İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 5:41 AM

    OTUZ DOQQUZUNCU DƏRS
    İsmailiyyə firqəsinin e’tiqadı nədən ibarətdir?
    İSMAİLİYYƏ FİRQƏSİNİN E’TİQADLARI
    İki səbəbə görə İsmailiyyə firqəsinin e’tiqadları barədə dəqiq mə’lumat əldə etmək olduqca çətindir. Əvvəla ona görə ki, bu firqə tərəfdarları düşmənlərindən qorunmaq məqsədilə tarix boyu öz əqidə və e’tiqadlarını gizli saxlamış və başqalarının onlara yaxınlaşmalarına şərait yaratmamışlar. Bu sahədə müxtəlif kitablar yazsalar da, onu digərlərindən gizli saxlayaraq kimsənin əlinə düşməsinə razı olmamışlar. Hal-hazırda İsmailiyyə firqəsinin müqəddəs hesab etdiyi və müəmmalı mətləbləri ehtiva edən Əbul Xəttabın «Ummul-kitab» adlı şübhəli əsəri də bu qəbildəndir.
    Digər tərəfdən də İsmailiyyə firqəsinin əqidə üsullarının əsasını batinçilik və yozumluq prinsipi təşkil edir. Onlar belə bir əqidədədirlər ki, bütün dini hökmlərin batini mə’naları vardır və onlardan agah olan yeganə şəxs imamın özüdür. Bu səbəbdən də İsmailiyyə bütün dini hökmlər üçün batini mə’nalar nəzərdə tutmuşdur. Yə’ni, bütün işlərin həqiqətini onun zahiri quruluşu və mə’nası deyil, batini mə’nası təşkil edir.
    Məhz bu məsələ İsmailiyyə firqəsinin e’tiqad və əqidə üsullarının şübhəli və anlaşılmaz olmasına səbəb olmuşdur. Tədqiqatçı alimlər apardığı araşdırmalar zamanı bir çox hallarda yetkin nəticəyə gələ bilməyib onlar barədə elə bir fikir və fərziyyələr irəli sürmüşlər ki, bunun həqiqətən onlara aid olub-olmamasını dəqiqləşdirmək çox çətindir.
    İsmailiyyə məzhəbinə qarşı yaranmış belə bir yanlış tərzi-təfəkkür onların alimlərini bu sahədə onlarla kitab və əsərlər yazıb öz əqidə və e’tiqadlarını müdafiə etməyə vadar etmişdir. Onlara qarşı irəli sürülən ittihamlardan biri də «tənasüx*» və «ibahəçiliyə»* e’tiqad bəsləmələridir.
    İsmailiyyə firqəsinin əsas e’tiqadlarını isə bunlar təşkil edir:
    1. Tövhid;
    Bu məzhəbin davamçıları tövhid mövzusunda Allahın mütləq sifətlərini inkar edərək deyirlər: Allah-taala əql və düşüncədən üstün olduğu üçün məxluqata xas olan diri, alim, qadir, eşidən, görən və sair sifət və xüsusiyyətləri ona aid edə bilmərik.
    Onlar Qur’ani-kərimin bir çox ayələrində və nəql olunmuş rəvayətlərdə Allah-taalanın adı çəkilən gözəl ad və sifətlərini isə «ümumi məfhum» olaraq qəbul edirlər. İsmailiyyə firqəsinə mənsub olan təhqiqatçılardan biri bu barədə deyir: Allah-taala məxluqata aid olunan sifətlərdən uca olduğu üçün Onun müqəddəs zatı bu xüsusiyyətlərlə vəsf olunmamışdır. Eyni zamanda məxluqat da olduqca aciz və zəif olduğu üçün Allaha xas olan sifətlərlə vəsf olunmamışdır. Allah-taala lütf və mərhəmət üzündən məxluqatı yaratmış və bütün sifət və xüsusiyyətlər Ona aid olunmuşdur ki, məxluqatı heyrət hissi bürüməsin. Allahın vücudu bütün varlıqların vücudundan ilkindir və bütün varlıqlar yaradılış (xilqət) baxımından Onun vücudundan nəş’ət tapır. Qur’ani-kərimdə «Qələm» ifadəsi ilə zikr olunan ilkin varlıq «lövhi-məhfuz» adlanan ikinci yaradılışı vücuda gətirir. İlk yaradıcı ikinci yaradılışdan əvvəl olduğu üçün «Sabit», ikinci yaradılış isə ilk yaradıcıdan asılı olduğu üçün «Tali» adlanır. Mücərrəd aləmdə olan hər bir şeyin təcəllisi cismani aləmdə mövcud olduğu üçün, birincidə olan mütləq əqlin qarşılığını cismani aləmdə olan imam hesab etmişlər.(Əli ibni Məhəmməd Əl-Vəlid, «Tacul əqaid və Mə’dənul fəvaid» Haşim Osman; «Əl-ismailiyyə bəynəl həqaiq vəl-əbatil».)
