İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:33 AM

    ON DÖRDÜNCÜ DƏRS
    ƏŞ’ƏRİLƏR (3)
    ƏQİDƏLƏR (1)
    1. İlahi sifətlər barəsində əş’ərilərin nəzəri nədir?
    2. Əş’ərilərin nəzərində Allahın gözlə görünməsi mümkündürmü?
    Əş’ərilərin daha çox araşdırma aparılmalı əqidəvi-kəlami bəhslərinin ən mühümləri aşağıdakılardır:
    1. Allahın zati sifətləri;
    2. Allahın gözlə görünüb-görünməməsinin mümkünlüyü;
    3. Allahın insanın fe’lləri ilə əlaqədar fəaliyyəti və «kəsb» nəzəriyyəsi;
    4. Allah kəlamının qədim olması;
    5. İnsanın qüdrətindən artıq işlərə əmr edilməsi;
    6. Əqli gözəllik və qəbahətin inkar olunması.
    1. Zati sifətlər:
    Allaha pərəstiş edənlərin hamısı Allah-taalanın elm, qüdrət, həyat, eşitmək, görmək, iradə və s. sifətlərə malik olması barədə yekdil nəzərdədirlər. Bu kimi sifətləri bütün kəlam alimləri zati sifətlər, imamiyyə alimləri isə müsbət kəmal sifətləri adlandırırlar. Amma ixtilaf bu sifətlərin Allah-taalanın zatı ilə necə əlaqələndirilməsindədir. Mö’təzilə məzhəbinin əksər ardıcılları zati sifətlərin Allahın zatı ilə eyniyyət təşkil etdiyini deyirlər. Bunun müqabilində əhli-hədisdən bir qrupu sifətlərin Onun zatına artırılmasına inanırlar. Bu bəyanda Əş’əri ikinci nəzəriyyəni seçib və ona bir şey də əlavə etmişdir. O, deyir: Allah-taala elm vasitəsilə alimdir, qüdrət vasitəsilə qadirdir, həyat vasitəsilə diridir, iradə vasitəsilə müriddir, kəlam vasitəsilə mütəkəllimdir və s. Bu əzəli sifətlər Onun zatı əsasında qaimdir və sifətlərin zatla eyni və ya ondan qeyri olmasını demək düzgün deyildir.» (Şəhristani, «Əl-miləl vən-nihəl, 1-ci cild.) Burada «Allah elm vasitəsilə alimdir» və s. deyildikdə, məqsəd budur ki, elm Allahın zatı ilə eyniyyət təşkil etmir və Onun zatına artırılmışdır. Lakin o, sözünün axrında belə əlavə edir: «Nə zatla eynidir, nə də zatdan qeyridir.» Əş’əri bu qeydi gətirməklə sifətlərin zata artırılmasına inananların nəzərinə çarpan bir irada cavab vermək istəmişdir. O, irad bundan ibarətdir ki, sifətlər zata artırıldığı təqdirdə, qədim varlıqların çoxluğu lazım gəlir və bu da tövhidlə müvafiq deyil. Çünki bu halda Allah, zatı sifətlərinin hamısı qədim olan bir varlığa çevrilir. Belə olanda da qədimlər çoxluğu yaranacaq, bu da tövhidin ziddinədir.
    Əş’əri sifətlərin zata artırıldığını deməkdən əlavə, yuxarıdakı iradla qarşılaşmamaq üçün, sifətlərin nə zatla eyni, nə də ondan qeyri olmasına e’tiqadlı olduğunu bildirir.
    Amma bizə elə gəlir ki, Əş’ərinin artırdığı bu qeyd həmin iradı aradan qaldırmır. Çünki ilahi sifətlər zatın həqiqətindən başqa bir həqiqətə malik olsalar belə, sual yaranacaqdır ki, görəsən sifətlər öz varlıqlarında zatdan ehtiyacsızdır, yoxsa yox? Əgər «ehtiyacsızdır» deyilsə, qədimlər çoxluğu iradı yenidən qarşıya çıxacaq. Əgər ehtiyaclıdırsa, onda belə bir sual yaranır ki, bu sifətlərin olmadığı bir zat aşağıdakı qayda əsasında həmin sifətləri necə yarada bilər.
    «Kimsə özündə olmayan bir şeyi başqasına verə bilməz.»
    Qeyd olunmalıdır ki, əş`ərlərin ilahi sifətlərlə əlaqədar (xəbəri sifətlər barəsində) müəyyən nəzərləri də vardır ki, onun şərhi səkkizinci dərsdə bəyan edildi.
    2. Allahın gözlə görünməsinin mümkün olub-olmaması:
    Əş’ərinin əhli-hədislə mö’təzilə arasındakı seçdiyi mö’tədil mövqeyin əksinə olaraq, belə nəzərə çarpır ki, o, Allahın gözlə görünməsinin mümkün olub-olmaması barədə orta mövqe seçməmiş, yalnız əhli-hədisin nəzərinin əqli əqli qaydalarla uyğunlaşdırılmasına çalışmışdır. Əvvəldə qeyd edildiyi kimi, əhli-hədis, xüsusilə zahiriyyə firqəsi Allahın görünməsinin mümkünlüyünə inanır. Hətta onlardan bə’zilərinin e’tiqadına görə, Allahın bu dünyada da bə’zi xalis və saleh insanların gözünə görünməsi mümkündür. Bunun müqabilində mö’təzilə ardıcılları Allahın gözlə görünə bilməsinin mümkünlüyünü birdəfəlik inkar edirlər. Bu barədə şeyx Əbul Həsən Əş’əri əhli-hədisin nəzərini qəbul edərək çalışmışdır ki, bu nəzəriyyənin mümkün olmasına əqli və nəqli dəlillər gətirsin.
