İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-01, 11:03 PM
    ƏLLİ İKİNCİ DƏRS
    Bəhailər hansı əqidəyə yiyələnmişlər?
    Bəhailərin məram və şər’i hökmləri nədən ibarətdir?
    BƏHAİLƏRİN MƏRAM VƏ ƏQİDƏLƏRİ
    Əvvəlki dərsimizdə Bab və Bəhaullahın bütün iddiaları ilə tanış olduq. Mə’lum oldu ki, onların hər ikisi özlərini yeni şəriət sahibi və intizarı çəkilən İmam Zaman kimi qələmə vermişlər.
    Bəhailər özləri bu suala cavab verməlidirlər ki, əvvəla nə üçün aradan çox keçmədən yə’ni, Babın ölümündən 13 il sonra yeni bir peyğəmbər gəlib özünün başqa bir şəriət sahibi olduğunu bildirir? Bir halda ki, əvvəlki peyğəmbər yə’ni, Bab hələ öz peyğəmbərliyini başa vurmayıb və onun müqəddəs kitabı olan Bəyan natamam qalıb. Onun şəriət və müqəddəs kitabı kənara qoyularaq, bəşəriyyətə başqa bir peyğəmbər göndərilirmi?!! Özü də Bəhaullahın yaşca Babdan böyük olduğu bir halda. Yə’ni əgər Allah-taala ikinci şəriəti birinciyə hakim etməli olsaydı, onda nə üçün birinciyə zəhmət verib göndərdiyi şəriəti qüvvədən salaraq peyğəmbərliyini natamam qoyardı. Bir haldakı elə əvvəldən Bəhaullahın peyğəmbərliyini tə’yin edib gətirdiyi şəriəti e’lan edərdi. Digər tərəfdən, əgər onların hər ikisi bəşəriyyətin intizarında olduğu (İmam Zaman) şəxs olmuşlarsa, necə ola bilər ki, firqənin tə’sis olunmasından bir əsrdən çox keçsə də, yer üzündə haqq-ədaləti bərqərar edə biləcək, bəşəriyyətə zalımların zülmündən nicat verə biləcək bir şəxs zühur etməsin?
    Həmçinin necə ola bilər ki, bu müddət ərzində babilər öz ətrafına olduqca az tərəfdar yığa bilmiş və dünyaya hakim ola bilməmişlər? Bu dərsimizdə yalnız bəhailərin e’tiqadları ilə tanış olacağıq. Onların əqidə və e’tiqadları o qədər əsassız və qeyri-məntiqidir ki, bunu sübuta yetirmək üçün heç bir araşdırmaya ehtiyac görmürük.
    1. İSLAM ŞƏRİƏTİNİN NƏSX (LƏĞV) OLUNMASI
    Bəhailər belə bir əqidədədirlər ki, Bəhailik İslam dinini (şəriətini) nəsx edərək həzrət Məhəmmədin (s) peyğəmbərlik dövrünü arxada qoymuşdur. Onlar deyirlər: Bizim dövrümüz ilahi məzhərin (mən yuzhirəhullah – O kəs ki, Allah onun vücudunda təcəlli və zühur edir) risalət [peyğəmbərlik] dövrüdür. Bundan sonra da Allah-taala yer üzündə və onun sakinlərinin vücudunda təcəlli edəcəkdir. Lakin növbəti zühur ən azı min ildən sonra baş verəcək, Allah-taala uzun fasilədən sonra aləmdə təcəlli edəcəkdir.
    2. ALLAHIN HÜLUL VƏ TƏCƏLLİ ETMƏSİ
    Bəhailər belə bir əqidədədirlər ki, Allah-taala ən azı bir dəfə seçdiyi şəxsin vücudunda hülul və zühur edir. Belə olduqda həmin şəxs Allahın məzhəri hesab olunur. Bu kimi şəxslərə «mən yuzhirəhullah – o kəs ki, Allah onun vücudunda zühur etmişdir» deyilir. İlk dəfə belə bir iddiada olan şəxs Babın özü olmuş, daha sonra Bəhaullah və onun digər tərəfdarları da bu kimi fikirlər irəli sürmüşlər.
