İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:37 AM
    BEŞİNCİ DƏRS
    ƏHLİ-HƏDİS (2)
    E’TİQADİ ÜSULLARI (1)
    Qəza və qədər barəsində əhli-hədisin əqidəsi nədir?
    1. Əhli-hədislə digər İslami firqələr arasında olan fərqlər nədən ibarətdir?
    2. Əhli-hədis qəza-qədər məsələsində cəbrə inanırlar, yoxsa ixtiyara?
    Keçən dərsdə əhli-hədis firqəsi, eləcə də onların mühüm əqidə mənbələri ilə qısa şəkildə tanış olduq. Bu və gələn dərsdə onlarla digər firqələr arasında müşahidə olunmayan xüsusi prinsiplər araşdırılacaq. Əhli-hədisin qeyd olunan əqidələrindən bə’ziləri aşağıdakılardan ibarətdir:
    1. Qəza və qədər;
    2. Xəbəri sifətlər;
    3. Səhabələrin ədaləti;
    4. Xəlifələrin xilafətinə iman;
    5. Hakimə itaət.
    1. ƏHLİ-HƏDİS NÖQTEYİ-NƏZƏRİNDƏN QƏZA VƏ QƏDƏR MƏSƏLƏSİ
    Qəza və qədər məsələsi kəlam alimləri arasında həmişə münaqişə və mübahisəyə səbəb olan mühüm və həssas bəhslərdəndir ki, bu barədə müxtəlif nəzərlər irəli sürülmüşdür.
    İlahi qəza və qədər məsələsi əhli-hədis tərəfindən (sonralar da əş’ərilər tərəfindən) mütləq məcburiyyət şəklində bəyan və tə’rif edilmişdir.
    Əhməd ibni Hənbəl «Əs-sünnə» kitabında belə deyir:
    Qədər barəsində - onun xeyir və şər olması, azlığı və çoxluğu, aşkarlığı və gizlin olması, şirinliyi və acılığı, sevilməsi və xoşagəlməz olması, yaxşısı və pisi, əvvəli və axırı - olan mülahizələrin hamısı Allah tərəfindəndir. Öz qəzasını bəndələrinə hökm edən məhz Allah-taaladır və onlar ilahi təqdirdən kənara çıxa bilməzlər; onlar müəyyən olunmuş yolla hərəkət edir və müqəddər olunmuş əsasda qərar tuturlar. Bu da Allahın ədalətidir. Zina və oğurluq, şərabxorluq, başqalarını (nahaq yerə) öldürmək, haram mal yemək, Allaha şərik qoşmaq, bütün günah və üsyankarlıqlar ilahi qəza və qədər əsasındadır. Bu barədə bəndələrin Allaha qarşı heç bir höccəti də yoxdur, əksinə bəndələrinə yetərli höccəti olan məhz Allahdır. «Allah gördüyü işlər barədə sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.(Ənbiya-23.)
    Allahın elmi Onun istək və iradəsi əsasında olub, Öz bəndələrinə hakimdir. Allah-taala İblisin günahına və həmçinin onun zamanından qiyamətədək yaşayacaq hər bir şəxsin etdiyi mə’siyətə agahdır və onları bu iş üçün yaratmışdır. Həmçinin itaət əhlinin itaətinə də agahdır və bunları da itaət üçün xəlq etmişdir. Deməli, hər bir varlıq (əvvəldə) nə üçün xəlq edilmişsə, məhz həmin əsasda da yaşayıb, Allahın onlar üçün iradə etdiyi yolla hərəkət edəcəklər və heç bir kəs ilahi təqdiri dəf edə bilməz.
    Hər kəs Allahın günahkar bəndələr üçün xeyir arzuladığını, lakin onların özlərini pisliyə və günaha batıraraq nəfsani istəklərinə əməl etdiyini güman etsə, bəndələrin iradəsinin Allah-taalanın iradəsinə qalib gəldiyini təsəvvür edirlər. Allaha qarşı bundan da böyük iftira ola bilərmi?!
    Hər kəs zinanın ilahi təqdir əsasında olmadığını güman etsə, ona demək lazımdır ki: «Görmürsən ki, bu qadın zinadan hamilə olub və uşaq doğmuşdur? Məgər bu uşağın doğulması Allahın istəyi ilə olmayıb və görəsən o, Allahın elmindən kənarda baş verib?» Əgər cavab mənfi olarsa, onda həmin şəxs Allahdan başqa bir yaradanın olmasını güman etmiş olar ki, bu da öz növbəsində aşkar şirkdir.
    Oğurluq, şərab içmək, haram mal yemək və bu kimi digər işlərin ilahi qəza əsasında olmadığını güman edən şəxslər, başqasının ruzisini yeməyə qadir olduğunu güman etmiş olur və bu da məcusların əqidəsidir. Əksinə, ona ruzi verən məhz Allahdır və ilahi qəza belə olmuşdur ki, bu şəxs ruzisini həmin yolla əldə etsin.
