İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-01, 8:16 PM

    SUFİLİK
    Sufiliyi müstəqil cərəyan kimi digər məzhəb və firqələrdən fərqləndirən xüsusiyyət varsa, o da onun özünəməxsus qayda və adət-ən’ənələridir. Sufilik varlığın həqiqəti hesab etdiyi bəzi əqidə üsullarına əsaslanır ki, onlara çatmaq üçün bir sıra qayda-qanunlar müəyyənləşdirmişdir. Bu dərsimizdə Sufiliyin ideoloji əsasları və adət-ən’ənələri haqda söhbət açacağıq.
    1.SUFİLİYİN ƏQİDƏ ƏSASLARI
    Sufiliyin ən mühüm əsasları aşağıdakılardır:
    1. Tövhid və vəhdəti-vücud;
    Sufilər təkallahlığı vəhdəti-vücud kimi mə’nalandırırlar. Yə’ni, varlıq yeganə həqiqətdən ibarətdir və batində özünün kamil birliyi ilə hər növ təfriqə və çoxluqla tam ziddir. Varlıq, çoxluğu əks etdirən zahirdən ibarətdir və bu çoxluqlar zahiri olub varlığın həqiqəti deyil, görünüşü hesab olunurlar. Bu bəhs haqqında nəzəri irfanda geniş şəkildə söhbət açılmış, dəlil və sübutlar gətirilmişdir. Sufilər isə onu öz əqidə və dünyagörüşlərinin əsası kimi qəbul etmişlər.
    2. Eşq;
    Sufiliyin əsaslarından birini də irfani üsullardan olan «eşq» təşkil edir. Ariflər Allaha qarşı olan sonsuz eşqi insanın Allaha yaxınlaşmağının və Onun razılığını qazanmağın ən başlıca amili hesab edirlər. Allaha olan eşq insanda Allahın sevdiyi şeylərə qarşı məhəbbət yaradır. İlahi yolun yolçusu Allaha qovuşmaq üçün ilk növbədə Onun razılığını qazanmalıdır. Bu səbəbdən də Allaha və Onun adının məzhəri olan hər bir varlığa qarşı öz sevgi və məhəbbətini biruzə verməlidir. Sevgi və istəyin bu şəkildə zahir edilməsi irfanda eşq adlanır və bu, məhəbbətin yüksək dərəcəsidir.
    3. Fəna;
    Arif və sufilər belə bir əqidədədirlər ki, insan vəhdət məqamına çatmaq üçün sözün əsl mə’nasında Allahın vücudunda fani olmalıdır. Fəna insanın xudpəsəndliyi və Allaha xas olmayan bütün xüsusiyyətləri özündən uzaqlaşdırıb bütün ilahi xislətlərə yiyələnməsinə və tam mə’nada Allahın əmrinə tabe olmasına deyilir. Bu mərhələyə çatdıqdan sonra Allahdan başqa bir varlıq görməməli və Onun istək və iradəsindən başqa heç bir şey istəməməlidir.
    4. Vilayət;
    Vilayət irfanda rəhbərlik, məhəbbət, yaxınlıq və Allahın zati xüsusiyyətlərindən birinə deyilir. Belə ki, bunun əsasında bütün məxluqat, o cümlədən insanlar Allah-taalanın mütləq ixtiyarı altındadır. Övliyaların (imamların) vilayəti [rəhbərliyi] ilahi vilayətdən irəli gəlir. Bunun üçün də vəli o şəxsə deyilir ki, Allahın müqəddəs zatında fani olaraq insanların hidayətini öz üzərinə götürmüş olsun.
    Arif və Sufilər vilayətin fasiləsiz olaraq davam etməsini zəruri hesab edirlər. O, bütün dövrlərdə insanlar arasında olmalıdır və Allaha yaxınlaşmaq istəyən şəxslər onun hidayətindən bəhrələnməlidirlər.
    5. Şəriət və təriqət.
    Sufilər şəriəti zahid və abidlərin kamala çatmaları üçün vasitə hesab edirlər. Kamala çataraq həqiqətə qovuşduqdan sonra şər’i vəzifələr onların üzərindən götürülür. Bunun üçün də şəriətin zahirinə əməl etməyi adi insanların vəzifəsi hesab edirlər. Lakin mə’nəvi seyrdə olanlar üçün yəqinə çatanadək şər’i hökmlərə əməl etməyi zəruri hesab edirlər. Bu səbəbdən bir çox sufi firqələri Sufiliyin ilkin mərhələsində olanlara vacib və müstəhəb şər’i hökmləri yerinə yetirmələrinə tə’kid etmişlər. Lakin özlərinin dedikləri kimi, fəna məqamına çatdıqdan sonra bütün şər’i hökmlər götürülmüş olur. Sufilərlə müxalif olanların əsas dəlillərindən biri onların şər’i hökmlərə diqqət yetirməmələridir. Müxaliflər Peyğəmbərin (s) həyatını misal gətirərək onlardan soruşurlar ki, o həzrət ömrünün axırına qədər şəri hökmlərə əməl etməmişdimi və ya bunların çatmaq istədiyi məqama çatmamışdımı?
