İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 6:04 AM
    DÖRDÜNCÜ FƏSİL
    ŞİƏLİK
    OTUZ BİRİNCİ DƏRS
    Şiə və şiəlik sözü lüğət və terminologiyada hansı mə’naları daşıyır?
    Şiəlik hansı məzhəbə deyilir?
    ŞİƏLİYİN TƏ’RİFİ
    Kitabın otuz dərsdən ibarət olan birinci cildində əhli-sünnə və xəvaric məktəbləri ilə tanış olduq. Lakin islam ümməti arasında «şiəlik» adlı özünəməxsus əqidə və ideologiyaya malik olan başqa bir cərəyan da vardır. Şiəlik öz üsul və əqidəvi əsasları ilə yanaşı, bütün məktəblərdən fərqli olan kəlami və fəlsəfi baxışlara da malikdir. Bu məktəb islam dininin ictimai, tarixi və siyasi cərəyanlarında böyük tə’sir qoymuş və bir çox yüksək əhəmiyyətli hadisələrin mənşəyi olmuşdur.
    Elmi inkişaf və tərəqqiyə gəldikdə də, şiə alimləri tərəfindən minlərlə elmi əsərlər yazılmış və hətta onların vasitəsi ilə bə’zi elmlərin bünövrəsi də qoyulmuşdur. Bu səbəbdən də dərslərimizin bir hissəsini şiə məzhəbinin tarixinə, necə meydana gəlməsinə, daxilində yaranmış firqələrin təfəkkür-tərzi və ideologiyasına və eləcə də onun görkəmli şəxsiyyətləri ilə tanışlığa sərf edəcəyik. Araşdırmaya başlamazdan əvvəl şiəliyin leksik və istilahi mə’naları ilə tanış olaq.
    LEKSİK MƏ’NASI
    Şiə sözü lüğətdə müşayiət etmək, kömək etmək, dostluq etmək və kiminsə davamçısı olmaq mə’nasını daşıyır. (Sihahe Cohəri, Tacül-ərus). Qur’ani-kərimdə də şiə sözü davamçı və köməkçi mə’nasında işlənmişdir.
    «Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərindən) idi Musanın adamlarında olan kəs düşməninə qarşı ondan ».(Qəsəs-15.)
    Bə’zi alimlərin nəzərinə görə, şiə sözünün digər mə’nalarından biri də kiminsə əqidə və məsləki ilə müvafiq olmaqdır. Bu mə’naya əsasən, özündən əvvəl və ya sonra mövcud olan bir kimsənin məslək və əqidəsi ilə müvafiq olan şəxs onun şiəsi hesab olunur. Səba surəsinin 54-cü ayəsində şiə kəlməsi həmin mə’nada işlənmişdir:
    «Artıq onlarla istədikləri şey [iman və tövbə] arasında əngəl törədilmişdir. [Birdə dünyaya qayıdıb tövbə və iman sahibi olmaları qeyri-mümkündür]. Daha öncə özlərinə bənzər kəslər [kafirlər] barəsində də belə edilmişdi...»
    Göründüyü kimi, bu ayədə «şiə» sözü, qeyd olunan şəxslərdən qabaq əzab verilən və istədikləri şeylərə qarşı maneə törədilən şəxslərə deyilir. Belə bir tə’rifə əsasən deyə bilərik ki, başqalarının həyat və düşüncə tərzi ilə müvafiq olan şəxslər onların «şiəsi» hesab olunur. Saffat surəsinin 83-cü ayəsində «şiə» sözü bu mə’nada həzrət İbrahim (ə) haqqında işlənmiş və o həzrət Nuh (ə) peyğəmbərin şiəsi adlandırılmışdır.
    «Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən [Nuhun firqəsindən] idi.»
    İbrahim (ə)-ın gətirdiyi şəriət Nuh (ə) peyğəmbərin şəriəti ilə müvafiq olduğu üçün o həzrət onun davamçı və şiəsi hesab olunur.
    Sözsüz ki, həzrət İbrahim (ə)-ın şəriəti həzrət Nuhun (ə) şəriətindən bir qədər fərqli olmuşdur, amma onların hər ikisi tövhid dinində olduqları üçün biri digərinin ardıcılı sayılır.
    İSTİLAHİ VƏ ELMİ MƏ’NASI
    İslam tarixində və eləcə də bu dinin əqidə və maarifində «şiə» sözü adətən mö’minlərin əmiri Əli ibni Əbu Talibin (ə) davamçılarına deyilmişdir. Yə’ni, bu ifadə Peyğəmbərdən (s) bilavasitə sonra Əlini (ə) xilafətə ən layiqli şəxs hesab edən müsəlmanlara aid olunur.
    Bununla yanaşı, şiələr belə bir əqidədədirlər ki, Peyğəmbər (s) özündən sonra xilafət və canişinlik məqamının təyin olunmasına islam dininin ən əhəmiyyətli bir məsələsi kimi yanaşmış, öz həyatında bu işin həllinə həddindən artıq diqqət yetirmiş, onu müsəlmanların öhdəsinə buraxmamış və hətta bu vəzifəyə kimlərin layiq olduğunu dəfələrlə bəyan etmişdir. Əlbəttə, şiə firqələri arasında bu barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Məsələn, imamiyyə firqəsi belə bir əqidədədir ki, Peyğəmbər (s) özündən sonrakı canişinləri adları ilə bəyan etmişdir. Zeydiyyə firqəsinə görə isə, Peyğəmbər (s) öz canişinlərinin adını çəkməmiş, onların hər birinin sifət və xüsusiyyətlərini bəyan etmişdir. Zaman və məkanından asılı olmayaraq, bu xüsusiyyətlərə malik olan hər bir şəxs yer üzündə Peyğəmbərin (s) xəlifəsi olacaqdır. Əlbəttə, onların nəzərinə görə həzrət Fatimə (ə) övladları bu məqama hamıdan daha layiqli və önəmlidirlər.