    Hər kəs qətli-nəfsin, yə’ni başqasını nahaq yerə öldürməyin ilahi təqdir əsasında olmadığını güman etsə, öldürülən şəxsin öz əcəli ilə ölmədiyini güman etmiş olur. Bundan da aşkar bir küfr ola bilərmi? Əlbəttə bu, ilahi qəza və qədər əsasındadır, bütün işlər Allahın təqdiri və iradəsi ilədir, Allahın elmi bunların hər birinin arxasındadır. Bu da ədalət və haqdır, çünki O, iradə etdiyi hər bir şeyə qadirdir. Hər kəs Allahın elmini qəbul etsə, Onun iradə və qüdrətini də hökmən iqrar etməlidir.»
    Əbul Həsən Əş’əri də İbanə kitabının 15-19-cu bəndlərində belə deyir:
    15. Biz inanırıq ki, yer üzündə olan hər bir xeyir və şəri Allah istəmişdir, hər bir şey Onun iradəsi ilədir, Allah iradə etməzdən öncə, heç bir şəxsin heç bir işə qüdrəti yoxdur.
    16. Biz Allahdan ehtiyacsız deyilik və Onun elmindən xaric ola bilmərik.
    17. Biz inanırıq ki, Allahdan başqa heç bir yaradan yoxdur, bəndələrin əməlləri də Allahın məxluqudur və Onun təqdiri əsasındadır. Belə ki, Allah-taala buyurur: «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!»(Saffat-96.) Allahın bəndələrindən heç biri heç vaxt bir şey xəlq etməyə qadir deyildir və onun özü də Allahın məxluqudur. Həmçinin buyurur: «Müşriklərin Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri ( daşdan, ağacdan və s.-dən) yaradılmışlar.(Nəhl-20.) Başqa yerdə buyurur: «Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?!(Nəhl-17.) Həmçinin digər bir yerdə buyurur: «Yoxsa onlar heç bir şeydən yarandılar?!(Tur-35.) Bu mə’na Allahın kitabında daha çox nəzərə çarpır.
    18. Allah-taala mö’minlərə, Ona itaət etməkdə müvəffəqiyyət vermiş, onlara lütf və mərhəmət əta etmiş, onları islah və hidayət etmişdir. Kafirləri yoldan azdırmış, onlara hidayət olunmaq və iman gətirmək ne’məti qismət etməmişdir. (Halbuki, bə’ziləri azğınlıq üzündən bunun əksini güman etmişlər.) Əgər onlara lütf və mərhəmət etsəydi, onlar da saleh insanlar olardılar, əgər hidayət etsəydi, düz yolda olardılar. Necə ki, buyurur: «Allahın doğru yola yönəltdiyi şəxs doğru yolda olan, (haqq yoldan) azdırdığı şəxslər isə ziyana uğrayanlardır!(Ə’raf-178.)
    Allah kafirləri islah etməyə, mö’min olsunlar deyə, onlara mərhəmət etməyə qadirdir, lakin Öz elmi əsasında bunların kafir olmasını iradə etmişdir. Buna görə də onları xar edərək qəlblərinə möhür vurmuşdur.
    19. Xeyir və şər ilahi qəza və qədərdir, biz də qəza və qədərə iman gətirmişik, istər xeyir olsun, istərsə şər, istər şirin olsun, istərsə acı. Bunu da bilirik ki, bizə çatmayan şeylər müqəddər olunmamışdır. Bizə çatan şeylərin də bizdən dəf olunması qeyri-mümkündür. Bəndələr, Allah istəməyincə, özləri üçün heç bir fayda və ziyana malik deyillər. Necə ki, buyurur: «De ki: Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm.»(Ə’raf-188.) Biz bütün işlərdə Allaha pənah aparırıq. Hər bir halda öz ehtiyac və fəqirliyimizi Ona təqdim edirik.
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Əhməd ibni Hənbəl və Əbul Həsən Əş’ərinin nəzərindən belə nəticə alınır ki:
    1. Əhli-hədis qəza və qədər barəsində istinad etdikləri ayələrin zahiri mə’naları ilə kifayətlənmiş, onların tə’vil, yozum və təfsirindən imtina etmişlər.
    2. İlahi qəza və qədərə e’tiqad bəsləməyi cəbrə e’tiqad bəsləməklə bərabər bilmiş, qəza və qədər barəsində hər növ başqa təfsir və tə’rifi inkar etmişdir.
    3. İlahi qəza və qədərə e’tiqadı özlərinin şəxsi fikirləri və tə’rifləri əsasında götürərək, bunu tövhid e’tiqadının nəticəsi, onu inkar etməyi isə küfr hesab etmişlər.
    4. İnsan üçün ixtiyari işləri qəbul etməyi Allahın iradəsinə dəxalət, xilqət və yaranışda şəriklik kimi cilvələndirmişlər.
    5. Allahın elmini ilahi qəza və qədərin mənşəyi hesab etmişlər. Buna görə də insanın ixtiyari fe’llərinin mümkünlüyünü Allahın elmi ilə təzadlı hesab edib, onu rədd etmişlər.
