İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissəlamın həyatı

    İmam Hüseyn əleyhissəlamın həyatı
    2012-06-08, 2:37 PM
    Dördüncü İmamın təbliği mübarizələri
    Zillət və alçaqlıqdan qurtarmaq izzət şərəf və azadlıq qazanmaq həqiqi təhriflər zülm və haqsızlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli camaatın məsuliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq.
    Bu İmam Hüseyn əleyhissəlamın hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi yəni Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (əleyhissəlam) və xanım Zeynəbin (səlamullahi əleyha) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq Bəni–Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.
    Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (əleyhissəlam) qızı xanım Zeynəbin (səlamullahi əleyha) Kufə bazarında ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidin əleyhissəlamın kiçik və sadə lakin çox şüurlu və təsirli çıxışları ilə davam etdi.
    Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (əleyhissəlam) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat məni tanıyan tanıyır tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat siz atama məktub yazmadınızmı? Onunla beyət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş nə pis düşüncə və hərəkətdir!
    Əgər Allahın Peyğəmbəri sizə desə ki siz mənim övladlarımı öldürdünüz mənim hörmətimi qırdınız siz mənim ümmətimdən deyilsiniz onda nə üzlə ona baxarsınız?»
    Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə təsir bağışladı ki dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: "Bilmirsiniz bədbəxt oldunuz!” Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: "Ey Peyğəmbər balası! Biz sənə qulaq asır sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq kiminlə desən vuruşar kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.” İmam Səccad (əleyhissəlam) buyurdu: «Heyhat (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki nə bizdən nə də bizim əleyhimizə olasınız.»(Lühuf, səh.66.)
    İmam Səccad əleyhissəlamın ibn Ziyadla söhbəti
    Ötən səhifələrdə qeyd etdik ki Bəni-Üməyyə hökuməti Cəbriyyə məzhəbindən istifadə edir və öz günahlarını Allahın iradəsi ilə əsaslandırırdılar. Bu yolla da camaatın fikrini azdırırdılar. İmam Səccad (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) düşmənin bu hiyləsindən xəbərdar olduqları üçün ona qarşı ciddi mübarizə aparırdılar. Bu mübarizənin bariz nümunələrindən biri İmam Səccad əleyhissəlamın Kufədə ibn Ziyadla söhbətidir. Əhli-beyt əsirlərini ibn Ziyadın sarayındakı ümumi məclisə gətirdikdən və xanım Zeynəb (səlamullahi əleyha) ilə ibn Ziyad arasında kəskin söz-söhbət getdikdən sonra ibn Ziyadın gözü İmam Səccad əleyhissəlama sataşdı və dedi: "Bu kimdir?” Məclisdəkilərdən bəziləri dedilər: "Əli ibn Hüseyndir.” İbn Ziyad: "Məgər Allah Əli ibn Hüseyni öldürmədi?”
    İmam Səccad (əleyhissəlam): "Mənim qardaşım var idi camaat ona da Əli İbn Hüseyn deyirdi. Siz onu öldürdünüz.”
    İbn Ziyad: "Yox onu Allah öldürdü.”
    İmam Səccad (əleyhissəlam): «Allah əcəli çatan kimsələrin canlarını ruhlarını onlar öldüyü zaman ölməyənlərin hələ əcəli çatmayanların canlarını isə yuxuda alar. Çünki yuxu da ölüm kimi bir şeydir yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir. (Zumər” surəsi, ayə 42.)
    İbn Ziyad: "Nə cürətlə belə cavab verirsən? Aparın onun boynunu vurun.”
    Bu zaman İmamət əmanətinin (İmam Səccadın) qoruyucusu xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini də sağ qoymadın əgər onu öldürmək istəyirsənsə məni də onunla birlikdə öldür!»
    İmam Səccad (əleyhissəlam) buyurdu: «Bibi sakit ol qoy onunla mən söhbət edim.» İmam sonra buyurdu: «Ey Ziyadın oğlu! Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölüm bizim üçün adi bir iş şəhadət bizim üçün şərəfdir?»(Lühuf, səh.68.)
    İmam Səccad əleyhissəlamın Şamda buyurduğu xütbə
    Bundan öncə də qeyd etdik ki Əhli-beyt əsirlərinin Şama səfəri İmam Hüseyn əleyhissəlamın inqilabının xəbərini yaymaqda və Yezidin çirkin və nankor hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. Onlar əsirlik libası ilə eynilə İmam Hüseyn əleyhissəlamın şəhadət libası ilə apardığı müqəddəs cihadı yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması Müaviyənin qırx illik təbliğləri nəticəsində İslam və Peyğəmbər ailəsi haqqında düzgün məlumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsində düzgün məlumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər yeri gələn kimi bu barədə hərəkət edirdilər. Şamda olan günlərin birində İmam Səccad əleyhissəlamın buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi bütün camaat arasında rüsvay etdi.
    Mərhum Əllamə Məclisi «Mənaqib» kitabının müəllifinə və başqa yazıçılara istinad edərək yazır: «Rəvayət edirlər ki bir gün Yezid məclis təşkil edib vaizə dedi ki Hüseyn (əleyhissəlam) və Əli əleyhissəlamın pisliklərinə dair söhbət etsin. Vaiz minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra Əli (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamı pisləməyə başladı sonra da Müaviyə və Yezidi kifayət qədər təriflədi. İmam Səccad (əleyhissəlam) camaatın arasından uca səslə qışqırdı: «Vay sənin halına ey vaiz! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və Cəhənnəmdə özünə yer hazırladın!» Sonra İmam Səccad (əleyhissəlam) əlavə edib buyurdu: «Yezid icazə verirsən bu çubuqların (minbərin) üstünə çıxım və Allahın Rizayəti olan və camaata əcr-savab verəcək bir neçə kəlmə söz deyim?» Yezid icazə vermədi. Camaat dedi: "Əmir icazə ver minbərə çıxsın bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)” Yezid dedi: "Əgər o bu minbərə çıxsa məni və Əbu Süfyanın ailəsini rüsvay etməyincə aşağı enməyəcək.”