    Əş’əri «Əl-ibanə» kitabında deyir: Biz inanırıq ki, ay 14 gecəlik vaxtında göründüyü kimi, Allah-taala da axirət aləmində gözlə görünəcəkdir. Əlbəttə, Onu yalnız mö’minlər görəcək, kafirlər isə belə bir səadətdən məhrum qalacaqlar. Çünki Onu behiştdə görmək mümkündür. Allah-taala kafirlər barəsində belə buyurur:
    «Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar!» (Mutəffifin-15.)
    «Musa Allahdan, Onu dünyada görməsini istədikdə, Allah dağa təcəlli etdi və Musa huşdan gedib yerə yıxıldı; bildi ki, Onu dünyada heç vaxt görə bilməyəcək».
    Qeyd:
    Əş’ərinin Allahı görməyin mümkün olub-olmaması ilə bağlı gətirdiyi dəlilləri araşdırmazdan əvvəl, qeyd etmək lazımdır ki, bu bəhsdəki ixtilaf Allah-taalanın adi gözlə, normal olan görünüşünün mümkün olub-olmaması barədədir. Çünki Onun qəlblə, qeyri-hissi yolla görünməsi, ümumiyyətlə ixtilaflı məsələ deyildir. Çünki İslami firqələrdən heç biri bunu inkar etməmişlər.
    Deməli, münaqişə və ixtilaf Allahın insanın baş nahiyəsində yerləşən gözlərlə görünməsinin mümkün olub-olmamasındadır. Bu barədə əhli-hədis firqələrindən bir neçəsi Allahın görünə bilməsinə inanır və Onun görünməsini sair maddi varlıqların insan tərəfindən görünməsi ilə eyni olduğunu deyirlər. Əş’əri də həmin nəzəri seçmişdir. Amma sonrakı əsrlərdə bu firqənin rəhbərliyini öhdəsinə alan bə’zi böyük şəxsiyyətlər, o cümlədən Təftazani, Əş’ərinin nəzərinə bir qeyd əlavə etmişdir; o, Allahın görünməsinin «məkan, cəhət və qarşı-qarşıya durmağı lazım gətirməyən bir görmək»lə mümkün olduğunu söyləmişdir.
    Belə nəzərə çarpır ki, Təftazani bu qeydi gətirməklə təşbih iradını aradan qaldırmaq istəmişdir. Amma həqiqət budur ki, bu qeydin gətirilməsi həmin məsələni daha da müəmmalı və mürəkkəb edir. Birinci irad həll olunmamış, ikinci bir sual yaranır ki, Onun gözlə görünməsi qarşı-qarşıya durma, cəhət və məkan olmadan necə mümkün ola bilər?!
    ƏŞ’ƏRİNİN ALLAHIN GÖRÜNMƏSİNİN MÜMKÜNLÜYÜNƏ GƏTİRDİYİ DƏLİLLƏR
    Əbul Həsən Əş’əri öz nəzəriyyəsini isbat etmək üçün həm əqli, həm də nəqli dəlillərə istinad etmişdir.
    Əqli dəlil:
    1. Allahın görünməsinin mümkün hesab olunması Allah-taala üçün heç bir qeyri-mümkün işi qarşıya çıxarmır və bu mətləbdən Allahın hadis olması, yaxud hüdus mə’nasının təsəvvür olunması lazım gəlmir.
    Başqa sözlə desək, Allahın görünməsinin caiz olması onun hadis olmasını isbat etmir, çünki görünməli şeylərin görünməsi, onların hadis olmasına görə deyildir, əks halda, hadis olan hər bir şeyin görünməsi mümkün olmalıdır. Halbuki, belə deyildir. Bundan əlavə, Allahın gözlə görünməsinin mümkünlüyü təşbih məsələsini də qarşıya çıxarmır.(Əş’əri «Əl-lümə’».)
    Birinci dəlilin iradı:
    Əş’ərinin bu dəlilində bir neçə irad nəzərə çarpır:
    1. Gözlə görünməsi mümkün olan hər bir şey hadisdir, nəinki hadis olan hər bir şeyin gözlə görünməsi mümkün olmalıdır. Başqa sözlə desək, qarşılıqlı tələbetmə (mülazimə) iki tərəfdən deyil, bir tərəfdəndir.
    2. Allahın gözlə görünməsinin mümkün olması təşbihə səbəb olmaya bilməz; gözlə görünmə yalnız o zaman mümkün ola bilər ki, görünən şey gözlərin önündə qərar tapsın. Buna əsasən, hadis varlıqların xüsusiyyətlərindən olan qarşı-qarşıya durma, cəhət və məkan hər bir görünmədə lazımdır. Əgər Allah barəsində belə bir görünməyə inansaq, təşbih məsələsi ilə mütləq qarşılaşacağıq.
    3. Görünmək cövhərlə ərəz arasında müştərəkdir və müştərək görünmə üçün vahid bir səbəb lazımdır. Bu vahid səbəb ya vücuddur, ya hüdus. Hüdus müştərək səbəb ola bilməz, çünki, hüdus yoxluğa aid bir işdir. Buna görə də müştərək səbəb ola biləcək şey yalnız vücuddur. Digər tərəfdən də vücud vaciblə mümkün arasında olan müştərək bir cəhətdir.
