İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:30 AM
    İYİRMİNCİ DƏRS
    VƏHHABİLİK (2)
    ƏQİDƏLƏR (1)
    1. Vəhhabiliyin əsas e’tiqadi üsulları hansılardır?
    2. Şəfaət barəsində vəhhabilərin nəzəri nədir?
    Əslində İbni Teymiyyənin əqidəsi olan vəhhabi əndişəsi əsasən tövhidlə şirkin arasında müəyyən bir sərhəd tə’yin etməklə əlaqədardır. İbni Teymiyyə və onun ardıcıllarının fikrincə, müsəlmanların arasında çoxlu şirk növləri, xüsusilə ibadətdə olan şirk nüfuz etmiş və onları tövhiddən uzaq salmışdır. Buna görə də İslami cəmiyyətlərdə yayılmış müxtəlif şirk nümunələrini üzə çıxarıb onu başqalarına da tanıtdırmaq lazımdır. Əməl məqamında da bu kimi təzahürlərlə ciddi mübarizə aparılmalıdır.
    Tövhid və şirk məsələsi İslamda ən mühüm e’tiqadi məsələlərdən birdir. Çünki İslam tövhid dini olduğu üçün şirki qadağan edir. Bütün İslami məzhəblər bu nəzərdə yekdil fikrə malik olub, özlərini müvəhhid (təkallahlı) hesab edirlər. Amma ayrı-ayrı vaxtlarda müsəlmanlar arsında bə’zi şəxslər tapılmışdır ki, bə’zi firqələrin əqidə və rəftarlarını şirklə qarışmış hesab etmişlər. İbni Teymiyyə, İbni Əbdül Vəhhab və onların ardıcılları bu barədə ifratçı nəzəriyyələr irəli sürərək öz müasirlərinin hamısını şirkdə ittiham etmişlər. Onlar öz fikirlərini isbat etmək üçün müsəlmanların əməl və rəftarlarından bir çoxunu öz müddəalarına şahid gətirərək, şirk nümunələrini rədd etməyə çalışmışlar.
    İbni Teymiyyə deyir: «Peyğəmbərlərin risalətində çatdırılmalı olan tövhid prinsipi, ilahilik prinsipini yalnız Allaha məxsus edir; yə’ni bəndə şəhadət verir ki, Allahdan başqa heç bir mə’bud yoxdur. Nəticədə Allahdan başqa heç kəsə pərəstiş və heç nəyə təvəkkül etməməli, Onun xatirinə olmadıqda heç bir şəxsi sevməməli, Onun xatirinə olmayan heç bir kəslə düşmənçilik etməməli və heç bir iş Onun razılığı olmadan yerinə yetirilməməlidir.
    Bu deyilənlərin hamısı Qur’anda Allahın Özü üçün isbat etdiyi tövhidi əhatə edir.
    Buna əsasən, sadəcə olaraq Allahın vahid olmasına e’tiqad bəsləmək, yaxud vahid Allahın dünyanın xaliqi olduğuna inanmaq, həmçinin Allahın sifətlərini e’tiraf etmək və Onu eyblərdən pak bilmək, tövhid sayılmayacaq. Yalnız o vaxt tövhid sayıla bilər ki, Allahdan başqa heç bir mə’budun olmamasına, yalnız Allahın pərəstişə layiq olmasına şəhadət versin».
    İbni Teymiyyə və onun ardıcılları inanırdılar ki, Allahdan başqasından kömək istəyib, onun qarşısında kiçilmək, Peyğəmbər (s) və övliyalardan şəfaət diləmək, imamların və peyğəmbərlərin qəbirlərini ziyarət etmək, onların məqbərələri qarşısında qurbanlıq kəsib, nəzir etmək və namaz qılmaq, onlara təvəssül etmək, övliyaların qəbirləri üzərində hər hansı bir bina inşa etmək və s... tövhidlə ziddir və şirkin aşkar nümunələrindən sayılır.
    İndi isə İbni Teymiyyənin və ümumi şəkildə vəhhabi məzhəbinin müsəlmanların tövhidlə zidd olan, şirk və küfr sayılan əməl və əqidələri barədə irəli sürdükləri nəzərləri araşdırırıq.
    1. ŞƏFAƏT
    Vəhhabilərin nəzərində şirkin bariz nümunələrindən biri hesab olunan ən mühüm məsələ peyğəmbərlər və övliyalardan şəfaət diləməkdir. Onların əqidəsinə görə, Allah övliyaları və peyğəmbərlərinin dünyada şəfaət etməsinin heç bir tə’siri yoxdur, bu yalnız axirətdə, özü də yalnız Allahın izni ilə mümkündür. Buna əsasən bəndələrin özləri ilə Allah arasında müəyyən şəxsləri vasitəçi qərar verib onlar üçün şəfaət etməsini istəməsi şirkdir və Allahdan başqasına ibadət hesab olunur. Buna görə də bəndələr yalnız Allaha dua edərək belə deməlidirlər: Pərvərdigara! Bizim peyğəmbərimiz Məhəmmədi (s) və ya Özünün sair saleh bəndələrini, yaxud mələkləri qiyamət günündə bizim şəfaətçimiz qərar ver.