    3. NAMAZ VƏ QİBLƏ
    Bəhailərin səhər, günorta və axşam qıldıqları namazlar doqquz rükətdən ibarətdir. Namazların böyük bir hissəsini Bəhaullah onların üzərindən götürmüşdür. Bəhailər, qibləgahın Bəhaullahın dəfn olunduğu «Əkka» şəhərinə tərəf olduğunu hesab edirlər. Bəhaullah demişdir: Namaz qılmaq istərkən Allahın müqəddəs məkanı olan, oradan yer və göy sakinlərinə hökm verilən yerə tərəf üz tutun.
    4. TƏQVİM VƏ ÖLÇÜ
    Bəhailərin ili on doqquz ay və on doqquz gündən ibarətdir. (Bəhailər on doqquzu müqəddəs rəqəm hesab edirlər). On doqquz ay bunlardan ibarətdir: Bəha, Cəlal, Cəmal, Əzəmət, Nur, Rəhmət, Kəlimat, Kəmal, Əsma, İzzət, Məşiyyət, Elm, Qüdrət, Qovl, Sail, Şərəf, Soltan, Mulk və Ə’la. Hər bir günəş ilinin 361 gündən ibarət olduğunu hesab edir, 361 günü 19 aya bölür və yerdə qalan 4 günü (Kəbisə illərindən 5 gün) isə Bəhailərin azad günü hesab edirlər. Bu günlər ərzində Bəhailərin üzərinə heç bir məsuliyyət düşmür və onlar eyş-işrət etməkdə tamamilə azaddırlar.
    Bəhailər həftənin günlərinə də müəyyən adlar qoymuşlar.
    Cəlal (Çərşənbə axşamı);
    Cəmal (Çərşənbə);
    Kəmal (Şənbə);
    Fuzal (Bazar);
    Əlal (Cümə axşamı);
    İsticlal (Cümə);
    İstiqlal (Bazar ertəsi).
    Babın qiyamını ilin əvvəli, ilin bir illik dövrünü isə şəmsi, qəməri və ya miladi əvəzinə «Bədi» adlandırmışlar.
    5. HƏCC
    Əli Məhəmməd Şirazda dünyaya gəldiyi evi Kə’bə hesab elib öz tərəfdarlarını oraya həcc ziyarətinə gəlməyə sövq etmişdir. O, Bəyan kitabında deyir: Beytul-harama gəldikdə, bunu bilmək lazımdır ki, Allahın müəyyən məkanı olmamışdır və heç vaxt da olmayacaqdır. Özünə aid etdiyi hər bir yer Onun evidir.
    «...O evə [Kə’bəyə] aid olan bütün hökmlər, bu gün bu evə [Şirazdakı yaşadığı evə] şamildir...» Başqa bir yerdə deyir: «Kim orada [Şirazda] və ya onun 66 kilometrliyində olarsa və əgər iyirmi doqquz yaşı haqlayarsa, həmin il oraya [Babın evinə] daxil olub on doqquz gün həmin məhəldə [Şirazda] qalmalıdır. Özünü [mə’nən] saflaşdıraraq, orada beş rük’ət namaz qılmalıdır. Kimin buna taqəti yoxdursa, niyyətində buna əməl etsin. Burada sakin olmayanlara güzəşt edilmiş və onlar bağışlanmışlar. Bəhaullah qibləni Əkkaya (yaşadığı və dəfn olunduğu yerə) dəyişərək oranı Beytul-haram qərar vermişdir. O deyir: Həqiqətən Allah sizlərdən imkanı olan hər bir şəxsə həcc (Əkkadakı dəfn olunduğu yeri) hökmünü vermişdir. Lakin qadınlar bu hökmdən azaddırlar. Bu onun tərəfindən insanlara bəxş olunan bir rəhmətdir. Həqiqətən o bol-bol ne’mətlər verəndir. Bəhailər hər iki yeri yə’ni, həm Kə’bəni, həm də Babın dəfn olunduğu yeri müqəddəs hesab edirlər.
    6. TƏHARƏT VƏ NƏCASƏT
    Əli Məhəmməd Bab siçanın, gecə quşunun, qaranquşun ifrazatının və spermanın pak olduğuna hökm vermiş, islam dininin nəcasət hesab etdiyi digər şeyləri o da nəcis bilmişdir. O atəş, hava, su, torpaq və Allahın kitabını (Bəyanı) pakedici hesab etmişdir. Əşyaların «Bəyanla» pak olmasını belə izah edir: Babın adı nə qədər mümkünsə və təthir (paklıq) ayəsi 66 dəfə nəcis olmuş şeyə oxunsa, həmin şey pak olur. Təthir ayəsi isə bundan ibarətdir: «Allahu əthər.»
