətə təsiri olmayan heç nə yoxdur. Bizim bütün əməl və rəftarlarımızın axirətə təsiri var. İstər yaxşı, istərsə də pis əməllərin axirətlə rabitəsi var.
    İslam təlimlərinə əsasən, axirət səadətini elə bu dünyadakı əməl və rəftarlarla əldə etmək lazımdır. Rəvayətdə buyurulur: "Dünya axirət üçün əkinəcəkdir.”
    İnsan bu dünyada saleh əməllər əkməli, axirət aləmində bəhrə götürməlidir. Bəli, dünya həyatı axirət həyatından ayrı deyil. İnsanın bütün əməlləri, nəfəs çəkməsi, gözünü qırpması, addım atması, oturub-durması, yuxusu, baxışı, rəftarı, danışığı, qidalanması, ailə rabitələri, ictimai rabitələri, bir sözlə, bütün əməlləri insanın axirəti üçün faydalı ola bilər. Bütün bu əməllərin axirət üçün zərərli olması da mümkündür.
    Demək, insanın dünya həyatı iki ayrıca hissədən ibarət deyil. İnsanın dünya səadəti üçün fəaliyyətləri onun axirət səadəti üçün fəaliyyətlərindən təcrid olunmamışdır. Məsələn, qidalanma dünyaya aid bir işdir. Amma insan haram yeməklə cəhənnəm odunu qazana bilər. "Nisa” surəsinin 10-cu ayəsində oxuyuruq: "Həqiqətən, yetimin malını haqsızlıqla yeyənlər qarınlarına od doldururlar. Onlar tezliklə cəhənnəm oduna daxil olarlar.”
    Bəli, qidalanan insan zahirən qarnını doyurur. Əslində isə, onun yediyi şey qiyamətdə od şəklində zahir ola bilər. Amma qidalanan insan ibadət üçün sağlam və güclü olmaq məqsədi güdərsə, onun qidalanması özü ibadət yazılar. İnsanın axirət həyatına təsirsiz heç bir əməli yoxdur. Allahın razılığına münasib əməllər müsbət, Allahın razılığından uzaq əməllər mənfi təsirə malikdir. Əlbəttə ki, yerinə yetirilib-yetirilməməsi önəmli sayılmayan fərqsiz işlər də var. Hər halda həyatımız iki müstəqil hissəyə ayrılmayıb. Yəni ömür axirətə aid olan ibadətlərdən və axirətə aid olmayan dünya işlərindən ibarət deyil. Bir neçə əsr qərbə hakim olmuş bu yanlış təfəkkür tədricən müsəlman ölkələrinə də sirayət edir. Belə bir təsəvvür yaradılır ki, dinin yeri ibadətgahdır və bu yönümlü işlər yalnız axirətə təsirlidir. Qalan fəaliyyətlər isə din çərçivəsindən kənardır. Əslində isə İslamda belə bir yanaşma məqbul sayılmır. Əlbəttə ki, digər dinlər də təhrif olunanadək belə bir baxışı qəbul etməmişlər. İslam təlimlərinə əsasən, insan yaradılmışdır ki, elə bu dünyada xoşbəxtliyi əldə etsin. İnsan bu dünyadakı əməlləri sayəsində ya xoşbəxt, ya da bədbəxt olur. İlahi göstərişlər əsasında rəftar edənlər əbədi xoşbəxtliyə çatır, bu göstərişlərə qarşı çıxanlar həmişəlik bədbəxt olur.