    2. Cəbr və ixtiyar;
    Cəbr və ixtiyara gəldikdə, İsmailiyyə məzhəbi insanı özünə aid olan elm, əqidə, məslək, adət-ən’ənə, gündəlik işlər və s. məsələlərdə tam ixtiyar sahibi hesab edir. Onların fikrincə, belə olmadıqda, peyğəmbərlərin göndərilməsi heç bir nəticə verməyəcəkdir. Bu barədə Nəcm surəsinin 3940-cı ayələrinə istinad edirlər:
    «İnsana ancaq öz əməli, öz zəhməti qalar!»
    «Şübhəsiz ki, [qiyamət günü] onun əməli, zəhməti görünəcəkdir.»
    Onlar eyni zamanda cəbr və ixtiyarı qəza-qədərlə ziddiyyətli hesab etmirlər. «Qəzanı» xeyir, vəsiyyət və asudəçilik (qurtuluş), «qədər»i isə təqdir, miqdar və tərbiyə kimi mə’nalandırırlar.(Əli ibni Məhəmməd Əl-Vəlid/Tacul əqaid və Mə’dənul fəvaid.)
    3. Peyğəmbərlik;
    Nəfsin vəhy qəbul edə biləcək yüksək bir məqama ucalmasına peyğəmbərlik deyilir. Peyğəmbər bəşəriyyəti səadətə apardığı üçün ən yüksək kamal və əxlaqa yiyələnir və bütün varlıqlar onun ixtiyarında olur.
    İsmailiyyə məzhəbi nöqteyi-nəzərindən peyğəmbərlik iki hissəyə bölünür: 1. Ümumi peyğəmbərlik; 2. Xüsusi peyğəmbərlik. Ümumi peyğəmbərlik dedikdə, əql və təbiət baxımından onun bütün insanlara şamil olduğu nəzərdə tutulur. Ümumi peyğəmbərlik olmadıqda, xüsusi peyğəmbərlik (yə’ni, müəyyən təbəqəyə aid olan) camaat tərəfindən qəbul olunmur.
    Qeyd etmək lazımdır ki, imamiyyə şiələri «ümumi peyğəmbərlik» dedikdə, batini hüccət və dəlil olan əqli nəzərdə tuturlar. Allah tərəfindən peyğəmbərliyə tə’yin olunan şəxslərə gəldikdə isə, onları zahiri hüccət adlandırırlar. Müsəlmanlar ulul-əzm peyğəmbərləri beş nəfər hesab etdikləri bir halda, İsmailiyyə alimləri şəriət sahibi və ulul-əzm peyğəmbərləri «Natiq peyğəmbər» adlandıraraq onların sayını yeddiyə çatdırmışlar. Yeddi natiq peyğəmbər bunlardan ibarətdir: Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmməd və Qaim. (Qaim dedikdə zühur edərək qiyam edəcəyinə e’tiqad bəslədikləri İsmailiyyənin yeddinci imamı Məhəmmədi nəzərdə tuturlar.)
    4. Məad;
    İsmailiyyə məzhəbi cismani məadı inkar edir, yalnız ruhani məada e’tiqad bəsləyir və bu barədə deyirlər: İnsan yaşadığı aləmdə həmin aləmə münasib vasitələrə ehtiyac duyur. O bir aləmdən xaric olub başqa bir aləmə qədəm qoyduqda belə, yenə də həmin aləmə münasib vasitələrə ehtiyac duyur. Bu səbəbdən də onlar cism və bədən üzvlərinin yalnız bu dünyaya lazım olduğunu hesab edirlər. Axirət dünyasına gəldikdə isə, oranı ruhani aləm hesab etdikləri üçün məadın cismani olmasına heç bir zərurət duymurlar.(Həmiduddin Əhməd Kermani; Rahətul-əql.)
    İsmailiyyə məzhəbli şəxslər islamı təzə qəbul edənlərə məadı və ya məad haqqında mə’lumatı olmayan şəxslərə izah etmək istərkən bu əqidəni özünün zahiri mə’nasında yə’ni, cismani olaraq baş verəcəyini bəyan edirlər. Bir çox «miləl və nihəl» kitablarında İsmailiyyə firqəsinin «tənasüx»ə e’tiqad bəslədiklərinə işarə olunmuşdur, lakin onlar belə bir ittihamı qətiyyətlə rədd edib onu tamamilə batil və əsassız adlandırırlar.
    5. Şəriətin batini.