    Buradan belə bir nəticə almaq olar ki, görünmək də vaciblə mümkün arasında müştərəkdir. Deməli, mümkünül-vücudun görünməsi mümkün olduğu kimi, vacibül-vücudun da görünməsi mümkündür.
    İkinci dəlilin iradı:
    Bu dəlillə əlaqədar belə bir sual yaranır ki, görünmək üçün vücud tam səbəbdir, yoxsa naqis səbəb? Əgər «tam səbəbdir» deyilərsə, onda məhəbbət, qəzəb, atifə, nəvaziş, qorxu (bir sözlə bütün vicdani işlər) kimi gözə görünməz şeylərin hamısında bu qayda doğru olmalıdır. Halbuki, belə deyildir. Əgər «naqis səbəbdir» deyilərsə, (əlbəttə bu düzgündür) onda qəbul etməliyik ki, o şeylərin görünməsi mümkün olacaqdır ki, gözlərin müqabilində qərar tapıb, görünmək üçün vücuddan başqa, «maddi olmaq» xüsusiyyətinə də malik olsun.
    Nəqli dəlil:
    Əş’ərilər Allahın gözlə görünməsinin mümkünlüyünü isbat etmək üçün bə’zi Qur’an ayələrinə də istinad etmişlər. Onların ən mühümü «Qiyamət» surəsinin 22-25-ci ayələridir.
    Onlar bu ayəni Allahın görünməsinin mümkün olmasına dəlil gətirirlər. Halbuki, diqqət yetirmək lazımdır ki, «nəzər etmək» ifadəsi mövcud əlamətlərə diqqət yetirməklə, hər bir cümlədə xüsusi mə’naya malikdir. Məsələn, «filankəs gözünü başqasının əlinə dikibdir» - deyildikdə, onun köməyinə ümid bəsləməsi nəzərdə tutulur. Bu şərif ayələrdə mövcud olan əlamətlərə diqqət yetirməklə aydın olur ki, «nəzər etmək» dedikdə, məqsəd ilahi məğfirət və rəhmətə göz dikməkdir.
    Mövcud olan əlamət isə 24-25-ci ayələrdir. Belə ki, Allah-taala buyurur: «Üzlər qəmgin [nigaran] halda bel sındıran əzabın intizarını çəkər.» Buna əsasən 22-23-cü ayələrin mə’nası belə olur: «Fərəhli üzlər ilahi məğfirət və rəhmətə ümid (nəzəri) dikmişlər.»
    Allahın gözlə görünməsini ümumiyyətlə inkar edən digər ayələrə nəzər salsaq, bu mə’na daha da aydınlaşar. O cümlədən «Ən’am» surəsinin 103-cü ayəsində Allah-taala buyurur:
    «Gözlər Onu (görüb) dərk etməz...»
    Şeyx Əbul Həsən Əş’əri bu nəqli dəlildən əlavə, başqa ayələrə, həmçinin Allahın görünməsinin mümkünlüyünü göstərən bə’zi rəvayətlərə istinad etmişdir. Onlarla tanış olmaq üçün müfəssəl kitablara müraciət olunmalıdır.(Əbul Həsən Əş’əri «Əl-lümə’»; Cə’fər Sübhani «Buhusun fil-miləl vən-nihəl», 2-ci cild.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İlahi sifətlər barədə mö’təzilə ilə əş’ərilərin nəzərləri arasında fərq nədən ibarətdir?
    2. Əş’ərilərin ilahi sifətlər barədə e’tiqadlı olduqları nəzərləri araşdırın.
    3. Nə üçün onlar mö’minlərin Allahı görə biləcəyinə inanır, kafirlərin isə belə bir səadətdən məhrum qalacaqlarına e’tiqad bəsləyirlər?
    4. Əş’ərilərin Allahın görünməsinin mümkünlüyü barədə gətirdiyi əqli dəlili araşdırın.
    5. Onların «Qiyamət» surəsində Allahın görünməsi ilə əlaqədar ayələrə istinad etmələri düzgündürmü?
    ON BEŞİNCİ DƏRS
    ƏŞ’ƏRİLƏR (4)
    ƏQİDƏLƏR (2)
    1. Kəsb nəzəriyyəsi nədir?
    2 Allahın kəlamı hadisdir, yoxsa qədim?
    3. Əşyaların gözəl və ya qəbahətli olması əqlidir, yoxsa şər’i?
    4. İmkan və bacarıqdan xaric olan işlərə mükəlləf olmaq mümkündürmü?
    3. İnsanın əməlləri ilə əlaqədar Allahın fail olub-olmaması; «Kəsb» nəzəriyyəsi.
    Kəlam alimlərinin müxtəlif rə’ylər söylədiyi və hal-hazırda da söyləməkdə olduqları və ətrafında müxtəlif nəzərlər verdiyi digər bir münaqişəli və mühüm məsələ insanın fe’llərinin yaranması, ixtiyar və cəbr məsələsidir.
