İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Kərbəlada çaxan bir şimşək

    KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
    2012-06-26, 2:10 PM
    Mə`nəvi işlərə nəzarətdə qərbin baxışı

    Bura qədər söylənilənlər ictimayönlü və fərdyönlü məktəblərin insanın maddi işlərinə qarşı olan baxışları idi. Amma görəsən onlar mə’nəvi məsələlərə necə baxırlar? Əgər bir rəftar cəmiyyətin mə’nəviyyatına zərər vursa, burada da başqalarının işinə nəzarət olunmalıdır, ya yox?

    İndiyə qədər söhbət maddi məsələlərdən gedirdi. Fərdyönlü cəmiyyətin iqtisadi görüşləri bu idi ki, bir kəsin gördüyü işin xeyrinin və ya zərərinin bizə aidiyyəti yoxdursa, həmin adama mane olmaq lazım deyil. Bu məsələ az-çox qərb cəmiyyətinə hakim baxışlardır. Elmi dildə buna individualizm deyilir. Qərb ictimaiyyətçiləri başqalarının işinə nəzarəti ancaq maddi məsələlərdə düzgün bilirlər; mə’nəvi məsələlərdə, yə’ni iman, küfr, haqq, batil kimi işlərdə bu dəstə deyir: "Sənə nə! Bu artıq başqasının işinə dəxalət etməkdir!”

    Qərbdə ayrı-ayrı fərdlərin işi dini, əxlaqi və digərlərinin mə’nəviyyatına aid olduqda, bunu tamamilə onların toxunulmaz haqqı bilirlər. Və heç kəsin həmin məsələyə dəxalət etməyə haqqı yoxdur.


    Mə`nəvi işlərə nəzarətdə İslamın görüşləri

    İslam yuxarıda deyilən hər iki baxışla müxalifdir. İslam dini insanları elə tərbiyə edir ki, fərdlər təkcə özlərinin deyil, başqalarının da fikrində olsunlar. Hətta namazda fərdlə Allahın arasında olan rabitədə belə müsəlmana "biz” demək buyurulur. "Mən” deməməlidir. Maddi işlərdə olduğu kimi, insanlar bir-birlərinin mə’nəvi işlərinə diqqət yetirməlidirlər.

    Bir kəs cəmiyyətdə mə’nəvi pozğunluğa səbəb olacaq bir iş görərsə, onu həmin işdən çəkindirmək lazımdır. Bəlkə də mə’nəvi məsələlərdə nəhy əz münkər etmək daha vacibdir. Çünki, insan ruhunun maddiyyatdan daha üstün dərəcəsi var. Maddiyyat fanidir, amma mə’nəviyyat əbədidir və heç zaman itmir. Günaha batıb əbədi əzaba məhkum olmuş şəxsi, maddi atəşdə yanan birisi ilə müqayisə etmək olmaz. Bir nəfərin özünü yandırmaq və ya suda boğmaq istədiyini gördükdə, vicdanımız bu işə razı olurmu? Deyəcəksiniz ki, ürəyi belə istəyir, özü bilər?! Deməli, özünü odun içərisinə atmaq istəyən şəxsi zorla tutub saxlamalısınız. Bu ki, dünyəvi atəşdir və yaxıb-yandırmağı da bir neçə saatlıqdır. Bir neçə saatlıq əzab-əziyyətdən sonra yanıb məhv olursan və ağrılar da ölümlə qurtarır. Amma əbədi olaraq yanmağa səbəb olan bir işin qarşısını almaq daha vacib və zəruridir.

    Qur᾿an bu barədə buyurur: "Onların dəriləri yanıb qurtardıqca, əzabı dadsınlar deyə, yeni dərilərlə əvəz edərik.”