    Lakin bizim «Ey Allahın Rəsulu! (yaxud) Ey Allahın vəlisi, səndən istəyirəm ki, mənim barəmdə şəfaət edəsən» - yaxud buna oxşar cümlələr deməyə haqqımız yoxdur. Çünki, Allahdan başqa heç kəsin şəfaət etmək qüdrəti yoxdur. Deməli, əgər hal-hazırda bərzəx aləmində olan Peyğəmbərdən belə bir şey istənilsə, şirk hesab olunacaqdır».(Məhəmməd ibni Əbdül Vəhhab, «Əl-hədiyyətu səniyyə».)
    Vəhhabilər bu əqidələri əsaslandırmaq və doğrultmaq üçün aşağıdakı Qur’an ayələrinə istinad edirlər:
    Allah-taala buyurur:
    «Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin.» (Cinn‒18.)
    Buna görə də Allah dərgahından başqa heç bir yerdə səcdə və ibadət olmaz.
    Əgər duada hər hansı bir şəxsi Allahla şərik etsək, şirkə mübtəla olarıq.
    Başqa bir ayədə şəfaət yalnız Allahın izn və icazəsi ilə
    mümkün hesab edilmişdir.
    «Kim Allah yanında Onun icazəsi olmadan şəfaət edə bilər?!» (Bəqərə‒255.)
    Digər bir yerdə Allah-taala buyurur:
    «Onlar yalnız Allahın razı olduğu şəxslər üçün şəfaət edərlər, başqası üçün yox».(Ənbiya‒28.)
    Buna əsasən razılığı Allahın Özündən tələb etmək lazımdır.
    Başqa bir ayədə isə belə oxuyuruq:
    «Qiyamət günündə Allah tərəfindən peymanı alınan şəxslərdən başqa heç kəs şəfaətə nail olmaz».(Məryəm‒87)
    Deməli, şəfaət Allahın izni ilədir, özü də Qiyamət günündə olacaqdır.
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Birinci məsələ:
    İlahi övliyaların və peyğəmbərlərin şəfaəti Allah dərgahında dua və yalvarışdan başqa bir şey deyildir. İlahi övliyalar Allah dərgahında malik olduqları yüksək məqam sayəsində günahkar insanların barəsində dua etdikləri zaman, Allah tərəfindən daha tez qəbul olunur və həmin günahkar şəxs ilahi məğfirət və rəhmətə nail olur. Buna əsasən şəfaət, dua və istiğfar mə’nasında olsa, nəinki ilahi övliyalardan, hətta hər bir mö’min şəxsdən dua etməsini xahiş etməkdə kim şübhə edə bilər? Adi bir müsəlman Peyğəmbəri-Əkrəmdən (s), yaxud sair ilahi övliyalardan şəfaət istəyirsə, həqiqətdə hacət tələb etmir, əksinə onun barəsində istiğfar və dua etməsini xahiş edir.
    Başqa sözlə desək, ondan istəyir ki, Allah dərgahında olan məqamına diqqət yetirməklə, Allahın əvəzində onun hacətini yerinə yetirib günahlarını bağışlanmasını deyil, Allahdan onun üçün istiğfar edib onun hacətini istəməsini diləyir. Bu o haldadır ki, Allah-taala Qur’ani-kərimdə Peyğəmbərdən (s) istəyir ki, özü və mö’minlər üçün Allahdan məğfirət və bağışlanmaq istəsin.
    «(Ya Məhəmməd!) Bil ki, Allahdan başqa heç bir tanrı oxdur. (Ondan) həm öz günahlarının, həm də mö`min kişilərin və qadınların günahlarının bağışlanmasını dilə...» (Məhəmməd‒19.)
    Allah-taala başqa bir ayədə və’də verir və buyurur ki, əgər Peyğəmbər günahkarlar üçün məğfirət və bağışlanmaq istəyərsə, Allahın tövbə qəbul edən və rəhimli olduğunu görərlər.
    «Əgər özlərinə zülm edən kəslər sənin yanına gələrək bağışlanmaq istəsələr və Peyğəmbər (s) də onlar üçün bağışlanmaq istəsə, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.»(Nisa‒64.)
    Əgər şəfaət istəyən şəxs şəfaət edəndən yalnız Allahın öhdəsində olan bir işi istəyərsə, bu düzgün ola bilməz. Çünki şəfaət istəyən, şəfaət edən şəxsdən onun hacətinin rəva olunmasını deyil, yalnız onun barəsində dua etməsini istəyir.