    Sufilərin şəriətlə yanaşı, təriqətə də e’tiqadları olmuşdur. Onlar belə bir əqidədə olmuşlar ki, şəriət dinin zahiri görünüşüdür, onun batini isə təriqətdir. Bunun üçün də ilahi yolun yolçusu dinin zahirindən keçərək onun batininə qovuşmalıdır. Və zahiri əməlləri yerinə yetirmək əvəzinə, batinə diqqət yetirməlidir. Bu isə tərkidünyalıq, daimi zikr, varlığın ilkin mənşəyinə diqqət yetirmək, sədaqət və ixlasa riayət etməkdən ibarətdir.
    2. SUFİLİYİN QAYDA-QANUNLARI
    Mə’nəvi saflığa və fəna məqamına çatmaq üçün sufilər özlərinə xas olan qayda-qanunlar icad etmişlər:
    1. Riyazət (ruhi məşğələlər);
    Riyazət – insanın özünü haram şeylərdən çəkindirməyə və vacib olan şeylərə əməl etməyə adət etdirməsinə deyilir. İslam əxlaq və irfanı bu məsələyə xüsusi diqqət yetirmiş və bu barədə dini rəhbərlər tərəfindən çoxlu tövsiyələr olunmuşdur. Lakin sufi təriqətində müşahidə olunan riyazət şər’i riyazətdən olduqca fərqlidir. Sufilər nəfsin riyazətini «nəfsi öldürmək» kimi qələmə verir, ruhun maddi və dünyəvi bağlılıqdan yaxa qurtararaq mə’nəvi aləmə ucalması üçün bütün nəfsani istəklərinə mənfi cavab verirlər. Bütün nəfsani istəkləri, o cümlədən ailə qurmaq, ev-eşik sahibi olub asayişə yiyələnmək, münasib paltarlar geymək, dadlı yeməklər yeməmək və s. işlər Sufi riyazətlərindən hesab olunur.
    2. Xanəgah;
    Xanəgah, sufilərin yaşayış və dini mərasimlər keçirdikləri yerlərə deyilir. Zikr, vəcdə gəlmək, çillə çıxarmaq və bu kimi mərasimlər xanəgahlarda keçirilir. Bütün xanəgahlarda mürşidlər üçün ibadət və mərasimləri keçirmək məqsədilə xüsusi yerlər nəzərdə tutulmuşdur. Xanəgahlara girmək və orada məskunlaşmağın özünəməxsus qayda-qanunları vardır.
    3. Xirqə;
    Xirqə, pir və mürşid tərəfindən sınaqdan müvəffəqiyyətlə çıxmış ilahi yolun yolçusunun əyinlərinə geyindikləri kiçik parçalardan tikilmiş gen paltarlara deyilir. Xirqə iki növdən ibarətdir: İradət və təbərrük xirqəsi. Müriddə mə’nəvi seyrə sədaqət və həqiqi istək müşahidə olunduqda, şeyx tərəfindən ona iradət xirqəsi geyindirilir. Beləliklə, bir növ ona Allah tərəfindən bəşarət və müjdə verilir. Təbərrük xirqəsi isə mürşidin şeyxdən təbərrük alması üçün geyinilir.
    4. Şeyx və mürşid;
    Sufilər ilahi yolun yolçusunun ən yüksək məqamını xirqə geyinməkdə, pir və şeyxlik dərəcəsinə çatmaqda görürlər.
    Pir, şeyx və ya mürşid o şəxsə deyilir ki, ilahi yolun yolçusuna keçdiyi bütün mərhələlərdə yol göstərib, onu düzgün istiqamətləndirmiş olsun. Mürid şeyxin qarşısında təslim olmalıdır və heç bir ixtiyara malik deyildir. Pir və mürşidə «qütb» də deyilir.
    5. Sima;
    Sima, sufilərdən birinin avaz oxuyub başqalarının dinləməsinə, ya cəm halda ney və dəflə avaz oxumalarına və ya heç bir musiqi aləti olmadan rəqs edərək vəcdə gəlmələrinə deyilir. Sima məclisləri və avaz oxumaq sufilərin haldan-hala düşmələri üçün təşkil olunur.
    6. Şəthiyyat.
    Şəthiyyat, sufilərin sima məclislərində vəcdə gəldikdən sonra ixtiyarsız olaraq dedikləri sözlərə deyilir. Şəthiyyat iki hissədən ibarətdir:
    1. İlahi eşqin yüksək dərəcələrinə çatdıqlarına dair etdikləri iddialar; Belə bir yüksək məqama çatmaları onları dua və ibadətdən ehtiyacsız etmişdir. Onlardan bə’ziləri iddia etmişlər ki, Allahla onlar arasında olan bütün maneələr götürülmüşdür və hətta Onun dediklərini də eşidirlər. «Ənəl həqq», «Sübhani, sübhani, ma əzəmə şə’ni» (Mənəm haqq) və (pakam mən, pakam mən, şə’nim nə qədər də böyükdür...) və s. ifadələr sufi şəthiyyatlarından hesab olunur.