    Yə’ni, görəsən insan bütün işlərini öz ixtiyarı ilə yerinə yetirir, yoxsa bu fe’llər ilahi iradə ilə həyata keçir və insan onda heç bir rol oynamır? Əvvəldə qeyd etdik ki, əhli-hədis cəbrə inanaraq, insanın işlərinin ilahi qəzanın hökmünə məhkum olduğuna və öz fe’llərini yaratmaqda heç bir rol oynamadığına inanırlar. Bu dəstə də tövhid məsələsində Allahın xaliqiyyət sifətini müdafiə etmək və şirkdən qaçmaq üçün bu nəzəri seçmişlər. Bunun müqabilində isə mö’təzilə və qədəriyyə əqidəsində olanlar inanırlar ki, insanın işləri onun öz iradəsi ilə yerinə yetirilir və fe’llərin xaliqi həqiqətdə insanın özüdür. Allah-taala bəşərin fe’llərinin yaranmasında heç bir rol oynamır. Çünki, insanın fe’lləri Allaha nisbət verilərsə, bu halda çirkin və yaramaz işlər də Allaha mənsub ediləcəkdir. Halbuki, Allah-taala yaramaz, çirkin və qəbahətli işlərdən pak və münəzzəhdir.
    Şeyx Əbul Həsən Əş’əri bir çox məsələlərdə əhli-hədislə mö’təzilə arasında mö’tədil bir nəzər tə’yin etdiyi kimi, cəbr və ixtiyar məsələsində də orta mövqe tapmağa çalışmışdır. O, mö’təzilədən əl çəkdikdən sonra əhli-hədisin nəzərini seçərək demişdir: «Bəşərin fe’lləri Allahın məxluqudur və məxluqat heç bir fe’li xəlq etməyə qadir deyildir. Allahdan başqa heç bir xəlq edən yoxdur və ona görə də insanın fe’llərinin hamısı Allahın yaratdığıdır.»
    Amma əhli-hədisin nəzəriyyəsi cəbrilik doğurduğuna görə, habelə insanın fe’llərdə məcbur olması, peyğəmbərlərin be’səti, eləcə də təklif, savab və cəza ilə uyğun gəlmədiyinə görə, bu çatışmazlığı aradan qaldırmaq üçün «kəsb» nəzəriyyəsini seçdi. O deyirdi ki, fe’lləri xəlq etməklə kəsb etmək arasında fərq vardır; insanın fe’llərinin xəlq olunması Allahın qüdrət və iradəsi ilə baş verir. Amma o fe’lləri kəsb edən məhz insandır.
    Əş’əri «kəsbi» belə tə’rif edir: İnsanda iki növ hərəkət vardır: İztirari və iktisabi hərəkət.
    İktisabi hərəkətdə insanın qüdrəti rol oynayır. Buna görə də onu «kəsb» adlandırırıq. Çünki insanın fe’li onda hadis olan qüdrətin vasitəsilə vücuda gəlir. Başqa sözlə desək, fe’lin əsli Allahın məxluqudur. Amma bu fe’l insanda hadis olan qüdrətin vasitəsilə yaranır və fe’l insandan baş verir. Buna görə də fe’lin kəsb edilməsi insana mənsub edilir.
    Bu nəzəriyyədəki irad bundan ibarətdir ki, əgər insanda hadis olan qüdrət onun fe’linin gerçəkləşməsində də rol oynayırsa, onda bu iş fe’llərin xəlq olunmasının Allahdan başqasına mənsub edilməsini tövhidlə uyğun bilməyən əş’ərilərin və əhli-hədisin əqidəsi ilə təzadlı olur. Həmçinin əgər hadis olan qüdrətin fe’lin gerçəkləşməsində rolu olmazsa, cəbr barəsində yaranan irad öz yerində qalacaq və bu halda savab və cəzaya layiq olmağın mə’nası olmayacaqdır.
    4. İlahi kəlamın həqiqəti:
    Allah kəlamının Onun zatından, yoxsa sifətindən olması barədə olan bəhs, kəlam alimləri arasında son dərəcə münaqişəli bəhslərdən biridir. Bu bəhs uzun müddət alimlər arasında ən çox münaqişə və çəkişmə yaradan mövzulardan olmuşdur. Bu bəhsin nəticələrindən biri Qur’anla əlaqədardır. Onlar deyirlər: Allahın kəlamı məxluqudur, ya yox?
    Bu bəhslə əlaqədar kəlam alimlərinin qarşıdurması o qədər davam etmişdir ki, iş əqidələrin təftişi, həbs, çoxlu insanların öldürülməsi, hətta Əhməd ibni Hənbəl kimi şəxsiyyətin 30 şallaq zərbəsinə məhkum edilməsi ilə nəticələnmişdir. Bu, tarixdə «möhnəti xəlqi Qur’an» adı ilə məşhurdur. Mö’təzilə ardıcılları inanırlar ki, Allahın kəlamı Onun sifətlərindəndir. «Allah mütəkəllimdir» - dedikdə, məqsəd budur ki, Allah kəlamı hərflərdən, kəlmələrdən və cümlələrdən təşkil olunduğu halda, səslə yanaşı onu müəyyən lövhədə icad edib və nəhayət Cəbrail o kəlamı Peyğəmbərə çatdırmışdır.
