İKİNCİ
FƏSİL
SÜNNÜ MƏZHƏBİNDƏN
AYRILAN FİRQƏLƏR
(ƏHLİ-SÜNNƏT)
1.
Əhli-hədis kimlərə deyilir?
2.
Əhli-hədis firqəsinin formalaşmasının ən mühüm səbəbi nədir?
Hicri
tarixi ilə birinci əsrin axırlarından e’tibarən, müsəlmanlar arasında yayılmış
ən mühüm məsələlərdən biri də ilahi sifətlər barəsində olan bəhslər idi. Allahın
sifətlərinin Onun zatı ilə eyniyyət təşkil etməsi, yoxsa bu sifətlərin sonradan
onun Zatına artırılması, zati sifətlərlə fe’li sifətlərin arasında təfavütün
olub-olmaması, eləcə də bə’zi ayə və rəvayətlərdə Allahın ərşin üstündə
yerləşməsi, Onun göz, əl və bu kimi digər bədən üzvlərinə malik olmasının nə
kimi məfhum daşıması barəsində bəhslər qarşıya çıxmışdı. (Bu sifətlər ayə və
rəvayətlərdə qeyd olunduğu üçün onları xəbəriyyə sifətləri adlandırırlar).
Bu
kimi məsələlərin izah edilməsində İslam alimləri müxtəlif dəstələrə
bölünmüşdülər. Onlardan bir dəstəsi Allahın sifətlərinin Onun zatına
artırılmasını inkar edirdilər. Bunları «mö’təzilə», onların müxaliflərini isə
«müəttilə» adlandırırdılar. Digər bir dəstə isə Allahın sifətlərinin (xüsusilə,
xəbəriyyə sifətlərinin) Onun zatına artırılmasını iddia edirdilər. Onlar bunu
isbat etməkdə elə bir ifratçı həddə çatmışdılar ki, xəbəri sifətləri zahiri
mə’nalara yozub, onları insani sifətlərə təşbih etmişdilər. Bunlara da
«müşəbbihə» deyilirdi.
Sonra
bu iki qrup arasında orta mövqe tutan əhli-hədis firqəsi yarandı. Onlar bir
tərəfdən Allahın sifətlərinin Onun zatına artırılmasına və Allah-taalanın zatı
barəsində xəbəriyyə sifətlərin isbat olunmasına inanır, digər tərəfdən isə
xəbəri sifətlərin zahiri mə’nalara yozulmasını düzgün hesab etmirdilər.
Amma
ayə və rəvayətlərdə bu sifətlər Allah haqqında işlədildiyindən, məsələn Qur’anda
«Ər-rəhmanu ələl ərşistəva>> («Taha»-5.) (Rəhman Allah ərş üzərində müstəqərr
olmuşdur); «Xələqtu biyədəyyə» («Sad»-75.) (İki əlimlə yaratdım); «Vəcaə
rəbbukə»(«Fəcr»-22.) (Sənin Rəbbin gəldi) və s. ifadələr gətirildiyindən, Əhli-hədis
bu qəbildən olan sifətləri Allah üçün qəbul etdiklərinə baxmayaraq, onların
barəsində heç bir təfsir və yozumu rəva görmürdülər. Onların əqidəsinə görə, bu
kimi ifadələrin təfsir və yozumu Allah-taalanın məxluqata oxşadılmasına səbəb
ola bilər.
Maliki
firqəsinin rəisi Malik ibni Ənəsdən «Rəhman Allah ərş üzərində müstəqərr
olmuşdur» ayəsi barədə sual edilərkən demişdi:
«Allahın
ərş üzərində qərar tapması mə’lum məsələdir, amma onun necəliyi bizə məchuldur.
Ona iman gətirmək vacibdir, çünki bu, Qur’anın aşkar buyuruğudur. Lakin Onun
orada necə yerləşməsi barədə sual etmək bid’ət sayılır.»
Malik
ibni Ənəsin sözlərindən belə aydın olur ki, bu kimi ifadələrin mə’na və
xüsusiyyəti barədə maraqlanmaq və onu təfsir etmək qadağan və haramdır; heç bir
sual olunmadan onlara iman gətirmək lazımdır. Çünki bunlar Qur’an ayələrində və
Peyğəmbər (s) hədislərində aşkar şəkildə qeyd olunmuşdur.
Əhli-hədisin
xəbəri sifətlər barədə irəli sürdüyü nəzəriyyə sair e’tiqadi prinsiplərin
araşdırılması üçün yeni bir üslub yaratdı. Ayə və rəvayətləri olduğu kimi əxz
etmək, onların hər növ təfsir və yozumundan uzaq olmaq və bu barədə sual
etməkdən çəkinmək bu firqənin e’tiqad prinsipinin əsası kimi tanındı və buna
görə də onlar əhli-hədis adlandırıldı.
