İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış

    Kitabın adı: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış
    2011-09-03, 4:01 PM
    Üçüncü fəsil
    İslam hökumətində xalqın rolu
    Siyasi fəlsəfə qarşısında duran əsas vəzifələrdən biri hakimiyyət kürsüsünün kimə məxsus olduğunu müəyyənləşdirməkdir. Cəmiyyətə müdiriyyət kimin haqqıdır? Fərd və ya qrupa cəmiyyətə nəzarət və onda islahat haqqı verən meyar nədir? İnsanlar hansı əsasla kiməsə tabe olmalıdır? Burada araşdıracağımız mövzu "qanunilik” adlandırıla bilər. Vilayəti-fəqih nəzəriyyəsi ilə bağlı ehtimallardan danışarkən qeyd etdik ki, İslam dünya görüşünə əsasən, hakimiyyət zatən və prinsipcə Allah-taalaya məxsusdur və kimsənin bu haqda payı yoxdur. Amma Allah-taala kiməsə belə bir haqq verə bilər. Dəlillər əsasında inanırıq ki, Allah-taala İslam peyğəmbərinə (s) belə bir hüquq vermişdir. Peyğəmbərdən sonra bu vəzifəni on iki məsum imam və imam Mehdinin (əc) qeybi dövründə zəruri şərtlərə malik fəqih yerinə yetirməlidir. Görən İslam məktəbində bu haqq hamıyamı verilmişdir? "Qanunilik və qəbulolama”, "İslam hökuməti və vilayəti-fəqih üsul-idarəsində xalqın rolu” mövzularında hazırkı məsələlər araşdırılır. Bu mövzular xüsusi əhəmiyyət kəsb etdiyindən söhbətimizdə onlara xüsusi yer ayırırıq.
    Qanunilik nədir?
    Qeyd etdik ki, biz qanunilik dedikdə haqlılıq mənasını nəzərdə tuturuq. Sual olunur ki, hakimiyyət kürsüsündə oturmuş şəxs belə bir haqqa malikdir, yoxsa yox? Yəni bu şəxs fərdi ləyaqətdən əlavə hüquqi etibara malikdirmi? Onun tənzimlədiyi və icra etdiyi qanunların yaxşı-pisliyini bir kənara qoyaq. Görən bu şəxsdə qanunları icra etmək haqqı varmı?
    Yuxarıdakı izahatdan aydın oldu ki, haqqında danışdığımız qanunilik ingilis dilində "legitimlik” kimi ifadə olunur. "Legitimlik”, dedikdə qanunilik mənası nəzərdə tutulur. "Məşruiyyət” sözü də eyni mənanı bildirir. "Məşruiyyət” sözü "şəriət” sözü ilə qohum söz olsa da, o təkcə din sahəsinə aid deyil. "Məşruiyyət”, "qanunilik”, "legitimlik” dedikdə bütün siyasi fəlsəfə məktəblərində diqqət mərkəzinə hakimiyyət gəlir.
    Qeyd etdik ki, İslamda qanunilik ifadəsi Əflatun və Ərəstunun nəzərdə tutduğu qanunilikdən fərqlənir. Əflatun və Ərəstun, eləcə də, bir sıra başqa mütəfəkkirlər qanunilik dedikdə qanunun yalnız yaxşı-pisliyini, məsləhətə uyğun olub-olmamasını nəzərdə tutmuşlar. Biz qanunilik dedikdə qanunu icra edən şəxsin bu haqqa malik olub-olmamasını nəzərdə tuturuq. Mümkündür ki, qanunları icra edən fərd və ya qrup bu işi nöqsansız yerinə yetirsin və ehtiyac duyulan gücə malik olsun. Amma bizim nəzərdə tutduğumuz başqa bir nöqtədir. Bir daha vurğulayırıq ki, İslamda qanunilik dedikdə bu qanunları icraya qoyan şəxsin hansı əsaslarla seçilməsi əsas götürülür.
    Burada qanunilik ifadəsinin antonimi qəsbkarlıqdır. Qeyri-qanuni hökumət dedikdə qəsbkar hökumət nəzərdə tutulur. İslami baxımdan hətta yaxşı rəftar edən, ədalətlə davranan bir hökumət qeyri-qanuni ola bilər.
    Məqbulluq
    Məqbulluq dedikdə xalqın qəbulu nəzərdə tutulur. Əgər xalq fərd və ya qrupun hakimiyyətə gəlişinə meyl göstərərsə və nəticədə xalqın rəyi əsasında hökumət qurularsa, belə bir hökumət məqbul sayılır. Beləcə, hökumətləri və hökumət başçılarını iki qrupa bölmək olar: xalqın istəyi ilə hakimiyyətə gələnlər və xalqın məcburi şəkildə tabe olduğu hakimiyyətlər.
    Qanunilik və məqbulluğun rabitəsi
    Qanunilik və məqbulluq arasındakı rabitə qanuniliyin hansı meyara əsaslanması ilə müəyyənləşir. Əgər bir hökumətin qanunilik meyarı xalqın qəbuludursa, bu halda qanuniliklə məqbulluq bir-birinə bağlı olur. Bu yolla seçilmiş qanuni hökumət həm də məqbul sayılır. Bu halda hər məqbul hökuməti qanuni də saymaq olar. Hazırkı halda qanuni hökumətin qeyri-məqbul, məqbul hökumətin qeyri-qanuni olması mümkün deyil.
    Amma qanunilik meyarı xalqın qəbulu yox, başqa bir göstərici olsa, qanuniliklə məqbulluq arasında rabitə qalmır. Qanuni olduğu halda xalq tərəfindən qəbul edilməyən hökumətlər mövcuddur. Əksinə, elə hökumətlər də var ki, xalq qəbul etdiyi halda qanuni sayılmır.