    Başqa sözlə desək, Allahın mütəkəllim olmasının mə’nası kəlamın həqiqətinin Allahın zatında elm, qüdrət və s.-nin olması kimi deyil, Onun kəlamı icad etməsidir. Əlbəttə, mümkündür ki, kəlam hər hansı bir cismdə icad olunsun və Peyğəmbər o səsi eşitsin. Həzrət Musanın Sina dağında Allahla danışması kimi.(Qazi Əbdul Cabbar, Şəhri üsuli xəmsə)
    Bu e’tiqada görə, Qur’an Allahın məxluqu olmalıdır, halbuki, mö’təzilənin əksinə olaraq, əhli-hədis Allah kəlamını elm, qüdrət və s. kimi zatın sifətlərindən bildiyinə görə, Qur’anı də qədim hesab edirlər. Hər kəs onun məxluq olmasına inansa kafir sayırdılar. Bu məqamda Əş’əri bu iki nəzər arasında əhli-hədisin nəzərini əsas götürərək, Allah kəlamını zati sifətlərdən hesab edir və Qur’anın qədim olmasına inanırdı. Amma ilahi kəlam üçün iki səth və dərəcə olduğunu deyirdi.
    1. Kəlami nəfsi;
    2. Kəlami ləfzi.
    Əş’əri sonra belə izah edir ki, Allahın zatı sifətlərindən və qədim kəlamdan olan dərəcə Allahın nəfsi kəlamıdır. Amma bu kəlam insanların kəlamı kimi hərflərdən, kəlmələrdən, səslərdən ibarət deyildir. Kəlamın həqiqəti elə nəfsi kəlamdan ibarətdir. Lakin ləfzi kəlam nəfsi kəlama dəlalət edir. «Kəlamın» ləfzi kəlama aid edilməsi məcazi mə’na daşıyır.
    Buna əsasən, nəfsi kəlam qədim olduğu halda kəlmə, səs, hərflərdən uzaqdır.
    Ləfzi kəlam, yə’ni hərflər, kəlmələr və s. isə hadisdir. Buna görə də Qur’anın həqiqəti nəfsi kəlamın qədim olması e’tibarı ilə qədimdir. Lakin onun kəlmə və ləfzləri hadisdir, vəhy mələyi ilə Peyğəmbərə (s) nazil edilmişdir.
    Qeyd:
    Bu üç nəzəriyyənin müqabilində digər bir e’tiqad da vardır. Bu e’tiqada görə, ümumiyyətlə Allahın kəlamı və sözü insan kəlamı kimi kəlmələrdən, hərflərdən təşkil olunmayıb. Bu nəzəriyyədə deyilir ki, bütün yaradılış dünyası Allahın kəlamıdır və Allah-taala bu yolla Özünün kamal, camal və cəlal xüsusiyyətlərindən xəbər verir. Bu fikri təsdiq etmək üçün Allahın məxluqatı «kəlmə» adlandırdığı bə’zi Qur’an ayələrinə istinad olunur. O cümlədən, «Ali-imran» surəsinin 45, «Nisa» surəsinin 71, «Kəhf» surəsinin 109, «Loğman» surəsinin 27-ci ayələrini misal göstərmək olar.
    5. Bacarıqdan və qüdrətdən artıq işlərə əmr etmək;
    Əş’ərilər bəşəri fe’llərin əsil failinin insan deyil, Allah olduğunu hesab etdiklərinə görə, inanırlar ki, Allah insanı onun qüdrət və bacarığından artıq olan işlərə mükəlləf edə bilər. Çünki əgər fe’llərin faili Allahdırsa, həqiqətdə Allah-taala Öz qüdrətinə istinad edərək insanı mükəlləf edir.
    Buna əsasən, əş’ərilərin nəzərində insanı bacarığından artıq işlərə əmr etmək qəbahət deyildir.
    Halbuki, mö’təzilə və insanın ixtiyarına e’tiqad bəsləyən sair məzhəblər bu nəzəriyyəni qəbul etmir və inanırlar ki, qüdrət və bacarıqdan artıq işlərə əmr etmək qəbahətdir və Allah da qəbahətli iş görməz.
    Bundan əlavə, əş’ərilər bə’zi Qur’an ayələrinə də istinad edirlər:
    «Allah-taala heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz.»(Bəqərə-286.)
    6. Əqli gözəllik və çirkinliyin inkar edilməsi; (İnsan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olması)
    Əş’ərilər əhli-hədisə tabe olaraq, əqlin əşyaların gözəllik (hüsn) və ya çirkinliklərini (qübh) dərk etməyə qadir olmasını inkar edirlər. Onların əqidəsinə görə, insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasını deyənlər, həqiqətdə Allahın iradəsini məhdudlaşdırmış olurlar. Çünki bu halda Allah-taala öz iradəsi ilə deyil, insan ağlının hökmünə əsasən əməl etməlidir. Əş’ərilər inanırlar ki, yaxşılıqla pislik əşyaların zati xüsusiyyəti deyildir və Allah hər nəyi yaxşı sayıbsa, yaxşı və hər şeyi pis bilibsə, pisdir.
    Əbul Həsən Əş’əri «Əl-lümə’» kitabında belə deyir: «Əgər bir şəxs «Allahın axirətdə uşaqları əzaba düçar etməsi layiqdirmi?» - deyə soruşsa, cavabında deyilər: «Bəli, əgər O, bu işi etsə də adildir və həmçinin Onun üçün mö’minə əzab verməsi və kafiri behiştə aparması qəbahət deyildir. Amma O, bu işləri etmir, çünki Özü buyurmuşdur ki, kafirləri cəzalandıracaq. Əgər bundan başqa bir iş görərsə (və’dəsi) yalan olar və yalan da Allah barəsində caiz deyildir.