    Dərsin əvvəlində qeyd etdik ki, İsmailiyyə alimləri bütün şər’i üsul və hökmlərin zahiri və batini mə’nalardan ibarət olduğunu hesab edirlər. Onlar bu barədə deyirlər: Allah-taala bütün şəriət və ibadi hökmləri elə bir qaydada tə’yin etmişdir ki, onlar hər bir əqli işləri və ilahi hökmləri əhatə edir. İbadət və hökmlər insanın cismi ilə, batini hökmlər isə əql və mə’nəviyyatla bağlıdır. Bu səbəbdən də şəriətin batininə daha çox qiymət verilmişdir. Onlar bu barədə bir çox əsərlər yazmış, hətta Qur’anı öz şəxsi əqidələrinə əsasən təfsir edərək ayə və ifadələrin batini mə’na daşıdığını hesab etmişlər. Məsələn, namazın mahiyyətini haqqa də’vət və imama dua etmək, orucu, ədəb-ərkanı riyakarlardan gizli saxlamaq, cənnəti imama itaət, cəhənnəmi imama qarşı üsyan, həcci elm məqsədilə el-obanı tərk etmək, zəkatı elmi, elmə ehtiyacı olan və həqiqi olaraq qiymətləndirməyi bacaran şəxslərin arasında yaymaq kimi təfsir etmişlər. İsmailiyyənin batinçiliyə olan meyli, müxaliflərinin onları şər’i hökmləri kənara qoyub batini mə’naya kifayətlənməkdə ittiham etmişlər. Yə’ni, namaz qılmaq əvəzinə imama dua edir, Beytul-haramı ziyarət etmək əvəzinə öz əqidələrini yaymağa can atır və s. Lakin İsmailiyyə ardıcılları bu ittihamları rədd edərək hər iki tərəfə e’tiqad bəslədiklərini iqrar etmişlər və şər’i hökmlərin təkcə zahirinə və ya batininə e’tiqad bəsləməyi və əməl etməyi ayrı-ayrılıqda düzgün hesab etmirlər. Belə bir e’tiqadı olanları isə küfrdə ittiham edirlər.(Taifətul İsmailiyyə, Məhəmməd Kamil Hüseyn.)
    İsmailiyyənin diqqət yetirdikləri ən mühüm məsələlərdən biri də imamət məsələsidir və bu barədə növbəti dərsimizdə söhbət açacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İsmailiyyə firqəsinin e’tiqadlarını araşdırmaq nə üçün çətindir?
    2. İsmailiyyə alimləri Allahın sifətləri barədə hansı əqidədədirlər?
    3. İsmailiyyənin cəbr və ixtiyar haqqında olan e’tiqadını izah edin.
    4. Ümumi, xüsusi və «natiq peyğəmbər» dedikdə nə nəzərdə tutulur?
    5. Onlar məad barəsində hansı əqidədədirlər?
    6. İsmailiyyənin şəriətə olan baxışı nədən ibarətdir?
    QIRXINCI DƏRS
    İsmailiyyənin imamət məsələsi barədə olan baxışı nədən ibarətdir?
    İsmailiyyə əqidəsinə əsasən «dövr» hansı mə’na daşıyır?
    İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
    İmamət məsələsi İsmailiyyə e’tiqadının əsas hissəsini təşkil edir. Onlar əqidə əsaslarına dair yazılmış kitablarında imamət mövzusuna xüsusi fəsl ayıraraq bu barədə geniş izahlar vermişlər. İmamət məsələsi geniş mövzulardan biri olmaqla yanaşı, digər məzhəb və firqələrdən fərqli olaraq, İsmailiyyənin ən şübhəli və əsraramiz əqidə əsasını təşkil edir.
    İsmailiyyə məzhəbinin imamətə olan baxışına nəzər salmazdan əvvəl üç məsələyə toxunmağı lazım bilirik.
    1. 8-ci dərsdə qeyd etdik ki, Dəndan ləqəbi ilə məşhur olan Məhəmməd ibni Hüseyn fəlsəfə və astronomiya elmlərində şöhrət qazanmışdır. O belə bir fikirdə olmuşdur ki, ulduz və göy cismlərinin ruhani tə’siri vardır. Onun nəzəriyyələri İsmailiyyə alimləri arasında heç də tə’sirsiz qalmamışdır. Belə ki, onlar həmin təsirlər nəticəsində belə bir əqidəyə əsaslanmışlar ki, göy cismləri ilə dini həqiqətlər və maddi gerçəkliklər arasında sıx əlaqə vardır və hər bir göy cismi hər hansı bir dini və batini həqiqəti özündə əks etdirir.
    Məsələn, onlar yeddi natiq peyğəmbəri yeddi göy cisminə bənzətmişlər.
    Digər tərəfdən də İsmailiyyə alimləri fəlsəfi ünsür və terminləri öz əqidələrinə daxil edərək onlar üçün batini yozumlar nəzərdə tutmuş və onları dini ünsürlərlə uyğunlaşdırmışlar. Belə ki, Ərəstunun (Aristotelin) on əql* nəzəriyyəsini özlərinin dini mənsəb və dərəcələri ilə tətbiq etmişlər. Birinci əqli peyğəmbər, ikinci əqli əsas, üçüncü əqli imam, dördüncü əqli fəsl, beşinci əqli hüccət, altıncı əqli bəlağət, yeddinci əqli mütləq, səkkizinci əqli məhdudiyyət, doqquzuncu əqli mütləq izn verilmiş və onuncu əqli isə məhdud izn verilmiş hesab etmişlər.
    Bütün bunlarla yanaşı on əqli səmavi cismlərlə də tətbiq etmişlər.
    2. Onlar Adəmdən (ə) başlayaraq bəşəriyyət tarixini yeddi dövrə bölürlər və bu dövrlər natiq peyğəmbərlərin peyğəmbərliyə tə’yin olunması ilə başlanır. Bu məsləkə görə, hər bir natiq peyğəmbərin yer üzündə öz canişini olmalıdır və sonuncu yeddinci dövr Qaimin zühur edəcəyi günədək davam etməlidir. Lakin bu dövrün özünün də yeddi hissəyə bölünməsinə və onların hər birinin yeddi imamı olmasına da etiqad bəsləyirlər.