    Bir nəfər dedi: "Əmir məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: "O elə bir ailədəndir ki onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.”
    Camaat o qədər təkid etdi ki Yezid nəhayət icazə verdi. İmam Səccad (əleyhissəlam) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi sonra isə elə bir xütbə buyurdu ki gözlərdən yaş axmağa ürəklər titrəməyə başladı.
    İmam Səccad (əleyhissəlam) buyurdu: «Camaat Allah bizə (Peyğəmbər ailəsinə) altı üstünlük vermiş və yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur.
    Bizim altı üstünlüyümüz budur ki Allah bizə elm helm səxavət fəsahət şücaət vermiş və möminlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır. Yeddi fəzilətimiz isə odur ki Allahın seçilmiş peyğəmbəri doğru danışan (Əli ibn Əbu Talib (əleyhissəlam)) Cəfər Təyyar Allahın və Allah peyğəmbərinin şiri (Həmzə) bu ümmətin iki böyük rəhbəri-Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) və Fatimeyi-Zəhra (səlamullahi əleyha) (ya da Həzrət Məhdi (əleyhissəlam))(Yeddinci fəzilət barəsində tarixçilər arasında fikir müxtəlifliyi var.) bizdəndir.
    Camaat kim ki məni tanıyır heç kim də tanımırsa indi özümü ona tanıtdıraram. Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən Həcərül-əsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin oğluyam.(Bu ifadə ilə imam Səccad (əleyhissəlam) be’sətdən beş il qabaq Kə’bənin uçulub tökülməsi nəticəsində oradakı qara daşın yenidən ora qoyulması uğrunda gedən qəbilələr mübarizəsinə işarə edir. Bu böyük şərəfi hər qəbilə özünə məxsus etmək istəyirdi. Lakin nəticədə hamının razılığı ilə Peyğəmbər (səlləllahu əleyhi və alih) (hələ Peyğəmbər olmazdan beş il qabaq) bir əbanı yerə salmış və dörd qəbilənin hərəsindən bir nümayəndə əbanın dörd tərəfindən yapışmış. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz mübarək əli ilə qara daşı yerinə qoymuşdu.) Mən ehram bağlayıb təvaf və səy edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (merac gecəsi) Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (merac zamanı yeddinci göydəki) Sidrətül-müntəhaya çatan şəxsin oğluyam. Mən merac zamanı Allaha yaxın olduğundan onunla Allah arasında iki kamandan da az məsafə qalan şəxsin oğluyam. Mən asiman mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Məhəmməd Mustafanın (səlləllahu əleyhi və alih) oğluyam. Mən Əliyyi–Murtəza əleyhissəlamın oğluyam. Mən müşriklərə «La ilahə illəllah» deyənə qədər (müsəlman olanadək) vuruşan şəxsin oğluyam. Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə ilə(Ola bilsin bu, aşağıdakı hadisəyə işarədir: Ühüd döyüşündə Əli əleyhissəlamın qılıncı sındı və Allah tərəfindən ona «Zülfüqar» qılıncı göndərildi. Başqa bir ehtimal da budur ki, Əli (əleyhissəlam) iki qılınc ilə vuruşardı.(nizənin iki olmasına istinad edərək.))vuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən(Həzrət Əli əleyhissəlamın iki dəfə hicrət etməsində aşağıdakı versiyalar irəli sürülmüşdür: a) Məkkədən Mədinəyə və sonra Peyğəmbərin son vaxtlarında o Həzrətin əmrilə Yəmən əhalisinə təbliğ etmək üçün Yəmənə; b) Məkkədən Mədinəyə və öz xilafəti dövründə Mədinədən Kufəyə; v) Məkkədən (müsəlmanların iqtisadi böhran keçirdiyi üç il müddətində) Əbu Talib dərəsinə, sonra da Məkkədən Mədinəyə hicrət etmişdir.) Peyğəmbərlə iki dəfə beyət edən Hüneyn döyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mən möminlərin ən salehinin peyğəmbərlər varisinin kafirləri məhv edən müsəlmanların rəhbəri mücahidlərin nuru abidlərin zinəti (Allah qorxusundan) ağlayanların fəxri sayılan səbirlilərin ən dözümlüsü Allah Peyğəmbərinin ailəsindən çıxmış ən yaxşı inqilab edən şəxsin oğluyam. Mənim nəslim (cədd-əqrəbam) o şəxsdir ki Cəbrail onun himayədarı Mikail onun köməkçisi özü də müsəlmanların himayədarı və namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə) əhd-peymanını dananlarla (nakisinlə) zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən şəxsin oğluyam. Mən Peyğəmbərə (səlləllahu əleyhi və alih) hamıdan qabaq iman gətirən müsəlmanların qabaqcılı olan və Qüreyşin ən üstün şəxsiyyəti sayılanın oğluyam. O zalımların düşməni müşrikləri məhv edən münafiqləri qırmaq üçün atılmış Allah oxu abidlərin hikmət dili Allah dininin köməkçisi Allahın təyin etdiyi rəhbər Allah hikmətinin gülzarı və Allah elminin mərkəzi idi...»
    İmam Səccad (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: «Fatimeyi-Zəhranın (səlamullahi əleyha) oğlu mənəm. Qadınlar şahının (Xanımlar xanımının) oğlu mənəm...»
    İmam Səccad (əleyhissəlam) özünü əslində isə İmamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki camaatın ağlamaq səsi göyə ucaldı.
    Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki azan versin. Azançı ayağa qalxıb azan deməyə başladı: «Əllahu əkbər Əllahu əkbər.»
    İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli heç bir şey Allahdan böyük deyil.»
    Azançı «Əşhədu əlla ilahə illəllah» deyəndə, İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli mənim tük dəri ət və qanım Allahın təkliyinə şəhadət verir.» Elə ki azançı «Əşhədu ənnə Muhəmmədən rəsulullah» dedi İmam Səccad (əleyhissəlam) minbərin üstündən üzünü Yezidə tutub buyurdu: «Yezid Məhəmməd (səlləllahu əleyhi və alih) mənim cəddimdir yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir yalan demiş və haqqı danmış olarsan. Yox əgər desən ki mənim cəddimdir bəs onda nə üçün onun övladlarını öldürdün?»(Biharul-ənvar, c.45, səh.137.)
    Təxminən on dördüncü əsr tarixçisi İmaməddin Təbəri «Kamili-Bəhayi» kitabında İmam Səccad əleyhissəlamın xütbəsinin sonunda yazır: (İmam Səccad (əleyhissəlam)) buyurdu: «Ey Yezid! Bu hörmətli və kəramətli Peyğəmbər mənim cəddim olmuşdur yoxsa sənin cəddin? Əgər desən sənin cəddin olub bütün camaat biləcək ki sən yalan deyirsən yox əgər desən ki, mənim cəddim olub bəs onda nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir aldın?» Bunu deyib əlini atdı yaxasına yaxasını cırıb ağlayaraq buyurdu: «And olsun Allaha əgər dünyada bir nəfər varsa ki Peyğəmbər onun cəddi olmuş olsun o da mənəm. Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü və bizi (Roma imperiyasından tutulmuş) əsirlər kimi gətirdi?» İmam sonra əlavə edib buyurdu: «Ey Yezid! Bu cür iş görürsən sonra da «Muhəmmədun rəsulullah» deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar.»
    Məlun Yezid bu zaman azançının üstünə qışqırdı ki iqamə de. Məclisdə böyük səs-küy əmələ gəldi. Kimisi namaz qılıb kimisi də namaz qılmadan dağılıb getdi.»(Kamili Bəhayi, səh.301.)Aşura inqilabının nəticələri
    İmam Hüseyn əleyhissəlamın inqilabı İslam cəmiyyətinə böyük təsir və nəticələr bağışladı. İndi həmin nəticələrin bir neçəsini nümunə üçün qeyd edib araşdıracağıq.
    1. Hakim dairələrin rüsvayçılığı
    Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı həmçinin, Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq cürbəcür üsullardan (məsələn, yalançı hədis düzəltməklə şair və tarixçiləri özlərinə cəlb etməklə Cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdikləri üçün İmam Hüseyn əleyhissəlamın inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə qeyd etmək lazımdır ki Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini, arvad-uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid özünə camaatın nifrətini qazandı. Belə ki həmən dövrün şəxsiyyətlərindən biri olan Mücahid deyir: "And olsun Allaha camaat hamı bir nəfər kimi Yezidi lənətləyib söydü və ona eyb tutub ondan üz döndərdi.”(Təzkirətül-xəvass, səh.262.)
    Yezid qələbəsinin əvvəlində şad və qürurlu görünməsinə baxmayaraq camaatın etirazı nəticəsində bu şadlığı itirib İmam Hüseyn əleyhissəlamın öldürülməsinin günahını Übeydullah ibn Ziyadın (Kufə hakiminin) boynuna atdı. Tarixçilər deyirlər: "Yezid Aşura hadisəsindən sonra Übeydullah ibn Ziyadı göstərdiyi xidmətə görə mükafatlandırmaq üçün Dəməşqə dəvət etdi. Ona çoxlu mal-dövlət və bahalı hədiyyələr verdi. Onu öz yanında otuzdurub məqamını yüksəltdi öz hərəmxanasına aparıb özünə həmsöhbət etdi.”(Təzkirətül-xəvass, səh.290.)Ancaq camaatın etirazı artdığı üçün tez bir zamanda özünü kənara çəkib bütün məsuliyyəti ibn Ziyadın boynuna atdı.
    İbn Əsir yazır: "Elə ki İmam Hüseyn əleyhissəlamın başını Yezidin hüzuruna apardılar İbn Ziyadın mövqeyi onun yanında möhkəmləndi onun bu hərəkətindən xoşhal olub ona hədiyyə verdi. Ancaq çox çəkmədi, Yezidə xəbər çatdı ki camaat onun bu işindən bərk qəzəblənmiş və onu lənətləyib söyür. Buna görə də, Yezid İmam Hüseyn əleyhissəlamı öldürməkdən peşiman oldu. O deyirdi: "Kaş əziyyətə qatlaşıb Hüseyn əleyhissəlamı öz evimə gətirəydim İslam Peyğəmbərinə xatir və Hüseyn əleyhissəlamın ona olan qohumluğu hörmətinə hökuməti ona təhvil verəydim. Allah Mərcanənin oğluna (İbn Ziyada) lənət etsin. Hüseyn əleyhissəlamı bu işə o məcbur etdi. Halbuki, İmam Hüseyn (əleyhissəlam) bildirmişdi ki, o, beyət etməyəcək, ya onu azad buraxsınlar ya da onun sərhəd kənarlarından birinə çəkilməsinə izn versinlər. Ancaq Mərcanənin oğlu onun bu təklifi ilə razılaşmadı onu qətlə yetirməklə camaatda mənə qarşı kin-küdurət nifrət yaratdı və müsəlmanların qəlbində mənə qarşı düşmənçilik toxumu səpdi. İndi hər yerindən duran mənimlə düşmən olmuşdur. Bu nə müsibət idi ki Mərcanənin oğlu mənim başıma gətirdi? Allah ona lənət eləsin və onu Öz qəzəbinə düçar etsin.”(Əl-Kamilu fit-tarix, c.4, səh.87.) Digər tərəfdən də, Yezid əvvəl Əhli-beyt əsirləri ilə kobud rəftar etmiş və onların xaraba bir evdə saxlanılmasına əmr vermişdi. Ancaq camaatın etirazı nəticəsində çox çəkmədi ki onlarla mülayim davranmağa başladı yerlərini dəyişərək dedi: "İstəyirsinizsə, sizi Mədinəyə göndərim.”
