İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:24 AM

    BIRINCI HISSƏ
    PEYĞƏMBƏR (S) ZAMANINDA

    MÖVLUD VƏ ƏSİL-NƏSƏB

    Nəzər əhli üzü bu gün Kə’bəyə,
    Pərdədən süzülür Allahın nuru.
    Qiblədən sıyrılır qiblənümamız,
    Arzular çin olur, könüllər duru .

    Tarixçilərin yazdıqlarına görə həzrət Əli (ə) otuzuncu Fil ilində, rəcəb ayının on üçü, cümə günü Kə’bənin daxilində görünməmiş bir şəkildə dünyaya göz açmışdır. Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:Ey Kə’bə evində göz açan insan,
    Gövhərsən, cisminin sədəfi Məkkə.
    Kə’bədə mövludun heyrət doğurdu,
    Haqqın evi saldı üstünə kölgə.

    Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu-Talibin həzrət Əlidən (ə) başqa daha üç oğlu olmuşdur: Talib, Əqil və Cə’fər.
    Amma həzrət Əlinin mövludu, dünyaya gəlişi o biri qardaşlarının dünyaya gəlişindən fərqli olmuşdur. Bu doğuş maraqlı və mə’nəvi dəyişikliklərlə müşayiət olunmuşdur. Həzrətin anası allahpərəst olmuş və İbrahimin Hənif dinində həyat sürmüşdür. Bu qadın daim Allah dərgahına münacat etmiş və qarşıdakı doğuşun asan keçməsi üçün Allaha yalvarmışdır. Fatimə bu uşağa hamilə olduğu vaxt özünü ilahi nura qərq olmuş vəziyyətdə hiss etmiş, sanki bu körpənin başqa övladlardan fərqləndiyi barədə fələklərdən ilham almışdır.
    Şeyx Səduq və Qəttal Nişapuri nəql etmişlər ki, Yezid ibn Qə’nəb demişdir: «Mən Abbas ibn Əbdül-Müttəllib və Əbdül-Üzza tayfasından bir qrupla Allah evinin kənarında əyləşmişdim. Əmirəl-mö’mininin anası Fatimə binti Əsəd doqquz aylıq körpəyə hamilə vəziyyətdə doğuş ağrısı çəkə-çəkə deyirdi: «Pərvərdigara, mən sənə, peyğəmbərlərindən gələnə, Sənin tərəfindən nazil olmuş kitablara iman gətirmişəm. Cəddim İbrahim-Xəlilin sözlərini təsdiq edirəm. Bu qədim evin bünövrəsini qoyan o olmuşdur. Səni and verirəm bu evi tikənin və bətnimdə olanın haqqına, bu doğuşu mənim üçün asan et». Yezid ibn Qə’nəb deyir: «Biz öz gözümüzlə Kə’bə evinin arxadan yarıldığını və Fatimənin Kə’bəyə daxil olduğunu gördük. Fatimə gözdən itdikdən sonra divar yenidən birləşdi. Kə’bənin qapısını açmaq istəsək də mümkün olmadı. Başa düşdük ki, bu Allahın işidir. Dörd gün sonra Fatimə qucağında Əmirəl-mö’minin (ə) bayıra çıxdı və dedi: «Mən keçmişdəki bütün qadınlardan üstünəm. Çünki Asiya Allaha elə bir yerdə gizlin pərəstiş edirdi ki, həmin yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün idi. İmran qızı Məryəmi beytül-müqəddəsdə doğuş sancısı tutduqda ona nida edilir ki, bayıra çıxsın, ibadətgahda doğuş olmaz. Mən isə Allahın evinə daxil oldum, behişt meyvələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə, onun adını «Əli» qoy. Nida gəldi ki, Əliyyul-ə’la Allah buyurur: «Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim; odur mənim evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən; xoş o kəsin halına ki, onu dost tutar, ona itaət edər; vay o kəsin halına ki, onu düşmən tutar və ona müxalif olar».(Şeyx Səduq, «Əmali» 27-ci məclis, 9-cu hədis.)
    Həzrət Əlinin (ə) dünyaya Kə’bədə göz açmaqla qazandığı iftixar nə keçmişdə kimsəyə nəsib olub, nə də gələcəkdə nəsib olasıdır. Həzrətin dünyaya Kə’bədə göz açması sünnə əhlinin də e’tiraf etdiyi bir həqiqətdir. Necə ki, ibn Səbbağ Maliki, «Füsulul-Mühimmə» kitabında deyir: «Həzrət Əlidən (ə) qabaq kimsə Kə’bə evində dünyaya göz açmamışdı. Bu fəziləti Allah-təala yalnız Əliyə (ə) aid etmiş və bununla da xalqa onun uca məqamını göstərmişdir.»(«Füsulul-mühimmə», səh. 14)
    «Biharın» 9-cu cildində Həzrətə ad qoyulması barədə yazılmışdır: «Əbu-Talib körpəni anasından aldı, öz sinəsinə sıxdı. Fatimənin əlindən tutub Əbtəhə (Məkkə və Mina arasındakı yer) gəldi. Allah dərgahına üz tutaraq belə münacat etdi:Ey qaranlıq gecənin, parlaq ayın sahibi,
    Öz hökmünü bəyan et, adlandır bu naibi.