    3. İsmailiyyə məzhəbi belə bir əqidədədir ki, hər bir natiq peyğəmbərin cəmiyyətdə mühüm rol ifa edən vəsi və nümayəndəsi olmuşdur. Adəmin vəsisi Habil, Nuhun vəsisi Sam, İbrahimin vəsisi İsmail, Musanın vəsisi Harun, İsanın vəsisi Şəmun, Məhəmmədin vəsisi isə Əli ibni Əbu Talib olmuşdur.
    Yuxarıda qeyd olunanları nəzər alaraq İsmailiyyə firqəsinin imamətə olan baxışını araşdıraq.
    1. İsmailiyyə belə bir əqidədədir ki, hər bir peyğəmbərin vəsisi onun kamalından bəhrələndiyi, sünnə və buyuruqlarının əsrarından agah olduğu üçün insanların ən fəzilətli və ən təqvalısıdır. Peyğəmbər dünyasını dəyişdikdən sonra onun gətirdiyi din və buyuruqların keşiyində duran şəxs varsa, o da peyğəmbərin yer üzündəki vəsisi və nümayəndəsidir. Bu səbəbdən də peyğəmbər ümməti və səhabələri arasında kimsə onun canişini ola bilməz, vəsi vəfat etdikdən sonra başqa birisi onu əvəz etməz. Çünki onun vəzifəsi şəriəti, ümmətin sirrini və peyğəmbərin sünnə və buyuruqlarını qorumaqdır və o vəfat etdikdən sonra şəriətdə dəyişiklik baş vermir. Bir daha peyğəmbər gəlmədiyi üçün onun vəsisi də olmayacaqdır.(Tacul-əqaid və Mə’dənul fəvaid , Əli ibni Məhəmməd Əl-Vəlid.)
    2. İsmailiyyə məzhəbi imamı Peyğəmbərin varisi və vəsisi hesab edir. Peyğəmbərdən hökmləri və şəriətin zahirini, vəsisindən isə onların mə’na və məfhumunu irs aparırlar. Beləliklə, o kamala çataraq ümmət üzərində rəhbərliyi öz öhdəsinə alır.
    3. İsmailiyyə məzhəbi daimi imamətə əsaslanaraq deyir: İmam peyğəmbərin varisidir. Şər’i hökmlərin qorunması və təbliğ olunması məhz onun üzərinə düşür. Peyğəmbərin şəriəti yeni şəriətlə əvəz olunmayınca, imamət həmin peyğəmbərin dövründə və şəriət qüvvədə qalan müddət ərzində davam edir.
    Şəriətin təbliğ və izahı hər bir imamın üzərinə düşən ən ümdə vəzifələrdəndir. Həzrət Məhəmmədin (s) şəriəti sonuncu şəriət olduğu üçün başqa bir şəriətlə əvəz olunmayacaq və imamət qiyamət gününədək davam edəcəkdir.
    4. İsmailiyyə məzhəbi imaməti Peyğəmbər (s) ümmətinin və yalnız Əli (ə) və Fatimənin (ə) haqqı olduğunu hesab edir. Onlar belə bir əqidədədirlər ki, Peyğəmbər (s) şəxsən özü bu mətləbə toxunaraq buyurmuşdur: «Həsən və Hüseyn qiyam etsələr də, etməsələr də hər ikisi imamdırlar və onların ataları hər ikisindən üstündür». Demək, Peyğəmbər (s) özü imamı tə’yin etmiş və onun seçilməsini ümmətin ixtiyarına qoymamışdır. Ümumiyyətlə imam dinin sütunu və əsası olduğu üçün başqaları tərəfindən seçilmir. Özəyi Allah tərəfindən olan din, camaat tərəfindən gətirilmədiyi kimi, imamın tə’yin olunması və ya seçilməsi də ümmət tərəfindən deyil, Allah tərəfindən müəyyənləşir. Əks təqdirdə, ümmət böyük səhvə yol vermiş olur.
    6. İsmailiyyə məzhəbi imamın qeybə çəkilməsini qəbul etmir. Onlar bu barədə deyirlər: İmam öz ümmətindən gizlənməməli və qeybə çəkilməməlidir. Çünki imamın qeybə çəkilməsi yalnız üç əsaslı səbəbdən baş verə bilər:
    Bu ya ilahi əmr olar, ya özü bu qərara gələr və ya düşməndən qorunmaq məqsədilə camaatdan uzaq düşər. Verilən hər üç ehtimal batil və əsassızdır.
    a) Ona görə ki, ümməti imamdan məhrum etmək Allahın ədalət və hikməti ilə tamamilə müxalifdir.
    b) İmamın mə’sum olması və onun cəmiyyət arasında qalması zəruridir və bunun üçün də o, qeybə çəkilməz.
    v) İmam kiminsə qorxusundan camaatdan uzaq düşərsə (qeybə çəkilərsə), dininə şəkk etmiş olur. Çünki Allah-taala insanları hidayət etməyi ona həvalə etmişdir və o bilir ki, başqa birisi onun canişini olmayınca dünyanı dəyişməyəcəkdir.