    İmadəddin Təbəri bu barədə yazır: "Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin yanına bir nəfər göndərib İmam Hüseyn əleyhissəlama əzadarlıq etmək üçün icazə istədi. Yezid icazə verib bildirdi ki onları əzadarlıq etmək üçün Darul-hicarəyə aparsınlar, qoy orada ağlasınlar. Yeddi gün orada əzadarlıq etdilər. Hər gün oraya o qədər qadın gəlirdi ki, heç sayı-hesabı yox idi. Camaat Yezidin evinə tökülüb onu öldürmək istəyirdi. Mərvan(Mərvan Müaviyənin ölümündən sonra Mədinədə olmuşdur, lakin bu halda ola bilər ki, o, Şama səfər etmişdi.)bu işdən xəbər tutub Yezidin yanına gəldi və dedi ki Əhli-beytin orada qalması sənin taxt-tacın üçün heç məsləhət deyil. Yaxşı olar ki onları Mədinəyə göndərəsən. And olsun Allaha bu qadınlar sənin hökumətinin axırına çıxacaqlar.
    Yezid İmam Səccad əleyhissəlamı yanına çağırıb öz kənarında əyləşdirdi şirin-şirin danışaraq dedi: "Allah Mərcanənin oğluna lənət eləsin. Əgər mən sənin atanın tərəf müqabili olsaydım işi bu yerə çatmağa qoymazdım və məndən nə istəsəydi razılaşardım. Ancaq olan oldu keçən keçdi. Mədinəyə çatdıqdan sonra bir işin olsa mənə məktub yaz.” İmam Səccad əleyhissəlama xalat verib qadınlar üçün də hədiyyələr göndərdi. Ancaq deyirlər ki qadınlar hədiyyələrin heç birini qəbul etmədilər.”(Kamili-Bəhayi, səh.302.)
    Yezid Aşura hadisəsindən sonra cəmi dörd il yaşadı. Ancaq onun bu nankorluğu Bəni-Üməyyə üçün əbədi rüsvayçılıq miras qoydu. Belə ki, Yeziddən sonrakı azacıq ağlı olan Əməvi xəlifələri Yezidin gördüyü işləri təkrar etməkdən çəkinirdilər. Bu barədə İslamın görkəmli tarixçisi Yəqubi yazır: "Əbdülməlik ibn Mərvan (öz hakimiyyəti dövründə) onun tərəfindən Hicaza vali seçilmiş Həccaca yazdı ki məni Əbu Talibin övladlarının qanına bulaşdırma. Mən özüm gördüm ki Hərbin (Əbu Süfyanın) ailəsi onlarla düşmənçilik etdi nəticədə süquta uğradı.”(Tarixi Yə’qubi, c.3, səh.49.)
    2. Şəhadət sünnəsinin dirçəlməsi
    İslam Peyğəmbəri Allaha iman əsasında qurulmuş yeni bir din gətirməklə şəhadət sünnəsini yaydı. Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadətin pişvazına çıxmaları olmuşdur. Ancaq Peyğəmbərin vəfatından sonra İslam hökumətinin öz həqiqi yolundan çıxması şəhərlərin fəth olunmasının artması əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar öz döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Belə ki hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər.
    Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axır-axırında və Yezidin hakimiyyətinin əvvəllərində isə bu vəziyyət öz kuliminasiya nöqtəsinə çatdı.
    O dövrdə qəbilə başçıları əsasən mal-dövlət və gücə tabe idilər. Öz vicdan və şəxsiyyətlərini dünyanın dəyərsiz mal-dövlətinə satırdılar. O dövrün dini–siyasi rəhbərləri Übeydullah ibn Ziyadın ailəsindən tamamilə xəbərdar olduqları halda yenə də onun qarşısında baş əyirdilər. Bu cür adamlar nə təkcə Yezid və İbn Ziyadın hətta onların köməkçilərinin də qarşısında mumiya kimi yumşaq və sözəbaxan idilər. Çünki mal-dövlət ad-san hamı onların ixtiyarında idi və bu cür adamlar onlara yaxınlaşmaqla mal-dövlət əldə edib ad-san qazana bilərdilər.
    Alçaqlıqda birinci dəstədən heç də geri qalmayan ikinci dəstə isə avam camaatın başını aldadan "möminlər” və "zahidlər” idilər. Onlar riyakarlıqla özlərini təqvalı göstərir və bu yolla yağlı tikələr əldə edirdilər. Öz dövrlərinin zalım hakimlərinin rəğbətini qazandıqda onların ətrafındakılarla bir sırada dururdular.