    Allah-taala buyurur ki, kafirləri cəhənnəmdə yandıranda dəriləri yanar və külə dönər. Yenidən əzab təkrarlansın deyə, onların bədənində yeni dəri bitirilər. Bu halın sonu olmaz; yandıqca yanarlar. Görəsən, bu insanların günahı nə imiş? Rəbbimiz buyurur: Onlar mənim buyurduğumdan boyun qaçıranlardır, günahkarlardır. Siz görəndə ki, bir nəfər belə əzaba səbəb olacaq günah iş tutur, vicdanınız onun əlindən tutub saxlamağa, günahdan çəkindirməyə vadar etməyəcəkmi? İslamda əmr be mə’ruf, nəhy əz münkər ancaq maddi zərərlərə aid edilmir. İslam günahın da qarşısının alınmağını tələb edir. Çünki, günahkar şəxs əbədi axirət əzabına düçar olur.


    Qur᾿anın əmr be mə`ruf və nəhy əz münkər haqqında baxışları

    Əmr be mə’ruf və nəhy əz münkər haqqında Qur’anda olan ayələr arasında Tövbə surəsində olan 67 və 71-ci ayələr xüsusi yer tutur.

    Allah-taala bu ayələrdə buyurur: Mö’min kişilər və mö’minə qadınların bir-birinə vilayət haqları var. Üzərlərində olan bu haqqa görədir ki, əmr be mə’ruf və nəhy əz münkər edirlər. "Vilayət” kəlməsini hansı mə’nada götürsək, istər məhəbbət, dost, istərsə də, qanuni qüdrət və üstünlük, rəhbər mə’nasında və ya hər hansı digər mə’nada, bu, başqalarını pis əməllərdən çəkindirmək üçündür. İnsan hər hansı bir şəxsi günahdan çəkindirmək istəsə, gərək həmin adam üzərində bir növ qanuni haqqı olsun.

    Qərb mədəniyyətində bu haqqı heç kimə vermirlər. Heç kim qalxıb günaha mane olmur və ya başqalarının maddi və mə’nəvi işlərinə dəxalət etməyə haqqı yoxdur. Əgər bir nəfər bu işi görmək istəsə, deyirlər: "Sənə nə!” Lakin İslam hamının bir olması iddiasındadır. Bir nəfər özünü günahdan, zərərdən qoruduğu kimi, başqalarını da qoruyub, çəkindirməlidir. İslam özünü yandırmaq istəyənin əlindən tutub saxlamağı insanların ilahi vəzifəsi bilir. Bu iş bəlkə də vaciblərin vacibidir: "Həqiqətən əmr be mə`ruf və nəhy əz münkər böyük vaciblərdən biridir ki, onun vasitəsilə digər vaciblər də həyata keçirilir.” Bundan əlavə, insanlıq hissləri də bu kimi işlərə laqeyid yanaşmamağı tələb edir.

    Allah-taalanın öz bəndələrinə buyurduğu ən vacib vəzifələrdən biri, əmr be mə’ruf nəhy əz münkərdir. Əgər əmr be mə’ruf və nəhy əz münkər vəzifəsinə əməl edilməzsə, insan digər vəzifələrini də tərk edər. Deməli, bu vəzifəsini icra etmək istəyən şəxsin bir növ qanuni haqqı olmalıdır ki, pis əməlin qarşısını ala bilsin. Əmr edənin qarşı tərəfə vilayət haqqı çatır. Allahın buyurduğu "vəl mu`minunə vəl mu`minatu bə`zuhum əvliyau bə`zin” ayəsindən əsas məqsəd, bəlkə də müsəlmanların bir-birinə əmr be mə’ruf və nəhy əz münkər edə bilmələri üçün verdiyi vilayət haqqıdır.

    Vilayət üçün nəzərdə tuta bilmədiyimiz mə’nalardan biri də, tez-tez zikr edilən "dost” mə’nasıdır. Yə’ni, mö’minlər bir-birinin dostudur, bir-birinə məhəbətləri olduğu, ürəkləri yandığı üçün kimsənin günaha düşməsini istəmirlər. Dostlarının sonu əbədi əzabla qurtaran bir işə qol qoymasına razı olmurlar.

