İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:02 PM
    DÖRDÜNCÜ FƏSİL
    Bəsrəyə gəldikdən sonra bir məsciddə yerləşdim. Məscidin axundu sünni məzhəbindən olan Şeyx Ömər Tai adlı bir ərəb idi. Onunla tanış olub söhbət etdikdə, məndən şübhələnərək sorğu-suala tutdu. Mən vəziyyətdən çıxmaq üçün - türkiyəliyəm, İğdır bölgəsindən. Əhməd əfəndinin tələbəsiyəm, -dedim. Bir neçə cümlə də türk dilində danışdım. O, gözləri ilə işarə edərək kənarda dayanmış bir şəxsi yanına çağırdı. O da mənimlə türk dilində bir az danışdı və bu dili yaxşı bildiyimi dedi. Onu şübhəli fikrindən döndərdiyim üçün çox sevindim. Lakin bir neçə gündən sonra hiss etdim ki, o mənim türk casusu olduğumu zənn edir. Daha sonra həmin ruhani ilə xəlifə tərəfindən təyin olunan vali arasında kəskin ədavət olduğunu öyrəndim. Şeyx Ömərin məscidindən uzaqlaşmaq məcburiyyətində qaldım. Yaxınlıqda olan bir mehmanxanaya köçdüm. Mehmanxananın sahibi Mürşid adlı axmaq bir adam idi. Hər səhər azan vaxtı olmamış gəlib qapını möhkəm-möhkəm döyəcləyirdi. Mən də durub azan verildikdən sonra namazımı qılırdım. Bir gün də gəlib belə dedi:
    Namazdan sonra mütləq bir saat Quran oxumalısan.
    Dedim: Quran oxumaq İslamda vacib əməl deyil, niyə israr edirsən?
    Cavabında dedi: Namazdan sonra yatmaq mülk sahibinə bədbinlik gətirər.
    Onun bu əmrini yerinə yetirmək məcburiyyətində qaldım. Belə etməsəydim, yəqin ki, o məni mehmanxanadan çıxara bilərdi. Odur ki, hər gün sübh namazından sonra bir saatdan çox Quran oxumalı olurdum.
    Başqa bir gün də əsəbi halda otağıma gələrək dedi:
    Sən bu evə gələndən sonra mənim işlərim düz gətirmir. Sən çox uğursuz adamsan. Sənin bu cür olmağın, evli olmadığına görədir. Ya evlənəcəksən, ya da mənim mehmanxanamı tərk edəcəksən.
    Dedim: Mənim evlənmək üçün lazım olan miqdarda pulum yoxdur.
    Əhməd əfəndi üçün gətirdiyim bəhanəni Mürşidə deyə bilmədim. Çünki o, həqiqətən məni soyundurub yoxlaya biləcək dərəcədə kobud adam idi. Sonra o, bir Quran ayəsi ilə sözünü davam etdirdi: Ey zəif imanlı insan! "Sən yoxsulsansa, Allah səni öz lütfi ilə zənginləşdirər.”(Nur surəsi, ayə 32). Sən məgər bu ayəni oxumamısan? Mən lap çaşıb qaldım:
    Bəli eşitmişəm. Mən evlənəcəyəm, lakin sən mənə bu iş üçün lazım olan miqdarda pul verməyə hazırsanmı? Və ya mənim üçün çox xərc tələb etməyən bir qız tapa bilərsənmi?
    Mürşid bir az fikirləşdikdən sonra dedi:
    Mən heç nə bilmirəm, ya rəcəb ayının əvvəlinə qədər evlənəcəksən, ya da buranı tərk etməlisən!