    Əhli-hədisin nəzərlərinə tutulan irad və tənqidlər aşağıdakılardır:
    1. Əgər ayə və rəvayətlərin zahiri mə’nasına əməl olunmalıdırsa, onda gərək insanın xeyir və şər əməllərini onların özlərinə nisbət verən ayələrə də iman gətirmək lazımdır. Belə ki, Allah-taala buyurur: «Biz ona haqq yolu göstərdik. İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor.»(İnsan-3.) Başqa bir yerdə buyurur: «(Ya Məhəmməd!) De ki: Ey insanlar! Artıq Rəbbininzdən sizə haqq (Qur’an və peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə günah qazanar. Mən sizə zamin deyiləm!»(Yunus-108.) Digər bir ayədə buyurur: «Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar!(Casiyə-15.) Yaxud belə buyurur:«Rəbbinizdən sizə aşkar dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir.Mən sizə nəzarətçi deyiləm.»(Ən’am-104.) Həmçinin buyurur:«Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!»(İsra-7.)
    2. Əgər mö’minlərin imanı, kafirlərin küfrü ilahi qəza və qədər əsasında olsaydı, peyğəmbərlərin göndərilməsi və asimani kitabların nazil edilməsi əbəs və yersiz bir iş olardı. Halbuki, Qur’an bunların camaatın hidayəti, tə’limi və ruhlarının paklanması üçün göndərildiyini aşkar şəkildə qeyd edir.
    3. Əgər zina, oğurluq, haram yemək və bir sözlə, bütün yaramaz işlərə mürtəkib olmaq ilahi qəza və qədər əsasındadırsa, onda çirkin işlərin Allaha nisbət verilməsi mütəal Allahın zatına yaxılan iftira olacaqdır. Halbuki, Allah-taala özü pis işlərə əmr etməyi qadağan edərək buyurur: «De ki: Allah ədəbsizliyə (yaramaz işlərə) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi danışırsınız!(Ə’raf-28.)
    4. İlahi elm qəza və qədərin mənşəyidir. Amma insanın ixtiyarı ilahi elmlə zidd deyildir. Çünki insanın ixtiyarı da ilahi təqdir və istək əsasındadır və ilahi elm bir şeyə aid olanda onun müqəddimə və şərtlərinə də aid olur. Buna əsasən, ilahi elmin insanın ixtiyari fe’llərinə aid olması onun ixtiyari sifəti ilə yanaşı olur. «Allah filan xeyir işin, ya şər işin filankəs tərəfindən baş verəcəyini bilir» deməyimizin mə’nası budur ki, Allah o şəxsin həmin işi öz istək və iradəsi ilə yerinə yetirəcəyini bilir.
    5. Əgər Allah-taalanın Öz iradə və istəyi ilə insana ixtiyar verməsinə inansaq, onda insanın ixtiyari işlərinə e’tiqad bəsləmək nə tövhidlə, nə də ilahi iradə ilə zidd olmaz.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əhməd ibni Hənbəlin qəza və qədər haqqındakı nəzərini bəyan edin?
    2. Əbul Həsən Əş’əri qəza və qədər haqda nə deyir?
    3. Əhli-hədisin qəza və qədər barəsindəki nəzəriyyəsinə tutulan iradlar nədən ibarətdir?
    4. Dərsdə istifadə olunan ayələrin tərcüməsini bir yerə toplayıb əzbərləyin və onların əsasında Qur’anın qəza və qədər barəsindəki nəzərini bəyan edin.
    5. Əqaid dərslərində öyrəndiyiniz ixtiyar və cəbr bəhslərinə istinad etməklə, əhli-hədisin nəzərini araşdırın.
    ALTINCI DƏRS
    ƏHLİ-HƏDİS (3)
    ƏQİDƏLƏR (2)
    1. Xəbəri sifətlər nədir?
    2. Xəbəri sifətlər barəsindəki nəzərlər hansılardır?
    3. Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
    2. ƏHLİ-HƏDİSİN İNANCLARINDA XƏBƏRİ SİFƏTLƏR
    Dördüncü dərsdə qısa şəkildə qeyd etdik ki, kəlam alimlərinin arasında ilahi sifətlər barədə çox güclü fikir ayrılığı yaranmışdı.
    Onlar ümumi halda sifətləri iki qismə bölmüşlər:
    1. Zati sifətlər;
    2. Xəbəri sifətlər.
    Zati sifətlər dedikdə, Allah-taalanın elm, qüdrət, həyat, eşitmək, görmək və s. kamal sifətləri nəzərdə tutulur. Xəbəri sifətlər dedikdə isə, Qur’an ayələri və rəvayətlərin zahirinin dəlalət etdiyi üz, əl, ayaq, qərar tutmaq və s. sifətlər haqda danışılır. Qeyd etmişdik ki, bu kimi sifətlər Qur’anda və rəvayətlərdə gətirildiyindən, onlara xəbəri sifətlər deyilir.
    Bu bölgüdən sonra Allahın sifətlərinin zata necə bağlı olması, sifətlərin zata artırılması, yoxsa onunla eyniyyət təşkil etməsi ilə əlaqədar ixtilaf yaranmışdı. Daha çox münaqişə və mübahisələrə səbəb olan digər bir ixtilaf isə, xəbəri sifətlərin necə cilvələndirilməsi ilə əlaqədardır. Bu barədə dörd müxtəlif təfsir və izah yaranmışdır ki, onlardan biri əhli-hədisə və əş’ərilərə məxsusdur.