    İslam alimləri şiə kəlməsinin elmi və istilahi mə’nasını müxtəlif şəkillərdə izah etmişlər. Burada onlardan bir neçəsini gətiririk:
    Şəhristani özünün «Miləl və Nihəl» adlı kitabında yazır:
    «Şiə sözü yalnız həzrət Əliyə (ə) tabe olub onun yolunu davam etdirən şəxslərə deyilir. (Yə’ni, onlar əvvəlki üç xəlifəyə tabeçilik və ardıcıllığı qəbul etmirlər.) Onlar Peyğəmbərin (s) aşkar və ya gizli buyuruqlarına əsasən, yalnız həzrət Əlinin (ə) imamət və xilafətini qəbul edirlər. Şiə əqidəsinə görə, imamət yalnız onun övladlarına məxsusdur. Əgər onlardan qeyrisi bu məqama yiyələnsə, demək bu iş ya zülm, ya da təqiyyə vasitəsilə həyata keçmişdir. Bu əqidəyə əsasən, imam (dini rəhbər) ümumi kütlənin rəy’i əsasında tə’yin olunmur. Dini əsasların ən ümdə hissəsindən biri olduğu üçün, Peyğəmbər (s) imamət məsələsində səhlənkarlığa yol verməz və onu camaatın öhdəsinə buraxmazdı.
    Növbəxti özünün «Firəqüş-şiə» adlı kitabında yazır:
    «Şiə sözü Əli ibni Əbu Talibin (ə) davamçılarına deyilir. Onlar Peyğəmbərin (s) dövründə də Əli şiəsi adlanırdı. Bundan əlavə, sevgi və məhəbbətləri Əli (ə) məhəbbəti ilə uyğun gələn şəxslərə də «şiə» deyilir.
    Məhəmməd Fərdi Vəcdi özünün «İyirminci əsrin ensiklopediyası» adlı kitabında şiə sözünü belə izah edir:
    «Şiə sözü Əlinin (ə) imamətini qəbul edib ondan sonra imamətin onun övladları ilə davam edəcəyinə e’tiqad bəsləyən şəxslərə deyilir. Onlar belə bir əqidədədirlər ki, imamlar kiçik və böyüklüyündən asılı olmayaraq, hər növ səhv, xəta və günahdan uzaq və mə’sumdurlar. Həmçinin zalımların şər və təcavüzündən yaxa qurtarmaq üçün təqiyyə etmək istisna olmaqla, söz və əməldə təvəlla* və təbərra* e’tiqadına da əsaslanırlar.»
    Görkəmli şiə alimlərindən olan Şeyx Müfid şiə anlayışı haqda belə deyir:
    «Şiə sözü Əlinin (ə) davamçılarına və onu Peyğəmbərin (s) bütün səhabələrindən üstün tutan şəxslərə deyilir. İmamiyyə əqidəsinə görə, imamət açıq-aşkar olaraq və Carudiyyə əqədəsinə görə isə, vəsf edilərək Peyğəmbərin (s) vəsiyyəti və ya Allah-taalanın istək və iradəsi əsasında tə’yin olunur.»
    Şəhid Sani adı ilə məşhur olan Zeynəddin Əli ibni Amili şiə barəsində belə yazır:
    «Şiə sözü Əlinin (ə) davamçılarına deyilir. Digər imamların imaməti ilə müvafiq olmasalar da, özlərini Əlinin (ə) davamçıları və onu başqalarından üstün hesab edən şəxslər şiə hesab olunurlar. Bu səbəbdən də İmamiyyə, Carudiyyə, İsmailiyyə, Vaqifiyyə və Fəthiyyə firqələri də bu məktəbin ardıcılı sayılırlar.»
    PEYĞƏMBƏRİN (S) HƏDİSLƏRİNDƏ ŞİƏ ANLAYIŞI
    Əhli sünnə və şiə mənbələrinin Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərində şiə sözünün istilahi və elmi mə’nada Əli ibni Əbu Talibin (ə) davamçılarına verilən ad olduğu göstərilir. İbni Əsakir, Cabir ibni Əbdullah Ənsaridən nəql edərək deyir: «Peyğəmbərin (s) hüzurunda idik, elə bu vaxt Əli (ə) da gəldi. Peyğəmbər (s) onu görcək buyurdu: «Vəlləzi nəfsi biyədihi innə haza və şiətihi ləhumul faizunə yovməl qiyaməti.» Yə’ni, and olsun canım əlində olan Allaha! Bu kişi (Əli) və onun davamçıları qiyamət gününün nicat tapacaq şəxsləridir. Sonra bu ayə nazil oldu:
    «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır»(Bəyyinə-7.)
    Bunun üçün də səhabələr Əlini (ə) görəndə deyərdi: «Yaradılmışların ən yaxşısı gəlir».(Süyuti, Dürrül-mənsur, 6-cı cild.)
    İbni Həcər, Ümmül-mö’minin Ümmi Sələmədən nəql edərək deyir: «Peyğəmbər (s) mənim yanımda olduğu gün Fatimə (ə) və onun ardınca Əli (ə) gəldi. Peyğəmbər (s) onları görcək buyurdu: «Ya Əli Əntə və şiətukə fil cənnəti.» Yə’ni, ey Əli! Sən və sənin şiələrin Cənnətdə olacaqsınız!(İbni Həcər, Əs-səvaiqul-muhərrəqə.)