    2. Kimsənin mə’na və məfhumunu başa düşə bilmədiyi cümlələr. Bunlar dinləyicini özünə cəlb edən gözəl və aldadıcı ibarətlərdən savayı bir şey deyildir.
    Sufilərin istifadə etdikləri digər ifadələrə də «tamat» deyilir və bu onların şər’i ibadətləri özünün zahiri və həqiqi mə’nalarından, batini və fərz olunmayan mə’nalarda işlətmələridir.
    * * *
    Sufiliyin adət-ən’ənələri və qayda-qanunları haqda ətraflı söhbət açdıqdan sonra, onların əqidə və şəriət əsaslarını İslam dini ilə tətbiq etməyi oxucuların ixtiyarına buraxırıq. Bir qədər dərindən fikirləşdikdə, onların hansı birinin islam dininin əqidəvi və şər’i əsasları ilə müvafiq olub-olmadığı aşkara çıxır. Peyğəmbərin (s) buyuruq və həyat tərzi müsəlmanların haqq yoldan uzaq düşməmələri üçün ən gözəl örnək və əxlaq nümunəsidir. Ondan sonra da sadiq davamçılarının həyat tərzini onun sünnə və buyuruqları ilə müqayisə edərək bu təriqətin [sufiliyin] nə dərəcədə doğru-düzgün olmasını müəyyənləşdirmək olar.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Sufilərin tövhidə olan baxışı nədən ibarətdir?
    2. Eşq nə deməkdir və irfanda nə kimi rol oynayır?
    3. Fənanı izah edin.
    4. Sufilik vilayət barədə hansı əqidədədir?
    5. Şəriətlə təriqətin fərqi nədən ibarətdir?
    6. Sufilər riyazəti necə tə’rif edirlər?
    7. Sima nə deməkdir?
    8. Şəth nə mə’na daşıyır?
    ƏLLİ DOQQUZUNCU DƏRS
    Sufilik neçə firqəyə bölünür?
    SUFİ FİRQƏLƏRİ (1)
    Sufi firqələrinin hər birinin müəyyən qütb və ya qütblərdən birinə aid olması, onların sayının həddindən artıq çox olmasına səbəb olmuşdur. Bunun üçün də sufi firqələrinin sayını dəqiq şəkildə göstərmək olduqca çətin bir işdir. Növbəti iki dərsimizdə bu firqələrin ən məşhurları haqda qısa şəkildə danışacağıq.
    1. Üveysisiyyə;
    Bu firqəni Üveys Qərəniyə mənsub edirlər və onun üzvləri də özlərini onun davamçıları sayırlar. Üveys Qərəni tabeinlərdən* olmuş, öz təqvası ilə müsəlmanlar arasında şöhrət qazanmışdır. Əlbəttə o, bu firqəni tə’sis etməmişdir, sadəcə olaraq yüksək fəzilət və əxlaqi xüsusiyyətlərə malik olduğu üçün bəzi müsəlmanlar özlərini onun davamçıları hesab etmişlər. Bu firqə ardıcıllarının şeyx və müridləri olmamışdır.
    2. Kumeyliyyə;
    Bu firqənin üzvləri özlərini Kumeyl ibni Ziyad Nəxəiyə mənsub etmişlər. Kumeyl də Üveys kimi tabeinlərdən olmuş və Əli ibni Əbu Talibin (ə) yüksək rəğbətini qazana bilmişdir. O, Əli əleyhissəlamdan islam maarifinin bir çox sirlərini öyrənmiş, hikmətamiz xütbə və duaları ondan tə’lim almışdır. Məşhur Kumeyl duası da məhz onun adı ilə bağlıdır. Kumeyl də bu firqəni tə’sis etməmişdir, lakin Kumeyliyyə firqəsinin tərəfdarları belə bir əqidədə olmuşlar ki, onların firqəsi Kumeyl qütbündən, o da bunu Əli ibni Əbu Talibdən almışdır.
    3. Ədhəmiyyə.
    Bu firqənin üzvləri İbrahim ibni Ədhəm Bəlxinin tərəfdarlarıdır. İbni Ədhəm Sufi təriqətinin böyük şəxsiyyətlərindən olmuşdur və bütün Sufi firqələri ona xüsusi hörmət və ehtiramla yanaşmışlar. İbrahim Ədhəmin tərcümeyi-halında deyilir ki, o əvvəllər Bəlxin padşahı və bütün şahlar kimi böyük var-dövlət sahibi olmuşdur. Bir gün axşam çağı yatağında istirahət etdiyi zaman evin damından bir səs eşidir. Soruşur: Kimdir? Evin damından bir şəxs cavab verir ki, dəvəmi itirmişəm, onu axtarıram. İbrahim deyir: Ey nadan, dəvə damda nə gəzir? Şəxs cavab verir: Ey qafil insan, bəs sən niyə Allahı atlas paltarlarda və qızıllı taxtlarda axtarırsan?! O bu sözlərdən heyrətə gələrək gecəni səhərədək yatmır. Həmin günün sabahı kədərli halda öz taxtında oturarkən hamının gözü qarşısında olduqca heybətli bir şəxs saraya daxil olur. Qulluqçular onun qorxusundan içəri girə bilmirlər. Həmin şəxs İbrahimə tərəf gəlib taxtın qarşısında dayanır.