    İnsan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olması məsələsi kəlami kitablarda müfəssəl şəkildə araşdırılmışdır. Burada yalnız çaşqınlıq yaradan bir suala və insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasına dair bir dəlilə işarə edirik:
    Əş’ərilərə verilən və çaşqınlıq yaradan sual bundan ibarətdir ki, onlar «Allahın yalan deməsi caiz deyildir» - dedikdə, nəyi nəzərdə tuturlar və bu mühakimədə sənədləri nədir? Əgər Allahın buyurduğu «İnnəllahə la yuxliful miad» kəlamına istinad edirlərsə, cavabında deyiləcəkdir ki, həmin xəbərin yalan deyil, doğru olması haradan mə’lumdur? Əgər insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasını qəbul etməsələr, onda heç Allah kəlamının həqiqət və doğruluğu da onlar üçün höccət sayıla bilməz.
    İnsan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasına inananlar öz müddəalarına bu ardıcıllıqla dəlil gətirirlər ki, əgər əşyaların hüsn və qübhü əql ilə dərk olunmasa, şəriətlə də sübuta yetməz. Çünki, əgər əql əşyaların hüsn və qübhünü dərk etməkdə acizdirsə, şəriətin hər hansı bir işi əmr və ya nəhy etdiyi haradan mə’lum olar, yaxud həqiqətin gözəl, yalanın qəbahət olması necə ayırd edilər?
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İnsanın fe’lləri barəsində mö’təzilə və əhli hədisin nəzəri necədir?
    2. Kəsb nəzəriyyəsini izah edin.
    3. Nəfsi kəlam və ləfzi kəlam ifadələrindən məqsəd nədir?
    4. Əş’ərilərin nəzərinə görə, Qur’an hadisdir, yoxsa qədim?
    5. Əş’ərilərin insanın bacarığından artıq işlərə əmr edilməsi barədə dəlilini izah edin.
    6. Nə üçün əş’ərilər insan ağlının yaxşı ilə pisi ayırd etməyə qadir olmasına inanmırlar?
    ON ALTINCI DƏRS
    MATURİDİYYƏ MƏZHƏBİ (1)
    YARANMA TARİXİ
    1. Maturidi məzhəbinin banisi kimdir?
    2. Maturidi məzhəbi necə meydana gəlmişdir?
    3. Bu məzhəbin əqidəvi əsasları nədən ibarətdir?
    MATURİDİ FİRQƏSİNİN BANİSİ
    Maturidi məzhəbinin banisi Əbu Mənsur Məhəmməd ibni Məhəmməd ibni Mahmud Maturidi olmuşdur.
    O, ehtimal üzrə 238-ci Hicri ilində Səmərqənd şəhəri yaxınlığında yerləşən Maturidi kəndində doğulmuş və 333-cü Hicri ilində vəfat etmişdir. Tarixdə qeyd olunur ki, o, Peyğəmbərin böyük səhabəsi və Mədinəyə hicrət etdiyi zaman o həzrəti evinə qonaq aparan Əbu Əyyub Ənsarinin nəvələrindən imiş. Əbu Mənsur Maturidi kəlam və fiqh baxımından Əbu Hənifənin ardıcılı sayılırdı. Ustadlar silsiləsində üç vasitə ilə Əbu Hənifəyə çatmaqdan əlavə, onun elmi sə’ylərinin hamısı təqribən Əbu Hənifənin kəlami əsaslarının təhlil və bəyanına sərf olunmuşdur. Halbuki, Maturidinin əsaslı təhlili və kəlami üslubu Əbu Hənifənin üslubundan tamamilə fərqələnən müstəqil bir məktəb idi və onun öz adı ilə məşhurlaşmışdı.
    Maturidi Əş’ərinin müasiri idi və onun kimi, mö’təzilənin əqlə meylləri ilə əhli-hədisin zahiri əsas götürmək təfəkkürü arasında mö’tədil bir mövqe seçmək qərarına gəlmişdi. Amma Maturidi və Əş’əri təfəkkürlərinin müqayisəsindən belə nəticə alınır ki, Maturidi əndişəsi mö’təzilə ilə, Əş’ərinin seçdiyi yol isə əhli-hədislə daha uyğun gəlir.
    Maturidi 261‒389-cu hicri illərində bütün İran ölkəsinə hakim olan Samaniyan hökumətinin dövründə yaşamışdır. Samaniyan hökuməti elm və maarifin qorunub yayılmasında çox fəaliyyət göstərirdi. Buna görə də onların hakimiyyətdə olduğu illər Maturidi kimilərin inkişaf edib çiçəklənməsinə münasib bir şərait yaradırdı. Belə bir şəraitdə Maturidi o dövrdə dörd böyük məşhur ustadın ‒ Əbu Bəkr Əhməd ibni İshaq Cuzcani, Əbu Nəsir Əhməd ibni Abbas ibni Fəqih Səmərqəndi, Nəsir ibni Yəhya Bəlxi və Məhəmməd ibni Müqatil Razinin hüzurunda öz təhsilini təkmilləşdirdi. Əbu Bəkr Cuzcani, Əbu Nəsir Fəqih və Məhəmməd ibni Müqatil, Əbu Süleyman Cuzcaninin şagirdlərindən idi və o da Əbu Hənifənin məşhur və iste’dadlı tələbəsi olan Əbu Yusifdən dərs almışdı. Buna əsasən Əbu Mənsur Maturidi öz ustadları vasitəsilə kəlam və fiqh nəzəriyyələrini Əbu Hənifədən əxz etmişdir. Onun özü də məşhur «Məaxizuş-şəriə» və «Əl-cədəlu fi üsulil fiqh» kitablarında Əbu Hənifənin fiqhi nəzərlərini təhlil və bəyan etmişdir.