    Məğazəli, Ənəs ibni Malikdən nəql edərək deyir: Peyğəmbər (s) buyurur: «Yədxulunə min ummətiyəl cənnətə səb’unə əlfən la hesabə ələyhim.» Yə’ni, ümmətimdən yetmiş min nəfəri sorğu-sual olunmadan Cənnətə daxil olacaqlar. Sonra üzünü Əliyə (ə) tutub buyurdu: «Hum şiətukə və əntə imamuhum.» Yə’ni, onlar sənin şiələrin və sən də onların imamısan.(Məğazəli, Mənaqib.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Qur’ani-kərimdə şiə sözü hansı mə’nada işlənmişdir?
    2. Şiə əqidəsinə əsasən, Peyğəmbərin (s) canişini necə tə’yin olunmalıdır?
    3. Peyğəmbərdən (s) şiə kəlməsi istifadə olunmuş bir hədisi əzbərdən söyləyin.
    4. Peyğəmbərdən (s) şiə barəsində nəql olunmuş hədislərə diqqət yetirdikdə hansı nəticəyə gəlmək olar?
    OTUZ İKİNCİ DƏRS
    Şiə məzhəbi nə vaxt meydana gəlmişdir?
    Bu barədə irəli sürülən nəzəriyyələr nədən ibarətdir?
    ŞİƏLİYİN YARANMASI (1)
    Şiə məzhəbinin meydana gəlməsi barədə qeyri-şiə alim və tarixçiləri tərəfindən bir neçə nəzəriyyə irəli sürülmüşdür ki, onların hər birində bu cərəyanın yaranmasında xüsusi zaman və amilin tə’sirli olması bildirilir.
    Lakin şiə alimləri bunların hamısını rədd edərək onların qarşısında digər bir nəzəriyyə irəli sürmüşlər. Bu və növbəti iki dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacaq, şiə alimlərinin bu barədə olan tənqidi fikirlərini gətirəcək və sonda onların öz nəzəriyyələrini aydınlaşdıracağıq.
    1. ŞİƏ MƏZHƏBİNİN PEYĞƏMBƏR (S) VƏFAT ETDİKDƏN SONRA YARANMASI
    Bə’zi alimlərin fikrincə, şiə məzhəbi Peyğəmbər (s) vəfat etdikdən sonra yə’ni, o həzrət üçün canişin tə’yin olunan zaman meydana gəlmişdir. Bu fikrə əsasən, mühacir və ənsar Bəni-saidə səqifəsində toplanıb Peyğəmbərdən (s) sonra onun canişinin hansı qəbilədən və kimin olacağını müzakirə edirdilər. Səhabələrdən bə’ziləri Əli ibni Əbu Talibin xilafətə daha layiq olduğunu israr edərək Əbu Bəkrin xəlifə seçilməsinə öz e’tirazlarını bildirdilər və həzrət Əlinin (ə) evində toplanıb Əbu Bəkrə bey’ət etməkdən imtina etdilər. Məhz bu səbəbdən də onlar sonralar Əli şiələri kimi tanındılar.
    Belə bir fikrə əsaslanan tarixçilərdən biri də İbni Xəldun olmuşdur. O deyir:
    «Şiəlik Peyğəmbər (s) vəfat etdikdən sonra meydana gəldi. Çünki Əhli-beyt özünü xilafətə hamıdan daha layiqli sanır və səhabələrdən bə’ziləri də Əlinin (ə) davamçıları olduqları üçün onu xilafətə hamıdan münasib hesab edirdi. Bu səbəbdən də onlar xəlifəyə bey’ət etməkdən imtina edib Əliyə (ə) üz tutdular.(Tarixi İbni Xəldun, 3-cü cild.)
    Təbəri də bu barədə belə yazır:
    Ənsar, Sə’d ibni Übadəyə bey’ət etmək üçün Bəni-saidə səqifəsinə toplaşdı. Əbu Bəkr bu xəbəri eşitdikdən sonra Ömər və Əbu Übeydə Cərrahla birlikdə oraya gəldi və üzünü ənsara tutub onlardan soruşdu: Nəyi müzakirə edirsiniz? Onlar dedi: Əmirin (xəlifənin) biri bizdən, biri də sizdən olsun. Əbu Bəkr dedi: Əmir bizdən, onun vəziri isə sizdən olacaq...
    Sonra Ömər Əbu Bəkrə bey’ət etdi və başqaları da onun xilafətinə tabe oldular. Lakin ənsar və ya onlardan bə’ziləri e’tiraz edərək dedilər: Əlidən başqa bir kimsəyə bey’ət etməyəcəyik.
    Təbəri sonra yazır: Ömər ibni Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və ənsardan olan bir neçə nəfər şəxs də orada idi. Qəzəblə üzünü onlara tutub dedi: And olsun Allaha, əgər çıxıb Əbu Bəkrə bey’ət etməsəniz evə od vurub yandıracağam.(Tarixi Təbəri, 2-ci cild.)
    Yə’qubi də öz tarix kitabında yazır: «Ənsar və mühacirdən bə’ziləri Əbu Bəkrə bey’ət etməkdən imtina edib Əli ibni Əbu Talibə tərəf üz tutdular. Abbas ibni Əbdülmüttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvvam, Salmani Farsi, Əbuzər Ğəffari, Əmmar ibni Yasir, Bərra ibni Azib və Ubey ibni Kə’b də onların arasında idi.»(Tarixi Yəqubi, 2-ci cild.)