    Bu dərsdə həmin üç məzhəbi tanıtdırmaqla yanaşı, əhli-hədisin də bu barədə qəbul etdiyi mövqeyi aydınlaşdıracağıq.
    XƏBƏRİ SİFƏTLƏRLƏ ƏLAQƏDAR DÖRD MƏZHƏBİN MÖVQEYİ
    1. Müşəbbihə məzhəbi: Bu məzhəb xəbəri sifətləri Allahın zatı üçün qəbul etmiş və onlar üçün müəyyən xüsusiyyətin olduğuna da inanmışlar. Bu məzhəbdə xəbəri sifətlər insani sifətlərə təşbih edilmiş və belə təsəvvür yaradılmışdır ki, Allah-taala da insan kimi iki gözə, iki ələ, iki ayağa malikdir. Şəhristaninin nəql etdiyinə görə, bunlar hətta Allahla əl verib görüşməyin mümkünlüyünü də qəbul etmişlər. Onların fikrincə, xalis müsəlmanlar əgər ruhi məşğələlər vasitəsilə imanın yüksək dərəcələrinə nail olsalar, həm dünyada, həm də axirətdə Allah-taala ilə qol-boyun olub görüşə bilərlər. Onlar təkcə axirətdə deyil, Hətta dünyada da Allahın görünməsini mümkün hesab etmişlər.(Şəhristani, Əl-miləl vən-nihəl, 1-ci cild.)
    Bu məzhəbin ardıcılları Qur’anda Allah haqqında işlənən tə’birlərin hamısını, o cümlədən istiva, üz, əl, gəlmək, üstünlük və sairəni heç bir təfsir və yozum olmadan zahiri mə’nalarda izah etmiş və onlara e’tiqad bəsləmişlər.
    Onların iddiasına görə, Peyğəmbəri-Əkrəmdən (s) rəvayət olunan çoxlu hədislərdə də Allah üçün zahiri və batini bədən üzvləri nəzərdə tutulmuşdur
    2. Mö’təzilə məzhəbi: Bu məzhəbin ardıcılları xəbəri sifətlər barəsində tə’vil və yozuma inanaraq deyirlər ki, xəbəri sifətlərin hər birini, ondan əldə olunan mə’nalarla təfsir etmək lazımdır və bu kəlmələrin təkcə zahiri mə’naları ilə kifayətlənmək olmaz. Misal üçün, «Allah-taalanın ərşdə qərar tutması» ifadəsini qüdrətin aşkar edilməsi və hakim kəsilmə mə’nasına, yaxud «Allahın əlləri» ifadəsini qüdrət və ne’mət mə’nasına yozmaq lazımdır.
    3. Əş’ərilərin bir qrupu inanırlar ki, ayə və rəvayətlərdə Allahın vəsf edildiyi bütün ifadə və sifətlərə, onların mə’nasında təfəkkür etmədən, təfsirə yol vermədən inanıb qəbul etməli və bunların həqiqi mə’nalarını Allahın özünə həvalə etməliyik. Buna görə də bu qrupa «müfəvvizə» (həvalə edən) deyilir.
    4. Əhli-hədis və əş’əri məzhəbinin ardıcılları Allah-taala barəsində xəbəri sifətlərə inanır, o sifətlər üçün heç bir xüsusiyyət olmadığını deyir və Allahı insani sifətlərə təşbih etmirlər. Onlar həmin sifətləri zahiri mə’nalara yozur və başqa mə’nalar haqda düşünməkdən çəkinirlər.
    Əhməd inbi Hənbəl «Əs-sünnə» kitabında deyir: «Allah eşidəndir və şəkk etmir; görəndir, tərəddüd etmir; alimdir, cahil deyil; bağışlayandır, paxıl deyil; helimlidir, tələsməz; hifz edəndir, unutmaz; ayıqdır, xəta etməz; yaxındır, qafil olmaz; danışar, eşidər, görər, baxar, gülər, şad olar, sevər, ikrah və nifrət edər, razı olar, qəzəb edər, rəhm edər, bağışlayar, əta edər, məhrum edər, hər gecə istədiyi şəkildə dünya asimanına nazil olar. Bəndələrin qəlbləri Allahın iki barmağının arasındadır ki, hər şəkildə istəsə, onları tutar, hər nəyi istəsə onda (qəlblərdə) yerləşdirər.
    Allah-taala Adəmi Öz əli ilə xəlq etdi. Asimanlar və yer qiyamətdə Allahın əlinin içində olacaqdır. O, qiyamət günü bir dəstəni Öz əli ilə cəhənnəmdən çıxaracaq, öz gözü ilə behişt əhlinə baxacaq, onlar da Allahı görəcəkdir. Allah mərhəmət əlaməti olaraq, onlarda təcəlli edəcək (cilvələnəcək). Öz ne’mətlərindən onlara verəcək. Cəza günü olan qiyamətdə bəndələr Allaha təqdim olunacaq, Allah onların hesabı ilə şəxsən özü maraqlanacaq və onu heç bir şəxsə həvalə etməyəcəkdir.»