    Rəcəb ayının əvvəlinə isə 25 gün qalmışdı. Bir baqqal dükanında işə düzəldim və Mürşidin mehmanxanasını tərk etdim. Yemək-içmək və yatacaq yerim dükan sahibinin üzərinə düşdü; çox az bir məvaciblə razılaşdım. Rəcəb ayı gəlməmişdən əvvəl əşyalarımı həmin dükana gətirdim. Baqqalın adı Abdürriza idi. O, xorasanlı şiə, özü də mərd bir adam idi. Mənimlə öz oğlu kimi davranırdı. Onun yanında olduğum müddətdə fürsətdən istifadə edib fars dilini öyrənməyə başladım. Hər gün əsr namazından sonra iranlı şiələr onun yanına toplaşaraq siyasətdən, iqtisadiyyatdan danışar və bir çox mövzularda söhbətlər edərdilər. Onlar həm öz hökumətlərini, həm də İstambuldakı xəlifəni çox tənqid edərdilər. İçəri yad bir adam daxil olan kimi tez söhbəti dəyişərdilər. Lakin mənə çox etimad bəsləyirdilər. Sonradan anladım ki, türk dilini bildiyim üçün mənim azərbaycanlı olduğumu zənn edirmişlər.
    Bizim baqqal dükanına bir dəliqanlı cavan gəlib-getməyə başladı. O, dini dərs oxuyan tələbə qiyafəsində idi. Ərəb, fars və türk dilini bilirdi. Adı Məhəmməd ibn Əbdülvəhhab Nəcdi idi. Bu gənc son dərəcə çılğın, yüksəkdən danışan və əsəbi bir adam idi. Osmanlı hökumətini pislədiyi halda, İran hökumətinin əleyhinə danışmazdı. Onun Abdürriza ilə dostluğunun bir neçə səbəbi var idi. Birincisi, onların hər ikisi İstambul xəlifəsinə müxalif idilər. Lakin sünni Əbdülvəhhabın şiə Abdürriza ilə necə dostluq etməsi mənim üçün çox maraqlı idi. Sonradan gördüm ki, bu şəhərin şiələri sünnilərlə zahirdə mehriban davranırlar. Bu şəhərin əhalisinin əksəriyyəti həm ərəb, həm də fars dillərini bilirdi. Türk dilini bilənlər də az deyildi. Əbdülvəhhab Nəcdi zahirən sünni idi. Sünnilərin çoxu bir yerə yığışdıqda, şiələrin arxasınca danışardılar. O isə öyrəndiyimə görə, heç vaxt şiələr haqda pis söz deməzdi. Hətta sünnilərə qarşı idi. O, əhli sünnətin dörd məzhəbdən ibarət olmasını qəbul etmirdi və deyirdi ki, Allahın kitabında məzhəblər haqda heç bir dəlil yoxdur; o, həqiqətdə hədislərə də heç bir əhəmiyyət vermirdi.
    Dörd məzhəb məsələsinə gəlincə, sünnilər arasında Məhəmməd peyğəmbərin vəfatından bir əsr sonra bu dörd alim - Əbu Hənifə, Əhməd ibn Həmbəl, Malik ibn Ənəs və Məhəmməd ibni İdris Əş-Şafei meydana çıxdı. Bəzi xəlifələr də bu dörd alimdən birinə təqlid etməyi vacib bilmişdilər. Sünni məzhəbinə görə bu dörd alimdən başqa heç bir şəxs Qurani-Kərimdə ictihad edə bilməz. Yəni, onun ümumi qanunlarından faydalanmaqla xüsusi hökmlər çıxara bilməz. Bu fərman müsəlmanların elm və düşüncə qapılarının bağlanmasına səbəb olmuşdur. İctihada qoyulan qadağa İslamın durğunlaşması səbəbi kimi göstərilir. Lakin şiələr öz məzhəblərini yaymaq üçün bu vasitədən (ictihaddan) çox gözəl istifadə etmişlər. Bir zamanlar şiələrin sayı sünnilərin onda biri qədər deyildi. Lakin indi onlar da çoxalmış və sünnilər qədər olmuşlar. Bu təbii bir məsələdir; Həqiqətən, ictihad bir silaha bənzəyir ki, İslam fiqhini, yəni şəriət elmini inkişaf etdirir, Qurani–Kərim və Peyğəmbərin sünnətində olan hökmləri aşkarlayır. İctihada qoyulan qadağa isə onu dar bir çərçivədə saxlayır və düşüncə qapılarını onların üzünə bağlayır. İctihad olmadıqda İslam qanunları zamanın tələblərinə cavab verməz. Sənin silahın çürük, düşmənin təchizatı isə mükəmməldirsə, məğlubiyyət talehinə məhkumsan. Zənn edirəm yaxın gələcəkdə sünni mütəfəkkirləri də ictihad qapısını açacaqlar, əks təqdirdə, bir əsirdən sonra onlar azalacaq, şiələr isə əksəriyyət təşkil edəcəklər. Dörd sünni məzhəbinin iman və inancları bir-biri ilə eynidir. Onların arasında olan fərq yalnız ibadətlərin incəliklərindədir.
    Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən bir gənc idi. Quranı və sünnəni anlamaqda hissə qapılırdı. Təkcə öz zamanındakı şəxsiyyətlərin deyil, dörd məzhəb alimlərinin baxışlarını və hətta Əbu Bəkr və Ömər kimi səhabələrin nəzərlərini də qəbul etməzdi. Onun dəlili bu idi ki, Peyğəmbər demişdir: "Mən sizin aranızda Quranı və sünnəni əmanət qoyub gedirəm”. Deməmişdir ki, mən sizin aranızda Quranı, sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm. O, hər kəs mövcud olan məzhəbi baxışlara, səhabə və alimlərin söylədiklərinə nə qədər müxalif olsa da, Qurana və sünnəyə tabe olmalıdır! -deyirdi.
    Əbdürrizanın evində Məhəmməd Nəcdi ilə orada qonaq olan Şeyx Cavad adlı qumlu bir şiə aliminin arasında mübahisə oldu. Şeyx Cavad dedi:
    Əlinin müctehid olduğunu qəbul etdiyin halda, niyə ona tabe olmursan? Həqiqətən, Əli də Ömər və başqa səhabələr kimidir. Məhəmməd Nəcdi:
    Onların sözü höccət ola bilməz. Yalnız Quran və sünnət höccətdir.
    Şeyx Cavad:
    Peyğəmbərimiz, mən elmin şəhəri, Əli isə qapısıdır, -dediyinə görə Əli ilə digər səhabələr arasında fərq qoymaq lazım deyilmi?
    Məhəmməd Nəcdi:
    Əlinin sözü höccət olsaydı, Peyğəmbər - mən sizin aranızda Quranı, sünnəni və Əlini əmanət qoyub gedirəm - deyərdi.
    Şeyx Cavad:
    Bəli, məşhur bir hədisdə Peyğəmbər (s) - Allahın kitabını və əhli-beyti əmanət qoyub gedirəm – deyə buyurmuşdur. Əli isə əhli-beytin ən böyüyüdür.
    Məhəmməd Nəcdi Peyğəmbərin bu kimi bir hədis buyurduğunu inkar etdi. Şeyx Cavad da onu əsaslı dəlillərlə susdurdu. Lakin Məhəmməd Nəcdi etiraz edərək:
    Siz Peyğəmbərin - mən sizin aranızda Allahın kitabını və əhli beytimi əmanət qoyub gedirəm, - dediyini iddia edirsiniz. Bəs, o həzrətin sünnəsi harada qaldı?
    Peyğəmbərin sünnəsi Quranın izahıdır. O həzrət - Allahın kitabını və əhli-beyti əmanət qoyuram –deyə buyurmuşdur. Allahın kitabı dedikdə, Peyğəmbərin sünnəsi də nəzərdə tutulur.
    Əgər əhli-beytin sözləri Quranın izahıdırsa, onda hədislərin izahına nə ehtiyac vardır?
    Həzrəti Peyğəmbər vəfat etdiyi zaman onun ümməti zamanın ehtiyaclarına cavab verəcək bir Quran təfsirinə ehtiyac duyurdular. Buna görə də, Həzrəti Peyğəmbər ümmətinə lazım olan Quranın əsl mənada təfsir edən əhli beytə tabe olmağı əmr etmişdir.