    "Dindən nə gözləməliyik sualını cavablandıranlar məsələni dolaşdıraraq yalnız iki variant təqdim edirlər. Birinci variant budur ki, biz hər şeyi, hətta yemək bişirməyi, qidalanmağı, ev tikməyi, gəmi düzəltməyi dindən öyrənməliyik. Şübhəsiz ki, belə bir baxış səhvdir. İkinci varianta əsasən, dindən yalnız fərdlə Allah arasında olan münasibətləri, namaz və oruc kimi ibadətləri öyrənmək olar. Əslində dindən bu sayağı maksimum və ya minimum intizar düzgün deyil. Əgər söhbət maksimum intizardan gedirsə, üçüncü bir yanlış baxış da var. Bu baxış bütün məsələlərin, o cümlədən dövlətçilik və siyasət mövzularının dinə tam şəkildə ögey sayılmasıdır. Ehtiyacların təmini ilə bağlı bu araşdırmada dolaşıqlıq o nöqtədən başlayır ki, yalnız iki variant qəbul olunur. Bəs həqiqət necədir? Birinci halda hər şeyi dindən gözləmək yanlışdır. İkinci halda dindən yalnız axirət məsələlərinin öyrənilməsi də məqbul sayılmır. Qeyd etdik ki, bütün problemlərin dindən kənarda həllini də qəbul edə bilmərik. Başqa bir düzgün variant var. Axirətə təsirli məsələləri, insanın kamilliyində rol oynayan nöqtələri, Allaha yaxınlıq yollarını dindən öyrənmək lazımdır. Bütün bu problemlərin həllində din sadə bir dillə halal və haram əməlləri bəyan edir. Amma əməllərin necəliyi dinin müzakirə mövzusu deyil. Məsələn, din hansı qabda qidalanmaq məsələsinə müdaxilə etmir. Bəli, donuz əti və ya it əti yemək, spirtli içkilər içmək dində haram sayılır. Yemək və içmək dünya işi olsa da, insanın son kamilliyinə təsirli olduğundan din bu mövzularda göstərişlər verir. Qapı və ya pəncərənin hansı materialdan hazırlanması dinin işi deyil. Divara mərmər və ya kərpicdən üzlük çəkilməsi dində müzakirə olunmur. Amma göstəriş verilir ki, ev qəsb olunmuş torpaqda tikilməsin. Ev tikiləndə qonşunun həyətinin görünməməsi nəzərə alınmalıdır. Haram və sələmdən qazanılmış pulla ev tikmək olmaz. Amma din insanın hansı dəbdə geyinməsinə, hansı rəngdə parçalardan istifadə etməsinə qarışmır. Amma kişilərə göstəriş verilir ki, ipək parçadan libas geyməsinlər. İstər kişilər, istərsə də qadınlar geyimdə ayıb yerlərinin örtülməsini nəzərə almalıdırlar. Dində kişilərə qızıl zinət əşyalarından istifadə etmək haram sayılır. Amma istirahət üçün parka və ya dəniz kənarına getmək dində müzakirə olunmur. İstirahətlə bağlı şərt qoyulur ki, qumar haramdır, bu işdən çəkinmək lazımdır. Vaxtın boş, səmərəsiz keçirilməməsi dinin hökmüdür. Demək, İslam dini bütün məfhumlara dəyət baxımından yanaşır. Müzakirəyə çıxarılan mövzunun insanın kamilliyinə təsiri nəzərə alınır. Bəzən bir işin müsbət təsiri o qədər aydın olur ki, insan öz ağlı ilə onu dərk edir. Bu hallarda dini göstərişə ehtiyac qalmır. Nəzərdə tutulan hallarda Allahın hökmlərini ağıl vasitəsi ilə də dərk olar. Bu mövzu fəqihlər (din alimləri arasında "əqli müstəqil məfhumlar” adı ilə tanınır. Fiqhdə bildirilir ki, ağıl müəyyən məsələləri müstəqil şəkildə mühakimə edə bilər. Bir işin müsbət və mənfi təsirlərini nəzərə almaqla Allahın həmin işə münasibətini müəyyənləşdirmək mümkündür. Məsələn, hamı başa düşür ki, yetim bir körpənin əlindəki çörəyi zorla ondan almaq