    Demək, əsas sual budur ki, İslamda qanunilik meyarı nədir? Əgər bu sualın cavabı aydınlaşsa, xalqın bu istiqamətdə rolunu müəyyənləşdirmək mümkündür. Bu mövzunu İslam hökumətindən xalqın rolu barədə danışarkən aydınlaşdıracağıq.
    İslam hökumətində xalqın rolu
    İslam hakimiyyətində xalqın rolu ilə bağlı sual tarixi bir sual ola bilər. Yəni bu sualı cavablandırmaq üçün Mədinədə İslam peyğəmbəri (s) tərəfindən qurulmuş hökumətdən hazırda müsəlman cəmiyyətlərində mövcud olan hökumətlərə qədər dövrü araşdırmaq olar. Müəyyənləşdirmək olar ki, bu hökumətlərin qurulmasında və güclənməsində xalq hansı rolu oynamışdır. Amma bizim məqsədimiz məsələni bu baxımdan aydınlaşdırmaq deyil. Məqsəd uyğun mövzunu nəzəri baxımdan araşdırmaq, İslamın baxışını bəyan etməkdir. Qanunilik və məqbulluq barədə verdiyimiz izahatları nəzərə alsaq, qarşıya qoyduğumuz sual növbəti iki sualı cavablandırmaqla həllini tapa bilər: Hakimiyyətin qanuniliyində xalqın rolu nədir? İslam hökumətinin gerçəkləşməsində və fəaliyyətində xalqın nə kimi rolu var? Görən İslam hökuməti qanuni hökumət kimi tanındıqdan sonra xalqı məcburi şəkildə tabe etməlidir, yoxsa İslami hökumət prinsiplərinin həyata keçməsində xalqın razılığını qazanmalıdır? Xülasə şəkildə qarşımızda iki sual dayanır: İslam hökumətinin qanuniliyində xalqın rolu nədir? İslam hökumətinin gerçəkləşməsində və fəaliyyətində xalq nə kimi rol oynayır?
    Bu sualı aydınlaşdırmaq üçün İslam tarixini minimum üç dövrə bölmək lazım gəlir: İslam peyğəmbərinin (s) dövrü, məsum imamların dövrü, məsum imamın iştirakı olmayan dövr. İslam peyğəmbərinin (s) dövrü ilə bağlı demək olar ki, müsəlmanlar arasında ixtilaf yoxdur. Peyğəmbərin (s) hökumətinin xalqın rəyi ilə heç bir bağlılığı olmamışdır və onun qanuniliyi Allah tərəfindən təsdiqlənmişdir. Allah-taala özü xalqın rəyini nəzərə almadan həzrət Məhəmmədi peyğəmbərliyə seçmiş və ona hakimiyyət əta etmişdir. Bu hakimiyyətin xalq tərəfindən qəbul olunub-olunmasının onun qanuniliyinə heç bir təsiri yoxdur. Xalq peyğəmbərin hakimiyyətini qəbul etməsəydi, onun gerçəkləşməməsi mümkün idi. Qanunilik baxımından isə bu hökumət qanuni hökumət idi. Allah-taala Peyğəmbərə (s) həm peyğəmbərlik, həm də hakimiyyət haqqı vemişdi. Yəni Peyğəmbərin (s) iki bir-birindən ayrı məsuliyyəti vardı. Peyğəmbərlik məqamı və hakimiyyət məqamı. Əgər xalq həzrətin peyğəmbərliyini qəbul etməsəydi, Allah peyğəmbərliyi ləğv edəsi deyildi. Xalqın hakimiyyətə münasibəti də eyni münasibətlə üzləşəsi idi.
    Bəs Peyğəmbərin (s) hökumətində xalqın rolu nədən ibarət idi? Zahirən yenə də ziddiyət görünmür. Xalq bu hökumətin gerçəkləşməsində aparıcı rol oynamışdı. Peyğəmbər (s) bu hökumətin gerçəkləşməsi üçün xalqa heç bir zor göstərməmişdi. Əslində hökumətin əsas qurucu amili xalq özü idi. Peyğəmbərə (s) iman gətirmiş insanlar razılıq və rəğbətlə Peyğəmbərə Allah tərəfindən verilmiş hakimiyyəti qəbul edirdilər. Onlar öz təslimçiliklərini Peyğəmbərə (s) beyətlə, sədaqət andı ilə bildirirdilər. İnsan peyğəmbər hakimiyyəti yolunda canlarından və mallarından keçirdilər. Demək, Peyğəmbər (s) hökumətinin qanuniliyində rolu olmayan xalqın onun gerçəkləşməsində rolu olmuşdur. Hakimiyyət istiqamətində atılan addımların hər biri xalqın köməyi ilə gerçəkləşmişdir. Əlbəttə ki, bu işdə qeybi yardımlar və Allahın lütfü də aparıcı olmuşdur. Yalnız onu nəzərə çatdırmaq istəyirik ki, peyğəmbər hakimiyyətinin gerçəkləşməsində xalqa zor göstərilməmişdir. İslam cəmiyyətini quran müsəlmanlar peyğəmbər hakimiyyətini sevinclə qarşılayırdılar. Əlbəttə ki, narazılıq bildirən münasib qruplar da vardı. Amma bu qruplar azlıqda qaldıqlarından aşkar şəkildə müxalifət göstərə bilmirdilər.
    İstənilən bir halda, İslam peyğəmbərinin (s) dövrü ilə bağlı suallar yetərli cavabını almışdır. Bəs İslam peyğəmbərindən (s) sonra İslam hökumətinin qanuniliyi nəyə əsaslanır? Peyğəmbərdən (s) sonrakı dövrə münasibətdə müsəlmanlar arasında fikir ayrılığı var. Bu fikir ayrılığı əsasən şiələr və sünnə əhli arasında müşahidə edilir. Söhbətimizin davamında bu barədə danışacağıq.