Hicri
tarixi ilə üçüncü əsrdən başlayaraq, Əhli-hədisin əqidə üsullarına aid olan bir
çox kitablar yazılmışdır. Onlardan ən mühümləri aşağıdakılardır:
1.
«Əs-sünnə»; (Əhməd ibni Hənbəl, 161-241 H.Q.) Hənbəli məzhəbinin rəisidir.
Əhməd
ibni Hənbəl əhli-hədis firqəsinin ən tanınmış şəxsiyyəti hesab olunur. Bu
firqəyə «hənabilə» də deyilir. «Əs-sünnə» kitabı həcminin az olmasına
baxmayaraq, bu firqənin ən mühüm mənbələrindən sayılır.
O,
bu kitabda həmin firqənin e’tiqadi əsaslarını izah və şərh etmədən, dəlil-sübut
gətirmədən bəyan etmişdir. Kitabın mühüm hissələrində belə oxuyuruq:
«Bu
(yə’ni kitabda qeyd olunanlar) Peyğəmbərin (s) səhabələrindən olan sünnət
əhlinin, elm və kitab sahiblərinin məzhəbidir. Mən Hicaz, Şam və s. yerlərin
alimlərinin bu əqidədə olduğunu gördüm. Hər kəs bu əqidə ilə müxalifətçilik
etsə, o üsullara və ya ona e’tiqad bəsləyənlərə irad tutsa, bid’ətçi hesab
olunur. Belə bir şəxs müsəlman icmasından xaric olmuş, haqq və sünnət yolundan
azmışdır.»
«Allah-taala
Öz qəzavətini (hökmünü) bəndəsinə labüd etmişdir. Onlar ilahi qəza-qədərdən
xaric olmazlar, Allahın onlar üçün müqəddər etdiyi təqdir əsasında seyr edərlər.
Bu da Allah-taalanın ədalətidir.»
«Zina,
oğurluq, şərab içmək, nahaq yerə adam öldürmək, haram mal yemək, Allaha şərik
qoşmaq və ümumiyyətlə bütün günahlar bəndələrdən heç birinin Allaha qarşı
höccəti olmadan, Onun qəza-qədərinə bağlıdır və bəndələrə olan yetərli höccət,
yalnız Allaha məxsusdur.»
«Hər
kəs oğurluq, şərab içmək, haram mal yemək və sairənin ilahi qəza-qədər əsasında
olmasını güman etsə, insanın başqasının ruzisini yeməyə qadir olmasını güman
etmiş olur və bu, məcusların əqidəsidir. halbuki, Allah-taala Özü belə müqəddər
etmiş və onun bu yolla (haram yolla) ruzi qazanmasına hökm etmişdir.»
«Biz
qiblə əhlindən olan heç bir kəsin əməlinin cəzasına görə, yaxud mürtəkib olduğu
böyük günahlara görə cəhənnəm əhli olmasına şəhadət vermirik. Bu barədə yalnız
hədisdə qeyd olunanlar istisna olunur və belə olan surətdə yalnız onların
cəhənnəm əhli olmasına şəhadət verərik.»
«Qüreyş
qəbiləsindən iki nəfər qalsa belə, xilafət onlara məxsusdur və heç kəsin bu
barədə onlarla çəkişməyə, onların əleyhinə qiyam etməyə və ya xilafətə başqasını
layiq bilməyə haqqı yoxdur.»
«Sədəqə,
vergi, xərac və qənimətlərin əmirlərə və valilərə verilməsi vacibdir, istər
onlar ədalətlə rəftar etsinlər, istərsə də zülmlə. Müsəlmanların rəhbərinə itaət
etmək də belədir. Deməli, heç vaxt ona itaət etməkdən boyun qaçıra və ya onun
əleyhinə qiyam edə bilməzsiniz. Sultanın əleyhinə qiyam etmək olmaz, əksinə ona
müt’i olmalısınız. Əgər sultan sizi Allahın haram buyurduğu işlərə əmr etsə, ona
itaət etməyin, lakin onun əleyhinə qiyam etmək düzgün deyildir və heç kəs onu öz
haqqından məhrum edə bilməz.»