    İkinci məsələ:
    «Duada Allahla yanaşı bir kəsi çağırmayın» - deyilməsinin səbəbi budur ki, Allah-taala Özü bu işi qadağan etmişdir Bu söz də rədd olunur, çünki şəfaət, şəfaət edənlə şəfaət olunanın dua və istəyində yanaşı olmasıdır. Çünki «şəfi’» cüt mə’nasınadır. Yə’ni, insan öz hacətinin rəva olunmasında özünü müqabil tərəfə yanaşdırır ki, onunla müştərək şəkildə Allahdan hacətini istəsin. Buna əsasən, şəfaət Allah-taaladan istənilən bir dua və hacətdir. «Şəfi’» Allahdan dua edərək istəyir, nəinki dua edən duada bir kəsi Allahla şərik edir. Deməli, əgər ayəyə diqqət edilsə aydın olacaqdır ki, bəndə dua edən zaman Allahdan başqasını Ona şərik etsə, bu iş qadağan edilmişdir. Məsələn, əgər bir kəs «Ya Rəsuləllah! Səndən və Allahdan istəyirəm ki, mənim günahımı bağışlayasınız» - desə, bu halda Peyğəmbəri də öz duasında Allahla şərik etmişdir. Halbuki, şəfaət diləyən şəxs sadəcə olaraq Peyğəmbərdən (yaxud başqa bir ilahi övliyadan) onun barəsində dua etməsini və Allahdan onun üçün bağışlanmaq istəməsini diləyir.
    Üçüncü məsələ:
    Əgər Allah-taala şəfaət icazəsini və bu işə ləyaqəti Peyğəmbərə və sair ilahi övliyalara vermişsə, onlardan şəfaət istənilməsinin caiz olmaması (qadağan olması) necə mümkün ola bilər?! Halbuki, Allah-taala Qur’ani-kərimdə Peyğəmbərə buyurur:
    «Onların barəsində dua et, çünki sənin duan onların qəlblərinə aramlıq bəxş edir».(Tövbə‒103.)
    Başqa bir ayədə buyurulur:
    «Bir kəs başqasının barəsində yaxşı şəfaət edərsə, şəfaətdən onun da bir nəsibi, payı olacaqdır».(Nisa‒85.)
    Əgər bir mö’minin başqa bir mö’min barəsində yaxşı şəfaəti caizdirsə, mö’mindən şəfaət və dua istəməsi də caiz olacaqdır. Əgər şəfaət istəmək qadağan bir iş və ya şirk olsaydı, şəfaətə icazə verilməsi də əbəs bir iş olacaqdı.
    Dördüncü məsələ:
    Vəhhabilər inanırlar ki, Allah bütpərəstləri ona görə müşrik və kafir kimi təqdim etmişdir ki, onlar bütləri Allah yanında şəfaətçi bilərək deyirdilər:
    «Biz bu bütlərə ona görə pərəstiş edirik ki, bizi Allah dərgahına yaxınlaşdırsınlar».(Zümər‒3.)
    Buna görə də Allahdan başqasını vasitəçi və şəfi’ qərar vermək şirk və küfr hesab edilmişdir. Amma bunun cavabında deyilməlidir ki, Peyğəmbərin şəfi qərar verilməsi bütlərin şəfaətçi qərar verilməsi ilə tamamilə fərqlənir. Çünki bütpərəstlər bütləri Allaha yaxınlaşmaq üçün bir vasitəsi qərar verərək onlara pərəstiş edirdilər. Belə ki, Qur’an aşkar şəkildə bu məsələni çatdırır. Halbuki, şəfaət istəyən şəxs şəfaət edənə pərəstiş etmir.
    Beşinci məsələ:
    Müsəlmanlardan heç biri (hətta vəhhabilərin özü belə) Peyğəmbərin və ilahi övliyaların şəfaət etmə haqqına malik olduqlarını inkar etmirlər. İndi biz soruşuruq ki, günahların bağışlanması üçün şəfaətçi olan şəxs Allahla şərikdir, yoxsa günahların bağışlanmasında şəfaət olunan şəxslə şərikdir?
    Aydındır ki, birincini qəbul etmək olmaz. Çünki o, şirkdən başqa bir şey deyildir. İkinci qism də sair müsəlmanların e’tiqad bəslədiyi bir məsələdir. Bundan əlavə, dünya ilə axirət arsında fərq qoymaq və yalnız axirətdə şəfaətə inanaraq dünyada onu inkar etmək düzgün ola bilməz. Çünki, əgər dünyada şəfaət istəmək və şəfaətin özü şirkdirsə, axirətdə də şirk olacaqdır.
    Altıncı məsələ:
    Vəhhabilər deyirlər: Peyğəmbər (s) dünyadan gedib bərzəx aləmində olduğuna görə, ondan şəfaət istəməyin heç bir tə’siri ola bilməz. Bu iddianın cavabı bundan ibarətdir ki, o həzrətdən, yaxud hal-hazırda dünyadan getmiş ilahi övliyalardan şəfaət istəmək həqiqətdə onların cismlərindən yox, onların yüksək məqamda olan ruhlarından şəfaət istəməkdir; bir çox Qur’an ayələrindən aydın olur ki, insanın həyatı öldükdən sonra da davam edir. O cümlədən «Ali-İmran» surəsinin 169‒170-ci, «Bəqərə» surəsinin 154-cü, «Mu’minun» surəsinin 46-cı ayələri buna misaldır.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər tövhidi necə tə’rif edirlər?
    2. Vəhhabilərin şəfaət barəsindəki nəzəri necədir?
    3. Vəhhabilərin şəfaət istəməyin müşriklik olması barəsində olan dəlilləri nədir?
    4. Şəfaətin tə’rifini deyin.
    5. Şəfaətin tə’rifinə diqqət yetirməklə, vəhhabilərin dəlillərini araşdırın.