    Bu ayəni nəcis olmuş şeyi qalan dörd pakedici ünsürlərlə pak etdikdə də oxumaq lazımdır.
    Lakin Bəhaulla istisnasız olaraq, bütün murdar şeyləri pak hesab etmişdir. O deyir: Allah natəmizlik hökmünü bütün şeylərdən və hər bir millətdən götürmüşdür. Bu, Allah tərəfindən insanlara verilən bir bəxşişdir. Həqiqətən Allah bağışlayan və günahlardan keçəndir.
    7. SƏLƏMÇİLİYİN HALALLIĞI
    Bab hər iki tərəfin razılığı ilə edilən müamilələrin, o cümlədən sələmin halal olduğunu e’lan etmişdir. O, bu barədə deyir: Allah hər iki tərəfin razılığı ilə alış-verişi halal etmişdir. Tacirlərə, bu günlər onların arasında adi hal almış sələmçiliyə də izn vermişdir
    8. HİCAB VƏ NAMƏHRƏMƏ BAXMAQ
    Bab hicab hökmünü götürmüş, qadın və kişilərin bir-birlərinə baxmalarını halal etmişdir.
    Yusif surəsinin təfsirində deyir: «Qadınlara cənnət huriləri kimi ipək paltar geyib özlərinə bəzək-düzək vermək və evlərindən camaat arasına çıxıb oturacaqlarda hicabsız oturmaq icazəsi verildi.» Özünün «Bəyan» kitabında deyir: «Allah Bəyan kitabında mö’min kişilərə qadınlara, qadınlara da bəyəndikləri kişilərə baxmağa icazə vermişdir. Lakin Allahın istəyi olmayan şeylərə baxmamalıdırlar. Allah istəyir ki, cənnətdə olduqları kimi, kişi və qadınlar necə istəyirlərsə, eləcə də azad olsunlar. Bab bundan da artıq özünə cəsarət verərək ərləri xədim olan qadınlara uşaq dünyaya gətirmək üçün ərlərinin icazəsi ilə başqa kişilərlə cinsi əlaqədə olmaq icazəsi də vermişdir. O bu hökmü Bəyanın 15-ci babının 4-cü vahidində və 15-ci babın 8-ci vahidində vermişdir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Bəhailiyin tə’sis olunmasında ən başlıca nöqsan nədən ibarətdir?
    2. Bəhailərin əqidələrini xülasə şəkildə yazın.
    3. Bəhailərin şər’i hökmlərini bəyan edin.
    4. Babilik və Bəhailiyin şər’i hökmləri arasında olan fərqləri bəyan edin.
    ƏLLİ ÜÇÜNCÜ DƏRS
    Əhmədiyyə necə meydana gəlmişdir?
    Əhmədiyyə firqəsinin əqidə və e’tiqadları nədən ibarətdir?
    ƏHMƏDİYYƏ
    Tə’sisçisi:
    Qadiyaniyyə kimi də məşhur olan və bəzi tərəfdarları özlərini Mirzaiyyə də adlandıran Əhmədiyyə firqəsi Mirzə Qulam Əhməd Qadiyani tərəfindən tə’sis olunmuşdur. Qulam Əhməd təqribən Hicrətin 1255-ci (1839-cu miladi) ilində Hindistanın Pəncab vilayətində yerləşən Qadiyan şəhərinin Qurdaspur məntəqəsində dünyaya gəlmişdir. Atası Mirzə Qulam Mürtəza, Əmir Teymur Qurqaninin əmisi Əmir Bərlasın nəslindən idi. Əmir Teymur, Əmir Bərlasın ixtiyarında olan Kiş vilayətini ələ keçirdikdən sonra o, ailəsi ilə birlikdə əvvəlcə Xorasanda, sonra isə Hicrətin 10-cu əsrinin sonunda Hindistana gəlib Bəpas çayının kənarında məskunlaşdı. Əmir Bərlasın maddi və ictimai mövqeyinin yüksək olması Hindistandakı İngilis dövlətinin diqqətini özünə cəlb etmişdi. Qulam Mürtəzanın sənəti təbabət idi və deyilənlərə görə o, İngilis dövləti ilə səmimi münasibətdə olmuş və neçə illər onlara xidmət etmişdir. Qulam Əhməd ibtidai təhsilini başa vurduqdan sonra islami elmlərə yiyələnməyə başlayır. Lakin az sonra İngilis dövləti onu 1860-cı ildən 1865-ci ilədək «Səyalkut» şəhərində dövlət idarələrinin birində xidməti vəzifəyə götürür. Lakin həmin il işini atıb vətəni «Qadiyana» qayıdır. Bir neçə il təklikdə ibadətlə məşğul olur. 1880-cı ildən e’tibarən camaat tərəfindən rəğbətlə qarşılanan «Bərahinul Əhmədiyyə» adlı kitabı yazıb nəşr etdirir. Bu da Qulam Əhmədin ictimai mövqeyinin güclənməsinə səbəb olur.
