İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Əmmar Yasirin həyatı

    Əmmar Yasirin həyatı
    2012-07-18, 12:44 PM

    ÖN SÖZ
    İnsanı böyük ruhların əzəməti qədər təsir altında saxlayan ikinci bir şey yoxdur. Hər bir gənc ideal, nümunə axtarışındadır. O bu idealı meyar və rəhbər seçməklə "necə olmaq” və "necə yaşamaq” suallarına cavab arayır. Böyüklər də belədirlər. Amma ideallar uşaqlıq və gənclik dövründə insana daha çox təsir edir.
    İslam tarixi hər biri bir dünya əzəmət paklıq və qəhrəmanlığa malik olan simalarla zəngindir. Həzrət Peyğəmbərin (s) imanlı və fədakar səhabələri, Əmirəl-mömininin ixlaslı dostları, digər imamların (ə) təqvalı şagirdləri və yaxınları hər biri öz növbəsində bizi mənəviyyata ruhlandırır və şəxsiyyətimizi ilahiləşdirir.
    Bu simalar arasında Əmmar Yasir bariz mömin şəxsiyyətlərdən, risalət və vilayət yolunda fədakar və vəfalı insanlardandır. İlkin İslam dövrü müsəlmanlarının qəhrəmanlıq tarixi və Əli (ə) aşiqlərinin fədakarlığı bu şəxsin şücaətləri ilə bəzənmişdir.
    Əlinizdəki kitabça Əmmarın həyatının müxtəlif mərhələlərinə bir baxışdır. Ümid edirik ki, ümmətimizin pak və fədakar gəncləri həqiqətin müdafiəsi səhnələrində və çirkinliklərlə mübarizə meydanlarında Əmmar Yasir kimi ideallara iqtida edəcəklər. İndi isə haqq və vilayət yolunun bu şəhidinin nurani bioqrafiyasını nəzərdən keçirək.
    Qum, Cəvad Mühəddisi 1998-ci il, bahar


    ŞƏHADƏT OCAĞI
    Bəzən hadisələr insanların tərəqqisi üçün münasib şərait yaradır, İlahi təqdir insana əbədi səadət nəsib edir. Əmmarın müsəlman olması da bu kimi hadisələrdəndir.
    Uzun illər Yəmənə hakim olmuş quraqlıq və fəqirlikdən sonra bu məntəqədə həyat canlanmağa başlayırdı. Yasir digər iki qardaşı ilə birlikdə, qəhətlik ucbatında onlardan ayrılmış başqa bir qardaşlarını axtara-axtara Məkkəyə gəldi. Onlar qardaşlarını tapa bilməyəcəklərinə əmin olduqdan sonra geri qayıtmaq qərarına gəldilər. Amma Yasir Məkkədə qalası oldu.[İbn Səid, "Əl-təbəqat,” c. 4, səh. 136 ] Zaman ötdü. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzumi ilə həmpeyman oldu və onun pak kənizlərindən biri ilə evləndi. Bu kənizin adı Süməyyə idi. Bu izdivacdan Əmmar dünyaya gəldi.[Mamacani, "Tənqihul-məqal”, c. 2, səh. 320 ]
    Əmmar zülmün ayaq tutub yeridiyi cəmiyyətdə böyüyürdü. Məzlum kütlələr onları bu zülmətdən çəxaracaq ilahi xilaskarın zühurunu gözləyirdi. Nəhayət, Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçildi. Əmmar ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Bu ailə Peyğəmbərlə (s) çiyin-çiyinə müqavimət, səbr və fədakarlıq tarixi yaradırdılar.
    Hicazın isti və yandırıcı səhrası, günortanın qaynar günəşi Yasir və Süməyyənin qəhrəmanlığına şahid idi. Bu pir kişi və qoca qadının iman və əqidə yolunda çəkdiyi işgəncələr daşı əridirdi. Hər gün onları işgəncə içində görən girami İslam Peyğəmbəri (s) bu mətin insanları behiştlə müjdələyir, onları səbrə dəvət edirdi.["Əyanüş-şiə”,s. 8. səh, 373 ] Bu səhnəni müşahidə edən Qüreyş müşrikləri işgəncələri daha da artırırdılar. Yasirlə Süməyyə isə gözlərini peyğəmbərin dodaqlarına dikib, onun dilindən Allah kəlamını dinləmək şövqündə idilər.
    Yasir ailəsinin səbr və müqaviməti müşrikləri heyrətə gətirdi və nəhayət, bu iki əzəmətli insan Əbu-Cəhl və onun köməkçilərinin şallaqları altında şəhadətə çatdılar. Onlar İslamın ilk şəhidləri idilər. Yasir və Süməyyə Ərşe-Əlaya qovuşdular və İslam tarixinin səhifələrini qanları ilə rənglədilər.
    Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid oldu. Öz əzizlərini müdafiə etmək gücündə olmayan Əmmar dərin iztirab keçirirdi. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur oldu. Amma onun qəlbi Allaha iman və eşqlə dolu idi. Onu küframiz sözlər deməyə məcbur etdilər. O, Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil oldu və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyəndi.[Bax: "Nəhl”, 106 ]