    6. Bütpərəstlər tərəfindən bütlərin vasitə qərar verilməsi ilə müsəlmanlar tərəfindən Peyğəmbər və ilahi övliyaların şəfaətçi qərar verilməsi arasında nə kimi fərq vardır?
    7. Qur’an ayələrinə əsasən, ilahi övliyalardan diri olduqda və ya ölümlərindən sonra şəfaət istəməyin fərqi vardırmı?
    İYİRMİ BİRİNCİ DƏRS
    VƏHHABİLİK (3)
    ƏQİDƏLƏR(2)
    1. İlahi övliyalara təvəssül etmək tövhid əqidəsi ilə uyğun gəlirmi?
    2. Təvəssül barəsində vəhhabilərin nəzəri necədir?
    2. TƏVƏSSÜL
    Vəhhabilər şəfaət məsələsi ilə yanaşı Peyğəmbər və övliyalara təvəssül etməyə də irad tutaraq iddia edirlər ki, bu əməl bid’ət və şirkdir. Vəhhabilər bu əqidələrini aşağıdakı kimi əsaslandırırlar:
    Əvvəla: Əgər təvəssül məsələsi qanuni və düzgün olsaydı, Allah-taala onu bəyan edər və camaatı bu işə rəğbətləndirərdi. Caiz olduğu halda Allahın belə bir mühüm işi bəyan etməməsi yolverilməzdir; deməli, belə bir iş şər’i nöqteyi-nəzərdən caiz deyildir.
    İkincisi: Allah-taala Qur’ani-kərimdə(«İsra» surəsi, 56‒57-ci ayələr.) müşriklərin əməllərinə irad tutub buyurur ki, onlar heç bir ziyan və faydaya malik olmayan bütlərə təvəssül etmişlər; belə dualar onları heç bir yerə çatdırmaz. Çünki onlar Allaha doğru gedən yolu itirmişlər.
    Üçüncüsü: Əgər vasitə qərar vermək zərərin dəf edilməsi və ya mənfəət əldə edilməsi üçün olarsa, məsələn Peyğəmbəri (s) və ya övliyanı ruzi qazanmaqda vasitə qərar versələr, bu özü ən böyük şirkdir.(Məhəmməd Nəsib Rifa’i, «Ət-təvəssülü ila həqiqətit-təvəssül».) Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticə alınır ki, Allah-taala peyğəmbərlərə və övliyalara təvəssül etməklə əlaqədar heç bir söz buyurmadığından, vəhhabilər bu əməli bid’ət hesab edirlər. Çünki müşriklər başqalarını və bütləri Allaha pərəstiş etməkdə və ilahi fe’llərdə vasitə qərar verdikləri üçün şirk sayılmışdı. Bu barədə vəhhabilərin digər bir nəzəri də budur ki, təvəssül olunan ilahi övliyaların və peyğəmbərlərin hamısı dünyadan getdiklərinə görə, onların heç biri tə’sir mənşəyi ola bilməz. Onlar bu barədə «Fatir» surəsinin 14-cü ayəsinə istinad edirlər. Belə ki, Allah-taala buyurur:
    «Allahın yerinə çağırdığınız şəxslər heç bir şeyə malik deyillər. Əgər onları çağırsanız sizin duanızı eşitməzlər, əgər eşitsələr də sizin istəklərinizi həyata keçirə bilməzlər. Onlar qiyamət günündə sizin şirkinizdən bizarlıq edəcəklər. Alim Allah qədər heç kəs səni həqiqətdən agah etməz.»(İbni Teymiyyə, «Minhacus-sünnə».)
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Vəhhabilərin nəzəriyyəsini araşdırarkən üç əsas mehvərdə bəhs aparmaq olar:
    Birincisi: Görəsən şəriətdə (kitab və sünnədə) təvəssül məsələsi mövcuddurmu?
    İkincisi: Peyğəmbərə (s) və övliyalara təvəssül etmək müşriklərin əməli ilə eynidirmi?
    Üçüncüsü: Övliya və peyğəmbərlər vəfatlarından sonra tə’sir mənşəyi ola bilməzlərmi?
    Bu üç mehvər ətrafında bəhsə başlamazdan əvvəl təvəssülün mahiyyət və tə’rifi ilə tanış olmalıyıq.
    TƏVƏSSÜLÜN TƏ’RİFİ
    «Təvəssül» müəyyən bir hədəfə çatmaq üçün bir şeyi vasitə seçmək mə’nasınadır. Məsələn, ərəb dilində «Təvəssələ iləllahi bi əməlin» (yə’ni, «bir nəfər müəyyən bir iş vasitəsi ilə Allah dərgahına yaxınlaşdı») deyilər. Buna əsasən əgər insan hər hansı bir məqsəd və hədəfə çatmaq üçün bir şeyi və ya şəxsi vasitə qərar versə, «hədəf və məqsədə çatmaq üçün o şəxsə, yaxud o şeyə təvəssül etdi» deyilər.
    Buradan aydın olur ki, həm insan, həm də sair canlı varlıqlar öz hədəflərinə çatmaq üçün daim müəyyən şəxslərə və yaxud əşyalara təvəssül edirlər.