    Doktor Əhməd Əmin yazır: «Şiələrin ilk şəxsiyyətləri o kəslərdir ki, Peyğəmbər (s) vəfat etdikdən sonra onun Əhli-beytini xilafətə hamıdan daha layiqli hesab edirdilər.»(Fəxrül İslam, Əhməd Əmin.)
    Doktor Həsən İbrahim Həsən yazır: «Peyğəmbər (s) vəfat etdikdən sonra müsəlmanlar son mərhələdə Əbu Bəkrin xilafəti ilə nəticələnən hakimiyyət məsələsi ətrafında ixtilafa düçar oldular və bu ixtilaf ərəb ümmətinin «Cəmaət» və «Şiə» adlanan iki hissəyə bölünməsinə səbəb oldu.»(İslam tarixi, Həsən İbrahimhəsən.)
    TƏNQİD VƏ MÜLAHİZƏLƏR
    Şiə alimləri yuxarıda qeyd olunan nəzəriyyələrdən istifadə edərək bu fikrə əsaslanan tarixçilərin irəli sürdükləri fərziyyələri rədd etmişlər. Onlar şiə məzhəbinin Səqifə hadisəsi zamanı deyil, hələ Peyğəmbərin (s) sağlığında meydana gəldiyini bildirirlər. Axı necə ola bilərdi ki, belə bir həyəcanlı və təlatümlü gündə istər Səqifədə, istərsə də Əli ibni Əbu Talibin evində toplaşmış mühacir və ənsar arasında təsadüfi olaraq fikir yekdilliyi yaransın və onlar Əlinin (ə) xilafət məsələsini ortaya atıb Əbu Bəkrə bey’ət etməkdən imtina etsinlər. Təbərinin dediklərinə diqqət yetirin: (Səqifədə olan) ənsar və mühacir və ya onlardan bə’ziləri dedilər: Əlidən başqa bir kimsəyə bey’ət etməyəcəyik. Ömər ibni Xəttab bey’ət mərasimi başa çatdıqdan sonra Əlinin (ə) evinə getdi. Bey’ət etməkdən imtina edən Təlhə və Zübeyri də orada görüb onlara hədə-qorxu gələrək Əbu Bəkrə bey’ət etməyi tə’kid etdi.
    Belə bir halda necə ola bilərdi ki, Əlinin (ə) evində toplanan mühacir və ənsardan olan bir qrup şəxs Səqifədə toplanan başqa bir qrupla təsadüfi olaraq eyni fikirdə olsunlar, Əlinin (ə) xilafətə layiq və haqq olduğuna dair yetkin fikir əldə etsinlər və nəticədə şiə adlı müstəqil bir məzhəb halına düşsünlər?! Əlavə olaraq bunu da qeyd edək ki, İbni Quteybə nəql edərək deyir: «Əbuzər, Əbu Bəkr üçün bey’ət alındığı zaman orada yox idi və gəlib vəziyyətlə tanış olduqdan sonra dedi: Az bir şeyə qane olub Peyğəmbərin (s) Əhli-beytindən uzaq düşdünüz? Əgər xilafəti Əhli-beytə həvalə etsəydiniz, aranızda heç bir ixtilaf yaranmazdı.(Əl-imamətu vəs-siyasətu, İbni Quteybə.)
    Əbuzərin dediklərindən belə bir qənaətə gəlmək olur ki, Əlinin (ə) digər səhabələrdən üstünlüyü və onun xəlifə olmaq haqqı heç də Səqifə günü bəlli olmamışdır. Belə ki, o, Səqifədə iştirak etmədiyi bir halda, bu hadisədən xəbər tutduqdan sonra dərhal e’tirazını bildirmiş və Əlinin (ə) digər səhabələrdən üstün olduğunu bəyan etmişdir.(Bühusun fil miləli vən-nihəli, 6-cı cild, Cə’fər Sübhani.)
    2. ŞİƏ MƏZHƏBİNİN CƏMƏL VƏ YA SÜFFEYN DÖYÜŞÜNDƏ MEYDANA GƏLMƏSİ
    İbni Nədim belə bir fikrə əsaslanır ki, şiə məzhəbi Cəməl və ya Süffeyn döyüşündə meydana gəlmişdir. O deyir: Əli ibni Əbu Talib, Təlhə ilə Zübeyri haqq yola qaytarmaq üçün döyüşə gəldiyi zaman öz tərəfdarlarını şiə adlandırmışdı. Əli onları «mənim şiələrim», «əsfiya» və «övliya» kimi ifadələrlə də çağırardı.(Əl-fehrest, İbni Nədim.)
    Digər alimlər isə belə bir fikirdədirlər ki, «şiələr» Süffeyn müharibəsində bir tərəfdən Müaviyənin, digər tərəfdən isə Xəvaricin* qarşısında meydana gəlmişlər. Əbdüləziz Dəhləvi deyir: «Şiə ləqəbi Hicrətin 37-ci ilində meydana gəlmişdir və həmin ildə Süffeyn müharibəsi baş vermişdir.(İhdasut-tarixil islam/1-ci cild, Tərmanini.)
    Tədqiqatçı alimlərdən bə’ziləri əlavə edərək yazırlar: «Həkəmiyyət* cərəyanından sonra Əlinin (ə) ordusunda parçalanma baş verdi. Kufəyə qayıtdıqdan sonra Əlinin (ə) tərəfdarları ona bir daha bey’ət edib dostları ilə dost, düşmənləri ilə isə düşmən olacaqları barədə əhd-peyman bağladılar. Beləliklə, «şiə» məzhəbi meydana gəldi.(Tarixul-imamiyyə/Əbdullah Fəyyaz.)