    Cavanlıq illərindən mənəviyyat və ruhi tərbiyə naminə özünü çətinliklərə vadar edən və həmin dövrlərdə Allah tərəfindən peyğəmbərliyə göndərildiyini və ona vəhy olunduğunu iddia edən Qulam Əhməd əlli yaşına çatdıqda, camaatdan bey’ət almaq icazəsini alır. O, Peyğəmbərin (s) hədisinə istinad edərək özünü «İslam dininin islahatçısı» kimi qələmə verib deyirdi: Mən İsa ibni Məryəmdən daha üstünəm və hind, müsəlman, məsihi və zərdüştlərin intizarında olduqları həmin sonuncu ilahi rəhbərəm.
    Sonralar peyğəmbərlik iddiası etmiş və Səyəlkutun müftisi 1900-cu ildə cümə namazındakı xütbəsində onun peyğəmbərliyini rəsmi şəkildə e’lan edərək demişdir: «Həqiqətən Mirzə Əhməd Allah tərəfindən göndərilmişdir və ona iman gətirmək hər bir şəxsə vacibdir.
    Mirzə Əhməd Qadiyani peyğəmbərlik iddiasından təqribən səkkiz il sonra, yə’ni 1908-ci ildə Qadiyan şəhərində vəfat etdi və elə oradaca dəfn olundu.
    ƏHMƏDİYYƏ FİRQƏSİNİN ƏQİDƏLƏRİ
    Tarixi mənbələrdə və öz əlyazmalarında Mirzə Qulam Əhmədin peyğəmbərlik iddiası sübuta yetirilsə də, onun bu iddiası xoş xəyal və xülyadan başqa bir şeyə bənzəmir.
    Qulam Əhmədin Hindistan kimi çoxtəriqətli və yoqa ayininə mənsub olan bir məntəqəsində bə’zi şəxslərin özlərini əzab və çətinliklərə vadar etdikdən sonra camaatı öz ətrafına yığaraq yeni məzhəb yaratması bəlkə də onun peyğəmbərlik iddiası etməsinə öz tə’sirini göstərmişdir.