    Bu mübahisə mənim çox xoşuma gəldi. Məhəmməd Nəcdi Şeyx Cavadın qarşısında aciz qalaraq susdu. Mən axtardığımı Məhəmməd Nəcdidə tapmışdım. Həqiqətən onun alimlərə hörmətsizliyi, dörd xəlifəyə əhəmiyyət verməməsi, Quranı və sünnəni anlamaq barədə müstəqil baxışa sahib olması, onu ovlayıb əldə saxlamaq üçün ən zəif nöqtələr idi. Bu məğrur gənc hara, İstambuldakı Əhməd əfəndi hara? O, əzəmətli bir dağa bənzəyirdi ki, heç bir güc onu yerindən tərpədə bilməzdi. O, hər dəfə Əbu Hənifənin adını zikr edəndə dəstəmaz alardı. Buxarinin hədis kitabını əlinə dəstəmazsız götürməzdi. (Sünnilər bu kitaba həddən artıq ehtiram bəsləyirlər). Məhəmməd Nəcdi Əbu hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və "mən ondan daha çox bilirəm” deyirdi.
    Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tərifləyirdim; bir dəfə dedim: "Sən Ömər və Əlidən daha böyüksən. Peyğəmbər həyatda olsaydı, səni öz canişini təyin edərdi. Mən İslamın sənin əlinlə yeniləşib yüksələcəyini görürəm. İslam dinini dünyaya məhz sən yaya biləcəksən!”
    Mən onunla birgə başqa təfsirlərə müxalif bir Quran təfsiri yazmaq qərarına gəldim. Quranı oxuyaraq, bəzi ayələr üzərində bəhs edirdik. Bu işdən məqsədim onu tam azdırmaq idi. O da mənim etimadımı qazanmaq, özünü inqilabçı kimi göstərmək üçün fikirlərimi məmuniyyətlə qəbul edirdi.
    Bir dəfə ona dedim:
    Cihad hökmü vacib deyildir.
    -Allah, ”kafirlərlə vuruşun” dediyi halda, necə vacib deyildir?
    -Elədirsə, bəs nəyə görə Allah "kafirlərlə və münafiqlərlə cihad et” dediyi halda, Peyğəmbər münafiqlərlə cihad etmədi? Ancaq kafirlərə qarşı iyirmi yeddi dəfə cihad etdi. Bu bütün kitablarda yazılmışdır. Münafiqlər isə müsəlman kimi görünürdülər. Gündüzləri Peyğəmbər məscidində Rəsuləllahla bir yerdə namaz qılardılar. O həzrət onları tanıyırdı, lakin heç vaxt onlara deməmişdi ki, siz münafiqsiniz. Onları öldürsəydi, özünə iman gətirmiş şəxsləri öldürmüş olardı. Buna görə də münafiqlərlə söz ilə cihad edirdi. Quranda "Kafirlərlə və münafiqlərlə cihad edin!” deyildikdə, onun mənası açıqlanmır. Vacib olan cihad mal və sözlə də həyata keçirilə bilər. Peyğəmbər kafirlərlə döyüşdüyü halda, münafiqlərə nəsihət edirdi.
    -Peyğəmbərin dil və ya qılıncla cihad etməsinin heç bir fərqi yoxdur.
    -Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla?
    -Nəzərə al ki, Peyğəmbər kafirlərlə müharibə etmişdir.
    -Peyğəmbər cihad yox, özünü müdafiə etmişdir. Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər.
    Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək məqsədi ilə belə dedim:
    Mənim nəzərimə görə, siğə İslamda qanuni bir hökmdür.
    Caiz deyildir.
    Nisa surəsinin 24-cü ayəsində Allah-Taala belə buyurmuşdur: "Onlardan faydalanacağınız halda, razılaşıb mehriyyələrini verin”.
    Ömər Peyğəmbər zamanında mövcud olan iki məsələni qadağan etdi və ”Bu işi edəni cəzalandıracağam!” -dedi.