    Qərb şərqşünası Velhauzen belə bir nəzəriyyəyə əsaslanaraq deyir: Osman qətlə yetirildikdən sonra müsəlmanlar iki hizbə bölündülər: Əli və Müaviyənin hizbi. Hizb ərəb dilində «şiə» deməkdir. Bu səbəbdən də «Əlinin şiəsi» deyildikdə, «Müaviyənin şiəsi»nin qarşısında dayanan dəstə nəzərdə tutulurdu. Lakin Müaviyə öz hakimiyyətini genişləndirdikdən sonra «şiə» kəlməsi yalnız Əlinin tərəfdarlarına deyildi.(Əl-xəvaricu vəş-şiə, Əbdürrəhman Bədəvinin tərcüməsi.)
    TƏNQİD VƏ MÜLAHİZƏLƏR
    Yuxarıda qeyd olunan nəzəriyyələrdən belə bir nəticəyə gəlmək olur ki, «Şiə» məzhəbinin meydana gəlməsi üçüncü xəlifə Osman ibni Ofvanın qətlindən sonra baş vermiş Süffeyn və Həkəmiyyət hadisəsi dövrünə təsadüf edir. Yə’ni, şiələr Əli (ə)-a töhmət vuraraq onu Osmanın qətlində təqsirkar bilən şəxslərin qarşısında dayanan və onu müdafiə edən dəstənin üzvləridir.
    Şiə alimlərinin nəzəri:
    Əlinin (ə) tərəfdarlarının onu Osmanın qətlində ittiham edən şəxslərin qarşısında dayanması və o həzrəti daim müdafiə etməsi tamamilə düzgündür, lakin bu heç də şiə məzhəbinin məhz o zaman meydana gəlməsinə dəlalət etmir. Çünki Velhauzenin dediyi kimi, bu iki dəstənin bir-birinin qarşısında durması onların əvvəlki əqidə və fikir ayrılığından irəli gəlmişdir. Başqa sözlə desək, hər iki dəstə hələ çox-çox əvvəllər formalaşmışdı və xəlifənin qətlindən sonra bu qarşıdurma bir qədər kəskinləşmişdi.
    Digər tərəfdən isə İbni Nədim (h.q.378) və ondan da əvvəl Burqi (h.q.212 və ya 280) öz kitablarında Əlinin (ə) sadiq tərəfdarları olan Salman Farsi, Miqdad, Əbuzər, Əmmar Yasir, Əbu Leyla, Şubeyr, Əbu Sənnan, Əbu Səid Xidri, Əbu Bərze, Cabir ibni Əbdullah Ənsari, Bərra ibni Azib, Urfə Əzdi, Əbu Əmrə və digərlərinin adlarını çəkmişlər. (Ricali Burqi.) Bir halda ki, Əlinin (ə) Salman, Əbuzər və Miqdad kimi sadiq səhabələri hələ Cəməl döyüşündən əvvəl vəfat etmişdilər. Belə bir halda «şiəlik» və «şiələr» Cəməl [və ya ondan sonra Süffeyn] döyüşündə meydana gələ bilərdimi?(Bühusun fil miləli vən-nihəli, 6-cı cild, Cə’fər Sübhani.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Şiə məzhəbinin Peyğəmbər (s) vəfat etdikdən sonra meydana gəldiyinə dair irəli sürülən nəzəriyyəni bəyan edin.
    2. Şiə məzhəbi Cəməl və ya Süffeyn döyüşündə meydana gəlmişdirmi?
    OTUZ ÜÇÜNCÜ DƏRS
    Şiə məzhəbi nə vaxt meydana gəlmişdir?
    Bu barədə irəli sürülən nəzəriyyələr nədən ibarətdir?
    ŞİƏLİYİN YARANMASI (2)
    3. ŞİƏ MƏZHƏBİNİN BÜNÖVRƏSİNİ ƏBDULLAH İBNİ SƏBA QOYMUŞDUR
    Bu barədə irəli sürülən nəzəriyyələrdən birində şiə məzhəbinin Osmanın xilafəti dövründə yaşamış Əbdullah ibni Səba tərəfindən yaradıldığı göstərilir.
    Bu dərsimizdə Əbdullah ibni Səbanın şəxsiyyəti, nə zaman və necə islamı qəbul etməsi, əqidə və şiə məzhəbini necə təbliğ etməsi barədə söhbət açacağıq. Daha sonra tarixi sənədlərə istinad edərək şiə və sünni alimlərinin bu barədə irəli sürdükləri nəzəriyyələrlə tanış olacağıq.
    ƏBDULLAH İBNİ SƏBANIN KİMLİYİ BARƏDƏ SÖYLƏNİLƏN FİKİRLƏR
    İbni Əmətus-souda (qara kənizin oğlu) ləqəbi ilə məşhur olan Əbdullah ibni Səba əslən yəhudi olmuş və Yəmənin Sən’a, ya Hira və ya Həmir vilayətində dünyaya gəlmişdir. Üçüncü xəlifənin dövründə islamı qəbul etmiş, onun dövründə də müsəlmanlar arasında öz əqidəsini yaymağa başlamışdır. Müsəlmanları haq yoldan azdırmaq məqsədi ilə Şam, Kufə və Bəsrədən tutmuş, Kiçik Asiya, İran, Misir və Şimali Afrika ölkələrini gəzərək öz əqidəsini geniş surətdə təbliğ etmişdir. Yüksək natiqlik qabiliyyətinə malik olduğu üçün az bir zamanda minlərlə müsəlmanı öz ətrafına toplamış, səhabə və tabeinlərdən olan Əbuzər, Əmmar, Məhəmməd ibni Huzeyfə, Malik Əştər, Məhəmməd ibni Əbi Bəkr, Sə’sə’ət ibni Suhan və Əbdürrəhman ibni Udeys kimi şəxslərin diqqətini özünə cəlb edə bilmişdi.(Əhməd Əmin; Pərtove İslam, Məhəmməd Rəşid Rza; Əs-sunnətu vəş-şiətu, Qabril Pol Ankiri; Şəhsövare İslam, Kazim İmadinin tərcüməsi; Əbülhəsən Əş’əri; Məqalatul islamiyyin, Əli Əlverdi; Vuazüs-səlatin.)