    Amma Allah-taala mö‘minlərin qarşısında münafiqlərdən söhbət edəndə buyurur: "Əl munafiqunə vəl munafiqatu bə`zuhum min bə`zin.” Diqqət yetirsəniz görərsiniz ki, "bə`zuhum əvliyau bə`zin” sözlərini demir. Eləcə də "vəyə`murunə və bil mə`rufi” kəlməsinin yerinə "yə`murunə bil munkəri və yənhəvnə ənil mə`rufi” sözlərini deyir. Burada qarşıya çıxan bir neçə sual var ki, imkan daxilində onları təhlil edəcəyik.


    Qur`an nə üçün mö`minlər qarşısında münafiq tə`birini işlətmişdir?

    Sual yaranır ki, Qur’an nə üçün mö’minlər qarşısında "kafir kişilər və kafir qadınlar” demir? Yə’ni, "Mö’min kişilər və mö’minə qadınlar hər zaman yaxşılığa də’vət edib, pisliklərdən çəkindirirlər” ayəsinin qarşısında "kafir kişilər və kafir qadınlar isə pisliyə əmr edib, yaxşı işlərdən çəkindirərlər” tə’birini işlətməmişdir? Kafir sözünün yerinə münafiq sözündən istifadə etmişdir.

    Mə`lum məsələdir; münafiqlər müsəlman cəmiyyətində yaşayıb, fəaliyyət göstərir və zahirdə müsəlmançılığın bütün şərtlərini qəbul edirlər. Üzdə bütün İslami dəyərləri qəbul edir, amma qəlblərində həmin dini inancların heç birinə e’tiqad bəsləmirlər. Zahirdə müsəlmanlarla həmrə’ydirlər, lakin gizlində düşmənçilik edirlər. Münasib zamanda əllərinə fürsət düşəndə, müsəlmanlara zərbə endirirlər.

    Amma kafirlər İslam cəmiyyətinə qarışmırlar. Əgər müsəlmanlar arasında yaşamalı olsalar, İslam əleyhinə öz mövqelərini açıq şəkildə e’lan edirlər. Ona görə də müsəlmanlar onları tanıyır, onlarla olan münasibətlərinin həddi-hüdudunu müəyyənləşdirə bilirlər. Kafir cəmiyyətdə əksəriyyət kafir olur və açıqca İslami dəyərləri qəbul etmədiklərini bildirirlər. Buna görə də yalandan özlərini müsəlman göstərməyə ehtiyacları da olmur. Münafiqlər isə İslam cəmiyyətinə nüfuz etmək üçün zahirdə bütün İslami dəyərləri e’tiraf edirlər, amma əslində hədəfləri dinə qarşı mübarizə aparıb, ona arxadan zərbə vurmaqdır. Ona görə də Qur’an buyurur: "Mö’minlər öz dinlərindən muğayat olsunlar, münafiqlərin əsas işi pisliyə də’vət edib, yaxşılıqlardan çəkindirməkdir.”


    Mö`minlərin bir-birinə olan vilayəti

    Yuxarıdakı bəhslərdən aydın oldu ki, mö’minlərin bir-birlərinin üzərində vilayət haqqı var. Allah onlar üçün bu qanuni haqqı qərar vermişdir ki, bir-birlərinin əməllərinə nəzarət edib, mə’suliyyət hissi daşısınlar.