    Onlara cavab olaraq qeybdən nida gəldi:Pak övladınızı çağırın «Əli»,
    Allah adındandır onun təməli.

    Böyük sünni alimləri də öz kitablarında uyğun məsələyə toxunmuşlar. Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-Talib» kitabında azca dəyişikliklə nəql etmişdir.
    Bə’zi rəvayətlərdə nəql olunur ki, Fatimə binti Əsəd körpəsi dünyaya gəldikdən sonra onun adını Heydər qoydu. Körpəni bələyib ərinə verdiyi zaman bu ad barədə mə’lumat verdi. Həzrət Əli (ə) Xeybər döyüşündə tanınmış yəhudi pəhləvanı Mərhəbə buyurdu:Anam «Heydər» qoymuş mənim adımı,
    Bu şirin önündə duran oldumu?!

    Həzrətin adı Əli qoyulduğundan Heydər adı onun sair ləqəbləri sırasına qatıldı. Heydər, Əsədullah, Mürtəza, Əmirəl-mö’minin həzrətin məşhur ləqəblərindəndir. Onun künyəsi Əbül-Həsən və Əbu-Türab olmuşdur.
    Rəvayətlərdə Fatimə və Əbu-Talibin allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (s) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir.(«Üsule-kafi» 2-ci cild, tarix babı.)
    Əbu-Talib də tək Allaha sitayiş etmiş, həzrət Peyğəmbərin be’sətindən sonra ona iman gətirmişdir. Qüreyşin şeyxi və rəisi olduğundan Əbu-Talib öz imanını məxfi saxlamışdır. Şeyx Səduq nəql edir ki, bir şəxs ibn-Abbasa dedi: «Ey Peyğəmbərin əmioğlusu, mənə de görüm, Əbu-Talib müsəlman oldumu?» İbn-Abbas dedi: «Müsəlman olmayan şəxs belə deyərdimi: «Məkkə müşrikləri bilirdilər ki, biz öz övladımız Məhəmmədi qəbul edirik və o, boş sözlərə e’tina etmir». Əbu-Talib Kəhf səhabələri kimidir. O öz imanını qəlbində gizli saxladı və zahirən müşrik kimi göründü. Allah onlara iki savab verdi. Həzrət Sadiq buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».(Şeyx Səduq «Əmali», 89-cu məclis 12-13-cü hədis.)
    «Biharul-ənvarda» Əbu-Talibin həzrət Peyğəmbəri mədh edən şe’rləri nəql olunmuşdur. Bu şe’rlərin məzmunundan görünür ki, o İslamı qəbul etmişdir. Əbu-Talib həzrət Peyğəmbərə (s) xitabən deyir:Də’vətinlə mənə xeyir dilədin,
    Dinlərin tacıdır gətirdiyin din.