    Əbdullah Səba müsəlmanlar arasında ondan əvvəl kimsənin e’tiqadı olmayan üç şeyi təbliğ edirdi:
    1. O, «Peyğəmbər (s) özündən sonra Əlini vəsi və imam tə’yin etmişdir» deyən ilk şəxs olmuşdur;
    2. Peyğəmbər (s) və Əlinin (ə) (vəfat etdikdən sonra) yenidən qayıdacağına dair fikir irəli sürən ilk şəxs olmuşdur.
    3. O deyirdi: Əli öldürülməmişdir, həmişə diridir. O, buludların arasında sakin olmuşdur. Şimşək onun səsi, ildırım isə onun qırmancıdır. İlahi varlığın bir hissəsi Əlinin vücudunda yerləşdirilmişdir, o yenə qayıdacaq və yer üzündə haqq-ədaləti bərqərar edəcəkdir.
    İbni Səba getdiyi bütün yerlərdə öz batil əqidəsini təbliğ edər və deyərdi: «Həzrət Məsihin qayıdacağına inanıb, həzrət Məhəmmədin (s) rəc’ətini qəbul etməyən şəxslərə təəccüb edirəm. Allahın min peyğəmbəri olmuş və onların hər birinin öz vəsisi olmuşdur. Həzrət Məhəmmədin (s) də vəsisi Əlidir». O, İslamı qəbul etməzdən əvvəl və yəhudi olduğu zaman öz əqidəsini Musa və Yuşə ibni Nuh barəsində bəyan edərdi.(Əbulhəsən Əş’əri; Məqalatul İslamiyyin, Əhməd Əmin; Pərtove İslam, Sə’d Məhəmməd Həsən; Əl-məhdəviyyətu fil İslam, Şeyx Məhəmməd Xizri Bək; Mühaziratu tarixil uməmil islamiyyəti, Həsən İbrahimhəsən; Tarixe siyasiye islam.)
    Dördüncü xəlifə Əli ibni Əbu Talibin (Allah ondan razı olsun) adı ilə bağlı olan şiəlik, zahirdə özünü müsəlman kimi qələmə verən, olduqca hiyləgər Əbdullah ibni Səba adlı bir şəxs tərəfindən meydana gəlmişdir. O, müsəlmanlar arasında təfriqə və ayrı-seçkilik salmaq, din və dünyalarını dağıtmaq üçün onları Əliyə pərəstiş etməyə çağırırdı.(Məhəmməd Rəşid Riza, əs-sünnətu vəş-şiətu.)
    Yəhudilər Əbdullah ibni Səbanın Əlinin (ə) xilafət və ilahiləşdirilməsinə dair irəli sürdükləri nəzəriyyələrdən istifadə edərək daim müsəlmanlar arasında bid’ət və təfriqə yaratmağa cəhd göstərmişlər.(Təfriqul minar, Məhəmməd Rəşid Riza.)
    İnqilabçıları xəlifə Osmana qarşı təhrik edən məhz Əbdullah ibni Səba olmuşdur. O, Osman barədə deyirdi: «Osman xilafəti qəsb etmişdir, camaat ona qarşı qiyam etməli və qəsb etdiyi hakimiyyətə qarşı mübarizə aparmalıdır.» Cəməl döyüşündə Əli və Ayişə arasında bağlanılan sülh sazişinə mane olanlardan biri də Əbdullah ibni Səba idi.(Sabir Əbduh İbrahim, «Osman ibni Əffan», «Əmmar ibni Yasir» və «Zubeyr ibni Əvvam» kitabları.)
    ƏBDULLAH İBNİ SƏBA BARƏDƏ APARILAN İKİNCİ ARAŞDIRMA
    Bütün tarixçilər, o cümlədən İbni Kəsir, İbni Xəldun, İbni Əsir, Fərid Vəcdi Bəstani, Əhməd Əmin və Həsən İbrahimhəsən bu əhvalatı Təbəridən nəql etmişlər. Rəşid Riza isə bunu İbni Əsirdən nəql edir. İbni Əsir isə kitabının müqəddiməsində bu mətləbi Təbəridən nəql etdiyini göstərir. Çünki bu kitab camaatın əksər hissəsinin istinad etdiyi ən mö’təbər mənbə hesab olunur.(Əl-kamilu fit-tarix, İbni Əsir)
    Buradan belə bir nəticəyə gəlirik ki, bütün tarixçi alimlər Əbdullah ibni Səbaya və onun gördüyü işlərə dair olan mə’lumatları məhz Təbəridən nəql etmişlər. Bəs görəsən Təbərinin özü bütün bunları kimdən və necə nəql etmişdir?
    Bu mə’lumatları nəql edən ilk şəxs Rical alimləri tərəfindən mö’təbər sayılmayan və özündən bir çox saxta hədislər nəql edən Seyf ibni Ömərdir.
