İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Tarixi və dini bəhslər (şübhələrə cavab)

    Tarixi və dini bəhslər (şübhələrə cavab)
    2011-09-10, 3:40 PM
    MÜQƏDDİMƏ
    İslam müxalifətçiləri və istismarçılar hər gün müxtəlif planlarla öz bədxah niyyətlərini həyata keçirməklə müxtəlif vasitələrlə və hansı yolla olursa-olsun İslamın və müsəlmanların tərəqqisinin qarşısını almağa çalışırlar. Onların təsir yollarından biri də müsəlmanların birliyini pozmaq, onlar arasında ayrı-seçkilik salmaq və nifaq yaratmaqdır. Bir vaxtlar istismarçıların xarici işlər nazirliyindən biri belə dedi: "Zəruridir ki, Quranın müqəddəsliyi müsəlmanlar arasında aradan getsin, azanın səsi minarələrdən kəsilsin və müsəlmanların ən böyük konqrəsi olan Məkkə (həcc) tətil olunsun. Yalnız belə olan halda müsəlmanların mövcudiyyəti aradan gedər(Britaniyanın keçmiş xarici işlər naziri Qladstonun sözü.)”.
    Son zamanlar yeni müstəmləkəçiliyin vücuda gəlməsi ilə istismarçıların uzaq ölkələrə ayaqları açılmış və mühəqqiqlər seli İslam ölkələrinə üz gətirmişlər.
    Əvvəlcə şərqşünaslıq adı altında millətlərin və tayfaların müxtəlif ruhiyyələrini öyrənməyə başlayırlar. Belə ki, Mister Henfer kimi şəxslər illəlrlə müsəlman alimləri arasında ruhani libasında oxumuş və müsəlmanlar arasında təfriqə salmaqla məşğul olmuşdur.
    19-cu əsrdən belə istismarçılar "qondarma dinlər” düzəltməklə məşğul olublar. Onların xidmətləri nəticəsində İranda "bəhaiyyət” və "babiyyət”, Sudanda "Qadyanilər”, Şimali Afrikada "Sunusigəri”, Hindistanda "Əhmədiyyə” və "Kəramətiyyə”, Ərəbistanda isə vəhhabilik firqələrini yaradırlar.
    Əziz Azərbaycan ölkəsi Quranın və Əhli-beyt (əleyhimussəlam) aşiqlərindən və dost tutanlarından sayılır. Bu ölkənin 7 milyonluq cəmiyyətinin 80%-ini şiələr və Əhli-beyt (əleyhimussəlam) tərəfdarı təşkil edir. Azərbaycan xalqının 70 il ərzində İslami mərkəzlərdən və Quranın qurucu təlimlərindən uzaq düşməsinə baxmayaraq, indi də bu dinin əhkamlarından daha geniş şəkildə faydalanmağa qüdrəti vardır. Bu ölkə müsəlmanları İlahi mərifətinə lazımi şəkildə yiyələnməyə can atırlar. Çünki onlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiyi əsl İslamın, Quranın və itrətin aşiqləridir.
    Aydındır ki, 70 il ərzində dini aşkar şəkildə yaymağa imkanı olmayan bu əhali indi bu boşluğu doldurmağa çalışır.
    Son zamanlar əhalinin Allahı tanımaq ruhiyyəsindən sui-istifadə edən bir dəstə çoxlu xərc çəkməklə çalışır ki, müsəlmanları özlərinin doğru əqidələrindən uzaqlaşdırsınlar. Təbiidir ki, belə bir vəziyyətdə elm əhlinin və İslama dərindən ürək yandıranların ağır məsuliyyətləri vardır.
    Bu kiçik kitab müqəddəs hədəflə - Allahın razılığını ələ gətirməkdən ötrü Azərbaycanın ixlaslı övladlarından biri, mühəqqiq və İslamşünas Faiq Vəli oğlunun vasitəsi ilə təhqiq olunmuşdur. Bu təhqiq işi parlaq çıraq kimi öz həmyerliləri arasında nurlanmaqdan ötrü təqdim olunub. Ola bilsin ki, bununla da öz ağır vəzifəsinin bir qismini Allah dərgahında yerinə yetirə bilsin.
    Qarşınızdakı bu kitab Azərbaycanın mömin müsəlman alimləri və institut tələbələri tərəfindən şiələrin ali mərceyi təqlidi Ayətullahil-üzma Şeyx Mühəmməd Fazil Lənkəranidən etdikləri xahişə əsasən, tənzim olunmuşdur. Ümidvarıq ki, bu sahədə bundan daha geniş şəkildə təhqiqatlar aparılsın və müsəlmanların ixtiyarına qoyulsun.