    O dövrün camaatı bu cür insanları çox yaxşı tanıyırdı. Bu cür insanların çirkin əməlləri ilə o qədər ünsiyyətdə olmuşdular ki daha onların gördüyü işlər camaatın nəzərində adi və təbii görünür və heç bir etiraza səbəb olmurdu. O dövrün adi camaatının yaşayışı da belə idi ki onların yeganə məqsəi öz şəxsi ehtiyaclarını təmin etmək idi. Hamı öz şəxsi həyatı üçün iş görür hərə öz şəxsi məqsədinə çatmaq üçün çalışırdı və heç kəsin şəxsi məqsəddən başqa heç bir fikri yox idi. Cəmiyyəti və onun böyük çətinliklərini heç bir adi şəxs nəzərə almırdı. Diqqətlərini cəlb edən yekanə şey vardısa, o da məvaciblərinin kəsilməməsi idi və buna çox diqqətlə yanaşırdılar. Camaat məvacibinin kəsilməsindən qorxub qəbilə başçılarının əmrlərini əyər-əskiksiz yerinə yetirirdi. Elə buna görə də, zülm və haqsızlıqla üzləşdikdə, heç bir etiraz etmirdilər.
    İmam Hüseyn əleyhissəlamın inqilabı bu vəziyyəti tamamilə dəyişdirdi və cəmiyyət arasında şəhadət sünnəsini şəhadət ruhiyyəsini oyatdı. İmam Hüseyn (əleyhissəlam) öz inqilabı ilə müsəlmanların olacaq həyatı üzərindəki pərdəni kənara çəkərək onlara yeni bir yol göstərdi. Düzdür bu yolda çətinliklər, məhrumiyyətlər var ancaq rüsvay olmaq alçalmaq yoxdur.
    İmam Hüseyn (əleyhissəlam) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının təsir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki İslam cəmiyyəti Aşura hadisəsi baş verməmişə qədər ("Hicr hərəkəti” kimi səthi etirazlar istisna olmaq şərti ilə) iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq kiçik də olsa, belə bir ictimai etiraz baş verməmişdi.
    Həzrət Müslim əleyhissəlamın gəlişi nəticəsində yaranmış Kufə camaatının hərəkatı da yalançı bir hədə-qorxu - Şam ordusunun gəlişi ilə dağıldı.
    Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din şəxsiyyət və şərafət hörmətini qorumaq camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi. Bu dəyişiklik və oyanışın ilkin nümunəsi Abdullah ibn Əfif Əzdinin Kufədə etdiyi etiraz idi. İbn Ziyad döyüşdən sonra qələbə münasibətilə söylədiyi birinci çıxışını İmam Hüseyn əleyhissəlama nalayiq sözlər deməyə başladığı zaman kor bir kişi olan Abdullah ibn Əfifin etiraz sədası ilə üzləşdi.(Abdullah ibn Əfif Həzrət Əli əleyhissəlamın səhabələrindən olmuş bir gözünü Cəməl, digər gözünü isə Siffeyn döyüşündə əldən vermişdi.) İbn Ziyad onun həbs olunmasını əmr etdi. Abdullahın qəbiləsindən olan adamlar onu aradan çıxarıb tez evə çatdırdılar. İbn Ziyad onu tutmaq üçün bir dəstə məmur göndərdi. Abdullah onlara qarşı şücaətlə müqavimət göstərsə də, axırda tutulub şəhadətə yetişdi.(Tarixül-üməmi vəl-mülük, c.6, səh.263.)
    3. İslam ümmətində qiyam
    İmam Hüseyn əleyhissəlamın böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu. İndi onlardan bir neçəsini oxucuların nəzərinə çatdırırıq.
    a) Təvvabin qiyamı
    İmam Hüseyn əleyhissəlamın şəhadətinin ilk müsbət nəticəsi Kufə şəhərində "Təvvabin” hərəkatı oldu. Elə ki İmam Hüseyn (əleyhissəlam) şəhadətə yetişib ibn Ziyad Nüxeylədəki hərbi hissəsindən şəhərə qayıtdı Aşura hadisəsində İmam Hüseyn əleyhissəlamın yanında olma fürsətini əldən vermiş şiələr özlərini möhkəmcə danladılar. Onlar indi başa düşdülər ki böyük səhvə yol veriblər. Çünki onlar əvvəl İmam Hüseyn əleyhissəlamı Kufəyə dəvət etmiş sonra isə ona kömək etməkdən imtina etmişdilər. İmam Hüseyn (əleyhissəlam) da onların bu dəvətinə əsasən, İraqa gəlmiş onların şəhəri yaxınlığında şəhadətə çatmış onlar isə heç yerlərindən belə tərpənməmişdilər. Onlar başa düşdülər ki İmam Hüseyn əleyhissəlamın qatillərindən qisas almayınca ya da bu yolda ölməyincə bu alçaqlıq ləkəsi onların üstündən götürülməyəcək. Bu fikrə əsasən, şiələr Kufədə olan beş nəfər rəhbərlərinin - Süleyman ibn Sürəd Xüzai Müsəyyib ibn Nəcəbə Fəzari Abdullah ibn Səd Nüfeyl Əzdi Abdullah ibn Val Təmimi və Rüfaə ibn Şəddad Bəcəlinin yanına getdilər. Süleyman ibn Sürədin evində məclis quruldu. Əvvəl Müsəyyib ibn Nəcəbə sözə başlayıb kiçik bir müqəddimədən sonra belə dedi: "...Biz həmişə öz mövhumi xeyirlərimizin ardınca olub öz dostlarımızı tərifləmişik. Ancaq Allahın Peyğəmbər balası üçün irəli çıxardığı bu imtahanda bizim yalanımız aşkar oldu. Biz bu imtahandan başıaşağı və xəcalətli çıxdıq və hər cəhətdən Peyğəmbər balasına soyuq yanaşdıq. Hüseyn (əleyhissəlam) – Peyğəmbər balası bizə məktublar yazdı qasidlər göndərdi və dəfələrlə istər aşkara istərsə də, gizlicə bizdən kömək istədi və hər cür bəhanənin qarşısını aldı. Biz isə onun yolunda canımızı əsirgədik. Nəticədə bizim qulağımız dibində (yaxınlığımızda) acınacaqlı şəkildə şəhid edildi. Biz o qədər süstlük etdik ki nə dil və əməlimizlə ona kömək etdik nə öz mal-dövlətimizlə onun köməyinə tələsdik nə də öz qəbilələrimizi onun köməyinə çağırdıq. İndi Allah və Onun Peyğəmbəri qarşısında nə üzrümüz var? And olsun Allaha, üzrümüz ancaq bu ola bilər ki ya Hüseyn əleyhissəlamın qatillərini öz cəzalarına çatdıraq ya da bu yolda ölək. Bəlkə Allah bizdən razı qala...”