«Allah
eşidəndir, heç vaxt tərəddüd etməz; görəndir, heç vaxt səhv etməz; alimdir, heç
vaxt cahil olmaz; bəxşiş edəndir, heç vaxt paxıllıq etməz; helimlidir, heç vaxt
tələsməz. O, rəhm edər, əfv edər, bağışlayar və hər gecə dünya asimanına nazil
olar və özü də istədiyi kimi nazil olar:
«Leysə
kəmislihi şəy’un və huvəs-səmiul bəsir.» (Ona bənzər bir şey yoxdur.O (hər şeyi)
eşidəndir, (hər şeyi) görəndir. (Şura-11).
«Bəndələrin
qəlbləri Allahın iki barmağı arasındadır ki, onları istədiyi şəkildə
tutar.»
2.
«Əl-əqaidut-təhaviyyə»; (Şeyx Əbu Cə’fər Təhavi Misri. H.Q.321.)
Bu
kitabda əhli-hədisin 105 əqidəvi əsası qeyd olunmuşdur. O, iddia edir ki, bu
əsaslar əhli-sünnətin və müsəlman icmasının ümumi əqidəsidir və Əbu Hənifə
Nö’man ibni Sabit, Əbu Yusif Yə’qub ibni İbrahim Ənsari və Əbu Əbdillah Məhəmməd
ibni Şeybani kimi fəqihlərin nəzərlərinin tam əksinədir.
3.
«Əl-ibanətu ən üsulid-diyanə»; (Şeyx Əbul Həsən Əli ibni İsmail Əş’əri. 260-324.
H.Q. (yaxud 330. H.Q.).
Əbul
Həsən Əş’əri 40 yaşında ikən mö’təzilə firqəsindən uzaqlaşıb əhli-hədis
məzhəbinə üz gətirdikdən sonra bu kitabı yazmışdır. Həmin kitabda əhli-hədisin
51 əqidəvi əsası qeydə alınmışdır. Əş’ərinin nəzərlərindən bə’zisi aşağıda qeyd
olunanlardan ibarətdir:
«Biz
Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə, Allah tərəfindən nazil
olanlara və mö’təbər ravilərin Rəsuli-Əkrəmdən nəql etdiklərinə iman gətirmişik
və bunlardan heç birini rədd etmirik.»
«Biz
iqrar edirik ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və onda heç bir
şəkk-şübhə yoxdur.»
«İnanırıq
ki, Allah Öz ərşində qərar tapmışdır. Bu barədə «Taha» surəsinin 5-ci ayəsinə
əsaslanırıq.
«Allahın
üzü vardır, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Ərrəhman»
surəsinin 27-ci ayəsinə əsaslanırıq.
«Allahın
iki əli vardır, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Maidə»
surəsinin 64-cü ayəsinə əsaslanırıq.
«Allahın
gözü vardır, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Qəmər» surəsinin
14-cü ayəsinə əsaslanırıq.
«İqrar
edirik ki, xeyir və şər ilahi qəzavü-qədər ilədir və biz Allahın qəza-qədərinə
inanırıq, istər xeyir olsun, istərsə şər, istər şirin olsun, istərsə acı. Bunu
da bilirik ki, (xeyirdən, yaxud şərdən) bizə çatmayanlar (bizə) müqəddər
olmamışdır, bizə çatanların isə dəf edilməsi mümkün deyildir. Bəndələr özlərinə
qarşı, Allahın istədiyindən başqa, heç bir fayda və ziyana malik deyillər, lakin
onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Ə’raf» surəsinin 118-ci ayəsinə
əsaslanırıq.
«Biz
bütün işlərdə Allaha pənah aparır və bütün vəziyyətlərdə öz ehtiyac və
fəqirliyimizi bəyan edirik.»
4.
«Məqalatul-islamiyyin vəxtilaful müsəllin»; (Əbul Həsən Əş’əri)
O
bu kitabda İslami firqələrin əqidə və rə’ylərini bir yerə toplamışdır.
Bu
kitabın bir hissəsində əhli-hədisin əqidələri nəql olunmuşdur, lakin onların
«İbanə» kitabındakı mətləblərlə çox da fərqi yoxdur.
5.
«Ət-tənbihu vər-rəddu». (Əbul Hüseyn Məhəmməd ibni Məlti Şafei. 377. H.Q.)
Bu
kitabda əhli-hədisin 15 e’tiqadi əsası qeyd olunmuşdur.
1.
Müsəlmanların arasında ilahi sifətlər barəsində nə kimi ixtilaflar vardır?
2.
Nə üçün onlar əhli-hədis adı ilə məşhurlaşmışdır?
3.
Əhli-hədisin ən mühüm mənbələri və onların müəlliflərinin adlarını deyin.
4.
«Əs-sünnə» kitabının əsas bölmələri hansılardır? |