    Belə ki, o, iyirmi beş yaşından bir guşəyə çəkilərək ibadətə qapılmış və özünü bir çox çətinliklərə vadar etmişdir. Mə’lum olduğu kimi o, əvvəllər özünün Məsih, sonra İmam Zaman Mehdi, daha sonra isə Tara Krişna olduğunu iddia etmişdir. Krişnanın məzhəriyyət (Allahın, insanın vücudunda zühur etməsi) iddiası etməsi isə Hinduizm e’tiqadından qaynaqlanmışdır. Bunun səbəbi də Hindistanda fəaliyyət göstərməkdə olan üç dinin (tarixi kökü olan Hinduizm, İslam və İngilislərin oraya gətirdikləri məsihiyyətin) özlərinə tərəfdar yığmaları olmuşdur. Lakin deyilənlərdən belə mə’lum olur ki, Qulam Əhmədin peyğəmbərlik iddiası heç də ciddi və əsaslı olmamışdır. Əvvəla ona görə ki, onun peyğəmbərliyi özünün iştirak etdiyi cümə namazında müfti tərəfindən e’lan olunmuşdur. Belə ki, əgər onun peyğəmbərlik iddiası ciddi olsaydı, əvvəlki şəriətlə fərqli olan şəriət gətirər və orada bə’zi dəyişikliklər apararaq özünün yeni şəriətini təbliğ edərdi. Bir halda ki, orada müsəlmanların şəriəti ilə fərqli olan (bir qədər sonra işarə edəcəyik) elə bir dəyişiklik nəzərə çarpmır. Digər tərəfdən də peyğəmbərlik iddiası edən şəxslər Allah tərəfindən onlara vəhy nazil olduğunu və bəşəriyyətə yeni asimani kitab gətirdiklərini iddia etmişlər. Bab və Bəhaullahı buna misal çəkmək olar. Lakin Qadiyani ayinində heç bir müqəddəs kitabdan söz açılmır. Belə ki, Qadiyanilər (Əhmədiyyələr) əqidələrinin sübuta yetirilməsində daim Qur’ana istinad etmişlər. Hərçənd Qur’an ayələrini öz əqidələrinə əsasən təhlil və təfsir etmişlər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, islam nöqteyi-nəzərindən peyğəmbərlərin sonuncusu həzrət Məhəmməddən (s) sonra kiminsə peyğəmbərlik iddiası etməsi tamamilə əsassız və eyni zamanda həmin şəxsin dindən çıxması deməkdir. Bu səbəbdən də istər sünni, istərsə də şiə alimləri Qulam Əhmədin dindən çıxmasına dair fətva vermişlər. Əllamə İqbal Lahuri isə Qulam Əhmədin peyğəmbərlik iddiasını həzrət Məhəmmədin (s) peyğəmbərliyinə qarşı mübarizə və islamdan xaric olmuş müstəqil məslək adlandırmışdır. Qulam Əhmədin başqa bir əqidəsi həzrət İsa Məsihlə əlaqəli idi. O, belə bir əqidədə idi ki, Məsih dara çəkilməmiş, düşmənlərinin əlindən qaçaraq Hindistana gəlmiş və Kəşmirdə sakin olub orada İncili tə’lim və təbliğ etmişdir. Yüz iyirmi il yaşadıqdan sonra orada vəfat etmiş, Kəşmirin mərkəzi Səringərdə dəfn olunmuşdur və dəfn olunduğu yer hal-hazırda «Yazasəf» adlanır.
    Qulam Əhməd cihadı rədd edərək deyir: Yaşadığımız dövrdə cihad silah yolu ilə olmamalıdır. Bəlkə sülh və əmin-amanlıqla məzhəbin əsaslarını insanlara tə’lim etmək lazımdır. Belə bir hökmün Qulam Əhməd tərəfindən verilməsi və Qadiyaniyyə firqəsinin meydana gəlməsi İngilis istismarı ilə sıx əlaqəlidir. Çünki belə bir nəzəriyyə islam ölkələrinin böyük bir hissəsini İngilis dövləti tərəfindən istismar olunduğu bir dövrdə irəli sürülmüşdür və təbii ki, belə bir şəraitdə cihad hökmünün götürülməsi İngilis dövlətinə böyük köməklik göstərə bilərdi. İngilislər müsəlmanlar arasında belə bir ideologiyanı yaymaqla onların üzərində öz hakimiyyətini çox asanlıqla bərqərar edə bildi. Bu səbəbdən də Qadiyaniyyə firqəsinin müxalifləri belə hesab edirlər ki, Qulam Əhməd ingilislərdən asılı bir şəxs idi və bu cərəyan onların təşəbbüsü ilə meydana gəlmişdir
    Bu nəzəriyyənin düzgün olub-olmaması dəqiq şəkildə məlum olmasa da, bu iş nəticə etibarı ilə eyni təsirə malik idi. Çünki Qadiyaniyyə firqəsinin meydana gəlməsi ingilislərin mənafeyinə tamamilə uyğun olmuşdur. Çünki istismarçı qüvvələr müsəlmanlar arasında təfriqə və xürafi əqidələr yaymaqla daim öz siyasətlərini həyata keçirmişlər. Təbii ki, Qadiyaniyyə ideologiyasının yayılması və cihad hökmünün aradan götürülməsi İngiltərə kimi imperialist bir qüvvənin öz məqsədinə çatmasında yaxından köməklik göstərmişdir. Qulam Əhmədin İngilis dövləti tərəfindən yüksək «Ser» ləqəbi ilə təltif olunmasının səbəbi də məhz bu idi.