    MATURİDİNİN ELMİ ƏSƏRLƏRİ
    Əbu Mənsur Maturidi təfsir, kəlam, üsuli-fiqh, əxlaq sahələrində çoxlu kitab yazmışdır ki, onlardan bə’zilərinin adlarını aşağıda qeyd edirik:
    1. «Tə’vilatul-Qur’an», yaxud «Tə’vilatu Əhlis-sünnə»; Bu kitab Qur’anın Hənəfiyyə, fiqhi və e’tiqadi əsasında təfsiridir.
    2. «Tövhid»; Bu kitab Maturidi məzhəbinin ən mühüm e’tiqadi mənbələrindən sayılır. Əbu Mənsur öz e’tiqadi nəzərlərini bu kitabda şərh etmişdir.
    3.«Əl-üsul»;
    4. «Məaxizuş-şəriə»;
    5. «Əl-cədəlu fi üsulil-fiqh»;
    6. «Məqalat»;
    7. «Bəyanu vəhmil-mö’təzilə»;
    8. «Rəddul ədilləti lil-Kə’bi»;
    9. «Rəddu təhzibil cədəli lil-Kə’bi»;
    10. «Rəddu və’idil-fussaq lil-Kə’bi»;
    11. «Rəddul üsulil xəmsəti li-Əbi Məhəmməd Bahili»;
    12. «Rəddu kitabil-imaməti»;
    13. «Rəddun ələl Qəramitə»;
    14. «Pəndnamə dər əxlaq və moizə».
    MATURİDİNİN ŞAGİRDLƏRİ
    Hənəfi məzhəbinin məşhur alimlərindən bir qrupu Əbu Mənsur Maturididən bəhrələnmişlər. Onlar aşağıdakılardır:
    1. Əbul Qasim İshaq ibni Məhəmməd ibni İsmail; [H.Q.240] (Həkim Səmərqəndi adı ilə məşhurdur.)
    2. İmam Əbul Leys Buxari;
    3. İmam Əbu Məhəmməd Əbdülkərim ibni Musa Bəzudi; [H.Q.390]. O, «Üsuliddin» kitabının müəllifi Məhəmməd ibni Hüseyn Əbdülkərimin babasıdır. Bu kitab Maturidi məzhəbinin əsas kitablarındandır.
    MATURİDİ MƏZHƏBİNİN TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ
    Əbu Mənsur Maturidinin ölümündən sonra bu məzhəbin yayılıb bəyan edilməsi üçün müxtəlif dövrlərdə məşhur alimlər sə’y göstərmişlər. Onların ən mühümləri aşağıdakılardır:
    1. Qazi Əbul Yüsr Məhəmməd ibni Hüseyn Əbdülkərim Bəzudi [H.Q.421‒478]. O, «Üsuliddin» kitabının müəllifidir.
    2. Əbu Muin Nəsəfi [H.Q.502]. O, «Təbsirətül ədillə» kitabının müəllifidir. Bu kitab Əbu Mənsurun «Tövhid» kitabından sonra Maturidilərin kəlami mənbələrinin ən mühümü sayılır.
    3. Şeyx Nəcmuddin Əbu Həfs Ömər ibni Məhəmməd [H.Q.537]. O, «Əqaidi Nəsəfi» kitabının müəllifidir. Bu kitab Nəsəfinin «Təbsirətül-ədillə» kitabının xülasəsidir və hazırkı dövrə qədər Maturidi məzhəbinin e’tiqadlar bəhsində olan ən mühüm dərs kitabı sayılır.
    4. Şeyx Məs’ud ibni Ömər Təftazani; O, tanınmış İslam alimlərindən biridir; ərəb dili və kəlam barəsində çoxlu kitablar yazmışdır. «Şərhi əqaidi Nəsəfi» onun ən məşhur əsəridir.
    5. Şeyx Kəmaluddin Məhəmməd ibni Hümamuddin; (ibni Hümam adı ilə məşhurdur) [H.Q.861]. O, kəlam elmində «Əl-musayərətu fil-əqaidil-munciyəti fil-axirət» kitabını yazmışdır.
    6. Əllamə Kamaluddin Əhməd Bəyazi Hənəfi. O, 11-ci hicri əsrinin alimlərindən olub, Maturidinin mühüm mənbələrindən sayılan «İşaratul-məram min ibadatil-imam» kitabını yazmışdır.
    MATURİDİNİN ƏQİDƏVİ ƏSASLARI
    Maturidi «Tövhid» kitabında əvvəlcə əqidə və imanda təqlid etməyin düzgün olmadığına toxunur, daha sonra öz əqidə üsullarını haqq bilib sələflərə tabe olduğunu, digərlərinin əqidələrinin isə batil olduğunu deyən firqələri tənqid atəşinə tutur. O, inanırdı ki, hər hansı bir firqə ardıcıllarının çox olması həmin firqənin haqq olmasına dəlil ola bilməz; əqidə üsulları əqli bürhanlar əsasında araşdırılıb təsdiq olunmalıdır, əks təqdirdə, onun heç bir elmi dəyəri olmayacaqdır. O, həmçinin dini anlayışları əldə etməkdə əqli kafi bilən şəxsləri tənqid edir, mə’rifətin əldə olunmasının mümkünlüyünü aşkar şəkildə bəyan etməklə yanaşı, mə’rifət vasitələrini hiss, xəbər və əqldə görürdü.