    Amma münafiqlər "pisliyə çağırış” (əmr be münkər) və "yaxşılıqdan çəkindirmə” (nəhy əz mə’ruf) vasitəsi ilə xalqın dini əsaslarına həmlə etdikləri üçün Allah onlara vilayət haqqı verməmişdir. Münafiqlərin vilayətə ehtiyacları da yoxdur. Çünki, vilayət qanuni bir haqdır və qanun heç bir cəmiyyətdə "münkərin əmrinə” icazə vermir. Münafiqlər mö’minlər kimi bir-birinə məhəbbət bəsləməzlər. Onlardan hər biri öz mənfəətini düşünür. Qur᾿ani-Kərimdə bu barədə buyurulmuşdur:

    "Təhsəbuhum cəmiən və qulubuhum şətta”

    Qur’ani-Kərim bu ayədə münafiqlər barəsində buyurur ki, siz onları müştərək bir cəbhədə yığışmış görərsiniz. Zahirdə onların arasında birlik, həmrə`ylik müşahidə olunur. Amma qəlbləri bir-birindən ayrıdır. Onlar ürəklərində bir-birinə yanmaz, məhəbbət bəsləməzlər. Hətta şəxsi mənafeləri tə’min olmayanda bir-birini məhv etməkdən belə, çəkinməzlər. Çünki, hər kəs ancaq öz xeyrini düşünər. Bir yerə yığışıb təşkilat yaratmaq istəsələr və ya bə’zi işlərdə birlikdə fəaliyyət göstərsələr də, həqiqətdə bunu öz mənafelərinə çatmaq xatirinə tələ olaraq qururlar. Bunların təşkilatında, birliyində hər hansı birinin şəxsi mənafeyinə qarşı problem meydana çıxarsa, hər şeyi alt-üst edib kənara çəkilərlər. Deməli, münafiqlərin bir-birinə məhəbbəti olmaz, əmr və nəhy etmək üçün də onlara qanuni qüdrət verilməmişdir.

    Münafiqlər ancaq batil işlərdə birləşib, batil əməllərdə iş birliyinə girərlər.


    İslam cəmiyyətində yaramaz işlərə əmr etmək və bəyənilən işlərin qarşısını almaq mümkündürmü?

    Qarşıya çıxan müəmmalı suallardan biri də budur: Necə olur ki, hər hansı bir cəmiyyətdə bə’zi adamlar münkər və pis işlərə əmr edirlər? Halbuki, hər bir cəmiyyətdə münkər pis və alçaq iş mə’nasındadır. Hər bir cəmiyyətdə, xüsusilə də İslam ölkələrində müsəlmanlar müqəddəs dəyərlərə, insani keyfiyyətlərə e’tiqadlı olduqlarını e’tiraf edirlər.

    Necə olur ki, İslam cəmiyyətində kimlərsə cür’ət tapıb, xalqa pis əməllərlə məşğul olmaq göstərişi verirlər. Yəqin ki, belə adamların öz hədəfləri olur və inanırlar ki, bu sözü deyəndə onların sözünə dəstək verəcək adamlar da tapılacaq. Çünki bilsələr ki, onların sözünün ardınca gedənlərə - oğurluq edin, fəsad törədin - deyilsə, qulaq asan olmayacaq, bütün bu zəhmətlərə qatlaşmazlar. Labüd gördükləri işin cəmiyyətdə tə’sir qoyacağına ümidvardırlar. Müəmmalı sual da budur ki, cəmiyyətdə alçaq işlərə zəmin yaradan belələri necə müvəffəqiyyət qazanırlar? Niyə bu işləri görürlər? Və xalq niyə bu üzdəniraq təklifləri qəbul edir?