    İbni Hənbəl daha sonra bir neçə rəvayəti nəql edir ki, onlarda Allah-taala üçün zahiri bədən üzvləri, o cümlədən əl, bilək, sinə, ayaq, barmaq, göz və s. üzvlər, eləcə də müəyyən fe’llər, o cümlədən səs, kəlam, gülüş və s. qeyd edilmişdir.(İbni Hənbəl, «Əs-sünnə» kitabı.)
    Əbul Həsən Əş’əri də həmin sifətlərin Allaha aid olduğunu deyir, onların başqa mə’nalara yozulmasından çəkinir və inanır ki, Allah-taala bu sifətlərə, heç bir xüsusiyyət və təşbih olmadan malikdir. O, xəbəri sifətlərin xüsusiyyətsiz olduğuna tə’kid edir. Halbuki, ibni Hənbəl yalnız «Leysə kəmislihi şəy’un» ayəsini misal çəkməklə kifayətlənir. Əş’əri «Əl-İbanə» kitabında belə deyir:
    «Həqiqətən Allah-taala Öz ərşində qərar tutmuşdur. Necə ki, Qur`an özü buyurmuşdur: «Ərrəhmanu ələl ərşistəva»; Həqiqətən Allahın üzü vardır, amma xüsusiyyətsizdir. Necə ki, Qur`an özü buyurmuşdur: «Və yəbqa vəchu rəbbikə zülcəlali vəl ikram»; Həmçinin iki əli də vardır, amma xüsusiyyətsizdir. Necə ki Qur`an özü buyurmuşdur: «Xələqtu biyədəyyə»; Həmçinin buyurmuşdur: «Bəl yədahu məbsutətani»; Allahın xüsusiyyətə malik olmayan gözləri vardır. Necə ki, Qur`an özü buyurmuşdur: «Təcri bi ə`yunina».
    O, həmin kitabın başqa bir yerində belə deyir:
    Əgər «istiva barəsində fikriniz nədir?» - deyə soruşsalar, Özünün buyurduğu kimi, «Allah-taala Öz ərşində qərar tutmuşdur» deyərəm. Bu yerləşmə və «qərar tutma» Ona layiq olan tərzdədir və adi şəkildə başa düşülən istivadan tam fərqlənir - deyə cavab verərik.»
    O, başqa bir yerdə deyir: «Allah-taala buyurmuşdur: «Kullu şəy`in halikun illa vəchəh». Həmçinin buyurmuşdur «Və yəbqa vəchu rəbbikə zülcəlali vəl ikram». Bu iki ayədə Allah-taala öz üzündən xəbər verir. Belə ki, Onun üzü fani, zavala uğrayan deyil, həlak olmazdır. «Təcri bi ə’yunina», «vəsnəil-fulkə» kimi ayələrdə Öz üzündən və gözündən xəbər verir. Belə ki, o, müəyyən xüsusiyyətə və həddə malik deyildir.»(Əş’əri, «Əl-İbanə» kitabı.)
    TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
    Aydındır ki, əhli-hədis və əş’ərilər təcəssüm (Allahı cism bilmək) və təşbih (Allahı cismə oxşatmaq) kimi yanlış fikirlərə düşməmək üçün, eləcə də Allah-taalanı məxluqatın sifətlərindən pak və münəzzəh bilmək üçün bu yolu tutmuşlar. Onlar Allahın sifətləri haqda mövcud olan ayə və rəvayətlərin hər birinə imanlı olmaq, tə’vil və təfvizə düçar olmamaq üçün belə bir mövqe seçiblər.
    Şübhəsiz, hər bir mö’min şəxs Allahın Özünü vəsf etdiyi şeylərə imanlı olmalıdır. Bundan əlavə, Allah kəlamını onun zahirindən başa düşülən başqa bir mə’naya yozmaq və aşkar nəssin (Qur’an və ya rəvayətin) əsasında olmayan yozumlara əl atmaq olmaz.
    Bu zaman bir tərəfdən təşbih və təcsimdən pəhriz etmək, digər tərəfdən isə əsaslı olmayan bir yozumdan qaçmaq üçün mö’tədil və orta bir mövqe seçmək lazımdır. Amma əhli-hədis və əş’ərilərin tutduğu yol bu hədəfi tə’min etmir. Çünki, «xüsusiyyətsiz» sözünün ümumi bir söz olmasından və ondan aydın bir mə’na başa düşülməməsindən əlavə, əsas e’tibarilə xüsusiyyət və necə olmaq əl, göz və s. sözlərin mə’na təzahürdür. Belə ki, bu sözlərdən xüsusiyyət götürüldükdə, onların həqiqəti aradan gedir. Misal üçün, «Allah-taala hər gecə dünya asimanına nazil olur, amma bu nazilolma xüsusiyyətsizdir» - deyilsə, nazilolmanın mə’nasını zehinlərə çatdırmaq olmaz. Çünki nazilolma məsələsində əsas ünsür hərəkətdir. Xüsusilə, dünya səması maddi bir varlıqdır və ondakı nazilolma və hərəkət də maddi olmalıdır.
    Digər irad isə xəbəri sifətlərin varid olduğu rəvayətlərlə əlaqədardır.