    İnsan gündəlik həyatında aclığını dəf etmək üçün qidaya, susuzluğunu dəf etmək üçün suya, xəstəliyini dəf etmək üçün həkimə, dərmana və ya müalicəyə ehtiyaclı olur; bunların vasitəsi ilə öz məqsədinə nail olmağa çalışır. Bu kimi minlərlə nümunə göstərmək olar ki, insanın və sair canlıların həyatını onlarsız təsəvvür etmək mümkün deyildir. Deməli, həyatda hər hansı bir səbəbin vasitə qərar verilməsini şirk hesab etmək olmaz. Amma, əgər səbəb və vasitələrin müstəqil təsir qüvvəsinə malik olduğuna inansaq, təbiidir ki, şirkə düçar olmuş olacağıq. Amma Allah-taalanın bu kimi vasitələrə tə’sir bəxş etdiyinə və onların insanın ehtiyaclarını tə’min etmək üçün sadəcə bir şey olduğuna inansaq, onda bunun şirk olmasını necə iddia etmək olar?! Allah-taala təkvin aləmində bizim üçün müəyyən vasitələr müəyyən etmiş və insanı fitri və təkvini olaraq, öz hədəf və məqsədlərinə çatmaq üçün vasitə seçmək məcburiyyətində qoymuşdur. Peyğəmbərlərə və övliyalara təvəssül etmək bəhsində də yalnız Allah-taalanın bu böyük şəxsiyyətləri, yaxud onların müqəddəs ruhlarını vasitə qərar verib-vermədiyini araşdırmaq lazımdır. Çünki, həyatda insanın vasitələrdən faydalanmaq məsələsinin qaçılmaz bir iş olduğunu kimsə inkar edə bilməz. Burada mübahisə mbvzusu xüsusi olaraq, müəyyən şəxslərə təvəssül etməyin düzgün olub-olmamasındadır. İndi isə yuxarıda qeyd olunan üç mehvəri araşdırırıq:
    Birinci mehvər: Allah-taala «Maidə» surəsinin 35-ci ayəsində bəndələri Öz dərgahına yaxınlaşmaq üçün vəsilə (vasitə) seçməyə rəğbətlənidirir və onları bu işə də’vət edərək buyurur:
    «Ey iman gətirənlər! İlahi təqvaya malik olun və Ona çatmaq yolunda vəsilə seçin. Allah yolunda çalışın, bəlkə nicat tapasınız».
    Bununla da təvəssülün, Allah dərgahına qovuşmaq üçün vasitə qərar verməyin düzgün bir iş olmasında heç bir şəkk-şübhə yeri qalmır.
    İBADƏTLƏR VƏ SALEH ƏMƏLLƏR
    Təqva və pərhizkarlıq Allah dərgahına yaxınlaşmaq vasitələrindən biridir. Amma peyğəmbərlər və ilahi övliyalara təvəssül etmək barədə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan çoxlu rəvayətlərdə o Həzrət (s) səhabələri sair peyğəmbərlərə və saleh insanlara təvəssül etməyə də də’vət edir. Aşağıdakı iki rəvayət bu mövzunun şahididir:
    1. Osman ibni Hüneyf bir neçə vasitə ilə belə rəvayət edir ki, bir nəfər kor kişi Peyğəmbərin (s) yanına gəlib ondan özü üçün dua etməsini və Allahdan ona sağlamlıq bəxş etməsini istədi. Peyğəmbər (s) cavabında buyurdu: «Sənin sağalmağın üçün dua edərəm, amma səbr etsən daha yaxşı olar». Həmin kişi o həzrətdən dua etməsini istədi.
    Peyğəmbər (s) ona buyurdu: Dəstəmaz al, dəstəmaz alarkən onun düzgün yerinə yetirilməsinə diqqət yetir; sonra iki rəkət namaz qıl və namazdan sonra belə dua et:
    «Pərvərdigara! Mən Səndən istəyirəm və rəhmət elçisi olan Məhəmməd Peyğəmbərin vasitəsi ilə Sənin dərgahına üz tuturam. Ey Məhəmməd, mən sənin vasitənlə Pərvərdigarıma üz tutaraq hacətimə nail olmaq istəyirəm. Pərvərdigara, onun mənim barəmdə olan şəfaətini qəbul et».
    Ravi sözünün davamında deyir: «Allaha and olsun, çox çəkmədi ki, bu kişi bizim yanımıza gəldi, artıq onda korluqdan əsər-əlamət qalmamışdı».
    Bu hədis hacətlərin rəva olunması üçün Peyğəmbərə (s) təvəssül etməyin düzgün bir iş olmasına dəlalət edir və sənəd baxımından da hədisşünasların əksəriyyəti tərəfindən qəbul olunub.
    O cümlədən İbni Macə özünün «Sünən» kitabında(1-ci cild, 1385-ci hədis.) onu nəql etmiş və Əbu İshaqdan onun düzgünlüyünə şahid gətirmişdir. Həmçinin Termezi «Əbvabul-əd’iyyə» kitabında Əhməd ibni Hənbəldən,(«Müsnəd» kitabının 4-cü cildi.) Hakim «Müstədrək» kitabının 1-ci cildində, Süyuti «Əl-camius-səğir» kitabında bunu rəvayət etmiş və hamısı hədisin düzgün olduğunu təsdiq etmişlər.