    Qulam Əhməd ona iman gətirməyən müsəlmanları kafir hesab edirdi. Bu səbəbdən də Qadiyaniyyə firqəsinə mənsub olmayan imam camaata iqtida etməyi, vəfat etmiş şəxsə meyit namazı qılmağı, müsəlmanların Qadiyaniyyə qəbristanlığında dəfn olunmasını, Qadiyaniyyə qadınlarının müsəlman kişilərlə evlənməsini və Allahdan bu firqəyə mənsub olmayanların bağışlanmasını diləməyi düzgün hesab etməmişdir.
    ƏHMƏDİYYƏ FİRQƏSİNİN QULAM ƏHMƏDDƏN SONRAKI FƏALİYYƏTİ
    Qulam Əhməd vəfat etdikdən sonra onun sadiq tərəfdarlarından olan Həkim Nurəddin Bəhirəvi Məsihin ilk xəlifəsi seçildi və ondan sonra bu məqama Qulam Əhmədin 25 yaşlı oğlu Mirzə Bəşirəddin Mahmud tə’yin olundu. O bütün aləmə hakim olduğunu iddia edərək deyirdi: «Mən yalnız Qadiyaniyyə və Hind xəlifəsi deyiləm, mən qayıdacağına və’də verilmiş Məsihin xəlifəsiyəm... Mənim səltənətim bütün aləmə şamildir.»
    İkinci xəlifənin rəhbərlik dövründə Qadiyaniyyə ardıcılları arasında təfriqə yarandı və onlar iki hissəyə bölündülər. Əksəriyyəti təşkil edən birinci dəstə Bəşirəddinin rəhbərliyinə sadiq qalaraq onunla birlikdə Qadiyanın 144 kilometrliyində yerləşən Lahur şəhərinə doğru hərəkət etdilər və orada Rəbvə şəhərinin tə’məlini qoyaraq oranı özlərinə mərkəzi iqamətgah seçdilər. Onlar rəhbərlərinə sadiq qalaraq Qulam Əhməd və onun xəlifəsinin Məsih və İmam Zaman Mehdi olmaq iddialarına tə’kid edirdilər. Məşvərət məclisi adlı şura tə’sis edildi və orada xəlifənin nəzarəti altında firqənin maliyyə, əqidəvi, mədəni və təbliğat işlərinə baxılmağa başlandı. Firqənin davamçıları gəlirlərinin dörddə birini yardım məqsədilə məşvərət şurasına təhvil verməli idilər.
    İkinci dəstə Bəşirəddinin rəhbərliyindən imtina edərək Mövləvi Məhəmməd Əlini özlərinə rəhbər seçərək Lahurda məskunlaşdılar. Bu səbəbdən də onlara Lahuriyyə deyilirdi. Onlar Əhməd Qulamın İmam Zaman və peyğəmbərlik iddiasını təkzib edərək belə bir əqidədə olmuşlar ki, o, heç vaxt belə bir fikir irəli sürməmişdir. Sadəcə olaraq dində islahatlar apararaq islam dininə daxil olmuş bid’ətləri aradan çıxarmaq istəmişdir. Lahuriyyə «məşvərət məclisinə» oxşar «İslam yayım birliyini» tə’sis etməklə öz əqidələrini təbliğ etməyə başlayır. Onlar özlərinin müsəlman və Peyğəmbər (s) davamçıları olduqlarını israr etmiş və Qur’anın (Əlbəttə öz əqidələrinə müvafiq olaraq) təbliğ olunmasında böyük səylər göstərmişlər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Qulam Əhməd Qadiyaninin tərcümeyi-halını ixtisarla yazın.
    2. Qulam Əhməd necə peyğəmbərlik iddiası etmişdir?
    3. Qulam Əhmədin cihad hökmünü ləğv etməsindən daha çox kimlər faydalanmışlar?
    4. Əhmədiyyənin əqidələrini bəyan edin.
    5. Qulam Əhməd vəfat etdikdən sonra Əhmədiyyə firqəsinin aqibəti necə olmuşdur?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 966 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024