    İslam peyğəmbərindən sonrakı hökumətin qanuniliyinə sünnə əhlinin münasibəti
    Sünnə əhli inanır ki, İslam peyğəmbəri (s) hakimiyyətə təyin olunsa da, ondan sonra hakimiyyətin qanunilik şərtləri dəyişmişdir. Onlar hökumətin qanuni sayılması üçün üç prinsipi əsas götürürlər: ümmətin icması, öncəki xəlifə tərəfindən təyinat, xilafət məsələsində nəzər sahiblərinin təyinatı.
    Sünnülər bu əqidədədirlər ki, Əbu-Bəkr xalq tərəfindən xəlifəliyə seçildiyi üçün onun hakimiyyəti qanunidir. İkinci xəlifə ilə bağlı belə düşünürlər ki, bu xəlifə birinci xəlifə tərəfindən təyin edildiyi üçün qanuni sayılmalıdır. Yəni Ömər özündən əvvəlki xəlifə Əbu-Bəkr tərəfindən seçilmişdi. Xilafət sahəsində nəzər sahiblərinin təyinatına gəldikdə, sünnə əhli bu əqidədədir ki, qövm başçıları və siyasi şəxsiyyətlər bir yerə yığışmaqla xəlifəliyə kimisə təyin edə bilərlər. Onlar Osmanın bu yolla hakimiyyətə təyin edildiyini bildirirlər. Osman altı nəfərdən ibarət şura tərəfindən xəlifə təyin edilmişdi. Sünnə əhli bu əqidədir ki, "Nisa” surəsinin 59-cu ayəsində ("itaət edin Allaha, itaət edin peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə”) xüsusi bir şəxs və ya xüsusi bir qrup yox, dövrün sultan və padşah kimi əmr sahibləri nəzərdə tutulmuşdur. Hətta sünnə əhli böyüklərindən bəziləri öz kitablarında bəyan edirlər ki, xəlifə və valiyə qarşı çıxan şəxsin qətli vacibdir. Qiyamçı xəlifə ilə müharibədə qalib gəlib onu hakimiyyətdən uzaqlaşdırsa, onun özünə itaət etmək vacib olur. Çünki artıq həmin şəxs əmr sahibi sayılır. Onlar bu göstərişlərində Quran ayəsinə əsaslanırlar. (Bu baxış "istila” nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyə imam Şafei, Ğəzali, Marudi və ibn Teymiyyə kimi sünnü alimləri tərəfindən müdafiə edilir.) Əslində bu nəzəriyyəni hakimiyyətin qanuniliyinin dördüncü əsası saymaq olar. Bir şəxs hakimiyyətə yiyələnmişsə, bu işi hansı yolla görməsindən asılı olmayaraq xalq ona itaət etməlidir və bu şəxsə qarşı çıxmaq haramdır.
    Beləcə, sünnə əhlinin Peyğəmbərdən (s) sonra hakimiyyətin qanuniliyi üçün nəzərdə tutduğu şərtləri nəzərdən keçirdik. Bir daha yada salırıq ki, sünnə əhlinin etiqadına əsasən, hakimiyyəti ya xalq seçməlidir, ya əvvəlki xəlifə təyin etməlidir, ya da siyasi şəxslər müəyyənləşdirməlidir.
    Peyğəmbərdən (s) sonra hakimiyyətin qanuniliyi ilə bağlı şiə baxışı
    İslam peyğəmbərindən (s) sonra hakimiyyətin qanuniliyi ilə bağlı şiələr iki dövr nəzərdə tutur:
    1. Məsum imamın dövrü: Bu dövr hicrətin 11-ci ilindən başlayır və 260-cı ilinədək davam edir. (Bu dövr bəzən hicri 329-cu ilədək götürülür. Aradakı fərq imamın kiçik qeyb dövrünün 1-ci dövrə daxil edilib-edilməməsi ilə bağlıdır) Peyğəmbərdən (s) sonrakı bu dövrlə bağlı şiələr arasında fikir ayrılığı yoxdur. Onlar inanırlar ki, hakim Allah tərəfindən təyin olunmalıdır. Şiələrin nəzərincə, Allah-taala Peyğəmbərdən (s) sonra hakimiyyətə 12 məsumu təyin etmişdir. Bu 12 şəxs Peyğəmbər (s) tərəfindən xalqa tanıtdırılmışdır. Şiə etiqadına əsasən, "Ulil-əmr” ("əmr sahibləri”) dedikdə bütün hakimlər yox, bir qrup şəxs nəzərdə tutulur. Şiələr bu baxışlarını mötəbər bir rəvayətlə əsaslandırırlar. Peyğəmbərdən (s) nəql olunur ki, bu ayə nazil olanda səhabələr "ulil-əmr” ifadəsinin kimə aid olduğunu soruşdular. Həmin səhabələrdən biri Cabir ibn Abdullah Ənsari olmuşdur. O Peyğəmbərin (s) yanına gəlir və belə ərz edir: "Ey Peyğəmbər (s), Allaha və Onun Peyğəmbərinə (s) itaət edilməsi ilə bağlı göstərişi anladım. Bəs "öz aranızdan olan əmr sahibləri” kimdir?” Həzrət Peyğəmbər (s) buyurur: "Ulil-əmr” dedikdə mənim 12 canişinim nəzərdə tutulur. Onların birincisi Əlidir (ə).” Sonra İslam peyğəmbəri (s) qalan 11 imamın adını birbəbir dilə gətirir. Bu rəvayət bəzi sünnü kitablarında da nəql olunmuşdur.(Sultan Əl Vaizi Şirazi, "Pişavər gecələri”, s. 975, 997)Demək, şiələr əmr sahibi dedikdə həmin 12 nəfəri nəzərdə tuturlar. Bu on iki nəfərin müştərək xüsusiyyəti onların məsum, günah və xətadan uzaq olmasıdır. Onları Peyğəmbər yox, Allah özü hakimiyyətə təyin etmişdir. Məsumların hakimiyyətə təyinində Peyğəmbərin (s) rolu yalnız bu təyinatı elan etmək olmuşdur. Allah bu təyinatla bağlı Peyğəmbərə (s) buyurur: "Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı bəyan et. Əgər bu işi görməsən peyğəmbərlik vəzifəsini yerinə yetirməmisən.”("Maidə”, 67)
    Hazırkı ayə şiələrin Qədire-Xum günü həzrət Əlinin (ə) xilafətə təyin olunması ilə bağlı əqidəsinə aydın dəlildir. Onlar inanırlar ki, Əli (ə) və ondan sonrakı canişinlər məhz Allahın göstərişi ilə hakimiyyətə seçilmişlər. Peyğəmbərin (s) isə vəzifəsi bu təyinatı elan etmək olmuşdur. Bəli, Peyğəmbərin (s) hakimiyyəti üçün qanunilik şərti sayılan mövzu məsumların da haklimiyyəti üçün qanunilik şərtidir. Qeyd etdik ki, Peyğəmbərin hakimiyyətə seçilməsində xalqın heç bir rolu olmamışdır. İmamların da təyinatında xalqın heç bir iştirakı yoxdur. Qeyd etmişdik ki, Peyğəmbərə (s) Allah tərəfindən iki vəzifə tapşırılmışdı: peyğəmbərlik və hakimlik. Yəni xalq həzrət Məhəmmədin (s) peyğəmbərliyini və hakimiyyətini qəbul etməsəydi də, bu haqlar ondan alınmırdı. Allahın peyğəmbərlə bağlı hökmü ləğv ediləsi hökm deyildi.
