İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:05 PM
    BİRİNCİ FƏSİL
    Böyük Britaniyamızın əhatə etdiyi ərazilər çox genişdir. Günəş dənizlərin üzərində doğduğu kimi, dənizlərin üzərində də batar. Dövlətimizin Hindistan, Çin və Orta Şərq hissələrində hakimlik nəzarəti nisbətən zəifdir. Bu ölkələr tam mənada idarəçiliyimiz altında deyil. Lakin bu ərazilərdə çevik və fəal siyasət tətbiq edirik; onların hamısı əlimizə keçmək üzrədir. Burada iki mühüm amil diqqət mərkəzindədir: İşğal etdiyimiz əraziləri əldə saxlamaq və əldə edə bilmədiyimiz yerləri işğal etmək.
    Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) bu iki vəzifəni yerinə yetirmək üzrə bu dövlətlərin hər biri üçün ayrıca komisiya təşkil etmişdir.
    MNN-ə işə götürüldükdə, nazir etimad göstərərək mənə Şərqi Hindistan şirkətində bir vəzifə verdi. Bu birlik zahirdə bir ticarət şirkəti idi. Lakin əsl vəzifəsi Hindistanın geniş və zəngin torpaqlarına hakim olmağın yolllarını araşdırmaq idi. Hindistanda fəaliyyət göstərmək üçün hökumətimizin heç bir çətinliyi yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı bir ölkədir. Çindən də elə bir qorxumuz yoxdur. Çünki, Çinə hakim olan Buddizm və Konfuizm dinlərinin canlanması və cəmiyyətə əsaslı təsir göstərməsi mümkün deyildir. Bunlar həyatla uyğunlaşmayan, artıq öz dövranını keçirmiş iki qədim və ölü dinlərdir. Bu iki ölkə xalqlarında vətənə bağlılıq və sevgi hissləri də aradan getməkdə idi; onlar bizim İngiltərə hökumətinə rahatlıq vermirdi. Bu ölkələrə sahib olmaq üçün, biz hər bir vasitədən istifadə etmək məcburiyyətində idik; həmin ərazilərdə təfriqə, cəhalət, yoxsulluq, hətta yoluxucu xəstəlikləri yaymaq üçün ardıcıl planlar hazırlayırdıq. Onların adət-ənənələrini təqlid etməklə öz həqiqi niyyətimizi rahatca gizlədə bilirdik.
    İslam ölkələri isə bizi həddən artıq narahat edir, planlarımızı alt-üst etməkə əleyhimizə çıxırdı. Xəstə qoca ilə (Osmanlı dövlətini nəzərdə tutur) bir neçə dəfə danışıq aparmışdıq. MNN-nin təcrübəli mütəxəssisləri bu xəstənin az bir zamanda can verəcəyini söyləyirdilər. Bu barədə İran hökuməti ilə də bir neçə dəfə gizli danışıqlar aparmışıq. Bu iki ölkədən massonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində yerləşdirmişik. Rüşvətxorluq və idarəçilik qabiliyyətinin olmaması, öz dini elmlərindən xəbərsizlikləri, gözəl qadınlarla məşğul olub, vəzifələrini unutmaları bu ölkələrinin belini qırırdı. Lakin buna baxmayaraq, aşağıda saydığım səbəblər ucbatından gözlədiyimiz nəticələri əldə edə bilmədiyimizi etiraf edirəm:
    Müsəlmanlar İslama son dərəcədə bağlıdırlar. Hər bir müsəlman keşiş və rahiblərin xristianlığa bağlılığı qədər, hətta onlardan da artıq dərəcədə İslam dininə bağlıdır. Məsələn, keşiş və rahiblərin haqqında belə deyirlər: ”Keşiş və rahiblər öz canlarından əl çəkər, amma xristianlıqdan əl çəkməzlər”.
    Müsəlmanlar içərisində ən təhlükəli dəstə İrandakı şiələrdir. Onlar başqa dinlərin ardıcıllarını kafir və murdar hesab edirlər. Şiəlik nöqteyi-nəzərindən xristianlar iyrənc bir vəziyyətdədirlər. İnsan təbiəti də fitri olaraq murdarlıq və iyrəncliyi özündən uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə əlaqədar olaraq şiələrin birindən soruşdum:
    Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab verərək bildirdi ki, İslam peyğəmbəri çox dahi bir şəxsiyyət idi; o həzrət kafirlərə qarşı belə bir mənəvi təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və Allahın dini olan İslama gəlmələrinə nail olmaq istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda və ya onun milli mənafeyinə zidd bir insan görəndə, onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət açdığım təzyiq vasitəsi maddi deyil, mənəvi xarakter daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə şamil edilir. Hətta İranın qədim dini olan məcusiliyin ardıcılları da bizim nəzərimizdə pak deyillər.
    Axı xristianlar da Allaha, peyğəmbərə və qiyamət gününə inanırlar? Bu halda nə üçün onları murdar hesab edirsiniz?
    Onlar ilahi peyğəmbərlərə iftira yaxır, bu müqəddəs şəxslər haqda yaramaz sözlər söyləyirlər. Məsələn, onlar deyirlər ki, "İsa (ə) şərab içərdi, məlun olduğuna görə çarmıxa çəkildi” və s.