    Bu kitabın bütün mətləblərini mən oxumuşam və yazının bəyan tərzi tamamilə səhihdir. Bəzi yerlərdə müxtəsər islahlar və məsləhətlər verilmişdir. Ümidvaram o ölkənin müsəlmanlarına da bu təhqiq fayda versin. Uca Tanrıdan müəllifin, naşirin və oxucunun tofiqini istəyirəm.
    Qum. Doktor Əqiqi Bəxşayeşi
    Avqust. 2000-ci il
    1421-ci hicri qəməri ili
    MÜƏLLİFDƏN
    Qurani-Məcid buyurur:
    "O kəslər ki, sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! ("Zumər” surəsi, 18-ci ayə)
    İslam dini ağıla, məntiqə əsaslanan və bəşərə xoşbəxtlik gətirən İlahi bir dindir. İnsan öz-özünə yaranmayıb. Onun bir yaradanı var və o Yaradan bəşəri səadətə çatdırmaqdan ötrü xüsusi qayda-qanunlar qoymuşdur.
    Bütün şiə alimlərinin əqidəsinə əsasən, İslamın əsl prinsiplərindən biri də budur ki, hər kəs dinin "əsli”ni (Üsuliddini)(Dinin əsli beşdir: 1. Tövhid; 2. Ədl; 3; Nübüvvət; 4. İmamət; 5. Məad.) təqlid yolu ilə deyil, ağıl və dəlillə qəbul etməlidir. Hər kəsin öz ağlı səviyyəsində Allahı, Onun ədalətli olmasını, Peyğəmbərini, məsum İmamları və Qiyaməti qəbul etməkdə dəlili olmalıdır. Bu yolda ağıl və bilik sahiblərindən məsləhət almaq və onların dəlillərindən faydalanmaq heç də qadağan deyildir. Doğurdan da, hər hansı bir şəxsin kiminsə dediyi dəlil və məntiqdən düzgün yolla nəticə alması, heç vaxt qəbahət sayılmaz.
    Haqqında bəhs edəcəyimiz mövzu, hazırkı dünyada özünəməxsus rol oynayan bəzi firqələr, onların yaranma tarixi və fəaliyyətləri, o cümlədən onlar barəsindəki həqiqətlərdən söz açmaqdan ibarətdir.
    Hər hansı bir məzhəbin yaranma və meydana gəlmə tarixini, o cümlədən nə dərəcədə haqlı olduğunu araşdırmaq hər bir müsəlmanın əsas vəzifələrindən biridir. Bu işdə də tarixi mənbələri araşdırmağın çox böyük təsiri vardır.
    İslamda dörd sünni məzhəbinin yaranmasının əsl səbəbini açıqlayıb əziz müsəlman qardaş və bacıların nəzərinə çatdırmağı özümə vəzifə borcu hesab edirəm. Onu da qeyd etmək lazımdır ki, bu kitabda yazılan hər bir mətləb tarixi sənədlərə və faktlara əsaslanır. Həqiqət nə qədər acı olsa da, deyilməlidir. Bəzən insan məlumatsızlıq üzündən və ya dünya malının şirinliyinə görə əqidəsində elə səhvlərə yol verir ki, daha ondan ötrü dünya və Axirətdə bağışlanmağa yer qoymur. Hər bir fikir və iddia dəlil və fakt əsasında olmalıdır. Ona görə də əvvəldə zikr etdiyimiz ayəni bu sözə ən gözəl şahid kimi göstərə bilərik. Ən yaxşı söz, əsl həqiqətdə ən düzgün əqidədir. Allahdan diləyimiz budur ki, bizləri Axirət dünyasına üzü qara aparmasın! Əqidəmiz sağlam əql, düşüncə və dəlil əsasında olsun!
