DÖRDLÜK TƏŞKİL EDƏN
MƏZHƏBLƏRİN FİRQƏLƏRİ
Yuxarıdakı
dörd cərəyandan hər biri öz növbəsində müxtəlif firqələrə bölünür. Bu dərsin
mövzusunu təşkil edən ən mühüm firqələr aşağıdakılardır:
1.
Sünnü firqələri:
a)
Əhli-hədis;
b)
Əş’ərilik;
v)
Mö’təzilə;
q)
Matüridiyyə;
ğ)
Sələfilik;
d)
Vəhhabilik.
2.
Xəvaric firqələri:
a)
Əzariqə;
b)
Buxdat;
v)
Beyhəsiyyə;
q)
Ücaridə;
ğ)
Əbaziyyə;
d)
Səfəriyyə;
ə)
Şəbihiyyə.
3.
Şiə firqələri:
a)
Keysaniyyə;
b)
Zeydiyyə;
v)
İsmailiyyə;
q)
Fətəhiyyə;
ğ)
İmamiyyə;
d)
Qadiyaniyyə;
ə)
Babiyyə.
4.
Sufi firqələri:
a)
Nurbəxşiyyə;
b)
Nəqşbəndiyyə;
v)
Ticaniyyə;
q)
Sənusiyyə;
ğ)
Bektaşiyyə;
d)
Şazliyyə;
ə)
Səfəviyyə;
i)
Ne’mətullahiyyə.
İzahlar:
1.
Sünnü, şiə və sufi firqələrinin ən məşhurlarının adlarını sadaladıq. Lakin bu
məzhəblərdən ayrılan firqələrin sayı qeyd olunanlardan daha çoxdur.
2.
Xəvaric firqələrindən isə, hal-hazırda yalnız əbaziyyə firqəsinin ardıcılları
vardır və onun başqa firqələrindən əsər-əlamət qalmamışdır.
3.
İslam firqələrini araşdırarkən bə’zən elə firqələrlə rastlaşırıq ki, onlar özü
aradan getmişdir, amma hal-hazırda mövcud olan məşhur firqələrin formalaşmasında
mühüm rol oynamışdır. Məşhur firqələri araşdırarkən belə firqələrin haqqında da
qısa şəkildə danışacağıq.
4.
Bə’zi firqələr ikiyönlü xüsusiyyətə malikdirlər: Üsulidinin bə’zi məsələlərində
bir məzhəbə, bə’zilərində isə digər məzhəbə yaxındırlar. Bunlar da sonradan
araşdırılacaq.
5.
Son bir neçə əsrdə formalaşan və əksərən inhirafçı və azğın xüsusiyyətlərə malik
olan bə’zi firqələr haqda da yeri gəldikcə danışılacaq. Bu firqələr haqda belə
bir ifadənin işlədilməsinin səbəbi budur ki, ana məzhəbin ardıcılları o
firqələri rəsmi şəkildə qəbul etmir və onlar da öz əsas məzhəblərinin
ardıcıllarını tanımaq istəmirlər. Misal üçün, dəqiq araşdırmalara əsasən,
qadiyaniyyə, yaxud bəhai firqəsi imamiyyə məzhəbindən ayrılmışdır. Lakin,
imamiyyə şiələri qadiyaniyyə və bəhai ardıcıllarını mürtəd kimi tanıyır və bu
iki firqə ardıcılları da şiəliyi rəsmi şəkildə qəbul etmirlər. Burada biz, elmi
nöqteyi-nəzərdən bu iki firqəni də şiə firqələri sırasında araşdırmaq
məcburiyyətindəyik.
6.
Hər bir firqəni araşdırarkən onun banilərini və mühüm şəxsiyyətlərini də təqdim
edəcəyik. Bundan əlavə, həmin firqələrin yaranma səbəblərinə və tarixçəsinə
toxunmaqla, onların ən əsas əqidə prinsiplərini araşdıracağıq.
1.
Əlinin (ə) xilafəti zamanında İslam ümməti arasında ixtilaf necə yarandı?
2.
Peyğəmbər (s) əsrindən sonra əqli bəhslərin meydana gəlməsi nə üçün İslam
ümmətində ixtilafa bais oldu?
3.
Müsəlmanların arasında ixtilafların əsas mehvəri
hansılardır? |