    Sonra isə bir neçə nəfər də sərt çıxışlar etdi. Daha sonra isə bu dəstəyə başçı seçilmiş Süleyman ibn Sürəd Xüzai aşağıdakı məzmunda bir çıxış etdi: "Biz Peyğəmbər ailəsinin gəlməsinin intizarında idik və onlara kömək vədəsi verib İraqa gəlməsini dəstəklədik. Ancaq elə ki bizim istəyimiz yerinə yetdi və Peyğəmbər balası bizim diyara gəldi biz süstlük edib zəiflik göstərdik. Günü-günə satmaqla vaxt keçirib hadisələrin intizarında oturduq. Nəticədə də, Peyğəmbər balası şəhid edildi. İndi ayağa qalxın və qılınca əl atın! Çünki Allahın qəzəbinə düçar olmusunuz. Nə qədər ki Allahın Rizayətini cəlb etməmisiniz arvad-uşaqlarınızın yanına qayıtmayın. Peyğəmbər balasının qanını almayınca, Allah sizdən razı olmayacaq. Ölümdən qorxmayın. And olsun Allaha kim ki ölümdən qorxur o zillət və məğlubiyyətə məhkumdur. Gərək Bəni-İsrail kimi olasınız. Musa Peyğəmbər onlara buyurdu: "Siz buzova sitayiş etməklə həqiqətən özünüzə zülm etdiniz. Buna görə də, yaradanınıza tərəf üz tutaraq tövbə edin özünüzü (Tanrı bilən adamlarınızı) öldürün.”("Bəqərə” surəsi, ayə 54.)
    Bu yığıncaqdan sonra Süleyman ibn Sürəd, Səd ibn Hüzeyfə ibn Yəmana və digər Mədain şiələrinə məktub yazaraq hadisənin gedişatını onlara çatdırdı və onlardan kömək istədi. Onlar Süleymanın dəvətini qəbul etdilər. Həmçinin, Süleyman ibn Sürəd Müsənna ibn Müxrimə Əbdiyə və digər Bəsrə şiələrinə də məktub yazdı. Onlar da Süleymana müsbət cavab verdilər.
    Təvvabin hərəkatının səbəbi
    Təvvabin dəstəsi bu fikirdə idi ki İmam Hüseyn əleyhissəlamın qətlinin günahkarı ilk növbədə camaat yox Bəni-Üməyyə hökumətidir. Buna görə də, intiqam məqsədi ilə Şama tərəf hərəkət edib dedilər ki Bəni-Üməyyədən intiqam aldıqdan sonra Kufə cinayətkarlarının işinə yetişəcəyik.
    Qeyd etdiyimiz kimi bu hərəkatın səbəbi günahdan peşiman olmaq və səhvi düzəltmək idi. Təvvabin dəstəsinin çıxış məktub və xütbələrindən peşmançılıq və günahı aradan aparmaq fikri açıq-aydın hiss olunur. Kim onların bu çıxış məktub və xütbələrini oxusa bu mövzunu asanlıqla dərk edə bilər. Elə bu səbəbə görə də, Təvvabin hərəkatı zahiri araşdırmada intiharamiz bir qiyam şəklində nəzərə çarpır. Təvvabinin yeganə məqsədi intiqam almaq və öz günahlarını yumaq idi və bundan başqa heç bir ayrı fikirləri yox idi. Onlar nə qələbə etmək fikrində idilər nə də hökumətə gəlmək istəyirdilər. Təkcə məqsədləri intiqam idi. Onlar evlərindən çıxarkən yəqin bilirdilər ki bir daha geri dönməyəcəklər. Onlar öz məqsədlərinə çatmaq uğrunda ölmək arzusunda idilər. Hətta düşmən onlara aman da vermişdi ancaq onlar bu amandan imtina etmişdilər. Çünki onlar amanı hərəkatın məğlub olmasına uğrayacaq bir tor bilirdilər.
    Təvvabin hərəkatının qüvvələri
    Təvvabin hərəkatına qoşulanlar təkcə şiələr deyildi. O cümlədən vəziyyətin dəyişməsini istəyən və Əməvi hökumətinin zülmündən qanlı bir hərəkatla azad olmaq istəyən bütün qüvvələr də Təvvabin hərəkatına qoşulmuşdular. Düzdür bu qiyamın əsasən intiqam xarakteri daşımasına və qiyamçıların şəhadət fikrində olduqlarına görə bir çoxları bu hərəkata qoşulmadılar. Süleyman ibn Sürədin siyahısında on altı min nəfər ad yazdırmış və bu ədədin yalnız beş min nəfəri qiyamda iştirak etmişdi. Şam ordusunun sayı isə otuz min nəfər idi. Əlbəttə, bunun da səbəbi məlumdur. Öz məsləki uğrunda yüksək səviyyədə fədakarlıq göstərib şəhadət tələb edən şiələrin vurğunu olan şəxslər təbii ki hər zaman azlıq təşkil edirlər.