    İmamlarla bağlı deyə bilərik ki, onların hakimiyyətini qanuni edən Allahın təyinatıdır. Xalq bu hakimiyyəti qəbul etməsə də, ona himayə göstərməsə də, hakimiyyət haqqı onlarındır və onların dövründə başqasının hakimiyyətə sahib durması qeyri-qanunidir. Bir daha qeyd edirik ki, məsum imamların hakimiyyətə seçilməsində xalqın heç bir rolu yoxdur və bu iş Allahın işidir. Amma həmin hakimiyyət xalqa zorla qəbul etdirilmir. Peyğəmbər (s) könüllü qəbul olunduğu kimi, imamlar da könüllü qəbul edilir. İmamlar da Peyğəmbər (s) kimi öz qanuni haqlarına çatmaq üçün zora əl atmırlar. Amma xalq onlara müraciət etdikdə bu məsuliyyəti qəbul edirlər.
    Bu baxışa əsasən əziz İslam peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra həzrət Əlinin (ə) hakimiyyətdən kənarlaşdırıldığı 25 ildə başqalarının hakimiyyəti qanuni olmamışdır. Həmin dövrdə hakimiyyət haqqı həzrət Əliyə (ə) məxsus idi. Amma cəmiyyət münasibət bildirmədiyindən bu hakimiyyət gerçəkləşmədi. Nəhayət, 25 ildən sonra xalq tələb edəndə həzrət Əli (ə) hakimiyyəti qəbul etdi. Həzrət buyurur: "Əgər xalqın iştirakı olmasaydı, hakimiyyətə sahib durmazdım. Onların iştirakı mənim üçün höccəti tamamladı, üzrlər aradan qalxdı.”("Nəhcül-bəlağə”, xütbə 3)
    Demək, şiə baxışına əsasən, xalqın hakimiyyətin qanuniliyində rolu onların bu hakimiyyətin gerçəkləşməsindəki rolundan fərqlənmir. Hər iki hal tam şəkildə oxşardır.
    Bu gün bəzi şiə yazıçılar bildirirlər ki, Peyğəmbər (s) Ğədire-Xumda həzrət Əlini (ə) namizəd kimi təqdim etdi. Əgər xalqın bu namizədliyə razılığı olsaydı, həzrət hakim seçilərdi. Əlbəttə ki, tarix xalqın bu namizədliyə meyilli olmadığını göstərdi. Onlar iddia edirlər ki, Peyğəmbərdən (s) sonra hakimiyyətin qanuniliyində xalqın qəbulu şərtdir.
    Amma "Ey peyğəmbər, elan et ...” ayəsi aydın şəkildə göstərir ki, Peyğəmbər (s) Ğədir günü Əlini (ə) namizəd yox, özünə canişin kimi tanıtdırdı. "Nisa”, surəsinin 59-cu ayəsini açıqlayan rəvayətdə də bu məna təsdiqlənir. Demək, nəzərdə tutulan şiə yazıçılarının baxışı kökündən yanlışdır.
    2. Qeyb dövrü, məsum imamın olmadığı dövr: Əksər şiə fəqihlərinin nəzərincə, məsum imamın qeyb dövründə də Peyğəmbər (s) dövründə, məsum imamın iştirakı olan dövrdəki kimi hakimiyyətin qanuniliyi Allah tərəfindən bildirilir. Amma hakimiyyətin gerçəkləşməsində xalq rol oynayır. Müasir fəqihlərdən bir neçəsini istisna etsək, əksər şiə fəqihləri qeyb dövründə zəruri şərtlərə malik fəqihi şəri hakim sayırlar. İmam Mehdi (əc) tərəfindən ünvanlanmış və əlimizdə olan sənədlər bu baxışı təsdiqləyir. Yalnız bir neçə müasir şiə fəqihi ehtimal şəklində bu baxışı qəbul etmirlər. Onların nəzərincə qeyb dövründə hakimiyyət xalqa məxsusdur. Yəni fəqihin hakimiyyətini qənuniləşdirən xalqın rəyidir və fəqih xalq tərəfindən seçilir. Xalqın rəy vermədiyi hakimiyyət qeyri-qanunidir. Bu hakimiyyətin təkcə gerçəkləşməsi yox, həm də qanuni sayılması üçün xalqın beyətinə ehtiyac var.