    1. Hiss;
    İnsanın mə’rifət əldə etməsi üçün ilk vasitə hissdir. Maturidi, hissi mə’rifət vasitələri içərisində ən ümumi və ibtidai vasitə hesab edərək deyir ki, hətta heyvanlar da öz hiss və duyğu orqanları ilə onlar üçün faydalı və ya zərərli olan şeyləri dərk edə bilirlər. Maturidi «hissi mə’rifəti» açıq-aşkar bir şey hesab edir və inanır ki, onu inkar edənlər üçün dəlil gətirməyə ehtiyac yoxdur. Sonra belə təklif irəli sürür ki, belə şəxslərə qarşı əməli tədbirlər görmək, zərbə vurmaqla öz fikirlərindən əl çəkməyə vadar etmək lazımdır. Çünki, vurulan zərbələrdən yaranan ağrıya dözmək qeyri-mümkündür.(O, bu təklifi insanda hiss üzvlərinin mövcud olması və onunla bir çox şeylərin hiss edilməsinin mümkünlüyünü sübut etmək üçün irəli sürürdü.)
    2. Xəbər;
    Maturidi xəbərləri mə’rifət üçün digər bir vasitə hesab edərək deyir: Xəbərlər nəsəb elmi, keçmiş hadisələr, uzaq diyarlarda olan şəhərlər və məntəqələr, faydalı və zərərli şeylər, qida maddələri, dərmanlar və sair şeylər barəsində mə’rifət kəsb etmək üçün bir vasitədir. Xəbər iki növdür:
    1. Tarixi, ya mütəvatir xəbərlər;
    2. Öz risalətlərinin doğru olmasına dair aydın nişanələr göstərən Peyğəmbərlərin xəbərləri.
    Maturidi sonra deyir: Bu iki növ xəbərin hər biri mə’rifət üçün bir vasitədir. Amma peyğəmbərlərdən gəlib çatan xəbərlərə çox diqqət yetirmək lazımdır. Çünki bu xəbərlərin bizə gəlib çatmasında vasitə olan ravilər mə’sum deyildirlər və onların xətaya yol vermələri mümkündür.
    Maturidi xəbərin höccət olmasını inkar edənlər barəsində də əməli tədbirlər görülməsini təklif edib deyirdi ki, bu kimi şəxsləri fiziki cəhətdən əzaba mə’ruz qoymaq və döymək lazımdır. Onlar ağrıdan şikayət etdikləri zaman onlara deyilməlidir: «Sizin şikayətiniz də bir növ xəbərdir və sizin iqrarınız vasitəsilə bu xəbərdən yəqin doğuran elm hasil olmur».
    3. Əql.
    Maturidinin nəzərinə görə, əql mə’rifətin ən mühüm mənbəyidir. Çünki hiss və xəbər əqlin köməyi olmadan həqiqi elmə yol tapa bilməz. Təbiətin fövqündə dayanan şeylərin həqiqəti və əxlaqi prinsiplər barədə elm və agahlıq əldə etmək yalnız əql vasitəsilə mümkün ola bilər. İnsanla heyvan arasındakı ən böyük fərq məhz Allahın insana bəxş etdiyi əql qüvvəsidir. Əql qüvvəsi həqiqətin kəşf olunmasında ən mühüm vasitə olduğundan, Qur’ani-kərim insanı daim təfəkkürə və ağıl qüvvəsini işlətməyə də’vət edir.
    Maturidinin nəzərində əql mə’rifət kəsb etməkdə ən mühüm mövqe və məqama malikdir. Bununla belə, o inanırdı ki, əql bütün işlər, o cümlədən insanın ehtiyac duyduğu məsələlər barəsində kamil bir anlayış əldə edə bilməz, əql də hiss orqanları kimi müəyyən məhdudiyyətlərə malikdir. O cümlədən, əql həm xarici, həm də daxili amillərin, məsələn meyl, məqsəd, adət və mühitin tə’sirinə qapılır və nəhayət fərqli nəticələr alınır. Alimlər arsında bir-birinə zidd və fərqli olan əqidə və rə’ylərin mövcudluğu da bu müddəamızın şahididir.
    Buna əsasən Maturidi bildirir ki, əql düzgün nəticəyə çatmaqda və həqiqətin kəşf olunmasında mötəbər bir yol göstərənə ehtiyaclıdır və bu yol göstərən də məhz vəhydir. O, həmçinin inanırdı ki, peyğəmbərlərin hidayətinə olan ehtiyacı və vəhyin təlqin olunma vasitəsini inkar edən şəxslər, eləcə də əqli, dini mə’rifət və anlayışlar əldə etməkdə kafi sananlar, həqiqətdə əql qüvvəsinin üzərinə çox çətin bir vəzifə qoyur və sonda bu işin düzgün nəticə verməyəcəyi qaçılmazdır.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əbu Mənsur Maturidinin tərcümeyi-halını qısa şəkildə bəyan edin.
    2. Maturidinin mühüm kitablarından bə’zilərini sadalayın.
    3. Maturidi necə bir məzhəb yaratmaq fikrində idi?
    4. Maturidinin mə’rifət vasitələri barədə olan nəzərlərini qısa şəkildə izah edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 880 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024