çirkin işdir. Bu barədə hansısa ayə və rəvayətə istinad etməyə ehtiyac yoxdur. Bu kimi mövzularda ağıl hökm çıxara bilir. Amma əksər hallarda ağıl bir işin xoşbəxtliyə təsirini dərk etməyə aciz olur. Hər hansı əməlin halal, müstəhəb, haram, yoxsa məkruh olduğunu din müəyyənləşdirir. Din hökm verir ki, hansı iş kamilliyə nə dərəcədə təsirlidir. Demək, dindən minimum intizar nəzəriyyəsinin tərəfdarlarının dediyi kimi, din təkcə axirət məsələləri ilə məşğul olmur. Dində ticarət, girov, icarə, izdivac, talaq, qidalanma, məskən, libas, əyləncə kimi mövzularla bağlı göstərişlər də verilir. Din hətta il və ayın hüdudlarını da aydınlaşdırır. Məsələn, il və aylar haqqında Quranda buyurulur: "Həqiqətən, Allah üçün ayların sayı göyləri və yeri yaratdığı gündən başlayaraq onun kitabında on ikidir. Bu aylardan dördü haram aylardır. Doğru din budur.("Tövbə”, 36)
    Qurani-kərimdə və İslam təlimlərində ayın səmada mənzilləri və bunun insanlara faydası haqqında buyurulur: "Səndən hilallar (ayın mənzilləri) haqqında soruşulduqda de ki, bunlar insanların istifadəsi və Həcc üçün vaxt ölçüsüdür.”("Bəqərə”, 189)
    Ayın ayrı-ayrı mənzillərdəki vəziyyəti ibadi və hüquqi məsələlərin aydınlaşdırılmasında rol oynayır. Namaz, oruc və Həcdə də ay vaxt ölçüsüdür. Hüquqi işlərdə də, məsələn, borcun ödənməsi üçün vaxt təyin olunduqda ay vaxt ölçüsü kimi götürülür.
    İndi ağıllı və insaflı insanlar özləri hökm versinlər: namaz və orucdan başlamış ticarət və beynəlxalq münasibətlərədək bütün mövzulara münasibət bildirən din minimum ehtiyaclara cavab verir, yoxsa maksimum? Din alış-veriş, girov, icarə, izdivac, talaq, ər-arvad rabitələri, ata-övlad rabitələri, müharibə və savaş, qidalanma, geyim, zinətlənmə, tikinti, əyləncə, vaxt ölçüsü mövzularında göstərişlər verir. Belə bir din siyasidir, yoxsa yox? İslam təkcə fərdi və ibadi məsələlərə müdaxilə edir, yoxsa bütün ictimai məsələlərlə bağlı hökm verir? Ağıllı adam necə iddia edər ki, donuz əti və spirtli içkilərdən istifadə insanın xoşbəxtliyinə təsir edir, amma cəmiyyətə müdiriyyət bu xoşbəxtliyə tam təsirsizdir? Doğrudanmı, Yezidin hakimiyyəti ilə Əli ibn Əbu-Talibin (ə) hakimiyyəti arasında heç bir fərq olmamışdır? Necə ola bilər ki, bu hakimiyyətlərin xalqın xoşbəxtliyinə təsiri olmasın? Cəmiyyətə müdiriyyəti, dövlətin fəaliyyətlərini təkcə dünyaya aid etmək nə dərəcədə düzgündür? Bu gün də din aktual ictimai-siyasi problemlərə münasibət bildirir. Dövrümüzdə günahsız körpələri kütləvi şəkildə məhv edən, onların başına bomba yağdıran zalım rejimlər mövcuddur. Bununla yanaşı, bütün potensialını xalqın xoşbəxtliyi, məhrumların dirçəlişi üçün sərf edən hökumətlər də var. Doğrudanmı, əks qütbdə dayanan bu iki hakimiyyətin əməlləri onların axirətinə təsirli deyil? Bütün bu sualları cavablandırmaq asandır. Sadəcə, bir qədər düşünmək lazımdır: "Həqiqətən, Allahın hüzurunda ən pis canlı karlar və lallardır. O kəslər ki, ağıllarını işə salmazlar.”("Ənfal”, 22)
    Category: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış | Added by: Islam_Kitabxanasi
    Views: 914 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024