    Əksər şiə fəqihləri belə düşünürlər ki, qeyb dövründə fəqihin hakimiyyəti imam Mehdi (əc) tərəfindən təsdiqlənir. İmam fəqihi şəxsən təyin etmir. Fəqih imamın bəyan etdiyi ümumi prinsiplər əsasında təyin olunur. Bəs yüzlərlə fəqihin olduğu dövrümüzdə bu iş necə həyata keçirilir? Şübhəsiz ki, bir hakimiyyətin yüz başçısı ola bilməz. Bir neçə hakimi olan hökumətdə hərc-mərclik baş qaldırasıdır. Demək, bu fəqihlər arasından biri seçilməlidir. Bəs bu bir nəfəri kim seçməlidir? Bu məsələ ilə bağlı bəziləri iddia edirlər ki, həmin seçim xalq tərəfindən aparılmalıdır. Yəni imamın qeyb dövründə hakimiyyət seçimində xalqın böyük rolu var. İmamın iştirakı olan dövrdə onun təyinatı Allah tərəfindəndir. Amma hakimiyyətin gerçəkləşməsində xalqın rolu var. İmamın qeyb dövründə isə seçim və xalqın rəyi rol oynayır. Fəqihin qanuniliyi Allah tərəfindəndir və bu baxımdan xalqın heç bir haqqı yoxdur. Amma hansı fəqihin seçilməsi xalqın işidir. Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, qeyb dövründə və vilayəti-fəqih üsul-idarəsində hakimiyyət seçimində xalqın üç şəkildə iştirakı ola bilər:
    1. Fəqih hakimiyyətinin qanuniliyi Allah və imam Mehdi (əc) tərəfindən müəyyənləşdirilir. Hansı fəqihin təyin olunması da imamın ixtiyarındadır. Amma hakimiyyətin gerçəkləşməsi üçün xalqın rəyinə ehtiyac var.
    2. Fəqihin hakimiyyəti imam tərəfindən müəyyənləşdirilir və imam özü fəqihi şəxsən təyin edir. Hakimiyyətin gerçəkləşməsi üçün isə xalqın rəyinə ehtiyac var.
    3. Ehtimal şəklində bəyan olunmuş üçüncü baxış budur ki, imamın qeyb dövründə fəqih hökumətinin qanuniliyi və gerçəkləşməsi xalqın ixtiyarındadır.
    İndi müəyyənləşdirmək lazım gəlir ki, bu üç baxışdan hansı İslam prinsiplərinə uyğundur. Bir daha xatırladırıq ki, hazırkı araşdırmalarda şiə baxışı və şiə imamları əsas götürülmüşdür. Amma öncə bir neçə nöqtəni nəzərdən keçirmək yerinə düşər.
    Bu işin həyata keçməsi üçün iki zəruri şərt
    Bu mövzunun araşdırılması üçün iki nöqtəni nəzərdə saxlamaq lazımdır:
    1. Araşdırmada tələsik mühakimə yürütməmək və mövcud ictimai rəydən təsirlənməmək: bu iki nöqtə hər bir araşdırmaçı, analitik üçün ciddi təhlükədir. Meyllərin mühakiməyə təsiri psixoloji baxımdan sübuta yetirilmişdir. Bəzən tədqiqatçı yalnız öz fərziyyəsini təsdiqləyəcək amilləri görür. Fiqhdə belə bir yanaşma rəy əsasında ictihad adlanır. Əgər tədqiqatda şan-şöhrət, sevilmək, ictimai rəy qazanmaq fikri varsa, eləcə də, guşənişinlik və düşmənçilik kimi amillər təsirlidirsə, araşdırmalara zərbə dəyir.
    Dövrümüzdə azadlıq və demokratiya kimi keyfiyyətlər o qədər müqəddəsləşdirilib ki, onlara tənqidi yanaşma böyük maneələrlə müşayiət olunur. Demokratiyanı haqlı olaraq tənqid etmək istəyənlər ciddi itdihamlarla üzləşir. Bu kor-koranə müdafiəçilik bəzən elə bir həddə çatır ki, qarşı tərəfin şəxsiyyəti terror edilir. Azadlıq və demokratiya ilə əlaqəli mövzuların araşdırılmasında tədqiqatçının öncədən formalaşmış fikirlərdən yaxa qurtarması çətindir. Bu gün sekulyar qərb cəmiyyətində azadlıq və demokratiya ağılagəlməz həddə bütləşdirilmişdir və onların ziddinə deyilən hər söz ciddi reaksiyalara səbəb olur. Həqiqi tədqiqatçı araşdırmanın nəticələrini şücaətlə bəyan edir, heç bir amil onu əsil təhlil yolundan yayındıra bilmir.
    2. Sadə müsəlmanların yox, din öncüllərin söz və əməllərinə istinad:
    Bəziləri elə təsəvvür edirlər ki, ayrı-ayrı müsəlmanların baxışı İslamın baxışıdır. Müsəlmanın rəyi İslamın ayağına yazılır. Baxışlarda fərq olduqda çoxluğun rəyini dinin rəyi kimi qəbul edirlər. Hətta insanların fikir ayrılığına əsaslanaraq İslamın da bir neçə baxışa malik olduğunu vurğulayırlar.
    Əslində bu üsul kökündən yanlışdır. Din haqqında söz demək üçün dindarların söz və əməlini əsas götürsək yanlış nəticələr əldə edəsiyik. Bu yanlışlıq məshiyyətdə özünü daha bariz şəkildə göstərir. Biz inanırıq ki, həqiqi məsihilik Allahın göndərdiyi dindir. Amma bu gün insanların etiqad etdiyi məsihilik bir çox təhriflərə məruz qalmışdır. Bu müddəa həm əqli baxımdan, həm də Quran ayələri vasitəsi ilə təsdiqlənir. "Bəqərə” surəsində oxuyuruq: "Allah İsaya buyurdu: "Ey İsa ibn Məryəm, xalqa sən demisənmi ki, Allahı yox, məni və anamı məbud seçin?” İsa dedi: "Sən paksan, mən öz haqqımda həqiqət olmayan bir şeyi demərəm.”("Maidə”, 116)
    Üç üqnum etiqadını, həzrət İsanın Allahın oğlu olmasını sağlam ağıl heç vəchlə qəbul etmir. Hansı ki bu gün bu etiqad məsihilərin əsas etiqadlarındandır.