    6. İsmailiyyə məzhəbi İmama qarşı üsyan edib onu öz məqamından uzaqlaşdıran şəxsi tağut hesab edir. Onun yerinə gələn adam daha fəzilətli bir şəxs olduğu halda, sabiq şəxsin imamətini batil adlandırırlar.
    7. İsmailiyyə məzhəbi imaməti beş dərəcəyə bölərək onları «imamun muqim», «imamun əsas», «imamun mutəmmim», «imamun mustəqər» və «imamun mustəvdə» adlandırır.
    1) İmamun muqim; Natiq peyğəmbərin müəllim və tərbiyəçisidir. Natiq peyğəmbəri bu məqama çatdıran və onu öz hikmət və kamalından bəhrələndirən məhz imamun muqimdir. Bu səbəbdən də «imamun muqim» «Rəbbu muvəqqət» də adlandırılmışdır. İmamət məqamının ən yüksək dərəcəsi də məhz «imamun muqim» mərhələsidir.
    2) İmamun əsas; Natiq peyğəmbərə həyatının bütün mərhələlərində yardımçı olaraq ona müavinlik edir. Peyğəmbərin bütün işlərini təsdiqləyib həyata keçirən də məhz odur.
    3) İmamun mutəmmim; Peyğəmbərin peyğəmbərlik dövrünə son qoyur. Bu səbəbdən də imamun mutəmmim peyğəmbər dövrünün yeddinci imamı hesab olunur və özündən əvvəlki altı imamla bərabər səlahiyyətə malikdir.
    4) İmamun mustəqir; Özündən sonra kimin bu məqama tə’yin olunduğuna dair açıq-aşkar sənədə yiyələndiyi üçün imaməti öz övladına irs qoyma səlahiyyətinə malik olan imama deyilir.
    5) İmamun mustəvdə. Yalnız istisna hallarda imamətə tə’yin olunur, özünə canişin seçməyə və bunu kiminsə üzərinə qoymaq səlahiyyətinə malik deyildir. Onlar Həsən ibni Əli, Məhəmməd ibni Hənifə və Musa ibni Cə’fəri imamun mustəqər deyil, imamun mustəvdə kimi qəbul edirlər.(Arif Tamir, Əl-imamətu fil islam.)
    Dərsimizi iki mətləbə toxunmaqla yekunlaşdırırıq.
    İsmailiyyə məzhəbi imamətin bir neçə dərəcə və mərhələdən ibarət olduğunu hesab etdikləri kimi, öz tərəfdarlarını da yeddi hissəyə bölərək onların hər birinə müəyyən adlar qoymuşlar. Mustəcib, Mə’zun, Dai, Hüccət, İmam, Əsas və Natiq.
    1. Mustəcib; İsmailiyyə firqəsini təzə qəbul etmiş şəxslərə deyirlər.
    2. Mə’zun; İsmailiyyə firqəsində yeni fikir irəli sürməyə icazə verilmiş şəxslərə deyirlər.
    3. Dai; Mə’zundan yüksək dərəcəyə çatmış şəxslərə deyirlər. Belə ki, onlara yeni fikir irəli sürməklə yanaşı, İsmailiyyə əqidəsini təbliğ etməyə də icazə verilir. «Dai» özü də üç dərəcəyə - «dai bəlağ», «dai məhdud», «dai mütləq»ə bölünür.
    4. Hüccət; Əslində Allahın hüccəti hesab olunan bu şəxslər dailər üzərində rəhbərlik səlahiyyətinə malikdirlər.
    5. İmam; Vilayət məqamına çatan şəxslərə deyilir.
    6. Əsas; Canişinlik səlahiyyətinə malik olan şəxslərə deyilir.
    7. Natiq. İmamətin ən yüksək dərəcəsi hesab olunur.
    2) Əqidə və kəlami bəhslərdə yalnız əql və nəql yolu ilə sübuta yetirilən mətləblər qəbul olunur. Yə’ni, tərəf-müqabili qane etmək üçün ya əqli dəlillərdən, ya Qur’an ayələrindən və ya mö’təbər rəvayətlərdən istifadə etmək lazımdır. Məsələn, əgər hər iki tərəf müsəlmandırsa, gərək mətləbin sübuta yetirilməsi üçün Qur’an və ya Peyğəmbərin (s) hədislərindən istifadə olunsun. Lakin əgər mətləbin sübuta yetirilməsində əqli dəlillərdən istifadə edə bilməsək, sübuta yetirmək istədiyimiz şeyi başqalarının qəbul etməsi üçün əsaslı əqidə hesab edə bilmərik. Bu səbəbdən də təmsil, oxşatma (təşbih) və s. üsullardan irəli gələn İsmailiyyə əqidəsi sair islam firqələri tərəfindən qəbul olunmur. Misal olaraq, imamətin beş dərəcəyə bölündüyünü götürək. Şəxsi rə’y və istəkdən başqa, imamətin bu şəkildə bölünməsinə hansı amil səbəb ola bilər? Peyğəmbərlərin səma cisimləri ilə tətbiq olunmasına hansı əqli və ya nəqli dəlillər gətirə bilərik? Və ya imamətin daim xalq arasında zahir və hazır olan imam vasitəsilə davam etdirilməsini Peyğəmbərin (s) açıq-aşkar buyuruğu ilə necə əlaqələndirmək olar? Qərbdə təhsil almış şəxslər necə dərk edə bilərlər ki, peyğəmbər və batini elmə yiyələn bir şəxs onun vəsisi və peyğəmbərdən ilham almış imamlar onunla bərabərdir? Mə’lum məsələdir ki, bu mətləbi sübuta yetirəcək əqli və nəqli dəlillər olmadan belə bir əqidənin digər islam firqələri tərəfindən qəbul olunması qeyri-mümkündür.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. «Dəndan» İsmailiyyə əqidəsinə nəyi əlavə etdi?