    Faiq Vəlioğlu
    MÜXTƏLİF İSLAMİ MƏZHƏBLƏRİN YARANMASINA QISA BİR BAXIŞ
    Əvvəlcədən bunu da qeyd etməliyik ki, əsl həqiqətə əsaslanan, bütün əhkam və əqidəsi Quran, sünnət, ağıl və məntiqə əsaslanan şiə məzhəbi heç də sonradan və kiminsə əli ilə yaranmayıb. Şiələr İslam meydana gələn gündən olublar. Onlar Allahın göndərdiyi bütün qanun-qaydaları və Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhih sünnətini qəbul edirlər. Həmçinin, şiələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) özündən sonra təyin etdiyi hər cür çirkinlik, günah, xəta və səhvlərdən uzaq olan on iki məsum İmamın o Həzrətdən sonra mütləq rəhbərliyinə etiqad bəsləyir və onların göstərişlərinə əməl edirlər. Bəs, şiənin sonradan necə yaranıb vücuda gəlməsi bəhsinin özü düzgün olmaz. Çünki şiə - yəni, əsl həqiqi İslam, şiə - yəni, həqiqət tərəfdarı, şiə - yəni ağıl, məntiq və tutarlı dəlillərə əsaslanan və hər bir zamanda İslam dininin əsl çöhrəsini canlandıran, həmçinin, heç vaxt zillət və zülmü qəbul etməyə razı olmayan, əqidəsini, imanını hər hansı maddiyyata satmayan əsl İslam.
    Bu günə kimi dünyada heç bir məzhəbin başbilən alimləri, şiə alimlərinin "bir stol arxasında oturub hər kəsin öz əqidəsi barəsində doğru dəlilini sübut etməsi iddiasına” cavab verməyiblər. İstər müsəlman və istərsə də qeyri-müsəlmanlardan olan məzhəb iddiaçılarından heç birinin bu işə girişməyə cürətləri olmayıb. Həmişə uzaqdan-uzağa şiələr barəsində böhtanlar yaymış və heç bir əsas olmadan əsl İslam carçılarının üstünə pərdə atmaq istəmişlər. Tarix səhifələrini diqqətlə araşdıran hər bir şəxs, bu həqiqəti yaxşıca dərk edər. Hətta iş o yerə çatır ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından yarım əsr keçməmiş, onun qucağında böyüyən və müsəlmanların məsum İmamı kimi Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən elan olunan övladı İmam Hüseyn əleyhissəlamı zəmanəsinin şərabxoru, özünü İslam xəlifəsi sayan Yezid kimi şəxslər "xarici” adı ilə şəhadətə çatdırır.
    Nə isə, bu barədə bəhs etməkdən ötrü xüsusi kitablar lazımdır. Bizim əsl hədəfimiz başqa şeydir. Necə oldu ki, İslam dini dörd məzhəbə parçalandı? Bunun səbəbini qısaca olaraq dörd dəlillə isbat etmək olar.
    Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından təxminən iki əsr sonra yəni hicrətin 150-ci ilində Hənəfiyyə, 179-cu ilində Malikiyyə, 204-cü ilində Şafiiyyə və 241-ci ilində Hənbəli məzhəbləri vücuda gəlirlər. Sonralar isə onlarca İslam məzhəbi meydana çıxır və hər biri özünün haqq olmasını iddia edir. Təxminən hicrətin yeddinci əsrində İslam firqələri həddini aşdığına görə Misir padşahı Məlik Zahirin əmrinə əsasən, bu dörd məzhəbdən başqa bütün İslam məzhəbləri qadağan olunur. Bəzi tarixçilər bu məzhəblərin vücuda gəlməsini belə izah edirlər.
    Birinci: İslam dövləti Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir müddət sonra müxtəlif xırda dövlətlərə parçalanır. Təbiidir ki, hər dövlətin alimləri öz ölkələrinin siyasətinə tabe olur və o dövlətin iddia etdiyi məzhəbi müdafiə edirdilər.
    İkinci: Müctehidlərin müxtəlif dəstələrə bölünməsi, hər bir dəstənin xüsusi şəri məktəb təşkil etməsi, özləri üçün başqa məzhəblərin iddiasını rədd etməkdən ötrü xüsusi şagirdlər hazırlamaları, hər bir dəstənin özlərinin haqq olmasını iddia etməsi və bununla da, əsl elmi müstəqillik ruhiyyəsinin ölməsi səbəb olur ki, hərə özü üçün bir məzhəb təşkil etsin.
    Üçüncü: Bəzilərinin müctehidliyə elmləri çatmadığı və ləyaqətləri olmadığı halda fətva və hökm vermələri, onlardan ötrü isə heç bir qayda-qanunun olmaması! Nəhayət, dördüncü əsrdən dində ictihad (yəni, elmi rəyin və müctehid olmağın) qapısının bağlanması(Şiələr heç vaxt elmi rəy və ya müctehidlik qapısını bağlamamış və indi də Quran, sünnət, rəvayət, ağıl və məntiq üzrə olan müctehidləri qəbul edir.) və yalnız hər kəsin öz başçılarının sözlərinə kifayət etmələri. Yəni, əgər məsum olmayan hər hansı məzhəb başçısı nə deyibsə, odur. Daha bizim yenidən bu barədə təhqiq aparıb onun səhvlərini düzəltməyə ixtiyarımız yoxdur. Yəni Qiyamətə kimi, heç bir isməti olmayan, xəta, səhvlərdən uzaq olmayan bir şəxsdən təqlid etmək!