    Burada aydınlaşdırmaq lazımdır ki, əmr be mə’ruf və nəhy əz münkər dedikdə nə nəzərdə tutulur? Yə’ni, bir adamın xalq arasında - gəlin pis işlər görün, yaxşı işlərdən çəkinin - deməsi ilə aydındır ki, şüur sahibilərinin belə işi görməsi və camaatın da onun sözünü qəbul etməsi ehtimalı sıfra bərabərdir. Çünki, xalq bütün müqəddəs dəyərlərə inanır və bir kəsin gəlib açıqcasına belə sözləri deməsinə icazə vermir. Qur’anda münafiqlərdən bəhs edib - onlar münkər işlərə əmr edərlər - dedikdə, nəzəri münkər sözünün ilkin məfhumu deyil. Məqsəd budur ki, münafiqlər münkərin aldadıcı nümunələrinə əmr edərlər. Yə’ni, münkərin məfhumuna yox, onun aid olduğu həyati bir işə əmr edərlər. Onlar xalqı üzü yaxşı işlə pərdələnmiş, batini isə həqiqətdə münkər olan işlərə əmr edərlər.

    Münafiqlər xalqı aldadıcı təbliğat işlərindən, gözqamaşdırıcı variantlardan istifadə etmək və məfhumların yerini dəyişməklə münkər işlərə sövq etdirərlər. Əvvəl zəmin yaradıb xalqa bə’zi işləri "yaxşı” göstərərlər, daha sonra onları həmin işi görməyə təşviq edərlər. Başqa bir tərəfdən, bə’zi yaxşı əməlləri xalq arasında pis cilvələndirər, davamlı təbliğ etməklə, xalqı həmin işlərdən çəkinməyə də’vət edərlər. Heç vaxt birbaşa cəmiyyət arasında, pis işlər görün, yaxşı işlərdən çəkinin, deməzlər. Mə’lumdur ki, hər bir ağıllı insan nə belə işlər görər, nə də belə sözü qəbul edər.

    Məsələyə aydınlıq gətirmək üçün bir neçə kiçik misal çəkəcəyəm. Əvvəllər bizim cəmiyyətdə qadınlar arasında "həya” deyilən bir dəyər məfhumu var idi. Hamımız yaxşı bilirik ki, qadın üçün xüsusi imtiyaz və üstünlük sayılan sifətlərdən biri də həyadır. Əlbəttə həyalı olmaq kişi üçün də yaxşı sifət sayılır, amma qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Qur’anda da bu kəlmə yeri gəldikcə işlədilmiş və yüksək qiymətləndirilmişdir. Hətta Şüeyb peyğəmbərin qızlarının əhvalatında qızların ataları tərəfindən Həzrəti Musanı evlərinə də’vət etmələri məsəlində Qur’an belə buyurur:

    "Fəcahəthu ihdahuma təmşi əla istihyain...”

    Qızlardan biri utancaq və həyalı halda Musanın (ə) yanına gəldi. Başı aşağı yavaşca dedi: "Atam sizi çağırır, çəkdiyiniz zəhmətin haqqını ödəmək istəyir. Allah-taala bu yerdə qızın həyasını xüsusi bir tərzdə bəyan edir. Buyurur: "Həzrəti Musanın (ə) yanına utancaq və həyalı halda gəldi.”

    Həyanın bizim mədəni adət-ən’ənələrimizdə öz yeri var. Münafiqlər həya barəsində belə deyirlər: ”Sizin dediyiniz bu utancaqlıq və həya həmin xəcalət hissidir.” Onlara görə, bir qadının həyalı olması, onun xəcalət çəkib geri çəkilməsi, cəsarətsizliyi deməkdir. Deyirlər: "Utancaq adamın dünyada əlindən heç bir iş gəlməz. Ona görə də utancaq adamlar fərsiz olurlar. Və psixologiya elmi də utancaqlığın insan üçün mənfi və pis xüsusiyyət olduğunu bildirir. Hər hansı bir qızın yad bir oğlan qarşısında utanıb çəkinməsini normal hal hesab etmirlər. Çünki, o, ürəyindən keçənləri ona söyləməyi bacarmır, öz haqqını ondan ala bilmir. Beləliklə, qız oğlandan utanıb, çəkinməməlidir. O ki, camaat arasında deyirlər, insanda gərək həya, abır olsun, qız yad kişilərin yanında gərək özünü həyalı aparsın, bütün bunlar cəfəngiyatdır; səhv fikirdir. Qız üzlü olmalıdır ki, başqalarının qabağında da sözünü deyə, öz haqqını müdafiə edə bilsin. Qız və oğlanlara qaynayıb-qarışmaları üçün şərait yaradılmalıdır.” Hətta öz axmaq fikirlərini əsaslandırmaq üçün tarixdən, həzrəti Zeynəbin (ə) mübarizə hərəkətini nümunə də gətirirlər. Deyirlər: "Həzrəti Zeynəb (ə) Şamda düşmən qarşısında necə mətanət göstərib, öz haqqını müdafiə etmək üçün çıxışlar edirdisə, bizim qızlarımız da eynilə öz şər`i vəzifələrini bilib, haqqlarını qorumağı bacarmalıdırlar”.