    Təvvabin hərəkatının əməliyyatı
    Təvvabin hərəkatı hicrətin altımış birinci ilində başlandı. Təvvabin bu tarixdən etibarən döyüş hazırlıqları görüb camaatı gizlicə İmam Hüseyn əleyhissəlamın intiqamını almağa çağırırdı. Camaat da istər şiə istərsə də başqaları onlara birləşirdi. Təvvabin qiyamı hazırlanan zaman Yezid öldü. Təvvabin camaatla həmkarlıq etmək üçün ətraf məntəqələrə qasidlər göndərdi. Bu zaman qiyamçılar ehtiyatı kənara qoyub açıq-aşkar silah toplamağa başladılar. Nəhayət hicrətin altımış beşinci ili rəbiüs-sani ayının beşinci günü cümə axşamında qiyamın ilk şöləsi alovlandı. Həmən gecə Təvvabin İmam Hüseyn əleyhissəlamın pak məzarına tərəf hərəkət etdi. Elə ki İmam Hüseyn əleyhissəlamın qəbrinin üstünə yetişdilər ürəkdən bir fəryad edib özlərindən çıxaraq aşağıdakı cümlələri göz yaşlarına qatdılar: "İlahi! Biz Peyğəmbər (səlləllahu əleyhi və alih) balasına kömək etmədik. Bizim ötən günahlarımızı bağışla və tövbəmizi qəbul et! Hüseyn (əleyhissəlam) və onun şəhid olmuş həqiqi dostlarının ruhuna rəhmət göndər. Biz şəhadət veririk ki Hüseyn əleyhissəlamın şəhid olduğu məslək fikrindəyik. İlahi! Əgər bizim günahlarımızı bağışlamasan bizə rəhmət gözü ilə baxmasan ziyankar və bədbəxt olarıq...”
    Bu şüurlu və həyacanlı hadisədən sonra şəhidlərin qəbrindən aralanıb Şama tərəf hərəkət edərək Eynül-vərdə adlı bir yerdə Şam ordusu ilə üz-üzə gəldilər. Şam ordusuna Übeydullah ibn Ziyad başçılıq edirdi. Üç gün davam edən ağır döyüşdən sonra Təvvabin qiyamı məğlubiyyətə uğradı. Hərəkatın başçıları Rüfaə ibn Şəddad Bəcəli istisna olmaqla hamı şəhid oldu. Ordunun qalan hissəsi Rüfaənin başçılığı ilə Kufəyə qayıdıb orada fəaliyyət göstərən Muxtarın tərəfdarlarına birləşdi.(Məqtəlül-Hüseyn, səh.248-310.)
    Təvvabin qiyamının ictimai və aydın bir məqsəd güdməsinə və tez bir zamanda məğlub olmasına baxmayaraq o Kufə camaatına böyük təsir bağışladı və ümumi fikri bəni-Üməyyəyə qarşı mübarizə etməyə hazırladı.
    b) Muxtar qiyamı
    Hicrətin altımış altıncı ili Muxtar ibn Əbu Übeyd Səqəfi İmam Hüseyn əleyhissəlamın qatillərindən intiqam almaq üçün İraqda qiyam etdi.
    Həzrət Müslim (əleyhissəlam) Kufəyə gəldikdən sonra Muxtar onunla yaxından həmkarlıq edirdi. Həzrət Müslim əleyhissəlamın ibn Ziyad tərəfindən tutulub şəhid olması ilə həmzaman Muxtar da ibn Ziyadın əmrilə tutulub həbs edilmişdi. O Aşura hadisəsindən sonra (bacısının həyat yoldaşı) Abdullah ibn Ömərin Yezidin yanındakı vasitəçiliyi ilə həbsdən azad edildi. O vaxt Abdullah ibn Zübeyr Məkkədə qiyam qaldırıb özünü müsəlmanların xəlifəsi elan etdiyi üçün Muxtar da Məkkəyə tərəf yola düşüb Abdullah ibn Zübeyrlə əlbir oldu.
    Hicrətin altımış dördüncü ili Yezidin ölümündən beş ay sonra Muxtar İraq camaatının Bəni-Üməyyə hökumətinə qarşı qiyama hazır olduğunu və onların Abdullah ibn Zübeyrin hakimiyyətinə meylsiz olduqlarını görüb Kufəyə gələrək öz fəaliyyətinə başladı.(Əl-Kamilu fil-luğəti vəl ədəb.)
    Abdullah ibn Zübeyrin İraqdakı nakamlığının səbəbi
    İraq camaatının əvvəl Abdullah ibn Zübeyrin ətrafına toplaşmasını sonra isə Muxtarın dəvətini qəbul edib Abdullah ibn Zübeyrə qarşı etiraz etməsinin səbəbini bilmək üçün nəzərə almalıyıq ki İraq əhalisinin o dövrdə iki əsas tələbi var idi: Biri ictimai islahat və mövliyaları (Bəni-Üməyyə hakimiyyəti altında zülm çəkən qeyri-ərəb müsəlmanlardan) himayə etmək ikincisi isə Bəni–Haşimin qanının qisasını Əməvilərdən almaq. Bu iki tələbin yerinə yetiriləcəyinə ümid edərək İraq camaatı Abdullah ibn Zübeyrin başına toplaşdı. Çünki o həm Əməvilərin düşməni idi həm də zahirdə özünü zahid şəxs kimi göstərib dünyaya etinasız yanaşırdı. Əmələ gəldikdə isə, məlum oldu ki Abdullah ibn Zübeyrin hakimiyyətinin Bəni–Üməyyə hakimiyyəti ilə heç də elə bir fərqi yoxdur. Düzdür Abdullah ibn Zübeyr İraqı Əməvilərin hakimiyyəti altından çıxara bildi lakin Aşura faciəsində çox böyük cinayətlər törətmiş Şimr ibn Zil-Cövşən Şəbəs ibn Rəbiə Əmr ibn Həccac kimi canilər nə təkcə hələ də Kufədə yaşayırdılar hətta hökumətin (Abdullah ibn Zübeyrin hökumətinin) ən yaxın adamlarından olmuşdular. Abdullah ibn Zübeyr ədalətin icra olunması nöqteyi-nəzərindən də, iraqlıların istəyini təmin etmədi. Çünki mövliyalar hələ də Bəni–Üməyyə hakimiyyəti dövründə olduğu kimi məhrumiyyət içərisində güzəran keçirirdilər. Bütün qüdrət və imkanlar yenə də qəbilə başçılarının əlində idi. İraqlıların bu iki tələbinin təmin olunmaması camaatın Abdullah ibn Zübeyrin ətrafından dağılıb Muxtarı himayə etməsinə səbəb oldu.