    İbrahim soruşur: Nə istəyirsən?
    Şəxs deyir: İstəyirəm bu mehmanxanada bir qədər istirahət edim.
    İbrahim deyir: Dəli olmusan? Bura mehmanxana deyil, mənim qəsrimdir.
    O soruşur: Bura səndən əvvəl kimin olmuşdur?
    Atamın - deyə, İbrahim cavab verir.
    Şəxs soruşur: Bəs ondan əvvəl?
    İbrahim deyir: Atamın atasının.
    Həmin şəxs sualını təkrar edərək soruşur: Bəs ondan əvvəl kimin olmuşdur?
    İbrahim deyir: Filan şəxsin.
    Şəxs bir daha soruşur: Onların aqibəti necə olmuşdur?
    İbrahim cavab verir: Hamısı ölmüşlər.
    Həmin şəxs deyir: Əgər bura mehmanxana deyilsə, onda bəs nə üçün biri gəlib, digəri gedir?
    İbrahim bu sözlərdən mütəəssir olaraq ov bəhanəsi ilə qəsrindən xaric olur və yolda öz adamlarından uzaqlaşaraq həqiqətə qovuşmaq üçün səhraya üz tutur.(Təzkirətul-övliya, Əttar Nişapuri)
    4.Söhrəvərdiyyə;
    Bu firqə Əbu Həfs Ömər ibni Əbdullah Söhrəvərdiyə mənsubdur. Onlar Mə’rufiyyə adlanan başqa bir sufi firqəsinin bir qolunu təşkil edirlər. Mə’rufiyyə firqəsi isə Mə’ruf Kərxiyə mənsubdur. Mə’ruf Kərxi 8-ci imam Əli ibni Musa Riza ilə bir dövrdə yaşamışdır. Onun tərəfdarları belə bir əqidədə olmuşlar ki, Mə’ruf öz xirqəsini imam Rizadan (ə) almışdır. Lakin imamiyyə ardıcılları bu iddianı qətiyyətlə rədd edirlər. Söhrəvərdiyyə firqəsinin tərəfdarları Hindistan, Pakistan və Əfqanıstanda yaşayırlar. Onlar özlərini 1-ci xəlifə Əbu Bəkr Siddiqin tərəfdarları hesab etdikləri üçün Siddiqiyyə adı ilə də məşhur olmuşlar.
    5. Mövləviyyə;
    Türkiyədə meydana gəlmiş sufi firqələrindən birini təşkil edir. Bu firqənin tərəfdarları özlərini, Mövləvi kimi şöhrət tapmış Cəlaləddin Məhəmməd Bəlxiyə mənsub edirlər. Mövləvi irfan və sufi təriqətinin görkəmli şəxsiyyətlərindən biri hesab olunur. Onun «Məsnəvi» və «Şəms Təbrizinin divanı» adlı iki kitabı sufi və ariflər arasında daha çox şöhrət tapmışdır. Mövləvi Hicrətin 672-ci ilində vəfat etmiş və Türkiyənin Konya şəhərində dəfn olunmuşdur. Onun qəbri sufilərin ziyarətgahı hesab olunur.
    6. Ne’mətullahiyyə;
    Bu firqə Şah Ne’mətullah Vəli Kermaniyə mənsub olan məşhur sufi təriqətidir. O, Hicrətin 8-ci əsrinin məşhur sufilərindən olmuş, Seyyid və ya Şah ləqəbi ilə şöhrət qazanmışdır. Şah Ne’mətullah Vəli Hicrətin 730-cu ilində Hələbdə dünyaya gəlmiş və 843-cü ilində Kermanın tabeliyində olan Mahan şəhərində vəfat etmişdir. Qəbri sufilərin ziyarətgahına çevrilmişdir. Şah Ne’mətullah Vəli sufi təriqətinə mənsub olduğu üçün şöhrət tapmışdır və hal-hazırda bir çox tərəfdarları vardır. Şah Ne’mətullahın divanı müasir dövrə də gəlib çıxmışdır və bu şe’rlərin əksəriyyətini «vəhdəti-vücud» mövzusu təşkil edir.
    7. Hürufiyyə;
    Hürufilər «Hürufi» ləqəbi ilə şöhrət tapmış Fəzlullah Nəimi Əstərabadinin tərəfdarlarıdırlar. Fəzlullah Əstərabadi Hicrətin 740-cı ilində Əstərabadda dünyaya gəlmişdir və 796-cı ildə Teymurləngin oğlu Miran şah tərəfindən qətlə yetirilmişdir. Əstərabadi belə bir əqidədə olmuşdur ki, bütün hərflər müqəddəsdir və hər bir hərfin öz sirri vardır. O Allahın nurdan ibarət olduğunu və bədən üzvlərinin əlifba hərflərinə oxşar olduğunu hesab etmişdir. Məsələn, əlifbanın ilk hərfi olan «Əlef» onun ayağı, «Ayn» hərfi onun gözü və s. Beləliklə, o bütün hərfləri müqəddəs hesab etmişdir.