    Əgər müsəlmanların söz və əməli əsasında və ya çoxluğun rəyinə istinadən İslamı tanısaq bir çox büdrəmələrə yol verərik. Məsələn, çoxluq təşkil edən sünnə əhlinin qənaətincə, Peyğəmbərdən (s) sonra məsum imam olmamışdır. Hansı ki biz şiələr başqa fikirdəyik. Biz sünnülərin və ya şiələrin yox, İslamın baxışını əsas götürməliyik. Bu baxışa əsasən əziz İslam peyğəmbərindən (s) sonra 12 imamın hakimiyyəti qanunidir.
    Demək, İslamı tanımaq üçün sadə müsəlmanlara yox, həqiqi din öncüllərinə, Quran mətnlərinə müraciət etmək lazımdır. Mötəbər kitablarda din öncüllərinin söz və əməlləri nəql olunmuşdur. Öz tədqiqatlarımızda bu nöqtəni unutmamağımız çox zəruridir.
    Məsum imamın qeyb dövründə xalqın hakimiyyətdə rolunun araşdırılması
    Öz araşdırmalarımızda öncə qeyd olunmuş iki nöqtəni nəzərdə saxlamağımız zəruridir. Artıq qeyb dövründə xalqın hakimiyyətdəki rolu ilə bağlı üç baxışdan həqiqisini seçmək vaxtı çatmışdır.
    Bizim etiqadımıza əsasən, fəqihin Allah və imam Mehdi (əc) tərəfindən müəyyənləşmiş hakimiyyəti qanunidir. Hansısa fəqihin hakimiyyətə seçimində də imamın rəyi əsasdır. Hakimiyyətin gerçəkləşməsi üçün isə xalqın rəyinə ehtiyac var. Bu müddəaya dəlillərimizi bəyan edirik:
    Biz İslam prinsipləri əsasında inanırıq ki, bütün varlıq aləminin, o cümlədən, bəşəriyyətin yaranış səbəbi Allahdır. Bütün mövcudlara varlıq libası geydirən Odur. Göylərdə və yerdə olanlar Allaha məxsusdur və Allahdır onların həqiqi maliki. "Nisa” surəsinin 131-ci ayəsində oxuyuruq: "Həqiqətən, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur.”
    İslam düşüncəsinə əsasən bütün insanlar Allahın qulu və mülküdür. Bu mülk etibar olunmuş və ya müqavilə ilə əldə edilmiş mülk deyil. Bu həqiqi bir mülkdür. Yəni vücudumuzun bir zərrəsi də özümüzün deyil. Bütün varlığımız Allaha məxsusdur. Orqanizmimizdəki bir hüceyrə də özümüzə məxsus deyil. Digər bir tərəfdən hər bir insan dərk edir ki, bir başqasının mülkündən onun icazəsi olmadan istifadə etmək olmaz. Bu iş bəyənilməyən bir işdir. Bizə məxsus olan bir şeydən başqasının icazəsiz istifadə etməsi əlbəttə ki narahtlıq yaradır. Düşünürük ki, bizə zülm olunmuşdur. Bu mühakimə hamının dərk etdiyi hazırkı qaydaya əsaslanır. Yəni hamı başa düşür ki, bir başqasının mülkündən icazəsiz istifadə etmək pis işdir.
    Demək, bir tərəfdən varlıq aləmi, o cümlədən insan Allahın mülküdür, digər bir tərəfdən, ağıl başqa birinin mülkündən icazəsiz istifadəni pis sayır. Bu iş zülümdür və heç bir insanın özünə və başqalarına münasibətdə Allahdan icazəsiz, Onun razılığı olmadan addım atması düzgün deyil. Şübhəsiz ki, hakimiyyət kimisə həbs edir, kiməsə cərimə qoyur, kiməsə ölüm hökmü verir, müəyyən məhdudiyyətlər müəyyənləşdirir. Demək hakim bütün bu işləri insanların həqiqi sahibi olan Allahın icazəsi ilə görməlidir. Əks təqdirdə hakimiyyətin zalımlığı və qəsbkarlığı ağılın hökmüdür. Əlimizdə olan dəlillərə əsasən, Allah-taala bu icazəni İslam peyğəmbərin (s), ondan sonra məsum imamlara vermişdir: "Peyğəmbər (s) möminlərə onların özlərindən daha yaxındır.”("Əhzab”, 6) Başqa bir ayədə oxuyuruq: "İtaət edin Allaha, itaət edin peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə.”(Nisa”, 59)
    Vilayəti-fəqihin, fəqih hakimiyyətinin dəlillərinə əsasən, qeyb dövründə belə bir haqq zəruri şərtlərə malik fəqihə verilmişdir. Bu şəxs Allah və imam Mehdi (əc) tərəfindən hakim təyin olunmuşdur. Amma əlimizdə belə bir dəlil yoxdur ki, adi fərdlər və müsəlmanlar da, bu haqdan yararlansınlar. Əlbəttə ki, Allah xüsusi bir şəxsi təyin etməmişdir. Kimin hakim ola biləcəyi ümumi şəkildə bəyan olunur və həmin şəxsin sifətləri açıqlanır. Amma təbii ki, bir hökuməti bir neçə hakim idarə edə bilməz. Əgər bir neçə müstəqil hakim olarsa, bu hökuməti vahid hökumət saymaq olmaz. Bu bir neçə nəfərin arasından da biri seçilməlidir. Bu seçim ayın əvvəlinin təyin olunması kimdir. Təqlid mərcəsinin seçimi də bu qəbildəndir.