    HƏBƏŞƏ VƏ MƏDNƏYƏ HICRƏT
    Əmmar Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə mühacirət edənlər arasında idi. Bu dəstə canını Qüreyşilərdən qorumaqdan əlavə, hicrət etdikləri yerdə İslamı təbliğ etməli idilər.
     İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra Əmmar da mühacirlərlə birliklə Həzrətə (s) qoşuldu. O Mədinə məscidinin tikintisində Peyğəmbər (s) və müsəlmanlara kömək edirdi. Tikinti işində Əmmar iki nəfərin işini görür, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona buyurdu: "Əmmar! Özünü bu qədər zəhmətə salma.” Əmmar dedi: "Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm.” Həzrət (s) əlini Əmmarın çiyninə qoyub buyurdu: "Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.”["Əyanüş-şiə”, c. 8, s. 373 ]


    ƏMMARIN FƏZILƏTLƏRI

    Əmmar böyük fəzilətlər sahibi idi. Mütəvatir, mötəbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündə Əmr ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir. Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar şəhid olana qədər səhabələrdən bəziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.
    Həzrət Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildəndilə gəzir. Həzrətin (s) sözləri Əmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün könüllərdə özünə yer tapır.
    Həmin vaxtlar Əmmarla Osman arasında mübahisə baş verir. Peyğəmbər (s) bu barədə eşidib buyurur: "Əmmardan nə istəyirlər? Əmmar onları behiştə dəvət edir, onlar isə Əmmarı cəhənnəmə sürükləyirlər. Əmmar mənim üçün iki gözümün arası kimidir.”["Əyanüş-şiə”, c. 8, s. 373 ] Digər bir buyuruğunda Həzrət (s) Əmmarın uca məqamını belə işıqlandırır: "Əmmar başdan-ayağa imanla doludur. İman onun ətinə-qanına hopub.”[Həmin mənbə ] Nəql olunan hədislər Əmmarın şəxsiyyətinin ucalığını göstərir. Süffeyn döyüşündə Əmmar hara üz tuturdusa, səhabələr də onun ardınca gedirdi. İslam Peyğəmbəri başqa bir hədisdə belə buyurur: "Behişt Əmmarın müştaqıdır.”[Həmin mənbə ] Həzrət Peyğəmbər (s) Əmmarı qətlə yetirən şəxsə cəhənnəm vəd edir. Bütün bu deyilənlər Əmmarın fəzilətlərinin təsdiqidir. Bu fəzilətlərdən xəbərdar olan Peyğəmbər (s) Əmmar haqqında dəyərli sözlər bəyan etmişdir. Əmmar rəvayətlərdə Peyğəmbər (s) səhabələrinin dörd sütunundan biri sayılır. O həmin dörd nəfərdəndir ki, behişt onların sorağındadır.["Əl-ixtisas”, s. 7 ]
    "Əmmarın qəzəbi Allahın qəzəbidir.” Bunu həzrət Peyğəmbər (s) buyurmuşdur. Tarixi bir söhbət Əmmar Yasirin məqamını bir qədər də açıqlayar: Xalid ibn Vəlid və Əmmar arasında mübahisə yaranmışdı. Xalid həzrət Peyğəmbərin (s) hüzuruna gedib Əmmarın yanındaca onun haqqında xeyli mənfi sözlər söylədi və şikayət etdi. Əmmar Xalidin bu hərəkətindən narahat olub ağladı və dedi: "Ya Rəsuləllah! Görürsənmi nə edir?” həzrət Peyğəmbər (s) başını qaldırıb buyurdu: "Hər kəs Əmmarı qəzəbləndirsə, Allah onu öz qəzəbinə düçar edər. Hər kəs Əmmarı axmaq və düşüncəsiz saysa, Allah onu axmaq və düşüncəsiz sayar.”[Əsədul-ğabə”, c. 4, s. 45 ]