    Sən həm özünü Ömərdən elimli sanırsan, həm də onun əmrlərinə tabe olursan. Ömər demişdi ki, Peyğəmbər bu işləri halal buyurmuşdur, mən onları qadağan edirəm. Peyğəmbərin əmrini buraxıb Ömərin sözünü tutursanmı? O, cavab vermədi. Anladım ki, məğlub oldu. Həmin ərəfədə Məhəmməd Nəcdinin qadın istədiyini və onda cinsi məsələlərə qarşı kəskin hisslərin baş qaldırdığını bilirdim. Özü də subay idi. Ona dedim ki, gəl hər ikimiz müvəqqəti nigahla evlənib özümüzə bir qadın tapaq; bu yolla bir qədər dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və həmin qadına adının bildirilməməsini xahiş etdi. Bəsrədə müsəlman gəncləri əyləndirib, azğınlığa sövq etdirmək üçün nazirlik tərəfindən göndərilən xristian qadınlar var idi. Mən onların yanına getdim. Məsələni birinə danışdım, o da qəbul etdi. Adını Səfiyyə qoydum. Nəcdini onun evinə gətirdim. Bir həftəlik müvəqqəti nigahla razılaşdılar; o, Səfiyyəyə mehriyyə olaraq, bir az qızıl verdi. Səfiyyə onu çox ustalıqla ələ aldı. Həqiqətən, Məhəmməd Nəcdli ictihad və fikir azadlığı bəhanəsi ilə şəriət hökmlərinə qarşı çıxmağın nəfsani istək olduğunu duymuşdu.
    Müvəqqəti nigahın üçüncü günü şərabın haram olmadığına dair uzun-uzadı mübahisə etdik. O, nə qədər şərabın haram olduğuna dair Quran ayəsi və hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim:
    Yezidin, ümumiyyətlə əməvi və abbasi xəlifələrinin hamısının şərab içmələri hamıya məlumdur. İndi özünü onlarla müqayisə et, gör onlar düz yoldadırlar, yoxsa sən? Şübhəsiz ki, onlar Quranı və sünnəni səndən daha yaxşı bilirdilər. Quran və sünnədən şərabın haram olduğunu yox, məkruh olduğunu anlamışlar. Yəhudi və xristianların kitablarında da şərabın halal olduğu yazılmışdır. Bütün dinlər Allahın əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə nazil olana qədər içmişdir. Əgər şərab haram olsaydı, Peyğəmbər onu cəzalandırardı. Şərab haram olmadığına görə də, Peyğəmbər onu cəzalandırmadı (Ömər şərab haram edilməmişdən əvvəl şərab içərdi. Ayə nazil olandan sonra isə əsla şərab içmədi).
    Bəzi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq içər və deyərmiş ki, əgər sərxoş etmirsə, haram deyildir.
    Ömərin bu mövzuda fikirləri doğrudur. Çünki Quranda belə buyurulmuşdur: "Şeytan şərab və qumar ilə aranıza ədavət toxumu səpər; sizi Allahın zikrindən və namazdan uzaqlaşdırmaq istəyər. Artıq bunlardan uzaqlaşmaq vaxtı deyilmi?”
    Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır.
    Məhəmməd Nəcdi ilə olan bu mübahisəmizi Səfiyyəyə danışdım və ona bərk-bərk tapşırdım ki, Məhəmmədə doyunca şərab içirtsin. Səhərisi gün Səfiyyə dedi ki, o, şərabı içdi, hələ üstəlik mənimlə oynadı da.
    Beləliklə, Səfiyyə ilə birlikdə Məhəmməd Nəcdini yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri ilə vidalaşdığım zaman mənə belə demişdi: "Biz İspaniyanı kafirlərdən (müsəlmanlardan) içki və zina ilə aldıq. Bu vasitələrlə başqa torpaqlarımızı da azad edəcəyik!”. Onun bu sözlərinin nə qədər həqiqət olduğunu indi başa düşürəm.
    Bir gün Məhəmməd Nəcdi ilə oruc tutmaq barədə söhbətə başladım:
    -Quranda, "Oruc tutmanız sizin üçün daha xeyirlidir” yazılmışdır. Bu əməlin vacib olması barədə heç bir şey yazılmamışdır. Elə isə oruc İslamda vacib deyil, sünnətdir!
    O, bu fikrimə etiraz edərək:
    -Məni dinimdən çıxarmaqmı istəyirsən?