    Biz bir müsəlman olaraq vəzifəliyik ki, ramazan ayında oruc tutaq. Amma ramazan ayının daxil olub-olmadığını müəyyənləşdirmək üçün ayı görmək zəruridir. Əgər ay görünsə, ramazan ayının daxil olduğu bilinir. Biz bu işimizlə ramazan ayına qanunilik vermirik. Bizim işimiz ayı ramazan ayı etmək deyil. Həqiqətən də ayın əvvəlində xaric aləmdə ay görünür. Əgər ay görünürsə, ramazan ayı daxil olmuşdur, əgər ay görünməsə, ramazan ayı da başlamamışdır. Bizim öhdəmizə buraxılan yalnız mövcud rabitəni kəşf etməkdir.
    Təqlid məsələsi də belədir. Biz bu əqidədəyik ki, dinin hökmlərini öyrənmək hər adamın işi deyil və bu işlə mütəxəssis məşğul olmalıdır. Bu sahənin mütəxəssisi müctəhiddir. Əgər bir şəxs müctəhid sorağındadırsa, bu o demək deyil ki, müctəhidə qanunilik verən həmin şəxsdir. Bizim araşdırmamızdan öncə də həmin şəxs müctəhid olmuşdur. Biz öz araşdırmamızla yalnız kəşf edirik. Demək, insanın işi səlahiyyət yaratmaq yox, səlahiyyəti kəşf etməkdir.
    Vəliyyi-fəqihlə bağlı məsələ də bu qəbildəndir. Allah və imam Mehdi (əc) tərəfindən təsdiqlənmiş hakimiyyət qanunidir. Bizimsə işimiz yalnız mövcud hakimiyyəti tanımaqdır. Beləcə, məlum olur ki, xibrə (mütəxəssislər) məclisinin nümayəndələri xalq tərəfindən seçilir və bu nümayəndələr rəhbər təyin edirlər. Bu iş mahiyyətcə səlahiyyət və qanuniliyin kəşfi deyil. Vəliyyi-fəqihin, rəhbərin qanuniliyi imam Mehdiyə (əc) aid olan bir səlahiyyətdir. Əlbəttə, bu o demək deyil ki, rəhbəri şəxsən imam Mehdi (əc) seçir. Sadəcə, rəhbərin səciyyələri imam tərəfindən bəyan olunmuşdur. Öncə qeyd etdiyimiz kimi, bu məsələ təqlid mərcəsinin tanınmasına bənzəyir. Təqlid mərcəsinin də şəxsən kimliyi yox, necəliyi Allah və imam tərəfindən müəyyənləşir.
    Müəyyənləşdirdik ki, məsum imamın qeyb dövründə də Peyğəmbər (s) və imamların dövründə olduğu kimi xalq fəqih hökumətinin qanuniliyində rol oynamır. Amma bu işin həyata keçməsində cəmiyyətin aparıcı rolu var. Fəqif hakimiyyətinin həyata keçməsi üçün şərait yaradan məhz xalq, müsəlmanlardır. Əgər xalq İslam üsul-idarəsi istəməsə fəqih bu işi zorla görəsi deyil. Peyğəmbər (s) və imam dövründə olduğu kimi fəqih də hakimiyyətin gerçəkləşdirilməsi üçün xalqın rəyini gözləyir. Digər dini hökmlərdə olduğu kimi bu istiqamətdə də xalq həm itaət göstərib qəbul edə bilər, həm də bu hakimiyyəti qəbul etməyə bilər. Bəli, tarix boyu xalq ilahi hakimiyyəti qəbul etməyə vəzifəli olmuşdur. Peyğəmbər (s) və imam hakimiyyətini tanımaq və qəbul etmək vacibdir. Bu hakimiyyətin qəbul edilməməsi günahdır və həmin günaha görə cəza nəzərdə tutulur.
    Başqa iki yanaşmanın araşdırılması və tənqidi
    İmamın qeyb dövründə fəqih hökumətinin qanuni sayılması üçün xalqın rolunu mühüm sayanlar bir neçə dəlil gəstərirlər. Onlar deyirlər ki, imamın qeyb dövründə hakimiyyət üçün heç bir qanun bəyan olunmamışdır. Onların nəzərincə, bu iş xalqın öhdəsinə buraxılmışdır. Qeyd etməliyik ki, müəyyən hallarda bir işin vacibliyi, haramlığı, müstəhəbliyi, məkruhluğu və ya mübahlığı şəriət tərəfindən bəyan olunur. Amma elə hallar da var ki, şəriət bu barədə münasibət bildirməmişdir. Həmin mövzuda ayə və rəvayət tapmaq olmur. Məhz bu məqamlarda fəqih xüsusi prinsip və qaydalar əsasında həmin işi mübah sayır. Yəni bu işlərin görülüb-görülməməsi arasında fərq yoxdur. Bəziləri elə düşünürlər ki, vəliyyi-fəqihin hökuməti də bu qəbildəndir. Onların nəzərincə, müqəddəs şəriətdə bu barədə bir söz deyilmirsə, demək həmin iş xalqa həvalə olunmuşdur.
    Bəzən də deyirlər ki, "xalq öz malına hakimdir” fiqhi qaydasına əsasən insanlar öz canları və malları üzərində hakimiyyətə malikdirlər. Onlar bu haqlarını kiməsə həvalə edə bilərlər. (Bu halda haqqı yenidən geri almaq olmur. Amma bir şəxs vəkil tutulsa, vəkalət müqaviləsini pozmaq olar.) Bu səbəbdən də, xalq qeyb dövründə özü hakim təyin etməlidir. Ümumi seçkilərin keçirilməsində də xalqın öz haqqını vəkilə həvalə etməsi prinsipinə əsaslanılır.