    Səxavət, isar Əmmarın digər fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Bir gün əsr namazından sonra Peyğəmbər məsciddə oturmuşdu və onun ətrafında səhabələr toplanmışdı. Məscidin bir küncündə palpaltarı cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə buyurdu: "Əgər bir istəyin varsa, de yerinə yetirək.” Qoca kişi dedi: "Ya Rəsulilah! Bir müddətdir acam... Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur.” Həzrət buyurdu: "Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə göndərəcəyəm, nə istəsən verəcəklər.”
    Sonra həzrət Peyğəmbər (s) onu Bilala qoşub həzrət Zəhranın (s) evinə göndərdi. Onlar evin qapısına çatdıqları vaxt qoca kişi dedi: "Salam olsun sizə, ey peyğəmbər əhli beyti! Sizin eviniz vəhyin nazil olduğu və mələklərin gəldiyi yerdir.” Qocanın səsini eşidən Zəhra buyurdu: "Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?” Qoca dedi:” Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi.” Həzrət Zəhra özü də bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini qocaya vermək istədi. Amma qoca dedi: "Mən acam, qoyun dərisinə ehtiyacım yoxdur!” Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi. Qoca boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı. Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s) buyurdu: "Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa, Allah onu oda və əzaba düçar etməz.” Əmmar boyun-bağının müqabilində 20 dinar 200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi. Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib, ona təşəkkürünü bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o, Səlmana, Əmmara və Miqdada Həzrət Əli (ə) və xanım Zəhranın (s), imam Həsənlə (ə) imam Hüseynin (ə) bəzi fəzilətləri haqqında söhbətlər etdi.
    Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və ətirlədi. Onu Xeybər döyüşündə payına düşmüş kənizlə birlikdə Peyğəmbərə (s) hədiyyə göndərdi. Həzrət Peyğəmbər (s) hədiyyələri qəbul edib, qızı Fatimənin (s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi: "Bu boyunbağına gülürəm. Bir boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhatcın ehtiyacını aradan qaldırdı, bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı.”["Biharül-ənvar”, c. 43, s. 56 ]
    Təfsirçilərin bildirdiyinə görə, Quranın bəzi ayələri Əmmarın şənində nazil olmuşdur. Allahın saleh bəndələrindən danışan, gecə ibadətlərinə məşğul olan insanları xatırladan, Allahın mərhəmətinə ümidvar möminləri yada salan bəzi ayələr onun şənində nazil olmuşdur.["Zumər”, 9 ] Eləcə də, bilənləri bilməyənlərdən üstün tutan, sübh və şam Allaha pərəstiş edənlərdən danışan, yalnız Allahın razılığını düşüənlərdən söhbət açan ayələr də bu qəbildəndir.["Ənam”, 2 ] Xalq arasında nur kimi xatırlanan çöhrədən danışan ayə də Əmmarın şənindədir.[Ənam”, 122 ] Bu ayələrin Əmmarın şənində nazil olması "Əl-ğədir” kitabında qeyd olunmuşdur.
    Category: Əmmar Yasirin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1426 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024