    Mən dəhşət içində dedim:
    Xristianlar belə deməzlər.
    Sən heç nə bilmirsən, kitabi-müqəddəsdə belə yazılıbdır.
    Mən susdum, mübahisəni uzatmaq istəmədim. Çünki, zahirdə özümü müsəlman kimi göstərdiyim halda bu mövqedən çıxış etməklə şübhə yarada bilərdim. Məhz bu səbəbə görə daim mübahisə və münaqişələrdən uzaq olurdum.
    İslam dini bir zamanlar hakimiyyət və idarəçilik məsələsini bilavasitə öz üzərinə götürmüşdü. Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər. Bu insanlara "siz köləsiniz” demək çox çətindir. Artıq müsəlmanların parlaq keçmişi arxada qalımışdır. Bir zaman əldə etdikləri yüksəliş və məğrurluq da bəzi şərtlərlə bəyənilmişdir. "O günlər artıq ötüb getmişdir və bir dah geri dönməz” sözlərini söyləmək də sadəlövhlük olardı.
    Osmanlı imperiyasının və eləcə də iranlıların onlara qarşı etdiklərimizi duyaraq, planlarımızı alt-üst edəcəklərindən çox narahat idik. Bu iki dövlət təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki iqtidarı deyil, yalnız var-dövlət, silah və hakimiyyət sahibi olmaları bizim öz niyyətlərimizə əmin olmağa mane olurdu.
    Hər bir şeydən daha artıq İslam alimlərindən qorxurduq. Çünki, İstambul, İraq, Şam və "əl-Əzhər” alimləri tədbirlərimiz qarşısında keçilməz bir sədd idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı çıxan, Qurani-Kərimin vəd etdiyi cənnətə daxil olmağa özlərini hazırlayan qətiyyətli insanlardır. Xalq onlara itaət edir, hətta hakim və sultanlar da onlardan qorxurdular. Sünnilər şiələr qədər alimlərə bağlı deyillər. Şiələr kitab oxumur, sadəcə olaraq alimləri tanıyır və onlara hədsiz etimad göstərirdilər. Hakim və sultanlara layiq olduğu hörməti göstərmirdilər. Sünnilər isə çox kitab oxuyur, alimlərlə bərabər sultanlara da ehtiram bəsləyirlər.
    Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün bir neçə dəfə yığıncaq təşkil etmişdik. Amma hər dəfə qarşıya həllolunmaz problemlər çıxırdı. Casuslarımızdan aldığımız hesabatlardakı nəticələr də qənaətbəxş deyildi. Lakin yenə də ümidsizliyə qapılmırdıq. Çünki biz, qarşıya çıxan hər bir problem qarşısında səbr edib dərindən düşünməyə adət etməliyik.
    Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli keşişlər və MNN-nin bir neçə təcrübəli mütəxxəssisi iştirak edirdi. İclas iştirakçılarının sayı iyirmi nəfərdən artıq idi. Üç saat davam edən bu toplantıda heç bir nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mənəvi dəstək verərək belə dedi: "Narahat olmayın, xristianlıq üç yüz il zülmə məruz qaldıqdan sonra yayıldı. Belə nəzərə çarpır ki, İsa Məsih qeyb aləmindən kömək göstərib, üç yüz il sonra olsa da, kafirləri (müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü iman və tükənməz səbirlə silahlanmalıyıq! Dünyaya hakim olmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Xristianlığı müsəlmanların arasında yaymalıyıq. Bu niyyətimizi bir əsr sonra belə həyata keçirə bilsək, çox yaxşıdır. Bilin ki, atalar övladlarının gələcək rifahları üçün çalışar”.
    Bir dəfə MNN-nin Fransa və Rusiyadan olan diplomat və din adamlarının birgə konfransı təşkil olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları parçalayıb, İspaniya kimi onları da öz dinlərindən çıxararaq, imana gətirmək (xristianlaşdırmaq) məsələsi müzakirə olunurdu. Lakin əldə olunan nəticələr istənilən səviyyədə deyildi. Mən konfransdakı bütün danışıqları "İla məkət-ül Məsih” adlı kitabımda yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub məhv etmək çox çətindir. Lakin biz bu çətinlikləri asanlaşdıraraq hədəflərimizə nail ola bilərik. Biz dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə İsa Məsih buyurmuşdur. Məhəmmədə Şərqdə və Qərbdə insanların vəziyyətinin ağır olması kömək olmuşdu. O, bu vəziyyətdən istifadə edərək, kütlələri İslama dəvət etmiş və qüdrətə yiyələnmişdi. Bu gün vəziyyətin tamamilə dəyişdiyini müşahidə edirik. Ölkəmizin və digər xristian hökumətlərinin səyləri nəticəsində müsəlmanlar geriləməyə başlamışlar; xristianlar isə getdikcə qüvvətlənirlər. Uzun əsrlər boyunca itirdiklərimizi əldə etmək zamanı gəlib çatmışdır. Hal-hazırda İslamı məhv etmək planına Böyük Britaniya dövləti liderlik edir.
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 1506 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024