    Muxtar öz dəvətinin Həzrət Əli əleyhissəlamın oğlu Məhəmməd Hənəfiyyə ilə bağlılığını bildirdi. Elə bu da camaatın onun hökumətinə qarşı arxayınçılığına səbəb oldu. O "Hüseyn əleyhissəlamın qanının intiqamı naminə irəli” şüarı altında hərəkata başladı ki bu məsələ də iraqlıları öz tələblərinin təmin olunacağına ümidvar edirdi. Muxtar hakimiyyət başına gələndən sonra mövliyaları himayəyə götürərək onların ictimai hüquqlarının təmin olunması üçün mühüm addımlar atdı. Muxtarın bu hərəkəti ərəb qəbilə başçılarının onun əleyhinə çıxış etməsinə səbəb oldu. Onlar Abdullah ibn Zübeyrin ordusundan kömək alaraq Muxtarla döyüşə hazırlaşdılar. Müxalif dəstələrin başında İmam Hüseyn əleyhissəlamın qatilləri dururdu. Bu məsələ də qiyamçıların (Muxtarın dəstəsinin) təmkinli olmasına və sonadək müqavimət göstərib qələbə qazanmaq fikrində olmalarına səbəb oldu.
    Muxtar İmam Hüseyn əleyhissəlamın qatillərini möhkəm izləyərək onları öz cəzalarına çatdırdı. Belə ki bir gün ərzində onlardan iki yüz səksən nəfərini qətlə yetirdi və qaçıb aradan çıxmış bir neçə cinayət başçılarının evlərini viranəliyə çevirdi. O cümlədən Məhəmməd ibn Əşəsin evini sökdürüb əmr etdi ki onun ev ləvazimatı ilə vaxtikən Həzrət Əli əleyhissəlamın fədakar dostu olub şəhid olmuş Hicr ibn Ədinin Ziyad ibn Mərcanə tərəfindən sökülmüş evini təmir etsinlər(Əl-Kamilu fit-tarix, c.4, səh.211-244.)
    4. Bəni-Üməyyənin süqutu
    Təvvabin və Muxtar qiyamları haqqında qısaca məlumatları ona görə verdik ki bu qiyamlar İmam Hüseyn əleyhissəlamın şəhadətindən az sonra baş vermişdir. Ancaq bunu da bilirik ki İmam Hüseyn əleyhissəlamın inqilabından nəşələnmiş hərəkatlar təkcə bu iki qiyamla bitmir. Sonrakı illərdə də neçə-neçə qiyamlar baş vermişdir. Onların ən böyüyü hicrətin yüz otuz ikinci ilində qələbə ilə başa çatan və Bəni-Üməyyənin hökumətinə son qoyan Abbasilər qiyamı olmuşdur. Abbasilər qiyamının qalib gəlməsinin ən başlıca səbəbi Bəni-Üməyyənin Bəni-Haşimə qarşı etdiyi zülmləri və həmçinin, bu sülalənin məzlumiyyətini aşkar etmələri oldu. Camaatın qəzəbini Bəni-Üməyyəyə qarşı artırmaq baxımından İmam Hüseyn əleyhissəlamın şəhadətini xatırlatmaq böyük təsir bağışlamışdı. Tarixçilər yazırlar: "Elə ki sonuncu Əməvi xəlifəsi Mərvanın kəsilmiş başını ilk Abbasi xəlifəsi Əbül-Abbasın hüzuruna gətirdilər Əbül-Abbas uzun-uzadı bir səcdə etdi. Başını səcdədən qaldırdıqdan sonra Mərvanın kəsilmiş başına xitab edərək dedi: "Şükr olsun Allaha ki mənim qisasımı səndən və qəbiləndən aldı. Şükr olsun Allaha ki mənə sənin üzərində qələbə qazandırdı.” Sonra əlavə edib dedi: "İndi mənim üçün nə vaxt öləcəyim mühüm deyil çünki Hüseyn əleyhissəlamın intiqamı naminə Bəni-Üməyyədən iki min nəfəri öldürdüm.”(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.7,səh.130.)
    Bəni–Üməyyə nümayəndələrinin sağ qalanlarının ölümcül cəsədlərini Əbül-Abbasın hüzurunda bir-birinin üzərinə yığdıqdan sonra o əmr etdi ki cəsədlərin üstündə süfrə salıb yemək hazırlasınlar. Özü isə cəsədlərin üstündə oturub yemək yeməyə başladı. Cəsədlərin bir neçəsi hələ də onun altında o tərəf-bu tərəfə çırpınırdı. Yeməyi yeyib qurtardıqdan sonra dedi: "Heç ömrümdə bu cür iştaha ilə yemək yeməmişdim.” Sonra əlavə edib dedi: "Bunların ayaqlarından tutub sürükləyərək yollara atın. Qoy camaat bunları öləndən sonra da lənətləsin. Çox çəkmədi camaat gördü ki itlər əyinlərində bahalı və zərli tikişlərlə tikilmiş paltarlar olan cənazələri yerlə sürükləyirlər.”(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.7,səh139. )

    Category: İmam Hüseyn əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 870 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024