    Dördüncü: Din alimləri arasında "özlərini öymək” (mənəm-mənəmlik) həsədlik və müxtəlif əxlaqi xəstəliklərin çoxalması! Elmi sahədə çalışmaq ruhiyyəsinin ölməsi, alimlərin bir-birinə etimadlarının zəifləməsi, istədikləri şəxsin elmi məqamını təhqir edib aşağı salmaları və ya istədiklərini mənsəb başına qoymaları("Fiqhul-Müqarin”in nəqlinə əsasən "Xülasətül-təşriul-İslami”, səh. 341.).
    Bütün bunlar səbəb olur ki, müxtəlif firqələr vücuda gəlsin və hər kəs özünün iddiasını irəli sürsün.
    ƏRƏBİSTAN
    Ərəbistan dünyanın ən böyük yarımadalarından biridir. Coğrafi mövqeyinə görə dünyanın cənub-qərbi Asiya qismətində yerləşir. ölkənin ətrafını Fars körfəzi, Omman körfəzi, Ərəb dənizi, Ədnan körfəzi və Qırmızı dəniz suları əhatə edib. Şimal tərəfdən geniş ərazidə İraq və İordaniya ölkələri ilə həmsərhəddir. Bu yarımada üç milyon kv km məsafəsi ilə İrandan təxminən iki dəfə, Fransadan 6 dəfə, İtaliyadan 10 dəfə və İsveç ölkəsindən 80 dəfə böyükdür.
    Torpaq sahəsinin çox qismətləri səhralıq və oturaq tayfaların yaşadığı məskənlərdir. Əksər əlaqələri başqa ölkələrlə dəniz vasitəsilə ələ gəlir. Səhralardan əlavə yaxşı məhsul verən dağları və rütubətli torpaqları vardır.
    ƏRƏBİSTANIN ƏHALİSİ
    Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alih) əsrində Ərəbistanın əhalisi özünün qara xətlə yazılmış tarix səhifələrini yaşayırdılar. Əhali hər bir sahədə cəhalətdə idi. Yaşayış bu xalq üçün öz qiymətini əldən vermişdi. İllərlə davam edən cahilanə cənglərdən və xurafat adətlərdən əhali cana doymuşdu.
    Köçəri ərəblər qüdrətli hökmdarlar qarşısında baş əymirdilər. Hər kəs öz qəbiləsinin qanunları ilə rəftar edərdi. Buna görə də, başqa millətlərə zülm etmək, hətta başqa qəbilələrdən oğurluq, qarət, namusa sataşmaq, yalan və xəyanət etməyi heç də pis iş saymırdılar. Bununla bərabər ərəb tayfaları qonaqpərvər və qənaətlə yaşayan insanlar idilər. Günlərinin çoxunu səhralarda keçirər, cahilanə şerlər yazar, öz dəvələrinə onlarla ad qoyar, əfsanələr xəlq edər və şəmşirlərini öz qüdrətləri hesab edərdilər. Köçəri ərəblərin rəsmi surətdə hökuməti olmayıb və bu tayfalar heç bir hökumətə də tabe olmayıblar. Onların cəmiyyətini qəbilələr və tayfalar təşkil edirdilər. Hər bir qəbilə onlarca ailədən təşkil olunmuşdu. Qəbilənin başçısı olardı. Adətən bu başçılar ağsaqqal kişilərdən təşkil olunar və tayfa fəqət onun hökmünə əməl edərdi.
    Qəbilə başçısı öz məqamını özünün şücaəti, qəhrəmanlığı və ən əsas cənglərdə yaxşı iştirakı ilə ələ gətirərdi. Bundan əlavə, qəbilə başçısı tayfa arasında olan çaxnaşmaları və ixtilaflı məsələləri həll edərdi. Qəbilə başçısı tənha hökm vermək hüququna malik deyildi. O, həmçinin, mühüm məsələlərdə yüksək məqamlı ailə başçılarını bir yerə yığıb onların nəzərini öyrənərdi.