    2. Səhabələrdən bə’ziləri, o cümlədən Cabir ibni Əbdüllah, İbni Abbas, Ənəs ibni Malik rəvayət etmişlər ki, Fatimə binti Əsəd vəfat edərkən Peyğəmbər (s) onun dəfn mərasimində hazır olub buyurdu: «Ey ana! Anamdan sonra Allah sənə rəhmət etsin.» Sonra o Həzrət (s) Əbu Əyyubu, Üsaməni, Ömər ibni Xəttabı və bir qulamı çağırdı ki, qəbri hazırlasınlar. Ləhədə çatanda Peyğəmbər (s) öz əlləri ilə onu qazıb torpaqları çölə tökdü və qəbirdə bir az yatıb sonra buyurdu: «Allah O kəsdir ki, dirildir, öldürür; O, diridir və heç vaxt ölməz. (Pərvərdigara) peyğəmbərinin və məndən qabaq olan peyğəmbərlərin xatirinə, Anam Fatimə Əsəd qızını bağışla, onun yerini genişləndir.»
    Bu rəvayəti Təbərani, Hakim, İbni Həyyan, İbni Əbi Şeybə və sairləri nəql edərək, onun səhih olduğunu təsdiq etmişlər. Bu barədə başqa rəvayətlər də qeyd olunur. Xülasə şəkildə demək olar ki, şəriət nöqteyi-nəzərindən Peyğəmbərə (s), salehlərə və peyğəmbərlərə təvəssül etməyin caiz bir iş olmasında heç bir şəkk-şübhə ola bilməz və mötəbər mənbələrdə bunu təsdiq etmək üçün kifayət qədər dəlil və sübut vardır. Ona görə də bunu bid’ət hesab etmək olmaz.
    İkinci mehvər:
    Vəhhabilər peyğəmbərlərə, ilahi övliyalara təvəssül etməyi müşriklərin bə’zi şəxsləri, yaxud bütləri Allaha pərəstiş etməkdə vasitə qərar vermələrinə oxşatmışlar. Bu barədə keçən dərsdə qısa da olsa söhbət olundu. Bütpərəstlərin iradı bundadır ki, onlar Allaha qovuşmaq üçün bütə pərəstiş edir, yaxud da Allahdan başqasını çağırırlar. Halbuki, təvəssüldə vasitəyə pərəstiş olunmur, vasitənin müstəqil təsir qüvvəsinə malik olması nəzərdə tutulmur. Sadəcə olaraq, burada Allah yanında uca məqama malik olan müqəddəs bir şəxs vasitəçi rolunu oynayır.
    Üçüncü mehvər:
    Peyğəmbərlərə və ilahi övliyalara təvəssül etmək həqiqətdə onların yüksək məqamlı ruhlarına təvəssül etməkdir, çünki, vəfat edib maddi dünyanı tərk etməklə ruh aradan getmir. İslamın aşkar və danılmaz e’tiqadına əsasən, insan ölməklə ruhu ölmür, həmişə diridir və buna görə də mələklər ona xitab edir, Nəkir və Münkərin suallarına cavab verir. Bu barədə bir çox Qur’an ayələrini qeyd etmək olar. O cümlədən «Qaf» 22, «İsra» 14, «Məryəm» 62, «İnfitar» 13, «İbrahim» 16 və 27, «Ğafir» 46, «Ə’raf» 44, «Ənkəbut» 64, «Fəcr» 24, «Bəqərə» 155, «Ali-İmran» 170-171, «Fəcr» 27-30, «Mu’minun» 99, «Yasin» 26-27 və sair. Buna əsasən övliyalara təvəssül etməkdə onların dünyəvi həyatları ilə ölümləri arasında heç bir fərq yoxdur.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər «İsra» surəsinin 56-57-ci ayələrindən təvəssül etməyin caiz olmadığını necə isbat edirlər?
    2. Vəhhabilərin dünyadan gedən peyğəmbər və ilahi övliyaların tə’sir mənşəyi olmaması ilə əlaqədar dəlilləri nədir?
    3. Təvəssülün tə’rifini deyin.
    4. Qur’anda bu barədə ayələr vardırmı?
    5. Təvəssül barəsində gəlib çatan rəvayətlərin məcmusundan necə nəticə alınır?
    6. Dünyadan köçən ilahi övliyalara təvəssül etmək mümkündürmü?
    İYİRMİ İKİNCİ DƏRS
    VƏHHABİLİK (4)
    ƏQİDƏLƏR (3)
    1. And içmək barəsində vəhhabilərin nəzəri nədir?
    3. AND İÇMƏK
    Vəhhabilərlə sair firqələr arasındakı ixtilaflı məsələlərdən biri də budur ki, onlar yalnız Allahın adına və sifətlərinə and içməyi caiz bilir, Allahdan başqa bir şeyə and içməyi şirk və haram hesab edirlər. İbni Teymiyyə deyir: «Şirk iki cürdür: Böyük şirk, məxluqdan şəfaət istəmək, onlara təvəssül və sair; kiçik şirk, riya, süm’ə, Allahdan başqasına and içmək kimi.» Sən’ani deyir: Qəbri ziyarət edənlər müşriklər kimidir. Onların əməl və rəftarları eynidir və onların adlarına and içirlər. Hətta əgər bir vaxt Haqq sahibi Allahın adına and içsə ondan qəbul etməzlər, amma öz böyüklərindən birinə və yaxud bir vəliyə and içilsə, qəbul edərlər. Bütpərəstlər də belə idilər. Qur’anda belə buyurulur:(Zümər‒45.)