    Hürufilər belə bir əqidədədirlər ki, hərflər gözəl simalarda təcəlli olunurlar. Bu səbəbdən də gözəl görünüşə malik olanlar müqəddəsdir və başqalarından daha çox sevilməyə layiqdirlər. Onların əqidəsinə görə, Allah-taala ərş* və sidrətul-muntəhanı* insanın surətində gizlətmişdir və Peyğəmbərin (s) me’racı öz surətinin cizgilərini başa düşmək və həmin cizgilərdə ilahi fəzli müşahidə etməklə baş vermişdir.
    Şiələrin ğulat və mürtəd hesab etdikləri hürufi təriqəti belə bir əqidədə olmuşdur ki, Allah insanın vücudunda təcəlli edir və bu təcəlli peyğəmbərlərin, müqəddəs övliyaların vücudunda baş verir. Bu silsilə Peyğəmbərdən (s) sonra Əli ibni Əbu Talibə və ondan sonrakı imamlara keçmiş, on birinci imam Həsən ibni Əli Əskəridən sonra Fəzlullah Əstərabadidə başa çatmışdır. Bunun üçün də o övliyaların sonuncusu hesab olunur. Əstərabadidən sonra vilayət silsiləsi ilahiləşmiş və o, bu mərhələnin də ilahi məzhərinə çevrilmişdir.
    8. Nöqtəviyyə;
    Nöqtəviyyə firqəsinin Məhəmməd Pəsixani Gilaniyə mənsub olduğu göstərilir. Deyilənlərə görə o, əvvəllər Əstərabadinin tərəfdarlarından olmuş, lakin təkəbbür və xudpəsəndliyi üzündən Fəzlullah onu özündən uzaqlaşdırmışdır. Beləliklə, Məhəmməd müstəqil firqə təşkil edərək onu öz adı ilə yə’ni, «Pəsixaniyyə» adlandırmışdır. Onlar torpağı «nöqtə» adlandırdıqları və hər şeyin ondan yarandığına etiqad bəslədikləri üçün Nöqtəviyyə də adlandırılmışlar.
    Onların əqidəsinə görə, peyğəmbərlik su, vilayət torpaq və onların hər ikisinin cövhəri isə duzdur. Bunun üçün də bu firqənin ardıcılları su, torpaq və duzu müqəddəs sanır və suyu həzrət Fatimənin (ə) mehriyyəsi* hesab edirlər.
    Nöqtəviyyənin digər e’tiqadlarından biri də budur ki, Qur’an «Fatihə» (Həmd) surəsində xülasələnmişdir. Onların fikrincə, bu surənin özü Bismillah ayəsində, Bismillah ayəsi «be» hərfində və «be» hərfi isə onun nöqtəsində yerləşdirilmişdir. Əli ibni Əbu Talib (ə) da həmin nöqtə hesab olunur. Bu firqəyə görə, Əli ibni Əbu Talib (ə) ümumi vilayətə sahib olduğu üçün Əbu Turab (torpağın atası) sayılır.
    9. Bektaşiyyə;
    Bu firqə Hacı Bektaş ləqəbi ilə məşhur olan Seyyid Məhəmməd Rəzəvi tərəfindən tə’sis olunmuşdur. Tərəfdarlarının əksəriyyəti Balkan yarımadasında və Türkiyədə məskunlaşmışlar.
    Bektaşiyyə tərəfdarları Hürufi firqəsindən hesab olunur və Fəzlullah Əstərabadiyə böyük hörmət və ehtiramla yanaşırlar. Bektaşiyyənin Ğulatlarla bir çox oxşar cəhətləri olduğu üçün şiə və sünni məzhəbləri onların mürtəd və islamdan xaric olduqlarına dair fətva vermişlər. Çünki Bektaşiyyə məsihi dinindən mütəəssir olaraq üçlük əqidəsinə etiqad bəsləmişlər. Məsihilərin müqəddəs hesab etdikləri üçlüyü - Ata, Oğul, Ruhul-qudus»u «Allah», «Məhəmməd», «Əli» üçlüyü ilə əvəz etmişlər. Həmçinin şərabı haram hesab etmədikləri üçün təşkil etdikləri «Rəbbani gecələrində» süfrəyə çörək, şərab və pendir qoyur və məsihilər tək «e’tiraf» mərasimləri quraraq şeyxlərinin qarşısında günahlarını iqrar edirlər. Bektaşiyyədə hicab hökmü də ləğv edilmişdir.
    10. Səfəviyyə.
    Səfəviyyə Söhrəvərdiyyə firqəsindən ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Səfəviyyə firqəsinin tərəfdarları cənubi Azərbaycanda, xüsusilə Ərdəbildə məskunlaşmışlar. Firqəyə rəhbərliyi Şeyx Səfiyəddin Ərdəbili öz üzərinə götürmüşdür. Bu firqə Hicrətin 907-ci ilində Şah İsmayılın rəhbərliyi ilə Səfəvilər hökumətini tə’sis etmişlər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Üveysiyyə və Kumeyliyyə tərəfdarları özlərini kimə mənsub edirlər?