    Qəbilə başçısı öldükdən sonra qəbilənin ağsaqqalları bir yerə yığışıb onun naibini bu məqama təyin edərdilər. Əksər hallarda əvvəlki qəbilə başçılarının övladları ya da onların yaxın qohumlarından bu məqama seçilərdi. Bəzən bu məsələyə görə uzun ixtilaflar irəli gələr, nəhayət cəngə səbəb olardı.
    Azad olunmuş qullar da öz hüquqlarını saxlamaq üçün çox vaxt qəbilə başçısı ilə qohum olardılar.
    VƏHHABİYYƏT ÖZÜNÜ "SƏLƏFİYYƏ”NİN DAVAMÇISI HESAB EDİR
    Vəhhabiyyət öz əqidəsinin əslini "Hənbəliyyə”nin yaratdığı "Sələfiyyə” və ya "əhli-hədis” firqəsinə nisbət verirlər.
    Əsl məsələ budur ki, özlərini "Sələfiyyə” adlandıran bir dəstə alim o cümlədən Əhməd ibni Hənbəli (161-241-ci hicri ili) Quran ayələrində və hədislərdə Allahın sifətləri barəsində olan xəbərləri qəbul edirlər. Lakin onların mənasında heç bir batini ifadəyə etiqad bəsləmirlər. Əslində onların əqidəsi Allahı cisim şəklində təsəvvür etməyə gətirib çıxarır. Məsələn, onların etiqadına əsasən, ayələrdə Allah barəsində qeyd olunan "yəd” (əl) həmin lüğəvi mənasında işlənməlidir. Lakin bu əlin hansı şəkildə olmasını mənalandırmağa heç kəsin haqqı yoxdur.
    Halbuki, bu dəstənin müqabilində şiələr və başqa məzhəblər belə olan qeydləri batini mənalarına - yəni adi insanlar içində işlənən ifadə ilə mənalandırırlar. Həmin "yəd” (əl) barəsində belə qeyd olunur: Allah cisim deyil ki, əli də olsun, əksinə, "əl”dən məqsəd həmin "qüdrət”dir.
    Əhməd ibn Hənbəli bu əqidəni daha şiddətlə davam etdirir. Hətta iş o yerə çatır ki, İslam firqələri arasında Əhməd ibn Hənbəlini "Əhli hədis” (Sələfiyyə) firqəsinin imamı adlandırırlar. Əhməd ibn Hənbəli hədis və ayələr əsasında İslam dininin əsl əqidəsini yazır və kəlam elminə məşğul olmağa icazə vermir. Sonralar başqa əhli-sünnət firqələri Hənbəlinin nəzərini rədd etməyə başlayırlar. Belə ki, Əbülhəsən Əşəri əqli və dəlili qəbul etməyən Hənbəli firqəsindən çıxıb təzə məzhəb meydana gətirir və bu məzhəbdə əqli və məntiqi əsl bilir. Buna görə də bir çoxları Əşərinin ardınca gedirlər. Beləliklə, Əşəri firqəsi vücuda gəldikdə əhli-hədis (Hənbəliyyə) unudulmağa başlayır. Lakin tamamilə aradan getmir. Nəhayət, bu məzhəb (Hənbəli) hicrətin 6-cı əsrində Hənbəli alimlərindən sayılan Əhməd ibn Teymiyyə Hərrani Diməşqinin (728-ci ildə vəfat edib) vasitəsilə təbliğ olunmağa başlayır. İbni Teymiyyə Əhməd ibn Hənbəlinin Allahın sifətləri barəsində olan xəbərlərini olduğu kimi ifadələndirir və bu əqidəni "Sələfiyyə” adlandırır. Bununla belə, İbni Teymiyyə həmin əqidədən əlavə özündən təzə etiqadlar vücuda gətirir və bu etiqadı da "Sələfiyyə” firqəsinə nisbət verir. Bu etiqadların xülasəsi aşağıdakılardan ibarətdir:
    1. Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etməkdən ötrü səfər etmək bidət və şirk sayılır.
    2. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhli-beytinə və Allah yanında yüksək məqamları olanlara təvəssül etmək, o cümlədən onlardan yadigar qalan şeylərə təbərrük etmək tövhidlə düz gəlmir və şirkdir.
    3. Əhli-beyt (əleyhimussəlam) barəsində nəql olunan çoxlu rəvayətləri, hətta "Sihah” müsnədlərdə və Əhməd ibn Hənbəlinin kitabında olan hədisləri inkar edir.
    Beləliklə, İbn Teymiyyə vəhhabiyyətin vücuda gəlməsi üçün zəminə yaradır.
    Category: Tarixi və dini bəhslər (şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 664 | Downloads: 0 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024