    Din qəlbin təmizliyidir, başqasının haqqına təcavüz etmək yox. Allah-Taala Qurani-Kərimdə də bu barədə belə buyurmuşdur: "Rəbbinə həmd (zikr) etməklə, səcdə edənlərdən ol! Ölüm gəlib çatınca Rəbbinə ibadət edənlərdən ol”. Bu ayədən belə nəticə əldə edilir ki, namazı qılmaqda məqsəd Allahı anmaqdır. Namaz əvəzinə Allahı yad etmək də olar.
    -Bəli, bəzi mötəbər şəxslər olubdur ki, namaz əvəzinə Allahı yad etməklə məşğul olmuşlar. Onun bu sözlərinə çox sevindim. Ona belə bir fikri aşılamaq üçün çox çalışmışdım. Axır ki, onun fikrini dəyişdirə bildim. Sonralar gördüm ki, o, namaza əhəmiyyət vermir. Bəzən qılır, bəzən də qılmırdı. Xüsusilə də sübh namazlarını qılmazdı. Mən də gecə yarısına qədər onu söhbətə tuturdum ki, sübh namazına dura bilməsin. O da yorularaq yatırdı. Yavaş-yavaş Məhəmməd Nəcdinin iman libasını çıxarmağa başladım.
    Bir gün Peyğəmbər haqqında da onunla bəhs etmək istədim. Lakin bu mövzu ona pis təsir göstərdi. Əsəbləşərək, bir də bu mövzuda söhbət açsan, səndən uzaqlaşacağam -dedi. Buna görə də mən susdum. Qorxdum ki, bir anda bütün müvəffəqiyyətim heç olar. Sünnilikdən və şiəlikdən ayrı bir yol tutmağını təklif etsəm də, o, bu sözümə əhəmiyyət vermədi. Lakin Səfiyyənin vasitəsi ilə onu ələ almağı bacardım. Aramızdakı soyuqluğu aradan aparmaq üçün bu hiyləyə əl atdım:
    Peyğəmbərimiz səhabələrini bir-birinə qardaş etmişdir, elə deyilmi?
    Bəli, elədir.
    İslamın hökmləri müvəqqətidir, yoxsa davamlı?
    Əlbəttə ki, davamlı.
    Peyğəmbərimizin halalı qiyamətə qədər halal, haramı isə haramdır. Elə isə gəl, səninlə qardaş olaq.
    Nəcdi də məmuniyyətlə razılaşdı. O gündən sonra ondan ayrılmadım. Səfərə də birlikdə gedirdik. Ona çox hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini onunla keçirdim. Yaxşı ki, əkdiyim ağac öz bəhrəsini verməyə başlamışdı. Hər ay MNN-ə fəaliyyətimlə əlaqədar yeni məlumatlar göndərirdim. Gələn cavablar cəsarətverici və təşviqedici idi. Məhəmməd Nəcdi cızdığım yolla addım-addım irəliləyirdi. Mənim vəzifəm ona istiqlal və hürriyyət verib, yeni-yeni şübhələr aşılamaq idi. Ona bu işdə müvəffəqiyyət qazanacağını söyləyir və tərifləyirdim.
    Bir gün ona yuxu gördüyümü söylədim: "Dünən gecə Peyğəmbərimizi yuxuda gördüm. (Peyğəmbərin ruhanilərdən eşitdiyim əlamətlərini təsvir etdim.) O, bir kürsüdə oturmuşdu. Ətrafında da tanımadığım alimlər var idi. Siz içəri daxil olduqda üzünüzdən nur saçırdı. Peyğəmbərə yaxınlaşanda o, ayağa durub alnınızdan öpərək belə dedi: "Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən”. Sən isə, "Ya Rəsuləllah, mən elmimi insanlara açmağa qorxuram” dedin. Peyğəmbər cavabında dedi: "Sən dahisən, heç nədən qorxma!” Məhəmməd Nəcdi bu yuxunu eşitdikdən sonra sevincindən sanki uçurdu. Bir neçə dəfə doğru deyib-demədiyimi soruşdu. Mən də onu əmin edərək, bu yuxunu həqiqətən gördüyümü söylədim. Zənn edirəm ki, Nəcdi elə o gündən yeni bir məzhəb yaratmaq qərarına gəldi.
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 1015 | Downloads: 0 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024