    2. İbrahim Ədhəm kim olmuş və nə kimi işlər görmüşdür?
    3. Söhrəvərdiyyə tərəfdarları hansı firqədən ayrılmış və hansı məntəqələrdə sakin olmuşlar?
    4. Hürufiyyə firqəsinin əqidə əsaslarını bəyan edin.
    5. Nöqtəviyyənin nə kimi e’tiqadı olmuşdur?
    6. Bektaşiyyə hansı əqidənin tə’siri altına düşmüşdür?
    ALTMIŞINCI DƏRS
    Sufilik neçə firqəyə bölünmüşdür?
    Sufi firqələrinin adları hansılardır?
    SUFİ FİRQƏLƏRİ (2)
    11. Əhli həqq;
    Əhli həqq dərviş məsləkli sufi firqələrindən olmuşdur. Əli ibni Əbu Talibə qarşı məhəbbətdə ifrata vardıqları üçün «Əliyullah» kimi də məşhur olmuşlar. Onlar bu adı öz üzərlərindən götürmələrinə və Allahın Əli ibni Əbu Talibə hülul etməsinə dair onlara aid olunan e’tiqadı rədd etmələrinə baxmayaraq, bə’zi ifratçı əqidələrinə görə ğulatlardan hesab olunmuş, sünni və şiə alimləri tərəfindən küfr etməkdə ittiham edilmişlər.
    Əhli həqq tərəfdarlarının əksəriyyəti İranın qərb və İraqın kürdlər yaşadığı məntəqədə məskunlaşmışlar. Onları başqalarından fərqləndirən ən başlıca xüsusiyyətlərindən biri də, dodaqlarının üstünü örtən uzun və qalın bığ saxlamaları olmuşdur. Əhli həqq belə bir əqidədədir ki, Əli ibni Əbu Talib bığını azaltmamış və ömrünün sonunadək belə qalmışdır. Bunun üçün də Əhli həqq bığlarını qırxmağı günah və olduqca qəbahətli bir iş hesab etmişlər.
    Onlar özlərinin dərin və tarixi köklərə yiyələndiklərini güman etmiş və belə bir əqidədə olmuşlar ki, onların firqələri Hicrətin 2-ci əsrində meydana gəlmiş, 7-ci əsrdə isə yeni mərhələyə başlamışdır. Bə’zilərinə görə bu firqə 4-cü əsrdə Şah Xuvəysin ləqəbi ilə məşhur olan «Mübarək şah» tərəfindən tə’sis edilmişdir. Şah Xuvəysin İranın Loristan nahiyəsində sufi qütblərindən və sufi təriqətlərindən birinin rəhbəri olmuşdur. Ölüm ayağında öz tərəfdarlarına, vəfat etdikdən yüz il sonra Soltan Səhhak, ya İshaq adlı şəxsin cisminə hülul edərək onların rəhbərliyini öz üzərinə götürəcəyini və’də vermişdir. Beləliklə, Əhli həqq tərəfdarları illər boyu Səhhakın intizarında olmuş, nəhayət onu taparaq ətrafına toplaşmışlar. Onların tənasüx və hülul nəzəriyyəsinə olan e’tiqadları da məhz buradan nəş’ət tapmışdır. Çünki Əhli həqq belə bir əqidədə olmuşdur ki, ölüm, ruhun günahdan təmizlənməsi üçün cismin birindən digərinə keçmə vasitəsidir. Belə ki, ruh ikinci cismə keçməklə daha da ucalaraq ilahiləşir. Şah Xuvəysin öz tərəfdarlarına tə’lim verdiyi hülul məsələsi (öz ruhunun Soltan Səhhakın cisminə keçəcəyi) onlar üçün əqidəyə çevrilmişdir və bu etiqad hələ də qalmaqdadır.
    Əhli həqqin islam, zərdüşt, yəhudi, məsihi, mani və hind dinlərindən meydana gəlmiş əqidə əsasları «Başlanğıc» adlı kitablarında ətraflı izah edilmişdir. Əhli həqq İslam dininin vacib etdiyi ibadi məsələləri qəbul etmir və özlərinə xas olan ibadətlər yerinə yetirirlər. Əlbəttə, ilk mərhələdə şəriət adlandırdıqları mə’nəvi seyri lazım bilirlər. Lakin bu mərhələni arxada qoyduqdan sonra, yə’ni təriqət, mə’rifət və həqiqət mərhələsinə qədəm qoyduqları zaman, artıq şər’i ibadətlərin yerinə yetirilməsində heç bir lüzum görmürlər. Əhli həqq sufiləri həftədə bir və ya bir neçə dəfə «Cəmxanə» adlandırdıqları ibadətgahlara toplanıb öz mərasimlərini «Yə Əli» zikri ilə başlayırlar. İbadət mərasimləri zərb, qaval və digər musiqi alətləri ilə davam etdirilir. Şe’r və digər zikirlər oxunduqdan sonra növbə sima və rəqs mərhələsinə çatır.