    Tədqiqatçıların e’tiqadına görə, bu rəvayətlərin əksəriyyəti sənəd baxımından mö’təbər deyildir. Buna görə də yalnız Qur’an ayələrində və səhih hədislərdə gələn sifətlərlə kifayətlənməli, onların izah və yozumunda da digər səhih hədislərə istinad edilməlidir.
    Bu mövzu ilə əlaqədar digər bir irad da bundan ibarətdir ki, kəlmənin zahiri mə’nasını əxz etmək iki cür ola bilər:
    Hərfi zahir və cümlə ilə əlaqədar olan zahir. Yə’ni, hər hansı bir sözə cümlə tərkibində deyil, təklikdə diqqət yetirildikdə, onun leksik və xüsusi mə’nası nəzərdə tutulur. Həmin sözə cümlə tərkibində baxıldıqda, mümkündür ki, o, öz həqiqi mə’nasında deyil, məcazi mə’nada işlədilmiş olsun. Məsələn, «əl» kəlməsi təklikdə işlənəndə, onun bədən üzvü olması başa düşülür, amma cümlə tərkibində işləndikdə, onun məcazi mə’nalarından biri olan güc və qüdrət mə’nasını çatdırması da mümkündür. Belə ki, «Sad» surəsinin 17-ci ayəsində bu söz məhz həmin mə’nada işlənmişdir. Aydındır ki, bu ayə «Bizim bəndəmiz olan Davudun əlləri vardır», yə’ni «onun bədənində «əl» adlı xüsusi bir üzv vardır» mə’nasını çatdırmaq istəmir. Çünki ələ malik olmaq təkcə Davud əleyhissəlama məxsus deyildir.
    Omonim sözlər haqda verilən izahlara diqqət yetirməklə, deyilişi və yazılışı eyni olub, müxtəlif mə’nalar verən sözlərin işlənmə qaydalarını xatırlamaq bu mübahisələrin həll olunmasında kifayət edər.
    Bu fikir həqiqətdə xəbəri sifətlər barədə söylənən beşinci nəzərdir ki, onun əsasında sifətlərin zahiri mə’nalarını götürüb, onları tə’vil etməkdən çəkinirlər. Amma burada sifətin «hərfi zahir» (leksik mə’nası) mə’nasına deyil, cümlənin zahiri mə’nasına diqqət yetirilir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Xəbəri sifətlərin tə’rifini deyin.
    2. Müşəbbihə məzhəbinin xəbəri sifətlər barəsindəki nəzəri nədir?
    3. Mö’təzilə firqəsinin xəbəri sifətlərlə əlaqədar nəzərləri nədən ibartdir?
    4. Kimlərə müfəvvizə deyilir? Nə üçün?
    5. Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzərləri nədir?
    6. Əhli-hədisin xəbəri sifətlər barədə irəli sürdükləri nəzəriyyəyə tutulan iradları izah edin.
    YEDDİNCİ DƏRS
    ƏHLİ-HƏDİS (4)
    ƏQİDƏLƏR (3)
    1. Peyğəmbərin (s) bütün səhabələri ləyaqətli və saleh şəxslər idimi?
    2. Əhli-hədisin Peyğəmbər (s) səhabələri barəsindəki nəzəri necədir?
    3. ƏHLİ-HƏDİSİN SƏHABƏLƏRİN ƏDALƏTİ BARƏSİNDƏKİ NƏZƏRİ
    Əhli-hədisin tə’kid etdikləri fikri əsaslardan biri də, onların istisnasız olaraq, Peyğəmbərin (s) bütün səhabələrini ədalətli sanmalarıdır. Bu firqənin nəzərində Peyğəmbər (s) səhabələrinə irad tutmaq bid’ət və dindən xaric olmaq sayılır. Bunun əksinə olaraq, onlara məhəbbət bəsləmək sünnət sayılır və onların haqqında dua etmək Allah dərgahına yaxınlaşmaq üçün bir vasitədir.
    Əhməd ibni Hənbəl «Əs-sünnə» kitabında deyir: Sünnətlərdən biri Peyğəmbər (s) səhabələrinin yaxşılıqlarını yad etmək, onların arasında baş verən çəkişmələri nəzərə almamaq və onlara göz yummaqdır. Buna əsasən, hər kim Peyğəmbər (s) səhabələrinin hamısını, yaxud onlardan təkcə birini söyüb nifrət etsə, bid’ətçi və rafizidir (yə’ni dindən çıxmışdır). Peyğəmbər (s) səhabələrinə məhəbbət bəsləmək sünnət, onların barəsində dua etmək Allah dərgahına yaxınlaşmaq üçün bir vasitə, onlara tabe olmaq qurtuluş səbəbi, əsərlərinə tabe olmaq isə fəzilətdir. Peyğəmbər-Əkrəmdən (s) sonra ümmətin ən yaxşısı Əbu Bəkr, ondan sonra Ömər, ondan sonra Osman və daha sonra Əlidir ki, bunlar raşid və hidayətedici xəlifələrdir. Bunlardan sonra Peyğəmbərin (s) sair səhabələrinin pisliklərini nəql etmək, yaxud səhabələrdən hər hansı birinə tə’nə ilə yanaşmaq heç kəsə caiz deyildir. Əgər bir kəs belə edərsə, müsəlmanların rəhbərinə onu cəzalandırmaq vacibdir və onu bağışlamaq haqqı yoxdur; o, tövbə edənə qədər cəzalandırılmalıdır. Əgər tövbə edərsə, qəbul olunar, əks halda cəza tədbirləri yenidən təkrarlanar, başqalarının hüzurunda tövbə edib öz əməlindən qayıdana kimi şallaq vurular.»