    Onun barədə deyilənlərə nəzər salın:
    Yəhya ibni Muin (h.q.233) deyir: «Onun nəql etdiyi hədislər zəif və əsassızdır».
    «Sünən» adlı kitabın müəllifi Nəsai (h.q. 302) deyir: «Nəql etdiyi hədislər zəifdir və kimsə tərəfindən qəbul edilmir. O, e’timad olunası bir şəxs deyildir.»
    Əbu Davud (h.q.215) deyir: «O olduqca yalançı və e’tibarsızdır.»
    İbni Hatəm (h.q.377) deyir: «Onun nəql etdiyi hədislər kənara qoyulmuşdur.»
    İbni Səkən (h.q.353) deyir: «O həddindən artıq zəif bir ravidir.»
    İbni Həbban (h.q.354) deyir: «Özünün uydurduğu hədisləri mö’təbər bir şəxsin dilindən nəql edərdi. O, zındıqlıqda* ittiham olunurdu.»
    Dar Qutbi: (h.q.385) deyir: «Nəql etdiyi hədislər zəif olduğu üçün əksəriyyət tərəfindən rədd edilmişdir.»
    Hakim (h.q.405) deyir: Nəql etdiyi hədislər rədd edilmiş və zındıqlıqda ittiham olunmuşdur.
    Firuzabadi (h.q.817) deyir: İbni Həcər (h.q.852) və Süyuti (h.q.911) onu olduqca zəif ravi hesab edirlər.(Əbdullah ibni Səba, Mürtəza Əskəri.)
    Qeyd etmək lazımdır ki, səhabə və tarixçilərin bir çoxu öz kitablarında Əbdullah ibni Səba haqda heç bir mə’lumat verməmişlər.
    O cümlədən İbni Sə’d özünün «Təbəqat» və Bilazəri «Ənsabul Əşraf» adlı kitablarında Osmana qarşı edilən üsyan haqda söhbət açarkən Əbdullah ibni Səbanın hətta adını da çəkməmişlər. Əbdullah ibni Səba haqda mə’lumat verən tarixçilərin kitablarında onun barəsində tam ziddiyyətli xəbərlər müşahidə olunur. Onun Sən’a, Hirə və ya Həmir şəhərlərinin hansı birindən olduğu və Osmana qarşı edilən qiyamda necə iştirak etməsi də tarixçilərə bəlli deyildir. Cəməl və Süffeyn döyüşlərində də onun adı çəkilmir. Sual doğuran məsələlərdən biri də bundan ibarətdir ki, görəsən nəyə görə Osman, Peyğəmbərin (s) hədislərini İbni Əbi Huzeyfə və Əbuzərə nəql etməyi yasaq etdiyi bir halda, İbni Səbaya tam ixtiyar verərək islam ölkələrini dolanıb öz xürafi əqidəsini təbliğ etməyə imkan vermişdir?
    Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, bir çox tarixçi alimlər Əbdullah ibni Səba haqda deyilənləri Seyf ibni Ömərin uydurduğu cəfəngiyat sanır və onu tarixi hadisə kimi qəbul etmirlər.
    3. ALİMLƏRİN ƏBDULLAH İBNİ SƏBA BARƏDƏ İRƏLİ SÜRDÜKLƏRİ NƏZƏRLƏR
    Müasir alimlərin Əbdullah ibni Səbaya olan münasibətlərinə nəzər salaq. Görəsən ilk dəfə şiə məzhəbinin bünövrəsini qoyan şəxs həqiqətən də o olmuşdurmu?
    Misrin məşhur yazıçılarından olan doktor Taha Hüseyn onun barəsində yazır: «Mənim nəzərimcə İbni Səbanın əhvalatını bu qədər böyüdənlər həm özlərinə, həm də tarixə ağır zərbə vurmuşlar. Nəzərə çarpan ilk şey bundan ibarətdir ki, Osmanın əleyhinə edilən qiyamlardan xəbər verən mö’təbər tarixi kitablarda İbni Səba adlı bir şəxsə rast gəlmirik. İbni Sə’d Osmanın xilafət dövrü və camaatın onun əleyhinə qiyam etməsindən söz açarkən orada İbni Səbanın adını çəkmir. Bu barədə ən müfəssəl kitab hesab etdiyim Bəlazərinin «Ənsabul Əşraf» adlı tarix kitabında da İbni Səba barədə heç bir mə’lumat verilmir. Bu haqda yeganə mə’lumat verən şəxs varsa, o da Təbəridir. Sonrakı tarixçilər də onun barəsində deyilənləri məhz ondan nəql etmişlər.
    Osmanın xilafət dövründə İbni Səbanın mövcud olması və onun hər hansı bir ictimai-tarixi hadisədə mühüm rol ifa etməsi mənə dəqiq mə’lum deyildir. Amma bunu yəqin bilirəm ki, diqqət mərkəzində olsaydı belə, bir o qədər də əhəmiyyətli şəxsiyyət deyildi. Çünki, islamı təzə qəbul etmiş yəhudi bir şəxsin ölkə və şəhərləri dolanaraq belə bir mövqeyə nail olması, müsəlmanların böyük bir hissəsini özünə cəlb etməsi qeyri-mümkündür.
    Əgər hiylə işlədərək müsəlman olmuş bu yəhudini Müaviyə və ya Əbdullah ibni Amir tutsaydı, onlardan biri və ya hər ikisi xəlifəyə (Osmana) xəbər verər və İbni Səba öz layiqli cəzasına çatardı.