    2. İsmailiyyə alimləri Ərəstunun on əql nəzəriyyəsini özlərinin dini məqamları ilə necə əlaqələndirmişlər?
    3. İmamla vəsinin fərqi nədən ibarətdir?
    4. İsmailiyyənin imamın qeybətinə olan baxışı nədən ibarətdir?
    5. İsmailiyyə məzhəbinin imamətin beş məqama bölünməsinə dair olan baxışını izah edin.
    6. İsmailiyyə tərəfdarlarının məqam və dərəcələri nədən ibarətdir?
    QIRX BİRİNCİ DƏRS
    İsmailiyyə firqəsinin parçalanmasına nə səbəb olmuşdur?
    İsmailiyyə firqələri hansılardır?
    İSMAİLİYYƏ FİRQƏLƏRİ
    1. Əsas İsmailiyyə firqəsi;
    Əsas və ilk İsmailiyyə firqəsi İsmailin imamətini qəbul edib ölümünü inkar edənlərdir. Onların əqidəsinə görə, İsmail hələ də sağdır, qeybə çəkilmişdir və günlərin bir günündə yenidən zühur edib qayıdacaqdır. Bu səbəbdən də atasının sağlığında təşkil olunmuş dəfn mərasimini Abbasi xilafətini aldatmaq məqsədilə qurulmuş tədbir hesab edirlər. Xalis və ilk İsmailiyyə məzhəbinin əvvəllər bir çox ardıcılları olmuşdur, lakin bu firqə parçalandıqdan sonra onlar zəifləyib aradan getmişlər. Hal-hazırda İsmailiyyə məzhəbinin əqidəsi ilə fərqli olan bir neçə digər firqə fəaliyyət göstərir.
    2. Mübarəkiyyə;
    Mübarəkiyyə İsmail ibni Cə’fərin «mübarək» adlı kəlmələrindən birinin tərəfdarlarına verilən addır. Onlar İsmailin atasının sağlığında vəfat etməsini e’tiraf etmişlər. Bunun üçün də Cə’fər ibni Məhəmməd Sadiqdən sonra imaməti oğlu İsmailin haqqı hesab etsələr də, atasının sağlığında vəfat etdiyi üçün imamətin oğlu Məhəmməd ibni İsmailə çatdığını hesab etmişlər. Mübarəkiyyə firqəsi Həsən ibni Əli və Hüseyn ibni Əli istisna olmaqla, iki qardaşın imamətini qəbul etmirlər. Bu səbəbdən də İsmail vəfat etdikdən sonra imam Sadiqin (ə) digər qardaşlarını xilafətə layiq hesab etməmişlər.
    3. Qəramətə;
    Qəramətə firqəsi Mübarikiyyədən ayrılmış bir firqədir. Nəql olunur ki, Əbdullah ibni Məymun Qəddah Bəsrədən Səlmiyyəyə qaçdıqdan sonra orada Həmdan ibni Əş’əs adlı iraqlı bir şəxslə tanış olur. Boyu və ayaqları qısa olduğu üçün ona «qərmət» ləqəbi verilmişdi. Qərmət belə bir tanışlıqdan sonra İsmailiyyə firqəsinin əqidəsi ilə yaxından tanış olaraq İbni Məymunla həmkarlıq etməyə başlayır. Çox tez bir zamanda İbni Məymunun tərəfdarları arasına nüfuz edərək onların rəğbətini qazanır və firqəyə rəhbərliyi öz üzərinə götürür.
    Həmdan Qərmət az bir zamanda İraq, Xuzestan, Bəhreyn, Suriya və Yəməndə öz ətrafına böyük bir kütləni toplaya bilir. Qəramətə adlanan bu yeni firqə Hicrətin 246-cı ilində Abbasilərin Bəhreyn hakiminə qarşı qiyam edərək ölkəni ələ keçirir, Qəramətilər dövlətini tə’sis edir və Hicrətin 358-ci ilinədək öz hakimiyyətlərini qoruyub saxlaya bilirlər.