    Əbul Həsən Əş’əri də «İbanə» kitabında belə deyir: «Biz sələflərə (səhabələrə) məhəbbət bəsləməyə iman gətirmişik. Elə şəxslər ki, Allah onları Peyğəmbərlə yoldaşlığa layiq bilmişdir. Allah-taala onları tə’riflədiyinə görə, biz onların hamısını sevirik.»
    TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
    Bu nəzəriyyənin araşdırılıb tənqid edilməsində bir neçə məsələyə diqqət yetirilir:
    1. Səhabə kimə deyilir?
    Səhabənin izah və tə’rifində alimlər arasında fikir ayrılığı vardır. Vaqidi deyir: «Hər kəs Peyğəmbəri (s) görübsə, İslamı qəbul edib ona razı olubsa, Peyğəmbər (s) səhabəsi kimi tanınır, hətta o həzrəti bir saat görmüş olsa belə. Əlbəttə, səhabələr İslamı nə zaman qəbul etmək baxımından rütbə və dərəcələrə bölünürlər.»
    Əhməd ibni Hənbəl deyir: «Peyğəmbər (s) səhabələrinin hamısı o həzrətlə oturub-duran şəxslər idi. Hətta bir ay, bir gün, yaxud bir saat olsa və yaxud onu bir anlığa görsə belə.»
    Buxari deyir: «Müsəlmanlardan Peyğəmbərlə (s) oturub-duran, yaxud onu görən hər bir şəxs onun səhabəsi kimi tanınır.» Amma Səid ibni Musəyyib yalnız o kəsi Peyğəmbər (s) səhabəsi hesab edir ki, heç olmazsa bir-iki il o həzrətlə birlikdə olsun, yaxud bir-iki müharibədə onunla iştirak etmiş olsun.
    2. Biz (səhabə üçün deyilən tə’rifin dairəsinin genişliyi ilə belə) Peyğəmbər (s) səhabələrinin tarixi reallıq və həqiqət baxımından necə olmalarını, Peyğəmbərin (s) dininə vəfalı qalmaq baxımından o həzrətlə oturub-duran, yaxud onu ziyarət edən bütün şəxsləri (səhabə kimi) qəbul etməyin mümkünlüyünü araşdırmalıyıq.
    Peyğəmbəri-Əkrəmin (s) köməkçiləri və səhabələrinin vəsfində gələn çoxlu Qur’an ayələrinə, eləcə də tarixə nəzər salmaqla bu sualın cavabını vermək olar.
    Əgər səhabələrin tə’rifində həmin genişliyi götürsək, (yə’ni Peyğəmbərlə (s) oturub-duran, yaxud yalnız onu hətta bir gün və ya bir saat olsa belə, ziyarət edən şəxslərin hamısını səhabə hesab etsək,) Peyğəmbər (s) səhabələrini Qur’anın vəsfinə əsasən, bir neçə dəstəyə bölmək olar:
    1. İmanda öndə gedənlər;
    Qur’ani-kərim mühacir, ənsar və onların ardıcılları içərisində imanda öndə gedənləri «Allahın onlardan və onların da Allahdan razı olduğu» şəxslər və Allah tərəfindən onlara behişt və’dəsi verilən şəxslər kimi. Belə ki, buyurulur: «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar...» (Tövbə-100.)
    2. Bey’ət edənlər;
    Allah-taala, ağacın altında Peyğəmbərlə (s) bey’ət edən şəxslərə xatircəmlik nazil etməsini və onların qələbə çalacaqlarını və’də vermiş və onlardan razı olduğunu bildirmişdir. Bu barədə buyurur: «(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey`ət etdikləri zaman Allah mö`minlərdən razı oldu. Allah onların ürəklərində olanı bildi, onlara Öz dərgahından xatircəmlik, rahatlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.» (Fəth-18.)
    3. Mühacirlər;
    Qur’anda mühacirlər Allahın mərhəmət və razılığını əldə etmək üçün çalışan, eləcə də Allaha və Onun rəsuluna kömək etmək niyyətində olan şəxslər kimi yad edilir, onlar sadiq şəxslər adlandırılaraq buyurulur: «Bu qənimət yurdlarından qovulub çıxardılmış, mal-dövləti əlindən çıxmış Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir.» (Həşr-8.)
    4. Fəth səhabələri;
    Allah-taala bu dəstəni əzəmət və hörmətlə yad edərək, onların barəsində buyurur: «Düşmən müqabilində şücaətli və soyuqqanlı, öz aralarında isə dost və mehribandırlar. Həmişə Allaha ibadət edərək, Onun razılığını əldə etmək məqsədi güdürlər.»(Fəth-29.)