    «Allah təklikdə yad edilərkən axirətə imanları olmayanların qəlbləri ikrahlı olur. Əgər Allahdan başqası yad edilsə, o zaman şad olub fərəhlənərlər».
    Həmçinin hədisdə qeyd olunur: «Hər kəs and içmək istəsə, Allahın adına and içməlidir, əks halda sakit olmalıdır».
    Rəsuli-Əkrəm (s) bir kişinin Lata and içdiyini eşitdikdə ona göstəriş verdi ki, tövhid kəlmələrini yenidən desin. Bu da göstərir ki, bütə and içmək küfrdür.»(Sən’ani «Təthirul-e’tiqad».)
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Bu nəzərin araşdırılmasını da üç istiqamətdə aparmaq lazımdır.
    Birincisi: Allahı başqalarının haqqına and verməyin caiz olub-olmaması;
    İkincisi: Allahdan başqasının adına and içmək;
    Üçüncüsü: Vəhhabilərin istifadə etdikləri hədislərin araşdırılması və dəyərləndirilməsi.
    Birinci mehvər:
    Vəhhabilər Allahı başqalarının haqqına and verməyi caiz bilmir, onu haram və şirk kimi qələmə verirlər. Onlar bu barədə iki dəlil gətirirlər: Birinci dəlil əvvəlki dərsdə təvəssül bölməsində bəyan olundu. Peyğəmbərdən (s) bu barədə nəql olunan hədislərdən məlum oldu ki, onu bid’ət və haram hesab etmək olmaz.
    Vəhhabilər bu işin caiz olmamasına dair gətirdikləri ikinci dəlildə deyirlər: «Allahın məxluqlarından heç birinin üzərində haqqı yoxdur ki, Allahı onların haqqına and verək». Amma ayə və rəvayətlərə müraciət etdikdə görürük ki, Allah-taala Öz bəndələri ilə əlaqədar bə’zi haqları öhdəsinə almış və həm də peyğəmbərlər bəndələrin Allah nəzərində olan hüquqlarını zikr etmişlər. Bu barədə bə’zi ayə və rəvayətləri mülahizə edin:
    «Mö’minlərə kömək etmək Bizə olan bir haqqdır».(Rum‒47.)
    «Allahın haqq və’dəsidir ki, Tövrat və İncildə gəlmişdir».(Tövbə‒11.)
    «Beləliklə, mö’minlərin qurtuluşu onların Bizim üzərimizdə olan haqqıdır!»(Yunis‒103.)
    «Həqiqətən nadanlıq üzündən çirkin əməllər görən kəslərin tövbəsini qəbul etmək Allahın öhdəsindədir».(Nisa‒17.)
    Peyğəmbəri-Əkrəm (s) buyurur:
    «Öz iffətini qorumaq və Allahın haram buyurduğu işlərə düşməmək üçün izdivac edən şəxslərə kömək etmək Allahın öhdəsindədir».(Süyuti «Əl-camius-səğir», 2-ci cild.)
    Həmçinin buyurur:
    «Üç kəsə kömək etmək Allahın üzərindədir: Allah yolunda cəhad və çalışmaq, məkatib (yə’ni, bir qul öz ağası ilə qərar bağlayır ki, müəyyən məbləğ pul vermək müqabilində öz azadlığını əldə etsin) və öz iffətini qorumaq məqsədilə evlənən şəxs».(«Sünəni ibni Macə», 2-ci cild.)
    Buna əsasən, Allah və Onun Peyğəmbəri (s) camaat qarşısında müəyyən hüquqları rəsmi olaraq qəbul etmişsə, onda heç bir məxluqun Allah üzərində heç bir haqqı olmadığını necə iddia etmək olar?! Aydındır ki, bu hüquqlar Allah-taala tərəfindən bəndələr üçün lütf və mərhəmət olaraq və’də verilmişdir. Halbuki, təkvini baxımdan heç kəs Allah yanında haqq sahibi deyildir.
    İkinci mehvər:
    Vəhhabilər Allahdan başqasına and içməyi haram və şirk hesab edirlər. Amma unutmaq olmaz ki, həm Quranda, həm də Peyğəmbərin (s) sünnəsində Allahdan başqa şeylərə and içməyin çoxlu nümunələri qeyd olunub. Allah-taalanın Özü Qur’anda sair varlıqlara and içmişdir, o cümlədən: «vəl-əsri», «vəttin», «vəz-zəytuni», «vəturisininə vəhazəl bələdil əmin», «vəşşəmsi və zühaha...»
    Burada deyilə bilər ki, Allahın Özündən başqasına and içməsinin caiz olmasını başqalarına aid etmək olmaz. Başqa sözlə desək, Allah-taala bütün varlıqların Xaliqi olduğu üçün istədiyi şeyə and içməyə haqqı vardır, amma insanlara belə bir icazə verilmir.
