İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:47 AM
    ÜÇÜNCÜ DƏRS
    İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
    1. Xəvaric firqəsinin yaranma səbəbləri nədən ibarətdir?
    2. Əqidəvi və kəlami məzhəblər hansı amil əsasında yaranmışdır?
    3. Fiqhi məzhəblər necə formalaşmışdır?
    İSLAM ÜMMƏTİNİN İXTİLAFLARI
    Osman ibni Əffan öldürüldükdən sonra müsəlmanlar Əli ibni Əbi Talibə (ə) üz tutdular və o Həzrəti xəlifə tə’yin etdilər. İmam Əmirəl-mö’minin Əli ibni Əbi Talibin (ə) xilafətinə qarşı çıxanlar, o Həzrətin əməl və rəftarını bəyənməyənlər «Cəməl» və «Siffeyn» müharibələrini törətdilər və nəticədə müsəlmanlardan bir qrupu qətlə yetirildi.
    Peyğəmbərin (s) məşhur səhabələrinin və yaxın adamlarının hər iki cəbhədə iştirak etməsi, haqqı batildən ayırmağa qadir olmayan bə’zi müsəlmanların heyrət və çaşqınlığa düçar olmasına və nəticədə onların camaat məzhəbindən xaric olmasına şərait yaratdı. Onlar xəlifələrin barəsində mühakimə yürütməkdən imtina edərək, bu işi Allaha həvalə etdilər. Bu dəstə sonralar «mürciə» adı ilə məşhurlaşdı.
    Siffeyn müharibəsindəki həkəmiyyət məsələsinin icrasından sonra onun nəticələrindən narazı qalan müsəlmanlardan bir qrupu Əlinin (ə) bey’ətindən xaric olub, Müaviyənin tərəfdarlarına da qoşulmadılar. Onlar, sonralar İslam tarixində xəvaric adı ilə məşhur olan digər bir dəstəni yaratdılar. Bu da İslam ümmətində ikinci ən böyük parçalanma sayılır.
    Qeyd etmək lazımdır ki, həmişə dini cəmiyyətlərdə əqidə baxımından qarşıdurma yaranan zaman və ifratçı ideoloji qruplaşma əmələ gəldikdə, qarşı tərəfdə də başqa bir ifratçı cərəyan meydana gəlmişdir. Əli ibni Əbi Talib (ə)-ın imaməti müqabilində də ifratçı xəvaric cərəyanı formalaşmışdı. Belə ki, onlar Əmirəl-mö’minin əleyhissəlamın bütün dəyər və fəzilətlərini inkar edirdilər və hətta o həzrəti həmin firqənin üzvlərindən biri şəhadətə yetirmişdi. Onların da qarşısında başqa bir dəstə formalaşdı ki, Əli əleyhissəlama itaət etməkdə ifrata vararaq, o həzrəti Allahlıq məqamına qədər yüksəltdilər. Bu firqə də İslam tarixində «ğulat» adı ilə məşhurdur.
    Zaman keçdikcə İslam ümmətində təfriqələr daha da dərinləşdi və böyük məzhəblər də öz növbəsində kiçik firqələrə bölündü.
    ƏQLİ BƏHSLƏRƏ VARİD OLMAQ
    Müxtəlif dəstə və firqələrin yaranmasının ikinci əsas səbəbi müsəlmanlar arasında əqli və ideoloji məsələlərin irəli sürülməsi idi. İslamın zühurundan və Peyğəmbər (s) əsrindən uzaqlaşdıqca, dini əsasların haqq olmasını isbat etmək üçün əqli dəlillərə üz gətirməyin zərurəti artırdı. Xüsusilə, İslamın sərhədləri genişləndikcə və cəmiyyət inkişaf edib böyüdükcə bu ehtiyac daha artıq hiss olunurdu. Müsəlmanlar müxtəlif millətlərlə üzləşdikləri zaman İslam daha güclü dəlillərlə təqdim olunmalı idi ki, onlar bu dinə cəzb edilsinlər. Bu zərurət Peyğəmbərin (s) dövründə o qədər də hiss olunmurdu, çünki o həzrət özü şəxsən e’tiqadi şübhələrə cavab vermək üçün ən mö’təbər müraciət yeri hesab olunurdu. Buna görə də müsəlmanlar nəzəri və fikri məsələlərə, eləcə də əqli dəlillər üzərində fikirləşməyə bir o qədər də ehtiyac duymurdular.