    Bu iki dəlili araşdırarkən sual yaranır ki, İslamda xalqın öz canına və malına hakim olması hansı mənbədə bəyan olunub? Əslində bütün müsəlmanlar bilirlər ki, insan öz malı və canı ilə istədiyi kimi rəftar edə bilməz. Biz gözümüzü çıxara bilmərik. Haqqımız yoxdur ki, əlimizi kəsək. Bizə icazə verilməyib ki, canımıza və malımıza zərər vuraq. İnsanın öz malını israf etmək hüququ yoxdur. Müsəlman bir şəxs deyə bilməz ki, məsələn, bu maşın mənimdir, od vurub yandırıram. Əgər insan öz malı və canı üzərində hakimdirsə, nə üçün intihar haram sayılır? Bəli, İslam insana icazə vermir ki, öz canına qəsd etsin. İslam dünyagörüşünə əsasən, hər bir müsəlman Allahın qulu və mülküdür. Əgər bizim bütün varlığımız Allahdandırsa, onun icazəsi olmadan addım ata bilmərik. Əgər insan öz canına və malına hakim deyilsə, bu haqqı başqalarına necə verə bilər? Öz canına və malına sahib olmayan bir kəsin cəmiyyətin işlərinə müdaxiləsi yolverilməzdir.
    Biz öz həyatımıza və başqalarının həyatına hakim olacaq qanunların tənzimlənməsi və icrasını kimə tapşıra bilərik? Bu qanunların Allah tərəfindən bəyan olunması hətta özümüzlə bağlı məsələlərdə həmin qanunlara tabe olmağımızın zəruriliyini göstərir. Bəli, hər birimiz Allahın istək və iradəsi əsasında hərəkət etməliyik.
    Fəqihə aid etdiyimiz bu vilayət, hakimiyyət Allahın təyin etdiyi hakimiyyətdir. Fəqihə vilayət verən xalq deyil. Xalq öz malına və canına hakimdir deyə ona vilayət və hakimiyyət təyin etmək haqqı vermək həmin hökumətin qanuniliyi üçün bəs etmir. Tutaq ki, bir şəxs fəqihi yox, məsələn, bir mühəndis və ya həkimi hakim seçdi. Məgər bu hakimiyyət Allah və onun Peyğəmbəri (s) tərəfindən qanuni sayılacaqmı? Xalqın rəyi hökumətin qanuniliyi üçün bəs etmir. Əgər Yezid, Harun Ər-Rəşid, Rzaxan kimilərinin hakimiyyəti xalqın rəyini alarsa belə, həmin hökumətlər Allah və onun Peyğəmbəri (s) tərəfindən qanuni sayılmaz.
    Bəzi dini şəxsiyyətlər hakimiyyətin qanuniliyi üçün xalqın rəyini əsas sayır. Onlardan soruşmaq lazımdır: Əgər bir gün xalq vilayəti-fəqihdən üz çevirsə, vilayəti-fəqih öz qanuniliyini itirəcəkmi? İslam da həmin fikirdədirmi? Bəziləri böyük inqilab rəhbəri imam Xomeyninin (r) "ölçü xalqın rəyidir” buyuruğunu əsas götürərək iddia edirlər ki, xalq vilayəti-fəqihə səs verməsə bu səslər əsas götürülməlidir. Əslində isə imamın buyuruqları vilayəti-fəqihin qanunilik baxımından müzakirəyə çıxarılmayacaq bir mövzu olduğunu göstərir. Bu səbəbdən də konstitusiyada vilayəti-fəqih dəyişməz bir prinsip kimi qeyd edilir.
    Digər bir tərəfdən iddia edilir ki, Allah-taala tərəfindən imamın qeyb dövründə hakimiyyətlə bağlı göstəriş verilməmişdir. Buna görə də həmin məsələ xalq tərəfindən həll olunmalıdır. Biz vilayəti-fəqih prinsipini bundan sonrakı söhbətlərimizdə sübuta yetirərkən hazırkı baxışın əsassız olduğu aydınlaşacaq. Əlimizdə yetərli dəlillər var ki, qeyb dövründə hakimiyyətlə bağlı vəzifələrimiz tam müəyyənləşdirilmişdir.
    Bəziləri də ilkin İslam dövründə özünə yer almış beyət, sədaqət andı məsələsini qabardaraq bu yolla xalqa seçim haqqı verməyə çalışır. Məsələn, bildirirlər ki, həzrət Peyğəmbər (s) Ğədire-Xumda xalqın həzrət Əliyə (ə) beyət etməsini istədi. Onlar vurğulayırlar ki, əgər xalqın rəyinin həzrət Əlinin (ə) hakimiyyətinin qanuniliyinə heç bir təsiri yox idisə, nə üçün onlardan beyət istənilirdi?
    Amma beyət mövzusunu yetərincə araşdırdıqda məlum olur ki, beyət beyət edən şəxsin itaət üçün əhdidir. Yəni beyət edən şəxs hakimlə həmkarlığa hazır olduğunu bildirir. Beyət məsələsinin əslində hakimiyyətin qanuniliyinə heç bir aidiyyatı yoxdur. Bir şəxsin qəsbkar hakimə də beyət etməsi mümkündür.
    Söhbətlərimizin nəticəsi bu olur ki, mötəbər dini mənbələrə əsasən, vəliyyi-fəqihin qanuniliyini məsum imam təsdiqləyir. Bu hakimiyyətin qanuniliyinə heç bir təsiri olmayan xalq onun həyata keçməsində aparıcı rol oynayır. Peyğəmbər (s) və məsum imamların hakimiyyətinin qanuniliyində də xalqın rəyi eyni təsirə malik olmuşdur.
    Category: Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış | Added by: Islam_Kitabxanasi
    Views: 1222 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024