    Cavabında deməliyik ki, Allahdan bu fe’lin baş verməsi Onun çirkin və qəbahətli olmamasını göstərir. Əgər biz bu işi şirk hesab etsək, onda necə mümkün ola bilər ki, Allah-taala Özü Özünə şərik qoşsun?
    Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə də Allahdan başqasına and içilməsi gözə çarpır. Məsələn, «Vəbikə» (and olsun atanın canına), «Vələəmri» (öz canıma and olsun). Bu kimi ifadələr o həzrətin sözlərində nəzərə çarpır.(Səhihi Müslüm, 4-cü cild, səh.224; «Əs-sünənil-kubra» 9-cu cild, səh.246; «Tarixi Bağdad», 12-ci cild, səh.377; «Məcməuz-zəvaid» 9-cu cild, səh-12; «Müsnədi Əhməd ibni Hənbəl», 5-ci cild, səh.225 və sair.) Belə olan halda (nəuzibillah) demək olarmı ki, Rəsuli-Əkrəm (s) kiçik şirkə düçar olub?
    Bundan əlavə, səhabələrin də kəlmələrində Allahdan başqa şeylərə and içməyin çoxlu nümunələri müşahidə olunur. Məlum olduğu kimi, Peyğəmbəri-Əkrəm (s) onları bu işdən çəkindirməmişdir.
    Üçüncü mehvər:
    Vəhhabilər öz nəzəriyyələrini əsaslandırmaq üçün Peyğəmbərdən (s) rəvayət olunan iki hədisə istinad edirlər:
    Birincisi: Peyğəmbər (s) Ömərin atasının canına and içdiyini eşitdikdə buyurdu: «Allah sizi öz atanıza and içməkdən çəkindirmişdir. Hər kəs and içmək istəsə, Allaha and içsin, əks halda sakit olsun.»
    İkincisi: Bir kişi Ömərin oğlunun yanına gəlib dedi: «Kə’bəyə and içirəm!» Ömərin oğlu dedi: «Yox, mən Kə’bənin Allahına and içirəm, çünki atam (Ömər) atasına and içdikdə Rəsuli-Əkrəm (s) buyurdu: «Atana and içmə. Çünki, hər kəs Allahdan başqasına and içsə, müşrikdir».
    Birinci rəvayətdə iki incə nöqtəyə işarə etməliyik. Birincisi: ataların canına and içməkdən çəkindirilməyin səbəbi budur ki, İslamın əvvəllərindəki müsəlmanların əksəriyyətinin ataları müşrik idilər. Buna görə də onların heç bir hörmət və müqəddəsliyi yox idi ki, and içməyə layiq olsunlar. Halbuki, bir şeyə and içmək onun əzəmət və hörmətini çatdırır.
    Bu müddəanın şahidi bu hədisdir: «Peyğəmbər (s) bütlərə and içməyin yanında ata-analara and içməyi qadağan etmiş və buyurmuşdu: Ata-analarınıza və bütlərə and içməyin».
    Digər məsələ bundan ibarətdir ki, ataya (yaxud Allahdan başqa hər bir şeyə) and içməkdən çəkindirilməsi sadəcə olaraq mübahisəli məsələlərdə mühakimə yürüdüb münaqişəni sona çatdırmaq məqsədi güdür. Çünki bütün İslam alimlərinin fikir birliyinə əsasən, bu kimi hallarda andiçmə Allaha və Onun sifətlərindən başqa bir şeylə gerçəkləşmir.
    İkinci rəvayətə də birinci rəvayətlə əlaqədar digər mühüm bir məsələni əlavə etmək lazımdır: Ömərin oğlu öz ictihad və şəxsi nəzərinə əsasən, (Ömərin) atasına xitabən buyurduğu kəlamı ümumi mənada götürərək, Kə’bə kimi müqəddəslərə and içməyini də ona daxil etmişdir.
    Buna əsasən Peyğəmbərin (s) və bir çox səhabələrin Allahdan başqasına and içdiyini göstərən rəvayətlər, həmçinin Allahın Özündən başqasına and içdiyini çatdıran ayələri belə izah etmək olar ki, müşrikə, yaxud şirkin təzahürü olan şeyə, (məsələn bütə) and içmək, ona e’tiqad bəsləmək və onu təsdiq etmək mə’nasına olduğundan caiz deyildir. Amma Allaha mənsub edildiyinə görə müqəddəslik tapan sair müqəddəslərə and içmək ümumi halda caizdir. Əlbəttə, münaqişəni həll etmək məqamında Allahdan başqasına and içmək kifayət deyildir və bu işin şər’i və hüquqi təsiri yoxdur.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər Allahdan başqasının adına and içməyi inkar edərkən hansı Qur’an ayələrinə istinad edirlər?
    2. Nə üçün vəhhabilər Allahı başqalarının adına and verməyi caiz bilmirlər?
    3. Doğrudanmı mö’minlərin Allah yanında heç bir haqqı yoxdur?
    4. Allahdan başqasının adına and içməyin caiz olmasını necə isbat etmək olar?
    5. Ömərin oğlundan nəql olunan hədis necə izah olunur?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 860 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024