    Müsəlmanların inkişaf etmiş mədəni xalqlarla ünsiyyətdə olması, İslami fəthlər nəticəsində yeni ölkələrin müsəlman ərazilərinə qatılması, xüsusilə onların yunan mədəniyyəti ilə tanış olmaları cəmiyyətdə yeni bir ab-hava yaratmışdı. Bundan əlavə, bə’zi xəlifələrin bu xalqlar arasında məşhur olan elmlərin müsəlmanlar üçün tərcümə və tədrisinə çalışmaları da əqli və fəlsəfi bəhslərə, həmçinin İslamın əqidə prinsiplərinin fəlsəfi yollarla araşdırılmasına kəskin bir təmayül yaratdı. Bu da İslamda əş’əri, mö’təzilə və bu kimi digər fikri-ideoloji məzhəblərin formalaşmasına səbəb oldu.
    FÜRUİDİNDƏ İXTİLAF
    Müsəlmanlar arasında e’tiqad prinsipləri, xüsusilə imamət məsələsi ilə əlaqədar yaranan ixtilaflardan əlavə, şəriət hökmlərində, yə’ni füruidində də bir çox fikir müxtəlifliyi meydana gəldi. Bu da nəticə e’tibarilə Hənəfi, Hənbəli, Maliki, Şafei və Cə’fəri məktəbləri kimi mühüm fiqhi məzhəblərin formalaşmasına səbəb oldu.
    İSLAM ÜMMƏTİNDƏ TƏFRİQƏNİN ƏSAS MEHVƏRİ
    Son iki dərsdə bəyan olunan mətləblərdən belə nəticə alırıq ki, İslam ümməti üç əsas mehvərdə parçalanma və təfriqəyə mə’ruz qalıb:
    1. İmamət və canişinlik məsələsi, imamın şəxsi xüsusiyyətləri və onun necə tə’yin olunması;
    2. Əqli məsələlər və əqidə prinsipləri;
    3. Füruidin məsələləri.
    Bu üç mehvər əsasında İslam cəmiyyəti müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Bu kitabda e’tiqadi məsələlər araşdırıldığından, burada birinci və ikinci amil əsasında yaranan firqə və məzhəblər söhbətimizin əsas mövzusu olacaq, fiqhi məsələlərin araşdırılmasına isə toxunulmayacaq. Fikri-e’tiqadi prinsipləri və İslamdakı firqə və məzhəbləri araşdırmazdan əvvəl, onların əsas məzhəblərinin adlarını təqdim edirik.
    Qeyd etmək lazımdır ki, İslam dünyasında bir çox məzhəblərin yaranmasında bilavasitə rolu olan digər bir cərəyan da mövcuddur. Bu hələ də öz xüsusiyyətini davam etdirən ifratçı zahidlik cərəyanıdır ki, istisnasız olaraq, sufi məzhəblərinin hamısı bu məsləkdən doğmuşdur. Bunların formalaşmasında qeyri-islami cəmiyyətlərlə təmas və əqli bəhslərin rol oynamasına baxmayaraq, fikri-fəlsəfi cərəyanlarla olan fərqlərinə görə, onlar öz yerində ayrıca araşdırılacaq.
    Buna əsasən, İslam ümməti aşağıdakı dörd cərəyanla qarşılaşır:
    1. Sünnülük;
    2. Şiəlik;
    3. Xəvaric;
    4. Sufilik.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 851 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024