    Bu ayələrin məzmunundan aydın olduğu kimi, Allah-taala bu dörd dəstəni əzəmətlə yad edir, onların vəziyyəti ilə əlaqədar Öz razılığını izhar edir. Amma bə’zi Qur’an ayələrinə müraciət etdikdə görürük ki, Peyğəmbər (s) səhabələrinin (yə’ni o həzrəti görüb, onunla oturub-duranlar) arasında elə şəxslər də tapmaq olar ki, Qur’an onları məzəmmət edir, onlara nifrət hissi ilə yanaşır, yaxud Peyğəmbərə (s) və sair mö’minlərə onlardan uzaq gəzmələri barədə xəbərdarlıq edir. Bu izaha əsasən, aşağıda bir neçə səhabə qrupunun adını çəkmək olar:
    5. Tanınmış münafiqlər;
    Onlar Peyğəmbəri-Əkrəmin (s) səhabələri arasına nüfuz edərək, o həzrətə tabe olmalarını iddia edirdilər. Halbuki, onların nifaqı və ikiüzlülüyü aşkar idi. «Münafiqun» surəsi onların barəsində nazil olmuşdur. Allah-taala belə buyurur: «(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz sənin doğrudan da, Allahın peyğəmbəri olduğuna şəhadət veririk!” – deyirlər. Allah sənin Onun həqiqi peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.»(Munafiqun-1)
    Surənin davamında isə belə oxuyuruq: «Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!»(Munafiqun-6.)
    6. Tanınmayan münafiqlər;
    Münafiqlərin bir qrupu da vardır ki, Allah-taala onların barəsində Peyğəmbərə xəbərdarlıq edir və buyurur:
    «Sən də onları tanımırsan, yalnız Biz onları tanıyırıq.»(Tövbə-101.)
    7. Qəlblərində kin-küdurət və qərəz olanlar;
    Allah-taala onları, Allaha və Peyğəmbərə yalan və’də verən münafiqlər cərgəsində qeyd edir:
    «O zaman münafiqlər və qəlblərində mərəz olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan və`d etmişdir. (Biz zəfər çala bilməyəcəyik” – deyirdilər.» (Əhzab-12.)
    8. Fitnə-fəsad törədənlər.
    Allah-taala Qur’ani-kərimdə bu qrupu «səmmaun» adlandırır ki, Allaha, qiyamət gününə iman məsələsində vəfalı qalmadıqlarına görə, cihadda iştirak etmək məsələsində şəkkə düşmüşdülər. Əgər iştirak etsəydilər də, yalnız fitnə-fəsada və xəyanətə əl atırdılar. Belə ki, Qur’ani-kərimdə buyurulur:
    «Səndən (cihada çıxmamaq üçün) izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar»
    «Əgər onlar (münafiqlər) cihada çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: "(Evdə) oturanlarla (qocalar, zəiflər, qadınlar və uşaqlarla) bərabər siz də oturun!” – deyildi»
    «Əgər münafiqlər sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu, fəsadı artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalimləri tanıyandır!»(Tövbə 45-47)
    Yuxarıda qeyd olunanlardan əlavə, digər qruplar da var idi ki, Qur’an onları fasiq(Hücurat-6.), yaxşı əməllə pis əməli bir-birinə qatanlar(Tövbə-102.), cihad meydanından qaçanlar(Ənfal 15-16), imansız müsəlmanlar(Hücurat-14.) və s. kimi adlarla xatırlamışdır.
    Qeyd olunanlardan mə’lum olur ki, Qur’anın aşkar buyurduğuna əsasən, Peyğəmbər (s) səhabələrinin hamısı Allahın nəzərində eyni səviyyədə deyildir və onların hamısı Allahın razılığına nail olmamışdır. Bundan əlavə, İslamın əvvəllərinə nəzər saldıqda görürük ki, hətta əvvəldə qeyd olunan dörd qrupdan birində olan şəxslər də, Peyğəmbərin (s) vəfatından sonra şiddətli çəkişmələrə başladılar. Bunlara misal olaraq, üçüncü xəlifə Osman ibni Əffanın qətlə yetirilməsi, Əmirəl-mö’minin Əlinin (ə) xilafəti dövründə baş verən «Siffeyn» və «Cəməl» müharibələrini qeyd etmək olar.
    Burada belə bir sual yaranır: Yuxarıdakı qrupların hamısını Peyğəmbər (s) səhabəsi hesab etmək və onların hamısına məhəbbət və ehtiramla yanaşmaq necə mümkün olar?! Onların hamısının ədalətli olduğunu idia etmək olarmı?! Qeyd olunduğu kimi, müharibə edib bir-birinin qanını axıdan tərəflərin hər ikisinə haqq qazandırmaq olarmı?! Və yaxud onların heç birinin ədalətində şəkk etmək olmazmı?!
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Səhabələr üçün hansı izah və tə’rifləri qeyd etmişlər?
    2. Əhməd ibni Hənbəlin Peyğəmbər (s) səhabələri barədə nəzəri nədir?
    3. Qur’ani-kərimdə Peyğəmbər (s) səhabələri hansı dəstələrə bölünür? Onların adlarını sadalayın.
    4. Əhli-hədisin səhabənin ədaləti barəsindəki nəzərini bəyan edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1042 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024