    İmam Sadiqdən soruşdular ki, Əbu-Talibin kafir olduğu düzdürmü? Həzrət buyurdu: «Yalan deyirlər. Kafir belə deyə bilərdimi:Musa tək tanıdıq Məhəmmədi biz,
    Kitablarda adı yazılmış səlis.

    Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında Əbu-Talib haqqında yazır: «Qüreyşin rəisi və böyüyü olan Əbu-Talib Peyğəmbərin himayəçisi və yardımçısı idi. O, Peyğəmbəri çox sevirdi. O, həzrətin tərbiyəçisi olmuş və peyğəmbərliyini e’tiraf etmişdi. Əbu-Talib həzrət Peyğəmbər haqqında xeyli şe’r qoşmuşdur.
    Həzrət Əlinin Kə’bədə dünyaya gəlməsi Bəni-Haşim üçün böyük iftixar oldu. Ərəb və əcəm şairləri bu barədə xeyli şe’r yazmışlar. Seyyid Həmirinin bu mövzuda yazılmış bir neçə misrasını xatırlayaq:Anası müqəddəs Kə’bə evində
    Gətirdi dünyaya oğlu Əlini.
    Libası pakizə, özü pakizə,
    Mövlud üçün seçdi eşq məhəllini.


    HƏZRƏTİN İLKİN TƏRBİYƏSİ
    Həzrət Əlinin atası Əbu-Talib Qüreyş tayfası arasında böyük hörmətə malik idi. O övladlarının tərbiyəsinə ciddi yanaşır, onları təqva və fəzilətə sövq edirdi. Əbu-Talib öz övladlarına uşaqlıq dövründən başlayaraq ərəb adət-ən’ənələri əsasında at çapma, güləş və oxatma tə’lim edirdi.
    Həzrət Peyğəmbər (c) uşaqlıq dövründə atasını itirdiyindən öz babası Əbdül-Müttəlibin himayəsində yaşayırdı. Əbdül-Müttəlib dünyasını dəyişdikdən sonra onun oğlu Əbu-Talib öz qardaşı oğlunu himayəyə götürdü.
    Həzrət Əlinin (ə) anası Əbu-Talibin zövcəsi Fatimə binti Əsəd həzrət Peyğəmbərə (s) mehriban bir ana kimi can yandırırdı. Belə ki, Fatimə dünyasını dəyişərkən həzrət Peyğəmbər (s) də həzrət Əli (ə) kimi çox kədərləndi. Həzrət Fatimə üçün cənazə namazı qıldı, onu öz köynəyinə bürüdü.
    Əziz Peyğəmbər (s) əmisi Əbu-Talibin evində boya-başa çatdığından təşəkkür əlaməti olaraq onun zəhmətləri müqabilində hansısa bir kömək göstərmək istəyində idi.
    Təsadüfdən həzrət Əli (ə) altı yaşa daxil olan vaxt Məkkədə böyük bir qıtlıq yaranmışdı. Böyük ailə sahibi olan Əbu-Talib həmin qıtlıq zamanı bir sıra çətinliklərlə üzləşmişdi. Həzrət Peyğəmbər (s) ailə ehtiyaclarını ödəməyə çətinlik çəkən əmisinə yardım olaraq altı yaşlı Əlini (ə) himayəyə götürdü və bu bəhanə ilə onun tərbiyəsi ilə məşğul olmağa başladı. Əbu-Talib və Fatimə binti Əsədin himayəsində boya-başa çatmış Peyğəmbər (s) öz zövcəsi Xədicə ilə birlikdə həzrət Əli (ə) üçün mehriban ata-ana oldu.
    İbn Səbbağ «Füsulul-mühimmə», mərhum məclisi «Biharul-ənvar» kitablarında yazırlar: Bir vaxt Məkkədə qıtlıq oldu. Həzrət Peyğəmbər (s) var-dövlət sahibi olan əmisi Abbas ibn Əbdül-Müttəlibə təklif etdi ki, Əbu-Talibi düşdüyü maddi sıxıntıdan çıxarmaq məqsədi ilə hərəsi onun oğlanlarından birini himayəyə götürsünlər. Abbas Peyğəmbərin bu təklifini həvəslə qarşıladı. Onlar Əbu-Taliblə görüşdülər və öz təkliflərini ona bildirdilər. Əbu-Talib dedi: «Əqil mənimlə qalsın, başqa nə bilirsinizsə edin». Abbas Cə’fəri, Həmzə Talibi, Peyğəmbər isə Əlini öz himayəsinə götürdü.(«Füsulul-muhimmə», səh. 15.)
    Bir nöqtəni qeyd etmək zəruridir ki, Əbu-Talibin övladları arasında Əlini (ə) o birilərlə müqayisə etmək olmazdı. Həzrət Peyğəmbər Əlini (ə) evinə apardıqdan sonra onların arasında xüsusi bir məhəbbət yarandı. Sanki bir zərrə günəşə qatılmış və ya bir damla dəryaya qovuşmuşdu.Əlinin (ə) qədrini Peyğəmbər (s) bilər!
    Necə zər qədrini bir zərgər bilər.