    Bununla yanaşı onlar digər ölkələrə də, o cümlədən Yəmən, Suriya, İrana qoşun çəkərək Abbasi dövlətinə qarşı çıxırlar. Qəramətə İsmailin ölmədiyini və Roma şəhərlərindən birində yaşadığını hesab edirdi. Onların əqidəsinə əsasən o, qaim olan Mehdidir. Qəramətə firqəsinin ardıcıllarına görə, qaim o şəxsdir ki, peyğəmbərlik iddiası ilə qiyam edərək yeni ayin gətirsin, həzrət Məhəmmədin (s) dinini qoruyaraq onun keşiyində durmuş olsun. Qəramətə firqəsi Məhəmməd ibni İsmaili ulul-əzm peyğəmbərlərdən hesab edir və onun yeni şəriət gətirərək özündən əvvəlki şəriəti qüvvədən salmasına əqidə bəsləyirlər.(Firəquş-şiə/Nobəxti/İbnun- nədim, əl-fehrest.)
    Həmçinin onlar belə bir əqidədə olmuşlar ki, şər’i hökmlərə əməl etmək onların zahiri mə’nasına deyil, batini mə’nasına əməl etmək deməkdir. Bu firqənin davamçıları Həcərul-əsvədi (qara daşı) öpməyi qəbahət saymış və onu öpənləri küfr etməkdə ittiham etmişlər.
    Nəql olunur ki, hətta onlar həcərul-əsvədi oğurlamağa cəhd göstərmiş, lakin bu işdə ciddi müqavimətlə qarşılaşmışlar.
    4. Fatimiyyə;
    İsmailiyyə rəhbərləri Hicrətin 289-cu ilinədək gizli şəkildə fəaliyyət göstərir və öz əqidələrini ticarət səfərlərində təbliğ edirdilər. Bu səbəbdən də İsmailiyyənin mübəlliğlərinə «imamun məstur» (yə’ni, gizli imam) deyilirdi. Nəhayət onların altıncı imamı yə’ni, Ubeydullah Məhdi (260-322-ci h.q.) Hicrətin 289-cu ilində Mərakeşi fəth edərək orada ilk İsmailiyyə dövlətini tə’sis etdi. İsmailiyyə dövləti tə’sis olunduqdan sonra isə onlara «imamun zahir» yə’ni, aşkar imam deyilməyə başlandı. Ubeydullah tərəfindən Mərakeşdə tə’sis olunmuş dövlət sonralar Misir, Tunis və digər ətraf məntəqələrdə də yaradıldı və daha sonra Fatimilər dövlətinin bünövrəsi qoyuldu.
    Fatimi adlandırılmalarının əsas səbəbi, onların Peyğəmbərin (s) qızı həzrət Fatiməyə həddindən artıq rəğbət göstərmələri olmuşdur. İlk vaxtlar digər məntəqələrdə sakin olan İsmailiyyə firqəsi ilə Fatimilər arasında elə bir əsaslı fərq nəzərə çarpmırdı. Bu səbəbdən də Qəramətə firqəsi tə’sis olunduğu ilk gündən Fatimi dövlətini müsbət qarşılamış və onlarla həmkarlıq etmişdir. Lakin onlar zaman keçdikcə dövlətçiliyi qorumaq və yaranmış ictimai-siyasi şəraitlə ayaqlaşmaq üçün yenidən İsmailiyyə əqidə əsaslarında bə’zi dəyişikliklər apararaq yeni firqəyə çevrildilər və təbii olaraq, Qəramətə və digər firqələrlə onlar arasında müəyyən ixtilaflar meydana gəldi. Qəramətənin Fatimilərlə ciddi qarşıdurması və onun müharibə ilə nəticələnməsi tarixdə xüsusi şəkildə əks olunmuşdur.(Bəhreyn Qərmətiləri və Fatimilər/Dəxəviyyə.)
    Fatimilər İsmailiyyə əqidə üsullarını qoruyub saxlamış, onda yalnız bə’zi dəyişikliklər aparmışlar. Apardıqları dəyişikliklərdən biri də şər’i hökmlərin zahir və batin mövzusudur. Fatimilər belə bir əqidədə olmuşlar ki, hökmlərin zahir və batininə olan baxış bərabər səviyyədə olmalıdır və batini mə’naya görə zahiri mə’naya göz yumulmamalıdır. Zahiri və batini mə’nalar bir-birini tamamladığı üçün onların hər ikisinə eyni səviyyədə diqqət yetirilməlidir. Otuz doqquzuncu dərsdə haqqında söhbət açdığımız batinə yönəlmə prinsipi isə şər’i hökmlərin batininə əhəmiyyət verərək zahirinə göz yuman qədim İsmailiyyə firqəsinə aiddir. Lakin onlar son vaxtlar verdikləri təfsirlərlə bu ittihamları özlərindən uzaqlaşdırmışlar.
    Fatimilərin apardıqları başqa bir dəyişiklik Məhəmməd ibni İsmaillə əlaqəlidir. Onlar İsmaili zühur edəcək Mehdi kimi qəbul etməkdən imtina edir və onun «imamun mutəmmim» və (6-cı dövrün) 7-ci imamı olduğunu qəbul etmirlər. Onlar belə bir əqidədədirlər ki, bu dövrə şamil olan imamların sayı daha çoxdur. Bu səbəbdən də Fatimi imamları Məhəmməd ibni İsmailin xəlifəsi hesab olunaraq, onun bə’zi vəzifələrini öz üzərlərinə götürürlər.