    12. Məlamətiyyə;
    Məlamətiyyə firqəsi Xorasan sufi təriqətlərindən olmuş və özlərini Əhli həqq hesab etmişlər. Bilmək lazımdır ki, sufi firqələrinin bir çoxu özlərini Əhli həqq kimi tanıtdırmaq istəmişlər və bu heç də onların əqidə və e’tiqadlarını davam etdirmək deyildir.
    Məlamətiyyə, Həmdun Qəssarın davamçılarına deyilir. Onların Məlamətiyyə adlandırılmasının əsas səbəbi firqə üzvlərinin camaatın danlaq və tənqidlərini qəbul etmələri olmuşdur. (Məlamət - ərəb dilində danlamaq və tənqid etmək deməkdir). Onlar belə bir əqidədə olmuşlar ki, sufi özünün xeyirxah işlərini hamıdan gizli saxlamalı və zahirdə özünü elə göstərməlidir ki, başqaları onları danlayıb tənqid etsin. Yə’ni insanlar onlara təhqir gözü ilə baxıb e’tinasızlıqla yanaşsınlar.
    13. Əhli fütuvvət;
    Əhli fütuvvət və ya «cəsurların şahı» sufi tə’limlərinin tə’siri altına düşərək onların bir çox adət-ən’ənələrini qoruyub saxlaya bilmişdir. Onlar öz ayinlərinin (əqidə əsaslarını) azadlıq, mehribançılıq, səxavət, ehtiyacı olanlara yardım etməkdən ibarət olduğunu hesab edirlər. Belə ki, Əyyarlar adlanan bir qrup şəxs (Yə’qub Ləys Səffari də onlardan biri idi) yoxsullara kömək məqsədilə varlıların var-dövlətini qarət edər, oğurlanmış şeylərdən özlərinə bir şey götürmədən onu yoxsullar arasında bərabər şəkildə bölüşdürərdilər. Əlbəttə, oğurluq Əhli fütuvvət tərəfindən hamılıqla qəbul edilməmişdir.
    Onlar Əli ibni Əbu Talibi özlərinə rəhbər hesab edərək Peyğəmbərin (s) Ühüd döyüşündə onun barəsində «Əlidən yaxşı bir insan və Zülfüqardan yaxşı bir qılınc yoxdur» buyurduğuna istinad edərək ona «cəsurların şahı» ləqəbini vermişdilər.
    Cəsurlar ayinində xirqə «cəsur şalvarı» ilə əvəz olundu. Onlar şeyx və mürşidlərə fəxri şalvar alaraq kəmərlərini də onların əli ilə qurşayardılar.
    14. Qələndəriyyə;
    Qələndəriyyə sufi təriqətinin başqa bir qolunu təşkil edir və Məlamətiyyəyə yaxın hesab olunur. Onların mə’na və mənşəyi haqda bir çox ehtimal və fərziyyələr irəli sürülsə də, həqiqi mə’nası hələ də dəqiq mə’lum deyildir. Mə’lum olan bir şey varsa, o da qələndəriyyənin sufi təriqətlərinin bir qolunu təşkil etməsidir. Lakin onlardan fərqli olaraq xanəgah adət-ən’ənələrini və sufilik mə’qamını gizli saxlamağı qəbul etmirlər. Qələndəriyyənin özünəməxsus xüsusiyyətlərindən biri də baş və üz (hətta qaşlarının) tüklərini qırxıb əllərinə zənbil alaraq yolçuluq etməkdən ibarətdir. Baş və üz tükləri şeyx və mürşidlər tərəfindən qırxılar və onlara qayçı mürşid deyilərdi.
    15. Nəqşbəndiyyə;
    Nəqşbəndiyyə firqəsi Xacəqan kimi tanınan sufi təriqətlərinin davamını təşkil edir. Nəqşbəndiyyə Hicrətin 6-cı əsrində Xacə Əbdülxaliq Ğuçdəvani tərəfindən tə’sis olunmuşdur. Hicrətin 10-cu əsrindən e’tibarən, bu firqə Xacə Bəhaüddin Məhəmməd Nəqşbəndi Buxarinin adı ilə bağlı olaraq «Nəqşbəndiyyə» kimi məşhurlaşmağa başladı və hal-hazırda Orta Asiyanın müxtəlif məntəqələrində, Hindistan və Xorasanın şimalında fəaliyyət göstərir.
    16. Qadiriyyə;
    Qadiriyyə firqəsi Abdul Qadir Gilani tərəfindən tə’sis olunmuşdur. O Hicrətin 561-ci ilində vəfat etmişdir. Bir çox xürafi əqidələrə malik olan Qadiriyyə firqəsi hal-hazırda Afrikanın şimal-qərb, Hindistan və Türkiyənin Antalya şəhərində fəaliyyət göstərir.