    Osmana məktub yazaraq Əbu Bəkrin və Əbu Huzeyfənin oğlanlarının, eləcə də Əmmar Yasirin cəzalandırılmasını tələb edən şəxslər müsəlmançılıqdan sui-istifadə edərək təfriqə salan və onlarda imam və dinlərinə qarşı şəkk yaradan yəhudi bir şəxsi cəzalandırmamalı idilər...?»
    Təəccüb doğuran burasıdır ki, Osmanın əleyhinə edilən qiyamlar, onun qətlə yetirilməsi və ondan sonra Əli (ə), Təlhə, Zubeyr və Ayişə ilə qarşı-qarşıya durmazdan əvvəl baş vermiş hadisələrdən söhbət açarkən İbni Souda yə’ni, Əbdullah ibni Səba və onun tərəfdarlarının adını tez-tez çəkmişlər. Həmçinin Əli (ə) sülhün bərqərar olunması üçün öz adamlarını Təlhə, Zubeyr və Ummul-mö’mininin* yanına göndərdiyi zamanda onların adına tez-tez rast gəlmək olur. Sonra yazırlar: «Qarşıdurma yaratmaq məqsədi ilə onlar Əlinin icazəsi olmadan döyüş meydanına gəlmişlər. Süffeyn döyüşünə gəldikdə isə, İbni Səbanın tərəfdarlarının adlarını əsla çəkmirlər. Əgər İbni Soudanın əhvalatı tarixi baxımdan əsaslı olsaydı, hiylə və məkrləri bu ağır döyüşdə də özünü biruzə verərdi. Belə bir səhlənkarlığı necə başa düşmək olar? Onun Süffeyn döyüşündə iştirak etməməsini necə yozmaq olar? Bunun yalnız bir səbəbi olar bilər. O da bundan ibarətdir ki, İbni Souda bir şəxsiyyət kimi mövcud olmamış, sadəcə olaraq şiə məzhəbinin düşmənləri mübarizə məqsədilə ondan sui-istifadə etmişlər.(Taha Hüseyn; Əl-fitnətul kubra, İbni Səba fəsli)
    Bağdad universitetinin doktoru Əli Əliverdi deyir: «Günlərin bir günündə bir kişi islam dininə istehza edərək deyirdi: Dinə bir baxın, qalib gəldiyi və inkişafda olduğu bir halda asanlıqla tarixə bir o qədər tanış olmayan qərib bir şəxsin ovuna çevrilir. Peyğəmbər (s) və onun davamçılarının islam ölkələrində nüfuzunun artdığı, dini hökm və tə’limlərin sürətlə yayıldığı bir vaxtda, yəhudi bir şəxs meydana gəlir və kimsə qarşısını alıb onunla mübarizə aparmır. Doktor Əliverdi sonra əlavə edərək deyir: Bu qəribə şəxsiyyəti bilərəkdən meydana çıxarmışlar... Əbdullah ibni Səba haqda deyilənlər camaatı cadugərlik yolu ilə özünə cəlb edən xariqüladə iste’dada malik olan bir şəxsdən başqa kimsədən gözləmək olmaz. Demək, heç olmasa İbni Səbanın vücudunda elə bir qeyri-adi qüvvə olmuşdur ki, camaatı tam ixtiyarsız olaraq özünə tabe etmiş və onları ovsunlayaraq öz tə’siri altına sala bilmişdir. Əgər Osmanın xilafət dövründə belə bir şəxs mövcud olsaydı, tarix kitablarında malik olduğu fövqəl’adə xüsusiyyətlərlə birgə onun haqda xəbər verilərdi. Lakin təəccüb doğuran budur ki, Osmana qarşı edilən qiyamlar barədə xəbər verilən mö’təbər mənbələrdə İbni Səba haqda heç bir mə’lumat verilmir.»(Vuazüs-səlatin, Doktor Əli Əliverdi.)
    Məşhur şiə alimlərindən olan Abdülhüseyn Əhməd Əmini öz kitabında yazır: «Bu məsələyə bir qədər ehtiyatla yanaşmalıyıq və islamın zühur etdiyi ilk illərdə bu müqəddəs dini qəbul etmiş müsəlmanlar barədə deyilənlərə aldanmamalıyıq. Belə ki, yəhudi bir şəxsin islamdan sui-istifadə edərək müsəlmanların din və siyasətlərini oyuncağa çevirməsi, hiylə yolu ilə xəlifəyə qarşı qiyam edib onun qətlinə və nəhayət müsəlmanlar arasında parçalanmaya səbəb olması olduqca qeyri-məntiqi bir fərziyyədir.»(Əl-qədir, Əmini, 9-cu cild.)
    Həmçinin başqa bir məşhur şiə alimlərindən olan Məhəmmədhüseyn Kaşiful Ğita bu barədə yazır: «Şiə kitablarında Əbdullah ibni Səba lə’nətlənmiş və hər bir müsəlmana onun barəsində yazılanlardan uzaq olmağa əmr olunmuşdur. İbni Səbanın şəxsiyyəti hətta təhqir olunmağa belə layiq deyildir.»(Şiə məzhəbinin əsasları, Məhəmmədhüseyn Kaşiful Ğita.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əbdullah ibni Səba kimdir?
    2. Əbdullah ibni Səbaya nə kimi işlər aid edilir?
    3. İbni Səbaya aid olan mə’lumatları sənəd baxımından araşdırın.
    4. Doktor Taha Hüseyn İbni Səba barəsində nə fikirdədir?
    5. Alimlərin İbni Səba barədə irəli sürdükləri nəzəriyyələrdən hansı nəticəyə gəlmək olur?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1007 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024