    Dediklərim, münafiqlərin nəzərində müsbət cəhətlər sayılır. Ailə həyatı qurmamış qız, yad kişi qarşısında həyalı davranmalıdır. Bu özü bir dəyərdir. Münafiqlər bu ikisini qatıb-qarışdırırlar. Həyalı olmağı utancaqlıq, yə’ni fərsizlik adlandırırlar. Deməli, münafiqlər əvvəl qız və oğlan arasında olan əlaqələri mədəniyyət kimi cilvələndirir, həyanın xəcalətlilik və fərsizliyə gətirib çıxardığını ictimaiyyət arasında yaymağa çalışırlar. Hətta əgər münafiqlər hökumət dairələrinə nüfuz edə bilsələr, həmin dairələr tərəfindən bu kimi işlərin yayılması üçün sifariş edərlər. Məsələn deyirlər, filan tarixi mərasim hətta küfr olsa belə, mədəni keçmişimizin qorunub-saxlanması üçün lazımdır. Münafiqlər heç vaxt gəlib birbaşa "pis iş tutun” deməzlər. Əvvəlcə zəmin hazırlayaraq mənfi halları xalqın gözündə müsbət kimi qələmə verərlər. Sonra xalqı həmin işə də’vət edərlər.

    Deməli, cəmiyyətdə mədəni zəmin yaranmayınca, münkərə əmr də mə’na kəsb etmir. Başqa bir tərəfdən, cəmiyyətdə elə dəyərlərə, mədəniyyətlərə rəvac verirlər ki, artıq əmr be mə’rufa da yer qalmır. Yə’ni qəzetlərdə, çıxışlarda və digər informasiya vasitələrində xalqın beyninə yeridirlər ki, başqasının e’tiqadı, ictimai, əxlaqi işlərinə qarışmaq düzgün iş deyil. Bu sözdən sonra xalq da pis əməllərə qurşanmaqda cəsarət tapır. Kimsə onlarda nöqsan tutmağa cəhd göstərsə, onlardan ictimaiyyətdə etika qaydalarına riayət etməyi tələb etsə, üzlərinə bozararaq, deyəcəklər: "Məgər, azadlıq, demokratiya deyil, sən kimsən ki, mənim şəxsi işlərimə dəxalət edib, haqqımı tapdalayasan. Mən azad insanam, istədiyim kimi geyinib gəzə bilərəm. Sərbəst olmaq, istədiyim kimi hərəkət etmək mənim haqqımdır. Sən kimsən ki, mənim insanlıq haqqımı əlimdən alasan!”

    Əvvəl cəmiyyətdə belə mədəniyyət normalarının vüs`ət tapması üçün şərait yaradır, daha sonra xalqı mə’ruf işlərdən nəhy edirlər. İş o yerə çatır ki, bütün insani dəyərlər öz yerini, insana zidd olan dəyərlərə verir. Vay o kəslərin halına ki, cəmiyyətdə belə şəraitə zəmin yarardırlar.
    Category: Kərbəlada çaxan bir şimşək | Added by: Islam_Kitabxanasi
    Views: 779 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024