    17. Şazəliyyə;
    Şazəliyyə firqəsi Əli ibni Əbdullah Şazəli Məğribinin (591-656 Hicri) tərəfdarları hesab olunurlar. O, şimali Afrika ölkələrinin məşhur sufi şeyxlərindən olmuşdur. Şazəliyyənin əqidə əsasları bunlardan ibarətdir:
    1. İstər aşkarda, istərsə də gizlində ilahi təqvaya riayət etmək;
    2. Dil və əməldə Peyğəmbərin (s) sünnəsinə əməl etmək;
    3. Hər zaman insanlardan ehtiyacsız olmaq;
    4. Allahın bəxş etdiyi bütün ne’mətlərdən (istər az olsun, istərsə də çox) razı olmaq;
    5. Müsəlman, məsihi və yəhudiləri bərabər hesab etmək. Şazəliyyə firqəsinin davamçıları hal-hazırda Şimali Afrikada məskunlaşmışlar.
    18. Ticaniyyə;
    Bu firqə Əbu Abbas Əhməd ibni Məhəmməd Ticani (1150-1230 Hicri) tərəfindən tə’sis olunmuşdur. O, Əlcəzairdə dünyaya gəlmiş və Mərakeşin Fas şəhərində vəfat edərək elə oradaca dəfn olunmuşdur. Qəbri, Ticaniyyə tərəfindən indinin özündə də ziyarət olunur. Həcc ziyarətinə getmək istəyən hər bir ticani ilk növbədə onun qəbrini ziyarət etməlidir. Hal-hazırda Afrikanın qərb və şərq ölkələrində Ticaniyyənin bir çox tərəfdarları vardır. Əmir Əbdül Qadir Cəzairi Əlcəzairdə fransızların istismarına qarşı aparılan mübarizə hərəkatına rəhbərlik etmişdir. Çoxlu zikr demək Ticaniyyə ardıcıllarının əsas ayinlərindən hesab olunur. Firqəyə rəhbərlik edən mürşidlər öz davamçılarına müəyyən vaxtlarda zikr etməyi tövsiyə edib onlara, bunun yeni-yeni növlərini tə’lim etməlidirlər.
    19. Müridiyyə;
    Bu firqə 19-cu əsrdə Seneqalda Əhməd Vəbamba tərəfindən tə’sis olunmuşdur. Əhməd Vəbamba əvvəllər Afrikanın Qadiriyyə sufi təriqətinə mənsub olmuş, sonralar Müridiyyə kimi məşhur olan yeni sufi firqəsinin əsasını qoymuşdur. 1887-ci ildə Seneqalda tə’sis etdiyi Tuba şəhəri Afrika sufilərinin müqəddəs dini mərkəzi olmuşdur. Müridiyyənin əqidə əsasları Ticaniyyə və Qadiriyyə firqələrinin əqidə və e’tiqadlarından ibarət olmuşdur.
    20. Nurbəxşiyyə;
    Bu firqə Seyyid Məhəmməd Nurbəxşə mənsub edilir. O, Seyyid Əli Həmdaninin irfani baxışlarının tə’siri altına düşərək dinin təbliği üçün Kəşmirə getmiş və orada Həmdaninin əqidəsini geniş şəkildə yaya bilmişdir. İndinin özündə də Kəşmirlə yanaşı, Hindistan, Pakistan və İranın şərq nahiyəsində özünə bir çox tərəfdar yığa bilmişdir. Nurbəxşiyyənin əqidə əsasları İmamiyyəyə daha yaxındır, bid’ət və xurafatlardan çox az mütəəssir olmuşdur.
    21. Sənusiyyə.
    Sənusiyyə tərəfdarları hal-hazırda Şimali Afrikada məskunlaşmışlar. Bu firqə milliyətcə Əlcazairli olan Seyyid Məhəmməd ibni Əli Sənusi (1202-1276) tərəfindən tə’sis olunmuşdur. Sənusi bir tərəfdən şimali Afrika sufilərinin, digər tərəfdən də sələfiyyə əqidəsinin tə’siri altına düşərək, İslam e’tiqadlarını saflaşdırmaq məqsədilə, öz adı ilə bağlı olan bu firqəni tə’sis edir. O, belə bir əqidədə idi ki, müsəlmanların pərakəndə hala düşmələrinin və xarici dövlətlərin onların üzərində hakim olmalarının əsas səbəbi batil və yanlış ideologiyaların onların əqidəsinə tə’sir etməsidir. Bu səbəbdən də Sənusiyyənin sufi üslubu 1-ci əsrin təqva və pəhrizkarlığına qayıtmaqdan ibarət olmuşdur. Hərçənd Sələfilərə tutulan iradlar Sənusiyyəyə də şamil olunur. Lakin sufilərin sima, musiqi ilə vəcd və zikr, rəqs kimi qayda-qanunları Sənusiyyə firqəsində nəzərə çarpmır.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əhli həqqin əqidə əsaslarını izah edin.
    2. Məlamətiyyə kimə deyilir?
    3. Əhli fütuvvət kimlərə verilən addır?
    4. Qələndərlər kimlər olmuşlar?
    5. Şazəliyyə və Ticaniyyənin əqidələrini bəyan edin.
    6. Müridiyyə və Nurbəxşiyyə kimlər tərəfindən tə’sis olunmuşdur?
    7. Sənusiyyə kimin tərəfindən tə’sis edilmiş və kimlərin əqidə və e’tiqadlarının tə’siri altında olmuşdur?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1271 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024