    Zaman keçdikcə İsmailiyyə tərəfdarları Qaimin zühuruna ümidsiz olur və Məhəmməd ibni İsmailə əvvəlkindən daha az əhəmiyyət verməyə başlayırlar. Lakin Müstənsirin (Fatimilərin 8-ci xəlifəsi) dövründə qaimin zühurunun ruhani və qeyri-cismani olacağı təfsir edildi və onun Məhəmməd ibni İsmail deyil, başqa bir şəxs tərəfindən həyata keçiriləcəyi haqda danışılmağa başlandı. Beləliklə, Fatimilər Məhəmməd ibni İsmailin cismani zühuruna e’tiqad bəsləməyə son qoydular.
    5. Mustə’ləviyyə və Buhrə;
    Hicrətin 467-ci ilində Fatimi sərkərdəsi Bədrul Cəmali öz mövqeyini gücləndirərək Fatimilərin daxili üsyanlarına son qoya bildi. Bunlarla yanaşı (orduda) «rəisul-cüyuş», din mübəlliğlərinə başçılıq edən «daid-düyut» və bir neçə başqa vəzifələr də əlavə etdi. O, Fatimi dövlətini öz tabeçiliyinə keçirərək bütün işlərə sözün əsl mə’nasında nəzarət etməyə başladı. Sonralar bu vəzifələr irsi olaraq onun övladlarına çatdı. Hicrətin 489-cu ilində Bədrul Cəmalinin oğlu Əfzəl atasının canişini seçilərək orduya sərkərdəliyi öz üzərinə götürdü. Müstənsir isə ölüm ayağında idi. Bu səbəbdən də Əfzəli hər şeydən əvvəl xəlifənin canişini kimi seçiləcəyi maraqlandırırdı. Müstənsirin isə iki oğlu var idi: Xəlifəyə vəliəhd tə’yin edilmiş, iste’dad və bacarığı ilə fərqlənən Nəzar və bir o qədər də yüksək mövqeyə malik olmayan Mustə’li. Əfzəl, Mustə’linin xilafətə çatması üçün lazımi şərait yaratmağa cəhd göstərirdi. Belə olduqda o, Mustə’lini asanlıqla öz tabeçiliyinə keçirə bilərdi. Bunun üçün də qızını ona ərə verdi və Müstənsirin ölümündən sonra onu xilafətə tə’yin edib müdafiə etməyə başladı. Mustə’linin tərəfdarları «Mustə’liyyə» və ya «Mustə’ləviyyə», Hindistanda isə Buhrə ləqəbi ilə məşhur oldular. Buhrə sözü lüğətdə satıcı və tacir mə’nasını daşıyır. Buhrələr şər’i hökmlərə əsaslanır və onu əməli olaraq həyata keçirirdilər. Peyğəmbər (s) və altıncı imamadək olan imamların, həmçinin İsmailiyyə imamlarının və bu firqəyə mənsub olan şəxslərin qəbrini ziyarət edirdilər.
    Onların evlənmə, bayram və bir çox adət-ən’ənələri ilə hind və şiə müsəlmanlarının adət-ən’ənələri arasında bə’zi oxşarlıqlar vardır.(Şiə ensiklopediyası/3-cü cild.)
    6. Nəzariyyə.
    Fatimi firqəsinə mənsub olan bu cərəyan Mustə’linin xilafətini əsaslı saymayaraq qardaşı Nəzarın xilafətinə tabe olmuşlar. Nəzar İskəndəriyyəyə qaçdıqdan sonra tərəfdarları onunla həmrə’y olaraq Mustə’liyə qarşı qiyam etmişlər. Lakin Nəzar çox tez bir zamanda tutularaq qətlə yetirildi.
    Nəzarın tərəfdarları ilə Misir Fatimiləri arasında olan əlaqələr kəsildi. Nəzariyyənin görkəmli şəxsiyyətlərindən olan Həsən Səbbah Mustə’li hakimiyyətini gücləndirdikdən sonra Suriya yolu ilə Hələbə və oradan da İsfahana gəldi. Az müddət orada qaldıqdan sonra öz tərəfdarları ilə birlikdə Qəzvin şəhərinin yaxınlığında yerləşən Ələmuta gəlib orada öz mübarizəsini davam etdirmək üçün möhkəm istehkam və tarixi qala tikdirdi.
    İsmailiyyə firqəsinə mənsub olan digər iki cərəyan - Dəruziyyə və Ağaxaniyyə firqələri barədə növbəti dərslərimizdə söhbət açacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İsmailiyyə firqəsinin əqidəsi nədən ibarətdir?
    2. Mübarəkiyyənin imamətə olan baxışı necədir?
    3. Qəramətə ilə Mübarəkiyyə arasında hansı fərqlər vardır?
    4. Fatimilər nə üçün belə adlandırılmışlar?
    5. Fatimilərin iki firqəyə bölünməsinə nə səbəb olmuşdur?
    6. Fatimilər İsmailiyyə firqəsində nə kimi dəyişikliklər aparmışlar?
    7. Mustə’ləviyyə və Nəzariyyə firqələrinin əqidə əsaslarında mövcud olan fərq nədən ibarətdir?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 843 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024