    Haqqında «onu çox qüvvəli olan öyrətdi»(«Nəcm» surəsi, ayə 5.) ayəsi nazil olmuş, özü də ilahi bir məktəbdə tərbiyə almış həzrət Peyğəmbər (s) kimi bir mürəbbi və müəllimə həzrət Əli (ə) kimi şagird və tələbə lazımdır.
    Həzrət Əli (ə) uşaqlıq dövründə Məhəmməd səciyyələri ilə cilvələnmiş və həzrətə dərin bağlarla bağlanmışdı. Bu bağlar heç vəchlə qırılası deyildi.
    Həzrət Əli (ə) Peyğəmbəri (s) sayəbə-sayə izləmiş, birbaşa onun tərbiyəsi altında ərsəyə çatmışdır. O, Peyğəmbərin əqidə və adətlərinin ardınca getmiş, belə ki, qısa bir müddətdə onun bütün hərəkətlərini, xallarını, əxlaqını və adətlərini əxz etmişdir.
    İnsanın həyatı bir neçə mərhələyə bölünür. İnsan hər bir həyat mərhələsində öz yaş tələblərinə əməl edir. Uşaqlıq dövrünün də özünəməxsus hərəkətləri vardır. Amma Həzrət Əli (ə) bütün başqa uşaqlardan fərqli olaraq uşaq oyunları ardınca getməmiş, əyləncələrdən çəkinmiş, elə uşaq dövründən başlayaraq ali düşüncələrə qərq olmuş, əməl və rəftarlarında mə’nəvi bir təkamül, ilahi əzəmətin bir nümunəsi müşahidə edilmişdir.
    Həzrət Əli (ə) səkkiz yaşınadək Peyğəmbərin (s) himayəsində olmuşdur. Sonra atasının yanına qayıtsa da, bu qayıdış onun Peyğəmbərlə ünsiyyətinə mane olmamışdır. Həzrət Əli (ə) vaxtının çoxunu həzrətin yanında keçirmişdir. Həzrət Peyğəmbər də qəlbində toplanmış Əbu-Talib məhəbbətini Əlinin (ə) qəlbində əks etdirmiş, Əlinin tərbiyəsini öz əxlaqi fəzilətləri üzərində qurmuşdur. Beləcə, həzrət Əlinin (ə) həyatının ilk on ili Peyğəmbərin pənahında və himayəsində ötüşmüşdür. Həmin ilkin tə’lim-tərbiyə nəticəsində həzrət Əli (ə) Peyğəmbərin (s) ilahi də’vətlərini hamıdan qabaq qəbul etmiş və ömrünün sonunadək haqq və həqiqət yolunda fədakarlığa hazır olmuşdur.

    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 1868 | Downloads: 0 | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024